Press "Enter" to skip to content

Azərbaycan respublikasının readmissiya strategiyası-

5.2.6. internet, jurnalistika, bloqçuluq və digər sahələrdə gənclərin bacarıqlarını artıran təlimlər təşkil etmək, müsabiqələr vasitəsilə daha istedadlı olanları üzə çıxarmaq və onların inkişafını dəstəkləmək;

Azərbaycan respublikasının readmissiya strategiyası-

Məlum olduğu kimi bir ildən artıq müddətdir ki, dünya dövlətləri və olkəmizdə COVİD-19 xəstəliyinə qarşı davamlı mübarizə aparılmaqdadır. COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir.

Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan Respublikası da yer almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilmişdir. 2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün SARS-CoV-2 virusu pandemiyasının törətdiyi təhlükəyə qarşı yönəldilmiş profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bununla yanaşı pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, səhiyyə işçilərinin əmək haqqlarının artırılması, özəl klinikaların əksepidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması (2020-ci il 1 oktyabr tarixinə – 1.47 faiz) aparılmış əksepidemik tədbirlərin səmərəliliyini əks etdirir. Əksepidemik tədbirlərin dövlət tərəfindən idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alınmışdır. Koronavirusla mübarizə çərçivəsində görülən işlərdən biri kimi Cənab Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış “Koronavirusla

Mübarizəyə Dəstək Fondu”nu da göstərmək olar Belə ki, Fondun yaranmasında məqsəd Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olmuşdur. Fonda daxil olan vəsaitdən istifadə qaydaları koronavirusa qarşı mübarizədə tibb sahəsində işləyən işçilərin mükafatlandırılması və onlara maddi yardımın göstərilməsinə, tibb müəssisələrinin infrastukturunun gücləndirilməsinə, onların maddi texniki bazasının təkminləşdirilməsinə, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində mütəxəssislərin hazırlanması, təbliğat və maarifləndirmə işlərinin aparılmasına və s. yönəlmişdir.

Pandemiyanın davam etməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll edilməli olduğunu nəzərə alaraq ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olması bəyan edilmişdir. Hazırda bir sıra ölkələrdə yeni hazırlanmış vaksinlərin müxtəlif kliniki sınaq mərhələləri istiqamətində müşahidələr aparılır. Gözlənilir ki, vaksinasiya nəticəsində SARS-CoV-2 virusunun ötürülmə zəncirinin pozulması insanlar arasında xəstələnmə hallarının kəskin azalmasına və mövcud xəstəliyin səhiyyə sisteminə mənfi təsirinin aradan qaldırılmasına səbəb olacaqdır. COVID-19 xəstəliyinə qarşı hazırlanan vaksinlər mövcud vaksinlərdən fərqli olaraq yeni elmi platformalarda tam yeni molekulyar texnologiyalar əsasında işlənilib hazırlanılır.

Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Mövcud pandemiya şəraitində bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Belə ki, koronavirusla bağlı mübarizə sahəsində atılan uğurlu addımlar sırasında “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”ı təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s Sərəncamının qəbul edilməsi olmuşdur. Strategiya özündə yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.

Strategiyanın qanunvericilik bazasının əsasını təşkil edən “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən immunoprofilaktika sahəsinə aid dövlət siyasətinin icrası bütün vətəndaşlar üçün profilkatik peyvəndlərin zəruriliyi, dövlət və bələdiyyə tibb müəssisələrində əhalinin profilaktik vaksinasiyasının pulsuz aparılması, məqsədli dövlət proqramlarının və regional proqramların həyata keçirilməsi, əhali arasında maarifləndirmə tədbirlərinin aparılması və s. prinsiplər əsasında həyata keçirilir. COVID-19 xəstəliyinin törədicisi SARS-CoV-2 virusunun əhatə dairəsinin və coğrafiyasının genişlənməsi qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsir etməklə iqtisadi tarazlığın pozulmasına gətirib çıxarmışdır.

Strategiyanın keçirilməsinin əsas məqsədi hazırda geniş yayılmış COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır. COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın uğurlu icra edilməsi üçün Strategiya könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələlilik, ədalətlilik, məsuliyyət, əməkdaşlıq kimi pirinsiplərə əsaslanır.

