Press "Enter" to skip to content

Hukuk bloğu

iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

Azərbaycan rüspublikasının vətəndaşlığı slayd firmasında

pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;

doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı (İnsanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış;

müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu təsdiq edən sənədin əsli və ya notariat qaydasında təsdiq olunmuş surəti (və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd);

3,5×4,5 sm ölçüdə iki ədəd fotoşəkil;

Miqrasiya Məcəlləsinin 45.1.1-ci (Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda) və 45.1.5-ci (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda) maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi;

Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;

iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;

qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);

Əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin özü iştirak etmədikdə notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);

əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);

dövlət rüsumunun ödənilməsi barədə sənəd (icazə vəsiqəsi təqdim edildiyi zaman verilir).

Dövlət rüsumunun məbləği

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına

iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

Yetkinlik yaşına çatmış şəxslər üçün Yetkinlik yaşına çatmayan şəxslər üçün

3 ayadək 30 manat 15 manat

6 ayadək 60 manat 30 manat

1 ilədək 120 manat 60 manat

1 il 6 ayadək 180 manat 90 manat

2 ilədək 240 manat 120 manat

2 il 6 ayadək 300 manat 150 manat

3 ilədək 360 manat 180 manat

on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

Yetkinlik yaşına çatmış şəxslər üçün Yetkinlik yaşına çatmayan şəxslər üçün

3 ayadək 40 manat 25 manat

6 ayadək 80 manat 50 manat

1 ilədək 160 manat 100 manat

1 il 6 ayadək 240 manat 150 manat

2 ilədək 320 manat 200 manat

2 il 6 ayadək 400 manat 250 manat

3 ilədək 480 manat 300 manat

Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil alan şəxslər üçün

iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

1 illik 40 manat

2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 80 manat

on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda

1 illik 60 manat

2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda) 120 manat

Müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin yenidən verilməsi üçün 20 manat

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 566-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün sənədlərin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat cərimə edilir.

Qeyd

2, 9, 11-ci bəndlərdə göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.

Tibbi arayışlarla əlaqədar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Bakı şəhəri, Tbilisi prospekti 3166 ünvanında yerləşən Respublika Diaqnostika Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonu, A.Molla Cümə küç., 11 “B” ünvanında yerləşən Beynəlxalq Tibb Mərkəzinə (İnternational Medical Centre) və ya Bakı şəhəri, Badamdar şosesi 31 T ünvanında yerləşən Xüsusi Müalicə Sağlamlıq Kompleksinə müraciət edə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət etməlidirlər. Şəxsin ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduğu hal istisna olmaqla, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər. Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsinə (müddətin uzadılmasına) görə müəyyən edilmiş dövlət rüsumu, həmin icazə ilə bağlı müraciətə baxılması üçün müəyyən edilmiş müddətin (15 və ya 20 iş günü) sonuncu günündən 30 gün ərzində ödənilmədikdə həmin icazə ləğv edilir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Müvəqqəti yaşamaq icazəsinin alınması ilə bağlı aşağıdakı vizalar olmalıdır:

Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda – şəxsi səfər vizası;

Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda – istənilən viza;

Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya “Kapital Bank” ASC-nin istənilən filialında həmin məbləğdə pul vəsaiti olduqda – istənilən viza;

Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda – işgüzar (biznes) və ya əmək vizası;

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda – işgüzar (biznes) viza;

Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda – elm və ya təhsil vizası;

Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda – humanitar səfər vizası;

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda – işgüzar (biznes) viza, rəsmi səfər vizası, əmək vizası, müalicə vizası, mədəniyyət və idman vizası;

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda – şəxsi səfər vizası;

İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda – cəlb olunduğu sahəyə uyğun viza;

Gəmiqayırma – əmək vizası;

Nikah – şəxsi səfər vizası.

Bu xidmət 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi istisna olmaqla bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Hukuk bloğu

“Azərbaycan Respublikasının fəxri vətəndaşlığı haqqında” Əsasnamə

Posted on Nisan 9, 2009 by Everest1986

Hüseynli Kamal

Fəxri vətəndaşlıq ölkələr tərəfindən tətbiq olunan xüsusi vətəndaşlıq statusudur. Məsələn, AR Prezidenti tərəfindən 2000-ci ildə Türkiyənin eks-prezidenti Süleyman Dəmirələ fəxri vətəndaşlıq verilib (8 aprel 2000-ci il). AR Prezidentinin Süleyman Dəmirələ fəxri vətəndaşlıq verən fərmanının imzalndığı gün “Azərbaycan Respublikasının fəxri vətəndaşlığı haqqında” Əsasnamə də qəbul olunaraq fəxri vətəndaşlıqla bağlı münasibətlər tənzimlənib. Əsasnamədə aşağıdakılar öz təsbitini tapıb:

1. Azərbaycan Respublikasının fəxri vətəndaşlığı Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə verilir.

2. Azərbaycan Respublikasının fəxri vətəndaşlığı Azərbaycan Respublikasının fəxri vətəndaşlığına qəbul edilən şəxsin razılığı əsasında verilir.

