Azərbaycan ərəb xilafətinin tərkibində
fəlsəfə üzrə fəlsəfə doktoru
Haqqinda.az
Azərbaycan Ərəb Xilafətinin tərkibində → Azərbaycan Ərəb Xilafətinin tərkibində
- 07.01.2015 / 16:44 •
- Feriska
Azərbaycan Ərəb Xilafətinin tərkibində — VIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur Ardı »
Azərbaycan Ərəb Xilafətinin tərkibində → Azərbaycanın ərəblər tərəfindən istilası
- 07.01.2015 / 16:44 •
- Feriska
637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yəzdigərd Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639-640-cı ildə vətəninə qayıdır.[3]
Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639-640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən Ardı »
Azərbaycan Ərəb Xilafətinin tərkibində → İlk hücumlar haqqında
- 07.01.2015 / 16:46 •
- Feriska
Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı.
Ərəblərin Sasanilər imperiyası nın Xəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baş verən fəthindən sonra Həmədana hücumla mümkün oldu. Tarixçi ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nihavənd döyüşündən bilavasitə sonra ərəblər Həmədan-Rey yolu üstündə Ardı »
Azərbaycan Ərəb Xilafətinin tərkibində → Ərəb-zimmi döyüş dəstələri haqqında
- 07.01.2015 / 16:52 •
- Feriska
Ərəblər Azərbaycanda və Arranda möhkəm yerləşdikdən sonra öz hərbi səfərlərində yerli əhalidən, istər islamı qəbul etmiş olanlardan (mövlalardan), istərsə xristianlardan (zimmilərdən) döyüşçü kimi istifadə etməyə başladılar, lakin mövlaları yalnız piyada qoşuna götürürdülər.
Bu hərbi səfərlərdə zimmilər görkəmli rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında əlahiddə doyüş vahidləri kimi əməliyyatda iştirak edirdilər; Zimmi birləşmələri ərəblərlə birlikdə, müqavilə əsasında vuruşurdular[29][30]
Ərəblər zimmi birləşmələrindən vuruşmaların ən ağır sahələrində istifadə edirdilər; bu ağır sahələrdə zimmilər, şəraitdən asılı olaraq, ya ərəb qoşunlarını qoruyur, ya da düşmənin başlıca zərbəsini öz üzərindən götürürdülər. Zimmi qoşunlarından istifadə edildiyini göstərən məlumatı həm yerli, həm də ərəb müəlliflərinin əsərlərində tapmaq olar. M.Kalankatuklu Ardı »
Azərbaycan Ərəb Xilafətinin tərkibində → Ərəblərin növbəti hücumları (639-720)
- 07.01.2015 / 16:50 •
- Feriska
646-cı ildə ərəb ordusu Valid ibn Uqbənin komandanlığı ilə yenidən Azərbaycana hücum etdi. Ordunun qabaq dəstəsində Salman ibn ər-Rəbiə əl-Bəxili gedirdi. Azərbaycan ikinci dəfə istila edildi, “bu şərtlə ki, (hər il) onlar (əhali) səkkiz yüz min dirhəm versinlər. Bu, Xuzeyfə ibn əl-Yəməninin 22 (b.e. 644)-ci ildə, yəni Nəhavənd vuruşmasından bir il sonra onlarla bağladığı sülhün şərtləri idi”.