Strategiyanın əsas hədəfini epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılmasına nail olmaq təşkil edir.

Strateji hədəflərə nail olmaq üçün Strategiyanın vaksinasiyanın həyata keçirilməsində Strategiyaya, ÜST-ün tövsiyələri və beynəlxalq təcrübə nəzərə alınmaqla, mövcud qanunvericiliyə əsaslanması, əhali arasında vaksinasiyanın əhatə dairəsini genişləndirmək üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, vaksinasiya üzrə bütün beynəlxalq əməkdaşlıq platformalarından effektiv istifadə edilməsi, vaksinasiyanın hazırlıq mərhələsində, həyata keçirilməsində və postvaksinal dövründə mövcud səhiyyə sisteminin idarə olunmasının təkmilləşdirilməsi, vaksinasiya nəticələrinin qiymətləndirilməsi istiqamətində qısa və uzunmüddətli monitorinq indikatorlarının hazırlanması və tətbiq edilməsi kimi vəzifələri müəyyən edilmişdir.

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə sosial və tibbi cəhətdən yüksək risk qruplarının mərhələli şəkildə mümkün qədər tam əhatə olunması və daha sonra ümumi əhali arasında vaksinasiyanın könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulmuşdur.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ilkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyətinin, ikinci mərhələdə isə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunması nəzərdə tutulmuşdur.

Vaksin preparatlarının seçimində əsas meyar vaksin preparatlarının təhlükəsizliyi, vaksin preparatlarının effektivliyidir. Vaksinasiyanın tətbiq edilməsi üçün tələb olunan mütləq texniki şərtlər kimi “Soyuq zəncir” şəraiti – vaksinlərin ölkəyə gətirilməsi, saxlanılması və məntəqələrə çatdırılması üçün tələb olunan xüsusi infrastrukturun qurulması, məlumat bazası – COVID-19 vaksinasiyası üzrə genişməqsədli vahid məlumat bazasının (məs. e-Təbib üzərindən) hazırlanması və digər müvafiq məlumat bazaları ilə inteqrasiya edilməsi və məlumat bazasında toplanılan bütün məlumatların təhlil edilməsi, vaksinasiya məntəqələrinin şəraiti – məntəqələrin tələb olunan ləvazimatlarla təmin olunması, heyətin təlimləndirilməsi və digər hazırlıq tədbirlərinin həyata keçirilməsi, pasportlaşdırma – yekun tövsiyələrə əsasən peyvənd olunmuş şəxslərin cari qeydiyyatı və müşahidəsi üçün müəyyən pasportlaşdırma ehtiyaclarının qarşılanmasını qeyd etmək olar.

Staretgiyanın həyata keçirilməsində maliyyə mənbələri kimi Azərbaycan Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanmış ianələrdən eyni zamanda müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Səhiyyə” bölməsidə nəzərdə tutulmuş vəsaitdən və Strategiyanın maliyyələşdirilməsi üçün qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən istifadə olunur. Strategiyanın icrası üzrə əsas fəaliyyət istiqamətləri həm səhiyyə sisteminin, həm də digər aidiyyəti dövlət qurumlarının hazırlığını nəzərə alaraq, onların reallaşdırılması üçün mərhələli şəkildə keçiriləcək tədbirlərini, icraya məsul dövlət orqanlarını, eləcə də icra müddətlərini müəyyən edir. Strategiyanın əsas fəliyyət istiqamədlərinə vaksinasiya prosesinin və infrastrukturunun hazırlanması, maliyyələşdirilmə, qiymətləndirmənin keçirilməsi, vaksinlərin seçilməsi, vaksinlərin saxlanılması üçün müvafiq şəraitin yaradılması, əhalinin mütəmadi olaraq maarifləndirilməsi və s. göstərmək olar.

