Press "Enter" to skip to content

Azərbaycan romanı müasirlik aynasında – Tehran Əlişanoğlu yazır

“Maestro”nun obrazlarının bədii strukturu semiotik baxımından üç işarə səviyyəsini nəzərdə tutur:

Azərbaycan romanı

Professor Seyfəddin Rzasoyun Səfər Alışarlının “Maestro” romanı haqqında bu məqaləsi 2004-cü ildə Natəvan klubunda romanın təqdimatı zamanı əsas məruzə kimi çox böyük diqqət və maraqla dinlənilmişdir.

Kulis.az Seyfəddin Rzasoyun əsər haqqında yazdığı “Maestro” romanı milli gərçəkliyin bədii şüur işarəsi kimi” məqaləsini 15 il sonra ilk dəfə geniş oxucu kütləsinə təqdim edir.

Ümumiyyətlə, bədii mətnin işarə hadisəsi kimi dəyərləndirilməsi ona sistemli yanaşmanı nəzərdə tutmaqla mətni struktur-semiotik müstəviyə gətirməyi tələb edir. Bu iş Gerçəklik-Şüur-Mətn münasibətlərinin reallaşdığı kontekstləri bütövlükdə çevrələyib, mətni müxtəlif müstəvilərdə bir-bir nəzərdən keçirməyi tələb edir. Belə kontekstlərin sayı çoxdur. Ən ümumisi mətnə milli bədii şüurun tarixi mətn korpusu boyunca qiymət verilməsidir.

Səfər Alışarlının “Maestro” romanının ilk ümumi dəyərləndirmə konteksti bütöv çağdaş Azərbaycan nəsridir. Etiraf edək ki, Azərbaycan nəsri yaşından, kəmiyyət fakturasından asılı olmayaraq, XX əsrin ikinci yarısından başlanmaqla özünü təsdiq etmiş, ünlü simalarla təmsil olunmuş, etnik-milli düşüncəni epik kodla tam inikas etmiş hadisədir. Bu nəsr İ.Hüseynov, Anar, Ə.Əylisli, Elçin, Y.Səmədoğlu, M.Süleymanlı və başqalarının simasında nəsr düşüncəsinin funksional imkanlarının dünya səviyyəsinə çatdı. Bu mənada S.Alışarlının “Maestro” romanı nəsrin tip hadisəsi kimi, milli epik düşüncənin artıq mövcud strukturunun ən dolğun səviyyəsində təmsil olunur. Romanın bədii keyfiyyəti onun milli gerçəkliyin nə dərəcədə inikası olması baxımından S.Alışarlını müəllif subyekti kimi XX əsrin ikinci yarısından başlanmış nəsr hadisəsinin yaradıcıları ilə bir sıraya qoyur.

“Maestro” öz yaradılış faktı ilə həm də çağdaş nəsrimizin yeni səviyyəsini təsdiqlədi. Azərbaycan romanının simasında milli nəsr XX əsrin sonu və yeni əsrin başlanğıcında durğunluq keçirirdi. Milli düşüncənin epik kodu daha çox publisistika janrlarında ifadə olunurdu. Əsrin sonunda milli varlığın düçar olduğu sarsıntılar, təlatüm, təkamül və inqilablar milli bədii şüurun janrlar sistemində eyni tezliklə qəbul edilib qavrana bilmədi. Bu, təbii olmaqla bədii şüurun struktur spesifikası ilə bağlıdır. Hər bir janr gerçəkliyin inikasının fərqli qavranma səviyyəsidir. Janrların struktur təbiəti eyni olmamaqla gerçəkliyin yekcins olmayan həyat relyefini özündə əks etdirir. Bu baxımdan, roman epik düşüncənin ən iri struktur vahidi olmaqla gerçəkliyə yönəlmiş funksional “iddianın”, doğrudan da, nəhəngliyi üzündən, əslində, nəhəng hadisə kimi də reallaşır. Təbiətdə fiziki və mənəvi funksionallıq baxımından iri orqanizmlər ağır ritmlə və məhdud sayla artıb çoxaldığı kimi, roman da nəsrin ən iri orqanik janrı olaraq mürəkkəb və ağır çoxalma ritminə malikdir. Keçən dövrün epoxal hadisələri romanın “populyasiyası” üçün çox əlverişsiz mühit oldu. Ancaq onu da unutmaq olmaz ki, varlığın yaddaş mexanizmlərinin qorunmasının, ötürülməsinin və dirçəldilməsinin ən etibarlı janr sistemlərindən biri romandır. Elə bu mənada, belə bir hadisəni (mübahisəli görünsə də) təsbit etmək lazım gəlir ki, XX əsr Azərbaycan nəsrinin adlarını çəkdiyimiz ünlü yazıçılarının simasında özünün keyfiyyət müəyyənliyini tapmış milli nəsr əsrin sonunda düşdüyü qeyri-funksional durumdan yeni əsrin əvvəlində məhz S.Alışarlının “Maestro” romanının simasında çıxa bildi. Varlığın informasiya kodundan yanaşsaq, görürük ki, XX əsrin son on ilində ötürülmə, nəqlolunma mexanizmlərini itirərək passiv yaddaşa çevrilmiş nəsr informasiyası “Maestro” romanında aktivləşdirildi və funksional baxımdan tam dolğun şəkildə bərpa edildi.

Ancaq bu halda belə hesab edirik ki, romana verdiyimi bu qiymət onu mexanikiləşdirməklə Azərbaycan nəsri kontekstindəki rolunu yalnız texniki ötürücülüyə müncər etmiş olur. Halbuki roman bədii strukturu, ideya mahiyyəti, gerçəkliyi bədii səviyyədən necə əks etdirməsi baxımından yalnız Azərbaycan nəsrinin texniki davamı olmaqdan çox-çox böyük hadisədir. Bu mənada, onun rolu milli düşüncənin təkcə ötürüldüyü “yeni naqil” olmaqdan olduqca üstündür. Ona görə də romanı çağdaş milli epik düşüncənin invariant səciyyəli struktur hadisəsi saymaq lazım gəlir.

Fikrimizi əsaslandırmaq üçün onu bünövrəsi üzərində dayandığı nəsrlə bir qədər də struktur müqayisəsinə salaq. Xatırlayaq ki, XX əsrin ikinci yarısının milli roman hadisəsi bütün strukturu ilə Azərbaycan varlığının sovet gerçəkliklərinə bağlı idi. Məzmun və ideyası ilə ona hesablanmaqla milli gerçəkliyin inikasında kod özünəməxsusluğu qazanmışdı. Bütöv ideoloji çərçivə kontekstində milli gerçəkliyin işarə olunmasının özəl təsvir dili (kodu) yaranmış, formalaşmış və inkişaf etmişdi. Sovet epoxasının dağılması ilə gerçəkliyə bədii münasibətin roman “refleksiyası” açıq-aşkar zəiflədi və ara-sıra özünü göstərən faktlar ən yaxşı halda roman ətalətini özündə inikas etdi. Doğrudan da, XX əsrin ikinci yarısında Azərbaycan romanının ən mükəmməl mətnlərini yaratmış ünlü simalar, demək olar ki, uzun bir müddət üçün roman yaradıcılığını dayandırdılar. Son dövrü romanın dirçəliş epoxasının başlanğıcı saymaq olar və bu dönəm ilk növbədə S.Alışarlının “Maestro” romanı ilə əlamətdardır.

