Press "Enter" to skip to content

Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası

Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq, təhsildə müasir tələblərə uyğun infrasturuq qurmaq, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelini formalaşdırmaq əsas hədəf kimi götürülür.

Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası

filologiya üzrə elmlər doktoru, professor

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü il 24 oktyabr tarixində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiq edildi. Əlbəttə bu Dövlət Strategiyası məzmun, beynəlxalq təcrübə və meyillər, Azərbaycanda təhsilin vəziyyəti, təhsil sisteminin başlıca vəzifələri, məqsəd, əsas istiqamətlər, hədəflər və tədbirlər, Strategiyanın həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi başlamış, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifəyə çevirmişdir. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir. Ona görə də ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır. Bunun sayəsində insanlar öz həyatlarını daha yüksək səviyyədə qura bilərlər. Təbii ki, əmək bazarında öz mövqelərini tutmaqla bərabər, cəmiyyətdə də fəaliyyətlərini düzgün stimullaşdıra bilərlər. Bunun üçün təhsil və bütövlükdə bu proses böyük əhəmiyyət kəsb edir. Belə ki, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir. Son illərdə bu istiqamətdə təhsil sahəsində əhəmiyyətli işlər görülür. Təhsil müəssisələrinin (xüsusilə orta məktəblərin) maddi – texniki bazası gücləndirilir, yeni – yeni məktəb binaları tikilir, təmir – bərpa işləri aparılır. Eyni zamanda informasiya – kommunikasiya texnologiyaları tətbiq olunur. Məqsəd ondan ibarətdir ki, Azərbaycanda təhsilin keyfiyyəti Avropa standartlarına uyğunlaşa bilsin. Təhsilin keyfiyyətini Avropa standartlarına uyğunlaşdırmaq üçün təkcə maddi – texniki bazanı inkişaf etdirmək, informasiya – kommunikasiya vasitələrini tətbiq etmək kifayət etmir. Həm də idarəetmə sistemi yenidən qurulmalı, təhsil sahəsində insan resursları inkişaf etdirilməli, müəllimin nüfuzu yüksəlməlidir. Bunların hamısı ölkədə həyata keçirilməsi vacib olan məsələlərdir. Bu mənada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” öz məzmunu baxımından strateji istiqamətdə ən vacib hədəfləri əhatə edir. Strategiyada dünya ölkələri arasında aparıcı mövqedə olan şəriştəli müəllimləri və təhsil menecerlərini, eləcə də qabaqcıl texnologiyalara əsaslanan təhsil sistemini yaratmaq üçün beş strateji istiqamət əsas kimi götürülür. Bu istiqamətin hər biri genişmiqyaslı tədbirlər kimi diqqəti cəlb edir. Odur ki, bu istiqamətlərin üzərində dayanmaq lazım gəlir.


Birinci strateji istiqamətdə
əsas hədəf kimi səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasını diqqət mərkəzində saxlamaqdır. Burada əsas məqsəd təhsilin bütün pillələrində (məktəbəqədər, ümumi, ilk peşə – ixtisas, orta ixtisas və ali ixtisas) kurikulumların inkişafına nail olmaqdır.

İkinci strateji istiqamətdə əsas hədəf kimi təhsil sahəsində insan resurslarının müasirləşməsini diqqət mərkəzində saxlamaqdır. Bunun sayəsində səriştəli, təcrübəli təhsilverəni formalaşdırmaq mümkündür. Səriştəli, təcrübəli təhsilverən innovativ metodları tətbiq edərək təhsilalanların istedadını üzə çıxarmaqda, onların nailiyyətlərini yeni sistemlərin tələbinə uyğun qiymətləndirməkdə, onların inkişafına nail olmaqda, qayğı və ehtiyaclarını ödəmək üçün inklüziv təlim metodologiyasının yaradılmasında ciddi, məsuliyyətli işlər görməliyik.

Üçüncü strateji istiqamət kimi təhsildə səmərəli idarəetmə mexanizmlərinin yaradılması əsas hədəf kimi götürülür. Burada səmərəli idarəetmə mexanizmi dedikdə cavabdehlik, şəffaflıq, bir də səmərəliliyin özü üçüncü strateji istiqamətin əlamətləri sırasına daxil olur. Səmərəli, cavabdeh, şəffaf idarəetmə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla müasirləşməli, təhsilin keyfiyyət təminatını artırmalı, eyni zamanda təhsildə yeni məlumat, hesabat sistemlərini yaratmalıdır.

Dördüncü strateji istiqamət kimi təhsil infrastrukturunun yaradılmasıdır. Təbii ki, təhsil strukturu müasir tələblərə uyğun olmaqla təhsil prosesini təmin etməlidir. Burada əsas məqsəd kimi təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının formalaşması, distant təhsil sisteminin qurulması, istedadlı uşaqların inkişafını təmin edən təhsilin yaradılması, yaşlıların təhsilini qurmaq, peşə – ixtisas və təhsil müəssisələri üzrə regionlarda məsləhət mərkəzlərinin fəaliyyətini təmin etmək, kampusların yaradılması və s. məsələlər ehtiva olunur.

Beşinci strateji istiqamət Azərbaycan təhsilində dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelinin qurulması ilə bağlıdır. Doğrudan da, hal – hazırda təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac vardır. Ona görə də təhsil müəssisələrində adambaşı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda təhsil müəssisələrində ödənişli təhsil xidmətləri dəstəqlənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun yaradılması müasir təhsil sisteminin tələbidir.

Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq, təhsildə müasir tələblərə uyğun infrasturuq qurmaq, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelini formalaşdırmaq əsas hədəf kimi götürülür.

Azərbaycan respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası

Təhsil insanın fərdi azadlıqlarının əsas mənbəyidir. Amma o, insana təkcə fərdi azadlıqlar gətirmir. Onların aid olduqları mühiti də cəhalət girdabından qorumaqla cəmiyyətə maarifçilik ənənələri üzərində bərqərar olan ictimai azadlıqlar qazandırır.

İnsanların maraqları, zövqü, dünyagörüşü, həyat tərzi və s. məsələlərlə bağlı zaman-zaman ictimai müzakirələrə səbəb olan elə bir problem yoxdur ki, onun həllinə doğru bütün istiqamətlər sonda təhsilə aparmasın. Bu da təbiidir. Çünki cəmiyyətin hər bir üzvü təhsil sisteminin içində yetişir. Bu mühitdə qazandığı müsbət meyilləri də, təhsil mühitində fərdi dünyasından kənarlaşdırmağa müvəffəq ola bilmədiyi mənfi təzahürləri də öz davranışları ilə sosial münasibətlər sisteminə daşıyır.

Bu baxımdan sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün münbit zəmin yaradır. Onu biliyi və etik davranışı sayəsində örnək olası həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.

Ona görə də tarixin bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb etmişdir. Müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artıraraq təhsilin həlli vacib olan bir sıra məsələlərini dövlət və cəmiyyət həyatının bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə təhsilin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşmasının, fərdin həyatının daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır. Bu gün insanlar məhz təhsilin vasitəsilə texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı qazanırlar.

Ölkəmizdə keçirilmiş son prezident seçkisində xalqın yüksək etimadını qazanmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətə rəhbərlik fəaliyyətinin yeni dönəmində imzaladığı ilk sənədlərdən birinin məhz “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olması, bu mənada, tam qanunauyğun hadisədir.