Məlumat üçün bildirilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “COVID-19 vaksin randevu” (https://randevu.its.gov.az/) adlı yeni elektron xidmət istifadəyə verilib. Elektron xidmətin yaradılmasında əsas məqsəd tibb müəssisələrinin potensialına görə müraciətləri bölüşdürmək və insan axınını səmərəli idarə etməkdən ibarətdir. Eyni zamanda, onlayn növbə xidməti vətəndaşların vaxtına qənaət etməyə imkan yaradır, belə ki, onların bilavasitə peyvənd məntəqələrində gözləmə növbəsində sərf edəcəkləri vaxt minimuma enir. Randevu sistemi 65 yaş və üzəri, həmçinin, son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulmuşdur.

Göstərilənlərin nəzərə alaraq COVID-19 xəstəliyi ilə mübarizədə əhalinin sağlamlığının qorunması, ölüm hallarının azaldılması məqsədilə bələdiyyə üzvləri və bələdiyyə ərazisində yaşayan əhalinin “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçü Vaksinasiya Strategiyası” barədə maarifləndirilməsi tövsiyə olunur.

Bələdiyyələrlə iş mərkəzi

Azərbaycan respublikasının readmissiya strategiyası-

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə qərara alıram:

1. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
2.1. Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etsin;
2.2. Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2015-ci il.

Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 26 yanvar tarixli Sərəncamı
ilə təsdiq edilmişdir

2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası

1. Giriş

Son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanmış, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olmuşdur. Bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsi deməkdir. Ötən dövrdə sosial müdafiə sistemi təkmilləşdirilmiş, aktiv məşğulluq siyasətinə əsaslanan əmək bazarı formalaşdırılmış, yoxsulluğa qarşı mübarizə uğurla davam etdirilmişdir. Bunlarla yanaşı, mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətinin çevikliyinin artırılması, demoqrafiya və miqrasiya məsələlərinin effektiv tənzimlənməsi kimi vacib tədbirlər yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalının inkişafını təmin etmişdir.

Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmişdir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmiş, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlmişdir. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olmuşlar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınmış, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılmışdır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlmiş, onların idarəetmədəki rolu artmışdır.

Gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir.

2. Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində mövcud vəziyyət

Azərbaycan gəncliyinin inkişafına etibarlı zəmin hələ XX əsrin 70-ci illərində yaranmışdır. Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində gənclərin məişət, təhsil, mədəni tələbatının ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüşdür. Təkcə onu qeyd etmək kifayətdir ki, hər il yüzlərlə gənc SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində oxumağa göndərilmiş, oradan yüksək ixtisaslı mütəxəssislər kimi qayıdaraq ölkəmizin inkişafına öz töhfələrini vermişlər. Həmin dövrdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər bir yaşayış məntəqəsində zəruri infrastruktur yaradılmış, onların hərtərəfli inkişafının təmin olunmasına xidmət edən zəruri maddi-texniki baza formalaşdırılmışdır. Eyni zamanda, ictimai-siyasi həyatda gənclərin fəallığını stimullaşdıran müxtəlif tədbirlər görülmüşdür.

XX əsrin sonlarında xalqımızın milli azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə də gənclər fəal iştirak etmiş, dövlət müstəqilliyinin əldə edilməsi üçün həyat və sağlamlıqlarını əsirgəməmişlər. Minlərlə gəncimiz bu mübarizədə şəhid və əlil olmuş, göstərdikləri igidliyə görə müxtəlif mükafatlar və fəxri adlarla təltif edilmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gənclər daim dövlətin diqqət mərkəzində olmuşlar. Gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı – Gənclər və İdman Nazirliyi yaradılmışdır. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanmışdır. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu diqqətin bariz nümunəsi olaraq 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunmuşdur. Ən əsas nəticə isə odur ki, müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir.

Gənclər ölkənin demoqrafik inkişafında mühüm rol oynayırlar. Belə ki, ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil edir. Gənclərin 52%-i şəhər yerlərində, 48%-i isə kəndlərdə yaşayır. Onların 49,2%-ni qadınlar təşkil edir. Bağlanılan nikahların böyük əksəriyyəti gənclərin payına düşür. Yeni doğulan uşaqların 82,6%-i məhz gənc ailələrdə dünyaya gəlir.

Gənclərin təhsil səviyyəsi ilbəil artır. 2013/2014-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 63 min tələbənin təhsil aldığı 57 dövlət və 1 qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi, tələbələrinin sayı 151 min nəfər olan 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Xarici ölkələrdə təhsil alan Azərbaycan gənclərinin sayı da artmaqdadır. Son 7 il ərzində 3000-dən çox gənc “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın qabaqcıl ali məktəblərinə göndərilmişdir.

