Səfəvilər dövləti
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Azərbaycan səfəvilər dövləti
Onun yaranmasının, təşəkkülünün ilkin mərhələsi Şah İsmayıl Xətainin fəaliyyəti ilə bağlıdır
Orta əsr cəmiyyətində, ictimai-iqtisadi, siyasi-ideoloji, dini ziddiyyətlərin mövcud olduğu sistemdə dövlət hakimiyyətinin mədəni proseslərə nəzarət etməsi obyektiv gerçəklikdir. Hər bir tarixi mərhələdə hökmran sinfin fikirləri cəmiyyətdə hakimdir. Cəmiyyətin hakim maddi qüvvəsini təmsil edən sinif eyni zamanda aparıcı mənəvi qüvvədir. Maddi istehsal vasitələrinə malik olan sinif mənəvi istehsal vasitələrinə də malikdir. Məhz bunun sayəsində mənəvi istehsal vasitələrinə malik olmayanların fikirləri hakim sinfin fikirlərinə tabe vəziyyətdə olur. Səfəvilər dövlətinin XVI əsrin ortalarından etibarən yenidən dini ideologiyaya üstünlük verməsi ölkədə ictimai mübarizənin kəskinləşməsindən irəli gəlirdi. Ruhani feodallar olan Səfəvilərin bu mövqeyi təbii idi. Dünyəvi hakimiyyətə də sahib olmuş Səfəvilər orta əsr müsəlman Şərqinin tipik sülaləsi kimi səciyyəvidir. “Müsəlman regionu ölkələrində qanunvericilik əsası kimi şəriətin uzun müddət qüvvədə qalması daha bir vacib cəhətlə, yəni onunla bağlıdır ki, burada min ildən artıq dövr ərzində dünyəvi hakimiyyətlə dini hakimiyyət bir əldə cəmlənmişdi: dövlətin başçısı (xəlifə, sultan və əmir) eyni zamanda həm də əmir-əl-Möminin (yəni möminlərin başçısı) adını daşıyırdı”. Müsəlman ölkələrindən biri kimi Səfəvilər dövründə “dinin ictimai və şəxsi həyata və hətta məişətə təsiri” gerçəklik idi.
Şah I İsmayılın dini islahat keçirməsi (şiəliyin dövlət məzhəbi elan edilməsi) də mövqeyin möhkəmləndirilməsi, siyasi və sinfi mübarizədə əleyhdarların məğlub olunması, mədəni – ideoloji sahədə dövlət nəzarətinin daha da genişləndirilməsi cəhdi idi. Beləliklə, dinin rolunun artması sinfi, siyasi mübarizənin kəskinliyinin nəticəsi kimi meydana gəlmişdi. Lakin qeyd etmək zəruridir ki, Səfəvi hökmdarlarının dini radikalizmi sabit təmayül deyildi. Dini ideologiya onların dünyagörüşündə dünyəvi ideologiya ilə qovuşurdu. Səfəvi şahlarının əksəriyyətinin ədəbiyyata və incəsənətə dərin maraq və qayğı göstərməsi bu həqiqəti sübut edir. Azərbaycan (türk) və fars dillərində şeirlər yazan, miniatür rəssamlığı və kalliqrafiya ilə (xəttatlıqla) məşğul olan hökmdarlar XVI-XVII əsrlərin Azərbaycan mədəniyyətinin səciyyəvi hadisəsi idi. C.Nehru Moğol hökmdarı Zahirəddin Məhəmməd Babur (1483-1530) haqqında yazıb: “Babur cazibədar şəxsiyyət, intibah dövrünün səciyyəvi hökmdarı, cəsur və bacarıqlı insan idi. O, incəsənəti və ədəbiyyatı sevirdi, həyatdan zövq almağı xoşlayırdı”. C.Nehru bu dövrü belə qiymətləndirir: “Teymurilər sülaləsinin hökmdarı Babur Dehli taxtına çıxdı. Bu, XVI əsrin əvvəllərində baş verdi. Bu zaman, Səfəvilər hakimiyyəti dövründə İran incəsənəti parlaq İntibah dövrünü yaşayırdı. Bu dövr fars incəsənətinin qızıl əsri kimi məşhurdur”.