Sənəddə də qeyd edildiyi kimi, aparılan islahatlar və genişmiqyaslı infrastruktur layihələri sayəsində ölkəmizdə sosial-iqtisadi həyatın yenidən qurulması, davamlı inkişaf üçün şəraitin yaradılması və bu gün qarşıda duran növbəti strateji vəzifələr var. Bu vəzifələr sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır.

Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi, sərbəst düşünən, müstəqil qərarlar qəbul etməyi bacaran, fəal həyat mövqeli, aydın dünyagörüşü kamil vətəndaşlar yetişdirmək məqsədi ilə təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas niyyətidir.

Müstəqil Azərbaycan dövlətinin yaxın gələcək üçün qarşıya qoyduğu məqsədlərə doğru mühüm bir addım olan bu strategiya ümummilli lider Heydər Əliyevin milli təhsilimizin inkişafı sahəsində formalaşdırdığı zəngin ənənələrə, cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə bu sahədə əldə edilmiş misilsiz nailiyyətlərə söykənir.

Ulu öndərin irəli sürdüyü strateji inkişaf kursuna uyğun olaraq xüsusilə, son on ildə Azərbaycan təhsili böyük inkişaf yolu keçmişdir. Bu sahədə müasir dövrün tələblərinə uyğun əsaslı islahatlar aparılmışdır. Azərbaycan tarixinin heç bir dövründə təhsil indiki qədər geniş ictimai maraq predmeti olmamışdır. Bu marağı şərtləndirən əsas amillər isə Azərbaycan Prezidentinin bu sahəyə xüsusi diqqəti, təhsilin inkişafı üzrə irəli sürdüyü vəzifələrin bütün ölkə boyu intensiv icrası, Azərbaycanda genişmiqyaslı təhsil quruculuğu işlərinin aparılması, eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər sayəsində təhsilin inkişafının ölkəmizdə ictimai hərəkata çevrilməsi olmuşdur.

Bu illərdə milli təhsilimizin məzmunu, mahiyyəti dəyişmişdir. Azərbaycan məktəblərinin maddi-texniki bazası müasirləşdirilmişdir. Məktəblər müasir texniki avadanlıqlarla təchiz edilmiş, İnformasiya-kommunikasiya texnologiyaları (İKT) ilə zənginləşdirilmiş, məktəblərimizdə İKT-nin tətbiqi ən yüksək səviyyəyə çatdırılmışdır.

Hazırda dünyanın düşünən insanlarını narahat edən ciddi bir problem var. İngiliscədən dilimizə tərcümədə “Rəqəmsal uçurum” mənası verən bu problem dünyanın bəzi kasıb ölkələrinin İKT-nin ardıcıl nailiyyətləri üzərində irəliləyən gələcək inkişaf proseslərindən kənarda qalması qorxusundan irəli gəlir. Belə bir meyil illər keçdikcə inkişaf etmiş ölkələrlə əks qütb arasındakı uçurumu fəlakət həddində dərinləşdirə bilər.

Azərbaycanın gələcəyini yaradacaq bu günün məktəblisi, tələbəsi sosial vəziyyətindən asılı olmayaraq İKT-nin nailiyyətlərini öz gündəlik həyatında yaşamaqla, şükürlər olsun ki, bu qütbləşmənin inkişaf səmtində görünür. Müasir kompyuterlər, noutbooklar, interaktiv lövhələr, proyektorlar və s. bu kimi texniki vasitələr təhsil proseslərinə, sinif otaqlarına, auditoriyalara o qədər doğmalaşıb, o qədər dərin şəkildə nüfuz edib ki, hətta bu gün uzun illər ərzində bu vasitələrsiz necə keçindiyimizə təəccüblənirik!

Bu gün Azərbaycan təhsilində dünyanın ən inkişaf etmiş ölkələrini indiki həyat səviyyələrinə qovuşdurmuş proseslər yaşanır. O ölkələrin təcrübəsində böyük uğur qazanmış qərarlar işə düşür. Məsələn, illər öncə ABŞ prezidenti seçilmiş ata Corc Buşun ölkəyə rəhbərlik fəaliyyətinin ilk günlərində hər bir təhsil alan vətəndaşa fərdi inkişafını təmin etmək üçün vəsait ayrılması barədə qərarını yaxşı xatırlayıram. Bu gün Azərbaycan gəncliyinə də eyni şərait yaradılıb. Gənc nəsil qarşısında geniş üfüqlər açılıb. Azərbaycan vətəndaşları üçün təhsil alma imkanı indi təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyi ilə dünyanın ən nüfuzlu universitetlərinin qapıları savadına, istedadına güvənən, müxtəlif istiqamətlər üzrə təhsil almaq arzusunda olan hər bir Azərbaycan vətəndaşının üzünə açıqdır. Dünyanın bütün sivil ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da yaxşı təhsil, yüksək fərdi inkişaf səviyyəsi parlaq gələcəyin təminatı kimi dəyərləndirilir.

Azərbaycan Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın da bu müsbət meyillərə böyük təkan verəcəyi, ölkəmizdə təhsilin inkişafı sahəsində yeni bir mərhələnin əsasını qoyacağı əsla şübhə doğurmur.

Sənəddə beş əsas strateji hədəf nəzərdə tutulmuşdur: 1.Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması; 2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənin formalaşdırılması; 3. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması; 4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması; 5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.

Bu hədəflər ümumi məzmun daşımayıb, hər biri onlara çatmaq üçün yerinə yetirilməli olan dəqiq, aydın vəzifələr üzərində konkretləşir. Bu istiqamətlərin, müəyyən edilmiş tədbirlərin analizi, təhsil proseslərinə dair bütün incəliklərin dövlət sənədində nəzərə alındığını, ən əhəmiyyətlisi isə, burada irəli sürülmüş müddəaların real praktikaya söykəndiyini, əməli fəaliyyət zamanı müşahidə edilən problemlərin həllinə yönəldiyini göstərir.

Məsələn, uşaqların erkən yaş dövrünün təhsildə nə qədər mühüm mərhələ olduğu hər bir pedaqoqa yaxşı məlumdur. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasını nəzərdə tutan birinci istiqamətdə bu məqama xüsusi diqqət yönəlmişdir. Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlarının hazırlanması zərurəti irəli sürülmüşdür.

Bir pedaqoq kimi, bunun təhsildə nə qədər mühüm məqam olduğunu xüsusi vurğulamaqla yanaşı, hazırda bu sahədə müşahidə edilən bəzi problemlər üzərində fikirlərimi də bölüşmək istərdim. Sirr deyil ki, müasir informasiya mühiti körpələrimizin zəkasını inkişaf etdirir. Mövcud dərsliklərin, tədris proqramlarının bu təkamülə uyğunlaşdırılması qaçılmaz zərurətdir. Amma bu gün məktəblərimizdə artıq dərslərin də keçildiyini etiraf etməliyik. Dərs proqramları bəzən həddən artıq yüklənir. Proqramların tərtibi zamanı uşaqların həyatı, uşaq dünyası sanki unudulur. Biz balalarımızı sabaha hazırlamaqla yanaşı, onlara öz uşaqlıqlarını doyunca yaşamağa da imkan yaratmalıyıq. Bu amil, xüsusilə aşağı siniflərdə nəzərə alınmalıdır. Milli mental dəyərlərimizi, ölkəmizdə orta ömür həddini diqqətdən kənarda qoymayaraq elə proqramlar, dərsliklər hazırlamalıyıq ki, körpələrimiz onları məmnunluqla, həm də çox asan qavraya bilsinlər. Məktəbə getmək şagirdlər üçün xofa, əzaba yox, sevincə çevrilsin. Uşaqların məktəb illərində qazandıqları bilgilər ömrün sonrakı mərhələsi üçün sarsılmaz bünövrə formalaşdırsın.

