Press "Enter" to skip to content

Azərbaycan respublikası əmək məcəlləsi

Artıq tükənmişəm, işləyə bilmirəm, – deyənlər MÜTLƏQ OXUSUN

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

İqtisadi münasibətlər işçilərin konstitusion hüquqlarının, onların mənafelərinin mühafizəsini önə çıxarır. İşçilərin hüquqlarının müdafiəsinə istiqamətlənmiş əmək qanunvericiliyinin əsas tərkib hissəsini Azərbaycan Respublikasının Əmək Məcəlləsi təşkil edir. 1999-cu ilin fevralın 1-də qəbul edilən Məcəllə bazar iqtisadiyyatında əhalinin sosial tələbatlarının ödənməsinə yönəlib. Əmək Məcəlləsi işəgötürənlə işçi arasındakı əmək münasibətlərini tənzimləyir.

  • vətəndaşların əmək hüquq və azadlıqlarına dövlət təminatının formalaşması;
  • əlverişli iş şəraitinin yaradılması;
  • işçilərin, işəgötürənlərin hüquq və mənafelərinin müdafiəsi.

AR əmək qanunvericiliyinin mənbəyini Azərbaycan Respublikasının Konstitusiyası , Əmək Məcəlləsi, öz səlahiyyətləri daxilində digər çərçivəsində icra qurumlarının qəbul etdiyi normativ hüquqi aktlar, beynəlxalq müqavilələrlə təsbit edilmiş prinsiplər, kollektiv müqavilə və sazişlər, yerli normativ hüquqi aktlar təşkil edir.

Əmək qanunvericiliyinin sistemləşdirilməsi

Əmək Məcəlləsi – əmək haqqında sistemli qanunvericilik aktıdır. Bəzi ölkələrdə “əmək məcəllələri” xüsusi işlənmiş normalar toplusu deyil, müxtəlif vaxtlarda qəbul edilmiş mexaniki şəkildə birləşdirilən qanunlar, habelə hökumətin normativ aktlardan ibarətdir.

Əmək qanunvericiliyinin belə sistemə salınması ilk dəfə 1910-cu ildə Fransada tətbiq edilib. Fransanın Əmək Məcəlləsində əmək şəraiti, işə qəbul prosedurları, işdən çıxarılma şərtləri, əmək hüququnun digər aspektləri ilə bağlı qanunvericilik normaları ətraflı qeyd edilmişdi.

Beynəlxalq Əmək Təşkilatının Baş Konfransı konvensiyalar, tövsiyələr formasında beynəlxalq əmək standartlarını hazırlayır. Bu normalar məşğulluq, iş vaxtı, iş axtarışı məqsədi ilə miqrasiya, qadın və gənclərin əmək hüquqlarının müdafiəsi, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, müavinətlər və kompensasiyalar, müstəmləkə əməyinin problemləri, iş saatları kimi məsələləri əhatə edən beynəlxalq əmək məcəlləsini təşkil edir.

AR Əmək Məcəlləsi

Qeyd etdiyimiz kimi respublikamızın ilk Əmək Məcəlləsi müstəqilliyin ilk illərində qəbul edilib. Sonrakı illərdə ona bir sıra dəyişikliklər edilib, təkmilləşdirilib. Məcəllə XIII bölmədən, 48 fəsildən, 2 əlavədən ibarətdir. Məcəllədə əmək müqaviləsi , kollektiv müqavilə və sazişin bağlanması qaydaları, əmək şəraiti, əmək funksiyası, işçi ilə işəgötürən arasında münasibətlər, əmək hüququ ilə bağlı digər müddəalar öz əksini tapıb. Onun mətni mütəmadi olaraq dəyişdirilir. Odur ki, ƏM-nin aktuallığına daim nəzarət edilməli, mütəxəssislərin diqqətində saxlanılmalıdır. Bu qanunvericilik aktından öz işlərində istifadə edən hüquqşünaslara, HR-mütəxəssislərə , mühasiblərə və digər əməkdaşlara sənədin operativ şəkildə yenilənən versiyasından istifadə etmək tövsiyə olunur. Əmək Məcəlləsinin tam mətni aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür.