Sözü gedən romanın dəyərləndirilməsinin ən mühüm kontekstlərindən biri əsərin mətn işarəsi olaraq gerçəkliyə münasibətidir. Romanın bütün məzmun özünəməxsusluğu, bədii funksionallıq layları, poetik ifadələnmə mexanizmləri onun gerçəkliklə münasibətlərinin ən həssas səviyyələridir. S.Alışarlı içində yaşadığımız keçid dövrünün ən əlamətdar nəsr işarəsini yaratmışdır. Dolanbaclarında vurnuxduğumuz, gedişatının təmayül və istiqamətlərini yaxşı anlaya bilmədiyimiz, aritmiyasına dözə bilmədiyimiz çağdaş milli zaman haqqında ən mükəmməl sözü “Maestro” romanı deyə bildi. Nəsrin roman səviyyəsi XXI əsrin Azərbaycan zamanının “tilsimini qırıb”, onun “sirlərinə” yol aça bildi və bu işi Azərbaycan ədəbiyyatı üçün “Maestro” romanı gördü.

Roman bütöv mövzu və məzmunu ilə gerçəkliyi inikas edir. Mətn işarəsinin kontekstual strukturu baxımından onun gerçəkliyə münasibəti bir-birini nəzərdə tutan üç səviyyəni əhatə edir:

1) Romanın gerçəkliyin inikasının universal səviyyəsini nəzərdə tutan konteksti.

“Maestro” romanında öz inikasını tapmış gerçəklik strukturu etibarilə Azərbaycanla məhdudlaşmır. Gerçəkliyin əks olunduğu obrazlar sistemi Azərbaycan varlığını ümumbəşəri kontekstdə təqdim edir. Əsərin qəhrəmanı (İsmayıl) və onun mövcud olduğu poetik məkan bədii strukturu baxımından ümumbəşəri qəhrəman tipologiyasının milli nümunəsinin ən dolğun örnəyi səviyyəsindədir. Başqa sözlə, roman hətta özgə dillərə tərcümə olunmadığı indiki şəraitdə belə, nəsrin məhəlli səviyyəli işarəsi olmaqdan çox uzaqdır. İsmayılın obraz tipologiyasının milli cizgiləri onun dünya oxucusunun bədii düşüncəsinin predmetinə çevrilməsi üçün yetkin poetik potensiyaya malikdir.

2) Romanın gerçəkliyin inikasının milli həqiqətlər səviyyəsini nəzərdə tutan konteksti.

“Maestro”da XX əsrin sonu və XXI əsrin əvvəlində bizim hamımızın içərisində yaşadığı hadisələr öz əksini tapmışdır. Həmin hadisələrin “milli həqiqətlər” şəklində işarələnməsi dedikdə biz ilk növbədə hadisələrin millilik səviyyəsini, bizim onlarda fiziki və mənəvi baxımdan nə dərəcədə iştirak etməyimizdən asılı olmayaraq, milli taleyimizlə birbaşa bağlı olmasını nəzərdə tuturuq. Müəllifin gerçəkliyə münasibətində fərdi-psixoloji ambisiya, siyasi tərəfkeşliyin olmaması, yaxud bunun sıfıra endirilməsi onun ən böyük uğuru olmaqla tənqidi ona qərəzli yanaşa bilmək imkanlarından məhrum edir (əlbəttə, söhbət heç bir halda psevdotənqiddən getmir). Bu baxımdan, “Maestro” romanında aydın görünən, sxematik səviyyədə dəqiq qrafemlərlə işarələnmiş gerçəklik hadisəsi var. O, bununla milli zamanın bakirəlik, toxunulmazlıq hüquqlarına tam riayət edib. Ancaq gerçəkliyin bütün bu fotoqrafik-mexaniki sxeminin üstündə qurulmuş möhtəşəm bədii səviyyə var və S.Alışarlı nasirliyi, onun gerçəkliyə bütün bədii iddiası və onu həyata nə dərəcədə keçirə bilmə imkanları məhz bu səviyyədə reallaşmışdır.

3) Romanın gerçəkliyin inikasının bədii həqiqətlər səviyyəsini nəzərdə tutan konteksti.

Bu səviyyənin gerçəkləşdiyi kontekstin dəyərləndirilməsi ona münasibətdə xüsusi diqqət və həssaslığı nəzərdə tutur. Çünki müəllif bir yaradıcı subyekt olaraq məhz bu kontekstdə öz bədii potensialı ilə üzə çıxır. S.Alışarlının milli gerçəkliyin universal hadisələrinin strukturunu təhrif etməməsi onu məhz bu səviyyəyə gətirib çıxarmışdır. Buradan isə bədiilik deyilən hadisə başlanır və müəllifin öz oxucusunu bu məkanda nə qədər saxlaya bilməsi onun bədiiliyin hansı səviyyəli yaradıcısı ola bilmək qabiliyyətlərini ortaya qoyur. Müşahidələr göstərir ki, romanın bütün uğuru onun bədiiliyə olan iddiasının məhz baş tutmasındadır.

Romanla bağlı Azərbaycan bədii mühitində dərin bir sükut vardır. Açıq etiraf edək ki, tənqidin verdiyi reaksiyaların heç biri, səviyyəsindən, kimin yazmasından asılı olmayaraq, hələ bu sükutu poza bilməmişdir. Bu baxımdan, sükut davam edir və bunun ən mənalı tərəfi ondan ibarətdir ki, Azərbaycan bədii və ictimai düşüncəsində 30-cu illərdən sonra heç belə sükut olmamışdı.

Ədəbi tənqid üçün “Maestro”nu dəyərləndirməyin çətin olacağını qabaqcadan proqnozlaşdırırıq. Və bu, heç də romanın gerçəkliyin siyasi qatına münasibətdə ortaya qoyduğu bədii reaksiya ilə bağlı deyildir. Biz bunu əsərin başlıca məziyyəti hesab etmirik. İndi Azərbaycan gerçəkliyinin elə bir sahəsi yoxdur ki, milli şüurun publisistika kodu onun barəsində özünün ən kəskin və çılpaq sözünü deyə bilməsin. Bu baxımdan, romanın siyasiləşdirilməsi, yalnız bu kontekstə müncər edilməsi onun bir mətn olaraq aldadıcı cəhətidir. Fikrimizi bir qədər də aydınlaşdıraq.

Öncədən deyək ki, müəllifin (S. Alışarlı) öz qənaətinə görə, siyasət başlanan yerdə ədəbiyyat ölür. Bizim əlimizdə olan “Maestro” fakturası isə diri və canlı hadisədir. Demək, romanda siyasət axtarmaq, ondakı hadisələrin çağımızın siyasi gerçəklikləri ilə nə dərəcədə uyğunlaşmasını aydınlaşdırmaq, hesab edirik ki, əsərə münasibətdə elmsiz və qeyri-bədii yanaşmadır. S.Alışarlı romanının gücü Azərbaycan gerçəkliyinin hadisələrini simvollaşma müstəvisinə salıb sxemləşdirə bilməsindədir. Əslində, romanda hadisələrin özündən çox onların sxemi vardır. Həmin sxemin üzə çıxarılması romanın süjetinin struktur-semiotik müstəvidə modelləşdirilməsi nəticəsində bərpa olunur. Diqqət edək.

