Azərbaycan respublikasının iqlim ehtiyatları
7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500-2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150-200% çoxdur. Qışı soyuq, yayı sərindir.
İqlim
Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür.
1. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15-50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 40° C-dən yuxarı olur.
2. Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200-500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400-1500 m hündürlükdə) yayılmışdır. Burada illik yağıntı mümkün buxarlanmanın 50-100%-ini təşkil edir. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir.
3. Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik yağıntı mümkün buxarlanmanın 100-150%-ini və bundan da çoxunu təşkil edir. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir.
4. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000-2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400-2700 m) hissəsindədir. İllik yağıntı mümkün buxarlanmanın 75-100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir.
5. Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000-3000 m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50-dən 100%-ə qədərdir. Qışı soyuq və qarlı, yayı sərindir.
6. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600-1500 m) və şimal-şərq (200-500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik yağıntı mümkün buxarlanmanın cənub yamacda 75-100%-i, şimal-şərq yamacda 50-100%-ini təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir.
7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500-2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150-200% çoxdur. Qışı soyuq, yayı sərindir.
8. Dağlıq tundra iqlimi Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100-200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır. Həmçinin Azərbaycanın iqlimi və iqlim tipləri haqqında oxuyun.
İqlimim əsas ünsürləri
Havanın temperaturu. Azərbaycan Respublikasında hava temperaturunun rejimi və ərazi üzrə paylanma qanunauyğundur və bura daxil olan hava kütlələrinin xüsusiyyətindən, ərazinin relyefindən və Xəzər dənizinin ayrı-ayrı rayonlara yaxınlığından asılı olaraq formalaşır. Xəzər dənizi sahilboyu ərazilərdə (dənizdən təqribən 20 km-dək) yayda havanın temperaturunu bir qədər azaldır, qışda isə artırır.
Eyni zamanda, o Mərkəzi Asiyadan daxil olan isti və quru hava kütlələrinin təsirini müəyyən qədər yumşaldır. Havanın orta illik temperaturu Kür-Araz ovalığında, Abşeron yarımadasından cənubda yerləşən sahilboyu zonada, o cümlədən Lənkəran ovalığında 14-15° C təşkil edir. Dağlara doğru havanın temperaturu azalaraq 2000 m yüksəklikdə 4-5° C, 3000 yüksəklikdə isə 1-2° C-dir.
İlin ən soyuq ayında (yanvar) düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0° C-dən aşağı düşmür. Abşeron adası və ondan cənubda yerləşən sahilboyu ərazilər və adalarda o hətta 3-4° C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə -5-6° C (Naxçıvan MR-da -7° C), 3000 m-də isə o təqribən -12-13° C-dir. İlin ən isti ayında (iyul) Kür-Araz ovalığında havanın orta temperaturu əsasən 26-27° C, digər düzənliklərdə və dağətəyi ərazilərdə o 24° C-dən aşağı düşmür.
Dağlarda havanın orta aylıq temperaturu 2000 m-lik yüksəklikdə təqribən 14-16° C, 3000 m-də 8-10° C-dən aşağı düşmür. Ölkə ərazisində hava temperaturunun mütləq maksimum (+46° C) və minimum (-32° C) kəmiyyətləri kəskin kontinental iqlimi ilə seçilən Naxçıvan MR-nın Arazboyu düzənliklərində müşahidə edilmişdir. Temperatur haqqında.
Atmosfer yağıntısı. Azərbaycan Respublikasında atmosfer yağıntıları əsasən hava kütlələrinin əraziyə müdaxiləsi ilə əlaqədardır. Yağıntıların miqdarını, mövsümü və illik paylanmasını hava kütlələrinin ərazinin relyef və Xəzər dənizi ilə qarşılıqlı əlaqəsi müəyyən edir. Azərbaycan ərazisində ən az orta illik yağıntı (150-200 mm-dən az) cənub-şərqi Qobustana və Abşeron yarımadasının cənub sahilinə düşür.
