Azərbaycan respublikasının mülki prosessual məcəlləsi
49. XARİCİ DÖVLƏT MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN TANINMASI (469-473)
Azərbaycan respublikasının mülki prosessual məcəlləsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
(28 dekabr 1999-cu il tarixli, 779-IQ nömrəli Qanun ilə təsdiq edilmişdir)
(26 may 2000-ci il tarixli, 886-IQ nömrəli Qanuna əsasən 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minir)
Ümumi hissə
Birinci bölmə. Giriş müddəaları
1-ci fəsil. Mülki hüquq sahəsində qanunvericilik
Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri
1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:
- mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək;
- mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;
- fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaq;
- mülki dövriyyəni təmin etmək;
- sahibkarlıq fəaliyyətini dəstəkləmək;
- sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq. (20)
Maddə 2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi
2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir.
2.2. Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir.
2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
2.4. İnsanın özgəninkiləşdirilməyən hüquq və azadlıqlarının, digər qeyri-maddi nemətlərin gerçəkləşdirilməsi və müdafiəsi ilə bağlı münasibətlər, əgər bu münasibətlərin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
2.5. Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.
2.6. Qanundan aşağı qüvvəli normativ hüquqi aktlar mülki münasibətlərin tənzimlənməsi üçün yalnız o halda tətbiq edilir ki, onlar bu Məcəlləyə uyğun gəlsin və ona zidd olmasın.
Maddə 3. Mülki qanunvericilik və beynəlxalq hüquq aktları
3.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir.
3.2. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir.
Maddə 4. Mülki hüquq münasibətlərinin obyektləri
Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.
Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri
5.1. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər.
5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir.
5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
Maddə 6. Mülki qanunvericiliyin prinsipləri
6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:
6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi;
6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;
6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;
6.1.4. mülkiyyətin toxunulmazlığı;
6.1.5. müqavilələr azadlığı;
6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi;
6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması;
6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi;
6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi.
6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər. (20)
Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi
7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.
7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.
Maddə 8. Mülki qanunvericiliyin məkana görə qüvvəsi
8.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının istisnasız olaraq bütün ərazisində qüvvədədir.
8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.
Maddə 9. Mülki qanunvericiliyin şəxslərə görə qüvvəsi
9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir.
9.2. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur.
9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz.
Maddə 10. İşgüzar adətlər
10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi
11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
11.3. Mülki hüquqları məhdudlaşdıran və ya məsuliyyət müəyyənləşdirən mülki qanunvericilik normalarının analogiya üzrə tətbiqinə yol verilmir.
11.4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna normaları) analogiya üzrə tətbiq edilməməlidir.
11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. (12)
Maddə 12. Mülki hüquqların siyasi hüquqlardan asılı olmaması
12.1. Mülki hüquqların həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyası və ya qanunları ilə müəyyənləşdirilmiş siyasi hüquqlardan asılı deyildir.
12.2. Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər.
Maddə 13. Sahibkarlıq fəaliyyəti
Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. (12)
2-ci fəsil. Mülki hüquq və vəzifələr, onların müdafiəsi
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi
14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:
14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları.
14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları.
14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi.
14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.
14.2.6. Başqa şəxsə zərər vurulması.
14.2.7. Əsassız varlanma.
14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri.
14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlətqeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. (12)
Maddə 15. Mülki hüquqların həyata keçirilməsi
15.1. Fiziki və hüquqi şəxslər özlərinə mənsub mülki hüquqları, o cümlədən onları müdafiə etmək hüququnu öz istədikləri kimi həyata keçirirlər.
15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. (12)
Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması
16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
16.2. Mülki hüquqlardan rəqabəti məhdudlaşdırmaq məqsədi ilə istifadə edilməsinə, habelə bazarda hakim mövqedən sui-istifadə olunmasına yol verilmir. (12)
Maddə 17. Mülki hüquqların müdafiəsi
17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.