Romanın personajlar sistemi öz maddi görüntüləri səviyyəsində bizim tanıdığımız, bizə bəlli fakturadır. Hətta müəyyən səviyyələrdə biz onları ev-eşiklərinə, küçələrinə qədər tanıya bilərik. Məsələnin bütün mahiyyəti, S.Alışarlı nəsrinin ona məxsus səviyyəsi, “Maestro” romanının bütöv Azərbaycan nəsrinə münasibətdə əlamətdarlığı da elə bundadır. Belə ki, romanın personajlar sistemi bizim tanıdığımız fakturanı yalnız birinci işarələr sistemi səviyyəsində əhatə edir. Obrazların simasında təqdim olunmuş gerçəklik informasiyası milli düşüncənin arxetiplərinə qədər gedir və biz obrazları struktur-semiotik təhlil modelinə saldıqda Azərbaycan nəsri kontekstində indiyədək, demək olar ki, heç kəs tərəfindən reallaşdırılmamış bir mənzərə ilə üzləşirik. Bu mənzərə məkanında isə roman qəhrəmanlarının bizim tanıdığımız insanlardan təşkil olunması haqqında olan təəssüratımız həm dağılır, həm də ona aydınlıq gəlir. Məsələ burasındadır ki, S.Alışarlı romanının qəhrəmanları ritual-mifoloji mətnlərdə olduğu kimi, maska-funksioner vəzifəsini daşıyır. Bunu biz romanın “məşhur” personajlarının “Milli Həyat Dramında” yerinə yetirdikləri rollardan aydın görə bilirik.

S.Alışarlı romanda Azərbaycan gerçəkliyini çox incə şəkildə simvollaşdıra və ona ritual səciyyəsi verə bilmişdir. Bu baxımdan, biz universal düşüncə modeli olan Xeyir-Şər qarşıdurmasının milli bədii şüur kontekstində aprobasiyası ilə üzbəüz qalırıq. Romanın qəhrəmanları gerçəklikdən gələn bütün fərdilikləri ilə eyni zamanda həyatın əbədi qanunauyğunluqlarının adicə funksionerləridir. Burada Xeyir də, Şər də öz yerində, daha doğrusu, əbədi fəaliyyətindədir. XX əsrin sonu – XXI əsrin əvvəllərində milli həyatımızda baş vermiş bütün hadisələr etnik-bəşəri funksionallığın universalizmi kontekstinə salınmış və onların fəaliyyət dinakmikası müəyyənləşdirilmişdir. Müəllif bununla içində yaşadığımız və dolanbac girdablarında yönlənməni itirdiyimiz zamanı dəyərləndirmək və onun fövqünə qalxmaq üçün bədii düşüncə modeli əldə etmişdir.

Əlbəttə, bütün bunlar mətnə struktur-semiotik kontekstdə yanaşılmadan görünmür. Belə bir yanaşma müəllifin düşüncə konstruksiyasının mətnin ilkin işarələr qatında görünməyən səviyyələrini təhlil müstəvisinə gətirməyə imkan verir. Mətnin arxitektonik strukturunun əsaslarını təşkil edən və onun oxucuya “görünən” obrazlarının hərəkət məntiqini “qidalandıran” arxetipik obrazların semiotik təbiəti onları məhz işarə sistemlərinin elmi modelləşdirilməsi müstəvisinə saldıqdan sonra aşkarlana bilir. Bu müstəvidə yanaşdıqda “Maestro” müəllifinin ilhamla aldığı bədii informasiyanın struktur təbiətini də aydınlaşdırmaq mümkündür.

İlham könül hadisəsidir: yazıçı ilham anında bədiilik təyini ilə səciyyələndirə biləcəyimiz informasiyaya köklənmiş olur. İnformasiya hər cür tipi etibarilə ilahi bilginin paradiqma (törəmə) hadisəsidir. Bu baxımdan, bədii informasiya da ötəri olmayıb, yaddaş olaraq yaşayır. “Maestro”nun müəllifi ilahi-kosmoqonik informasiyaya köklənə bilmiş, etnik-bədii düşüncənin ilahi potensiyası ilə ünsiyyətdə olmuşdur. Ona görə də onun obrazları öz poetik strukturunda gerçəkliyin həm görünən, həm də görünməyən səviyyələrini (gerçəkliyin psixikada arxetiplər biçimində var olan obraz-sxemlərini) eyni zamanda nəzərdə tutur.

S.Alışarlı romanda milli varlığımızın tipləşmə imkanlarından sonadək istifadə etmişdir. Hər halda, ikinci minilliyin sonu və üçüncü minilliyin başlanğıcı Azərbaycanının “Milli Həyat Dramının” elə bir mənalı ünsürü yoxdur ki, biz onun tipikləşmə təzahürü ilə romanda üzləşməyək. Məsələnin bütün mahiyyəti, müəllifin roman yaratma səviyyəsi bu obrazları məhz necə yarada bilməsində və hansı səviyyədə təqdim edə bilməsindədir. Onun romanının əlahiddə mətn kimi struktur-semiotik təhlilin səviyyəsinə qaldırılması da buna bağlanır.

“Maestro”nun obrazlarının bədii strukturu semiotik baxımından üç işarə səviyyəsini nəzərdə tutur:

1. Bədii işarə səviyyəsi.

Bu, romanın obrazlar sisteminin sırf bədii məntiqlə yaradılmış işarə qatını nəzərdə tutur. Bu halda obrazların yaradılmasında müəllifin iştirakı maksimum səviyyədədir. O, hansı obrazı öz bədii düşüncə məntiqinə uyğun olaraq necə yaratmaqda tam sərbəst olmuşdur. Baxmayaraq ki, onun bu “sərbəstliyi” nisbi olub, milli gerçəkliyi hansı səviyyədə inikas etmək imkanları ilə də nizamlanmışdır. Obrazların bədii fakturasında milli gerçəkliyi maksimum səviyyədə əks etdirmək istəyi müəllifin bədiiləşdirmənin ən son və çılpaq səviyyələrini aktivləşdirməsində tam ifadə olunmuşdur. Bu anlamda, romandakı İsmayıl, General, Nahid Paşayev, Elxan, Nadir Əliyeviç, Şurik Ərdəbilli və sair surətlər Azərbaycan gerçəkliyinin klassik bədii obrazlarıdır.

2. Bədii işarənin gerçəklik səviyyəsi.

Romanın personajlar sistemi, demək olar ki, istisnasız olaraq, bizim həyatda tanıdığımız adamları işarələndirir: Baş qəhrəman İsmayıl S.Alışarlının özünü bildirməklə bütün qalan obrazlar Azərbaycan siyasi-milli həyatının məşhur simalarıdır. Bu halda biz Azərbaycan gerçəkliyinin mexaniki kodlaşdırılması ilə də üzbəüz qalırıq. Bunu lirik koda müncər etsək, nəzmləşdirməyə bənzətmək olar.