Kür-Araz ovalığının mərkəzi və şərq, Samur-Dəvəçi ovalığının cənub-şərq, Naxçıvan MR-nın Arazboyu, Qobustan və Abşeron yarımadasının əsas hissələrində illik yağıntılar miqdarı 300 mm-dən azdır. Onların miqdarı Xəzər dənizi sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır.
Dağlarda yağıntılar müəyyən yüksəkliyə qədər (Böyük və Kiçik Qafqazda 2600-2800 m, Naxçıvan MR-da 2600-3000 m, Talışda 200-600 m-dək) artır, sonra isə tədricən azalır. Bu ərazilərdə illik yağıntıların maksimum miqdarı Böyük Qafqazın cənub yamacında 1400-1600 mm, şimali şərq yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800-900 mm, Talış dağlarında isə 1700-1800 mm təşkil edir.
Respublikanın digər dağlıq ərazilərindən fərqli olaraq Talış dağlarında yüksəklik artdıqca yağıntının miqdarı azalır və yüksək dağlıq hissəsində (2000 m-dən yüksək) və dağarası dərələrdə onun miqdarı 250-300 mm-dən azdır. Baxmayaraq ki, yağıntıların böyük hissəsi ilin isti dövrünə (aprel-oktyabr) təsadüf edir, yay ayları quraq keçir və hətta yağıntıların bolluğu ilə seçilən Lənkəran-Astara zonasında bu zaman yağıntıların miqdarı illik normanın 5-15%-ni təşkil edir.
Yağıntılı günlərin orta illik sayı Kür-Araz ovalığında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində 60-70 gündən az olur. Böyük Qafqazın cənub yamacının orta dağlıq hissəsində isə onun sayı 170 günə çatır. Yağıntının ən böyük gündəlik maksimumu Böyük Qafqazın cənub yamacında (148 mm, Əlibəy) və Talış dağlarında (334 mm, Bələsər) qeydə alınmışdır. Leysan yağışların intensiviliyi dəqiqədə 1-2 və hətta 3 mm çatır. Düzənliklərdə yağıntının təqribən 4/5-ü, dağlarda isə 1/3-i yağış halında düşür.
Düzənliklərdə qar örtüyü davamlı olmur və ayrı-ayrı illərdə o müşahidə edilmir. Respublikanın ən çox qarlı əraziləri Böyük Qafqazın cənub yamaclarındadır. Burada qar örtüklü günlərin sayı orta dağlıqda 80-120, yüksək dağlıqda isə hətta 250 günə çatır. Böyük Qafqazın ən uca zirvələrində qar örtüyü daim qalır.
Havanın rütubətliyi. Havanın mütləq rütubətinin orta illik kəmiyyətləri Kür-Araz ovalığında 11-12, Xəzər sahili zonada 14-15 mb təşkil edir. Dağlarda yüksəklik artdıqca onun kəmiyyətləri bir qayda olaraq azalır və 1000 m yüksəklikdə orta illik kəmiyyət təqribən 9 mb, 2000 m-də 6-7 mb təşkil edir. Naxçıvan MR-da mütləq rütubətliyin kəmiyyətləri xeyli aşağıdır və müvafiq yüksəkliklərdə Azərbaycanın digər ərazilərinə nisbətən 1-1,5 mb azdır.
Mütləq rütubətliyin ən yüksək kəmiyyətləri yay aylarına düşür (iyul-avqust) və dənizkənarı ərazilərdə və Qanıx-Əyriçay vadisində 20-24 mb, 3000 m-lik yüksəkliklərdə isə 8-10 mb təşkil edir. Yanvarda düzənlik ərazilərdə onun kəmiyyətləri 6 mb, 1500 m-lik yüksəkliklərdə isə təqribən 3 mb-dir. Bu zaman ən aşağı kəmiyyətlər Naxçıvan MR-da müşahidə edilir və düzənlik ərazilərdə 4 mb, dağlarda isə daha az təşkil edir.
