Press "Enter" to skip to content

Smər Nərimanbəyova: Azərbaycan rəssamlarının əsərlərini dünyaya tanıtdırmaqdan zövq alıram

Azərbaycan Rəssamlar İttifaqı / Union of Azerbaijan Artists на Facebook. Если вам интересны новости Azərbaycan Rəssamlar İttifaqı / Union of Azerbaijan Artists, регистрируйтесь на Facebook сегодня!

Məşhur rəsmlər və rəssamlar

Əzim Əzimzadə | Satirik qrafikanın əsasını qoyan rəssam

  • Məşhur rəsmlər və rəssamlar
  • 21 noyabr 2022, 23:39

Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açıb. Bu gün onun adına hər kəs hörmətlə yanaşır. Yeni rəssamlar nəsli onun ənənələrindən bəhrələnirlər.

Əzim Əzimzadə 1880-ci il mayın 7-də Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb.

Toğrul Nərimanbəyov | Rənglər dünyasının adamı

  • Məşhur rəsmlər və rəssamlar
  • 12 okyabr 2021, 00:32

Məşhur filosofların nəzəriyyəsinə inansaq, insan əzab çəkmək üçün doğulur… Ömrün xoş günləri qədər bir-birini izləyən narahat anları da sona qədər bitib-tükənmir. Amma çəkdiyi əzabların qarşılığında insana təbiət bəzən elə bir sərvət bəxş edir ki, düşünürsən, təkcə elə buna görə dünyaya gəlib sonsuz əziyyətlərə qatlaşmağa dəyər.

Əsərləri də özü kimi gözəl olan xanım – Maral Rəhmanzadə

  • Məşhur rəsmlər və rəssamlar
  • 4 avqust 2021, 23:14

Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, dövlət mükafatı laureatı Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır.
Xalq Rəssamı Maral Rəhmanzadə təsviri sənətimizin zəngin ənənələrini davam etdirməklə yetmiş ildən artıq bir dövr ərzində səmərəli fəaliyyət göstərib.

Oqtay Sadıqzadə | Ruhu rənglər dünyasında yaşayan rəssam

  • Məşhur rəsmlər və rəssamlar
  • 20 dekabr 2020, 23:33

Rəssamlıq sənətini seçən insanlar adətən özləri də qəribə xarakterli olurlar. Rənglər kimi onların da təbiəti müxtəlif çalarlıdır. Bu insanlar zəngin daxili aləmə, həssas qəlbə və bir də sərt xarakterə malik olurlar. Hər dəfə rənglərin çoxçalarlı dünyasına səyahət edəndə orada özlərini tapır, hisslərinə, duyğularına hakim kəsilən rənglərdən möcüzələr yaradırlar. Bu, sadəcə, ilahi bir vergidir. Elə Xalq rəssamı Oqtay Sadıqzadə də təbiətən rəssam doğulmuşdu, yaşadığı aləmin gözəlliyini, xalqın qüdrətli sənətkarlarının portretlərini rənglərin dili ilə canlandırmaq onun sənət dünyasında özünəməxsus yer tutur.

Əbədiyyətə toxunuş

  • Məşhur rəsmlər və rəssamlar
  • 5 avqust 2020, 00:09

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi professor Ağəli İbrahimov öz fəlsəfəsinə malik istedadlı sənətkar kimi məşhurdur. Və çox az adam bilir ki, o – Azərbaycanda olduqca nadir rəsm əsərləri kolleksiyasının sahibidir, onun evi isə – divarlarında çox gözəl rəssamların əsərləri asılmış əsl muzeydir.

İşə gecikdiyi üçün həbsxanada yatan Azərbaycan rəssamı

  • Məşhur rəsmlər və rəssamlar
  • 2 avqust 2020, 23:48

Cavad Mircavadov 15 yaşı olanda «Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. O, elə ilk günlərdən özünün bacarığı ilə rəssamın rəğbətini qazanır. Və bir müddət sonra kinoteatrın baş rəssamı afişa işlərinin hamısını Cavada tapşırır. Beləliklə, „Azərbaycan” kinoteatrının afişaları on beş yaşlı yeniyetmə rəssamın fırçasından çıxmağa başlayır.