2013-cü ildə “Əhalinin iqtisadi fəallığına dair” keçirilən müayinələrin yekunlarına əsasən, 15-29 yaşlı gənclərin 1239,8 min nəfəri iqtisadi fəal olmuş, onların 1116,8 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Müayinənin yekunlarına görə, 15-29 yaşlı gənclər arasında işsizlərin sayı 123 min nəfər olmuşdur.

Gənclərin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında 30-dək sosial xidmət müəssisəsi – gənclər evləri (mərkəzləri) istifadəyə verilmişdir. Bu iş hazırda davam etdirilir.

Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılmışdır. Hazırda paytaxt və bölgələrdə 250-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Müstəqilliyin ilk illərində gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən dəstəklənən təşəbbüsləri, son illərdə dövlət büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar vasitəsilə dəstəklənməyə başlamışdır. Gənclərin qeyri-hökumət təşkilatlarına yönləndirilmiş maliyyə vəsaitinin həcmi ilbəil artaraq gənclər arasında könüllülüyün dəstəklənməsini, onların liderlik bacarıqlarının artırılmasını və müəyyən mənada həm də məşğulluğunu təmin etmişdir.

İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılmışdır. 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi önəm kəsb edir. Bununla belə, bəzi yaradıcılıq sahələrinə (ədəbiyyat, memarlıq, heykəltəraşlıq, dizayn və s.) gənclərin marağı hələ də lazımi səviyyədə deyil. Daha erkən yaşlarda elm və intellektual yaradıcılıq sahələrinə diqqətin zəif olması səbəbindən fundamental, təbii, texniki elmlər və yüksək texnologiyalar üzrə təhsil alan tələbələrin sayı az, onların hazırlıq səviyyəsi isə aşağıdır.

Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursudur. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır. Nəticədə, bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən bəzi ixtisaslara (kənd təsərrüfatı, yüksək texnologiyalar və s.) maraq çox zəifdir. Ali təhsil alanların çox az qismi regionlarda işləməyə meyil göstərir. Bu baxımdan, təhsil sisteminin, xüsusilə də peşə təhsilinin surətlə inkişaf edən ölkə iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması günümüzün zərurətinə çevrilmişdir.

Ali təhsil müəssisələrində ölkənin hazırkı və perspektiv iqtisadi inkişaf istiqamətlərinə uyğun olan və əmək bazarının tələblərini nəzərə alan ixtisasların tədrisinə ehtiyac yaranmışdır. Bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri “insan kapitalının” ixracının qarşısını almaqdır. Azərbaycan da daxil olmaqla, dünya ölkələrindəki təbii sərvətlərin böyük əksəriyyətinin bərpa olunmaması bu məsələnin əhəmiyyətini daha da artırır.

Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir. Eyni zamanda, yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsi də zəruridir.

Gənc nəslin nümayəndələri qanunvericiliyin təkmilləşdirilməsində daha yaxından iştirak etməli, onların institusional bacarıqları artırılmalıdır. Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır.

3. Strategiyanın hədəf qrupları

3.1. Bu Strategiya gənc və gənc ailə hesab olunan aşağıdakı hədəf qruplarını əhatə edir:

3.1.1. gənclər – yaşı 14-dən 29-dək olan şəxslər;

3.1.2. gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn.

3.2. Gənclərin ayrı-ayrı sosial qruplarına münasibətdə hərtərəfli yanaşma formalaşdırmaq baxımından, bu qrupların statusunu və identifikasiya meyarlarını müəyyənləşdirmək zəruridir. Hal-hazırda Azərbaycan gəncliyi əsasən aşağıdakı sosial qruplardan ibarətdir:

3.2.1. ümumtəhsil məktəblərinin yuxarı siniflərinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri;

3.2.2. orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri;

3.2.3. gənc alimlər;

3.2.4. xaricdə təhsil alan və işləyən gənclər;

3.2.5. hərbi xidmətdə olan gənclər;

3.2.6. gənc sahibkar və fermerlər;