639-cu ildə ərəb qoşunlarının bir hissəsi Azərbaycandan şimal-qərb tərəfə keçdi və bir neçə vuruşmadan sonra Mukanı işğal etdi və əhalisini cizyə verməyə məcbur etdi. Bu dəstənin komandanı Bukeyr ibn Abdullah mukanlılarla müqavilə bağladı və onlara aşağıdakı məzmunda fərman verdi:
“Bismillahirrəhman-irrəhim. Bu fərman Bukeyr ibn Abdullah tərəfindən Ardı »
Azərbaycan Ərəb Xilafətinin tərkibində → Xilafətin Azərbaycanda inzibati və idarəetmə siyasəti
- 07.01.2015 / 16:55 •
- Feriska
İspaniyadan Hindistanadək bir çox ölkə və xalqları tabe etmiş ərəblər, işğal etdikləri yerlərdə yeni tipli idarə sistemi qura bilmədiklərindən, bu yerlərin əvvəlki idarə sistemlərini saxlamalı oldular. Müxtəlif xalqlardan alınan və idarə işini yüngülləşdirmək məqsədilə çox vaxt köhnə coğrafi və ya inzibati adını saxlayan bu ərazilər müstəqil və ya asılı ölkədən Xilafətin çoxsaylı vilayətlərinə çevrildilər. Bu vilayətlər, adətən həmin yerləri fəth etmiş sərkərdənin və ya yürüşün bilavasitə iştirakçısının idarəsi altında ərazicə yaxın torpaqları özlərində birləşdirirdi. Ərəblərin işğalı ərəfəsində tarixi Azərbaycan torpaqları ilə yanaşı, şərqi Gürcüstanı və Şərqi Ermənistanı, İranın bir sıra vilayət və şəhərlərini (Təbəristan, Gilan, Dehistan, Rey və b.) də özündə Ardı »
Azərbaycan Ərəb Xilafətinin tərkibində → Üsyanlar – Pavlikanlar hərəkatı
- 07.01.2015 / 16:57 •
- Feriska
VIII əsrin ən böyük sosial hərəkatlarından biri olan Pavlikanlar hərəkatı o zaman artıq Ərəb Xilafətinə bac verən Qafqaz Albaniyasında yaranmış hərəkat buradan Ermənistana, daha sonra isə bütün Bizans ərazisinə yayılmışdır[43][44][45][46].
Ziya Bünyadov qeyd edir ki, indiyədək heç bir tədqiqatçı deməmişdir ki, pavlikian hərəkatının meydana gəlməsi Albaniya ilə əlaqədardır[47]. Yalnız Q. M. Bartikyan qeyd etmişdir ki, çox qədimdə pavlikianların adı “ən uzaq Qafqaz Albaniyasında da” çəkilirdi[48].
Y.E.Lipşis[49][50], St.T.Melik-Baxşyan[51], L.Q.İohannisyan[52], F.Konnibir[53] və digərləri belə zənn edirlər ki, pavlikian hərəkatı VI əsrdə törəmişdi, lakin Q.Bartikyan Matenadaranda olan iki sənəd əsasında sübut edir ki, bu hərəkat VII əsrdə meydana gəlmişdir[54].
VII əsrin axırı – VIII əsrin əvvəllərində ərəblər Ardı »
Azərbaycan Ərəb Xilafətinin tərkibində → Xəzər – Ərəb müharibələrinin Azərbaycana təsiri
- 07.01.2015 / 16:55 •
- Feriska
VIII əsrin əvvəllərində Ərəb xilafəti özünün ən qüdrətli dövrünü keçirirdi. Onun əsas rəqiblərindən olan Bizans mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar Qafqazdakı mövqelərini əldən vermişdi. Yeni şəraitdə Azərbaycan kimi mühüm strateji bazada möhkəmlənmək üçün ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə salan xəzərlər üzərində qələbə lazım idi. Bu işdə xəlifə Əbdülməlikin 693-cü ildən Azərbaycan, Ərminiyə və əl-Cəzirənin canişini təyin etdiyi qardaşı Məhəmməd ibn Mərvan xüsusi fəaliyyət göstərdi. Onun VIII əsrin əvvəllərində, tabeliyində olan Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu ərazidə mövqeyini daha da möhkəmlətdi, xəzərlərə qarşı yürüşə çıxmaq imkanı yaratdı.
707-708-ci ildə Məhəmməd ibn Mərvanın qardaşı oğlu, o zaman hakimiyyət başında olan xəlifə Ardı »
Azərbaycan ərəb xilafətinin tərkibində
Azərbaycan dövləti ərəb xilafəti tərkibində
Azərbaycan dövlətçiliyi tarixində onun imperiyaların tərkibinə daxil olması dövrü də � olmuşdur. Onlardan biri də Ərəb Xilafəti idi. Mənbələr göstərir ki, VII əsrin birinci qərinəsində Ərəbistan yarımadasında güclü bir feodal dövləti meydana gəldi. Asiyada, Afrikada və Avropada bir sıra ölkələri işğal edib şöhrət qazanan bu dövlətin yaradıcısı məkkəli Məhəmməd idi. Onun yaratdığı yeni dini təlim-islam (mənası Allaha mütilik deməkdi) feodal münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsində və genişlənməsində böyük rol oynadı. Ərəb əyanları Məhəmmədin yaratdığı islam dinindən başqa ölkələrin işğal olunmasında bir vasitə kimi istifadə etdilər.