Adil Şıxəliyev

  • Məşhur rəsmlər və rəssamlar
  • 26 iyun 2020, 23:54

Çox-çox qədimlərdən Misirdə, Yunanıstan və Romada, Amerikada və Uzaq Şərqdə, o cümlədən də, Avropadageniş yayılmış qobelenin-şpalerin Azərbaycanda yalnız XX əsrdə peyda olması daha çox yerli əhalinin ona o qədər də mənəvi-bədii ehtiyacı olmamağından irəli gəlmişdi. Başqa sözlə desək, dünyanı, o cümlədən də, adları çəkilən uzaq-yaxın məmləkətlərin bazarlarını fəth edən xalça-palazlar hazırlamağa qadir olan xalq daha çox məşhur rəssamların tablolarının toxuculuq nümunəsi variantını ərsəyə gətirməklə məşğul olan qobelen estetikasını özünə yaxın buraxmamışdı.

Xalq rəssamı Cəmil Müfidzadənin əziz xatirəsinə

  • Məşhur rəsmlər və rəssamlar
  • 23 iyun 2020, 20:51

Ölüm bütün vaxtlarda gözlənilməz olur. Elə bənzərsiz əsərləri ilə müasir Azərbaycan təsviri sənətində dərin iz salmış Xalq rəssamı, professor Cəmil Müfidzadənin (1934-2019) qırx gün əvvəl dünyasını dəyişməsini də respublika ictimaiyyəti – çoxsaylı həmkarları, dostları və tələbələri bu cür qəbul etdilər. Bu ilk növbədə onun iki qərinəlik yaradıcılığı ərzində beynəlxalq miqyasda xalqımıza başucalığı gətirən əsərlər yaratmaqla hamının məhəbbətinin qazanmasının nəticəsi idi.

Əzim Əzimzadə | Rəssamlığın Sabiri

  • Məşhur rəsmlər və rəssamlar
  • 22 iyun 2020, 00:18

Dünyaya ruhunda gəzdirdiyi gözəllik duyumunu gerçəkləşdirmək missiyası ilə gələn Əzim Əzimzadənin Azərbaycan təsviri sənət tarixində xüsusi yeri vardır. Gəncliyində ailələrinə çörək pulunu ən müxtəlif sahələrdə işləməklə qazanan Ə.Əzimzadə nə vaxtsa hiss və duyğularını rəng və cizgilərlə ifadə edəcəyinə böyük inamı olduğundan sonda arzusuna yetişərək böyük sənətkar kimi tanınmışdır. Amma bu, onun üçün heç də asan başa gəlməmişdir.

Rəng qatının aysberqliyi

  • Məşhur rəsmlər və rəssamlar
  • 11 iyun 2020, 08:49

Təsviri sənət tarixinin bir-birindən maraqlı səhifələrində bu sahədə yaradıcılıqla məşğul olanların rənglərə bir-birindən fərqli münasibətlərinə şahidlik etmək mümkündür. Belə imzalar dünya rəssamlığında olduğu kimi, milli bədii məkanımızda da kifayət qədərdir. Elə bu səbəbdən də təsviri sənətimizin rəngkarlıq məkanı duyulası dərəcədə cəlbedici və duyğulandırıcı görünməkdədir. Çoxları rənglərə münasibətini lokal şəkildə, açıq-aydın biçimdə sərgiləyir, bəziləri isə ürəyinin duyğularını rənglərin alt qatında hifz olunmuş bir görkəmdə ifadə edir, Belə əsərlərin çox vaxt zahiri görkəmi «aldadıcı” olur, lap aysberq kimi. Elə bu gün əsərləri barəsində söz açmaq istədiymiz Xanımbacı Məmmədova da belə yaradıcılardandır…
Davamı →

Əsmər Nərimanbəyova: “Azərbaycan rəssamlarının əsərlərini dünyaya tanıtdırmaqdan zövq alıram”

Əsmər Nərimanbəyova: “Azərbaycan rəssamlarının əsərlərini dünyaya tanıtdırmaqdan zövq alıram” Atam əslən Şuşadandır, II Nikolayın Şuşanın bir neçə kəndinin ulu babama verdiyi mülkiyyət sənədləri indi də bizdədir

