Press "Enter" to skip to content

V sinif. Azərbaycan tarixi. BSQ № 2

Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli digər etnosların qaynayıb-qarışmasından yaranmışdır.Azərbaycan türkləri erkən dövrdən türk (prototürk) dilində danışmış və heç bir başqa xalqdan dönməmişdir.Azərbaycan xalqını öz etnik və dil köklərindən qoparmaq üçün uzun müddət qondarma müddəalar ortaya atılmışdır. Lakin XX əsrin 80-ci illərindən bəri Azərbaycan xalqının etnogenezi məsələləri obyektiv şəkildə araşdırılaraq, qondarma, uydurma nəzəriyyələrə tutarlı cavablar verilmişdir.

II Mövzu: Azərbaycan ərazisində tayfa ittifaqlari və qədim

1. Azərbaycan tarixi.VII cilddə, I cild, Bakı,2005,səh.166-414.

2. Azərbaycan tarixi .Bakı,1994,səh.73-169.

3. . Azərbaycan tarixi Ali məktəblər üçün dərslik Bakı 2014

4. Qaşqay S. Manna çarlığının tarixindən. B.1971.

5. Fazili A. A. Atropatena e.ə.IV- VII əsri. B.1992.

6. Məmmədova F.Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası.Bakı,

İbtidai –icma münasibətlərinin pozulması ilə sinifli cəmiyyətin meydana gəl-məsi ölkədə məhsuldar qüvvələrin sürətli inkişafı və istehsal münasibətlərinin kəskinləşməsi nəticəsində baç verdi. İlk sivilizasiya –sinifli cəmiyyət ibtidai –icma qurluşuna nisbətən irəliyə doğru güclü addım idi.

Bu dövrdə hərbi-demokratiya quruluşu meydana çıxır, insanlarda sərvət əldə etmək, qonşuların sərvətinə malik olmaq meylləri güclənir. Tayfalararası müharibələr artır, zəif tayfalar məğlub olaraq iri və güclü tayfalar ətrafında birləşməyə başlayırlar.

Mənbələr artıq e.ə. III minilliyin sonlarına yaxın Azərbaycanın cənub –qərb vilayətlərində lullubilərin və kutilərin tayfa itifaqlarının yarandığını göstərir.

Lillubilərin şərq qonşuları kassitlər, cənubi-şərq qonşuları isə elamlılar idilər. Urmiya gölünün qərb və şimal sahillərindəki bəzi vilayətlərdə isə xurritlər yaşayırdılar.

E.ə.III və I miniliyin başlanğıcına qədər həmin ərazilərdə yaşayan əhalinin etnik və dül tərkibində demək olar ki, heç bir dəyişilik baş verməmişdi.

E.ə.I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazisində sakin olan qədim tayfaların bir hisəsinin manna tayfalarından ibarət olduğu göstərilir. Onlar Urmiya gölündən cənub və şərqdə yaşamışlar.

Mannalılar haqqında ilk məlumatı Assuriya daşüstü yazıları verir. Manna tayfalarını etnik, iqtisadi və mədəni cəhətdən lullubi tayfalarının varisləri sayılırlar.

Mannalılardan şərq və cənub –şərqə doğru Midiya tayfaları yerləşmişdilər. Onlar haqqında ilk məlumata e.ə.IX əsrə aid olan Assuriya yazılarında rast gəlmək olur. Midiyalıların yerləşdiyi həmin ərazi “ Maday” və ya “Amaday” adlanırdı.

E.ə I minillikdə Azərbaycan ərazisində kadusilər, kaspilər, albanlar və başqa tayfalar da yaşayırdılar. Kadusilər Qarasu (Qaradağda ) çayı vadisində və Araz çayı-nın cənub axarı ilə qonşu yerlərdə yaşamışlar.

Kaspilər Xəzər dənizinin qərb və cənub –qərb sahillərində yaşamış və son-ralar midiyalılar, albanlar və başqa tayfalarla qarışmışlar.

Alban tayfaları güclü tayfalardan olub Kür çayının şimalında yaşamışlar. E.ə VII əsrdə Azərbaycanın düzənlik ərazilərində skif (iskit) tayfaları da yaşamışlar.

Tarix inkişaf etdikcə Azərbaycan ərazilərində yaşayan tayfalar tayfa ittifaqlarında birləşməyə başlayırlar. Bu tayfa ittifaqlarında birləşdirici qüvvələr iqtisadi və siyasi cəhətdən az-çox inkişaf etmiş tayfalar idilər. Çox vaxt tayfa itifaq-larının adları güclü tayfanın adı ilə tanınır və adlanırdı.

Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləş-məsi gedişini qaynaqlar əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin e.ə. III minillikdə Azərbaycanda müxtəlif ad daşıyan dövlət qurumlarının meydana gəlməsi müşahidə olunur.

Azərbaycanda bizə məlum olan ilk dövlət qurumu Aratta olmuşdur. Bu ölkə ilə əlaqədar hadisələr (e.ə.III minilliyin birinci yarısı) bir neçə Şumer dastanında əks olunmuşdur.

Məs. “En-Merkar və Aratta hökmdarı”, “En- Merkar və En-Sukuşsirana”, “En Merkar və Luqalbanda”, Lüqalbanda və Xurrit dağı” və s dastanlar.

Aratta Cənubi Azərbaycanda e.ə. III minilliyin birinci yarısında meydana gəlmiş ilk dövlət qurumu idi. Onun ərazisi Urmiya gölünün cənub və cənub-şərq hissəsini əhatə edirdi. Bu dövlət Şumer şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələr saxlayırdı. Şumerin paytaxtı Uruk və onun hökmdarı En-Merkar ilə Arrata arasında əlaqələr genişlənirdi. Aratta hökmdarı En-Sukuşsirana Şumerlərə bir müttəfiq kimi yanaşır, hətta samilərin Şumerə hücumları zamanı onlara hərbi yardım da etmişdi.