Müəllif Səfəvilərin etnik mənsubiyyətinə əhəmiyyət verməyib, bu dövlətin ictimai, iqtisadi, mədəni-tarixi və siyasi mərkəzinin Azərbaycan olduğu faktını sərfnəzər edib, Səfəvi dövrünün mədəni sisteminə regional (İran) mədəniyyət faktı kimi yanaşıb, incəsənətin inkişafında Azərbaycan türklərinin aparıcı mövqelərinə və roluna fikir verməyib. Ancaq C.Nehrunun incəsənətdə, ədəbiyyatda intibah barədəki fikri də Səfəvi şahlarının dünyəvi dünyagörüşə malik olduğunu sübut edir.
Şah İsmayıl Xətainin siyasi xadim və şair kimi fəaliyyəti haqqında bir çox məlumatları 1550-ci ildə, “Töhfeyi-Sami” təzkirəsinin müəllifi, şairin oğlu Sam Mirzə (1517-1567) də verib. Şah İsmayıl Xətaidən (1487-1524) bəhs etmiş orta əsr tarixçilərindən Mirxond, İsgəndərbəy Münşi (Türkman), salnamə müəllifləri və təzkirəçilərdən Lütfəlibəy Azər, Rzaquluxan Hidayət daha çox şairin siyasi fəaliyyətini əks etdirib, onun ədəbi sahədəki xidmətləri barədə kiçik qeydlərlə kifayətləniblər. Şah İsmayıl Xətainin ədəbi irsinin kompleks şəkildə tədqiqi və çapı işi Həmid Araslının adı ilə bağlıdır. O, əsrimizin 40-50-ci illərində bir neçə məqalə və əsərlə xətaişünaslığın əsasını qoyub. Azərbaycanda Xətai haqqında ilk geniş monoqrafik əsərin müəllifi Əzizağa Məmmədovdur. Həmin əsərdə Şah İsmayıl Xətai Nəsimi ilə Füzuli arasındakı dövrdə yaranmış yeni Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi kimi təqdim edilib. Şah İsmayıl Xətainin avtoqraf əlyazmaları elm aləminə məlum deyil. 1535-ci ildə məşhur kalliqraf (xəttat) Şah Mahmud Nişapuri Xətai “Divan”ının üzünü köçürüb. “Divani-Xətai”nin bu, ən mükəmməl əlyazma nüsxəsində şairin 14 qəsidəsi, 245 qəzəli və 10 rübaisi toplanıb. Xətai “Divan”ının onlarla əlyazma nüsxələri də mövcuddur. Məhəmmədəli Tərbiyət Şah İsmayıl Xətai haqqında belə məlumat verib: “XVI əsr, Xətai, bəzən də İsmayıl təxəllüsü ilə fars və türk dillərində şeir yazırdı. Onun divanı, “Dəhnamə” (“On məktub”), “Behcətül-Əhrar” (“Azad adamların sevinci”), “Nəsihətnamə”, “Mənaqibül-əsrar” (“Sirlərin niqablanması”) adlı əsərləri var”.
