Press "Enter" to skip to content

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

Ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. www.mdi.gov.az/files/. /Milli_tahlukasizlik_konsepsiyasi.do.
2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. Files .preslib. az/projects /azerbaijan /gl8.pdf
3. Heydər Əliyev Müasir Azərbaycan Parlamentinin banisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları və Milli Məclisdə Çıxışları. Azərbaycan Respublikası Milli Məclisin Nəşri, Bakı-2008.
4. Həsənov, Ə. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı, “Letterpress” nəşriyyat evi, 2011.
5. Hüseynli, İ. Azərbaycanın özü qədər əbədi//Azərbaycan qəzeti, 11may2016-cı il
6. Hüseynli,İ, İlham Əliyev düşmənin bütün hərbi hədəflərinin məhv olunacağını Lələtəpədən bəyan etdi// Azərbaycan qəzeti 15 noyabr 2016-cı il
7. Qasımov, C. ,Nağıyev, N. Milli təhlükəsizliyin əsasları. MTN Maddi texniki Təminat Baş idarəsinin nəşriyyat –poliqrafiya mərkəzi.Bakı-2015, 408 s.
8. Mehdiyev, R. Yeni siyasət: İnkişafa doğru. II cild, Bakı: “Oskar” NPM-nin mətbəəsi, 2008
9. Müasir Azərbaycan dövrün baxışında: 1-ci cild Bakı,2011,Azərbaycan qəzetinin redaksiyası, buraxılışa məsul Bəxtiyar Sadıqov.
10. Фененко Ю.В. Миграция и безопасность в России [Электронный ресурс] // 26.01.2008. -:www.c-society.ru; www.viperson.ru.

Milli təhlükəsizliyin təminatı

Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə, onun müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması başa düşülür. Ölkə qanunvericiliyinə uyğun olaraq, milli təhlükəsizliyin obyektləri insan – onun hüquq və azadlıqları, cəmiyyət – onun maddi və mənəvi dəyərləri, dövlət – onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyüdür. Milli təhlükəsizliyin subyektləri isə insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanlarıdır. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı sistemi (MTTS) ölkə Konstitusiyası və qanunları əsasında qarşılıqlı fəaliyyət göstərən və öz səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyin təmin olunmasına cavabdeh olan qüvvələrin və digər dövlət orqanlarının məcmusudur. Bu qüvvələr və dövlət orqanları milli təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyırlar. MTTS vahid dövlət siyasətinin hazırlanması, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, mədəniyyət və mənəviyyat, habelə digər sahələrdə milli maraqların qorunması prosesinin kompleks fəaliyyət şəklində səmərəli tətbiqi üçün şərait yaradır.

– insanın təhlükəsizliyi – insanın hərtərəfli inkişafı üçün əlverişli şəraitin mövcudluğu, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ümumdövlət tədbirlərinin həyata keçirilməsi;

– cəmiyyətin təhlükəsizliyi – Azərbaycan xalqının həyati əhəmiyyətli maraq və tələbatlarının, habelə ictimai dəyərlər sisteminin təhlükə və təhdidlərdən qorunması;

– dövlətin təhlükəsizliyi – Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun və həyati əhəmiyyətli digər maraqlarının təhdidlərdən qorunmasıdır.

MTTS-in əsas vəzifələri – milli təhlükəsizliyə təhdidlərin aşkarlanması, təhlili və proqnozlaşdırılması; həmin təhdidlərin qabaqlanması və qarşısının alınması üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi; milli təhlükəsizliyi təmin edən qüvvə və vasitələrin formalaşdırılması və hazırlığının təmin edilməsi; milli təhlükəsizliyə bilavasitə təhdid və qəsdlərin yarandığı təqdirdə bütün qüvvə və vasitələrin səfərbər edilməsi, müvafiq əks tədbirlər kompleksinin həyata keçirilməsi, yaranmış vəziyyətin mümkün nəticələrinin lokallaşdırılması və aradan qaldırılması; ölkənin beynəlxalq öhdəliklərinə müvafiq olaraq ümumi və regional təhlükəsizliyin təmin olunmasında iştirakdır. MTTS-in hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyası (1995), «Milli təhlükəsizlik haqqında” (2004), “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” (2004), “Dövlət sirri haqqında” (2004), “Fövqəladə vəziyyət haqqında” (2004), “Hərbi vəziyyət haqqında” (1994), “Müdafiə haqqında” (1993), “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” (1991), “Mülki müdafiə haqqında” (1997), “Əməliyyat-axtarış fəaliyyəti haqqında” (2001), “Terrorçuluğa qarşı mübarizə haqqında” (1999), “Yanğın təhlükəsizliyi haqqında” (1997) və s. Azərbaycan Respublikası qanunları, digər normativ-hüquqi aktları, habelə respublikanın tərəfdar çıxdığı dünyada sülhün və beynəlxalq təhlükəsizliyin qorunması sahəsində dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq müqavilələr təşkil edir. MTTS-in fəaliyyətini tənzimləyəcək Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinasının və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin işlənib hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 sentyabr tarixli sərəncamı ilə işçi qrup yaradılmışdır.

Azərbaycan Respublikasının qanunvericiliyində milli təhlükəsizliyin təminatının aşağıdakı əsas prinsipləri təsbit olunmuşdur:

– Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edilməsi;

– milli təhlükəsizliyin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin tarazlaşdırılması və əlaqələndirilməsi;

– milli təhlükəsizliyi təmin edən orqanlar arasında səlahiyyətlərin dəqiq müəyyən edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi və həmin orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması;

– milli təhlükəsizliyin təminatı ilə əlaqədar fəaliyyətin həyata keçirilməsinə nəzarət;

– beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiya;

– insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti.

Azərbaycan Respublikasının milli maraqları. Milli təhlükəsizlik haqqında qanunvericilikdə ölkənin milli maraqları və onların sahəvi strukturu da əksini tapmışdır. Qanunvericiliyə görə respublikanın milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.