Eyni zamanda bu iki dövlət arasında münaqişələr də olur, biri-digərini tabe etməyə çalışırdı.

Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, gümüş, qurğuşun ,mis və s.hasil edir və Mesopotamiya ərazisinə ixrac edir, oradan isə Arattaya taxıl və meyvə gətirilirdi.

E.ə.III minilliyin ikinci yarısında Şumer şəhər dövlətləri süquta uğradı.Mesorotamiya Akkad dövlətinin hakimiyyəti altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı.Bu tayfa ittifaqına turukku və su tayfaları da daxil olmuşdular.

E.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda Lullubi dövləti yaranır. Lullubi hökmdarı Satuni (e.ə.2230-2200). Akkad dövlətinə qarşı hərbi birləşmələrdə iştirak etmişdir. Əvvəllər Lullubium padşahlığında xırda hökmdarlar olmuşdur. Lullubi hökmdarı İmaşun xırda hakimləri mərkəzi hakimiyyətə tabe edir. Beləliklə e.ə. XXIII əsrin sonlarına yaxın Urmiya gölünün cənubunda Akkad dövləti ilə mübarizə aparan güclü Lullubium dövləti yaranır. Bu dövlət hökmdar Anubanninin dövründə (e.ə.2170-2150) daha da güclənir.Onun siyasi və hərbi nailiyyətləri “Daş sütunu” mixi yazılı abidəsində həkk olunmuşdur.

Lillubilər də Arattalılar kimi Mesopotamiya şəhər dövlətləri ilə əlaqə saxlayırdılar. Buradan mal-qara aparılaraq, ölkəyə taxıl gətirilirdi.

Lullubilər mixi yazılarına bələd idilər. Anubanninin “ Daş sutunu “ lullubu ustaları tərəfindən yazılımışdı.

Lullubilər səma, bərəkət, məhəbbət, ay, günəş və s. Allahlara sitayış, edirdilər. Səma allahı Anunilin adı birinci çəkilirdi.

E.ə.II minillikdə vahid Lullubium dövləti parçalanır və yerində xırda hakimiy-yətlər yaranır. Mənbələr bu dövrdə “çoxlu lillubi hökmdarları” ifadəsini işlədir.

E.ə.III minillikdə Urmiya gölünün qərb və cənubi- qərb hissəsində kuti ( və ya quti) tayfa birləşmələri var idi. E.ə. III minilliyin ikinci yarısında kutilərin dövlət ha-lında birləşməsi başlamışdı. Hətta onlar Mesopatamiyada gedən siyasi hadisələrə müdaxilə etməyə başlamışdılar.

Kutilərin hökmdarı Enridovazis Akkad üzərinə dəfələrlə hücum etmiş və Akkad hökmdarı Naram-Suenin Şumerə hücumu zamanı şumerlərə kömək etmişdir. Hətta Kiti hökmdarının şərəfinə Şumerlərin Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və Enridavazir “qüdrətli Kutium və dünyanın dörd tərəfinin hökmdarı” adlandırılmışdır.

Sonralar kutilərin Mesopotamiyaya hücumları daha da aktivləşir. E.ə.2175-ci ildə Mesopotamiyada hakimiyyət kuti sülalələrinin əlinə keçir. Demək olar ki, burada kutilərin hakimiyyəti 100 ilə qədər davam etmişdir.

E.ə.III minilliyin sonlarında kuti hökmdarı Tirinanın dövründə kutilərin hakimiyyətinə qarşı narazılıq başlayır. Ürük şəhərinin əhalisi hökmdara qarşı çıxdılar. Muri şəhəri yaxınlığında qəflətən üsyançılar Trikan üzərinə hücuma keçirlər.Kutilər məğlub olur və hökmdar əsir düşür. E.ə. 2104-cü ildə kutilərin hakimiyyətinə son qoyulur.

E.ə.II minilliyin əvvələrində Urmiya gölü hövzəsində yaşayan turukku (turiki) və su tayfaları siyasi fəaliyyətə başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubium dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukku və su tayfaları Mesopatamiya hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar.Turukkular Zaqros dağlarını aşaraq Mesopotamiyaya daxil olurdular.Onlar Aşağı Zab çayına qədər gələrək hurrit tayfaları ilə əlaqələrə girirdilər. Umimiyyətlə turukkular Assur dövləti üçün böyük təhlükə mənbəyi idilər. Assur hökmdarı Şamşı-Adad (e.ə.1813-1781) turukkulara qarşı hərbi yürüş təşkil edir, lakin bu tayfaların müdaxilələrinin qarşısını ala bilmir.

E.ə.I minilliyin əvvəllərində Cənubi Azərbaycanda, Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır.

Bu dövlət Manna adlanır. Manna ərazisində bir sıra xırda dövlət birləşmələri mövcud idi və onlar xarici müdaxiləyə qarşı birgə mübarizə aparırdılar. Manna ərazisində əsas vilayətlər bunlar idi. Zamua, Mazuma, Gilzan, Alateye, Zikirtu, Andia və s. Manna adı ilk dəfə e.ə.843-cü ildə Assur mənbələrində yad edilmişdir.Bu mənbələrdə Manna əslində tayfa adını bildirirdi.

Assuriya hökmdarı III Salmanasar e.ə. 857, 856-cı illərdə Mannanın Zamua vilayətlərinə soxuldu və bir sıra şəhərləri tutdu.

E.ə 829-cu ildə III Salmanasar Manna hökmdarı Halkinin (Udaki) hakimiyyəti altında olan torpaqlara soxuldu.Paytaxt Ziztu(sonralar İzirtu) tutulur.

E.ə.IX əsrin ikinci yarısında Urartu da Manna torpaqları hesabına ərazilərini genişləndirməyə çalışırdı. Hökmdar Menua e.ə. 812-ci ildə Mannanın Meişta vilayətini ələ keçirir. Lakin çox çəkmir ki, Mannalılar Urartu işğalçılarını qovub çıxarırlar.