Şah İsmayıl Xətai xarici ölkələrin tədqiqatçılarını da məşğul edən görkəmli şəxsiyyətdir. O.Kölpınarlı, M.F.Köprülüzadə, İsmayıl Hikmət, Bəsim Atalay, Sədəddin Nüshət Ergün Xətai mövzusunda yazmış Türkiyə araşdırıcılarıdır. Avropa xətaişünaslarından N.Purqştall, Ş.Riyö, E. Braun, F.Babinger də bu görkəmli simanın həyat və fəaliyyətini tədqiq ediblər. Azərbaycan xətaişünasları arasında Salman Mümtaz, Bəkir Çobanzadə, H.Araslı, Turxan Gəncəyi Şah İsmayıl Xətainin fəaliyyətinin müxtəlif sahələrinə tədqiqat obyekti kimi yanaşıblar. Rus tədqiqatçıları A.Krımski və V.Minorski də görkəmli Azərbaycan siyasi xadiminin və şairinin həyatı, fəaliyyəti məsələlərinə toxunublar. Azərbaycan Səfəvilər dövlətinin yaranmasının, təşəkkülünün ilkin mərhələsi Şah İsmayıl Xətainin fəaliyyəti ilə bağlıdır. Dövrünün ictimai-siyasi ziddiyyətləri onun şəxsiyyət, siyasi xadim kimi çox erkən yetişməsinə səbəb olmuşdu. “O, 10-11 yaşlarına qədər İncili, Tövratı və Quranı öyrənib, ərəb və fars dillərini mənimsəyib, müxtəlif təhlükələrə məruz qalıb”.
1501-ci ildə özünü şah elan etmiş İsmayıl ömrünün son günlərinədək xarici və daxili düşmənlərlə mübarizədə olub, ancaq poetik yaradıcılıqla da məşğul olmağa imkan tapıb. O, İntibah dövrünün səciyyəvi hökmdarı idi. Şah İsmayıl Xətai elm, incəsənət, sənət adamlarına himayəçilik edir və özü də dövrün mütərəqqi ideyalarını təbliğ edən əsərlər yazırdı. “Şairlər, rəssamlar, musiqiçilər Şərqdə də, Qərbdə də şah saraylarının yaraşığı olublar. Bir sıra istedadlı sənətkarlara sarayların himayəsi yaratmaq üçün yeganə imkan, şərait idi. Bu, Avropanın İntibah dövrü rəssamlarına da aiddir, Şərq şairlərinə də, Velaskesə də, özbək dahisi Nəvaiyə də”.
Mütərəqqi fəlsəfi ideyaları təbliğ edən hürufilər Şah İsmayıl Xətainin himayəsinə sığınmışdılar. “Hürufi ideyaları bu dövlətin himayəsində sərbəst inkişafa imkan tapmışdı. XVI əsrdə hürufi şairlərinin hamısı Səfəvilər dövləti ətrafında mərkəzləşir və şiəliklə uyuşmağa çalışırdılar. Şah I İsmayıl özü hürufilərə dərin rəğbət göstərib, hürufi üslubunda şeirlər yazıb. “Dəhnamə”dəki məktublardan biri hürufı şeiri üslubunda yazılıb”. Şah İsmayıl Xətai şeirlərindən birində bu faktı açıq şəkildə qeyd edib:
“Mən sufilər yoldaşıyam,
Qazilər deyən şah mənəm”.
Xətai gəraylılardan birində yazır:
Sufı isən, alıb satma,
Halalına haram qatma.
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.
Sah İsmayıl Xətai dahi Məhəmməd Füzulinin də dərin rəğbətini qazanmışdı. Siyasi xadim, şair, mütəfəkkir, elm və sənət himayəçisinin Bağdadı fəth etməsi Füzulinin sonsuz sevincinə səbəb olmuşdu. “Məhəmməd Füzuli qiymətli əsərlərindən birini “Bəngü-Badə”ni ona ithaf etmiş, elm və maarif, şeir və sənətin bu iradəli dostunu “Padşahi-dövran” adlandırıb”. Ancaq İraqın Səfəvi dövləti tərkibində inkişafı prosesi uzun çəkmədi. Şah İsmayıl Xətai qətiyyətliliyi ilə fərqlənən siyasi xadim idi.
Şah İsmayıl Xətainin poetik yaradıcılığında Səfəvi dövlətini möhkəmləndirməyə xidmət edən, bu dövlətin əsaslandığı dini görüşlərin təbliğinə həsr etdiyi əsərlər mühüm yer tutur. Lakin Xətainin yaradıcılığına sırf dini-siyasi təbliğat vasitəsi kimi qiymət vermək də olmaz. Onun yaradıcılığında dünyəvi motivlər başlıca yer tutur. Şah İsmayıl Xətainin:
Qəmindən gözlərim ümman degilmi?