Xarici donorların maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən bir proqram dilimizin təhsil terminologiyasına maraqlı ifadə gətirmişdi: “Addım-addım”. Bu ifadə toxunduğumuz problemə yanaşmada çox yerinə düşür. Həqiqətən, istənilən işi tələsmədən, tədricən, addım-addım, təkamül yolu ilə, amma ardıcıl olaraq yerinə yetirəndə nəticə daha ürəkaçan olur.

Dövlət strategiyasının ikinci istiqaməti kimi nəzərdə tutulmuş yüksək nüfuzlu təhsil verənin formalaşdırılması da təhsildə taleyüklü amildir. Çünki müəllimliyin özü sənətdən daha çox taledir. Yetirdiyi insanların gələcəyində, bütün ömründə hər bir müəllimin şəxsiyyətindən, şagirdlərinə əxz etdirə bildiklərindən nələrsə qalır. Ona görə də hər bir müəllim öz sənətində, taleyində kamilliyə can atmalıdır. Təhsildə əsas fiqur odur. Öz işinin mahiyyətini dərk edən, ixtisasının gözəl bilicisi olan, tərbiyə və biliyi vəhdətdə sevərək bunu öz yetirmələrinə də təlqin edən müəllimlərsiz təhsildə irəliləyişə nail olmaq mümkün deyil.

Bugünkü Azərbaycan məktəbinin fundamental bünövrəsi də məhz fədakar xalq müəllimlərinin, bu yolda ömrünü şam kimi zərrə-zərrə əritmiş maarifçi şəxsiyyətlərimizin nəcib əməlləri üzərində qərar tutur.

Müəllim nüfuzu onun malik olduğu biliklərlə birbaşa bağlıdır. Öz fənnini şagirdinə əxz etdirməyi bacarmayan, bunun səmərəli yollarını axtarmayan, daim öz üzərində işləyib hər gün şagirdləri, tələbələri qarşısına yeni bir baza ilə çıxmayan müəllim, təbii olaraq nüfuz problemi ilə də üzləşəcək. Əfsuslar olsun ki, bu gün əsl müəllim adını şərəflə daşıyan pedaqoqlarımız kimi fəaliyyətini günün tələblərinə uyğun qura bilməyən, şagirdləri bilik və bacarıqlara yiyələndirməkdə çətinlik çəkən qeyri-peşəkarlar da var. Abituriyentlərin ali məktəblərə hazırlığı üçün müəyyən ödəniş müqabilində repetitorların cəlb edilməsinin kütləvi xarakter alması, belə bir halın cəmiyyətdə sanki adi həyat normasına çevrilməsi bunun bariz örnəyidir. Anbaan yeniləşən zamanın müəllimlərimiz qarşısında müəyyən etdiyi yeni vəzifələr var.

Bu günün müəllimi öz şagirdlərinə hazır mövzuları əzbərlətməkdənsə, onları mühakimə etməyə öyrətməlidir. Yüksək ixtisaslı mütəxəssis yetişdirməklə yanaşı, millətini, xalqını, torpağını sevən, sədaqətli şəxsiyyət və vətəndaş tərbiyə etmək qayğısına da qalmalıdır.

Gündəlik həyatımızda rastlaşdığımız, ünsiyyətdə olduğumuz mənən bütöv, dövlətə, xalqa sədaqətli, nurlu əməlləri ilə həyatı gözəlləşdirib rövnəqləndirənlər də, rəzil, paxıl, bədxah xislətlilər, hər şeydə ləkə və nöqsan axtaranlar, milli təəssübkeşlikdən, ali duyğulardan uzaq kəslər də nə vaxtsa şagird olublar. Hansısa müəllimdən dərs alıblar. Onların xarakterlərindəki cizgilər, bütün mənfi və müsbət cəhətləri ilə bu insanları yetişdirmiş, cəmiyyət üçün hazırlamış müəllimlərinin əsəridir.

Bu gün əsl müəllim heç də hər hansı fənndən dərin bilik verən müəllim deyil, həmin biliyin, bacarığın, vərdişin insanlığa xidmət edəcəyinə təminat yaratmağı bacaran ustaddır. Sabah cəmiyyəti idarə edəcək insanların mənəvi bütövlüyünə, əqli yetkinliyinə, əxlaqi kamilliyinə cavabdehliyi üzərinə götürən şəxsdir. Sabah üçün ana dilində özünü ifadə edəcək, öz nitqinin səlisliyi, təfəkkürünün aydınlığı, mühakimələrinin dolğunluğu, əlvanlığı ilə başqalarında maraq oyatmağa çalışacaq vətəndaş hazırladığını hətta ən texniki, quru, qəliz terminlərlə zəngin məzmunlu bəhslərin izahında da diqqətdən kənarda qoymayan pedaqoqdur.

Nakam ömründə ədəbi irsimizə dəyərli töhfələr verməyə macal tapmış mərhum gənc yazıçı İsmayıl Hacıyevin “Yadda qalan günlərim” kitabında yaratdığı belə bir müəllim obrazını həmişə xatırlayıram: “O danışır və yazır: sekans, kosekans. elə bil bayatı melodiyası eşidilir. O danışır və yazır! Dekart sistemi, Pifaqor teoremi. Bu sözlər onun dilindən bizə Füzulinin, Sabirin, Vurğunun sözləri kimi doğmalaşıb. Və ya o, yazı taxtasını üç hissəyə böldü – üç qitəyə, üç materikə. Üç variantda həll etmək olar, – dedi. Beş dəqiqə çəkmədi ki, birinci qitə fəth olundu. İkinci materikə qədəm qoydu. Bir azdan üçüncü. Adamın zehni onun əli ilə ayaqlaşmır. Çətin məsələlərin qənimidir, cəlladıdır. Bu mülayimliklə diz çökdürür istənilən məsələni. Biliyidir onun silahı-qılıncı, gülləsi, gilyotini, atomu. Bilmirəm, niyə bu riyaziyyatı incəsənət saymayıblar? Riyaziyyat niyə incəsənət deyil ki? Onun nəyi və harası cəbrdir? O ki yatmış melodiya qammasıdır?! O, mahir riyaziyyatçı əlində musiqidir, yalnız istedadsız əllərdə cəbrdir! Yaxud: “Yazı taxtası münbit torpağa dönmüşdü: şumlanırdı, əkilirdi, biçilirdi. Bir dərs müddətində bir torpaqdan neçə dəfə məhsul almaq olar? O, tabaşiri yazı taxtasına necə vurursa, oradan do-re-mi-fa-sol-lya-si səslər silsiləsi düzəlib qalxır. Misalları sətir-sətir düzdükcə adamın qulağında “Heyratı” gurlayır, “Cəngi”, “Yallı” səslənir. “

Zərdüştsə müdrik kəlamlarından birində belə söyləyirdi: “Pis müəllim şüuru korlar, sözün mənasını çatdırmaz, ağlın inkişafını dayandırar, təlim-tərbiyəni fəsada çevirər, nəticədə həyatın axınına və gözəlliyinə ziyan yetirər. Mən bu kimi müəllimlərdən şikayət edirəm”.