Beləliklə, hər şey çox sadə görünür: maraqlı bədii obrazlar və onların işarələndirdiyi “maraqlı” və məşhur şəxsiyyətlər. Ancaq biz qətiyyətlə bildiririk ki, romanın bədii mahiyyəti heç bir halda bu “kodlaşdırma” ilə səciyyələnmir. Axı indi Azərbaycan publisistikası istənilən şəxs və hadisə haqqında yazmaq imkanına malikdir və özünün ən kəskin sözünü belə deyə bilir. Lakin bu halda romanın faktiki dəyəri “ən gözəl” qəzet məqaləsindən o yana keçmir. S.Alışarlının “Maestro” romanı isə bədii publisistika, yaxud siyasi roman olmaqdan çox-çox uzaq hadisədir. Maraqlıdır ki, roman, hələ ki, qeyd etdiyimiz bu iki səviyyədən qıraqda dəyərləndirilmir və ədəbi söhbətlərdə əsərin dəyəri onun “cəsarəti” ilə ölçülür. Lakin romanda reallaşdırılmış “cəsarət” səviyyəsi onun bədii hadisə olaraq mahiyyətini təhlil müstəvisinə gətirmək üçün meyar olaraq yaramır və bu, bizi obrazların semiotik-bədii strukturunun üçüncü işarə səviyyəsinə çatdırmış olur.

3. Bədii işarənin arxetiplər səviyyəsi.

S.Alışarlı obrazlarının ən əlamətdar cəhəti ondadır ki, onlar düşüncənin bədii səviyyəsi ilə onun arxetipik-kosmoloji səviyyəsini eyni zamanda təcəssüm etdirir. Azərbaycan etnik-bədii (mənəvi-estetik) düşüncəsinin arxetipləri bu romanda obrazların birinci işarələr qatına qədər qalxmış, onların bədii strukturunun aparıcı məna qatını təşkil etmişdir. Bu kontekstdən yanaşdıqda biz romanda konkret personajlarla yanaşı, birbaşa onların öz simasında təcəssümünü tapmış arxetip obrazlarla üzləşirik.

Aydınlıq üçün qeyd edək ki, arxetiplər hər bir etnosun düşüncəsinin kosmoqonik çağı, başqa sözlə, kollektiv şüursuzluq mərhələsi ilə bağlı olur. Bu, bütövlükdə mif çağıdır və bu dövr şüurunun spesifikası onda iki qatın aydın şəkildə ifadə olunması ilə səciyyələnir: qutsal və adi dəyərlər qatı. Qutsal dəyərlər həyatın təşkilinin etalon səviyyəsi olmaqla arxetipik obrazlarda təcəssüm olunur. Mifoloji-kosmoqonik çağ insanının varlığının bütün dəyəri, bir fərd olaraq əhəmiyyəti özünü arxetipik modellərə (kosmoqonik obrazlara, qutsal yaşam arxisistemlərinə) nə dərəcədə uyğunlaşdıra bilməsi ilə müəyyənləşmişdir. Bu baxımdan, kosmoloji çağ insanının bütün mövcudluq formaları və davranış formulları bu arxetip obrazlarda öz əksini tapmışdır. Arxetiplərin bəşər mədəniyyətinin təşkilində müstəsna rolu oldu: mədəniyyətin sonrakı inkişafı arxetiplər bazasının üzərində ucaldı. Mifoloji şüurdan bizim də nümayəndəsi olduğumuz tarixi şüura keçidlə arxetiplər dağılıb yox olmadı: tarixi şüurun arxitektonikasını (arxisemlər səviyyəsini) təşkil etməklə onu genetik yaddaş olaraq özünəməxsus və görünməz ritmlə impulslaşdırmağa başladı.

Arxetiplər insan şüurunda onun ən alt qatı kimi yaşamaqda davam edir. İnsan yuxularda, nevrotik patologiyalarda və s. bu obrazlarla ünsiyyətdə ola bilir. Onlarla ünsiyyətin üsullarından biri bədii ilhamdır. Ancaq belə bir ünsiyyət hamıya və həmişə nəsib olmur. Hər bir etnosun, xalqın tarixində arxetiplərin şüurun üst qatına qalxdığı xüsusi anlar olur. İnqilablar, milli kataklizmlər tarixi şüurda sarsıntı yaradıb, onun strukturunda müəyyən arxetipik mexanizmləri oyandıra , işə sala bilir.

Azərbaycan ikinci minilliyin sonunda öz milli kataklizmini yaşadı. İçində yaşadığı yetmiş illik sovet epoxası onun varlığını teatrallaşdırılmış həyat tərzinə müncər etmişdi. Gerçək dünyadan təcrid olunmuş, konservasiya halında yaşamış etnos üçün zaman bütöv XX əsrdə dondu: o, dünyaya qalın və gülləkeçirməz şüşənin arxasından baxdı. Şüşənin o tayında, gerçək dünyanın küləyindən, soyuğundan xəbər tutmadı. SSRİ-nin dağılmağı ilə Azərbaycanı dünyadan ayıran şüşələr dağılıb çilik-çilik oldu: xalq gerçək dünyanın amansız və sərt sifətini gördü. Zamandan, ən azı, bir əsr geri qalmış millət dəhşətə gəldi. Şüurun yaddaş qatları idarəolunmaz mexanizmlər halına düşdü. “Milli Həyat Dramının” səhnəsi dinamikanın fraqmentarlığına (kəskin aritmiyasına) dözə bilmədi: yaddaşı pozulmuş milli şüur “kompyüterinin” ekranında ayrı-ayrı zamanların qəhrəmanları (Babək, Koroğlu, Cavanşir, Nəbi, Məmməd Əmin Rəsulzadə və başqaları) bir-birini işıq sürəti ilə əvəzləməyə başladı. Millətə eyni zamanda ən fərqli epoxaların davranış sxemləri təklif olundu. Təbii ki, milli şüur bunun ağırlığına davam gətirə bilməzdi: falçı-bilici-ekstrasens arxetipi ilə bərabər milli xilaskar arxetipi də işə düşdü və özünün bütün psixi enerjisi ilə proseslərin dominant şüur işarəsinə çevrildi.

Milli düşüncənin arxetipik oyanışı bədii şüur arxetiplərinə də, şübhəsiz, yol açmalıydı. Poeziya əksər hallarda arxetiplərə nəsrdən daha yaxın dayanır. Azərbaycan nəsrinin son onilliyində belə arxetipik köklənməni biz heç kəsin nəsrində dolğun şəkildə müşahidə etmirik. Arxetiplərin bədii nəsr kontekstində “aprobasiyası” indi-indi başlanır. Əlamətdardır ki, bu, ilk növbədə özünü S.Alışarlı nəsrinin simasında büruzə verdi.