9 Fevral , 2021 16:19
https://static.report.az/photo/e6717237-2e62-358d-9c4f-8c8eae545cc7.jpg
Əsmər Nərimanbəyova

Rəssam Əsmər Nərimanbəyova təkcə ölkəmizdə yox, ölkə hüdudlarından çox-çox uzaqlarda da məşhurdur. İyirmi ildən çoxdur Fransada yaşayıb-yaradan sənətkarımızı doğma yurdunda daha çox valideynləri Xalq rəssamı Toğrul Nərimanbəyov və Əməkdar rəssam, heykəltaraş Elmira Hüseynovaya görə tanıyırlar. Bizim cəmiyyətdə çoxdandır mövcud olan ehkam düşüncə tərzi məşhur valideynlərin özünü doğrultmağa bacarmış övladlarını “hə də, atası (anası) arxa durub, qabağa çıxarıb onu” deyə damğalayır. Amma Əsmər xanım xaricdə şöhrət qazanmaqla sırf öz istedadı və zəhmətkeşliyi ilə ad-san sahibi olduğunu sübut edənlərdəndir. “Report”a verdiyi müsahibədə Əsmər Nərimanbəyova yaradıcılıq, Parisdə sürdüyü həyat, Vətənlə əlaqələri haqqında söhbət açıb: – Əsmər xanım, görkəmli sənətkarlar ailəsində doğulub böyüməyiniz Sizə nələr qazandırıb? – Çox şey qazandırıb desəm, sönük çıxacaq. Bizim ailədə milli adət-ənənələrə ehtiram, incəsənətə heyranlıq hakimdi, atam da, anam da, onların dostları da yaradıcı insanlardı. Biz sənətin ab-havası içində yaşayır, onu ciyərimizə çəkirdik. Uşaqlığımdan Azərbaycan mədəniyyətinin içində böyüsəm də, bununla yanaşı Avropa mədəniyyətilə də hərtərəfli qaynayıb-qarışmışam. Evdə olan saysız-hesabsız incəsənət kitabları mənim tərbiyəmin əsasını qoydu. O kitablar sevimli mütaliəmdi, indiyədək həmin duyğular içimdədir. Elə ilk kitab şəkillərimi də Velaskesin “Las Meninas” əsərini görəndən sonra işləməyə başladım. Qədim Avropa cəngavərliyi haqqında kitabları, Orta dövr, İntibah dövrü ilə bağlı ədəbiyyatı oxumağı çox sevərdim. Boyakarlıq əsərlərinin yer aldığı kitabları vərəqləməkdən sinov gedərdim. İllər sonra, artıq böyüyəndə də o zaman məni bu cür yaradıcılıq mühitində böyüdüb tərbiyə verdiklərinə görə valideynlərimə dərin minnətdarlıq hissi qalıb ürəyimdə. İndi də oğlum üçün bu cür ab-hava yaratmağa çalışıram. Həmçinin Azərbaycan və fars miniatür sənətilə də marqlanırdım. Nəticədə Şərq və Qərb mədəniyyətlərinə, onların qovuşmasına maraq yarandı məndə. Bu mədəniyyətlərin hər biri digəri olmadan mövcud ola bilməz, tarix boyu onlar arasında qarışıqlı əlaqələr, mübadilə olub. Dünya vahid bir bütövdür.

– Görünür, Qərb insanını həm öz əsərlərinizlə, həm də Azərbaycanın başqa rəssamları ilə tanış etmək istəməyiniz elə bununla bağlıdır. – Fransada 1996-cı ildən yaşayıram. Buraya köçməyim həyat yoldaşımın Avropa Şurasında işləməsilə bağlı oldu. Atam da buraya köçmüşdü. Fransada elə ilk günlərdən həm fərdi sərgilərimi, həm də soydaşlarımızın əsərlərindən ibarət sərgilər təşkil etməyə başladım. Azərbaycan rəngkarlıq məktəbini burada tanıtdırmağa can atırdım. Bu sərgilər bəlkə də 50-yədək oldu. Təkcə Fransada yox, Bakıda öz qalereyamda, həmçinin Almaniyada, İngiltərədə, başqa ölkələrdə də keçirmişik. İlk üç sərgi, o cümlədən mənim fərdi sərgim və iki qrup sərgisi 2001-ci ildə Strasburqda, ölkəmiz Avropa Şurasının üzvlüyünə daxil olduğu ərəfədə keçirildi. Bu hadisə ilə əlaqədar Strasburqa səfər edən ümummilli liderimiz Heydər Əliyev də mənim bəxtimdən sərgilərimizlə tanış oldu. Bundan bir müddət sonra isə Əməkdar rəssam adına layiq görüldüyümü bildim. Bakıda gənc rəssamlarımızın sərgilərini təşkil etməklə bağlı ATƏT-in bir neçə layihəsini həyata keçirtdik. Eyni zamanda rəngkarlıq ustalarımızın bir çox sərgilərini Avropada da təşkil etmişəm. Parisdə lap prezident iqamətgahının yaxınlığında “Sotheby’s” və başqa məşhur hərrac binaları, habelə “Rus incəsənəti qalereyası” yerləşir. Yəni həmin ərazi çox hörmətli yerdir. Burada fırça ustalarımızın dörd böyüklər, iki uşaqlar sərgisini təşkil etmişik. Əslində təşkil etdiyim bütün sərgilərdən danışmaq çətindir, amma bir də Parisdəki “Bortone” qalereyasında dəfələrlə Azərbaycan və Türkiyə rəssamlarının sərgiləndiyini qeyd etmək istəyirəm.

