Press "Enter" to skip to content

Azərbaycan respublikası fhn yanğın təhlükəsizliyi qaydaları

“Bu çərçivədə, baş verən yanğınların təhlili onu göstərir ki, yanğınlar əksər hallarda insanların sadə təhlükəsizlik qaydalarına etinasız yanaşması və ya diqqətsizlik göstərməsi səbəbindən baş verir. Belə ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillərin nəticəsində müəyyən olunub ki, bəzən insanların elektrik enerjisi ilə çalışan və ilk baxışdan təhlükəsiz hesab olunan avadanlıqları, o cümlədən mobil telefonları, məişət cihazlarını, müxtəlif uşaq oyuncaqlarını enerji yığması üçün elektrik şəbəkəsinə qoşaraq nəzarət etməməsi, şəbəkəyə qoşulu vəziyyətdə fasiləsiz olaraq uzunmüddətli saxlaması sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır.

FHN yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) bəzi yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən Trend-ə daxil olan müraciətdə bildirilir ki, FHN üzərinə düşən vəzifələrinin icrası, o cümlədən ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

“Bu çərçivədə, baş verən yanğınların təhlili onu göstərir ki, yanğınlar əksər hallarda insanların sadə təhlükəsizlik qaydalarına etinasız yanaşması və ya diqqətsizlik göstərməsi səbəbindən baş verir. Belə ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillərin nəticəsində müəyyən olunub ki, bəzən insanların elektrik enerjisi ilə çalışan və ilk baxışdan təhlükəsiz hesab olunan avadanlıqları, o cümlədən mobil telefonları, məişət cihazlarını, müxtəlif uşaq oyuncaqlarını enerji yığması üçün elektrik şəbəkəsinə qoşaraq nəzarət etməməsi, şəbəkəyə qoşulu vəziyyətdə fasiləsiz olaraq uzunmüddətli saxlaması sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır.

Xankəndi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində bina və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin etmək, habelə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsini yoxlamaq məqsədilə tikinti obyektlərində mütəmadi olaraq monitorinqlər keçirir.

FHN-dən AzVision.az -a verilən məlumata görə, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidmətinin (Xidmət) apardığı monitorinqlər zamanı ayrı-ayrı şəhər və rayonlarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması ilə inşası aparılan tikintilərə rast gəlinir. Belə ki, bir sıra hallarda layihə sənədlərinin aidiyyəti nəzarət orqanları ilə razılaşdırılmadığı, yaxud tikinti işinin təyinatı üzrə aparılmadığı və ya sonradan təyinatı dəyişdirilməklə aparıldığı, ara məsafəsinin gözlənilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, tikinti işinin gedişi zamanı vacib yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığı və digər ciddi qayda pozuntuları aşkar edilir.

Təəssüflə qeyd edilməlidir ki, belə tikinti obyektlərində yanğın baş verdiyi halda, adətən ilkin müdaxilə də böyük çətinliklərlə müşayiət olunur, habelə inşaat işləri yekunlaşdıqdan sonra bir sıra çatışmazlıqların aradan qaldırılması texniki cəhətdən qeyri-mümkün olduğundan istismar müddətində baş verən yanğınlar faciələrə yol açmış olur.

Qeyd olunanlar nəzərə alınaraq, Xidmət tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunan qayda pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi, o cümlədən inşaat işlərinin dayandırılması tədbirləri həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək inşaat işlərinin bütün mərhələlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır və xatırladır ki, qayda pozuntuları aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun daha sərt tədbirlərin görülməsi təmin ediləcək.

Yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əhaliyə müraciəti

Vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladırıq:

– elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin!

– standartlara uyğun olmayan qaz cihazlarından istifadə zəhərlənmə, yanğın və partlayış təhlükəsi yaratdığından, onların istismarına yol verməyin!

– elektrik xətləri və uzadıcılarını həddindən artıq yükləməyin!

– elektrik avadanlıqları və qaz cihazlarını işlək vəziyyətdə qoyub mənzili tərk etməyin!

– mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamayın!

– mənzilə daxil olarkən qaz qoxusu hiss etdikdə işığı yandırmayın, qapı-pəncərələri açın, mənzilə qazın girişini bağlayın və mütəxəssis çağırın!

– uşaqların elektrik və qaz cihazlarından istifadəsinə yol verməyin!

– azyaşlıları nəzarətsiz qoymayın!

– tam söndürülməmiş kibrit və siqaret kötüyünü zibil qutusuna və ya eyvandan atmayın!

Nəzərə almaq lazımdır ki, yanğının qarşısını almaq onu söndürməkdən daha asandır. Özünüzün və yaxınlarınızın həyatını təhlükəyə atmayın! Mənzilinizi və əmlakınızı yanğından qoruyun!

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.