Havanın orta illik nisbi rütubətliyinin ən yüksək kəmiyyətləri dənizsahili (75-80 %), ən aşağı kəmiyyətləri isə Naxçıvan MR-da və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində (55-65 %) müşahidə edilir. Yayda ən aşağı nisbi rütubətlik Naxçıvan MR-da (35-50 %), Talışın yüksək dağlıq zirvələrində (50-55 %) və Kür-Araz ovalığında (50-60 %) qeydə alınır. Ən yüksək kəmiyyətlər dənizsahili və Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində müşahidə edilir (60-85 %). Qış aylarında ən yüksək kəmiyyətlər dənizsahili, ən aşağı kəmiyyətlər isə yüksək dağlıq ərazilər üçün səciyyəvidir.
Mümkün buxarlanma. Mümkün buxarlanmanın ən böyük orta illik kəmiyyətləri Naxçıvan MR, Arazyanı düzənlikləri (1200-1400 mm və daha çox) və Kür-Araz ovalığı (1000-1200mm) üçün səciyyəvidir. Azərbaycanın digər ovalıq və düzənliklərində o, 800-1000 mm arasında dəyişir. Dağlıq ərazilərdə yüksəklik artdıqca bu göstərici azalır. Orta dağlıqda mümkün buxarlanmanın orta illik kəmiyyətləri 300-400 mm, yüksək dağlıqda isə 200 mm qədər azalır.
Buludluq. Buludluğun rejimi və paylanması hava dövranı prosesləri və ərazinin oroqrafiyası ilə əlaqədardır. Maksimal buludluq yüksək dağlarda (2000 m-dən yüksək) yazda və yayın əvvəlində, orta dağlıqda və qismən dağətəyi ərazilərdə (2000-500 m).
Küləklər. İlin soyuq dövründə dağlıq ərazilərdə fyon (quru isti küləklər), isti dövründə isə dağətəyi və düzənliklərdə ağ yellər müşahidə edilir.
Ölkə ərazisində küləklərin orta illik sürəti əsasən 5 m/s-dək təşkil edir. Lakin Abşeron adasının dənizsahili ərazilərində o, 6-8 m/s arasında dəyişir. Burada küləyin sürəti 15 m/s və daha çox olan günlərin sayı 100-145 gün təşkil edir. Güclü küləklərlə Gəncə-Qazax düzənliyi də seçilir (25-70 gün). Azərbaycanın digər ərazilərində güclü küləklər nisbətən az müşahidə edilir.
- Mədətzadə Ə.A. Abşeronun hava növləri və iqlimi, B., 1960; Şərqi Qafqazın təbii-subtropik iqlim fəsilləri, B., 1973;
- Klimat Azerbaydcana (pod. Red. A.A.Madatzade, G.M.Şixlinskoqo), B., 1968;
- Azərbaycan Respublikasının istilik balansı atlası (Ə.M.Şixlinskinin redaktəsi ilə, azərbaycanca və rusca), M., 1978;
- Əyyubov Ə.S., Hacıyev Q.Ə., Azərbaycan Respublikasının iqlim ehtiyatları, B., 1984.
- Teqlər:
- Azərbaycanın iqlimi
- , Azərbaycanın coğrafiyası
- , iqlim tipləri
- , iqlim qurşaqları
Təbiət
Azərbaycan Respublikasında hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Bu tiplərin çoxu yarımtiplərə bölünür.
1. Yarımsəhra və quru çöl iqlimi, əsasən, Mərkəzi aran rayonlarını (Kür çökəkliyində hündürlüyü 400 metrədək olan sahələr), Samur çayı mənsəbindən Qızılağac körfəzinədək Xəzəryanı zonası, Naxçıvan MR-in Arazboyu düzənliklərini, Talışın qapalı dağ çökəkliklərini (1000 metrdən) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 15-50%-ni təşkil edir. Qışı, əsasən, isti (Arazboyu düzənliklərdə və Talışın qapalı dağ çökəkliklərində soyuq) keçməsi ilə fərqlənir. Yayı qızmardır, bəzi günlər havanın temperaturu 40° C-dən yuxarı olur.