E.ə.VIII əsrin birinci yarısında Assuriya siyası cəhətdən zəifləyir. Manna hökmdarı İranzu (e.ə.740-719) yaranmış siyasi vəziyyətdən bacarıqla istifadə etdi. Assuriya ilə Urartu arasında gedən müharibələrdən istifadə edən İranzu itirilmiş torpaqları geri qaytara bildi.

İranzu bütün Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi və ölkədə canişinlik sistemi yaratdı.Mannanın sərhədləri şimalda Araz çayı ilə, cənub və cənub şərqdə Kassi ölkəsi, Pars və Lidiya ilə həmsərhəd idi.

İranzunun hakimiyyəti illərində Manna demək olar ki, Cənubi Azərbaycannın sərhədlərində bərqərar oldu və Urmiya gölü hövzəsində ən qüvvətli bir dövlətə çevrildi.

İranzunun vəfatından sonra (e.ə. 719) oğlu Aza hakimiyyətə gəldi. Onun dövründə ölkə daxilində ixtilaflar gücləndi və dövlətdə parçalanma təhlükəsi yarandı.Urartu hakimi Rusa bundan istifadə edərək e.ə 716-cı ildə Azaya qarşı sui- qəsd təşkil edir və Aza öldürülür. Aza həlak olduqdan sonra onun qardaşı Ullusunu (e.ə.716-680) Manna hakimiyyətinə sahib olur. Onun hakimiyyətə gəlməsində Urartu hökmdarı Rusanın əli olmuş və bunun əvəzində ona 22 qala hədiyyə etmişdi. Bundan qəzəblənən Assuriya çarı II Sarqon e.ə.716-cı ildə Mannaya hücum etdi. Ullusunu paytaxt İzirtu şəhərini tərk edərək qaçdı, şəhər tutuldu. İki il sonra, e.ə 714-cü ildə II Sarqon Mannaya daha geniş hücum çəkdi. Onun məqsədi Mannanı Urartu təsirindən azad etmək və öz mövqeyini Mannada möhkəmləndirməkdən ibarət idi. Bu hücumlardan sonra Manna uzun müddət Assuriya lə ittifaqa sadiq qaldı.

VII əsrin birinci rübündə Qafqazdan Mannanın qərb və cənub-qərb vilayətlərinə kimmersak tayfa birləşmələri gəlirlər və onlar Assuriya üçün böyük təhlükə təşil edirlər. Mannalılar Assuriya əleyhinə onlarla ittifaqa girərək Assur əsarətindən qurtuldular. Manna hökmdarı Ahşeri (e.ə. 675-650) artıq müstəqil siyasət yürüdürdü.

Sonralar daxili ziddiyətlər nəticəsində Manna dövləti yenidən Assuriyanın asılılığına düşür. Ahşeriyə qarşı üsyan baş verir və o,650-ci ildə öldürülür.Hakimiyyətə onun oğlu Ualli (e.ə. 650-630) gəlir. O, Assuriyanın vassallığını qəbul edir. Ölkə getdikcə zəifləyir və 615-610-cu illərdə Midiyaya tabe edilir. Mannanın adına son dəfə müqəddəs Bibliyada –e.ə. 593-cü il hadisələrindən bəhs edilərkən rast gəlinir. Bundan sonra Manna adına heç bir tarixi mənbədə rast gəlinmir.

E.ə.IX-VIII əsrlərdə midiya tayfalarının ilk siyasi itifaqı meydana çıxdı ki, bunlar da gələcək Midiya dövlətinin rüşeymi idilər.

VIII əsrin 70-ci illərində Midiya dövləti yaranır.(Deyok). Lakin bu dövlət Assuriya tərəfindən tez-tez basqınlara məruz qalırdı. E.ə.VII əsrin ortalarından sonra Midiyada Assuriya ağalığına qarşı üsyan baş verir. Bu üsyana Kaştariti başçılıq edirdi. İskitlərin köməyindən istifadə edən Assurlar Kaştaritini məğlub edirlər .

Midiyanın hökmdarı Kiaksar dövründə (625-585) Midiya daha da qüvvət-lənərək Assur ağalığına nəinki son qoyur , hətta ona qarşı mübarizəyə başlayır. E.ə. 616-cı ildə Yeni Babilistanla ittifaqa girərək Assuriyaya hücuma keçir. 615-612-ci illərdə Assuriyanın iri şəhərləri olan Aşşur, Arbela , Kalat və paytaxtı Nineviya zəbt olundu. E.ə.604-cü ildə Assuriya imperiyası məhv edildi və torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü.

Bundan sonra Astiaq Kiçik Asiyaya hücum edərək Egey dənizi sahillərində yerləşən Lidiya ərazilərini tutdu. O, Skif çarlığını da ləğv etdi. Midiyanın sərhədləri Orta Asiyadan İran körfəzinə qədər uzanırdı. Azərbaycan əraziləri də bu imperiyanın tərkib hissəsi idi.

Astiaq (e.ə.585-550 ) hakimiyyətə ziddiyyətlərlə dolu bir vaxtda gəldi. Bu dövrdə köhnə müttəfiq Babilistan ilə də münasibətlər kəskinləşir. Ölkə daxilindəki farslar gizli fəaliyyətə başlayaraq Astiaqa qarşı II Kir ilə əlaqə saxlayırlar. E.ə.553-cü ildə II Kir Astiaqa qarşı mübarizəyə başlayır və e.ə. 550-ci ildə Ekbatan şəhəri tutularaq Astiaqın hakimiyyətinə son qoyulur. Hakimiyyət fars Əhəmənilərinin əlinə keçir. Azərbaycan Makedoniyalı İsgəndərin yürüşünə qədər Əhəmənilərin hakimiyyəti altına düşür. E.ə. 530-cu ildə II Kir Azərbaycanın şimalında yaşayan massagetlərə qarşı döyüşdə öldürülür.