Siyasi sahədə əsas milli maraqlar dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü; konstitusiya quruluşunun qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudluğu; Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması; vətəndaş cəmiyyətinin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması; ictimai-siyasi sabitliyin təmin edilməsi; kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması; dünya azərbaycanlılarının həmrəyliyi; xaricdə yaşayan həmvətənlərin hüquqlarının müdafiəsi; Azərbaycanın dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı, Avropa və dünya birliyinə inteqrasiya; beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılmasıdır. İqtisadi sahədə əsas milli maraqlar iqtisadi potensialın artırılması; bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi; iqtisadi sabitliyin təmin olunması; iqtisadiyyatın inkişafı üçün daxili və xarici investisiyalardan ötrü əlverişli şəraitin yaradılması; təbii və maddi sərvətlərin qorunması və səmərəli istifadə edilməsi; regional və dünya bazarlarının formalaşdırılmasında və fəaliyyət göstərməsində azad və bərabər hüquqlu iştirakın təmin edilməsidir.

Sosial sahədə əsas milli maraqlar Azərbaycan xalqının genofondunun qorunması, əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi məqsədilə səhiyyə və sosial müdafiə sisteminin səmərəli fəaliyyət göstərməsidir.

Azərbaycan Respublikasının hərbi sahədə əsas milli maraqları dövlətin müdafiə qüdrətinin, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin komplektləşdirilməsinin, döyüşə və səfərbərliyə hazırlığının, hərbi-texniki təchizatının təmin edilməsidir.

Milli təhlükəsizliyə təhdidlər. Ölkə qanunvericiliyində milli təhlükəsizliyə təhdidlərin də anlayışı, növləri və təsnifatı verilmişdir. Belə ki, milli təhlükəsizliyə təhdidlər – Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir. Təhdidlər mümkünlüyündən asılı olaraq potensial və real olur. Mənbələrindən asılı olaraq isə onlar xarici və daxili təhdidlərdən ibarətdir. Milli təhlükəsizliyə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir.

Məsələn, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə siyasi sahədə əsas təhdidlər ölkənin dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər; ictimai-siyasi sabitliyin pozulması; insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı daxili və xarici təzyiqlər; dövlət orqanlarının təşkilat strukturunun dağıdılması, onların fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsi; milli və dini münasibətlərin kəskinləşməsi, separatçılıq, etnik, dini və siyasi ekstremizm hallarının yayılması; ictimai təhlükəsizliyin pozulması, hüquqpozmaların sosial profilaktikasının səmərəsizliyi, cinayətkarlığın, xüsusən onun mütəşəkkil, transmilli formalarının artması; qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması, silahlı qiyamın təşkil edilməsi; xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin respublikaya qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti; digər dövlətlər tərəfindən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə və s.-dir.

Dövlətin iqtisadi potensialının tükənməsi, yaxud qeyri-səmərəli istifadəsi, milli iqtisadiyyatın digər ölkələrdən maliyyə və texnoloji asılılığının yaranması, boru kəmərlərinin, digər kommunikasiyaların və nəqliyyat dəhlizlərinin fəaliyyətinin pozulması; iqtisadi əlaqələri nizamlayan dövlət sisteminin pərakəndəliyi, iqtisadiyyatın qeyri-mütənasib inkişafı; ölkənin dünya iqtisadiyyatından təcrid olunması; təbii və maddi sərvətlərin talan edilməsi və səmərəsiz istifadəsi; investisiya aktivliyinin zəifləməsi və s. milli təhlükəsizliyə iqtisadi sahədə əsas təhdidlər, Azərbaycan Respublikasına qarşı təcavüz və gücün tətbiqi və ya tətbiq edilməsi hədəsi, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi; digər ölkələr tərəfindən respublikanın hərbi konfliktlərə, regional münaqişələrə cəlb edilməsi; xarici ölkələrin Azərbaycan ilə sərhədlərinin yaxınlılıqlarında yaranmış qüvvələr nisbətini pozan qoşun qruplaşmalarının artırılması; ölkəmiz ilə qonşu olan dövlətlərdə hərbi-siyasi vəziyyətin qeyri-sabit olması, həmsərhəd dövlətlərin ərazisində ölkəmizə qarşı düşmənçilik siyasətini yeridən digər dövlətlərin qoşunlarının yerləşdirilməsi; Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyət; dövlət sərhədlərindəki ərazilərə, obyektlərə və qurğulara basqın edilməsi, sərhəd münaqişələri və silahlı fitnəkarlıq və s. isə hərbi sahədə əsas təhdidlərdir.

Azərbaycan Respublikası milli təhlükəsizliyinin prioritetləri beynəlxalq hüquq, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında sülh yolu ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli; qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması; Avropa və Transatlantika təhlükəsizlik, siyasi və iqtisadi institutlarına inteqrasiya; Xəzər dənizinin milli sektorlara bölünmə prinsipi əsasında hüquqi statusunun müəyyən edilməsi; Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi iqtidarında olan, NATO standartlarına uyğun və beynəlxalq sülhməramlı əməliyyatlara töhfə verə bilən milli müdafiə sisteminin qurulması; Xəzər dənizinin Azərbaycan sektorunda olan neft yataqları və neft platformalarının təhlükəsizliyinin təmin edilməsi, ölkənin karbohidrogen resurslarının dünya bazarlarına ixrac edilməsi; Avropa-Cənubi Qafqaz-Mərkəzi Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi; beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı yönələn beynəlxalq əməkdaşlıq tədbirlərində iştirak; siyasi sistemin təkmilləşdirilməsi və hüquqi islahatların dərinləşdirilməsi yolu ilə Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etdirilməsi; açıq bazar iqtisadiyyatının qurulması, işsizlik və yoxsulluğun azaldılmasıdır.

Milli təhlükəsizliyi təmin edən orqanlar. Dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, hüquqi və fiziki şəxslər siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdə ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada iştirak edirlər.