Ərəb feodal dövlətinin yaranması onun əvvəlcə Ərəbistan yarımadasında, sonra � isə İran � və Bizans � imperiyaları əleyhinə işğalçı yürüşləri ilə eyni vaxtda başlandı. Xilafətin hakim dairələri belə işğalçı müharibələrdən hədsiz dərəcədə faydalandıqlarından, ona � böyük ��� maraq �� göstərirdilər. Onlar müharibələr vasitəsi ilə, hər şeydən öncə, ərəb cəmiyyəti daxilindəki sinfi ��� mübarizəni � zəiflətmək, ��� təşəkkül tapmaqda olan � feodal � münasibətlərini � möhkəmləndirmək � və � ən � vacibi, zəbt olunmuş hərbi qənimətlərlə varlanmaq istəyirdilər. Dövlətin yaradıcısı və öz dövrünün görkəmli dövlət xadimi olan Məhəmməd sağlığında bir sıra müharibələrə şəxsən özü başçılıq etmişdi. Məhəmmədin ölümündən sonra �� (632-ci � il � iyun ayının 8-də Mədinə şəhərində vəfat etmişdi) � hakimiyyət məsələsi � kəskin � mübahisələrə səbəb oldu. İlk xəlifə olan Əbu Bəkrin ikiillik (632-634) hakimiyyəti nəticəsində islam dini Ərəbistanda sabitləşdi. O, vəfat edən zaman nüfuzlu və təşkilatçı bir adam olan Öməri özünə varis � seçdi. Ömərin onillik �� (634-644) � xəlifəliyi islam tarixinin və dövlətinin qalibiyyətlə yayılması və möhkəmlənməsi dövrü kimi xarakterizə edilir. Onun vaxtında bir-birinin ardınca İraq, Suriya, Misir istila olundu.
Məhəmmədin vəfatından sonra onun yaratdığı dövləti peyğəmbərin xələfləri idarə etdiyindən, dövlət xilafət adlanırdı. “Azərbaycan tarixi” kitabında göstərilir ki, Xilafət qoşunları İranın Rey və Qəzvin şəhərlərini işğal etdikdən sonra 639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı ilə Azərbaycana daxil oldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban İsfəndiyar ibn Fərruxzad başçılıq edirdi. O, qonşu əyalətlərin əhalisindən Ərdəbilə böyük qoşun toplayıb, ərəblərlə döyüşə başladı. Ərəb qoşunu qalib gəldi və İsfəndiyarı əsir götürdü. Onun qardaşı Bəhram ibn Fərruxzad qoşun toplayaraq, yenidən döyüşə başladı. Bu dəfə də ərəblər qalib gəldilər. Ərəb müəlliflərindən əl-Bəlazurinin məlumatına görə, mərzban İsfəndiyar 644-cü ildə əhali adından ərəblərlə müqavilə bağlalamağa məcbur oldu. Müqavilənin şərtinə görə, azərbaycanlılar ərəblərə tabe olmalı, vergi verməli, ərəb əsgərlərini bir gecə-gündüz evində saxlamalı idilər. Bunun müqabilində ərəblər də yerli əhalinin dini etiqadlarına toxunmamağı, adət və məişətlərinə qarışmamağı öhdələrinə götürürdülər.
Xəlifə Ömər Əbdürrəhman ibn Rəbiəni Dərbənd yaxınlığındakı sərhəd qoşunlarına sərkərdə təyin etdi və xəzərlərlə vuruşmağı tapşırdı. Əbdürrəhmanın qoşunu 643-cü ildə Dərbənd hasarları yanında Bukeyrin dəstəsi ilə birləşdikdən sonra Bələncər yaxınlığında xəzərlərlə müharibəyə başladı və özü də döyüşdə öldürüldü. Beləliklə, ərəblərin Dərbənddən şimala ilk hücumu uğursuzluqla nəticələndi.