Sonralar midiyalılar dəfələrlə əhəminilərin hakimiyyətindən azad olmaq üçün farslara qarşı üsyanlar etmişdilər. Məs.e.ə. 522-ci ildə Qaumatanın üsyanı, elə həmin il Fraortanın başçılığı ilə xalq üsyanları olmuşdur. Lakin imperiya bu üsyanları yatıra bildi.

Qeyd olunduğu kimi Azərbaycan Mada çarlığı adı altında Əhəmənilərin bir vilayəti kimi fəaliyyət göstərirdi. Lakin Mada çarlığı çox vaxt müstəqil siyasət yeridirdi.

E.ə.331-ci ildə İran Əhəməni imperiyası dağıldıqdan sonra Mada hökmdarı Atropat Makedoniyalı İsgəndərin hüzuruna gələrək baş əymişdir. Lakin Qavqamel (Cancal) döyüşündə Atropat iranlılara kömək etdiyi üçün İsgəndər Atropatı vəzifədən kənarlalaşdırıb Oksadat adlı bir nəfəri hakimiyyətə gətirir. E.ə.328 –ci ildə münasibətləri qaydaya salan Atropat Kiçik Madanın –Atropatenanın satrapı təyin olunur.

Atropat böyük dövlət xadimi, məşhur siyasətçi idi. Onun yeritdiyi siyasət nəticəsində Yunan-Makedoniya əsgərləri Azərbaycan ərazisinə soxulmadılar.

E.ə 323-cü ildə Makedoniyalı İsgəndərin ölmündən sonra Atropat daha müstəqil fəaliyyət göstərir.

Strabon “Cografiya” əsərində göstərir: ” Midiya iki hissəyə bölünür. Birinci hissə Böyük Midiya-o biri hissə Atropat Midiyasıdır. Bu öz adını sərkərdə Atropatdan götürmüşdür. Atropatena hərbi qüvvə mənasında çox sanballı ölkədir, çünki o,10000 süvari, 40000 piyada meydana çıxara bilər.”

Atropatena Azərbaycanın (Adərbayqan)elmə məlum olan ən qədim adlarından biridir. İran mənbələrində “Adurbadaqan”,ərərblərdə “Adərbaycan”, ermənilərdə “Atrpataqan” və şair formalarda əks olunmuşdur.

Atropatın dövründə ölkənin paytaxtı Qazaka şəhəri idi və onun sərhədlərinə Cənubi Azərbaycan, İran Kürdüstanı və Araz çayından şimala toroaqlar da daxil idi. Atropatenanın , onun siyasi və mədəni həyatı haqqında məlumatlar, Atropatendə kənd təsərüfatının, sənətkarlığın, şəhər həyatının və mədəniyyətinin inkişaf etdiyini göstərir. Hətta mədənlərdə qızıl, gümüş, mis, dəmir, Urmiyə gölündən düz çıxarılması haqqında məlumatlar vardır. Ölkədə atıcılıq da inkişaf etmşdi.

Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası dağılarkən Böyük Midiya ərazisində Selevkilər dövləti yarandı (Selevk). Elə o,zamandan Atropatenanın müstəqilliyi uğrunda bu dövlətlər arsında mübarizə getmişdir. E.ə. 222-220-ci illərdə Selevki çarı III Antiox Atropatenə hücuma keçmişdi. Bu vaxt Atropateni Artabazan idarə edirdi. Selevkilər burada güclü müqavimətə rast gəldilər. Hətta Artabozan hücuma keçərək düşməni təqib edib selevkilərin paytaxtı Selevkiya şəhərinə qədər gəlmişdilər. Selevkilər məcbur olub müqavilə bağladılar.Bu müqaviləyə əsasən Atropatenanın ərazisi xeyli genişləndi. Bu ərazilərə Ayrarat vilayətinin baş şəhəri, olan Armavir, Araz vadisi də daxil olmaqla Kolxidaya qədər vilayətlər daxil idi.

E.ə.III əsrin ortalarında Selevklər dövləti dağılmağa başlayır. Belə bir şəraitdə e.ə. 250-ci ildə Xəzər dənizinin cənub və cənub-qərbində Parfiya dövləti meydana çıxır.(Paytaxt Aşqabad yaxınlığında olan Nisə şəhəri idi.)

Sonralar Parfiyalıalar ərazilərini Dəclə çayı vadilərinə qədər genişləndirmiş və paytaxt Ktesifon olmuşdur. (Dəclə yaxınlığında) Ölkəni əsası I Arşak tərəfindən qoyulmuş Arşakilər sülaləsi idarə edirdi.

E.ə.II əsrin ortalarında Arşakilər Selevkiləri məğlub edərək, dövləti məhv etdilər. Təqribən e.ə.150-ci ildə Arşaki çarı I Mitridat Atropatenanı da özündən asılı vəziyyətə salır. Bu vəziyyət eramızın III əsrinin ortalarına qədər davam etmişdir. Lakin Atropatena Parfiya dövründə nisbətən də olsa öz daxili müstəqilliyini qoruyub saxlayırdı.

Azərbaycanın şimal vilayyətləri və Dağıstanın xeyli hissəsi qədimdə Albaniya adlanırdı. Albaniyanın bir dövlət kimi formalaşdığı e.ə.IV-III əsrlərdə ehtimal olunur. Paytaxtı Qəbələ, eramızın V əsrindən Bərdə şəhəri olmuşdur. II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomey yazır ki, Albaniya şimalda Sarmatiya, qərbdə İberiya , cənubda Atropatena, şərqdə Kaspi dənizi ilə həmsərhəd idi. Albaniyanın inkişaf etmiş bir çox vilayətlərinin adları mənbələrdə verilir. Lpina, Uti, Kambisena, Şakaşena, Kabalaka (Qəbələ), Heceri, Çola və s. Albaniyada yaşayan əhali tərkib etibari ilə çox müxtəlif idi. Ən iri tayfa olan albanlar Xəzər dənizi sahilində yaşayırdılar və ən qədim etnos sayılırdılar. Antik səlnaməçi Arian albanları e.ə. IV əsr hadisələri ilə əlaqədar yad etmişdir.