Ölkə Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti dövlət müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Dövlət başçısı Təhlükəsizlik Şurasını, eləcə də özünün konstitusiya səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyi təmin edən qüvvələri və dövlət orqanlarmı yaradır, həmin qurumlara rəhbərlik edir. Prezident ordu quruculuğuna, hərbi əməliyyatların aparılmasına rəhbərlik edir, hərbi doktrinanı parlamentin təsdiqinə verir, Silahlı Qüvvələrin (SQ) Ali Baş Komandanının funksiyalarmı həyata keçirir, SQ-nin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir, ali hərbi və ali xüsusi rütbələr verir. Dövlət başçısı ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırışları tərxis edir. O, həmçinin SQ-nin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə ölkə parlamentinə təqdimat verir və sonuncunun razılığı ilə müharibə elan edir və sülh bağlayır. Prezident Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, respublikaya qarşı real silahlı hücum təhlükəsi yarandıqda, ölkənin ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə fərmanı 24 saat müddətində parlamentin təsdiqinə verir. Dövlət başçısı təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə ölkənin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində parlamentin təsdiqinə verir.

Təhlükəsizlik Şurası Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir. Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılmışdır. Fərmana əsasən, Şuranın tərkibinə aşağıdakı vəzifəli şəxslər daxil edilmişdir:

  • Milli Məclisin sədri
  • Baş nazir
  • Prezidentin Administrasiyasının rəhbəri
  • Xarici siyasət məsələləri üzrə dövlət müşaviri
  • Hərbi işlər üzrə dövlət müşaviri
  • Baş prokuror
  • Xarici işlər naziri
  • Müdafiə naziri
  • Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
  • Daxili işlər naziri

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.

Ölkə Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisi (MM) fövqəladə və hərbi vəziyyət rejimləri, müdafiə və hərbi qulluq, təhlükəsizliyin əsasları, ərazi quruluşu və dövlət sərhəd rejimi məsələlərinə dair ümumi qaydaları müəyyən edir, ölkə prezidentinin təqdimatına əsasən respublikanın hərbi doktrinasını təsdiqləyir, dövlət başçısının təqdimatına əsasən SQ-nin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə, eləcə də prezidentin müraciətinə əsasən müharibə elan edilməsi və sülh bağlanmasına razılıq verir. Parlament həmçinin hərbi və fövqəladə vəziyyətin tətbiqi barədə, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda Azərbaycan Prezidentinin fərmanlarmı təsdiq edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) ölkə hökuməti olaraq, mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir; müxtəlif sahələrə dair məqsədli proqramların həyata keçiril-məsini, eləcə də milli təhlükəsizliyi təmin edən qüvvələri və orqanları maddi və maliyyə resursları ilə təmin edir. Nazirlər Kabineti SQ-nin vəziyyətinə görə məsuliyyət daşıyır. NK SQ-nin silah, hərbi texnika, döyüş sursatı və s. başqa resurs və xidmətlərlə təchiz olunmasını təşkil edir. Hökumət həmçinin ölkə iqtisadiyyatının səfərbərlik hazırlığına və səfərbərlik üzrə işə başlamasına, onun hərbi vəziyyət şəraiti rejiminə keçirilməsinə rəhbərlik edir, mülki və ərazi müdafiəsinin ümumi planlaşdırılmasını təşkil edir, silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir, hərbi qulluqçuların, hərbi qulluqdan ehtiyata və ya istefaya buraxılmış şəxslərin, onların ailələrinin sosial və hüquqi təminatlarına dair qanunvericiliyin icrasını təmin edir.

Qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasında məhkəmələr ədalət mühakiməsini həyata keçirir və bu zaman ölkə Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarmı və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarmı və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla prokurorluq cinayət işi başlayır və ibtidai istintaq aparır; cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir; məhkəmədə mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir; məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələr; xüsusi xidmət orqanları; polis, prokurorluq, gömrük, vergi və digər hüquq-mühafizə orqanları; sənaye, energetika, nəqliyyat sahəsində işlərin təhlükəsiz görülməsi qaydalarına görə məsuliyyət daşıyan, rabitə və informasiya təhlükəsizliyini, ətraf mühitin mühafizəsini və əhalinin sağlamlığının qorunmasını təmin edən dövlət orqanları və milli təhlükəsizliyinin təmin olunmasında iştirak edən digər dövlət orqanları – dövlət tərəfindən yaradılan, qanunvericilik çərçivəsində fəaliyyət göstərən və ölkənin milli təhlükəsizliyini bilavasitə təminetmə qabiliyyətinə malik olan qurumlardır.

Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları öz səlahiyyətləri daxilində milli təhlükəsizliyin təmin olunması ilə əlaqədar tədbirlər planlaşdırır və həyata keçirirlər; milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər verirlər; milli təhlükəsizlik sahəsində qanunlara və digər normativ-hüquqi aktlara riayət olunmasını təmin edirlər; milli təhlükəsizliyi təhdid edən, milli maraqlara zərər vura bilən fəaliyyətin qarşısının alınması üçün müvafiq tədbirlər görürlər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi milli təhlükəsizliyi təmin edən əsas dövlət orqanlarıdır.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (MN) – Azərbaycan Respublikası SQ-ə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır və onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlıq üçün tam məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) – ölkənin milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə əlverişli şəraitin yaradılması üçün tədbirlər görən, bu məqsədlə kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini təşkil edən və həyata keçirən, səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparan, eləcə də cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) – dövlət sərhədinin mühafizəsi sahəsində ölkə qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir.

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafızə Xidməti (XDMX) –Azərbaycan Respublikasının Prezidentinin, digər dövlət mühafizə obyektlərinin, həmçinin xarici ölkələrin dövlət və hökumət başçılarının ölkədə olduqları vaxt onların təhlükəsizliyinin təmin edilməsi, dövlət başçısının iqamətgahının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkilini, göstərilən obyektlərdə buraxılış rejimini həyata keçirir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) – ölkədə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir. Digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti bu və ya digər dərəcədə milli təhlükəsizliyin təmin olunması ilə bağlıdır.