Belələklə, “Maestro” romanının qəhrəmanları bədii işarənin xüsusi arxetipik yükünü daşıyır. Bu kontekstdən yanaşdıqda biz romanda konkret obraz (bədii işarə) və fərdlərin (gerçəklik qatı) simasında mifoloji kosmoqonik şüurun funksionerləri ilə də qarşılaşırıq. Milli kataklizm çağının bütün iştirakçıları, biz də içərisində olmaqla, öz funksional dinamikasını şüurun məhz arxetiplərindən götürən “Milli Həyat Dramının (Tamaşasının)” funksionerlərinə çevrildilər: istisnasız olaraq hamı bu tamaşanın personajı idi. Bu baxımdan, istər həyatda, istərsə də romanda bütün iştirakçılar (uyğun olaraq personajlar) Qəhrəmanlara, Antiqəhrəmanlara və Mediatorlara (qəhrəman və antiqəhrəman qütbləri arasında əlaqə yaradan, hərəkət edənlərə) bölünürlər. Bu, milli-bəşəri düşüncənin universalizmidir; onun etnopsixoloji hərəkət mexanizmləri bizim milli düşüncəmizin də psixi hərəkət sxemlərini təşkil edir. Romanda elə bir obraz yoxdur ki, mövcudluğun bu universal sxemlərindən qırağa çıxsın.

Bu, əslində, taledir. Millətin və yazıçının taleyi. “İki yanaşı duran işarə zəncirində” (M.Y.Lotman) eyni səviyyədə duran elementlərin arasında məna işarəsi doğulur. S.Alışarlının “Maestro” romanının bütöv bir məna işarəsi olduğu şübhəsizdir. Və bu roman iki tale zəncirinin (millətin taleyi ilə yazıçı taleyinin) arasında məna kəsişməsinin nəsr (roman) işarəsi kimi yaranmışdır. Millətin taleyi onun roman taleyini yaratmaq üçün S.Alışarlını seçdi və o da bu taleyin ardınca gedib, çağdaş milli düşüncəmizin “Maestro” hadisəsini yaratdı.

  • Xalq artistinin son görüntüləri yayıldı – Foto
  • ASAN könüllüləri üçün “Maya” filminin təqdimatı keçirildi
  • “Ədəbiyyatın sonuna səyahət” – “Köşə söhbətləri” başlayır

Azərbaycan romanı müasirlik aynasında – Tehran Əlişanoğlu yazır

Sevindiricidir ki, Azərbaycan romanı haqqında xarici müəllifin belə bir monoqrafiyası işıq üzü görüb. Monoqrafiya nə zamandır ölkəmizdə çalışan, ölkəmizin dostu, bizə yaxın və doğma olan, hazırda Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydinin Bakı Dövlət Universitetində uzun illər apardığı tədqiqatın əsasında ərsəyə gəlmişdir. Bu bizim üçün hadisədir, uğurdur, xoş və mühüm bir addımdır. Ən azı ona görə ki, monoqrafiya ərəb dilində də işıq üzü görərsə, Əhməd Saminin sözləri ilə desək, bütün ərəb dünyasında müasir Azərbaycan romanına maraq oyadacaq; burdan isə çağdaş dünya kontekstinə bircə addımdır. Necə ki, buna qədər də Əhməd Sami Elaydi Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı bir sıra əsərləri, o cümlədən “Müasir Azərbaycan nəsri” antologiyasını ərəb dilinə çevirərək Misirdə nəşr etdirmişdir.

Ümumən, haqqındakı qısa bioqrafik məlumatdan belə görünür ki, 1979-cu ildə Qahirədə dünyaya göz açmış, 2006-cı ildə Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk bölümünü bitirmiş və “Qaçaq Nəbi dastanı və XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişmələri” mövzusunda magistr işi müdafiə etmiş bu gənc alim, mədəniyyətşünas, diplomat hazırkı missiyasını ərəb və türk (konkret halda Azərbaycan) dünyaları arasında mədəni körpü rolunu oynamaqda görür. Dünyaca məşhur Nobel mükafatı laureatı Nəcib Məhfuzun “Liderin qətl günü” romanını Azərbaycan dilinə çevirməsi, Misir Mədəniyyət Mərkəzinin həyata keçirdiyi çoxsaylı tədbirlərlə yanaşı, müasir Azərbaycan romanına həsr etdiyi monoqrafiyasını da həmin qəbildən olan işlərdən saymaq olar.

“Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika və sənətkarlıq məsələləri (1991-2005)” adlı tədqiqat Misir aliminin, qeyd olunduğu kimi, Azərbaycanda hasilə gətirdiyi, Azərbaycan romanına, üstəlik janrın müstəqillik dövründə gəlişməsinə həsr etdiyi aktual bir işdir. Və əslində, bu növ sanki “kənar baxışla” qələmə alınan əsərlərdən adətən mövzuya fərqli bir müstəvidən nəzər, münasibət gözləyirik. Görən, bizim daim içərisində olub izlədiyimiz, qeydə və yazıya aldığımız ədəbi-bədii prosesdə başqa, fərqində olmadığımız daha hansısa məqamlar, mövzu-məna-rakurslar, roman mənzərələri də varmı? Ki, özgə, “yad”, məhz kənar müdaxilədən dərhal görünür, diqqəti çəkir, araşdırma istəyir? Doğrusu, belə bir “yadlığı” monoqrafiyadan mən görmədim, duymadım; əksinə, “müstəqillik dövrünün Azərbaycan romanı”nı Əhməd Sami Elaydi elə bizim kimi, elə yaxın distansiyadan izləyir və təqdim edir ki, sanki monoqrafiya Azərbaycan ədəbiyyatşünası tərəfindən qələmə alınmışdır.

Əhməd Sami Elaydi nəinki Azərbaycan romanının bugününə bələddir; eyni zamanda monoqrafiyada milli romanın keçdiyi tarixi yola ani nəzər salır, “əsrin birinci yarısında”, “XX əsrin altmışıncı illərində”, “yetmiş-səksəninci illərdə yaranan” romanları da fərqləndirə bilir və ən nəhayət, “Azərbaycan romanının inkişafında yeni bir mərhələ” hesab etdiyi “müstəqillik dövrü”nün üzərində dayanır. Müstəqillik dövrü romanlarını öz tarixinə bağlayan və hardasa ondan ayıran parametrlərə diqqət yetirir, geniş fakt mənzərəsində və seçim etdiyi ayrı-ayrı nümunələr əsasında ayırdığı cəhətləri şərh edir, ümumiləşdirmələr aparır, nəticələr çıxarır.

Monoqrafiyanın tədqiqat obyektinə, demək olar ki, 1991-2005-ci illərdə yaranmış bütün Azərbaycan romanları daxil olmuşdur: İsmayıl Şıxlının, Əzizə Cəfərzadənin, Anarın, Sabir Əhmədlinin, Çingiz Hüseynovun, İsa Hüseynovun (Muğannanın), Əkrəm Əylislinin, Mövlud Süleymanlının, Seyran Səxavətin, Afaq Məsudun, Vaqif Sultanlının, Kamal Abdullanın, Ağarəhim Rəhimovun, Hüseynbala Mirələmovun, Elçin Mehrəliyevin, Elçin Hüseynbəylinin bu illərdə yazdığı romanlar bir az az, bir az çox təhlilə cəlb olunmuşdur. Doğrudur, bu qayda ilə yanaşsaq, hardasa gileylik də etmək olar; məsələn, Vidadi Babanlının, İsi Məlikzadənin, Vaqif Nəsibin, Maqsud İbrahimbəyovun, Yusif Səmədoğlunun, Nəriman Əbdülrəhmanlının, Əlabbasın, Həmid Herisçinin və b.-nın adı bu siyahıda yoxdur. Amma bu ümumilikdə mənzərənin tamlığını pozmur. Əksinə, nəzərə alsaq ki, ədəbi-tənqidi fikirdə: 1990-cı illər, 2000-ci illərin əvvəlləri ədəbiyyatımızda heç də roman janrının qabarıqlığı ilə xarakterizə olunmur, hətta bu əsnada az qala janrın “yoxluğu”ndan danışılır; monoqrafiya buna alternativ əməlli-başlı roman mənzərəsi yarada bilir.