17.2. Mülki hüquqların məhkəmə müdafiəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müəyyənləşdirdiyi iş aidiyyətinə uyğun olaraq ümumi yurisdiksiya məhkəmələri və iqtisadi məhkəmələr həyata keçirirlər. Müqavilədə tərəflər arasındakı mübahisənin məhkəməyə müraciət edilənədək nizama salınması nəzərdə tutula bilər.
17.3. Mülki hüquqların inzibati qaydada müdafiəsi yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda həyata keçirilir. İnzibati qaydada qəbul edilmiş qərardan məhkəməyə şikayət verilə bilər. (12)
Maddə 18. Mülki hüquqların müdafiəsi üsulları
Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması
Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Maddə 20. Mülki hüquqların özümüdafiəsi
20.1. Şəxslərin öz mülki hüquqlarını qanunvericiliklə qadağan edilməyən bütün üsullarla özümüdafiə etmək hüququ vardır.
20.2. Mülki hüquqların özümüdafiəsi üsulları mülki hüquq pozuntusuna mütənasib olmalı və onun qarşısının alınması üçün zəruri hərəkətlərdən kənara çıxmamalıdır. (12)
Maddə 21. Zərərin əvəzinin ödənilməsi (km4)
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (12)
Maddə 22. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının vurduqları zərərin əvəzinin ödənilməsi
Dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və ya həmin orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi), o cümlədən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının qanunvericiliyə uyğun gəlməyən qeyri-normativ aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə dəyən zərərin əvəzi Azərbaycan Respublikasının və ya müvafiq bələdiyyənin hesabına ödənilməlidir. (12)
Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi (km4)
23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.
23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.
23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. (20)
İkinci bölmə. Şəxslər
3-cü fəsil. Fiziki şəxslər
Maddə 24. Fiziki şəxs anlayışı
24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir.
24.2. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.
Maddə 25. Fiziki şəxsin mülki hüquq qabiliyyəti
25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.
25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
25.3. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür.
25.4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz.
Maddə 26. Ad hüququ
26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır.
26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.
26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər.
26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.
26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.
26.6. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir.
26.7. Fiziki şəxsin adından qanunsuz istifadə nəticəsində ona vurulmuş ziyanın əvəzi bu Məcəlləyə müvafiq surətdə ödənilməlidir.
26.8. Fiziki şəxsin adı onun şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunan üsullarla və ya formada təhrif edildikdə və ya istifadə olunduqda bu Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Maddə 27. Fiziki şəxsin yaşayış yeri
27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti
28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.
28.4. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya).
28.5. Valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar.
28.6. On səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın on səkkiz yaşına çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır.
28.7. Nikah etibarsız sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə qərar qəbul edə bilər.
28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. (12)
Maddə 29. 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti
29.1. Bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır.
29.2. 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır:
29.2.1. xırda məişət əqdləri;
29.2.2. əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur;
29.2.3. qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər.
29.3. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. (12)
Maddə 30. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti
30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin—valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən yazılı surətdə bəyənildikdə də etibarlıdır.
30.2. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə:
30.2.1. öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin;
30.2.2. elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin;
30.2.3. qanuna uyğun olaraq kredit idarələrinə əmanətlər qoysun və onlar barəsində sərəncam versin;
30.2.4. xırda məişət əqdləri və bu Məcəllənin 29.2-ci maddəsində nəzərdə tutulan digər əqdlər bağlasın. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olmaq ixtiyarı da vardır.
30.3. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar.
30.4. Yetərli əsaslar olduqda məhkəmə valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının vəsatəti ilə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın (əgər o, tam həcmdə fəaliyyət qabiliyyəti əldə etməyibsə) öz qazancı, təqaüdü və ya digər gəlirləri barəsində müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra və ya ala bilər. (12)
Maddə 31. Fiziki şəxsin hüquq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən məhrum edilməsinin və bunların məhdudlaşdırılmasının yolverilməzliyi
31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
31.2. Fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur.
31.3. Fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir.
Maddə 32. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması
32.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər.
32.2. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur. (12, 22)
Maddə 33. Qəyyumluq və himayəçilik
33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik həmçinin onların tərbiyələndirilməsi məqsədi ilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.
