Azərbaycanda Konstitusiya Günüdür
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
12 noyabr – Konstitusiya Günüdür
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin 7 hakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə bütövlükdə, Konstitusiyanın aliliyini qoruyur.
Ötən 22 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Azərbaycanda Konstitusiya Günüdür
Azərbaycanda Konstitusiya Günüdür Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür.
12 Noyabr , 2020 00:00
https://static.report.az/photo/6b719f5a-cb90-3d88-a451-e76debc7f112.jpg
Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür. “Report”un xəbərinə görə, hazırkı Konstitusiya 25 il əvvəl – 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
Конституция Азербайджанской Республики
Конституция Азербайджанской Республики (азерб. Azərbaycan Respublikasının Konstitusiyası ) — основной закон Азербайджанской Республики. Принята 12 ноября 1995 года, путем всеобщего народного референдума. Имеет высшую юридическую силу, прямое действие и верховенство на всей территории Азербайджана.
История
Первая Конституция Азербайджана (Азербайджанской ССР) была принята 19 мая 1921 года на I Всеазербайджанском съезде Советов [1] . Конституция 1921 года закрепила диктатуру городского и сельского пролетариата [2] . Составленная по образцу Конституции РСФСР, эта конституция закрепила руководящую роль рабочего класса в органах государственной власти [3] . Новая редакция Конституции Азербайджана была принята 14 марта 1925 года на IV Всеазербайджанском съезде Советов [1] .
Собравшийся 10 марта 1937 года IX Всеазербайджанский съезд Советов, обсудил проект новой Конституции Азербайджанской ССР и 14 марта утвердил новую конституцию республики [3] . Новая конституция отражала национальные, экономические, политические и исторические особенности республики. 21 апреля 1978 года Внеочередная VII сессия Верховного Совета Азербайджанской ССР девятого созыва приняла последнюю Конституцию Азербайджанской ССР.
После обретения Азербайджаном независимости возникла необходимость в подготовке новой Конституции. Путём всенародного референдума 12 ноября 1995 года была принята первая Конституция независимого Азербайджана.
Конституция Азербайджана 1995 года
Цели принятия Конституции
Народ Азербайджана, продолжая многовековые традиции своей государственности, руководствуясь принципами, отражёнными в Конституционном Акте «О Государственной Независимости Азербайджанской Республики», желая обеспечить благополучие всех и каждого, утвердить справедливость, свободу и безопасность, осознавая свою ответственность перед прошлым, нынешним и будущим поколениями, используя своё суверенное право, торжественно заявляет о следующих своих намерениях:
- Защищать независимость, суверенитет и территориальную целостность Азербайджанской Республики;
- Гарантировать в рамках Конституции демократический строй;
- Достичь утверждения гражданского общества;
- Построить правовое, светское государство, обеспечивающее верховенство законов как выражение воли народа;
- Обеспечить всем достойный уровень жизни в соответствии со справедливым экономическим и социальным порядком;
- Сохраняя приверженность общечеловеческим ценностям, жить в условиях дружбы, мира и безопасности с другими народами и в этих целях осуществлять взаимовыгодное сотрудничество.
- Во имя перечисленных выше высоких намерений путём всенародного голосования — референдума принимается настоящая Конституция.
См. также
Примечания
- ↑ 12В Азербайджане отмечается День Конституции (рус.) , «Новости-Азербайджан» (12/ 11/ 2009).
- ↑ Хрестоматия по истории отечествено государства и права: форма государственного единства в отечественой истории XX века. — Юрайт, Высшее образование, 2009. — С. 93-94. — ISBN 978-5-9916-0092-7, 978-5-9692-0523-9
- ↑ 12История Азербайджана (рус.) , Академия наук Азербайджанской ССР (1963).
Ссылки
- Конституция Азербайджанской Республики, редакция 2002 года
- Из истории Конституции Азербайджана
- АКТ РЕФЕРЕНДУМА АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ «О ВНЕСЕНИИ ДОПОЛНЕНИЙ И ИЗМЕНЕНИЙ В КОНСТИТУЦИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ»
- История Конституции Азербайджана. Материалы, подготовленные Президентской библиотекой Управления делами Президента Азербайджанской Республики
В Викитеке есть тексты по теме
Конституция Азербайджанской Республики
Азербайджан • Армения • Афганистан • Бангладеш • Бахрейн • Бруней • Бутан • Восточный Тимор • Вьетнам • Грузия • Египет¹ • Израиль • Индия • Индонезия • Иордания • Ирак • Иран • Йемен • Казахстан² • Камбоджа • Катар • Кипр • Киргизия • КНР • КНДР • Республика Корея • Кувейт • Лаос • Ливан • Малайзия • Мальдивы • Монголия • Мьянма • Непал • ОАЭ • Оман • Пакистан • Россия² • Саудовская Аравия • Сингапур • Сирия • Таджикистан • Таиланд • Туркмения • Турция² • Узбекистан • Филиппины • Шри-Ланка • Япония
Республика Абхазия • Китайская Республика • Нагорно-Карабахская Республика • Палестинская национальная администрация • Государство Палестина • Турецкая Республика Северного Кипра • Республика Южная Осетия
- Государственное устройство Азербайджана
- Конституции
- История Азербайджана
- Право Азербайджана
Wikimedia Foundation . 2010 .