3.2.7. istehsal və xidmət sahələrində çalışan gənclər;

3.2.8. dövlət qulluqçuları və seçkili orqanlarda təmsil olunan gənclər;

3.2.9. yaradıcı və istedadlı gənclər;

3.2.10. gənc idmançılar;

3.2.11. siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunan gənclər;

3.2.12. işsiz gənclər;

3.2.13. ailəli gənclər;

3.2.14. aztəminatlı ailələrdən olan gənclər;

3.2.15. qaçqın və məcburi köçkün gənclər;

3.2.16. sağlamlıq imkanları məhdud və əlil olan gənclər;

3.2.17. narkomaniyaya və ya QİÇS-ə düçar olmuş gənclər və s.

4. Gənclərin inkişafında çağırışlar

İqtisadi sahədə qazanılan uğurlar Azərbaycanda insan inkişafının davamlı yaxşılaşması üçün zəruri resursları təmin etmişdir. Bu resursları gənclər üçün imkanların artırılmasına, səmərəli idarəçiliyə və institusional inkişafa yönəltmək zəruridir.

Azərbaycan gəncliyinin çağırış və hədəflərini ümumbəşəri və daxili olmaqla iki qrupa bölmək olar.

Ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur.

Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədi ilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur. Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir.

Ümumbəşəri və daxili çağırışlara cavab vermək məqsədilə yaxın 10 il üçün Azərbaycan gənclərinin İnkişaf Strategiyasının hazırlanması gündəmə gəlmiş və tərtib edilmişdir. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” (bundan sonra – Strategiya) göstərilən müddəti əhatə edən dövrdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir.

Strategiya son 10 ildə sosial sahələrə dair qəbul edilmiş sənədlərin (konsepsiya, strategiya, dövlət proqramı və s.) icrası ilə ahəngdar şəkildə həyata keçirilməlidir. Bu sənədlərə, ilk növbədə, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”, 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” və s. aiddir. Sözügedən sənədlərin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər sayəsində gənclərin sosial problemlərinin həlli və gələcək inkişafı üçün dayanıqlı əsaslar yaradılmışdır. Bu baxımdan yeni Strategiya mövcud nailiyyətlərin möhkəmləndirilməsini və davamlı inkişafını təmin etməlidir.

5. Strategiyanın məqsəd və vəzifələri

5.1. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

5.2. Bunun üçün Strategiya aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:

5.2.1. gənclər forumlarının təşkili və keçirilməsi barədə gənclərlə məsləhətləşmələr aparmaq, forumlararası dövrdə vəziyyətin təhlili və əldə edilmiş təcrübə barədə müzakirələr təşkil etmək, illik hesabatlar hazırlamaq və maraqlı tərəflərə təqdim etmək;

5.2.2. gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsini yüksəltmək, onların hazırlığı və yenidənhazırlığı üçün mütəmadi təlimlər keçirmək;

5.2.3. gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək;

5.2.4. televiziya kanallarında yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanmasına və yayımlanmasına diqqəti artırmaq;

5.2.5. televiziya və radio kanallarında formal və qeyri-formal təhsil, məşğulluq, sosial məsələlərin həlli, sağlamlıq və digər mövzularda verilişlərin hazırlanmasına və yayımlanmasına nail olmaq;

5.2.6. internet, jurnalistika, bloqçuluq və digər sahələrdə gənclərin bacarıqlarını artıran təlimlər təşkil etmək, müsabiqələr vasitəsilə daha istedadlı olanları üzə çıxarmaq və onların inkişafını dəstəkləmək;

5.2.7. bütün kateqoriyalardan olan gənclər, o cümlədən xüsusi qayğıya ehtiyacı olanlar üçün təlimlərin təşkili vasitəsilə informasiya texnologiyaları barədə bilik səviyyəsinin artırılmasını təmin etmək;

5.2.8. gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmaq, gənclər evlərində (mərkəzlərində) ixtisaslaşmış mütəxəssislər vasitəsilə karyera məsləhət xidmətlərini inkişaf etdirmək;

5.2.9. karyera məsləhət xidmətlərinin mütəmadi yeniləşdirilən sorğu-məlumat kitabçalarının nəşrini təmin etmək, xidmətin səyyar və distant məsləhət imkanlarını genişləndirmək;