Azərbaycan Respublikasının vətəndaşları ölkə qanunvericiliyinə əsasən milli təhlükəsizliyin təmin olunmasında iştirak edirlər. Bu, seçki, referendum və qanunla müəyyən olunmuş digər demokratik vasitələrlə Azərbaycan Respublikasının milli maraqları və onların müdafiəsinin yolları haqda öz fikir və təkliflərini ifadə və icra etmək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada respublikanın milli təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərə-findən hazırlanmış tədbirləri könüllü və ya konstitusiya vəzifələrinin yerinə yetirilməsi şəklində həyata keçirmək; ölkə həyatının müxtəlif sahələrində təzahür edən təhlükəli hallara dövlət və ictimai təsisatların diqqətini cəlb etmək, bütün qanuni vasitələrlə dövlətin təhlükəsizliyi, habelə hüquq və maraqlarının müdafiə olunmasına çalışmaq yolu ilə təmin olunur.

Milli təhlükəsizliyin təminatının vasitə və metodları. Azərbaycan Respublikası öz milli təhlükəsizliyini sərəncamında olan bütün siyasi, iqtisadi, hərbi, hüquqi və digər vasitə və metodlarla birtərəfli qaydada və yaxud beynəlxalq müqavilələrə müvafiq olaraq təmin edir.

Milli təhlükəsizliyin təminatı ilə bağlı beynəlxalq əməkdaşlıq ölkənin Avro-Atlantika institutlarına inteqrasiyasını, ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllini, qonşu dövlətlərlə ikitərəfli, eləcə də Cənubi Qafqaz və GUAM qrupu çərçivəsində regional əməkdaşlığın genişləndirilməsini, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə antiterror koalisiyasının üzvü qismində iştirakmı ehtiva edir. Avro-Atlantika məkanında təhlükəsizlik və sabitliyin güclənməsinə töhfə verən Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramının iştirakçısı kimi, bu məkanda əməkdaşlığın dərinləşdirilməsi, SNT və Avro-Atlantika Təhlükəsizlik Şurası çərçivəsində NATO-ya üzv və tərəfdaş dövlətlərlə siyasi, hərbi, mədəni əməkdaşlığın genişləndirilməsi, Avro-Atlantika siyasi, iqtisadi və təhlükəsizlik strukturlarına inteqrasiya Azərbaycanın strateji məqsədlərindən biridir. Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində, hər iki dövlətin ərazi bütövlüyü, Dağlıq Qarabağın (DQ) bütün əhalisi üçün təhlükəsizlik təminatı, DQ-a ölkə tərkibində geniş muxtariyyət verilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması prinsipləri əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda, Azərbaycan Respublikasının suveren hüquqlarını məhdudlaşdıran, dövlət müstəqilliyinin itirilməsinə yönələn, yaxud Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura bilən beynəlxalq müqavilələrin bağlanılmasına yol verilmir.

Copyright © 2016 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində fəaliyyəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 28 mart 1919-cu ildə yaradılmışdır. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilmişdir. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı olmuşdur.
Xalq Cümhuriyyətinin süqutundan sonra təşkilatın üzvləri repressiyalara məruz qalmış, M.Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya adlanmış, bir müddət Daxili İşlər Xalq Komissarlığının tərkibində fəaliyyət göstərmiş, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunmuşdur. 1967-ci ilə qədər respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik etmişlər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunmuşdur.
Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edilib. Qısa müddət ərzində nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti də dəyişmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə daxil olan Dövlət Sərhəd Xidməti ilə əlaqədə Azərbaycan Respublikası dövlət sərhədinin əməliyyat təminatı üzrə tədbirləri həyata keçirir, Daxili İşlər Nazirliyi ilə əlaqədə Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin diplomatik və digər nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür.
Nazirliyin qarşısında həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması – korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi vəzifələr durur.
Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər formaları ilə mübarizə aparmaq da Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətlərinə aiddir.
28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günüdür.

Ünvan: Bakı şəhəri, AZ1006, Parlament Prospekti, 2
Telefon: (+994 12) 493-76- 22
Faks:
(+994 12) 493-76-22
E-mail: [email protected]