Fransada banisi olduğum “Association de Togrul Narimanbekov” adlı təşkilatın məqsədi müxtəlif ölkələrdən sənətkarlar arasında mədəni mübadilə, habelə incəsənət sərgilərinin keçirilməsidir. Yəqin ki, bu cür tədbirlərin təkcə sənətsevərləri yox, həm də siyasətçiləri, ictimai xadimləri, beynəlxalq təşkilatların nümayəndələrini də cəlb etməsini söyləməyə lüzum yoxdur. Mən sözlə yox, daha çox işlərimlə, əsərlərimlə danışmağı xoşlayıram. İndi sizə danışmaq istədiyim bir müsabiqə mənə maraqlı gəlir. Belə ki, “Faberge” şirkətinin Londonda keçirdiyi “The Big Egg Hunt” (yəni böyük yumurta ovu) adlı xeyriyyə sənət layihəsində iştirak etmişdim. Yumurta axtarmaq oyunu Qərb ölkələrində qeyd edilən Pasxa (mövlud) bayramının qədim adətidir. Həmin tədbir zamanı da paytaxtın müxtəlif yerlərində qurulan bir metrə yaxın hündürlükdə şüşə plastik yumurta maketləri bir çox ölkələrdən gələn həm peşəkar, həm də gənc dizaynerlər tərəfindən rənglənmişdi. Mən də bizim ölkə adından iştirak edərək yumurta rənglədim və həmin əsərin adını “Bakım” qoydum. Həmin əsər sonradan Londondakı məşhur Hayd Parkda sərgiləndi, daha sonra da “Sotheby’s”də satıldı. Onu da deyim ki, həmin layihədən əldə olunan vəsaitlər Asiya fillərinin mühafizəsilə məşğul olan “Elephant Family” və uşaqların problemlərilə məşğul olan “Action for Children” təşkilatların nəfinə toplanırdı. Həmçinin Vyanada, Berlində fərdi sərgilərim, İtaliyanın 5 şəhərində qrup sərgiləri keçirilib. İtalyanlar bizim sənət nümunələrinə çox böyük maraq göstərirdilər. Öz fərdi sərgilərim haqqında danışmağımın səbəbi vətənim Azərbaycanı təmsil və təqdim etməyimdir. İkinci Qarabağ müharibəsi dövründə Fransada baş verənlər burada bizim ölkəni, Azərbaycan və Qarabağ həqiqətlərini, sənət adamlarımızı tanıtdırmağın nə qədər böyük əhəmiyyət daşıdığını bir daha ortaya qoydu.

– Bütövlükdə Vətən müharibəmizi, Ordumuzun möhtəşəm qələbəsini burada necə qarşıladılar? – Həmin o 44 gün ərzində hamımız gecələr yatmır, əlimizdə telefon daim vəziyyəti izləyirdik. Sözsüz ki, müharibə dəhşətdir, övladlarını şəhid verən anaları da yaxşı başa düşürəm. Amma bütün bunlarla torpaqlarımızın azad olunması çox böyük hadisədir, xalqımızın başucalığıdır. Atam əslən Şuşadandır, rus imperatoru İkinci Nikolayın Şuşanın bir neçə kəndinin ulu babama verdiyi mülkiyyət sənədləri indi də bizdədir. Hələ hər bir azərbaycanlı üçün Qarabağın nə demək olduğunu da yəqin ki, izah etmək artıqdır. Əlbəttə, burada karantin olduğu üçün hər hansı kütləvi aksiyalardan söhbət gedə bilməzdi. Burada Azərbaycan Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir, amma Fransada güclü erməni diasporu üzündən onların işi də xeyli çətindir.