Azərbaycana ilk basqından 7 il sonra, 646-cı ildə Arrana hüçum edən ərəb ordusuna sərkərdə Salman ibn Rəbiə başçılıq edirdi. Onun ordusu Naxçıvandan çıxaraq Şəki və Gorus istiqamətində hərəkət etdi. Arran ərazisinə çatıb Beyləqana soxuldu. Bu barədə ərəb tarixçisi əl-Kufi belə yazır: “Beyləqan əhalisi onun qarşısına aman xahişi ilə çıxaraq, ordusu üçün düşərgə yerləri ayırdı, pul vermək şərti ilə onunla barışıq bağladı. Bundan sonra o, Bərdə qalasına basqın etdi”.
Ərəblər Azərbaycanın istilasını başa çatdırıb orada möhkəmləndikdən sonra xəzərlərlə müharibəyə başlamalı oldular. Bunun üçün Ön Qafqazda öz arxalarını etibarlı şəkildə təmin etmək məqsədilə tədbirlər gördülər. Strateji qalalarda hərbi dəstələr yerləşdirdilər. Yollarda nəzarəti gücləndirdilər. Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq, əhali onlara asanlıqla boyun əymədi. Hər dəfə düşmənə ciddi müqavimət göstərdi, vergi verməkdən və islam dinini qəbul etməkdən imtina etdi. Yalnız 90 illik kəskin mübarizədən sonra xilafət orduları Azərbaycanın istilasını başa çatdıra bildilər.
Ərəblər işğal etdikləri ölkələri əvvəllər öz qaydaları əsasında idarə edirdilər. Bu istilaçı idarə qaydaları, təbii ki, mümkün olduğu qədər çox vergi əldə etməkdən və başqa dinə mənsub olanlar arasında, ilk növbədə, ərəblərin dediyi kimi, “qeyri-kitab əhli” olanların arasında islam dinini zorla yaymaqdan ibarət idi. Əksəriyyəti köçəri olan istilaçı ərəblərin özləri hələ islam dinini yaxşı mənimsəmədiklərindən, ilk vaxtlar işğal olunmuş yerlərdə xalqı yeni dinə məcburi surətdə sövq etmirdilər. Xəlifə Əbu Bəkr (632-634) işğalçı ərəb ordularının sərkərdələrinə belə bir göstəriş vermişdi: “Düşmənləri şikəst etməyin, nə kiçik uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin. Yemək üçün lazım olandan artıq qoyun, inək və dəvələri kəsməyin. Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun, qoy onlar biz gələnədək əməl etdikləri qayda və qanunlarla yaşasınlar.
Ərəblərin � hucumlarına � qədər Azərbaycan ��� əhalisi � Bizans-İran müharibələrindən, habelə, şimal tayfalarının hücumlarından çox zərər çəkmişdilər, ona görə də islam dini zəminində onlara səadət və əmin-amanlıq vəd edən yeni istilaçıya- ərəblərə inam � və ümid � bəsləyirdilər. � İlk � vaxtlarda � ərəblər vergi və töycüləri aldıqdan sonra onların dini etiqadlarına adət-ənələrinə toxunmur və mümkün qədər əmin-amanlıqlarını �� qoruyurdular. �� Həmçinin, � ərəb � istilalarının �� ilk � onilliklərində Xilafətin Azərbaycandan � aldığı � vergi və töycülər Sasanilər dövründəkindən xeyli az idi. Şübhəsiz ki, bu � yerli əhalinin ərəblərə və onların � gətirdiyi ��� yeni dinə rəğbət və inamını artırırdı.
Ərəblər böyük iqtisadi və strateji əhəmiyyəti olan Azərbaycanda öz hakimiyyətlərini möhkəmləndirməkdə islam dinindən çox kəsərli vasitə kimi istifadə edirdilər.
Bəs işğal etdikləri ölkələrdə, o sıradan Azərbaycandakı mövcud dinlərə ərəblərin münasibəti necə idi? Allahın vahidliyini və böyüklüyünü iqrar və onun göndərdiyi müqəddəs dini kitabları (Quran, İncil, Tövrat, Zabur) şəksiz qəbul edən dinlərə və onun tərəfdarlarına hörmətlə yanaşırdılar “müqəddəs kitabları” olmayan qalan dinlərə və təriqətlərə (məsələn, atəşpərəstlik, bütpərəstlik və s.) və onlara sitayiş edənlərə qarşı münasibətləri birmənalı idi. Həmin dinlərin tərəfdarlarına qarşı təzyiq göstərilir və onlar təqib edilirdilər.