Azərbaycan respublikasının milli təhlükəsizliyinin əsasları

Siyasətdə milli maraqların təmin edilməsi şərti ilə qonşu dövlətlərlə regional səviyyədə və bir çox aspektlərdə geniş əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi zəruri amilə çevrilir. Bu mənada hər bir dövlət bir sıra funksiyaları yerinə yetirir.
Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixində qəbul olunmuş “Milli təhlükəsizlik haqqında” qanununda qeyd edilir ki, “Azərbaycan Respublikasının milli təhlükəsizliyi – dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyü­nün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsidir” Bu qanunda ilk dəfə olaraq dövlətin milli təhlükəsizliyi anlayışının tərifi verilmiş, təhdidlər, milli maraqlar, prinsiplər, obyektlər, həm də milli təhlükəsizliyin əsas istiqamətləri göstərilmişdir. Qanun milli təhlükəsizliklə bağlı bir çox problemlərə aydınlıq gətirdi. Bütovlükdə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılması bu sahədə daha konkret fəaliyyət istiqamətlərini müəyyən etdi.
Müstəqillik əldə ediləndən sonra Azərbaycan müasir demokratik dövlətin qurulması və müasir tələblərə cavab verən xarici və daxili siyasətin həyata keçirməsi kimi fundamental problemlər ilə rastlaşdı. Azərbaycanın milli maraqlarının formalaşmasına və reallaşdırmasına imkan yaradan və praktik və nəzəri əhəmiyyət kəsb edən amillərin üzə çıxardılması lazımdır. Milli amillərin düzgün təyin edilməsi həm xarici, həm də daxili siyasətdə optimal kursunun qurulmasına imkan verir. Dünya təcrübəsi inandırıcı şəkildə onu göstəririr ki, dövlətin milli maraqlarının müdafiəsi üzrə təsirli sistemin yaradılması olmadan onun müstəqilliyini və azadlığı təmin etmək mümkün deyil. Milli maraqların reallaşdırması və onların təminatı, onların etibarlı müdafiəsi siyasi, hərbi, iqtisadi, elmi-texniki, mənəvi-psixoloji və s. əsaslarının formalaşmasını tələb edir.
Azərbaycanın milli müstəqilliyi strategiyası Azərbaycan cəmiyyətinin daimi maraqlarının müdafiəsi məqsədi ilə bu sferada real və proqnozlaşdırılan tendensiyaları idarə edilməsi barədə ideyalardan ibarətdir.
Təhlükəsizlik sistemi funksional olaraq cəmiyyət üzvlərinin maraqlarının müdafiəsi və təhdidlərin qarşısının alınması üzrə müəyyən məsələləri yerinə yetirir. Təhlükəsizlik sisteminin strukturuna daxil olan təşkilatlar müəyyən gücə malikdir, bununla da təhlükəli presedentlərin qarşısı alınır. Məlum olduğu kimi təhlükəsizlik sisteminin əsas məqsədi şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarının müdafiəsidir.
Təhlükəsizlik sistemində ölçülər real, obyektiv vəziyyəti nəzərə alaraq tətbiq edilir. Buradan aydın olur ki, abstrakt, utopik anlayışlar təhlükəsizlik sistemindən uzaqdır. Çünki onlar əsas məsələləri yerinə yetirmək qadirində deyil. Azərbaycan Respublikasının indiki siyasəti siyasi birliyin və ərazi bütövlüyünün təminatından, bununla da Qarabağ münaqişəsinin həllindən ibarətdir. Əlbəttə, milli təhlükəsizliyin təminatında aparıcı ideyanın anlamaması göstərilən problemlər barəsində təhdidlərin artımına gətirib çıxara bilər.
Milli təhlükəsizliyin reallaşdırması o halda müvəffəqiyyətli olar ki, nə vaxt insanların siyasi fəallığı, onların siyasi mövqeyi aydın müəyyən ediləcək. Passivlik, laqeydlik, problemdən qaçış təhdid problemini gücləndirir. Bununla bağlı milli təhlükəsizliyin təminatı sahəsində dövlət siyasəti həmçinin ondan ibarətdir ki, hər bir insanda fəal vətəndaş mövqeyini formalaşdırsın. Belə mövqeyin əsas məzmunu zəruri olduqda, vətəni müdafiə edə bilmək, öz maraqlarını milli maraqlarla uzlaşdırmaq, öz ölkəsinə qarşı törədilən fitnəkar hərəkətlərə mümkün qədər mane olmaq­dan ibarətdir. Azərbaycan Respublikasının həyata keçirdiyi regional və beynəlxalq səviyyədə təhlükəsizliyin təmin edilməsinə, siyasi proseslərin gedişindən asılı olmayaraq, ölkənin müstəqilliyinin qorunub saxlanılması ilə konsepsiya təsdiq edilmişdir. Konsepsiyada təhlükə mənbəyi kimi terrorizmə xüsusi diqqət ayrılıb.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının 2007-ci ildə qəbul edilmiş milli təhlükəsizlik konsepsiyasında təhlükəsizliyin müxtəlif və çoxsaylı aspektləri açıqlanır, dövlətin iqtisadi, sosial, ekoloji, hərbi, sərhəd, informasiya təhlükəsizliyi və əhalinin sağlamlıq və istehsal təhlükəsizliyi haqqında məsələ qoyulur. Konsepsiyada hakimiyyət və yerli idarəetmə orqanları daxili təhlükəsizlik subyektləri, dünya birliyi və qlobal, regional və subregional səviyyələrdə fəaliyyət göstərən müxtəlif dövlətlərarası təşkilatlar isə xarici təhlükəsizlik subyektləri kimi qəbul edilir. Burada milli təhlükəsizlik dedikdə, dövlətin regional və beynəlxalq təhlükəsizliyi, daha sonra isə şəxsiyyət və cəmiyyətin təhlükəsizliyi nəzərdə tutulur. Konsepsiyada “təhlükəsizlik mühiti”, “milli maraqlar” və s. anlayışlara açıqlama verilir.
Müasir siyasi reallıqları nəzərə alaraq, beynəl­xalq və daxili vəziyyət baxımından Azərbaycanın həyati əhəmiyyətli hədəfləri və maraqlarını aşağıdakı qaydada müəyyən etmək olar:
1. əksər əhalinin maraqları naminə demokratik islahatların keçirilməsi, hüquqi və sosial dövlətin yaradılması;
2. suverenliyinin, müstəqilliyin, ölkənin ərazi bütövlüyünün müdafiəsi, Qarabağ münaqişəsinin həlli;
3. əhalinin yüksək həyat səviyyəsini təmin etmək üçün rəqabətə davamlı iqtisadiyyatın inkişafı üçün şəraitin yaradılması;
4. dəniz sərhədlərinin mövcudluğu güclü və səmərəli hərbi dəniz qüvvələrlərinin ehtiyacını əsaslandırır;
5. hərbi təhdidlərə və hücumlara qarşı tab gətirmək qabiliyyətinin daimi təminatı;
6. Azərbaycanın milli maraqlarla bağlı haqqının azad fəaliyyəti seçimi üzrə imkanının olması;
9. öz fəaliyyəti ilə Azərbaycan üçün faydalı olan demokratik, çoxqütblü beynəlxalq münasibətlərini dəstəkləmək.
Azərbaycanın milli maraqlarında geosiyasi maraqlar əhəmiyyətli rol oynayır. Azərbaycan özünəməxsus əlverişli coğrafi mövqeyə malik olaraq Qərbin və Şərqin arasında yerləşib. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın geniş sərvətləri Avropa ölkələrinə yönəlir. Həmçinin məlumdur ki, Xəzər dənizinin Azərbaycan sektorunda neftin və qazın zəngin yataqları aşkar edilmişdir.