3. Azərbaycan Respublikasının fəxri vətəndaşlığının verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin yanında yaradılan Vətəndaşlıq Məsələləri Komissiyasının tövsiyəsi bir qayda olaraq tələb edilmir.

4. Azərbaycan Respublikasının fəxri vətəndaşlığı dünya birliyi, Azərbaycan dövləti və ya Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilir.

5. Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdir.

6. Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası Prezidentinin xüsusi himayəsi altındadır.

7. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının fəxri vətəndaşı onlara müraciət edərsə, ona hər cür yardım və dəstək göstərməlidirlər.

8. Azərbaycan Respublikasının xarici dövlətlərdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluq idarələri Azərbaycan Respublikasının fəxri vətəndaşına hər cür yardım və dəstək göstərməlidirlər.

Burada əsas məqam 5-ci maddədə təsbit olunan müddəadır. Belə ki, AR-nin fəxri vətəndaşlığı verilmiş şəxs AR-nin vətəndaşları ilə eyni hüquqlara malikdir.

Azərbaycan vətəndaşlarına iki xarici pasport verilə bilərmi? – ARAŞDIRMA

Azərbaycan vətəndaşlarına iki xarici pasport verilə bilərmi? – ARAŞDIRMA Bakı. 13 iyun. REPORT.AZ/ Vaxt itkisi və viza stresi olmadan xaricə səyahət etmək hər kəsin arzusudur. Tez-tez xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları isə ölkədə tətbiq olunan tək pasportlu sistemə görə bəzi problemlərlə üzləşirlər. Məsələn, viza almaq üçün hər hansı dövlətin səfirliyinə xarici pasportunu verən şəxs viza alma proseduru gedən müddətdə təcili də olsa başqa bir ölkəyə səfər etməsi mümkün olmur. Digər problem möhür vurulan səhifələrinin dolduğu səbəbi ilə xarici pasportu dəyişən zaman aktiv olan vizaların itmə ehtimalı ilə bağlıdır.

13 İyun , 2018 10:20
https://static.report.az/photo/2f13c710-7cfc-4b67-83d7-20228a848a45.jpg