� Məlumdur ki, Azərbaycanda əsas din atəşpərəstlik idi. Bu din şahənşah I Şapurun dövründən Sasanilər imperiyasının rəsmi dövlət dini elan edilmişdi. Atəşpərəstlərin baş məbədi Azərbaycanın paytaxtı Qazaka şəhərində yerləşirdi. Atəşpərəstlər “kitab əhli” hesab edilmirdilər. Albaniyada həm xristianlıq (“kitab əhli”), həm də bütpərəstlik (“kitab əhli” olmayan) dinləri mövcud idi.
Əməvilərin hakimiyyəti dövründə istila olunan ölkələrdə əhali etiqad məsələsində sərbəst idi. Lakin əvvəlki dini etiqadlarında qalanlar və islamı qəbul etməyənlər xəracdan əlavə cizyə deyilən vergi verməli idilər. Konkret olaraq islamın Azərbaycanda yayılması xəritəsinə nəzər saldıqda, görürük ki, yeni din atəşpərəstliyin, bütpərəstliyin təmsil olunduğu Azərbaycanda, Muğanda, Mildə, Xəzər sahilində, Kür və Araz çayları boyunda, xüsusilə, şəhərlərdə nisbətən sürətlə yayılırdı. Xristianlıq dininin sabitləşdiyi dağlıq və dağətəyi yerlərdə, xüsusilə, kəndlərdə islam dininə müqavimət güclü idi. Əhalinin müxtəlif təbəqələrinin yeni dinə münasibəti də müxtəlif idi. Məsələn, islam dininin etnik-əxlaqi-tərbiyəvi üstünlüklərini və gələcəyini düzgün başa düşən hakim təbəqə öz əmlakını və imtiyazını əlində saxlamaq xatirinə bu dini tərəddüdsüz qəbul etdi. Xilafətin ticarətə və sənətə rəğbətini nəzərə alan tacirlər və sənətkarlar da yeni dini qəbul etməkdə ləngimədilər. Şəhər yoxsullarına, kəndlilərə və əhalinin digər yoxsul təbəqəsinə gəldikdə isə onlar ağır dini vergi olan cizyədən canlarını qurtarmaq xatirinə bu işə razı oldular. Əvvəllər belə bir qayda vardı ki, islam dinini qəbul edənlər nəinki cizyədən azad edilir, üstəlik, onlara bəzi yardım da göstərilirdi. Qaydaları, ticarətə dair qaydalar, ümumiyyətlə, cəmiyyətdə insan fəaliyyətinin bütün sahələrini hüquqi cəhətdən tənzimləyən qanunlar toplanmışdı.
VIII əsrin əvvəllərində islam dini Azərbaycanda geniş yayıldığı, möhkəmləndiyi və hakim din olduğu şəraitdə Albaniyanın bir hissəsində (xüsusilə, Qarabağın dağlıq hissəsində) xristianlıq dini əvvəlki mövqeyini saxlaya bildn. Daha doğrusu, “kitab əhli” olduqlarına və başqa mülahizələrə görə, ərəblər burada xristianlığa toxunmadılar. Alban kilsəsi miladın əvvəlindən mövcud idi. Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans imperiyasından və süquta uğratdıqları İrandan geri qalırdılar. Ona görə də, ilk vaxtlar onlar işğal etdikləri digər ölkələrdə olduğu kimi, Azərbaycanda da özlərinə qədər mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular. Xilafətin özündə təkmilləşmiş idarəetmə mexanizmi hələ yaranmamışdı. Ona görə də, Sasanilərin çoxəsrlik dövlət təşkilatını mənimsəmək üçün vaxt lazım idi. Xilafət əsarətə aldığı geniş əraziləri idarə etmək üçün Sasanilərin mərzbanlıqlarına bənzər əmirlik (canişnnlik) sistemi yaratdı. Əvvəlcə beş əmirlik, yəni vilayət təşkil olundu. Bu inzibati bölgüyə əsasən, Azərbaycan (həm Azərbaycan, həm də Arran) dördüncü əmirliyə daxil idi. Əməvilər sülaləsn dövründə inzibati quruluşda bəzi dəyişikliklər edildi. Yeni bölgüyə görə, Azərbaycan Əlcəzirə adlanan üçüncü əmirliyin tərkibinə daxil edildi. Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı, dəhşətli istismar və hüquqsuzluq, yerli feodalların mülklərinin və imtiyazlarının məhdudlaşdırılması, güclü ərəbləşdirmə siyasəti və başqa səbəblər əhalinin vəziyyətini ağırlaşdırmaqla yanaşı, ümumxalq qəzəbini coşdururdu.