Hər bir ölkənin milli maraqları əhəmiyyətinə görə iki qrupa ayrılır: həyati vacib maraqlar, dəyişkən maraqlar. Həyati vacib maraqlar milli strateji maraqlardır. Buraya qlobal və regional səviyyədə ölkənin milli təhlükəsizliyinin təmin edilməsi, ərazi, sosial-iqtisadi, milli-tarixi, mədəni-mənəvi bütövlüyün və s. qorunması daxildir. Bunların təmin edilməsi üçün diplomatik, iqtisadi, mədəni əlaqələrdən və hətta lazım gələrsə hərbi gücdən istifadə olunur. Bu maraqlar guzəşt və sövdələşmə predmetinə çevrilə bilməz. Belə maraqlarda dəyişikliklər o zaman baş tuta bilər ki, beybəlxalq aləmdə və ölkə daxilində köklü dəyişikliklər baş versin. ( 7s.44,45)
Azərbaycanın siyasi təhlükəsizliyinin təminatı milli təhlükəsizlik siyasətinin aparıcı tərəfini təşkil edir. Siyasi sferada ölkənin milli təhlükəsizliyinin təminatı faktiki olaraq, xalqın yaratdığı siyasi təşkilatlar tərəfindən dövlət idarəçiliyi məsələlərinin sərbəst həlli imkanlarının təmin edilməsi, insan və cəmiyyətin maraqları naminə daxili və xarici suveren siyasətinin həyata keçirməsi yolu ilə öz həllini tapır.
Təhlükəsizlik konsepsiyasında Azərbaycan Respublikasının Milli Maraqları dedikdə:
dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi; Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi; vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin olunması; demokratik və vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, qanunun aliliyi və s. aiddir. [1].
Qeyd etmək lazımdır ki, dövlətin milli təhlükəsizlik siyasətini əks etdirən bu konsepsiya Azərbaycan dövlətinin beynəlxalq və regional siyasi fəaliyyətinin əsaslarını təşkil edir. Onu da deyə bilərik ki, əslində dövlətin siyasi fəaliyyəti geostrateji siyasətin mühüm istiqamətlərindəndir. Geostrateji siyasət dövlətin beynəlxalq və regional təhlükəsizliyinin, o cümlədən milli maraqlarının qorunması ilə sıx bağlıdır və bu siyasət həm də dövlətin ümumi inkişaf səviyyəsini müəyyən edir. Geostrateji siyasətin həyata keçirilməsinə yönələn bir sıra qarşılıqlı əlaqəli amillər sırasında aşağıdakıları qeyd etmək olar: ekoloji təhlükəsizlik amili, demoqrafik təhlükəsizlik amili və s. göstərmək olar.
Professor Əli Həsənov qeyd etmişdi:Ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcək müstəqil milli inkişafı ilə bağlı siyasi dünyagörüşü və konseptual yanaşması ilk dəfə hələ SSRİ dağılmamışdan qabaq – 1991-ci ilin əvvəllərində Azərbaycan parlamentinin tribunasından səsləndirdiyi fikirlərdə öz əksini tapmışdır. Azərbaycanın yeni şəraitdə inkişafı ilə bağlı onun həmin dövrdə parlament müzakirələrində səsləndirdiyi fikirlər, təklif və mülahizələr, mütəxəssislərin fikrincə, müstəqilliyə doğru uzanan yolda rastlaşılan yeganə rasional, praqmatik və uzaqgörən fəaliyyət nümunəsi idi. (4 s.25,26)
Heydər Əliyevin milli inkişaf siyasətinin əsasında hüquqi dövlət, demokratik inkişaf və siyasi plüralizmə əsaslanan cəmiyyətin yaradılması dayanırdı. Bu istiqamətdə 1993-cü ildən həyata keçirilən tədbirlər, atılan ən mühüm addımlar – milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, azad, plüralist cəmiyyət quruculuğu, qeyri-hökümət strukturlarının və müstəqil mətbuatın yaradılması ilə bağlı görülən çoxsaylı işlər, 1995-ci ildə demokratik normaları özündə əks etdirən yeni Konstitusiyanın qəbulu, çoxpartiyalı sistemin bərqərar olması, onun əsasında ilk parlament seçkilərinin keçirilməsi və demokratik parlamentin yaradılması, mətbuat və informasiya üzərindən bütün dövlət tənzimləyici mexanizmlərinin yığışdırılması və senzuranın ləğvi və s. həm milli inkişafı sürətləndirdi, həm də ölkənin dünyadakı demokratik imicini formalaşdıraraq, beynəlxalq ictimaiyyəti onunla daha geniş əməkdaşlığa ruhlandırdı. Hüquqi dövlət quruculuğu istiqamətində reallaşdırılan məqsədyönlü siyasət bir neçə il ərzində ölkənin ictimai-siyasi, iqtisadi, mənəvi-ideoloji və sosial həyatını kökündən dəyişdi, vətəndaş cəmiyyəti institutlarının yaradılması və inkişafına təkan verdi, ölkədaxili münasibətləri Avropa standartlarına uyğunlaşdırdı ki, buda 2001-ci ildə Azərbaycanın Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri yaratması, dünyanın demokratik təsisatlarına inteqrasiyası və s. ilə nəticələndi. ( 4 s.27,28)
Azərbaycanın Avratlantik strukturlara inteqrasiyası barədə ölkə Prezidenti parlamentdəki çıxışında demişdir:
“Bizim Avratlantik strukturları ilə əməkdaşlığımız çox səmərəli və müsbətdir. Bu istiqamətə böyük diqqət göstərilir və xarici siyasətimizin bu istiqaməti növbəti illərdə daha da güclənməlidir. Avropa İttifaqı ilə əlaqlər yüksək səviyyədədir. Azərbaycan beş ildir Avropa Şurasının üzvüdür və Avropa Şurası ilə artıq çox gözəl əməkdaşlıq edir” (3.s.172)
Bu siyasət bütün keçid dövrü ərzində imperiya və sosializm sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, getdikcə qloballaşan dünyada öz yerini axtaran, milli maraqlarını və təhlükəsizliyini qorumağa çalışan gənc Azərbaycan dövləti üçün praktiki fəaliyyət proqramına çevrilmişdir. ( 4 s.29)
XX əsrdə böyük dövlətlər Cənubi Qafqaz regionuna bu müdaxilənin əsas məqsədlərini gizlətmək üçün Azərbaycanda vətəndaş müharibəsinin baş verməsinə və əhlinin əsas diqqətinin Dağlıq Qarabağ münaqişəsindən yayındırılmasına çalışırdılar. 1993-cü il 15 iyunda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə sosial gərginliyə, qarşıdurmaya və müharibəyə son qoyudu, 1994-cü ildə müharibə bölgəsində atəşkəsin elan edilməsi Azərbaycan torpaqlarının növbəti işğalının qarşısını aldı. Azərbaycanda dövlət idarəçiliyinin və inişafının yeni əsasları formalaşdırılmağa başlandı. Regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində əsaslı addım atılmış oldu.
Azərbaycan Respublikası 1991-ci ildə müstəqil­liyini elan etdikdən sonra suveren mövcudluğunun təhlükəsizliyinə nail olmaq üçün bir çox beynəlxalq təşkilatlara və ilk növbədə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Həmin müraciətdə demokratiya, azadlıq və bərabərlik prinsiplərinin respublikanın əsas strateji yolu olduğu göstərilirdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi.