Ağlı, zəkası, mənəviyyatı, dünyagörüşü ilə cəmiyyətimizin tərəqqisinə xidmət edən müəllimlərimiz millətin mənəvi sərvətidir. Bu sərvətin qədrini bilmək, onu qorumaq hər bir vətəndaşın borcudur. Çünki inkişafın hansı mütərəqqi formasını təhsilimizə tətbiq etsək də, uğura doğru ilk addımlar yenə də əsl vətəndaş mövqeyinə malik müəllimlərdən başlanır.

Belə müəllimlər qloballaşma dövründə xüsusilə aktual olan təhsildə milli məzmun vəzifəsinin də əsas təminatçılarıdır. Təhsilin milliliyi anlayışı, məktəblilərin zahiri görkəmindən tutmuş təhsilin, tərbiyənin, maddi-texniki bazanın milli dəyərlərimizə bağlılığı, müasir tələblərlə uzlaşması və s. bu kimi çətin, fəqət çox vacib, zəruri problemləri özündə əks etdirir. Vaxtilə ulu öndər Heydər Əliyev də bildirirdi ki, “Təhsil sahəsi həyatımızın ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır”.

Əsl Azərbaycan müəlliminin vəzifəsi isə təhsilin milliliyini təmin etməklə yanaşı, həm də şagirdlərini, tələbələrini ifrat millətçilik, milli lovğalıq və istisnalıq ideyalarından çəkindirmək, onları yer üzündə mövcud olan bütün mədəniyyətlərə hörmət ruhunda yetişdirməkdir. Çünki istəsək də, istəməsək də qloballaşma adlı zaman seli bizi ağuşuna alaraq gələcəyə doğru aparır və qloballaşmanın yaratdığı ümumi dəyərlər mühiti Azərbaycan övladlarının ümumbəşəri dəyərlərə hörmət ənənələrini mənimsəmələrini zəruri edir.

Bu gün işğalçı Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycan dövlətinin təhsil sistemində vətənpərvərlik tərbiyəsi də xüsusi əhəmiyyət daşıyır. Amma biz bu problemi bəsit emosional tərbiyə, “ura-patriotizm” səviyyəsində həll edə bilmərik və etməməliyik. Emosional vətənpərvərlik Vətənin müdafiəsində acizliyə gətirib çıxara bilər. Müasir elmi-texniki biliklərə yiyələnməmiş, xüsusilə təbiət elmləri sahəsində normal savadı olmayan fərdlər Vətənin mətin müdafiəçisi sayıla bilməzlər. Bu gün texniki biliklərə, vərdişlərə dərindən bələdlik hər yerdə vacibdir. Azərbaycan öz haqq mübarizəsini təkcə cəbhə bölgələri ilə məhdudlaşdırmır. İnformasiya müharibəsinin ildən-ilə gücləndirildiyi virtual aləm də, haqq səsimizi müxtəlif xarici dillərdəki səlis nitqlərimizlə dünyaya yetirdiyimiz beynəlxalq tribunalar da, Azərbaycanın sosial-iqtisadi inkişafına öz töhfələrimizi verdiyimiz əmək meydanları da bizim səngərlərimizdir. Gənc nəslin zəkası müasir bilik və bacarıqlarla zənginləşdirildikcə biz bu meydanda daha güclü oluruq.

Dövlət strategiyasının nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılmasını nəzərdə tutan üçüncü strateji istiqaməti də cəmiyyət həyatında ciddi narahatlıq doğuran aktual problemlərin həllinə yönəlmişdir.

İstər dövlət təsisatları, istərsə də vətəndaş cəmiyyəti institutları tərəfindən aparılan araşdırmalar bu gün ölkəmizdəki ali təhsil müəssisələrini bitirən məzunlarının tərkibinin iqtisadiyyatın tələbatları ilə tam uzlaşmadığını göstərir. Məsələn, ölkəmizin aqrar sektorunda mövcud olan böyük tələbata, gənc mütəxəssislərin bu sahədə özlərini reallaşdırmaq imkanının genişliyinə rəğmən, ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları qrupu üzrə təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənmişdir. Özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi var. Kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində xüsusilə açıq şəkildə nəzərə çarpır.

Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25-27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir. Bu tendensiyanın fəsadlarını isə hər bir vətəndaş öz gündəlik həyatında hiss etməkdədir. Bir qədər sadə dillə ifadə etsək, evini, avtomobilini təmir etdirmək üçün öz sənətində mahir bir ustanın, işləyən gənc anaların övladlarına qulluq məsələsində kömək göstərə biləcək səriştəli dayənin, ictimai-iaşə müəssisəsində öz xidmət mədəniyyəti ilə müştərilərə məmnunluq gətirən bərbərin, ofisiantın, satıcının və s. tapılması bu gün bir çoxları üçün ciddi problemə çevrilib. Bunun müqabilində əmək bazarı zorən məşğul olduğu sənəti əsla sevməyən, onun incəliklərindən bixəbər qeyri-peşəkarlarla doludur. Bu da zaman-zaman onların keyfiyyətsiz xidmətlərindən məyus olmuş vətəndaşlarımıza əsəb gərginliyi, inamsızlıq gətirir.

Dövlət strategiyasında irəli sürülən ən mühüm məqsədlərdən birinin məhz orta ixtisas təhsilinin keyfiyyətinin təmin olunmasına yönəlməsi bu vəziyyətin müsbətə doğru dəyişəcəyinə böyük ümidlər yaradır.

Orta ixtisas təhsilli mütəxəssislərə real tələbat proqnozunun hazırlanması, təhsildə fasiləsizliyi təmin etmək üçün orta ixtisas təhsilinin digər təhsil pillələri və səviyyələri ilə qarşılıqlı fəaliyyətinin təşkili, bu sahənin tələblərinə müvafiq olaraq orta ixtisas təhsilinin yeni standartlarının və kurikulumlarının hazırlanması, istehsalatın müvafiq sahələrində kifayət qədər təcrübəsi olan mütəxəssislərin orta ixtisas məktəblərinə cəlb edilməsi, təhsil müəssisələrinin pedaqoji kadrlarının elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının yeniləşdirilməsi, yeni maliyyələşmə mexanizminə keçilməsi, müəssisə və təşkilatların müasir istehsal bazasından orta ixtisas məktəbləri tələbələrinin praktik hazırlığı üçün səmərəli istifadə olunması və s. yolu ilə bu sahədə inkişafa müsbət istiqamət vermək mümkündür.

Qəbul edilmiş mühüm dövlət sənədinin müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasına hədəflənmiş dördüncü istiqaməti də qlobal çağırışları əks etdirir və Azərbaycan cəmiyyəti üçün mühüm əhəmiyyət daşıyır. Ölkədə işsizliyin, yoxsulluğun aradan qaldırılmasına, peşə fəaliyyətlərinin yeni istiqamətlərinin, vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verən yaşlıların təhsili hələ ötən əsrin sonlarından XXI əsrə açar kimi dəyərləndirilirdi. Azərbaycanda bu yöndə işlər hələ bir neçə il əvvəldən başlanmışdır. Yeni strategiyada bu sahə üzrə konkret vəzifələrin nəzərdə tutulması isə ölkəmizin bu sahədə də məqsədyönlülüyünü, qərarların ardıcıllığını göstərir. Strategiyaya uyğun olaraq təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi, distant təhsilin təşviqi və s. bu kimi işlər Azərbaycanda bu sahədə zəngin ənənələr formalaşdıracaqdır.