Azərbaycan respublikası əmək məcəlləsi

Bu gün 50 mindən çox şagird buraxılış imtahanı verəcək

Məktəbliləri daşıyan avtobus dərəyə düşüb

ATU-dan güllələnən tələbə ilə bağlı AÇIQLAMA

Zəlzələdə həlak olan Şahin Vəliyevin anası ürək dağladı – VİDEO

Bu il 7 milyon insan öləcək: Hava səs və tozla çirkləndirilib

700 bal vacib deyil: Təhsildə nə dəyişməlidir – TƏKLİFLƏR

Hakim sabiq rektorun məcburi məhkəməyə gətirilməsini istədi

Bir uşağın bacarıqlı olduğu necə anlaşılır?

Azyaşlılar arasında dava düşüb: Bıçaqlanan var

Nadir Israfilov: Heç bir rəsmi sənəddə gündəlik dərsin planlaşdırılmasına dair hər hansı bir qeyd yoxdur.

Novruz bayramında bu tarixlərdə iş olmayacaq

Təhsil İdarəsində yaranmış insident ilə bağlı AÇIQLAMA

Zəlzələdə həlak olan tələbələrin meyitləri tibbi ekspertizadan sonra təhvil veriləcək

Müəllimi oğlu qətlə yetirib-TƏFƏRRÜAT + VİDEO

Bakıda müəllim valideynlərdən pul istədi: “Uşaqlar dərsdən qaçırlar, nəyin hesabına hörmət edirik?!”

Kompüterdən istifadə edərkən nələrə diqqət edilməlidir?

Artıq tükənmişəm, işləyə bilmirəm, – deyənlər MÜTLƏQ OXUSUN

ATU-dan güllələnən tələbə ilə bağlı AÇIQLAMA

Xaricdə verilən diplomlar Azərbaycanda hansı halda tanınacaq? – TƏHSİL EKSPERTİ AÇIQLADI

Nadir İsrafilov – Təhsilə bağlı bütün məsələlər “TikTok”a, “Whatsapp”a daşınanda nəticəsi də bu olur.

I sinfə qəbulla bağlı 43 931 elektron müraciət daxil olub

Tələbələrin köçürülməsinə başlanılır

Nazir imtahan suallarının satılmasından DANIŞDI: “Bizim səhvimizdir”

Operativ Qərargah məktəblərlə bağlı QƏRAR VERƏ BİLƏR

Təhsil Naziri tədrisin müddətinin artırılmasını təklif edir

Direktorun gözü önünüdə döyülən qızın anası danışdı-FOTO

ATU-dan güllələnən tələbə ilə bağlı AÇIQLAMA

Məktəblilərin narkoloji müayinədən keçirilməsi ajiotaj yarada bilər : ŞƏRH

MİQ sualları niyə kənara sızdı?-İlham Əhmədov

Direktorun qızı ilə bağlı İDDİA: “Saxta profillə təhqir edir”

Dövlət qulluğu

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Azərbaycan respublikası əmək məcəlləsi

29.07.22 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN


Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin
bəzi müddəalarının şərh edilməsinə dair

29 iyul 2022-ci il Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimləri A.İsgəndərov və E.Kazımovun, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası Aparatının və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru M.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 179-cu maddəsinin şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Əmək Məcəlləsinin 179-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Bu maddənin işçinin iş yerinin və orta əmək haqqının saxlanılmasını nəzərdə tutan 2-ci hissəsinin “ö” bəndinə görə, ilkin uzunmüddətli tədris kurslarına göndərilən hakim vəzifəsinə namizədlər iş yeri və orta əmək haqqı saxlanılan işçilərin sırasına aid edilmişdir.

Namizəd statusu əldə etmiş hakim vəzifəsinə imtahan verən şəxslər üçün müvafiq təminatlar, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respulikasının Qanununda (bundan sonra – “Məhkəmələr və hakimlər haqqında” Qanun) əks olunmuşdur. Həmin Qanunun 93-3-cü maddəsinə əsasən, imtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər.

Sorğuya əsasən, prokurorluğa qulluğa qəbul olunmaq üçün namizədlərin icbari təlimə cəlb edilmə müddətinin əmək qanunvericiliyində tənzimlənməməsi təcrübədə qeyri-müəyyənliyin yaranmasına səbəb olur.

Sorğuverənin qənaətinə görə, qanunvericilikdə icbari təlimə cəlb edilmənin bilavasitə təsbit olunduğu və vəzifə olaraq müəyyən edildiyi nəzərə alınaraq, prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün icbari təlimə cəlb olunmuş namizədə münasibətdə iş yerinin və orta əmək haqqının saxlanılması məsələsinə aydınlıq gətirilməsi üçün Əmək Məcəlləsinin 179-cu maddəsinin şərh olunması zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin I hissəsində təsbit edilmişdir. Əsas Qanunun 16-cı maddəsinin I hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Konstitusiyanın 71-ci maddəsinin I və II hissələrinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Konstitusiyanın 35-ci maddəsinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum şərtlərini müəyyən edir. Məcəllənin 2-ci maddəsindən göründüyü kimi, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və s. prinsiplərə əsaslanır.