Bakı. 13 iyun. REPORT.AZ/ Vaxt itkisi və viza stresi olmadan xaricə səyahət etmək hər kəsin arzusudur. Tez-tez xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları isə ölkədə tətbiq olunan tək pasportlu sistemə görə bəzi problemlərlə üzləşirlər. Məsələn, viza almaq üçün hər hansı dövlətin səfirliyinə xarici pasportunu verən şəxs viza alma proseduru gedən müddətdə təcili də olsa başqa bir ölkəyə səfər etməsi mümkün olmur. Digər problem möhür vurulan səhifələrinin dolduğu səbəbi ilə xarici pasportu dəyişən zaman aktiv olan vizaların itmə ehtimalı ilə bağlıdır. “Report” qeyd edilən problemlə bağlı vəziyyəti araşdırıb. Bəzi xarici dövlətlərdə vətəndaşların rahatlığı üçün onlara iki pasport verilir. Bir neçə pasportlu sistemin tətbiq edilməsində məqsəd isə təbii ki, müasir dövrdə insanların işlərini asanlaşdırmaqdır. Pasportunu hansısa prosedur üçün müvafiq dövlət orqanına və ya viza almaq üçün hansısa ölkənin səfirliyinə təqdim edən şəxs bu müddət ərzində digər pasportu ilə işlərini davam etdirir, səyahətinə gedə bilir. Azərbaycanla həmsərhəd olan Rusiya və Türkiyə ikipasportlu rejimi artıq tətbiq edir. Rusiyada əmək fəaliyyəti ilə əlaqədar xarici ölkələrə tez-tez gedib-gələn Rusiya vətəndaşları eyni müddətə iki xarici pasport ala bilirlər. Qanun layihəsinin müəlliflərinin fikrincə, ikinci xarici pasport bir səfərə çıxan zaman digər ölkəyə səfər məqsədilə viza almaq üçün sənədləri konsulluğa təhvil verərkən, eləcə də aralarında münaqişə olan ölkələrə səfər edərkən lazım olur. Bundan əlavə, ikinci pasportun verilməsi Rusiya federal büdcəsinin gəlir hissəsinin artmasına səbəb olur. Azərbaycanda isə vəziyyət fərqlidir, ölkədə hələ də birpasportlu sistem tətbiq olunur. Xarici pasportla bağlı yaranan bir problem də möhürlə dolan pasportun dəyişilməsi məsələsidir ki, bu zaman köhnə pasportda olan etibarlılıq müddəti bitməyən vizaların taleyi qeyri-müəyyən qalır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən “Report”a verilən məlumata görə, ümümvətəndaş pasportu verilən zaman köhnə vəsiqədə etibarlılıq müddəti bitməyən viza olduqda pasportun ilk səhifəsi yararsız hala salınıb vətəndaşa geri verilir: “Ümümvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi üçün qeydiyyat ünvanından asılı olmayaraq vətəndaşlar istənilən ASAN xidmət mərkəzlərindən birinə müraciət edə bilərlər”. Hüquqşünas Ələsgər Məmmədli Hüquqşünas Ələsgər Məmmədli “Report”a açıqlamasında bildirib ki, şəxsiyyəti təsdiq edən sənəd, pasport daim məxsus olduğu şəxsin üzərində olmalıdır: “Şəxsin birdən çox pasportunun olması onun fərqli yerlərdə istifadə olunma ehtimalı yarada bilər. Hökumət bu səbəbdən ikipasportlu sistemin tətbiq olunmasına icazə vermir. Təbii ki, alternativlər həmişə var. Viza üçün müraciət edərkən təcili lazım olması ilə bağlı əsaslı məlumat verdikdə, onun tez zamanda hazır olması mümkün olur, yəni viza daha sürətli verilir. Azərbaycanda viza üçün maksimum müddət iki həftədir, amma təcili lazım olduqda iki gün içində də almaq olur. Viza proseduru səbəbindən yaranan problemlər düzgün planlaşdırılma olmadıqda baş verir”. Ə.Məmmədlinin sözlərinə görə, ikipasportlu sistem tətbiq edilmək əvəzinə ölkənin elektron sistemində şəxsiyyət vəsiqəsi ilə səyahət etmək mümkün olsa, o zaman bu problem daha tez həll olunar: “Yəni, şəxsiyyət vəsiqələri beynəlxalq sistemə inteqrasiya olunsa səyahət etmək daha rahat olar”. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli “Report”a açıqlamasında bildirib ki, pasport və şəxsiyyət vəsiqəsi şəxsiyyəti müəyyən etdiyi üçün mütləq şəxsin üzərində olmalıdır: “Bəzən müəyyən zəruri məsələlər, xüsusən xarici səfərlərlə bağlı pasportlar dövlətlərin aidiyyəti qurumlarında, təşkilatlarda və s.-də saxlanılır. Əlbəttə ki, bu zaman şəxsin hüququ pozulur. Vətəndaşın pasportu üzərində olmur, lazımi tədbirləri həyata keçirə bilmir”. Onun sözlərinə görə, bir sıra dövlətlərdə belə qadağalar yoxdur: “Bəzi dövlətlərin qanunvericiliyində müəyyən edilib ki, insanlara bir neçə sənəd vermək olar. Hətta bəzən görmək olar ki, şəxsin üzərində 4-5 ədəd pasportu olsun. Digər ölkələrdə insanların üzərində ən azı iki xarici pasport olur. Vəsiqələrə elektron nəzarət qoyulduğu üçün, bir neçə sənədin olmağı heç bir problem yaratmır. Pasportlar bir-birinin sürəti kimi, yəni eyni olduğuna görə, cinayətkarlıq və axtarışla bağlı qorxu törətmir. Azərbaycanda hələlik bu sistem yoxdur. Təbii ki, bu sistemin Azərbaycanda tətbiqi çox yaxşı olardı, heç bir təhlükəsi də yoxdur. Çünki Azərbaycanda şəxsiyyətin müəyyən edilməsi ilə bağlı vahid elektron sistem var”.

Link kopyalandı
Aynur Osmanqızı
https://static.report.az/photo/37bf4708-5e8c-345e-999a-1a80e81739bd_50.jpg
Rus versiyası Могут ли граждане Азербайджана получить два иностранных паспорта? – ИССЛЕДОВАНИЕ

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.