Bu mühüm dövlət sənədində nəzərdə tutulmuş ən mühüm beşinci istiqaməti təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılmasıdır.

Təhsil xərcləri cəmiyyətlərin inkişaf göstəricisini, gələcəyə hesablanmış strateji planlarını müəyyən edən əsas göstəricilərdəndir. Müxtəlif ölkələrdə təhsil xərcləri təhsil pillələri arasında qeyri-bərabər bölüşdürülüb. Təhsil xərclərinin ÜDM-dəki payı təhsilin keyfiyyəti və. s kimi məsələlər barədə əsaslı bir şey deməyə imkan verməsə də, bu göstərici təhsilin dövlət siyasəti üçün hansı dərəcədə əhəmiyyət kəsb etdiyindən xəbər verə bilər. Azərbaycanda təhsil xərclərinin ÜDM-dəki payının 1992-ci ildəki 0 faizdən bu gün 3 faizə çatdırılması ölkəmizin sosial-iqtisadi yüksəlişi ilə həmahəng olaraq təhsil sahəsində gedən tədrici inkişaf proseslərini də dəqiq şəkildə əks etdirir. Lakin bu, hələ yolun başlanğıcıdır, dövlət strategiyasında təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması, bu sahəyə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi hesabına təhsilin maliyyələşdirilməsi xərclərinin ÜDM-ə nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması planlaşdırılmışdır. Sənəddə büdcədənkənar vəsaitlər hesabına Təhsilin İnkişafı Fondunun yaradılmasının nəzərdə tutulması da faydalı bir ideya kimi alqışlanmalıdır.

Eyni zamanda, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması barədə qərarlar da ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş insanların əməyinin layiqincə qiymətləndirilməsinə, cəmiyyətdə müəllim nüfuzunun daha da yüksəlməsinə xidmət edəcəkdir.

Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin Azərbaycan müəlliminə verdiyi qiymət onun fikirlərindən birində öz ifadəsini belə tapmışdır: “Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir”.

Həqiqətən, müəllim dünyanın ən yüksək adıdır və bu ad ona dəyər verən Azərbaycan dövlətini gənc nəslin mənəvi dünyasında ucaldılan dövlətçilik abidəsi kimi zamanın ən uca zirvələrinə yüksəldəcəkdir.

filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

1 Nisan 2016 Cuma

Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə proqramına uyğun suallar sistemi

Paylaşıldı 11:34 by Leyla Bayramova
1. Təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri
1.1. Ümumi təhsilin hüquqi əsasları

1. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən təhsilin icbariliyi necə təmin olunur?
2. Təhsil haqqında Qanunda təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri necə müəyyənləşdirilmişdir?
3. Azərbaycan Respublikasında hansı təhsilalma formaları tətbiq edilir?
4. Azərbaycan Respublikasında təhsilin hansı formaları tətbiq olunur?
5. Azərbaycan Respublikasında təhsilin hansı pillələri və səviyyələri var?
6. Ümumi təhsilin məqsədi nədir?
7. Ümumi təhsilin səviyyələri hansılardır? Hər bir səviyyə üzrə təhsilin məqsədi nədir?
8. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar necə qiymətləndirilir?
9. Ümumi təhsil pilləsinin səviyyələri üzrə formal təhsil necə təşkil edilir?
10. Ümumtəhsil məktəblərində tədris hansı dillərdə aparıla bilər?
11. Evdə təhsil nə deməkdir? Evdə təhsil necə təşkil edilir?
12. Fərdi təhsil nə deməkdir? Fərdi təhsil necə təşkil edilir?
13. Ümumtəhsil məktəbində psixoloji, tibbi və iaşə xidməti necə həyata keçirilir?
14. Dövlət ümumtəhsil məktəblərində pullu təhsil həyata keçirilə bilərmi?
15. Ümumi təhsil müəssisələrinə hansı tipdən və növdən olan təhsil müəssisələri aid edilir?
16. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün hansı əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər nəzərdə tutulmuşdur?
17. “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumlar)”ında ümumi təhsilin məzmununa verilən ümumi tələblər hansılardır?
18. Ümumi təhsilin infrastrukturuna nə daxildir?
19. “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən I və X siniflərə qəbul necə həyata keçirilir?
20. Müəllimlərin etik davranış qaydaları nə üçündür, etik davranış prinsipləri və onlara verilən tələblər hansılardır?
1.2. Ümumi təhsil sahəsində islahatlar, strateji hədəflər və onların həyata keçirilməsi ilə bağlı tədbirlər
21. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi strateji istiqamətlər hansılardır?
22. Dövlət Strategiyasında ümumi təhsilin inkişafı ilə bağlı hansı strateji hədəflər və tədbirlər nəzərdə tutulmuşdur?
23. Səriştə əsaslı ümumi təhsil dedikdə nə nəzərdə tutulur?
24. 12 illik ümumi təhsilin səviyyələri üzrə formal təhsilin müddəti necə müəyyənləşdirilmişdir? 12 illik ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsilin məzmununda hansı yeniliklər nəzədə tutulur?
25. İstedadın erkən yaşdan aşkar olunması, inkişafı ilə bağlı hansı hədəflər nəzərdə tutulmuşdur?
26. Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasının təmin edilməsi üçün hansı tədbirlər görülməlidir?
27. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin etmək üçün hansı tədbirlər görülməlidir?
28. Müəllim peşəsinin nüfuzunun artırılması üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş tədbirlər hansılardır?
29. Ümumi təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqi nələri nəzərdə tutur?
30. Ümumi təhsil müəssisələrində tədris ilinin uzadılması ilə əlaqədar “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə edilmiş dəyişikliklər hansılardır?

