Azərbaycanın hərbi qanunvericilik toplusu nəşr olundu
3.3. “ğ” bəndi çıxarılsın.[1]
Azərbaycan respublikasının hərbi qanunvericilik ensiklopediyası.
Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı.
7 Mart 2023, 16:03
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı.
6 Mart 2023, 13:03
Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı.
1 Mart 2023, 14:03
Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı.
1 Mart 2023, 14:03
“İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı.
Azərbaycanın hərbi qanunvericilik toplusu nəşr olundu
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun tərtib etdiyi kitabın baş redaktoru parlament Aparatının rəhbəri Səfa Mirzəyev, redaktoru isə Nizami Səfərovdur.
Kitabın müəllifi Trend-ə bildirib ki, toplu hərbi hissə komandirləri (rəisləri), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, onun yerli idarə, şöbə və bölmələrinin əməkdaşları, hərbi qulluqçular, onların ailə üzvləri, həkimlər, prokurorluq orqanları işçiləri, elmi işçilər, ali təhsil və ali hərbi təhsil müəssisələrinin tələbələri (kursantları), hərbi hüquqi sahədə biliklərini artırmaq arzusunda olan hər bir kəs və hərbi xidmət keçmək kimi konstitusion vəzifə daşıyan hər bir vətəndaş üçün nəzərdə tutulub.
1268 səhifəlik bu kitab 500 nüsxə ilə çap olunub.
Ensiklopediyada buraxılmış boş səhifələr normativ hüquqi aktlarda edilən əlavələr və dəyişikliklər barədə müəyyən qeydləri aparmaq üçün nəzərdə tutulub.
İlk dəfə nəşr olunan “Azərbaycan Respublikasının hərbi qanunvericilik ensiklopediyası”nda hərbi sahəyə aid qanunlar, Milli Təhlükəsizlik Strategiyası, Hərbi Doktrina, Konstitusiya Məhkəməsinin qərarları, hərbi nizamnamələr, əsasnamələr, məcəllə və qanunlardan çıxarışlar, Nazirlər Kabinetinin qərarları, Silahlı Qüvvələrin geyim formaları və fərqlənmə nişanları, silahlı qüvvələrin və ayrı-ayrı qoşun növlərinin bayraqları və onların təsvirləri, orden və medallar, onların təsvirləri, müdafiə nazirinin əmrləri yer alıb.
Kitabda 1918-ci ildə Azərbaycanda təsdiq olunan ilk hərbi orden və medalların təsviri də verilib.
Azərbaycan respublikasının hərbi qanunvericilik ensiklopediyası.
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2007, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 1)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
340.000.000
360.000.000
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında ” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Soveti nin Məlumatı, 1992-ci il, № 11, maddə 406, № 16, maddə 706; 1993-cü il, № 5, maddə 133; 1994-cü il, № 9, maddə 96; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 1999-cu il, № 3, maddə 164, № 4, maddə 215, № 5, maddə 286; 2001-ci il, № 3, maddə 147, № 12, maddə 745; 2002-ci il, № 6, maddə 328, № 8, maddə 463; 2004-cü il, № 2, maddə 57, № 7, maddə 507; 2006-cı il, № 3, maddə 219) aşağıdakı dəyişikliklər edilsin:
1.1. birinci hissədə “20” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin;
1.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:
“Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müva fiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı elan olunduqdan sonra 20 gün müddətində qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən ça ğırışçılar yaşayış yeri və ya olduğu yer üzrə uçotda olduğu hərbi komissarlı ğa, hərbi uçotda olmayan çağırışçılar isə yaşayış yeri üzrə hərbi komissarlığa gəlməlidirlər. “.
1.3. səkkizinci hissədə “Üzrsüz” sözü “Üzrlü səbəblər olmadan qanunla müəyyən olunmuş müddətdə çağırış məntəqələrinə gəlməyən şəxslər, habelə üzrsüz” sözləri ilə əvəz edilsin.