2. Qışı quraq keçən mülayim-isti iqlim Böyük Qafqazın cənub yamacının alçaq dağlıq zonasında (1000 metrədək hündürlükdə), Qanıx-Əyriçay çökəkliyində (200-500 m), Kiçik Qafqazın şimal və şərq yamaclarında (400-1500 m hündürlükdə) yayılmışdır. Burada illik yağıntı mümkün buxarlanmanın 50-100%-ni təşkil edir. Qışı yumşaq, az yağıntılı, yayı mülayim-istidir.
3. Yayı quraq keçən mülayim-isti iqlim. Əsasən, Lənkəran-Astara zonasındadır. İllik yağıntı mümkün buxarlanmanın 100-150%-ni və bundan da çoxunu təşkil edir. Qışı yumşaq, yayı mülayim-isti və quraq, payızı çox yağıntılı keçir. Maydan avqustun ortalarınadək yağış az yağır və tez-tez quraqlıq olur, süni suvarma tətbiq edilir.
4. Qışı quraq keçən soyuq iqlim Böyük Qafqazın şimal-şərq yamacında (1000-2700 m) və Kiçik Qafqazın orta və yüksək dağlıq (1400-2700 m) hissəsindədir. İllik yağıntı mümkün buxarlanmanın 75-100%-nə bərabərdir. Yayı sərin, qışı nisbətən az sərt keçir.
5. Yayı quraq keçən soyuq iqlim. Naxçıvan MR-nın orta və yüksək dağlıq zonasını (1000-3000 m) əhatə edir. İllik yağıntı mümkün buxarlanmanın 50%-dən 100%-ə qədərdir. Qışı soyuq və qarlı, yayı sərindir.
6. Yağıntısı bərabər paylanan mülayim-isti iqlim Böyük Qafqazın cənub (600-1500 m) və şimal-şərq (200-500 m) yamaclarındakı dağ meşələri zonası üçün səciyyəvidir. İllik yağıntı mümkün buxarlanmanın cənub yamacda 75-100%-ni, şimal-şərq yamacda 50-100%-ni təşkil edir. Qışı yumşaq, yayı mülayim-istidir.
7. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yalnız Böyük Qafqazın cənub yamacı (1500-2700 m) üçün səciyyəvidir. Yuxarı meşə, subalp və alp zonaları əhatə edir. İllik yağıntı mümkün buxarlanmadan 150-200% çoxdur. Qışı soyuq, yayı sərindir.
8. Dağlıq tundra iqlimi Böyük Qafqaz və Kiçik Qafqazın 2700 m-dən, Naxçıvan MR-nın isə 3200 m-dən yüksək ərazilərindədir. Yağıntı mümkün buxarlanmadan 100-200% çox olur. Qış və yay soyuq keçir. Bəzi yerlərdə qar bir ildən o biri ilə qalır.
Ədəbiyyat.: Mədətzadə Ə.A. Abşeronun hava növləri və iqlimi, B., 1960; yenə onun, Şərqi Qafqazın təbii-subtropik iqlim fəsilləri, B., 1973; Klimat Azerbaydcana (pod. Red. A.A.Madatzade, G.M.Şixlinskoqo), B., 1968; Azərbaycan Respublikasının istilik balansı atlası (Ə.M.Şıxlınskinin redaktəsi ilə, azərbaycanca və rusca), M., 1978; Əyyubov Ə.S., Hacıyev Q.Ə., Azərbaycan Respublikasının iqlim ehtiyatları, B., 1984.