2. Müasir idarəetmə bacarıqları
2.1. Ümumi təhsil müəssisələrinin idarə olunması, məktəb sənədlərinin aparılması

31. Məktəb direktorlarının vəzifə funksiyaları hansı normativ hüquqi sənədlə müəyyənləşdirilmişdir?
32. Ümumi təhsilin idarə olunması necə xarakter daşıyır?
33. Ümumi təhsil müəssisəsinin idarə olunmasına kim müdaxilə edə bilər?
34. Ümumi təhsilin dövlət standartlarına görə təhsilin idarə olunması hansı üç prinsip əsasında həyata keçirilir?
35. Pedaqoji şurada qəbul olunmuş qərarların icrası ilə bağlı əmr verilməlidirmi?
36. I və X siniflərə şagird qəbulu zamanı hansı sənədlər tələb olunmalıdır?
37. Hansı əsasda ibtidai sinif şagirdləri təkrar sinifdə saxlanıla bilər? Bir şəhərdə (rayonda) yerləşən ümumtəhsil məktəbində işləyən müəllimin digər şəhər (rayon) məktəbinə yerdəyişməsi necə həyata keçirilir?
38. Şəhər (rayon) daxilində bir ümumtəhsil məktəbində işləyən müəllimin digər məktəbə yerdəyişməsi necə həyata keçirilir?
39. Məktəbin Nizamnaməsi necə hazırlanır, harda qəbul edilir və harda qeydiyyatdan keçirilir?
40. Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması kim tərəfindən müəyyən edilir?
41. Digər məktəbdən məktəbə şagird qəbuluna əsas verən sənəd hansıdır?
42. Şagirdlərinş əxsi işində hansı məlumatlar qeyd edilir, kim tərəfindən aparılır, şagird məktəbdən getdikdə şəxsi iş kimə verilir, məktəbi qurtardıqda nə qədər saxlanılır?
43. Sinifjurnallarının aparılmasına kim nəzarət edir, kimlər tərəfindən aparılır, məktəbdə nə qədər saxlanılır?
44. Ümumi təhsil sənədinin alınması, qeydiyyatı, saxlanması və uçotu işinin aparılması kim tərəfindən həyata keçirilir?
45. Şəhadətnamə və attestatların qeydiyyat kitabı məktəbdə neçə il saxlanılmalıdır?
46. Ümumi təhsilin səviyyələrini hər hansı bir səbəbdən başa vura bilməyən şəxslərə hansı sənəd verilir?
47. Məktəbin pedaqoji sənədlərinə nə daxildir? Hansı məktəb sənədləri təhili idarəetmə orqanı tərəfindən təsdiqlənir?
48. Məktəbin maliyyə-təsərrüfat sənədlərinə nələr daxildir?
49. Məktəbin texniki pasportunda nələr əks olur?
50. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına nələr daxildir?
51. Dövlət ümumtəhsil məktəbinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitləri hesabına əldə etdiyi əmlak onun mülkiyyətinə daxildirmi?
2.2. Tədris prosesinin təşkili, ona rəhbərlik və nəzarət məsələləri
52. Ümumi təhsil üzrə təhsil proqramına (kurikuluma) nə daxildir?
51. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi nə ilə müəyyən edilir?
52. Ümumtəhsil məktəblərində pedaqoji prosesin təşkilinin hansı prinsipləri vardır?
53. Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri necədir?
54. Ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlər hansılardır?
55. Ümumi təhsilin həyata keçirildiyi müəssisələrə təhsilverənlər hansı keyfiyyət göstəricilərinə malik olmalıdır?
56. Ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu hansı qaydada həyata keçirilir?
57. 10 ildən artıq pedaqoji ştajı olan, pedaqoji fəaliyyətdə 3 ilədək fasilə verən müəllimlərin yenidən işə qəbulu necə həyata keçirilir?
58. Ümumi təhsil müəssisələrinə müəllim vəzifəsi istisna olmaqla, digər pedaqoji işçilərin işə qəbulu necə həyata keçirilir?
59. İbtidai siniflərdə hansı fənlər ixtisas müəllimlərinə verilə bilər?
60. Ümumtəhsil məktəblərində hazırlıq sinifləri hansı məqsədlə təşkil edilir?
61. Məktəbə hazırlıq qruplarında məşğələ müddəti neçə dəqiqə olmalıdır?
62. Səhhətində qüsuru olan uşaqların təhsili necə təşkil edilir?
63. Məktəbdə dərs və məşğələ cədvəlləri kim tərəfindən hazırlanır və təsdiq edilir?
64. Müəllimlərin illik və cari təqvim planları kim tərəfindən yoxlanılır və təsdiq edilir?
65. Məktəbdə tədrisin keyfiyyətinə nəzarət kimlər tərəfindən həyata keçirilir?
66. Təlim strategiyalarına nə daxildir?
67. İnteraktiv/fəal təlim nədir?
68. Böyük summativ qiymətləndirmə hansı mərhələdə, kim tərəfindən aparılır?
69. Kiçik summativ qiymətləndirmə hansı mərhələdə, kim tərəfindən aparılır?
70. Ümumtəhsil məktəblərinin hansı siniflərində və kim tərəfindən imtahan aparılır?
2.3. Ümumi təhsilin iqtisadi məsələləri
71. Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçiləri, inzibati, tədris-yardımçı və xidmət işləri üzrə ştatlar necə müəyyən edilir?
72. Ümumtəhsil məktəblərində tarifləşmə siyahısı kim tərəfindən hazırlanır?
73. Yerli təhsili idarəetmə orqanlarının tabeliyindəki ümumtəhsil məktəblərinin tarifləşmə siyahısı kim tərəfindən təsdiq edilir?
74. Ümumtəhsil məktəblərində direktorun tədris (təlim-tərbiyə) işləri üzrə müavininin ştat vahidi hansı göstəriciyə uyğun müəyyən edilir?
75. Məktəb direktoru və direktor müavinlərinə vəzifə funksiyalarının icrası ilə yanaşı, zərurət olduğu halda, ixtisası üzrə ən çoxu neçə saat dərs apara bilər?
76. Ümumi təhsil müəssisələrində direktorların vəzifə maaşı neçənci dərəcə ilə ödənilir?
77. Ümumtəhsil məktəblərində direktor müavinlərinin əmək haqqı necə müəyyənləşdirilir?
78. Tam orta ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı rəhbərinin əmək haqqı hesablanarkən hansı göstəricilər əsas götürülür?
79. GÇH rəhbəri həftədə nə qədər dərs apara bilər?
80. Müəllimlərin əmək haqqı hesablanarkən hansı göstəricilər əsas götürülür?
81. Müəllimin əmək haqqının ödəmə dərəcəsini müəyyənləşdirərkən hansı göstəricilər əsas götürüməlidir?
82. Hansı dərəcələr üzrə əməkhaqqı ilə ödənilir?
83. Müəllimlər həftədə neçə saat dərs apara bilər?
81. Hazırda dərəcələr üzrə müəllimlərin əməkhaqqının miqdarı nə qədərdir?
82. Ümumi təhsil müəssisələrində sinif rəhbərliyi kimlərə verilir?
83. Bir müəllim neçə sinifdə sinif rəhbəri ola bilər?
84. Ümumi təhsil müəssisələrində sinif rəhbərliyinə görə əlavə haqq nə qədər ödənilir?
85. Ümumtəhsil məktəblərində ştat vahidi müəyyən edilərkən hazırlıq siniflərinin sayı nəzərə alınırmı?
86. Hazırlıq siniflərində dərs aparan müəllimlərə yazı işlərinin yoxlanılması üçün əlavə haq ödənilirmi?
87. Ümumi təhsil müəssisələrində siniflərin komplektləşdirilməsi necə aparılır?
88. Ümumi təhsil müəssisələrində hansı fənlərin tədrisində siniflər iki qrupa bölünür?
89. Maddi-tədris baza və ixtisaslı müəllim kadrları olmaq şərtilə sinifdə şagirdlərin sayı neçə olduqda V- IX siniflər xarici dil, fiziki tərbiyə və əmək hazırlığı fənlərindən iki qrupa bölünür?
90. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkanvermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilə bilərmi?
89. Ümumi təhsil müəssisəsində paraleli olmayan bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilirmi?
90. Fakultativ, fərdi və qrup məşğələləri ən azı neçə şagird olduqda təşkili edilir?

