Azərbaycan respublikasinin konstitusiya
12 Noyabr Azərbaycanda Konstitusiya günü münasibəti ilə xalqımıza müstəqil və suveren dövlətimizin güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayıram.
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Ötən 25 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Konstitusiya Günü münasibətilə sizləri ürəkdən təbrik edir, hər birinizə müstəqil və suveren dövlətimizin güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayırıq!
Azərbaycan respublikasinin konstitusiya
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan anarxiya, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, insan hüquq və azadlılarının bərqərar olması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı.
Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Qürurverici haldır ki, xalqımız #KonstitusiyaGünü/nü artıq iki ildir qalib xalq kimi qələbə ovqatında, sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub.
Konstitusiya insan hüquqlarının aliliyini müəyyən edən əsas sənəddir!
12 Noyabr Azərbaycanda Konstitusiya günü münasibəti ilə xalqımıza müstəqil və suveren dövlətimizin güclənməsi və tərəqqisi yolunda uğurlar arzulayıram.
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor
Azərbaycan respublikasinin konstitusiya
Hörmətli xanımlar!Sizi 8 Mart – Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və ailə səadəti arzulayıram.Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə elm, mədəniyyət, təhsil və həyatımızın digər sahələrində olduğu kimi, elektroenerget.
“AzərEnerji” Cənub regionunun enerji təminatını gücləndirir
Respublikanın Cənub regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz olaraq keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlığının və etibarlığının artırılması məsədilə 71 il əvvəl tikildiyindən istismar müddətini çoxdan başa vuran 110/35/6 kilov.
“Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Dövlətimizin başçısı tədbirdə çıxış edib.Prezident İlham Əliyevinçıxışı- Hörmə.
BİZİM FƏALİYYƏTİMİZ
Azərbaycan enerji sisteminin rejimlərinin qısamüddətli
planlaşdırılması və operativ idarə olunması.
Похожие статьи
-
Azerbaycan respublikasinin konstitusiya
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya günüdür – Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;…
-
Azərbaycan respublikasının konstitusiyası qebulu 12 noyabr 1995-ci il
Konstitusiyanın qəbul olunma tarixi Bildiyimiz kimi, 90-ci illərin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dəyişikliklər baş verdi….
-
Azərbaycan respublikasi konstitusiyası
Azərbaycan respublikasi konstitusiyası – Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; VERGİLƏR Bu gün Azərbaycan Respublikası Konstitusiyasının…
-
Azerbaycan respublikasinin konstitusiya 2019
Azərbaycan Respublikasının Konstitusiyası irəli gələn vəzifələr daşıyır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının…
-
Azərbaycan respublikasinin konstitusiya ve huququnun esaslari
Azərbaycan respublikasinin konstitusiya ve huququnun esaslari Maddə 150. Bələdiyyə aktları I. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və…
Comments are closed, but trackbacks and pingbacks are open.