Təsəvvürə gətirin, hələ əvvəlcədən, müharibə olacağını bilmədən “Şuşa ruhu” adlı sərgi hazırlamağa başlamışdım. Bəlkə də Şuşanın ruhu var və bizi bu işə sövq edib. O sərgidə Azərbaycan, Türkiyə, İtaliya rəssamları Nigar Familsoy, Tofiq Ağayev-Nərimanbəyov, Röya Həsənova, Rəna Əmrahova, Vəfa Əfəndizadə, Aysel Mirqasımova, Leyli Müseyibova, Olqa Palkovitz, Cəmalə Rəhmanlı, Zərifə Mirzəyeva, Sahib Əsədli, Leyli Musayeva, Hurgül Əliyeva, Zəhra Məmmədzadə, Fidan Səmədzadə, Zəhra İldırımzadə, Ayla Əziz, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Kamran Müzəffər Gəncər, Andrea Pozzi, Nərminə Vəliyeva, Ayla İnsanova, Luçiano Kagianello, Leyla Əliyeva, Güli Quliyeva, Hüseyn Haqverdiyev, Validə Rüstəmova iştirak edirdilər. Doğma torpaqlarımızın, Vətən uğrunda döyüşən igid oğullarımızın fikri məni də rahat buraxmırdı.

– Bir neçə kəlmə də planlarınızla bağlı danışardınız. – Fevralın 9-da, anamın doğum günü onun xatirəsinə həsr olunmuş “İnsanlar, şəhərlər, zaman” adlı fotosərgi açılır. Bu tədbirdə müxtəlif dövrlər arasında bağlantını göstərmək istəyirəm. Sərgidə əvəllər təşkil etdiyim sərgilərdə iştirak etmiş rəssamların fotokamera vasitəsilə dünyanı necə gördüklərini əks edən foto əsərləri, habelə onların ailə böyüklərinin milli geyimdəki fotoşəkilləri, müasirlərimizin şəkilləri, həmçinin əlbəttə ki, ailəmizin də fotosalnaməsi təqdim olunacaq. Yəqin xəbəriniz var, ata babam Bakının qubernatoru olub. Orada İsaak Rubençik, Rafiq Nağıyev kimi ustalar tərəfindən çəkilmiş atam və anamın şəkilləri, Rafiq Qəmbərovun əsərləri də olacaq. Orada çoxdandır aramızda olmayanların çöhrəsini görə biləcəyik. Həmin sərgidə Azərbaycan, Gürcüstan, Almaniya təmsilçisi olan İrine Caparidzze, Maya Bağırova kimi peşəkar fotoqraflar da iştirak etdiyinə görə müxtəlif ölkələrin müxtəlif dövrlərə aid insan və cəmiyyət görüntüləri ortaya çıxarılacaq. Bütün əsərlər ağ-qara olduğuna görə atam Toğrul Nərimanbəyovun bir neçə boyakarlıq əsərini də yerləşdirib bir az rəng qatmağı düşünürəm. Eleonora Abbasquliyeva

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Azərbaycan Rəssamlar İttifaqı / Union of Azerbaijan Artists на Facebook. Если вам интересны новости Azərbaycan Rəssamlar İttifaqı / Union of Azerbaijan Artists, регистрируйтесь на Facebook сегодня!

Azərbaycan Rəssamlar İttifaqı / Union of Azerbaijan Artists на Facebook. Если вам интересны новости Azərbaycan Rəssamlar İttifaqı / Union of Azerbaijan Artists, регистрируйтесь на Facebook сегодня!

Azərbaycan Rəssamlar İttifaqı / Union of Azerbaijan Artists

@ressam.az

О пользователе Azərbaycan Rəssamlar İttifaqı / Union of Azerbaijan Artists

Azərbaycan Rəssamlar İttifaqı – Azərbaycanın ərazisində fəaliyyət göstərən professional rəssamları və sənətşünasları birləşdirən yaradıcı könüllü-ictimai təşkilatdır. Azərbaycan Rəssamlar İttifaqı öz fəaliyyətində özünüidarəetmə və demokratiya prinsiplərinə, Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinə, Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına əsaslanır, yaradıcılıq atmosferinin azadlığını və baxışların plüralizmini qoruyur, dövlət və ictimai təşkilatlar ilə əlaqələnir, hüquqi qarant olaraq başqa təşkilatlarda rəssamların maraqlarının təmsilçisi olur. Rəssamların mənəvi potensialının açıqlanması, üzə çıxması üçün tədbirlər keçirir, qərarlar qəbul edir və onların aktiv yaradıcı fəaliyyətlərinə yaxından köməklik göstərir.