Albaniyanın ərazisində yaşayan əhali müxtəlif adlar daşıyan etnosların birliyini təşkil edirdi.Burada sakasen, mük. uti, qarqar, ud, sovde, kaspi, qel, leq və s. adları daşıyan əhali təmsil olunurdu. Eyni zamanda Albaniyada türk etnosları da yaşayırdılar. Strabonun məlumatına görə albaniyada 26 dildə danışan tayfalar yaşayırdılar.

Albaniya haqqında əsas mənbə Moisey Kalankatüklünün “Albaniya tarixi” əsəridir. Burada alban əhalisinin əsasən əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, toxuculuq və ticarətlə məşğul olduqları göstərilir. Çox maraqlıdır ki, Albaniyada quldarlıq münasibətləri üstünlük təşkil etmədi. Maddi nemətlər istehsalçıları icma üzvləri idilər. Albanlar günəşə, aya sifayiş edirdilər. Qurban kəsməklə müşaiyət olunan dini mərasimlər məbədlərdə icra olunurdu.

Alban dövlətinin tarixi erkən qaynaqlarda öz əksini tapmamışdır. Əsaən e.ə.I əsrdən etibarən albanların siyasi həyatı barədə məlumatlar verilir.

Beləliklə e.ə.I əsrdə Romalıların şərqə hücumları dövründə albaniya əhalisi aktiv siyasi fəaliyyətə başlayır. Romalılar sərkərdə Lukullun başçılığı altında e.ə. 69-cu ildə öz düşmənləri Pont çarlığını (kiçik Asiyanın Qara dəniz sahillərində yerləşirdi.) məğlub edərək Cənubi Qafqaz ərazilərinə soxuldular. Albaniya və Atropatenanın başı üzərini böyük təhlükə almış oldu. Roma sərkərdəsi əvvəlcə Ermənistan ərazilərinə soxulur, paytaxt Tiqranakert (Van gölünün şərqində ) şəhərini mühasirəyə aldılar. Lakin alban qoşunlarının köməyə gəlməsi ilə Roma qoşunları geri çəkildi. E.ə.66-cı ildə Qney Pompeyin rəhbərliyi altında Roma qoşunları hücum edərək II Tiqranı darmadağın edərək Albaniyaya soxuldu. Pompey qışın çıxmasını gözləyərək geniş hücum (3 istiqamətdən) planı hazırladı.

Alban hökmdarı Qroys (Uruz) Pompeyin niyyətini başa düşərək, düşmən üzərinə hücuma keçməklə təşəbbüsü ələ almaq və Roma ordusunu hissə-hissə əzməyi qərara alır.

Tarixçi Plutarx yazır:”. Qış Roma ordusunu yaxalayanda və romalılar Saturnalı bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər. E.ə. 66-cı ildə İberiya sərhəddi yaxınlığında, Kür çayı sahilində qanlı döyüş başladı. Alban döyüşçüləri düşməni sıxışdırsalar da romalılar onların hücumlarını dəf edə bildilər. Bu zaman barışıq imzalandı. Lakin e.ə. 65-ci ildə Pompey yenidən Albaniyaya hücuma keçdi. Kürün qolu olan Alazan çayı sahilində romalıları 60 min piyada, 12 min nəfərlik süvari ordu gözləyirdi. Qoşunun başında hökmdarın qardaşı Kosis dururdu. Qanlı döyüş romalıların qələbəsi ilə başa çatdı. Kosis və onun süvariləri məhv oldular. Hökmdar Oroys dağlara çəkildi ki, mübarizəni yenidən davam etdirsin. Lakin Pompey sülh yolu ilə albanları razı saldı.

E.ə.37-ci ildə Roma sərkərdəsi Krass Albaniyaya hücum etsə də burada çox qala bilməyib geri qayıtmışdı. Lakin Alban hökmdarı Zoberi öz müttəfiqinə çevrilmişdi.

Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökmdarın əlində cəmləş-mişdi.Albaniya Roma ilə yaxın dostluq münasibətləri saxlayırdı.

Lakin Roma imperatoru Neron Albanlara qarşı böyük yürüş təşkil etdi. Onun bu yürüşü baş tutmadı, çünki Roma əhalisi üsyan edərək onu öldürdülər. Bir müddət sonra 80—90-cı illərdə imperator Domisianın dövründə romalılar hücum edərək Xəzərin sahilinə qədər gəlib çıxmışdılar. Böyük daş (Qobustan ) dağının ətəyində Qafqazda ilk dəfə olaraq latın dilində yazı aşkar edilmişdir. Burada yazılmışdır: İmperator Domisian Sezar Avqust Germanik. Yuli Maksim, Filminatın XII leqionunun senturionu.”

Bütün bu hücumlara baxmayaraq romalılar Atropatena və Albaniyanı öz hakimiyyətləri altına ala bilmədilər. Bu ölkələrdə yaşayan xalqlar və tayfalar öz istiqlaliyyətlərini qoruyub saxlaya bildilər.