Səkkizinci yüzilin ortalarında Əməvilər sülaləsinin siysətinə qarşı həm Xilafət sarayında, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi. Xəlifə sülalənin taleyi üçün yaranmış siyasi böhranı və təhlükəni aradan qaldırmaq iqtidarında deyildi. Üsyanların əhatə dairəsi genişlənir və təsiri küclənirdi. Xilafətə qarşı çıxışlar Şimali Afrikada, Orta Asiyada və Ön Qafqazda, demək olar ki, eyni vaxtda baş verdiyindən Əməviləri sarsıtmışdı. Xilafətə qarşı Azərbaycanda çıxışlar 748-752-ci illərdə geniş vüsət aldı. Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi və onlara yerli feodal əyanlar başçılıq_edirdilər. Bu, səbəbsiz deyildi. Ərəblər Azərbaycanda möhkəmləndikcə feodalları dövlət aparatından uzaqlaşdırır, onların torpağını, kəndlilər üzərindəki hüququnu və digər imtiyazlarını məhdudlaşdırırdı. Ona görə də, feodallar Xilafətdən daha çox narazı idilər. Azərbaycanda olan ərəb mənsəb sahiblərinin xeyli hissəsi də Əməvilərin siyasətindən razı deyildi. Onlar da üsyançılarla həmrəy idilər.
� 748-ci ildə Beyləqanda başlanmış üsyan tezliklə digər vilayətləri, xüsusilə, Bərdəni və Ərdəbili əhatə etdi. Akademik Z.Bünyadov Xilafətə qarşı bu çıxışları Pavlikanların təsiri ilə əlaqələndirir. � Beyləqandakı üsyana yerli � hökmdar Vard � ibn � Səfvan � başçılıq edirdi. �� Bu barədo � Yəqubinin � əsərində məlumat verilir. O, üsyançıları “avara” adlandırır və onların rəhbərinin adını çəkir. Mütəşəkkil şəkildə başlanan üsyan ərəb əmirini çaşdırdı və çox qorxutdu. Xəlifənin əmiri Əbu Cəfər ibn Məhəmməd üsyanın nüfuzlu rəhbərlərindən bir neçəsini həbs etdi. Onun hərəkəti üsyançıları daha da qəzəbləndirdi. Bu zaman yerli feodallardan İbbən ibn Mənsurun Hatib ibn Sədəqin və başqalarının başçılıq etdikləri üsyançı dəstələr Beyləqana yaxınlaşaraq, şəhər əhalisinin köməkliyilə qalanı mühasirəyə aldılar. Onlar hücum nərdivanlarından istifadə edərək, qala divarlarına qalxdılar və beləliklə, şəhərə girə bildilər. Üsyançılar ərəblərin burada olan hərbi dəstələrini qılıncdan keçirib əmiri əsir aldılar və bütün məhbusları azad etdilər. Bu qələbədən sonra onlar Bərdə üsyançılarının köməyinə getdilər. Bərdədəki ərəb əmiri Asim ibn Yəzidin qoşunlarını məğlub edib, özünü də öldürdülər. Üsyanı yatırtmaq üçün xəlifənin göndərdiyi yeni ərəb ordusu da məhv edildi. Xalq hərəkatı Azərbaycanın digər əyalətlərini və bütün Ön Qafqazı bürüdü. Yəqubinin məlumatından bəlli olur ki, bu hadisədən bir neçə müddət sonra, xəlifə Harun ər-Rəşidin dövründə Beyləqan əhalisi Bərdəyə gəlmiş xəlifə canişininin əleyhinə yenidən üsyan qaldırmışdı. Əsarətə alınmış xalqların təzyiqi və ərəb cəmiyyəti daxilində mübarizənin kəskinləşməsi nəticəsində Əməvilər sülaləsinin 89 illik hakimiyyətinə son qoyuldu. Hakimiyyətə Abbasilər keçdi. Bu sülalə Xilafəti 508 il (750-1258) idarə etdi. Abbasilər Azərbaycanda və başqa yerlərdə baş verən üsyanları amansızlıqla yatırtdılar. Bununla belə, cəza tədbirləri xalqın mübarizə ruhunu söndürə bilmədi. � Azərbaycan � xalqının çoxəsrlik tarixi istismarçılara və yadelli istilaçılara qarşı qəhrəmanlıq mübarizəsi ilə zəngindir.
Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb Xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərəkatıdır. Xürrəmilər cəmiyyətdəki butün ədalətsizliklərin kökünü sosial bərabərsizlikdə görürdulər. Onların şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodalların və digər hakim təbəqənin asılılığından azad etməkdən ibarət idi. Sosial bərabərlik uğrunda mübarizələri, maddi nemətləri insanlar arasında bərabər şəkildə bölüşdürmək və bütün təbəqədən olan kənclər üçün istisnasız kəbin hüququ azadlığı uğrunda mübarizə gedirdi.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
� Səs.-2012.-12 sentyabr.-S.14.
File : Аббасиды сер дирхам.jpg
Click on a date/time to view the file as it appeared at that time.
Date/Time | Thumbnail | Dimensions | User | Comment |
---|---|---|---|---|
current | 13:05, 25 July 2010 | 1,942 × 1,635 (1.48 MB) | Gulustan (talk | contribs) | > |Source=> |Author=Gulustan |Date=22.07.2010 |Permission= |other_versions= >> Category:Currencies |
You cannot overwrite this file.
File usage on Commons
There are no pages that use this file.
File usage on other wikis
The following other wikis use this file:
- Usage on az.wikipedia.org
- Azərbaycan Ərəb xilafətinin tərkibində
Metadata
This file contains additional information such as Exif metadata which may have been added by the digital camera, scanner, or software program used to create or digitize it. If the file has been modified from its original state, some details such as the timestamp may not fully reflect those of the original file. The timestamp is only as accurate as the clock in the camera, and it may be completely wrong.
Camera model Canon EOS 500D Camera manufacturer Canon Author by Hajizade Exposure time 1/60 sec (0.016666666666667) F-number f/5.6 ISO speed rating 400 Date and time of data generation 14:03, 22 July 2010 Lens focal length 55 mm Software used Picasa 3.0 File change date and time 14:03, 22 July 2010 Y and C positioning Co-sited Exposure Program Not defined Exif version 2.21 Date and time of digitizing 14:03, 22 July 2010 APEX shutter speed 6 APEX aperture 5 APEX exposure bias 0 Metering mode Pattern Flash Flash fired, compulsory flash firing DateTime subseconds 41 DateTimeOriginal subseconds 41 DateTimeDigitized subseconds 41 Color space Uncalibrated Focal plane X resolution 5,315.4362416107 Focal plane Y resolution 5,342.3271500843 Focal plane resolution unit inches Custom image processing Normal process Exposure mode Auto exposure White balance Auto white balance Scene capture type Standard Unique image ID fbbd2e23667481b8c402cfc27c6f7b56 Похожие статьи
-
Azərbaycan ərəb yürüşləri ərəfəsində
AZƏrbaycan tariXİ» FƏNNİNDƏN (kredit sistemi) proqram Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada…
-
Azərbaycan tarixi 7 cilddə 1-ci cild
AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…
-
Azərbaycan ədəbiyyat tarixi ııı cild
Azərbaycan ədəbiyyat tarixi ııı cild Əzilmiş xürrəmilərin 14 min nəfərdən ibarət olan qalıqları Bizansa qaçdılar. Mənbələrin məlumatından görünür ki,…
-
Azərbaycan Əlifbası haqqında ƏLAVƏ – MARAQLI BİR YAZI (LATIN ƏLİFBASI HAQQINDA) Azərbaycan Əlifbası və Azərbaycan dili Günü Azərbaycan xalqının dünya…
-
Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…
Comments are closed, but trackbacks and pingbacks are open.