33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər.
33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.
33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.
33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar.
33.6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. (22)
33.7. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar.
Maddə 34. Qəyyumluq və himayəçilik orqanları
34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir.
34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir.
Maddə 35. Qəyyumlar və himayəçilər
35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər.
35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər.
35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır.
35.4. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə olan və ya
Azərbaycan respublikasının mülki prosessual məcəlləsi
Согласно закону Азербайджанской Республики “О противодействии легализации полученных преступным путем денежных средств или иного имущества и финансированию терроризма” (далее – Закон), лица, оказывающие юридические услуги, обладают соответствующими правами и обязанностями.
Лица, оказывающие юридические услуги, обладают следующими правами:
1. Непринятие ответственности за разглашение банковской или иной охраняемой законом секретной информации, а также за материальный и моральный ущерб, причиненный распространением указанной информации, если информация о подлежащих мониторингу операциях передана в орган финансового мониторинга добровольно, в соответствии с требованиями Закона;
2. Приобретение информации о полученных результатах в обмен на информацию, предоставленную органу финансового мониторинга.
Лица, оказывающие юридические услуги обладают следующими обязанностями:
1. Идентификация и верификация клиента и контрагента;
2. Получение и регулярное обновление информации от клиента о целях и сути деловых отношений;
3. Применение дополнительных мер идентификации к операциям с высоким риском;
4. Принятие мер для определения, относится ли клиент или контрагент к политическим деятелям иностранного государства;
5. Выяснение целей и характера всех сложных, крупномасштабных, необычных, а также не имеющих явных экономических или законных целей операций, и подготовка в связи с этим письменного отчета;
6. Хранение соответствующих документов в течение не менее пяти лет;
7. Разработка систем внутреннего контроля, в случае требования законодательства;
8. Предоставление Службе финансового мониторинга информации о следующих операциях и случаях:
- Наличие подозрительных случаев или наличие подозрительных обстоятельств в связи с которыми существует обоснованное предположение о том, что денежные средства (независимо от суммы) или иное имущество получены преступным путем, или используются в целях финансирования терроризма;
- Проведение какой-либо операции (независимо от суммы), связанной с денежными средствами или прочим имуществом с гражданами государств (территорий), указанных в статье 7.3 Закона, а также с лицами, чьим местом регистрации, жительства и основным местом деятельности являются эти государства (территории), в том числе с лицами, имеющими счета в банках, зарегистрированных в указанных государствах (территориях);
- Операции с денежными средствами или иным имуществом политических деятелей иностранных государств, независимо от суммы совершения операций;
Azərbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ
27. MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ, YERLİ ÖZÜNÜİDARƏ ORQANLARININ, SAİR ORQAN VƏ TƏŞKİLATLARIN, ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN QƏRARLARI VƏ HƏRƏKƏTLƏRİ (HƏRƏKƏTSİZLİYİ) İLƏ ƏLAQƏDAR MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT (296-300)
28. HƏRBİ VƏZİFƏLİ ŞƏXSLƏRİN VƏ HƏRBİ İDARƏ ORQANLARININ QƏRAR VƏ HƏRƏKƏTLƏRİNDƏN (HƏRƏKƏTSİZLİYİNDƏN) MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT (301)
29. NORMATİV XARAKTERLİ AKTLARIN QANUNİLİYİNƏ DAİR MÜBAHİSƏLƏRDƏN YARANAN İŞLƏR ÜZRƏ İCRAAT (302-304)
2.3. XUSUSİ İCRAAT
30. ÜMUMİ MÜDDƏALAR (305-306)
31. HÜQUQİ ƏHƏMİYYƏTİ OLAN FAKTLARIN MÜƏYYƏN EDİLMƏSİ (307-311)
32. ŞƏXSİN XƏBƏRSİZ İTKİN DÜŞMÜŞ HESAB EDİLMƏSİ VƏ ÖLMÜŞ ELAN EDİLMƏSİ (312-316)
33. ŞƏXSİN MƏHDUD FƏALİYYƏT QABİLİYYƏTLİ VƏ YA FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN HESAB EDİLMƏSİ (317-322)
35. İTİRİLMİŞ SƏNƏDLƏR ÜZRƏ ONLARI TƏQDİM EDƏN ŞƏXSİN HÜQUQLARININ BƏRPA EDİLMƏSİ (ÇAĞIRIŞ İCRAATI) (327-334)
36. ŞƏXSİN PSİXİATRİYA STASİONARINA MƏCBURİ YERLƏŞDİRİLMƏSİ BARƏDƏ İŞLƏR ÜZRƏ İCRAAT (335-338)
37. VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI QEYDİYYATININ DÜZGÜN OLMAMASININ MÜƏYYƏN EDİLMƏSİ (339-341)
38. NOTARİAT HƏRƏKƏTLƏRİNDƏN VƏ YA HƏMİN HƏRƏKƏTLƏRİN APARILMASINDAN İMTİNAYA DAİR ŞİKAYƏTLƏR (342-344)
39. UŞAĞIN ÖVLADLIĞA GÖTÜRÜLMƏSİ (345-151)
40. NORMATİV HÜQUQİ AKTIN KONSTİTUSİYAYA UYĞUNLUĞUNUN YOXLANILMASI HAQQINDA VƏSATƏT ÜZRƏ İCRAAT (352-356)
3. MƏHKƏMƏ AKTLARINA YENİDƏN BAXILMASI
41. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT (357-394)
42. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİNİN QƏRARDADLARINDAN ŞİKAYƏT VERİLMƏSİ (395-401)
43. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT (402-421)
44. ƏLAVƏ KASSASİYA QAYDASINDA İCRAAT (422-431)
45. QANUNİ QÜVVƏYƏ MİNMİŞ MƏHKƏMƏ AKTLARINA YENİ AÇILMIŞ HALLAR ÜZRƏ YENİDƏN BAXILMASI ÜZRƏ İCRAAT (432-438)
4. XARICİ ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ İCRAAT
46. MƏHKƏMƏLƏRİN BEYNƏLXALQ SƏLAHİYYƏTLƏRİ (439-461)
47. AZƏRBAYCAN RESPUBLİKASINDA XARİCİ MƏHKƏMƏLƏRİN VƏ ARBİTRAJLARIN QƏTNAMƏLƏRİNİN İCRASI VƏ TANINMASI . ÜMUMİ QAYDALAR (462-465))
48. XARİCİ DÖVLƏTİN MƏHKƏMƏ QƏTNAMƏLƏRİNİN MƏCBURİ İCRASI (466-468)
49. XARİCİ DÖVLƏT MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN TANINMASI (469-473)
50. XARİCİ DÖVLƏTİN ARBİTRAJ MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN İCRASI VƏ TANINMASI (474-477)
Похожие статьи
-
Azərbaycan respublikasının konstitusiyası və hüququn əsasları
Azərbaycan respublikasının konstitusiyası və hüququn əsasları 1.0.21. lokal normativ hüquqi akt — qüvvəsi bir və ya bir neçə dövlət orqanının çərçivəsi…
-
Azərbaycan respublikasının ailə məcəlləsi
Ailə kəndli təsərrüfatı haqqında Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər Azərbaycan respublikasının ailə məcəlləsi…
-
Azərbaycan respublikasının seçki məcəlləsi
Azərbaycan respublikasının seçki məcəlləsi Maddə 446. Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılması Azərbaycanın Seçki Məcəlləsi azad,…
-
Azərbaycan respublikasının əmək məcəlləsi
Mək Məcəlləsinə edilmiş dəyişikliklər barədə – Müqavilənin məzmunu əmək müqaviləsində mütləq şəkildə göstərilməli şərtlər və məlumatlara, forması isə…
-
Azərbaycan respublikasının əmək məcəlləsi 2018
İlham Əliyevdən YENİ VACİB QƏRAR MƏŞĞULLUQ SAHƏSİNDƏ SOSİAL TƏMİNATLAR VERGİLƏR 2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının…
Comments are closed, but trackbacks and pingbacks are open.