Əhməd Sami mövcud tənqidi fikrə rəğmən, nəinki göstərilən dövrdə bir dissertasiyalıq roman materialı üzə çıxarır, habelə: Yaşar Qarayev, Bəkir Nəbiyev, Yavuz Axundlu, Akif Hüseynov, Himalay Ənvəroğlu, Cəlal Abdullayev, Tofiq Hüseynoğlu, Vaqif Yusifli, Təyyar Salamoğlu, Almaz Əliqızı, Cavanşir Yusifli, Salidə Şərifova, Nərgiz Cabbarlı və b. bu və ya digər qədər günün “roman tədqiqatçıları”na istinad etməklə, müstəqillik dövrü Azərbaycan romanı barəsində müəyyən elmi ədəbiyyatın da mövcud olduğunu təsbitləyir. Yaxşıdır ki, elmi ədəbiyyat siyahısında məşhur ədəbi proses imzaları ilə yanaşı, akademiya dairəsi alimlərinin də yazdıqları unudulmamışdır. (Bu qeydi ona görə edirəm ki, lap son zamanlara qədər BDU-da aparılan tədqiqatlar sanki Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundakı işlərdən xəbərsiz görünürdü və əksinə). Bəlkə burda da müəyyən gileyə yer var; məsələn, akademik İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Elnarə Akimova kimi ədəbi-tənqidi prosesdə heç də az aktiv olmayan imzaların adına monoqrafiyada rast gəlmədim.

Bunu mən saymazlığa yozmuram; daha çox düşünürəm ki, görünür, Əhməd Sami daha çox öz müşahidələrini, araşdırmalarını, elmi qənaətlərini təsdiqləyən mənbələrə isnad etmiş, prinsipcə, digər fərqli mövqelərlə polemikadan çəkinmişdir. Məsələn, haqqında danışılan dövrün nəsr mənzərələrindən bəhs açan bir sıra məqalələrimdə, o cümlədən “Ən yeni nəsrimizdə Azərbaycan obrazı”, “Ən yeni romançılıqda roman substratı” yazılarında belə bir iddia irəli sürürəm ki: bütün 1990-cı illər ərzində, 2000-ci illərin əvvəllərində “müstəqillik romanı” hələ yaranmamışdır. Bu zaman roman daha çox ətalətilə, 1970-1980-ci illər modelində gəlişir, olsa-olsa, mövzu-problem sərhədlərini genişləndirir; bəlkə hansısa motivlərdə, ayrı-ayrı məqamlarda başlanğıclarda müstəqillik romanının təşəkkül prosesindən danışmaq olar, amma janrın yeni ideya-struktur əsası görünmür.

Sistemli tədqiqatında dövrün roman mənzərəsini yaradan Əhməd Sami Elaydi sanki əksini söyləyir; amma doğrusu, bütün polemik yanaşmalarla birgə, monoqrafiyada fikir və tezislərimin təkzibini yox, əsasən təsdiqini tapıram.

Dörd fəsildə strukturlaşdırdığı tədqiqatın birinci fəslini müəllif “Tarixi yaddaş, dövrün həqiqətləri və roman” adlandırmış; və milli tarixin uzaq və yaxın əyyamlarından söz açan Kamal Abdullanın “Yarımçıq əlyazma”, Əzizə Cəfərzadənin “Eşq sultanı”, “Zərrintac-Tahirə”, “Xəzərin göz yaşları”, İsmayıl Şıxlının “Ölən dünyam” romanlarını təhlilə cəlb etmişdir. Müstəqillik illərində tarixi romanlar həqiqətən də çox yazıldı və yenə də yazılır (Məlumat üçün deyim ki, həmin mövzuda dissertantım Gülnar Babayeva “Müstəqillik dövrü nəsrində milli tarix konsepti” adlı iş yazmış və bu yaxınlarda uğurla müdafiə etmişdir). Amma 1990-cı illər üçün bu, yenə də 1970-1980-ci illərin “tarixi roman” modeli olaraq qalırdı; sadəcə romançılar milli tarixin açılmamış, əvvəllər qadağan səhifələrinə baş vurur, daha dolğun obrazını yaratmağa cəhd edirdi. Monoqrafiyada göstərildiyi kimi, İ.Şıxlının da, Ə.Cəfərzadənin də romanları bu qəbildəndir; hətta İsmayıl Şıxlının “Ölən dünyam”ı daha əvvəllər yazmaq istədiyi, yasaqlar ucbatından yaza bilmədiyi barədə etirafı vardır ki, monoqrafiyada da xatırlanır.

Belə ki, adı çəkilən romanlardan yalnız “Yarımçıq əlyazma” özündə müstəqilliyin ab-havasını ehtiva edir ki, bu da məlum olduğu kimi, 2004-cü ildə, yəni monoqrafiyada tədqiq olunan dövrün lap sonuna təsadüf edir. Deyim ki, dünyaca məşhur roman haqqında onlarla maraqlı təfsirlər olsa da, Elaydinin təhlili orijinallığı ilə seçilə bilir; o tarixin qədimlərindən mövzu alan romanı məhz müasirliyin əsəri kimi, müstəqilliyin ideyalarını təcəssüm etdirən roman kimi oxuya bilir. Öz sözləri ilə desək: “romanda sosial ədalət probleminin qoyuluşu və onun bədii həllinin ənənəvi şəkildə canlandırılmaması mətnin oxunaqlığını təmin etmişdir”.

Monoqrafiyanın ikinci fəsli “Sosial-siyasi və fəlsəfi-psixoloji problemlər bədii düşüncə aynasında” adlanır; və burda müharibə tematikası ətrafında: Sabir Əhmədlinin “Ömür urası”, Ağarəhim Rəhimovun “Ovlaq keçidi”, Elçin Mehrəliyevin “Doxsanıncı illər” romanları, sosial-siyasi məsələlərin bədii inikası müstəvisində: Anarın “Ağ qoç, qara qoç”, Sabir Əhmədlinin “Kef”, Seyran Səxavətin “Nekroloq”, Afaq Məsudun “Azadlıq” romanları, fəlsəfi-psixoloji problemlərin təcəssümü istiqamətində: Mövlud Süleymanlının “Günah duası”, Vaqif Sultanlının “İnsan dənizi” romanları təhlilə cəlb olunur. Mahiyyətcə, bu tip roman ənənəsi də 1970-1980-ci illərin sosial və sosial-psixoloji roman təcrübəsi ilə bağlanır. Doğrudur, material təzədir və monoqrafiyada şərh olunduğu kimi: müstəqillik illərinin çətin, təzadlarla dolu, yeni cəmiyyətə “keçid mənzərələri”ni tematik təsnifləndirə, təqdim edə bilir. Amma roman düşüncəsi əzəlki olaraq qalır və: Sabir Əhmədlinin, Anarın, Seyran Səxavətin, Mövlud Süleymanlının romanlarında: psixoloji fərd və ona yabançı (hələ bəlkə daha da yabançılaşan) sosial mühit arasındakı qarşıdurmada təzahür edir.

