Azərbaycan tarixi – VIII sinif (Mündəricat)
Səlcuq bəyin oğlu Arslan bəyin rəhbərliyində, Qaraxanlılar və Qəznəviləri qorxuya salacaq qədər gücləndilər. Belə ki, Arslan bəy Qəznəvi hökmdarı tərəfindən həbs alınır və 1032-ci ildə ölür. XI əsrin 30-cu illərin əvvəllərindən etibarən Səlcuq bəyin nəvələri Toğrul bəy və Çağrı bəy artıq müstəqilliklərini əldə etməyə cəhd göstərməyə başladılar. Səlcuqluların təşkilatlı şəkildə dövlət sisteminə girməsi məhz bu dövrdən başladı. Dövləti ilk idarə edən Toğrul bəy oldu. Səlcuqlular 1035-ci ildə böyük bir Qəznəvi ordusunu məğlub edərək Xorasanın mərkəzinə doğru irəlilədilər. 1037-ci ildə də, bu günkü Türkmənistanda mövcud olan Mərv şəhərini ələ keçirdilər. 1038-ci ildə Qəznəviləri ikinci dəfə məğlub etdilər və Nişapur şəhərinə girərək, müstəqilliklərini elan etdilər. Toğrul bəy sultan sanıyla hökmdar elan edildi və Böyük Səlcuqlu Dövləti də beləcə qurulmuş oldu.
Azrbaycan sfvi dövltinin yaranması 7-ci sinif
Böyük Səlcuqlu Dövləti Səlcuqluların qurduğu ilk dövlətdir. Xanədanın atası olan Səlcuq Bəy tərəfindən təməli atılan bu dövlət Bağdadı özünə paytaxt edərək Abbasi xəlifəsinin qoruyucusu mövqeyinə çatdı. 1092-ci ildə Səlcuq hökmdarı Məlikşahın ölümündən sonra bölünmə baş verdi. Səlcuqlular tərəfindən qurulan digər dövlətlər Kirman Səlcuq Dövləti, Xorasan Səlcuqlu Dövləti, İraq Səlcuqlu Dövləti, Suriya Səlcuqlu Dövləti və Anadolu Səlcuqlu Dövlətidir. 1040-1157-ci illər arasında hökm sürən Böyük Səlcuqlular, ən güclü olduqları dövrdə Xarəzm, Xorasan, İran, İraq, Azərbaycan, Suriya, Ərəb Yarımadası və Anadolunun böyük hissəsinə suveren olan bir Türk dövlətidir. Onlar Oğuz türklərin Orta Asiyadakı Qınıq boyundan idilər. Səlcuq bəy Xəzər İmperatorluğunda subaşı (ordu komandiri) vəzifəsində idi. Səlcuq bəyin günü-gündən nüfuzu və tərəfdaşlarının sayı artırdığı bir dövrdə o, taxt-tac uğrunda mübarizəyə başlayır. Lakin uğursuzluğa düçar olaraq X əsrin ikinci yarısında ailəsi və ordusu ilə birlikdə İran istiqamətinə köç edir. Səlcuq bəyin ətrafında cəmləşmiş kütlə əsasən köçəri maldarlıqla məşğul olur və mahir hərbçilər hesab edilirdilər. Bu köçəri tayfa çox keçmir ki, Qaraxanlılara və Samanilərə döyüşlərdə əsgər verərək qarşılığında geniş otlaqlıqlar əldə edir. Səlcuq bəy burada müsəlmanlığı qəbul etdikdən sonra Samanilər dövlətinin rəhbərliyində söz sahibi olan şəxslərdə birinə çevrilir. Samanilər dövləti süqut edən zaman Selcuk bəy, artıq müsəlman olmuş xalqı ilə birlikdə Xorasan bölgəsinə yerləşir. Selcuq bəyin 1009-cu ildə ölümündən sonra onlar daha da cənuba yerləşdilər.
Səlcuq bəyin oğlu Arslan bəyin rəhbərliyində, Qaraxanlılar və Qəznəviləri qorxuya salacaq qədər gücləndilər. Belə ki, Arslan bəy Qəznəvi hökmdarı tərəfindən həbs alınır və 1032-ci ildə ölür. XI əsrin 30-cu illərin əvvəllərindən etibarən Səlcuq bəyin nəvələri Toğrul bəy və Çağrı bəy artıq müstəqilliklərini əldə etməyə cəhd göstərməyə başladılar. Səlcuqluların təşkilatlı şəkildə dövlət sisteminə girməsi məhz bu dövrdən başladı. Dövləti ilk idarə edən Toğrul bəy oldu. Səlcuqlular 1035-ci ildə böyük bir Qəznəvi ordusunu məğlub edərək Xorasanın mərkəzinə doğru irəlilədilər. 1037-ci ildə də, bu günkü Türkmənistanda mövcud olan Mərv şəhərini ələ keçirdilər. 1038-ci ildə Qəznəviləri ikinci dəfə məğlub etdilər və Nişapur şəhərinə girərək, müstəqilliklərini elan etdilər. Toğrul bəy sultan sanıyla hökmdar elan edildi və Böyük Səlcuqlu Dövləti də beləcə qurulmuş oldu.