Azərbaycan erkən orta əsrlərdə

  1. III-V əsrlərdə Azərbaycanda məhsuldar qüvvələrin
  2. Inkışafı.Feodal torpaq mülkiyyətinin yaranması.
  3. Sasani ışğalı və ona qarşı xalq azadlıq hərəkatı. Məzdəkizm
  4. VI-VII əsr Azərbayan dövlətləri.Mədəniyyətin inkişafı.
  5. Etnogenez məsələsi:Azərbaycan xalqının təşəkkülü.
  1. Azərbaycan tarixi. VII-cilddə, II-ci cild, Bakı, 2005, səh. 84-118.
  2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1998, səh. 10-12.
  3. Azərbaycan tarixi. Bakı, 1994, səh. 170-231.
  4. Qasımova -S.0. Azərbaycan III-VIII əsrlərdə. Bakı. 1992.
  5. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi
  1. Osmanov F.L.Qafqaz Albanıyasının maddi mədəniyyəti. Bakı,
  1. Qeybullayev Q. Azərbaycanlıların təşəkkülü tarixindən. Bakı, 1994.
  2. Qasımova R.M.Azərbaycan xalqının etnogenezi. Bakı,1997.

III-V əsrlərdə Azərbaycanda feodalizmə xas olan iqtisadi münasibətlər bərqərar oldu. O dövrün qaynaqları, qonşu ölkələrdəki iqtisadi və sosial vəziyyət Azərbaycanda erkən feodalizm münasibətləri haqqında təsəvvür yaratmağa imkan verir.

Məhsuldar qüvvələrın və istehsal münasibətlərinin tədricən inkişafı feodal istehsal üsulunun yaranmasına şərait yaratdı. Feodal münasibətləri hələ özündən əvvəlki quruluşun dövründə rüşeym kimi yaranmış və inkişaf etmişdi.

Tədricən torpaq sahibliyinin yeni, özünəməxsus cəhətləri meydana gəldi. Əvvəllər torpaq hökmdara, dini qurumlara, ayrı-ayrı quldarlara mənsub idi. Belə torpaqlarda qul və məcburu adamların əməyindən istifadə edilirdi. Belə işçilərin əməyə marağı sönür, nəticədə əmək məhsuldarlığı azalırdı. Ölkədə baş verən siyasi dəyişikliklər iqtisadiyyatın inkişafına xeyli ziyan vurur, torpağın müəyyən yüksək təbəqələrin əlində cəmləşməsinə şərait yaradırdı. Hökmdar və onun ətrafı torpaq sahibkarlarına çevrilirdilər. Həmin torpaqlar xidmət əvəzi olaraq hərbçilərə və dövlət adamlarına paylanılır və hədiyyə verilirdi. Xüsusi xidmət adamlarına paylanılan belə torpaqlar“ feod” adlanırdı.(Mülk). “Fodalizm” adı da buradan yaranmışdır.

Feodal torpaqlarında kəndli əməyindən geniş istifadə olunurdu. Kəndli feodaldan asılı vəziyyətdə idi. Kəndli torpağı becərməli, məhsulun müəyyən hissəsini torpaq sahibinə verməli idi. Kəndli eyni zamanda müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli idi.

Feodalizm dövründə iki sinif –feodal və kəndli sinfi yarandı. Kəndlilər əsas istehsalçı qüvvəni təşkil edirdi. Bu kəndlilərin bir çoxu getdikcə var-yoxdan çıxaraq yoxsullaşır, bir qismi isə varlanaraq torpaq mülkiyətçisinə çevrilirdilər. Sasanilərin ağalığı dövründə bu proses daha da gücləndi.

Azərbaycanda əhalinin əsas kütləsini kəndlilər təşkil edirdi. Sasanilər dövründə əhali 4 sosial təbəqəyə bölünürdü.

1.kahin ( asravan) 2. döyüşçü (arteştaran) 3. Mrzə (dipiran) 4. Vergi verən (vastrioşan)

Axırıncı təbəqə ən ağır can (qezit) və torpaq (xaraq) vergisi verirdi. Sənətkar və tacirlər də vergi verirdilər.

Torpaq üzərində xüsusi feodal mülkiyyəti Albaniyada iki formada mövcud idi: a) İcma torpaq sahibliyinin dağılması nəticəsində meydana çıxmış şərtsiz və ya irsi torpaq sahibliyi (dastakert);b) Torpaqların dövlət tərəfindən vassal xidməti müqabilində müvəqqəti olaraq paylanması nəticəsində meydana gəlmiş şərti torpaq sahibliyi (xostak) Feodal torpaq mülkiyyətinin bu iki forması ilə yanaşı məbəd və eləcə də icma və xüsusi kəndli mülkiyyəti də mövcud idi.

V əsr alban səlnaməçisi Movses Xornilinin verdiyi məlumata görə Albaniya əhalisi bu dövrdə hakim sinif olan feodallara (azatlara) və maddi nemətlərin istehsalçısı olan kəndlilərə (sinakanlara ) bölünürdü. Hakim sinfin nümayəndələri naxarar,naxapet, azqapet və sair terminlərlə ifadə olunurdu.

Getdikcə mərkəzləşən dövlətdə hökmdarın (İsxan) hakimiyyəti gücləndi. O, ölkənin həm dünyəvi, həm də dini hakimi kimi qanunvericilik hüququna malik idi. O, həm də hərbi qüvvələrin başçısı sayılırdı.

Mənbələrin məlumatına görə feodal münasibətlərinin inkişafının ilk dövrlərində əsas istismar forması natural şəkildə toplanan vergilər təşkil edirdi. Albaniyada toplanan vergilər bunlar idi. Can vergisi-has, kilsə onda biri-tasanord, məhsul vergisi –ptux və s.Afropatendə də 20 yaşından 50 yaşına qədər bütün kişilərdən can vergisi –cizyə alınırdı .Bu vergini verə bilməyənlər qula çevrilirdilər.

Vergilərin ağırlıığı əhalini var-yoxdan çıxarır, xırda torpaq sahibləri vergini ödəyə bilməməsi üzündən torpaqlarını satmağa məcbur olurdular. Beləliklə torpaq iri əyanların əilində cəmləşirdi. Bu dövrdə Atropatena və Albaniyada az da olsa qul əməyindən istifadə olunurdu. Lakin göstərmək lazımdır ki, kəndli nə qədər var yoxdan çıxıb torpağını itirsə də, feodaldan tam asılı və ya təhkimçi düşmədi.