Azərbaycanın iqlim tipləri-YENİ
Yarımsəhra və quru çöl iqlimi – ərazimizin 50%-dən çoxunu əhatə edir. Bu iqlim tipi Xəzər sahillərindən 600–800 m mütləq hündürlüklərə qədər olan ərazilərdə yayılmışdır. 2 yarımtipə bölünür:
1. Qışı mülayim, yayı isti, quraq keçən yarımsəhra və quru çöl iqlimi (quru subtropik iqlim). İllik yağıntıları 200–400 mm-dir. 2. Qışı
soyuq, yayı isti, quraq keçən yarımsəhra və quru çöl iqlimi (kontinental iqlim). İllik
yağıntıların miqdarı 300 mm-ə qədərdir.
Mülayim isti iqlim – hündürlüyü 1000 m-ə qədər olan əraziləri əhatə edir. Üç yarımtipi ilə fərqlənir:
1. Qışı quraq keçən mülayim-isti iqlim – yağıntıları ilin isti dövründə düşür.
2. Yayı quraq keçən mülayim-isti iqlim – yağıntıları ilin soyuq dövründə düşür.
3. Yağıntıları bərabər paylanan mülayim-isti iqlim (rütubətli subtropik
iqlim), ilin bütün fəsillərində yağıntı düşür
1000 m – 2700 m yüksəkliklər arasındakı sahələri əhatə edir. 3 yarımtipə bölünür:
1. Yayı quraq keçən soyuq iqlim – yağıntıları əsasən ilin soyuq
dövründə düşür.
2. Qışı quraq keçən soyuq iqlim – yağıntılar, əsasən, yaz, payız və
yayın əvvəllərində düşür.
3. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim – yağıntılar il
boyu təqribən bərabər paylanır.
Dağ tundra iqlimi
Dağ-tundra iqlimi – hündürlüyü 2700 m-dən yüksək olan ərazilərdə yayılıb. Böyük və Kiçik Qafqazın, qismən də Zəngəzur silsiləsinin mütləq hündürlüyü 2700-dən artıq olan hissələrini əhatə edir. Yağıntıları əsasən qar şəklində düşür. Bu iqlim tipində qış və yay əsasən, quraq keçir. Burada ən isti ayın orta temperaturu 0° ilə musbət 10° dərəcə arasında dəyişir.
Hazırladı Osman Eminov
Qeyd: Müəllimlərin işə qəbulu və ali məktəbə hazırlaşmaq istəyənlər “Bakı Peşəkarlaq Akademiyası”nda dərslərimizə qoşula bilərlər bilərlər”. Yüksək səviyyədə keçən dərslərimiz həm miq həm atestasiya imtahanında sizə kömək edəcək.
Əlaqə nömrələri: ☎️ (+99412) 436 92 67 | (+99455) 787 21 23/24
Ünvan:Nizami metrosunun yaxınlığı,Caspian Plaza, 3-cü korpus,11-ci mərtəbə.
Müəllifin öz əlaqə nömrəsi: 055-534-81-70
Похожие статьи
-
Azərbaycan respublikasının fiziki coğrafiyası
Azərbaycan Respublikasının coğrafiyası. I cild: fiziki coğrafiya (2014) Kiçik Qafqaz vilayəti fəal seysmik zonaya daxildir. Maqmatik süxurların səthə…
-
Azərbaycan respublikası fiziki coğrafiyası lər
Azərbaycan respublikası fiziki coğrafiyası lər You are using an outdated browser. Please upgrade your browser to improve your experience and security….
-
Azərbaycan demokratik respublikasının müstəqillik bəyannaməsi 1991
Müstəqillik aktı 18 oktyabr 1991 Ulu Öndər həqiqi dövlət müstəqilliyinin bünövrəsini Naxçıvanda qoyub 18 oktyabr 1991-ci il – Naxçıvandan başlanan…
-
Azərbaycan respublikasının konstitusiyası
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür I. Hər kəsin yaradıcılıq azadlığı vardır. Azərbaycan respublikasinin konstitusiyasi…
-
Azərbaycan respublikasının konstitusiyası haqqənda məqalələr
1-ci fəsil. Xalq hakimiyyəti После обретения Азербайджаном независимости возникла необходимость в подготовке новой Конституции. Путём всенародного…
Comments are closed, but trackbacks and pingbacks are open.