5.2.10. gənclərin məşğulluğunun təmin edilməsi üçün onların peşəkarlığını artıran tədbirlər görmək, aztəminatlı gənc ailələrə şəxsi təsərrüfatlarını qurmaq, inkişaf etdirmək və ya fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla gəlirlərini artırmaları üçün davamlı dəstək vermək;

5.2.11. gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmaq məqsədi ilə beynəlxalq standartlara cavab verən təhsil proqramları hazırlamaq və tətbiq etmək;

5.2.12. gənclərin işsizlik problemlərinin həlli ilə bağlı mütəmadi olaraq sosioloji tədqiqatlar aparmaq;

5.2.13. əlilliyi olan gənc mütəxəssislərin sosial müdafiəsini gücləndirmək, onların əmək fəaliyyəti üçün müvafiq şərait yaratmaq;

5.2.14. regionlarda yaşayan gənclərin təhsil, məşğulluq və mədəniyyət sahəsində imkanlarını genişləndirmək;

5.2.15. yeniyetmə və gənclərin iqtisadi sahədəki bilik və bacarıqlarının artırılması üçün müasir metodlar tətbiq etmək;

5.2.16. elmi tədqiqat institutlarında çalışan gənc alimləri müasir, lisenziyalı, xüsusi ixtisaslaşdırılmış İKT paket proqramları ilə təchiz etmək, habelə internet vasitəsilə dünya elektron kitabxanalarına pulsuz girişi təmin etmək;

5.2.17. yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması üçün orta məktəblərdə “Elm” guşələri yaratmaq, intellektual interaktiv müsabiqələr keçirmək;

5.2.18. dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin fəal iştirakını təmin etmək;

5.2.19. gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq;

5.2.20. gənclərin qeyri-hökumət təşkilatlarının sahələr üzrə peşəkarlığının artırılmasını və dövlət sifarişlərinin həyata keçirilməsində daha fəal iştirakını stimullaşdırmaq;

5.2.21. gənclərin qeyri-hökumət təşkilatlarının elektron şəbəkəsini yaratmaq və ardıcıl inkişaf etdirmək;

5.2.22. gənclərə sistemli sosial xidmət göstərən gənclər evlərinin (mərkəzlərinin) fəaliyyətini genişləndirmək;

5.2.23. xarici ölkələrdə yaşayan və ya təhsil alan gənclərin fəaliyyətini əlaqələndirmək, onlar tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində aparılan işlərə konsultativ, təşkilati və maddi-texniki dəstək göstərmək;

5.2.24. gənclərin beynəlxalq əməkdaşlığını dəstəkləmək, bu əlaqələr vasitəsilə ölkə haqqında məlumatların yayılmasına, Azərbaycanın gənc dostlarının sıralarının genişlənməsinə nail omaq;

5.2.25. sağlamlıq imkanları məhdud və əlil olan, qaçqın və məcburi köçkün, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş gənclərin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görmək;

5.2.26. xüsusi qayğıya ehtiyacı olan gənclərin ehtiyaclarını ödəmək məqsədi ilə müxtəlif qurumların əməkdaşlığını və koordinasiyasını təmin etmək, bu gənclərə göstərilən xidmətlərin qiymətləndirilməsi və monitorinqi üçün standartlar müəyyənləşdirmək;

5.2.27. xüsusi qayğıya ehtiyacı olan gənclərin idmanla məşğul olması üçün güzəştli şərait yaratmaq;

5.2.28. aztəminatlı gənc ailələrin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən mütəmadi işlər aparılmasını təmin etmək;

5.2.29. yüksək riskli qruplardan olan gənclərə sosial-psixoloji və hüquqi yardımın göstərilməsi üçün məsləhət və yönləndirmə sistemi formalaşdırmaq;

5.2.30. cəzaçəkmə müəssisələrindən azad olmuş gənclərin sosial reabilitasiyası ilə bağlı kompleks tədbirlər görmək;

5.2.31. müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə gəncləri müxtəlif dini təriqətlərin ekstremist və ayrı-seçkilik çağırışlarından qorumaq;

5.2.32. gənclərlə işin təhlili, planlaşdırılması, təşkili və qiymətləndirilməsi üzrə mütəxəssislərin hazırlanmasını və yenidən hazırlanmasını təmin etmək.