Məhsuldar qüvvələrin artması, feodal münasibətlərin inkişafı və möhkəm-lənməsi nəticəsində şəhərlərdə əkinçiliklə əlaqəni kəsmiş azad sənətkarlar meydana çıxırdı. Bunlar xırda alverçilərlə birlikdə xüsusi zümrədə birləşirdilər.

Mənbələr sənətkarlığın inkişaf etdiyini təsdiq edirlər. Bu mənbələrdə dulusçu , dərzi, xalçaçı, dəmirçi, dabbaq, zərgər və bənnaların adları çəkilir. Azərbaycanın Mingəçevir, Qəbələ və Şamaxı kimi şəhərləində bu sənət növlərinin inkişaf etyini sübut edən mənbələr aşkar edilmişdir.

226-cı ildə İranın cənubunda yerləşən fars vilayətinin Sasan nəslindən olan Ərdəşir-Papakan Parfiyanın sonuncu hökmdarı V Aztabanı məğlub edərək, özünü İran şahənşahı elan edir. Beləliklə paytaxt Ktesifon olmaqla Sasanil (İran ) imperiyası yaranır.

I Ərdəşir dövlətə tabe olan ölkələri canişinliklərə bölür. Azərbaycan da canişinlik sisteminə daxil olur. Lakin ilk əvvəllər Atropaten və Albaniya tam asılı vəziyyətdə deyildilər. Sonralar, I Şapur dövründə (241-272) Sasanilərə tabe olan ölkələr içərisində Azərbaycanın (Adurbaden və Albaniya ) da adı çəkilir. Atropaten Sasanilər dövlətinin ən mühüm əyalətlərindən biri hesab olunurdu.Bu onun iqtisadi əhəmiyyəti ilə bağlı idi. Məhz buna görə də Tavreş (Təbriz ) sasanilərin baş şəhərlərindən birinə çevrilmişdi. Sasanilər Atropatendən əsgər də toplayırdılar.

Sasanilər öz mərkəzi hakimiyyətlərini mökəmlətmək üçün Zərdüşt dinini dövlət dini kimi qəbul etdilər. Bu həm də ona görə idi ki, İran imperiyası ərazisində xristianlıq geniş yayılırdı.Xristianlıq isə sasanilərin düşməni olan Roma imperiyası, sonralar Bizans imperiyasının rəsmi dövlət dini sayılırdı. I Şapur Zərdüştiliyi geniş yaymaq haqqında əmr vermişdi. Zərdüşt kahinləri dövlətin həyatında böyük rol oynayırdılar. Kahinlərin ixtiyarında külli miqdarda torpaq sahələri cəmlənmişdi.

Atropatenanın Qazaka şəhərindəki atəşpərəst məbədi baş məbəd hesab olunurdu. Şahlar taxta çıxandan sonra Ketesifondan buraya, məbədi ziyarətə gəlməli idilər. Ümumiyyətlə zərdüşt ruhaniləri dövlətin həyatında mühüm rol oynayır, iri torpaq sahiblərinin mənafeyini müdafiə edir və özləri də kəndliləri istismar edirdilər. Təkcə Qazaka məbədinin torpaqların da 10 min nəfərə qədər kəndli işləyirdi.

Sasanilər Atropeteni tabe edəndən sonra Albaniya və İberiyaya da hücumlar etdilər. Uzun mübarizədən sonra bu ölkələr də Sasanilərin tabeçiliyinə düşdülər. Azərbaycan eyni zamanda Romalıların da işğalçılıq planlarında var idi. IV əsrdə Roma ilə Sasanilər arasında Cənubi Qafqaz uğrunda uzun sürən müharibələr baş-ladı.

Atropatena da İran –Roma müharibələri meydanına çevrilmişdi. Buraya yunan–erməni qoşunları, hun və alan tayfaları da dağıdıcı yürüşlər etmişlər. Xüsusilə Armeniya hakimləri Albaniyanı işğal etməyə cəhd edirdilər. Albaniyanın Paytakaran hökmdarı Sanatürk (Sanasen) onlara qarşı ciddi müqavimət göstərmişdi. (298-338).O, bu mübarizədə Sasanilərə arxalanırdı. Sanatürk 337-ci ildə 30 minlik qoşunla Armeniyaya yürüş etmişdi. O, Armeniyanın paytaxtı Valarşapatı tutaraq oranı bir il öz hakimiyyətində saxladı.

İran şahı II Sapur (309-379) Albaniyada özünə sadiq hökmdar görmək istəyirdi. Bu zaman yeni Alban hökmdarı Urnayr (359-371) siyasi səhnəyə çıxdı. Urnayr həm də II Şapurun bacısının əri idi. Ona görə də Sasanilərələ Albaniya arasında müttəfiqlik siyasəti üstünlük təşkil edirdi.

Məs. Ermənistana qarşı döyüşlərdə Urnayr Sasanilərə kömək edirdi. (Movses Xorneli ) Maisey Kalankatklu yazır ki, Albaniya hökmdarı “Armeniya daxilində qələbə bayrağını qaldırdı.” (Dzirav döyüşü 371-ci il) .

IV əsr Roma tarixçisi Ammian Marsellin təsdiq edir ki, o, şəxsən Amidin (Diyarbəkr ) divarları altınada öz dəstələri ilə II Şapuru müşaiyət edən Alban hökmdarını görmüşdür.