XX əsrin 90-cı illərindən müstəqillik qazanan post-sovet məkanı ölkələri milli maraqlara zərər vurmadan öz regional və beynəlxalq təhlükəsizliklərini təmin etmək məqsədilə mövcud və yeni yaranan beynəlxalq ittifaqlara daxil olmağa çalışırdılar. Bu dövrdə müstəqillik əldə edərək yeni respublika yaradan Azərbaycan dövləti ilk növbədə Aİ, BMT və ATƏT kimi təşkilatlara daxil olmağa çalışırdı. Bu təşkilatlara daxil olmanın əsas məqsədi Azərbaycanın təhlükəsizlik sahəsində iki əsas probleminin həlli ilə bağlı olmudur: Dağlıq Qarabağ münaqişəsi və daxili terrorizm təhlükəsi. Onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsinə əsas maneə olaraq qalır [9 s.247].
ATƏT beynəlxalq hüquqdan doğan 10 təhlükə­sizlik prinsipi müəyyənləşdirmişdir ki, bunların da hamısı Ermənistan tərəfindən pozulmuşdur. Həmin prinsiplər aşağıdakılardır:
1. Suverenliyə hörmət; silahlı qüvvələrdən istifadə etməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisələrin dinc yolla həlli; bir-birinin daxili işlərinə qarış­ma­maq; insan hüquq və azadlıqlarına hörmət etmək; millətlərin bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət; dövlət­lər arasında əməkdaşlıq; beynəlxalq hüquqa dair öhdəliklərin vicdanla yerinə yetirilməsi [2, s.23-29].
Ölkənin təhlükəsizliyinin əsaslarının olunması və lazımi səviyyədə təşkili, onun təhlükəsizlik çərçivəsinin, geosiyasi kodunun yaradılması və milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi kimi mühüm dövlət vəzifələrinin həlli yenicə müstəqillik qazanmış və milli təhlükəsizlik sistemi hələ kifayət qədər möhkəmlənməmiş bir dövlət üçün düşünüldüyü kimi də asan iş deyildi. (4 s.52)
Məlumdur ki, müasir dövrdə bütün dünyada miqrasiya prosesinin genişlənməsinin, qaçqınlar və məcburi köçkünlər probleminin genişlənməsinin əsas səbəblərindən biri müharibə və münaqişələrlə bağlıdır ki, bu da ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ciddi təhdidlərin yaranmasına səbəb olur. Bu prosesin tənzimlənməsi rasional funksiyalaşan vahid miqrasiyaya nəzarət sisteminin yaradılmasını, həmçinin qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsini, həmsərhəd dövlətlərlə razılaşmalar prosesinin fəallaşdırılmasını və bu istiqamətdə qarşılıqlı vəzifə və məsuliy­yət­ləri nəzərə alan uyğun müqavilələrin bağlan­masını, həmçinin regional və beynəlxalq əmək­daş­lığın, yəni əlaqəli miqrasiya siyasətinin realllaşdırılmasını, beynəlxalq təşkilatlar, xüsusilə də Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığın yaradılmasını və s. tələb edir [10].
Müstəqillik əldə etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə üzləşən Azərbaycan Respublikası milli maraqların qorunması istiqamətində hərbi təhlükəsizlik siyasəti həyata keçirməyə başladı. Hərbi təhlükəsizlik dövlətin təhlükəsizlik siyasətinin tərkib hissəsi olub, hərbi qüvvələr və dövlətin müvafiq hakimiyyət orqanları tərəfindən həyata keçirilir. Hərbi təhlükəsizlik dövlətin müdafiə qüvvələrini dəstəkləyir və digər dövlətlərlə dostluq münasibətlərinin saxlanmasıına, hərbi münaqişələrin qarşısının alınmasına yönəlir. Hərbi təhlükəsizlik siyasəti dövlətin öz maraqlarını və suverenliyini müdafiə etmək, hərbi müdaxilələrə və digər təzyiq formalarına qarşı durmaq, vətəndaş müharibələrinin, etnik münaqişələrin qarşısını almaq hazırlığını və bacarıqlarını ehtiva edir.
Heydər Əliyev elə bir siyasi kursun əsasını qoydu ki, bu kurs Azərbaycan durduq­ca məmləkətimizin dövlətçilik konsepsiyası kimi yaşayacaq. Ən nəhayət, Heydər Əliyev Azərbaycana elə bir layiqli davamçı bəxş etdi ki, qurduğu dövlət və yaşamaq haqqı verdiyi millət bu gün ona – Prezident İlham Əliyevə alternativsiz inam, etimad ünvanı kimi yanaşır! (5)
İlham Əliyev prezidentliyə başladığı ilk gündən Heydər Əliyevin ənənələrini davam etdirərək, özünün əsas məqsədinə- Azərbaycanı inkişaf etmiş sabit iqtisadiyyata malik, ictimai münasibətlərdə demokratik prinsiplərin bərqərar olduğu müasir dövlətə çevirmək məqsədinə nail olmuşdur. Öz nəhəng inamlı addımlarıyla Azərbaycan siyasi səhnəsini titrədən İlham Əliyev faktoru Azərbaycanın sağlam qüvvələrini və rasional düşünən insanlarını sevindirdiyi qədər müxalifəti məyus edir. Və bu mövcudluq xalq arasında geniş nüfuza, Yeni Azərbaycan Partiyası kimi monolit siyasi gücə, yüksək intellektuala, kifayət qədər sanballı iqtisa­di və siyasi təcrübəyə, qüdrətli və böyük Heydər Əliyev siyasi məktəbinə, şəffaf, sınanmış və şərəfli genetik keyfiyyətlərə söykənir. Bu güc qarşısında duruş gətirmək, bu keyfiyyətlər və onların verdikləri üstünlüklər qarşısında aciz qalmamaq mümkün de­yildir. (3 s.200) Prezident İlham Əliyev qeyd edir ki: “Azərbaycanda siyasi islahatlar çox sürətlə aparılır. Bu da bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir”. Prezidentin yüksək diplomatik fəaliyyəti hərbi əməliyyatlarımızın gerçəkləşməsinə beynəlxalq hüquqi zəmin formalaşdırıb: düzgün iqtisadi siyasət Azərbaycanın bu savaşdan qalib çıxması üçün fövqəladə gücünü yaradıb; uğurlu hərbi islahatlar ordumuzun qüdrətini artıraraq, onu Qarabağı düşməndən tam təmizləyəcək səviyyəyə yüksəldib. Bu istiqamətlər Azərbaycanın iqtisadi-siyasi-hərbi gücünü müəyyənləşdirən əsas amillər, onun qələbəsinin labüdlüyünü şərtləndirən mühüm məqamlardır.(6)
Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı iqtisadi isla­hat­ların və quruculuq işlərinin ideya-siyasi təməl­lərinin elmi-fəlsəfi tədqiqinə böyük ehtiyac var. Heç bir uğur təsadüfi qazanılmır. İndiki müvəffəqiyyətlərimiz məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrələridir. Ona görə Azərbaycanda müasir dövlət quruculuğunun fəlsəfi əsaslarının öyrənilməsi vətəndaş cəmiyyətinə keçidin başlıca tendensiyalarını müəyyənləşdirmək üçün çox vacibdir.(8 s.128)
Azərbaycan Respublikasının əsas inki­şaf prioritetləri ilk növbədə onun milli təhlükə­siz­liyinin və milli maraqlarının formalaşması, təmin olunması ilə bağlıdır. Ölkələrin milli inkişaf tələbləri onların daxili və xarici siyasətini – dövlətin suverenliyinin və milli təhlükəsizliyinin təmin olunmasını və s. vəzifələrin həyata keçirilməsini tələb edir. Cəmiyyətdə cərəyan edən sosial proseslər göstərir ki, burada inkişaf ümumsivilizasiya inkişafının məcrası baxımından doğru seçilib istiqamətləndirilir, burada həm də milli maraqlar, dövlətin təhlükəsizliyi üstünlüyü təmin olunur.