Həmin Məcəllənin 14-cü maddəsinə görə, əmək münasibətləri sahəsində dövlət siyasətinin həyata keçirilməsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları tərəfindən təmin edilir. Göstərilən dövlət hakimiyyəti orqanları səlahiyyətləri çərçivəsində müəyyən edilmiş hallarda əmək münasibətlərinin tənzim edilməsi üçün müvafiq normativ hüquqi aktlar qəbul edir.

Konstitusiya və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində vəzifə səlahiyyətləri dövlət qulluqçuları tərəfindən yerinə yetirilir.

Qeyd olunmalıdır ki, dövlət idarəetməsində insan amili, o cümlədən dövlət idarəetməsini həyata keçirən işçilər dövlətin iqtisadi, siyasi, sosial və mədəni inkişafında əsas amildir. Zəruri əmək resurslarının formalaşdırılması, kadr potensialının inkişaf etdirilməsi, dövlət orqanlarının peşəkar kadrlarla təmin olunması və onların səmərəli fəaliyyətinin təşkil edilməsi kadr siyasətinin əsas məqsədlərindən sayılır. Bu baxımdan kadrların seçimi, qiymətləndirmə və rotasiyası meyarlarının, peşə hazırlığının təkmilləşdirilməsi qaydalarının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Dövlət qulluğunun xüsusi növü hesab olunan prokurorluq orqanlarında qulluq, prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri fəaliyyətdir.

Konstitusiyanın Məhkəmə hakimiyyəti adlanan VII fəslində prokurorluğun səlahiyyətləri, təşkili qaydası və prokurorluq orqanlarının fəaliyyətinin əsasları nəzərdə tutulmuşdur (Konstitusiyanın 133-cü maddəsi).

Prokurorluq orqanlarında qulluğa qəbulun qaydaları isə “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunlarında və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”də müəyyən edilmişdir.

Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən, prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror, müstəntiq və ya əməliyyatçı vəzifəsinə yararlı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun müsabiqə keçirilir. Müsabiqə ixtisas imtahanlarından (test imtahanı və yazılı imtahan) və müsahibədən ibarətdir.

Prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər Azərbaycan Respublikası Baş Prokurorluğunun elm-tədris mərkəzində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər prokurorluğa qulluğa qəbul edilirlər (“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 4.4-1-ci maddəsi).

Prokurorluğa qulluğa qəbul olunmaq üçün müsabiqədən keçmiş namizədlərlə tədrisin təşkili onların nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, prokurorluğun kadr potensialının gücləndirilməsi, işin daha da təkmilləşdirilməsi və müasir dövrün tələbləri baxımından qurulması məqsədi daşımaqla, prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatların tərkib hissəsi kimi çıxış edir.

Prokurorluq işçilərinin və prokurorluğa qulluğa qəbul olunmaq üçün imtahanlardan uğurla keçmiş namizədlərin təlimə cəlb edilmə məsələsi bir sıra beynəlxalq təşkilatların tövsiyələrində də öz əksini tapmışdır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının 1990-cı il tarixli “Prokurorların rolu haqqında təlimat”ının preambulasında prokurorların öz funksiyalarını yerinə yetirmələri üçün zəruri olan müvafiq peşə hazırlığına malik olmalarının təmin edilməsinin vacibliyi nəzərə alınaraq göstərilmişdir ki, onların cinayətkarlığa qarşı mübarizə sahəsində, xüsusilə onun yeni forma və miqyasında, öz funksiyalarının lazımi şəkildə yerinə yetirilməsi üçün işə qəbul təcrübəsinin və hüquqi hazırlığın təkmilləşdirilməsi işinin təmin edilməsi zəruridir. Təlimatın “İxtisaslaşma, seçim və təlim” adlanan 1-ci maddəsinə əsasən, cinayət təqibini həyata keçirmək üçün seçilən şəxslər yüksək əxlaqi xarakterə və qabiliyyətə, habelə müvafiq hazırlıq və ixtisasa malik olmalıdırlar. Dövlətlər prokurorların lazımi səviyyədə təhsil almasını və təlim keçməsini, həmin vəzifəyə xas olan etik qaydalardan, təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin hüquqlarını, habelə milli və beynəlxalq hüquq tərəfindən tanınan insan hüquqlarını və əsas azadlıqları qorumaq üçün konstitusional və normativ tədbirlərdən xəbərdar olmasını təmin etməlidirlər.