Qəznəvi hökmdarı I Məsud, Böyük Səlcuqlu Dövlətini ortadan qaldırmaq məqsədiylə güclü bir ordu ilə Səlcuqlu torpaqlarına girdi. Qəznəvilərin və Böyük Səlcuqlu ordusu, Mərv yaxınlığında Dandənəkan deyilən yerdə qarşılaşdılar. 1040-cı ilin may ayında baş vermiş Dandənəkan savaşında, Böyük Səlcuqlular Qəznəvi ordusunu ağır bir məğlubiyyətə uğratmış oldu. Məhz bu döyüşdən sonra Böyük Səlcuqlu Dövlətinin Harəzm və Xorasanda varlığı qətilik qazandı.
Toğrul Bəy, bu döyüşün ardından girişdiyi fəthlərlə bütün İranı nəzarət altına aldı. 1041-ci ildə Kirman, 1042-ci ildə Xarəzmşahlar və Buveyhilər, Cürcanda Ziyarilər və Müsafirilər, Həmədan və İsfahan şəhərləri, 1051-ci ildə Şirazdakı Qalicarilər, 1052-ci ildə Oman, 1054-cü ildə Təbrizdəki Rəvvadilər, Diyarbəkirdəki Mərvanilər, Mosuldakı Uqaylilər, 1056-cı ildə Xuzistandaki Büveyhoğullarının, 1066-cı ildə Məzyədilərin idarə etdiyi Şirvan torpaqları Böyük Səlcuqlu Dövlətinin tərkibinə qatılmış oldu.Dövlətin sərhədləri qərbdə Bizans, cənub-qərbdə Abbasilər, şimal-qərbdə Gürcüstan torpaqlarına çatdı.
1048-ci ilin sentyabrın 18-də Ərzurum yaxınlığındakı Pasinlər düzənliyində birləşmiş Bizans-gürcü ordusu ilə etdiyi Pasinlər döyüşünü qazanan Böyük Səlcuqlular, Şərqi Anadolunun içərilərinə doğru axınlar etməyə başladılar. Əslində səlcuqlu türklərinin əsas hücum hədəfi də məhz Bizans torpaqları idi. Əsrlərlə bu coğrafiyada yaşayan müsəlmanların daima canlarına və mallarına təcavüz edən xristian bizanslıların əməllərindən sözsüz ki xəbərdar olan səlcuqlular və onların rəhbərləri, bu probləmə birdəfəlik son qoymaq qərarında idilər. Və nəticədə Bizansın əlindən Anadolunun alınması ilə səlcuqlu fəthləri zirvə nöqtəsinə çatmış oldu.
İslam dünyasının dini rəhbəri mövqeyində olan Abbasilər, bu dövrdə Bağdadı əlində tutan Buveyhilərin siyasi təzyiqi altında idi. Toğrul Bəy, Xəlifə Qaimin çağırışı üzərinə 15 dekabr 1055-ci il tarixində Bağdada girərək Buveyhilərin xəlifəliyin mərkəzindən çıxarır. Bu hadisənin ardından Böyük Səlcuqluların İslam dünyasındakı etibarı daha artır.
IV Bölmə. Azərbaycan XVI əsr – XVII əsrin birinci yarısında
X fəsil. Azərbaycan Səfəvi dövləti
§35. Azərbaycan Səfəvi dövlətinin yaranması. Hissə 5.
Test ID – 2749
Müəllif: Qonaq__8275 (Əlavə edilib: 17.11.2012)
Bu günümüzə gəlib çatan şah İsmayılın hansı oğul nəvəsinin nəslidir?
şah 1-ciTəmasübün 5-ci oğlunun nəsli |
şah 2-ciTəmasübün 5-ci oğlunun nəsli |
şah 3-cü Təmasübün 5-ci oğlunun nəsli |
şah 1-ciTəmasübün 6-cı oğlunun nəsli |
şah 1-ciTəmasübün 8-ci oğlunun nəsli |
CAVAB DÜZDÜR!
Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.
CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin
Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Comments are closed, but trackbacks and pingbacks are open.