3. Əmək qanunvericiliyi və onun icrası ilə bağlı məsələlər

3.1. Əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları. Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları

91. Əmək müqaviləsinin tərəfləri, məzmunu və forması
92. Əmək müqaviləsi hansı müddətə bağlanıla bilər?
93. İşə qəbul edilərkən sınaq müddəti hansı müddətə bağlanılır? Kimlərə sınaq müddəti şamil edilmir?
94. İşçi ilə işəgötürən arasında əmək münasibətləri nə vaxtdan yaranır?
95. Müddətli əmək müqaviləsi hansı halda bağlana bilər?
96. Müddətli əmək müqaviləsində göstərilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi hansı müddətə uzadılmış hesab olunur?
97. Əvəzçilik üzrə əlavə iş yerində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb olunurmu?
98. Müvəqqəti əvəzçilik nədir və necə yerinə yetirilir?
99. Əmək müqaviləsinə xitam verilməsinin əsasları hansılardır?
100. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası necədir?
101. İşəgötürən tərəfindən əmək müqaviləsi hansı hallarda ləğv edilə bilər?
102. İxtisar aparılarkən təhsil və ya peşəkarlıq səviyyələri eyni olduqda hansı kateqoriyadan olan işçilərə üstünlük verilir?
103. Hansı hallar işçinin əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir?
104. Tərə flərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları hansılardır?
105. Əmək müqaviləsinin ləğvi zamanı əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməlidirmi?
106. Çalışmanın son yaş həddinə (65 yaş) çatmış pedaqqoji işçilərin əmək fəaliyyətini davam etdirməsi ilə əlaqədar prosedurl; necə müəyyənləşdirilir?
107. 70 yaşdan yuxarı pedaqoji işçilərin əmək fəaliyyətini davam etdirməsi ilə bağlı prosedurlar necə müəyyənləşdirilir?
108. İşdən çıxan işçiyə əmək kitabçası neçə gün ərzində verilməlidir?
109. Əmə k müqaviləsinə xitam verilərkən işçilərə hansı təminatlar nəzərdə tutulur?
110. Hansı halda əmək müqaviləsinin ləğvi zamanı müəssisə həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmalıdır?
111. İşçi işdən çıxarıldığını qanunsuz hesab edirsə, hansı addımı atmalıdır?
112. İşçi müddətli həqiqi hərbi xidmətdə olduğu zaman iş yeri saxlanılırmı?
3.2. İş və istirahət vaxtı, işçilərin məzuniyyət hüquqları, onun təmin edilməsi və həyata keçirilməsi qaydaları
111. Gündəlik normal iş vaxtının müddəti nə qədərdir?
112. Nahar fasiləsi iş vaxtına daxil edilirmi?
113. Ümumtəhsil müəssisələrində iləyən müəllimlər üçün qısaldılmış iş vaxtı müəyyənləşdirilir?
114. Məzuniyyətin hansı növlər mövcuddur?
115. İşçilərə məzuniyyət verilməsi necə həyata keçirilir?
116. Ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilərə işə girmə müddətindən asılı olaraq birinci əmək məzuniyyəti nə vaxt verilə bilər?
117. Əmə k stajına görə pedaqoji işçilərin əsas məzuniyyət müddətinə təqvim günləri əlavə olunurmu? Əmək stajına görə əlavə məzuniyyət kimlərə verilmir?
118. Ümumi təhsil müəssisələrində işləyən kitabxanaçı, laboran və kiçik texniki işçilərə neçə təqvim günü əsas əmək məzuniyyəti verilir?
119. İşçi birinci iş ili əmək məzuniyyətinə nə vaxt çıxa bilər?
120. Əmə k müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən kimlərin istifadə etmək hüququ vardır?
121. Məzuniyyətdə olduğu müddətdə işçilərin iş yeri, vəzifəsi dəyişdirilə bilərmi?
122. Əmə k stajına görə əlavə məzuniyyətlər neçə gün verilir?
123. Uşaqlı qadınlara əlavə məzuniyyət neçə gün verilir?
124. Hamiləliyə və doğuşa görə işləyən qadınlara neçə gün məzuniyyət verilir?
125. Uşağa qulluq etmək üçün qismən ödənişli məzuniyyət nə qədər verilə bilər?
126. Uşağa qulluq etmək üçün qismən ödənişli məzuniyyətin və 4 yaşınadək ödənişsiz məzuniyyətin müddəti pensiya almaq hüququ verən əmək stajına daxil edilirmi?
127. Uşağa qulluq etmək üçün qismən ödənişli məzuniyyətin və 4 yaşınadək ödənişsiz məzuniyyətin müddəti əmək məzuniyyəti verən əmək stajına daxil edilirmi?
128. Əvəzçilik üzrə işləyən işçilərə əmək məzuniyyəti verilirmi? Saathesabı qaydasında işləyən işçilərə əmək məzuniyyəti verilirmi?
129. Təhs illə bağlı verilən məzuniyyətlər hansı sənədlər əsasında verilir?
130. Hansı hallarda və hansı müddətə ödənişli təhsil məzuniyyətləri verilir?
131. Ödənişsiz məzuniyyət hansı hallarda verilir? İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri nə qədərdir?
132. Əmə k münasibətlərinə xitam verilərkən işçinin məzuniyyət hüququ necə həyata keçirilir?
3.3. Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar
131. Ümumi təhsil müəssisələrində əməyin ödənilməsi üçün tarif dərəcələri necə müəyyən edilir?
132. Əmə k haqqının tərkibinə nə daxildir?
133. Orta əməkhaqqı nədir və necə müəyyən edilir?
134. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi necə həyata keçirilir?
135. Müv əqqəti əvəzetməyə görə əmək haqqının ödənilməsi necə həyata keçirilir?
136. Saathesabı tədris edilən dərslər üzrə əməkhaqqının ödənişi necə aparılır? Ödənilən məbləğ məzuniyyət hesablanılarkən nəzərə alınırmı?
137. İşçinin əməkhaqqının hesablanması, ödənilməsi və ondan tutulmalar necə həyata keçirilir?
138. İşəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından hansı tutulmalar aparıla bilər? İşçinin əməkhaqqından hansı miqdarda tutulmalara yol verilir?
139. İşəgötürən tərəfindən işçiyə artıq verilmiş əməkhaqı hansı hallarda tutula bilər?
140. Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin əməkhaqqı hansı hallarda artırıla bilər?

3.4. Əmək və icra intizamının təmin edİlməsi, onun pozulmasına görə intizam məsuliyyəti və tətbiqi qaydaları

141. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin hansı növləri var?
142. İşçi işində nöqsana yol verdiyi halda intizam tənbehinin tətbiq edilməsi üçün ondan izahat alınmalıdırmı?
143. İşçiy ə intizam tənbehi vermək səlahiyyətli şəxs kim ola bilər?
144. İşçiy ə verilən innzibati tənbeh nə vaxta qədər qüvvədə qalır?
145. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar olunduğu gündən nə qədər vaxt keçənədək (xəstə olduğu, məzuniyyətdə və ezamiyyədə olduğu vaxt nəzərə alınmadan) verilə bilər?
146. İntizam xətasının törədildiyi gündən nə qədər vaxt keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz?
147. İntizam tənbehinin verilməsi şərtləri hansılardır?
148. Müəssisə daxilində fərdi əmək mübahisələrinə kim tərəfindən baxılır?
149. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, hara müraciət etməlidir?
150. İşçiy ə verilmiş intizam tənbehi hansı halda qüvvədən düşmüş hesab edilir?
4. Ümumi dünyagörüşü, liderlik və şəxsi keyfiyyətlər 4.1. Ümumi dünyagörüşü və məlumatlılıq
151. Ölkəmizdə təhsil sisteminin infrastrukturunun yaxşılaşdırılması istiqamətində hansı işlər görülmüşdür?
152. Azərbaycanda hansı irimiqyaslı iqtisadi layihələr həyata keçirilməkdədir?
153. Ölkə mizin iqtisadi sahədə əldə etdiyi nailiyyətləri kollektivinizə hansı formada çatdırırsınız?
154. Azərbaycan hansı dövlətlərlə daha sıx mədəni-iqtisadi münasibətlər qurmuşdur?
155. Azərbaycanın mədəni irsinin dünyada tanıdılması sahəsində nə kimi uğurlarımız var?
156. Azərbaycanın görkəmli alimlərinin, onların dünya elminin inkişafındakı rolunun şagirdlərə öyrədilməsi istiqamətində hansı işləri görürsünüz?
157. Azərbaycanda idmanın inkişafı, gənc nəslin sağlasm böyüməsi, gənclər siyasəti ilə bağlı hansı işlər həyata keçirilməkdədir?
158. Torpaqlarımızın azad edilməsi üçün ölkəmizdə ordu quruculuğu sahəsində aparılan işlər yuxarı sinif şagirdlərinə necə çatdırılır?
159. Milli qəhrəmanlarımızın tanıdılması istiqamətində məktəbinizdə hansı vətənpərvərlik tədbirləri həyata keçirilir?
160. Ölkə mizdə mədəni və dini irsimizə hörmət hisslərinin qorunub saxlanılması və gənc nəslə aşılanması istiqamətində hansı işlər həyata keçirilir? Toleriantlıq və multikultiraizm nədir, ölkəmizdə bu istiqamətdə hansı işlər görülür?
4.2. Təhsilin inkişafı ilə bağlı baxışları
161. Məktəbinizdə çalışan müəllimlərdən, şagirdlərdən beynəlxalq və yerli layihələrdə iştirak edən olubmu? Onlar qayıtdıqdan sonra öyrəndiklərini paylaşmaq üçün nə ediblər?
162. Tabeçiliyinizdə olan işçilər arasında işi necə bölərdiniz?
163. Fikrinizdə məktəbinizi tez bir zamanda tanıda bilən bir layihə canlandırın.
164. Yaxın 3 ilə qarşınıza hansı hədəfləri qoymusunuz?
165. Məktəbinizi neçə müddətə ilk 10-lar sırasına çıxara bilərsiniz?
166. Sizcə direktor olmaq üçün xüsusi təlim keçməyə ehtiyac varmı(vardımı) ? Niyə elə düşünürsünüz? Düşünürsünüz ki,belə kurslar sizi bu çətin vəzifəyə hazırlaya bilər(və ya bildi)? Axırıncı dəfə təlim, seminar və ya konfransda iştirak etmisiiniz?
167. Hansı sahədə zəiflik hiss edirsiniz? Hansı sahədə təhsilinizi artırmağa ehtiyacınız var?
168. Uşaqların təlim-tərbiyəsində kim daha çox məsuliyyət daşıyır? Ailə yoxsa məktəb? (mühit,cəmiyyət. )
169. Məktəbinizin əlavə gəlir gətirməsi sizə nə üçün lazımdır? Gələn gəliri necə xərcləyərdiniz? Hansı işçilərinizə əlavə maaş təyin edərdiniz? Və hansı keyfiyyətlərinə görə?
170. Hansısa bir layihəni həyata keçirmək istədiniz amma planınıza uyğun nəticəni ala bilmədiniz.
4.3. Analitik təhlil aparmaq, problem həll etmək və qərar vermək qabiliyyəti
171. Direktor seçilsəniz nədən başlayacaqsınız? 3 əsas məqamı qeyd edin.
172. Hansı daha yadda qalan bir problemlə rastlaşdınız və onu necə həll etdiniz?
173. İşləd iyiniz illərdə və ya bu işə başlayarkən qarşınıda hansı şəxsi problemlər durdu və onu necə həll etdiniz?Biliyi aşağı səviyyəli olan müəllimlərinizi işdən necə azad edərdiniz?
174. Buraxılış imtahanında şagirdlərinizın 2 almaq ehtimalı çox olarsa nə edərdiniz?
175. İşinizdə ən böyük uğrunuz nə olub?
176. Nə ü çün direktor işləmək istəyirsiniz? Bu işdə sizin üçün ən vacib olan məqamlar nədir?
177. Siz t ək ya komanda ilə işləməyi sevirsiniz?
178. İş təcrübənizdə ən çox nəyi öyrənmisiniz?
179. İndiki şagirdlərlə sizin sizin məktəb illərindəki şagirdlərin fərqini nədə görürsünüz? Bu günkü şagirdlərlə 10 il əvvəlki kimi yanaşma mümkündürmü?

4.4. Emosional stabillik, situasiyanı adekvat qiymətləndirmə bacarığı

181. Məktəblərimizin indiki vəziyyətində siz demokratik ya avtoritar idarəetmənin tərəfdarısınız?
182. Yaxı n 3 ildə karyeranızda hansı hədəfiniz var və nə kimi dəyişiklik düşünürsünüz?
183. Nə v axtsa əsəbiləşib işdən çıxmaq üçün müraciət etmisinizmi? Nə üçün?
184. Direktor kimi ən böyük çətinliyiniz nə ola bilər?
185. Valideynlərinizin sizə münasibəti necə olub? Sizin uşaqlara münasibətiniz necədir?
186. Məktəbinizə media numayəndələri tez-tezmi gəlir və onlarla rəftarınız necə olur? İşinizdə nöqsan axtaran bir media nümayəndəsi ilə necə davranardınız?
187. Tabeliyinizdə olan işçi mütəmadi olaraq işə gecikirsə nə edərdiniz?
188. Hər gün eyni tipli tapşırıqları yerinə yetirmək sizin üçün nə deməkdir?
189. İş hə yatında nə ilə bağlı gərginlik, sıxıntı və ya rahatlıq hiss edirsiniz?
4.5. Səmimilik, özünü tənqid, özünü qiymətləndirmə, dinləmə və ünsiyyətqurma bacarıqları
190. Özünüz haqqında danışın.Karyeranızı qurmaqda kim və ya nə sizə mənəvi dəstək olub?
191. Hansı keyfiyyətinizə görə siz nümunəvi işçi ola bilərsiniz?
192. Nəyi indiyi qədər olan karyeranızda uğur sayırsınız? Nə üçün?
193. Sizin haqqınızda doğru qərar çıxara bilməyimiz üçün hansı üstün keyfiyyətinizi bizə söyləyə bilərsiniz?
194. İdarəetmədə hansı üstün cəhətləriniz var və onu həmkarlarınızla bölüşməyə hazırsınızmı?
195. Nə z amandan idarəetmə strukturunda olmaq həvəsinə düşdünüz? Arzunuzu reallaşdırmaq üçün nələr etdinz? Müdiriniz nə vaxtsa sizi tənqid edibmi? Nə üçün? Sizin bu tənqidə münasibətiniz?
196. Müdiriniz sizi kollektiv içində tərifləyibmi? Hansı işinizə görə?
197. Repetitorluq edirsinizmi? Maaşınız nə qədər olsa həvəslə işləyərsiniz?
198. Heç boş vaxtınız olurmu və onu necə keçirirsiniz? Hobbiləriniz nədir?
199. Sizə vermədiyimiz hansı sualı gözləyirdiniz? Həmin sualı özünüz özünüzə verin və cavabını eşidək

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.