Vüsalın can içində can degilmi?
Bu günün fürsətin danlaya verən
Yolunda cahilü nadan degilmi?-
kimi fikirləri dünyəvi fəzilətləri əks etdirir və onun əsərlərinin əksəriyyətində bu cür ideyalar mövcuddur. “Xətai dilimizdə və ədəbiyyatımızda olan yad təsirlər əleyhinə qəti mübarizə açdı və şairlərimizə öz ana dilində yazmaq, xalqa onun başa düşdüyü dil ilə xitab etmək imkanı verdi. Şah İsmayıl tək dil sahəsində deyil, demək olar ki, mədəniyyətimizin bütün sahələrində həqiqi bir inqilab yaratdı”.
Xətainin yaradıcılığı üçün səciyyəvi olan cəhətlərdən biri onun folklora bağlılığıdır. Xətai həm klassik üslubda, həm də folklor üslubunda yazan şairlərə, ozan-aşıq ədəbiyyatına eyni dərəcədə himayəçilik edirdi. “Onun hakimiyyəti illərində ozan-aşıq ədəbiyyatı da rövnəqləndi və yeni yüksəliş mərhələsinə qədəm qoydu. El sənətkarları Şah İsmayılın ordusunda və sarayında xüsusi hörmət və etimad sahibi idilər”. Klassik Azərbaycan ədəbiyyatı və xalq yaradıcılığı Xətai poeziyasının başlıca mənbələri idi. “Dəhnamə” poeması Xətai yaradıcılığının ən mühüm əsəridir. Xətai “Dəhnamə”ni 18 yaşında qələmə almışdı və “Dəhnamə” Azərbaycan ədəbiyyatında doğma dildə ilk poemalar sırasındadır”. Bu əsərdə müəllif onun yazıldığı tarixi də bildirib. “Dəhnamə” poemasında üç canlı insan surəti (aşiq, məşuqə və bağban) əsasında insanı fəaliyyətə çağıran ideyalar təbliğ edilir. Əsər iki misrası həmqafiyə olan şeir formasının (məsnəvinin) Azərbaycan türk ədəbiyyatı tarixində ilk nümunələrindəndir. “Xətai şeirimiz tarixində iki nəhəngin – Nəsimiylə Füzulinin arasında parlaq ədəbi simadır, həm də bu keçiddə yalnız xronoloji ardıcıllığa, zaman qatarına görə yer tutmur. Xətai poetikasına, təfəkkür tərzinə, dünyaduyumuna görə də Nəsimiylə Füzuli arasında bir körpüdür”. Azərbaycan mədəniyyətinin inkişafı klassik ədəbiyyatla xalq yaradıcılığının bir-birinə yaxınlaşması prosesində, Azərbaycan türkçəsinin, ədəbi dilinin sadələşdirilməsində Xətainin rolu mühüm olub.
Xeyirbəy Qasımov
araşdırmaçı
- 10 Mart 17:29
- 1 484
Səfəvilər dövləti
Səfəvi adı Səfəvi dövlətinin hökmdarı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Əslində sünni məzhəbindən olan Səfiyəddin Elxanlılar dövründə təriqətin mərkəzi olan Ərdəbildə böyük nüfuz qazanmış və Elxanlı dövlətinin başçılarının diqqətini cəlb etmişdir. Bu təriqətin bünövrəsini qoyan Şeyx Səfiyəddin İshaqın babası Firuz Şah X əsrdə Anadoludan Ərdəbilə köçmüş türkmən ailəsinə mənsubdur. Səfiyəddin 1334-cü ildə rəhmətə getdikdə oğlu Sədrəddin, ondan sonra da Xacə Əli şeyx oldu. Onların şöhrəti nəinki Azərbaycanda, o cümlədən İraq, Suriya, Anadolu, İran, hətta Bəlx və Buxaraya kimi yayılmışdı.