6. Strategiyanın icra mexanizmləri

6.1. Strategiya ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində institusional tədbirlərin, müvafiq strukturların rolu böyükdür. Bu strukturlara mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə bələdiyyələrin və digər təşkilatların nəzdindəki qurumlar daxildir. Həmin qurumlar üç funksiyanı icra etməlidir: tənzimləmə, təşkilati-sərəncamverici və nəzarət.

6.2. Strategiyanın həyata keçirilməsi üçün dövlət gənclər siyasətinin kadr potensialının təkmilləşdirilməsini nəzərdə tutan aşağıdakı tədbirlər icra ediləcəkdir:

6.2.1. dövlət gənclər siyasəti sahəsində çalışanların hazırlığı və yenidən hazırlığı sisteminin təkmilləşdirilməsi;

6.2.2. dövlət gənclər siyasətinin məlumat bazasının yaradılması, davamlı təkmilləşdirilməsi və zənginləşdirilməsi.

6.3. Strategiyanın icra mexanizmlərinin digər tərkib hissəsi maliyyələşdirmə ilə bağlıdır. Maliyyələşdirmə aşağıdakı mənbələrdən həyata keçirilir:

6.3.1. dövlət vəsaiti (büdcə və büdcədənkənar fondlar);

6.3.2. qanunvericiliklə nəzərdə tutulan digər mənbələr.

7. Gözlənilən nəticələr

7.1. Strategiyanın səmərəliliyini qiymətləndirmək məqsədi ilə qiymətləndirmə indikatorları sistemi və onların ölçmə mexanizmləri yaradılmalıdır. Bu indikatorlar görülən işlərlə gənclərin vəziyyəti arasında əlaqəni özündə ehtiva etməlidir. Mövcud “Azərbaycan gəncləri” statistik toplusunun təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək.

7.2. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər aşağıdakılara nail olunması gözlənilir:

7.2.1. gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması;

7.2.2. gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi;

7.2.3. gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması;

7.2.4. gənclərin təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin edilməsi;

7.2.5. ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi;

7.2.6. gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədi ilə zəruri məişət və məşğulluq infrastrukturunun yaradılması;

7.2.7. əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması;

7.2.8. gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmlərinin davamlı olaraq təkmilləşdirilməsi;

7.2.9. gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi;

7.2.10. gənclərin ibtidai hərbi hazırlığının səviyyəsinin artırılması, bu prosesə hərbi mütəxəssislərin cəlb edilməsi;

7.2.11. gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, onların praktikada tətbiqi üçün zəmin yaradılması;

7.2.12. elm və texnika sahəsində çalışan gənclərin sayının artması;

7.2.13. mədəniyyət və incəsənət, o cümlədən teatr, kino, dizayn və memarlıq sahəsinə gənclərin marağının artması, ölkənin regionlarında yaradıcı gənclərin çıxışlarının, sərgilərinin və ustad dərslərinin təşkil edilməsi, habelə xarici dövlətlərdə onların yaradıcılığının layiqincə təqdim və təbliğ edilməsi;

7.2.14. gənc sahibkarların sayının artması;

7.2.15. gənclər arasında hüquqpozmaların sayının azalması;

7.2.16. gənclərin beynəlxalq əlaqələrinin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrinin inkişaf etdirilməsi.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib – SƏRƏNCAM

Prezident İlham Əliyev fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

“Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir.

Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır.

Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltmişdir. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir.

Bununla yanaşı, uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası ilə aparılan effektiv mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir. Əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artmış, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşmışdır. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaratmışdır.

Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.

Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, yeni strateji dövrdə qarşımızda duran məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə qərara alıram:

1. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Prioritetlərə (bundan sonra – Milli Prioritetlər) uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən aşağıdakıları təmin etsin:

2.2.1. qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini;

2.2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını;

2.3. Milli Prioritetlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Aidiyyəti dövlət orqanları (qurumları) Milli Prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər görsünlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.