Açar sözlər: təhlükəsizlik, milli təhlükəsizlik, beynəlxalq təhlükəsizlik, milli maraqlar, Dağlıq Qarabağ münaqişəsi

Ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. www.mdi.gov.az/files/. /Milli_tahlukasizlik_konsepsiyasi.do.
2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. Files .preslib. az/projects /azerbaijan /gl8.pdf
3. Heydər Əliyev Müasir Azərbaycan Parlamentinin banisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları və Milli Məclisdə Çıxışları. Azərbaycan Respublikası Milli Məclisin Nəşri, Bakı-2008.
4. Həsənov, Ə. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı, “Letterpress” nəşriyyat evi, 2011.
5. Hüseynli, İ. Azərbaycanın özü qədər əbədi//Azərbaycan qəzeti, 11may2016-cı il
6. Hüseynli,İ, İlham Əliyev düşmənin bütün hərbi hədəflərinin məhv olunacağını Lələtəpədən bəyan etdi// Azərbaycan qəzeti 15 noyabr 2016-cı il
7. Qasımov, C. ,Nağıyev, N. Milli təhlükəsizliyin əsasları. MTN Maddi texniki Təminat Baş idarəsinin nəşriyyat –poliqrafiya mərkəzi.Bakı-2015, 408 s.
8. Mehdiyev, R. Yeni siyasət: İnkişafa doğru. II cild, Bakı: “Oskar” NPM-nin mətbəəsi, 2008
9. Müasir Azərbaycan dövrün baxışında: 1-ci cild Bakı,2011,Azərbaycan qəzetinin redaksiyası, buraxılışa məsul Bəxtiyar Sadıqov.
10. Фененко Ю.В. Миграция и безопасность в России [Электронный ресурс] // 26.01.2008. -:www.c-society.ru; www.viperson.ru.

Г.Меликли
Преподаватель кафедры политологии и социологии,
Старший научный сотрудник отдела «Наследие Гейдара Алиева и философия азербайджанства» Института философии НАНА, диссертант по подготовки доктора наук, доктор философии по политологии.

РЕЗЮМЕ
Критерии безопасности каждого государства связан с установлением отношений, которые не будут подрывать его национальные интересы в системе региональных и международных отношений. Если внутренняя безопасность страны во многом зависит от политического компромисса властных отношений с правительством, а также от установления особых властных отношений с различными сегментами и благосостояния населения, то внешняя безопасность напрямую связана с политической и экономической властью страны.

Ключевые слова: безопасность, международная безопасность, региональная безопасность, национальные интересы, Нагорно-Карабахский конфликт

G.Melikli
Lecturer, Department of Political Science
and Sociology,
Senior Researcher of the Department of
Heritage of Heydar Aliyev and the Philosophy of Azerbaijanism of the Institute of Philosophy
of ANAS, Ph.D. candidate for political science

SUMMARY
Criteria of safety of each state it is connected with establishment of the relations which won’t undermine his national interests in the system of the regional and international relations. If internal security of the country in many respects depends on a political compromise of the imperious relations with the government and also on establishment of the special imperious relations with various segments and welfare of the population, then external safety is directly connected with the political and economic authority of the country.

Keywords: security, international security, regional security, national interests, the Nagorno-Karabakh conflict.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.