Səfəvilər dövründə hakim təbəqəni təşkil edən türk tayfaları bunalrdır: şamlı, ustaclu, türkman, rumlu, zülqədərli, əfşar, qacar, təkəli, xumuslu, talas və s.
Səfəvi təriqətinin başçısı İbrahim vəfat etdikdə yerinə 1447-ci ildə oğlu Cüneyd keçdi. 456-cı ildən 1459-cu ilədək Cüneyd o vaxt hələ az tanınan Diyarbəkir hakimi Ağqoyunlu Uzun Həsənin yanında olmuşdu. Uzun Həsən öz düşməni Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısı Xədicə Bəyimi Şeyx Cüneydə ərə verdi. Cüneyd öz dövlətini yaratmaq məqsədilə Şirvanı zəbt etmək fikrinə düşdü. O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10000 tərəfdarı ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi və döyüşdə məğlub olaraq həlak oldu. Yerinə oğlu Şeyx Heydər keçdi. Heydər Uzun Həsənin qızını aldı və böyük nüfuz qazandı. O, atasının qisasını almaq üçün Şirvan üzərinə yürüş etdi. Döyüşdə şeyx Heydər həlak oldu, ailə üzvləri və uşaqları qaynı Yaqub Xan tərəfındən xilas edildi.
Heydərin böyük oğlu Əli müridlər tərəfindən şeyx elan edildi. Əli Ağqoyunlular tərəfindən öldürüldükdən sonra onun qardaşı 6 yaşlı İsmayıl müridlər tərəfindən qaçırılıb Gilana aparıldı. Burda altı il gizli şəkildə saxlandı və 13 yaşına çatdıqda babası Uzun Həsənin taxtında əyləşmək üçün gizləndiyi Lahicandan yola düşdü. Ətrafına yığdığı ustaclu, şamlu, rumlu, mosullu, hindli, təkəli, çapanlu, qaradağlı, zülqədərli, varsaq, əfşar və qacar tayfaları ilə Aran və Şirvanın bir hissəsini öz hakimiyyətinə keçirdi. Üzünü Azərbaycana tutdu və Ağqoyunlu hökmdarı qarşısında duruş gətirə bilməyib qaçdı. İsfahan, Kaşan, Yəzd, Şiraz və Qum şəhərlərini hakimiyyəti altına aldı. Ağqoyunlu dövləti bununla ömrünü başa vurdu.
Şah İsmayıl 1501-ci ildə özünü şah elan etdi.
1508-ci ildə Xorasan xaric Azərbaycan, İran, Ağrı Dağına yaxın yerlərin hamısı, Ərəb İraqı Səfəvi hakimiyyətinə daxil olmuşdu. Şah İsmayıl Ağqoyunlu dövlətinin torpaqlarını ələ keçirmək yolundakı cəhdlərini davam etdirdi. XVI əsrin əvvəllərində qonşuluqda olan dövlətlərin hamısı Səfəvilərin Qaraqoyunlu və Ağqoyunluların varisi olduğunu qəbul etmişdi.
Şah İsmayıl 1510-cu ildə Mərv yaxınlığında Özbək xaqanı Şeybani xanın ordusunu məğlub edib Xorasan vilayətini əlinə keçirdi. XVI əsrin ilk ilinin axırında Səfəvi dövlətinin torpaqları Amudərya çayından Fərat çayına kimi uzanıb gedirdi.
Səfəvi ordusu 1514-cü il avqust ayının 23-də Makunun cənub-qərbindəki Çaldıran düzündə Osmanlı hökmdarı Yavuz Sultan Səlimin ordusu ilə başladığı döyüşdən məğlubiyyətlə çıxdı və geri çəkildi. Səfəvilər bu hərblə Ərzincan, Diyarbəkir, Mardin və Anadolunun bəzi vilayətlərini əldən verdilər.
Şah İsmayıl 1524-cü ildə rəhmətə gedənə kimi şimaldakı Şirvanşahları və Şəkini Səfəvilərə tabe etmişdi. Oğlu I Təhmasib (1524-1576) dövründə Şirvan torpaqları Səfəvi dövlətinin tərkibinə daxil edildi və Şəkinin hakimiyyətinə son qoyuldu.