- Кильская неделя
- Умберто Ромеро, Карлос
Полезное
Смотреть что такое “Конституция Азербайджанской Республики” в других словарях:
- День Конституции Азербайджанской Республики — Тип государственный праздник Установлен 1996 год Отмечается Азербайджан Дата 6 февраля Празднование 12 ноября Связан с принятием Конституции независимой Азербайджанской Республики День Конституции Азербайджанской Республики … Википедия
- Флаг Азербайджанской Республики — Азербайджан … Википедия
- Гимн Азербайджанской Республики — азерб. Azərbaycan Marşı!, Азәрбајҹан маршы! Азербайджан Маршы! Марш Азербайджана! … Википедия
- Герб Азербайджанской Республики — ڡڨݡݠݠګؼؼػڨڨګ Герб Азербайджанской Республики … Википедия
- Президент Азербайджанской Республики — Azərbaycan Respublikası Prezidenti … Википедия
- Президент Азербайджанской республики — глава Азербайджанского государства, который, согласно Конституции, представляет Азербайджанское государство внутри страны и во внешних сношениях, воплощает единство народа Азербайджана и обеспечивает преемственность азербайджанской… … Википедия
- Конституция Азербайджана — Конституция Азербайджанской Республики (азерб. Azərbaycan Respublikasının Konstitusiyası) основной закон Азербайджанской Республики. Принята 12 ноября 1995 года, путем всеобщего народного референдума. Имеет высшую юридическую силу, прямое… … Википедия
- Государственные награды Азербайджанской Республики — Закон Азербайджанской Республики «Об учреждении орденов и медалей Азербайджанской Республики» Национальное собрание Азербайджанской Республики постановляет: 1. Учредить следующие ордена Азербайджанской Республики: орден «Независимость» высшую… … Википедия
- Национальная армия Азербайджанской Республики — Azərbaycan Silahlı Qüvvələri Вооруженные Силы Азербайджана Эмблема вооружённых сил Азербайджана Год формирования 26 июня 1918 года Страна Азербайджан Под … Википедия
- Конституция СССР 1977 — Великая Октябрьская социалистическая революция, совершенная рабочими и крестьянами России под руководством Коммунистической партии во главе с В. И. Лениным, свергла власть капиталистов и помещиков, разбила оковы угнетения, установила… … Большая советская энциклопедия
- Обратная связь: Техподдержка, Реклама на сайте
- Путешествия
Экспорт словарей на сайты, сделанные на PHP,
WordPress, MODx.
- Пометить текст и поделитьсяИскать в этом же словареИскать синонимы
- Искать во всех словарях
- Искать в переводах
- Искать в ИнтернетеИскать в этой же категории
Похожие статьи
-
Azərbaycan respublikasının konstitusiyası qebulu 12 noyabr 1995-ci il
Konstitusiyanın qəbul olunma tarixi Bildiyimiz kimi, 90-ci illərin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dəyişikliklər baş verdi….
-
Azər baycan respublikasının konstitusiyası
Azər baycan respublikasının konstitusiyası Конституция Азербайджанской Республики Azərbaycan Konstitusiyası / Ко Конституция Азербайджанской Республики…
-
Azərbaycan respublikasi konstitusiyası
Azərbaycan respublikasi konstitusiyası – Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; VERGİLƏR Bu gün Azərbaycan Respublikası Konstitusiyasının…
-
Azərbaycan respublikasının konstitusiyası 2018
Azərbaycan respublikasının konstitusiyası 2018 ГЛАВА 11 ИСПОЛНЕНИЕ НАКАЗАНИЙ, НЕ СВЯЗАННЫХ С ОБЯЗАТЕЛЬНОЙ ТРУДОВОЙ ДЕЯТЕЛЬНОСТЬЮ ОСУЖДЕННОГО – 282 § 1….
-
Azərbaycan konstitusiyası 2018
Azerbaycan Konstitusiyasi – Wikipedia 1995-ci ilin mayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın…
Comments are closed, but trackbacks and pingbacks are open.