Fərqli poe-strukturlar da var; məsələn, Afaq Məsudun “Azadlıq” romanı kimi; təəssüf ki, müəllif bu romanın üzərində ötəri dayanır. Anarın “Ağ qoç, qara qoç”u barəsində də mövcud çoxsaylı təfsirlərə isnad etməklə təhlil aparır. Amma məsələn, Sabir Əhmədlinin “Kef”inin təfsiri, romanda yazıçı obrazının tənqidi qiymətləndirilməsi mənə tamam fərqli göründü. Doğrudur, ağrılı problemlərlə yanaşı, romanda zərif bir ironiyanın da varlığına vaxtilə mən də diqqət çəkmişəm; amma tədqiqatçının fikrincə, romanda gülünclüyün hədəfi cəmiyyətlə birgə həm də onu təmsil edən yazıçı obrazıdır. Əhməd Saminin monoqrafiyada üzərində ən çox dayandığı Vaqif Sultanlının “İnsan dənizi” romanıdır; tədqiqatçıların çox da nəzərini cəlb etməyən həmin əsəri Elaydi “insanın həm sosial-fəlsəfi mahiyyətini, həm də onun bir fərd kimi gücünü və gücsüzlüyünü üzə çıxaran təkrarsız əsərlərdən biri” kimi dəyərləndirir. Tədqiqatçının fəlsəfi-psixoloji aspektdə təfsir elədiyi romanı, polemik olaraq, məsələn, mən 1980-ci illərin şərtən “şərti-metaforik üslub” adını almış əsərləri sırasına aid edərdim. Axı burda, tədqiqatçının sözlərini vurğulasaq: “insanın sosial-fəlsəfi mahiyyəti” və “psixoloji” varlığına dair roman(çı) düşüncələri başdan-başa alleqoriyalarla, qurama situasiyalarla illüstrə və təsbit olunur, heç də həyatın içində, bilavasitə “həyat mətni”ndə fəlsəfimi, ya psixoloji fəhm/kəşf/dərk olunmur.

Monoqrafiyanın üçüncü fəsli “Milli-mənəvi dəyərlərin bədii təcəssümü” adlanır və istər-istəməz, yenə də 1970-1980-ci illərin geniş yayılmış “mənəvi-əxlaqi problemlər nəsri”ni yada gətirir. Müəllif çox doğru olaraq qeyd edir ki, əslində: “İstiqlaliyyət dövründə Azərbaycan ədəbiyyatında yaranan romanların əksəriyyətində mənəvi-əxlaqi problemlər müxtəlif mövzular kontekstində işlənilmişdir”. Elə bu “kontekst”dən yanaşanda, monoqrafiyada “mənəvi-əxlaqi” vurğu altına nədən məhz: Sabir Əhmədlinin “Axirət sevdası”, İsa Muğannanın “İsahəq, Musahəq, yaxud Anadil ötən yerdə”, Əkrəm Əylislinin “Ətirşah Masan”, Elçin Hüseynbəylinin “Yovşan qağayılar” romanlarının düşdüyü çox da izahını tapmır.

Əlbəttə, müəllifin də qeyd etdiyi kimi, bütün təsnifatlar şərtidir; bu və ya digər romanı bu və ya digər növə müncər etdikdə, əsas olaraq roman düşüncəsində hansı motivin aparıcı olması götürülür. Mənimcə, bu nöqtədən baxdıqda, tədqiqatçının qabartdığı mənəvi aspektləri də danmadan, Sabir Əhmədlinin, İsa Muğannanın romanları daha çox əvvəlki fəsildə söhbət gedən fəlsəfi qatlı romanlara uyğun gəlir. “Axirət sevdası”nda roman düşüncəsi dünyəvi həyatın fənalıqlarında gəzişərək, əvvəldən axıra “Məni Ölüm düşündürür” motivi üzərində qərar tutur. İsa Muğannanın (İsa Hüseynovun), doğrudan da, mənəvi-əxlaqi ağrılarla süslənmiş əsərlərinə qayıdıb, hər birisini dekonstruksiyaya uğratmaq cəhdlərini də, uğurlu, ya uğursuz, yazıçının “əbədiyyət axtarışları”na yozmaq daha düz olar. Əkrəm Əylislinin aşkar “mənəvi nihilizm” mövqeyindən qələmə alınmış “Ətirşah Masan”ı da, mənəvi-əxlaqi problemlər müstəvisindən çox, sosial-siyasi pamfletə çəkir.

Monoqrafiyanın dördüncü fəsli müstəqillik dövrü Azərbaycan romanının “Bədii-sənətkarlıq xüsusiyyətləri”ndən bəhs edir və məhz bu yerdə biz “müstəqillik romanı”nın özəlliyini, tipoloji fərqini, yeni ideya-məzmun və forma-ifadə planında təşəkkül poetikasını görməyə çalışırıq. Və aşkar görünür ki, bu məqamda da, nəzərdən keçirilən dövrün (1991-2005) materialları onu (“müstəqillik romanı”nı) axıracan görməyə şans vermir. Belə ki, tədqiqatçı araşdırdığı romanlarda “mövzu seçimi, süjet və bədii konflikt”i, “bədii obraz, xarakter, tip və tipiklik problemi”ni, “janr özünəməxsusluğu və dil-üslub fərdiliyi”ni heç də konkret təzahür müxtəlifliyi zəminində deyil, ümumi roman nəzəriyyəsinə söykənərək şərh etməli olur.

Misir aliminin Azərbaycan romanı, üstəlik həm də müstəqillik dövrü romanı haqqında tədqiqatından daha bir gözləntimiz müqayisəli mənzərələrə aid ola bilər. Həqiqətən də, monoqrafiyanın hər fəslində bu və ya digər mövzudan söhbət gedərkən, müəllif paralel olaraq neçə-neçə ərəb romançısı və romanının adını çəkir. O cümlədən: Məhəmməd Həsən Hikal, Nəcib Məhfuz, Əli Əl-Cərmi, Əli Bikasi, Əbdülkərim Nasif (Suriya), Məhəmməd Abdulla Əl-Hadi, Camal Əl-Gitanı, Yusif Əl Qaid, Mahmud Əl Vardani və b.-ları. Amma müqayisəli baxış, sadalamadan uzaq getmir; halbuki Nobel mükafatı qazanmış bir ədəbiyyatın işığının müasir Azərbaycan romanının üzərinə salınması ümumən faydalı ola bilərdi. Görünür ki, Əhməd Sami Elaydi Azərbaycan oxucusunda Misir romanı haqqında geniş təsəvvür yaratmağı daha sonrakı əsərlərinə saxlamışdır.

