Press "Enter" to skip to content

Azrbaycan respublikasının dövlt rmzlrin dair qanunvericilik

İyun 8, 2012

Qanunvericilik sistemi

Normativ hüquq aktları: Azərbaycan Respublikası Konstitusiyasının müəyyən etdiyi məsələlərdən biri qanunvericilik sistemi, normativ hüquq aktları, hüquq və qanun məsələləridir. Konstitusiyanın 5-ci bölməsində ifadə olunan normalar məhz bu məsələlərə həsr edilmişdir.
Hüquq ictimai (sosial) hadisədir. Hüquq dedikdə, dövlət tərəfindən adətən, müəyyən edilən və qorunan ümumi məcburi ictimai (sosial) normalar sistemi başa düşülür. Hüququn köməyi ilə vətəndaşların öz aralarında, vətəndaşlarla dövlət prqanları arasında, habelə onlarla müəssisələr, idarələr və təşkilatlar arasında yaranan ictimai münasibətlər tənzimlənir, insanların və kollektivlərin davranışı nizamlanır.
Hüquq bir qayda olaraq, dövlət tərəfindən yaradılır və müəyyən edilir. Dövlət hüquq normalarını ləğv edir, dəyişdirir, onlara əlavələr edir. Bu baxımdan dövlət hüququn siyasi yaradıcısıdır: hüquq yaradıcılığı onun müstəsna hüququdur. Bu o deməkdir ki, hüququ yalnız dövlət yarada bilər. Digər subyektlərin belə hüququ yoxdur. Buna görə də hüquq sadəcə olaraq xalqın iradəsini deyil, xalqın dövlət iradəsini ifadə edir və sadə kimi yox, xüsusi dövlət tənzimləyicisi kimi çıxış edir. Dövlət hüququn vasitəsilə ictimai və dövlət həyatının ən vacib məsələlərini tənzim edir.
Hüquq zahirən ayrı-ayrı, müxtəlif rəsmi dövlət sənədlərində ifadə olunur. Rəsmi dövlət sənədləri dedikdə, qanunlar, prezident fərmanları, hökumət qərarları və digər sənədlər başa düşülür. Onlara dövlətin hüquqi aktları deyilir.
Normativ hüquqi akt dedikdə, səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, məcburi xarakter daşıyan, hüquq normaları müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəd başa düşülür.
Normativ aktlar dövlət orqanlarının qəbul etdiyi müxtəlif rəsmi sənədlərdir, yəni qanunlardır, prezident fərmanlarıdır, Nazirlər Kabinetinin qərarlarıdır, nazirliklərin təlimatlarıdır.
Qanun dedikdə, xüsusi qaydada qəbul edilən, yüksək hüquqi qüvvəyə malik olan, ictimai və dövlət həyatının vacib məsələlərini tənzim edən normativ hüquqi akt başa düşülür.
Qanunvericilik sistemi: Qanunvericilik sistemi dedikdə, normativ hüquqi aktların onların malik olduğu hüquqi qüvvəsindən asılı olaraq vahid şaquli xətt üzrə müəyyən ardıcıllıqla düzlənməsi və yerləşməsi başa düşülür.
Azərbaycan Respublikasının qanunvericilik sisteminə aşağıdakı normativ hüquqi aktlar daxildir: – konstitusiya;
– referendumla qəbul edilmiş aktlar;
– qanunlar;
– fərmanlar;
– Nazirlər Kabinetinin qərarları;
– mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
Göründüyü kimi, qanunvericilik sisteminin tərkibinə müxtəlif cür aktlar daxildir. Onları iki yerə bölmək olar:
– qan unlar;
– qanunqüvvəli aktlar.
Qanunlar ya referendum yolu ilə, ya da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Onlara Konstitusiya, referendumla qəbul olunmuş aktlar, qanunlar aiddir.
Qanunqüvvəli aktlar isə icra hakimiyyəti orqanları tərəfindən qanunların icrası məqsədilə, qanunlara uyğun olaraq qəbul edilir. Prezident fərmanları, Nazirlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları qanunqüvvəli aktlara aid edilir.
Beynəlxalq müqavilələr qanunvericilik sisteminin tərkib hissəsi kimi: Azərbaycan Respublikası xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla qanunda nəzərdə tutulmuş qaydada siyasi, iqtisadi-ticarət, mədəni, elmi əməkdaşlıq və digər sahəklərdə razılığa gələ bilər. Yazılı şəkildə ifadə olunan bu razılaşma beynəlxalq müqavilə adlanır.
Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktları qanunvericilik sisteminin tərkib hissəsi kimi:
– Naxçıvan Muxtar Respublikasının Konstitusiyası;
– Naxçıvan Muxtar Respublikasının qanunları;
– Naxçıvan Muxtar respublikasının Nazirlər Kabinetinin qərarları.
Göstərilən normativ hüquqi aktlar Naxçıvan Muxtar respublikası ərazisində hüquqi qüvvəyə malikdir. Lakin onlar Azərbaycan respublikası qanunvericilik sisteminə uyğun olmalıdır (148-ci maddəsinin 4-cü hissəsi). Həmin aktlar, əgər Azərbaycan Respublikasının qanunvericilik sisteminə zidd olarsa, tətbiq edilmir.
Qanunvericilik sisteminin xüsusiyyətləri: Beynəlxalq müqavilələrin (aktların) Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normatov aktlara münasibətdə hüquqi qüvvəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, beynəlxalq müqavilələr qanunvericilik sistemini təşkil edən normativ aktlara nisbətən yuxarı hüquqi qüvvəyə malikdir.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Published by minfakt