2. 17-ci maddənin birinci hissəsində:
1-ci və 4-cü bəndlərdə “və ya ikinci” sözləri çıxarılsın;
2-ci bənddə “ya ikinci” sözləri çıxarılsın.
3.1. birinci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“Ümumtəhsil məktəblərini bitirdikdən sonra mülkiyyət formasından asılı olmayaraq dövlət qeydiyyatından keçmiş və xüsusi razılıq (lisenziya) almış təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir”;
3.2. “q” bəndində “əyani formada təhsil alan” sözləri “əyani formada ali təhsilin birinci – bakalavr (ali tibbi təhsil üçün, o cümlədən internatura) pil ləsində təhsil alan ” sözləri ilə əvəz edilsin;
3.3. “ğ” bəndi çıxarılsın. [1]
II. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azər baycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 688; 2000-ci il, № 7, maddə 494; 2002-ci il, № 8, maddə 464; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 202; 2005-ci il, № 10, maddələr 874, 876, 902; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 159-IIIQD nömrəli Qanunu) 29-cu maddəsinin ikinci hissə sinə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
“qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan lar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna ol maqla) çağırış yaşlı vətəndaşlar prokurorluq orqanlarında qulluğa qəbul edil mirlər. “.
III. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 12, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57; 2005- ci il, № 4, maddə 274, № 7, maddə 590; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 158-IIIQD nömrəli Qanunu) 15-ci maddəsinə aşağıda kı məzmunda üçüncü hissə əlavə edilsin:
“Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qa nuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna ol maqla) çağırış yaşlı vətəndaşlar gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. “.
IV. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 443) 9-cu maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qa nuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan lar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna ol-maqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nə- zərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. “.
V. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Res publikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 452, № 12, maddə 731; 2002-ci il, № 12, maddə 706; 2005-ci il, № 10, maddə 902; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 159-IlIQD nömrəli Qanunu) 15-ci maddəsi çıxarılsın.
VI. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respubli kasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 586) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. aşağıdakı məzmunda 4.3-cü maddə əlavə edilsin:
“4.3. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar ədliyyə orqanlarında xüsusi rütbələr nəzər də tutulmuş vəzifələrə qulluğa qəbul edilmirlər. “.
2. 4.3-4.9-cu maddələr müvafiq olaraq 4.4-4.10-cu maddələr hesab edilsin.
VII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2006-cı il
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 56)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 fevral 2012-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 56) 54-cü maddəsi ilə ləğv edilmişdir.
Похожие статьи
-
Azərbaycan respublikasının qanunvericilik toplusu
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti · Toplu SMS xidməti Əmək Məcəlləsi Biznesdə SMS xidmətlərindən istifadə sürətlə yayılmaqdadır,buna…
-
Azərbaycan respublikasının inzibati xətalar məcəlləsi
Azərbaycan respublikasının inzibati xətalar məcəlləsi İmişli rayon Mərkəzi kitabxanası Azərbaycan respublikasının inzibati xətalar məcəlləsi İmişli rayon…
-
Azərbaycan respublikasının qanunvericilik kitabı
Hədəf Nəşrləri (rəsmi bloq) İ. A. Andreyeva Rusiya Federasiyası Dövlət Dumasının Kitabxana Fondları İdarəsinin (Parlament Kitabxanası) müdiri Azərbaycan…
-
Azərbaycan respublikasının konstitusiyası haqqənda məqalələr
1-ci fəsil. Xalq hakimiyyəti После обретения Азербайджаном независимости возникла необходимость в подготовке новой Конституции. Путём всенародного…
-
Azərbaycan respublikasının dövlət rəmzlərinə dair qanunvericilik
Azərbaycan respublikasının dövlət rəmzlərinə dair qanunvericilik Keçən əsrin sonunda milli dövlətçiliyimiz dirçəlmiş, müstəqil Azərbaycan Respublikası…
Comments are closed, but trackbacks and pingbacks are open.