Şəksiz ki, bu gün təqdim və təqdir etdiyimiz “Müstəqillik dövrü Azərbaycan romanı” monoqrafiyası müasir Azərbaycan romanı haqqında ciddi və dəyərli bir tədqiqatdır. Müstəqillik dövrü romanının təşəkkül yolunu bütün əyaniliyi ilə qarşımızda canlandıra bilir. Monoqrafiyanın Azərbaycan mədəniyyətinin dostu və pərəstişkarı Əhməd Sami Elaydi tərəfindən qələmə alınması önəmini ikiqat artırır. Amma ən önəmlisi, vurğuladığım kimi, o olar ki, əsər ərəb dilində də nəşr olunsun; bu, Azərbaycan romanının müasir dünyada tanıdılmasına bir vəsilə ola bilər. Bu işdə və ümumən Azərbaycan-Misir mədəniyyət əlaqələrinin möhkəmlənməsi yolunda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami Elaydiyə böyük uğurlar diləyirəm.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

10 книг современных азербайджанских авторов, которые стоит прочитать

Каждый год 21 февраля во всем мире отмечается Международный день родного языка. И хоть в августе у нас есть свой праздник азербайджанского, оставить без внимания эту дату не можем. По этому поводу вместе с Baku Book Center и Login мы выбрали 10 книг, написанных современными азербайджанскими писателями на родном языке.

Кстати, у наших партнеров вы всегда можете получить кэшбэк бонусами Umico – 2% в Baku Book Center и 3% в Login.

«Будь дома, когда я вернусь», Эльчин Сафарли

Невероятно поэтичная книга молодого, но уже известного писателя Эльчина Сафарли. «Когда я вернусь, будь дома» – встреча Запада и Востока, шумная суета Стамбула и тишина города вечной зимы где-то во Франции. Это запах литовского хлеба и горячих лепешек из турецкого тандыра, мелодии Шарля Азнавура и азаны муэдзинов. Сафарли искусно смешивает культурные коды, превращая мир в единое целое. При этом бережно сохраняет ощущение уникальности национальных традиций и характеров. И на этом удивительном фоне – история семьи, трогательные письма отца к дочери, полные мудрости и невероятной любви к жизни. Письма, которые можно разобрать на цитаты, но самые пронзительные слова всегда повторяются в конце: «Скучаю. Папа».

Эльчин Сафарли – один из известных современных писателей Востока. Он вырос в солнечном Баку в семье профессионального пилота. Его детство было наполнено творчеством: он мог с головой уйти в фантазии и сочинял рассказы прямо во время школьных уроков. Мальчику было всего 10 лет, когда его начали публиковать в журналах. Взрослые удивлялись, насколько пронзительными получались его истории. У него никогда не было сомнений в выборе жизненного пути и легко удавалось одновременно работать и учиться на факультете журналистики. Молодой человек активно занимался публицистикой и тележурналистикой, совмещая работу с написанием книг.

«Голубые ангелы», Чингиз Абдуллаев

Агентов ООН под прикрытием называют «голубыми ангелами». Никто не знает их настоящих имен, они и сами их забыли. Дронго – профессиональный эксперт и аналитик – является ярким примером. Следуя по стопам наркоторговцев, он путешествует со своей группой по разным уголкам мира, и чем ближе он подбирается к своей цели, тем опаснее становится ситуация. В это время погибает его самый дорогой человек, а также близкие друзья.

Чингиз Абдуллаев – автор популярных детективных романов. Жизнь самого писателя не менее насыщена событиями, чем его книги. Юрист по образованию, он несколько лет работал за рубежом. За время своих опасных командировок Чингиз Абдуллаев был дважды ранен. Имеет награды бывшего Советского Союза. После распада СССР он меняет свой жизненный уклад, став профессиональным писателем. Роман «Голубые ангелы» – первое произведение Абдуллаева в остросюжетном жанре – пролежал в КГБ три года. Его запрещали печатать, ссылаясь на обнаруженную в нем суперсекретность. В 1988 году он был напечатан и позже выдержал несколько переизданий.

«Силуэт в окне», Эльхан Элатлы

«Силуэт в окне» – первый роман всеми любимого писателя Эльхана Элатлы после рассказов, написанных в детективном жанре. Это произведение написано в особом и уникально стиле детективного жанра. Хотя в романе и речь идет о раскрытии тайны загадочных преступлений, имевших место в сельской местности Азербайджана, особо раскрывается тема любви, честности и нравственной чистоты.

Эльхан Элатлы – азербайджанский писатель и поэт, член Союза писателей Азербайджана, лауреат премии «Кызыл гелем» (Золотое перо). Выпускник Механико-математическиого факультета Бакинского Государственного Университета. Работал по специальности учителем, директором школы, с юных лет писал короткие стихи и рассказы.

«Второй шаг», Гараган

Гараган считает эту книгу самой сложной из написанных им. Работал он над ней больше года и собрал свои наблюдения из дальних путешествий, изучения храмов, древних манускриптов и последних достижений науки. Если «Первый шаг» говорил о реалиях практической жизни и успеха, экономики и логики, то во «Втором шаге» мы погрузимся в глубокий и философский мир. Кто мы, зачем пришли сюда и куда идем?

Эльхан Зейналлы – популярный писатель и исполнитель, известный под псевдонимом Гараган. Автор нескольких романов и музыкальных альбомов, многочисленных стихотворений, а также победитель Национальной книжной премии Азербайджана 2010, в которой участвовал с романом «А». Книга стала самой продаваемой в Азербайджане в 2010. В одном из интервью Гараган признался, что старается брать пример с таких азербайджанских писателей как Чингиз Абдуллаев, Анар и Кямал Абдулла.

«Мои ноги мерзли», Айтен Джаваншир

Одиночество вдвоем, отчаяние, неподвластная смерти любовь, слишком позднее сожаление. Книга «Мои ноги мерзнут» расскажет вам о любви, о которой вы долго мечтали и в существование которой, возможно, не верили. Но самое главное, вы поймете, что истинная любовь способна простить даже измену.

«Человек без головы», Сеймур Байджан

Книга состоит из рассказов, в которых повествуется о жизни после распада Советского Союза. Каждая история пронизана яркими эмоциями – сентиментальными или ностальгическими. И градус их повышается с первой страницы до последней. Будьте готовы, что в самом конце совладать со своими эмоциями будет непросто.

Хотите получать полезную информацию и делать свой шоппинг ещё более умным?

Подписывайтесь на нашу рассылку и получайте уведомления о новых статьях!

Похожие статьи

  • Azərbaycan romanının inkişaf problemi

    Azərbaycan romanının inkişaf problemi Mərhum şair Davud Nəsib də bu janrda iki hissəli «Cavanşir» romanını yazmış, Azərbaycan tarixinin nisbətən az…

  • Azərbaycan xalq musiqisinin əsasları

    Azərbaycan xalq musiqisinin əsasları НЕКОТОРЫЕ НАПРАВЛЕНИЯ ИССЛЕДОВАНИЙ АКУСТИЧЕСКИХ СВОЙСТВ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ МУЗЫКИ Üzeyir Hacıbəyov — müasir…

  • Azərbaycan xalq cümhuriyyəti

    Azərbaycan xalq cümhuriyyəti Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və…

  • Azərbaycan xalq musiqi yaradıcıllığı

    Azərbaycan xalq musiqisi Gözəl ifaçı, tanınmış pedaqoq və ansambl rəhbəri olmaqla yanaşı, Ə.Ba­kıxanov həmçinin də bəstəkar kimi də sevilirdi. Onun bir…

  • Azərbaycan xalqının yaranması

    Azərbaycan xalqının yaranması Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları…

Comments are closed, but trackbacks and pingbacks are open.