Osmanlı hökmdarı Qanuni Sultan Süleyman 1534,1535,1548,1554-cü illərdə dörd dəfə Səfəvilərin üstünə yeridi. Qanuni bu hücumlarla hər hansı nəticəyə yetişə bilmiyəcəyini başa düşüb 1555-ci ildə Təhmasib ilə Amasyada sülh sazişinə qol çəkdi. I Təhmasibin ölümündən sonra bir müddət Azərbaycanda hakimiyyət mübarizəsi getdi. Bundan istifadə ədən Osmanlı Sultanı III Murad ordusuyla 1578-ci ildə Cənubi Qafqaza daxil olub Şamaxı və Dərbəndi işğal etdi. 12 il çəkən Osmanlı-Səfəvi ixtilafı 1590-cı ildə imzalanan İstanbul sazişi ilə nəticələndi. O dövrdə hakimiyyətə gələn Şah Abbas Azərbaycanın cənub-şərqi istisna olaraq qərbdəki torpaqları Osmanlı imperiyasına təhvil vermək məcburiyyətində qaldı.
Səfəvi türk dövlətinin başına təzəcə keçən I Şah Abbas (1578-1629) Osmanlı İmperiyası ilə mübarizə edə bilmək və Azərbaycanı yenidən ələ keçirmək üçün bəzi mühüm reformalara əl atdı. Təzə hərbi hissələr yaradıldı. Ancaq həddən artıq səhvə yol verildi və dövlət idarələrinə fars mənşəli şəxslər təyin edildi. Dövlətin paytaxtı 1598-ci ildə Qəzvindən İsfahana köçürüldü. Bununla da idarə türk ənənəsindən aralanmağa və tənəzzülə başladı.
Səfəvi dövləti XVIII əsrin əvvələrinə qədər yaşasa da, türk dövlətçilik ənənəsindən tamamiə uzaqlaşaraq fars şahlarının ənənələrini yaşatmağa başlamışdır.
Dövlətin varlığına 1736-cı ildə Nadir şah son qoyub.
Paytaxtı Təbriz, Qəzvin (1555) və İsfahan (1598) şəhərləri
Hakimiyyətdə olan hökmdarlar:
1501-1524 Şah I İsmayıl
1524-1576 I Təhmasib
1576-1577 II İsmayıl
1578-1587 Məhəmməd Xudabəndə
1587-1629 I Abbas
1629-1642 I Səfi
1642-1666 II Abbas
1666-1694 Süleyman
1694-1722 Sultan Hüseyn
1722-1732 II Təhmasib
1732-1736 III Abbas
Azərbaycan səfəvilər dövləti
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycan Səfəvilər dövləti
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Похожие статьи
-
Azərbaycan şirvanşahlar dövləti serbest is
Irvanşahlar dövləti Səfəvi taxt-tacı uğrunda mübarizə. Şirvanşahlar dövləti VI yüzilin əvvəllərində alban arşakilər sülaləsinin Sasanilər tərəfindən…
-
V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…
-
Azərbaycan atabəylər dövləti Əkbər Nəcəf: Bu mövzu dar çərçivədə araşdırılırdı. Erməni olmasına baxmayaraq Sovet dövründə Sergey Aqacanov bu sahəni…
-
Azərbaycan tarixi uzaq keçmişdən 1870-ci ilə qədər
Liyarlı S. S. (red. ) Azərbaycan tarixi: uzaq keçmişdən 1870–ci ilə qədər (2009) 1160-cı ildə III Mənuçöhrün ölümü ilə Şirvanda vəziyyət yenidən…
-
Azərbaycan tarixi 6 cild Xarici tarixçi alimlər və orta əsr səyyahlar yanlışlığa yol verərək, əksər hallarda Dərbənddən İran körfəzinə qədər torpaqları…
Comments are closed, but trackbacks and pingbacks are open.