AMİ Zaqatala filialının tarix-coğrafiya fakültəsində oxuyur. minfakt tərəfindən yazılmış bütün yazılara bax

İyun 8, 2012

Cavab qoy Cavabı ləğv et

axtar

kateqoriya

  • AMİ Zaqatala filialı
  • Ana dili
  • Ümumi
  • Bürclər
  • Cebr
  • Coğrafiya
    • Azərbaycan coğrafiyası
    • Coğrafiyanın tədrisi metodikası
    • Landşaftşünaslıq
    • Materiklər coğrafiyası
    • Meteorologiya
    • Okeanların fiziki coğrafiyası
    • Regionların soial-iqtisadi coğrafiyası
    • Toponimika
    • Yerşünaslıq
    • İqtisadi coğrafiya
    • Artistlər
    • Bilirsinizmi .
    • Mahnı sözləri
    • Şəxsiyyətlər
    • Arxeologiya
    • Asiya tarixi
    • Azərbaycan tarixi
    • Konstitusiya
    • Mənbəşünaslıq
    • Qafqaz xalqlarının tarixi
    • Türk xalqlarının tarixi

    Dövlətçilik ənənələrimiz

    Azərbaycan çox qədim dövlətçilik ənənələrinə malik olan ölkələrdən biridir.
    Azərbaycan ərazisində yaranmış ilk dövlət Mannadır. Üç yüz ilə yaxın bir müddət ərzində mövcud olmuş bu dövlət süqut etdikdən sonra Azərbaycan ərazisində yeni dövlətlər yarandı.
    Strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən, zəngin təbii sərvətlərə malik olan Azərbaycan torpaqları daim yadelli işğalçıların basqınlarına məruz qalmışdır. Lakin bir-birini əvəz edən bu yürüşlər dövlətçilik ənənəmizə mane ola bilməmiş, torpaqlarımızda yaranmış dövlətlər iqtisadi, siyasi və mədəni yüksəlişə nail olmuşlar.
    XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün yeni bir tarixi mərhələsinə qədəm qoydu. I Şah İsmayıl bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Mərkəzləşmiş Səfəvi dövləti xalqımızın tarixində böyük rol oynadı.
    1828-ci ildə Rusiya və İranın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız iki hissəyə bölündü. Bu vəziyyətdən xilas olmaq üçün həm Şimali, həm də Cənubi Azərbaycanda azadlıq uğrunda mübarizələr getmişdir. Mübarizələrin nəticəsi olaraq Şimali Azərbaycanda 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandı və bu cümhuriyyət müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi oldu.
    Bütün sahələrdə islahatlar aparan Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasətdə uğurlu addımlar atdı. Dünyanın bir sıra ölkələri Azərbaycan Xalq Cümhuriyyətini rəsmi olaraq tanıdı. 23 ay ərzində böyük uğurlara imza atan bu dövlət sovet Rusiyası tərəfindən 1920-ci ildə süquta uğradıldı. SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) tabeliyində təqribən 70 il ərzində müstəqilliyindən məhrum olan xalqımız 1991-ci ildə yenidən öz dövlətçiliyini bərpa etdi.
    Müstəqilliyini əldə etdikdən sonra ölkəmiz 1995-ci il 12 noyabr tarixində Azərbayan Respublikasının Konstitusiyasını qəbul etdi.
    Konstitusiya xalqın mənafeyini özündə əksetdirən dövlətin ali qanunudur.
    Azərbaycan Respublikası bu gün dünya siyasətində uğurlu siyasi addımlar atır. Ulu öndər Heydər Əliyevin o dövrdə həyata keçirdiyi uzaqgörən siyasəti bu gün ölkəmizin inkişafına imkanlar açmış və bu siyasətin davamçısı ilham Əliyev dövlətçilik naminə bir sıra islahatlar həyata keçirməkdədir. Xarici və daxili siyasətdə nailiyyətlər qazanan ölkə başçımız böyük səylə zəbt olunmuş torpaqlarımızı erməni təcavüzündən xilas etməyə çalışır.
    Ulu öndər Heydər Əliyevin başladığı yolu davam etdirən prezidentimiz bütün imkanlardan istifadə edərək yorulmadan çalışır və bu istiqamətdə uğurlu addımlar atır.


    Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
    Mənbə: Həyat Bilgisi 7 Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə Dərslik

    • Teqlər:
    • Dövlət
    • , Dövlətçilik ənənələri
    • , Dövlətçilik ənənələrimiz

Comments are closed, but trackbacks and pingbacks are open.