Azərbaycan Rəssamlar İttifaqı respublika və beynəlxalq simpoziumların, müsabiqələrin təşkilində fəal iştirak edir, ciddi iş aparır, uşaqların və gənclərin estetik tərbiyəsində əlindən gələni əsirgəmir, uşaq evlərinə, xəstə və əlillərə köməklik, hərbi hissələrə isə şeflik edir.

1992-ci ildə “Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinin” qəbulu ilə, Azərbaycan Rəssamlar İttifaqı “Azərbaycan Sovet Sosialist Respublikasının Rəssamlar İttifaqı”nın tam davamçısı oldu. Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının təsisçilərindən biridir.

Azərbaycan Rəssamlar İttifaqı nəzdində Gənc Rəssamların və Sənətşünasların Birliyi, Karikaturaçılar Birliyi və Qeyri-peşəkar Rəssamlar Birliyi fəaliyyətdədir. Bu günədək Azərbaycan Rəssamlar İttifaqı üzvlərin ümumi sayı 1651 nəfərdir: rəngkarlar; heykəltəraşlar; qrafikaçılar; plakat rəssamları; monumental- tərtibat və dekorativ – tətbiqi sənət rəssamları; teatr, kino və televiziya rəssamları, incəsənət tənqidçiləri – sənətşünasları. Azərbaycan Rəssamlar İttifaqının strukturunda Naxçıvan, Gəncə və Şəki regional şöbələri fəaliyyət göstərir.

Yaradıcılıq imkanlarını stimullaşdırmaq üçün Azərbaycan Rəssamlar İttifaqı 1992-ci ildə XVI əsrin tanınmış Azərbaycan miniatürçüsü Soltan Məhəmməd adına mükafat təsis etmişdir və həmin ildə Azərbaycan təsviri incəsənətinin tanıdılması, yayılması və təbliğ olunması üçün “İncəsənət” qəzetinin nəşrinə başladı. Azərbaycan Rəssamlar İttifaqı illər kəçəndən, düz on ildən sonra öz daxili inkişafının ən ümdə mərhələlərini keçə-keçə, incəsənətin daha geniş intişar tapdığı uzaq ölkələrin məşhur rəssamları və sənətşünaslarını yaxından əməkdaşlığa cəlb edərək Azərbaycanda həm forması, həm də ideya və məzmunca yeni, yüksək çap mədəniyəti ilə nəşr olunan “İncəsənət” jurnalını oxucuların sərəncamına vermişdir.

Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqıları Beynəlxalq Konfederasiyası ilə keçirilən illik “Art – sərgilərdə” son dərəcə aktiv iştirak edir.

Bədii təcrübənin rəngərəngliyi, qızğın sərgi fəaliyyəti, yeni yaradıcılığın mənimsənilməsi, Azərbaycan təsviri sənətində bu gün bütün baş verənlər bunun çox yaxşı təsdiqidir. Azərbaycan Rəssamlar İttifaqının fəaliyyətində bu gün gələcək perspektiv üçün böyük, məsul işlər durur, həyati əhəmiyyətli və yaradıcı sualların aktiv şəkildə cavablandırılması zəruridir.

Похожие статьи

  • Azərbaycan çekistləri.

    Azərbaycan çekistləri Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi…

  • Azərbaycan xalq musiqisinin əsasları

    Azərbaycan xalq musiqisinin əsasları НЕКОТОРЫЕ НАПРАВЛЕНИЯ ИССЛЕДОВАНИЙ АКУСТИЧЕСКИХ СВОЙСТВ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ МУЗЫКИ Üzeyir Hacıbəyov — müasir…

  • Azərbaycan xalq musiqi yaradıcıllığı

    Azərbaycan xalq musiqisi Gözəl ifaçı, tanınmış pedaqoq və ansambl rəhbəri olmaqla yanaşı, Ə.Ba­kıxanov həmçinin də bəstəkar kimi də sevilirdi. Onun bir…

  • Azərbaycan tarixi 7 cilddə 1-ci cild

    AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…

  • Azərbaycan tarixi dərslik

    Azərbaycan tarixi dərslik cümlədən aqrar, biologiya, baytarlıq təbabəti və təbabət elmlərinin intensiv və X sinif Azərbaycan tarixi və Ümumi tarix…

Comments are closed, but trackbacks and pingbacks are open.