Sorğuda göstərildiyi kimi, işçinin iş yerinin və orta əmək haqqının saxlanıldığı konkret hallar sırasında prokurorluğa qulluğa qəbul məqsədi ilə icbari təlimə cəlb edilmə müddətinin mövcud qanunvericilikdə tənzimlənməməsi bu sahədə yaranan əmək münasibətlərində qeyri-müəyyənliyə səbəb olur.

Bununla bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsi dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına, onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarda müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir (Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsi).

Göründüyü kimi, Əmək Məcəlləsi prokurorluq orqanlarının işçilərinə sahəvi qanunvericilik aktlarında nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla əmək münasibətlərinə dair müvafiq qanunlarla tənzimlənməyən məsələlər barədə tətbiq edilir.

Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-ci hissəsinə görə, iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Həmin Məcəllənin 155-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Orta əmək haqqı – işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

Qeyd olunan Məcəllənin 179-cu maddəsində isə işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar sadalanmışdır. Qanunverici bu normada dairəsi konkret göstərilmiş hallarda, eləcə də işəgötürən tərəfindən və ya sahəvi qanunvericilik aktlarında müəyyən edilmiş digər hallarda işçilərin əmək funksiyalarını bilavasitə yerinə yetirməməsinə baxmayaraq, iş yeri və orta əmək haqqının saxlanılmasını təsbit etmişdir.

Burada nəzərə alınmalıdır ki, tərəflər arasında yaranmış Əmək Məcəlləsinin 179-cu maddəsi ilə tənzimlənən münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi və 3-cü maddəsinin 4-1-ci hissəsi).

Beləliklə, işəgötürənlə işçi arasında əmək münasibətlərinin əsas şərtləri, tərəflərin hüquq və vəzifələri, həmçinin əmək münasibətlərindən irəli gələn məsələlər məhz qarşılıqlı razılıq əsasında fərdi qaydada bağlanan yazılı müqavilədə əks olunur.

Göstərilənlərə uyğun olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, icbari təlim müddəti ərzində namizədlərin iş yerinin və orta əmək haqqının saxlanılması məsələsi tərəflərin qarşılıqlı razılığı əsasında həll oluna bilər.

Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulayır ki, prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün icbari təlimə cəlb olunmuş namizədə münasibətdə iş yerinin və orta əmək haqqının saxlanılması mövcud qanunvericilik normaları ilə nizamlanmadığından, rəsmi şərhlə məsələnin tənzimlənməsi qeyri-mümkündür.

Bu baxımdan, həm prokurorluğa ilk dəfə qulluğa qəbul zamanı icbari təlimə cəlb olunan namizədlərin əmək hüquqlarının müdafiəsinin, həm də işəgötürənlər tərəfindən bununla bağlı yaranmış məsələlərin vahid qaydada nizamlanmasının vacibliyi nəzərə alınaraq göstərilən məsələnin qanunvericilik qaydasında həll edilməsi zəruridir.

Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə uyğun olaraq, əmək münasibətləri və sosial təminat məsələlərinə dair ümumi qaydalar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilir. Qanunverici göstərilən məsələlərin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir və əmək münasibətlərinə dair hüquqi tənzimləmə konstitusiya prinsipləri əsasında qurulmalı, sosial yönümlü dövlətdə əməyin və digər ictimai faydalı fəaliyyətin sosial dəyəri kimi rolunun və əhəmiyyətinin nəzərə alınması ilə həyata keçirilməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Əmək Məcəlləsində və prokurorluq orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini müəyyən edən qanunvericilikdə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin mütənasib və ağlabatan tarazlığı əsasında nizamlanmasının zəruriliyi nəzərə alınmaqla, prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin icbari təlimə cəlb edildiyi müddət ərzində iş yeri və orta əmək haqqının saxlanılması məsələsinin tənzimlənməsi Milli Məclisə tövsiyə olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və prokurorluq orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini müəyyən edən qanunvericilikdə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin mütənasib və ağlabatan tarazlığı əsasında nizamlanmasının zəruri liyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prokurorluğuna ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin icbari təlimə cəlb edildiyi müddət ərzində iş yeri və orta əmək haqqının saxlanılması məsələsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsi y ə olunsun.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.