Urnayrdan sonra hakimiyyətdə olan II Vaçaqan, Mirhavan, Satoy və Asay (371-430-cu illər) dövründə yerli hakimiyyət məhdudlaşdırıldı. Sasanilərdən asılı olmaq yerli əhalidə mübarizə əhvali- ruhiyyəni artırdı. Sasanilər hər şeydən əvvəl Albaniyaya strateji cəhətdən çox qiymət verirdilər. İranlılar Albaniyada çoxlu istekamlar tikirdilər. Sasanilər hər şeydən əvvəl Alban qapılarını (Dərbənd keçidi) möhkəmlətmək , öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyirdilər. Çünki Şimali Qafqazda yaşayan köçərilər Dərbənd keçidi vasitəsilə İrana hücumlar edirdilər

V əsrdə köçəri tayfaların hücumları daha da güclənir. Bu hücumlardan qorunmaq üçün Sasanilər Alban qapıları (Dərbənd ) ərazisində əvvəl torpaq sədlər , Şah II Yezdəqird (438-457) dövründə daşlardan nəhəng divar çəkdilər. Bu səddin çəkilməsinin ağırlığı yerli əhalinin üzərinə düşürdü. Moisey Kalankatkulu yazırdı: “İran şahları Qafqaz dağları ilə böyük Şərq dənizi (Xəzər) arasında böyük binanı tikmək üçün memarlar toplamaq, müxtəlif materiallar axtarmaqla ölkəmizi taqətdən salmışdılar”.

Sasanilər ölkənin daxilində öz qarnizonlarını yerləşdirmək üçün Beyləqanda, Bərdədə, Şəmkirdə, Şamaxıda, Dərbənddə qalalar tikdirdilər. Eyni zamanda Sasanilər bu yerlərə fars dillərində danışan əhalini də köçürürdülər. Sasanilər həm də yerli əhali üzərinə ağır vergilər qoymuşdular, (xərac, qezit və s.). Bu istismara dözə bilməyən əhali ilk dəfə 450-ci ildə sasani zülmünə qarşı mübarizəyə qalxdı. Həmin il Xalxal yaxınlığında (Qazax ərazisi) üsyançılar sasaniləri məğlub etdilər. Şah II Yezdəgird vəzir Mehr Nersexin başçılığı altında üsyanı yatırmaq üçün qoşun göndərdi. 451-ci il mayın 26-da Avaray çölündə (Maku yaxınlığı )şah ordusu üsyançıları məğlub etdi. Lakin əsarət altına alınmış xalqın mübarizəsi davam edirdi. Alban hökmdarı İranda gedən siyasi hadisələrdən istifadə edərək sasanilərə qarşı üsyan etdi.

II Vaçenin başçılığı altında üsyan 460-cı il də baş vermişdi.Üsyançılar Dərbənd qalasını ələ keçirərkən, Dağıstanda yaşayan dağlı tayfaları ilə ittifaq bağladılar. Bunu görən Sasani şahı Füruz (459-464) hun tayfalarını öz tərəfinə çəkərək üsyançılara qarşı onlardan istifadə etdi. 462-ci ildə hunlar (haylandur) Albaniyaya soxuldular. Bir il uzanan bu müharibə II Vaçenin 463-cü ildə hakimiyyətdən uzaqlaşdırılması ilə başa çatır. II Vaçedən sonra 30 il ərzində Albaniya öz müstəqilliyini itirdi və sasanilərin təyin etdiyi mərzbanlar tərəfindən idarə edilməyə başlandı.Morsey Kalankatkulu yazırdı: “Vaçedən mömin Vaçaqana kimi 30 il müddətinə Albaniya hökmdarsız qaldı”. 493-cü ildə İran Şahı Kavadın əmri ilə III Vaçaqan Albaniya hakimiyyyətinə gəldi. III Vaçaqan (493-510) ilk növbədə Albaniyada xristianlığı geniş şəkildə yaymağa başladı. O, 498-ci ildə Aguen kilsə məclisi çağırdı və xristian dininə aid qanunlar qəbul etdi. Lakin xristianlıq Albaniyada geniş intişar tapa bilmədi. 510-cu ildə III Vaçaqanın ölümündən sonra Sasanilər buradakı dövlət qurluşunu ləğv etdilər. Albaniyada Sasani mərzbanlarının uzun müddətli (510-629) hökmdarlığı dövrü başladı. I Xosrov Ənuşirəvan (531-579) dövründə Adərbayqan, Albaniya, İberiya və Armeniya bir məzbanlıqda (canişinlik ) birləşdirildi. 628 –ci ildən Azərbaycan Xəzər xaqanlığının işğallarına məruz qalmışdır.

Sasanilərin hakimiyyətinin ilk illərində İranda yeni dini təlim –manixeyçilik yayılmağa başladı. Bu təlim Mani (216-276) tərəfindən təbliğ olunurdu. Təlimə görə dünyada işıq və qaranlıq arasında mübarizə gedir. Dünya şeytan əməlləri ilə doludur. İnsan ilk növbədə şər ünsürlərdən azad olmalıdır. Hakimiyyətə can atmamalıdır. Şər qüvvələrdən uzaqlaşmağa çağıran Mani istismar olunan zəhmətkeşlərin gününə yanırdı. Bu təlim tezliklə İrandan tutmuş Roma imperiyasının ucqarlarına, şərqdə isə Orta Asiyaya qədər yayıldı. 276-cı ildə Mani edam edilir. III əsrin sonlarında İran və Romada Bundov manixeyçiliyi təbliğ edir. Bu təlimin Sasanilərə qarşı məzdəkilər hərəkatına böyük təsiri olmuşdu. 481-ci ildə başlanan bu hərəkata Məzdək Bəmdad oğlu rəhbərlik etmişdir.

Məzdəkilər təliminin əsas müddəaları ədalətli cəmiyyət qurmaq, insanlar arasında əmlak bərabərliyi yaratmaqdan ibarət idi. I Kavadın (488-531) hakimiyyəti illərində Məzdəkilər hərəkatı daha da geniş vüsət alır.

Xalq üsyanlarından ehtiyat edən və əyanların qüdrətini sarsıtmaq məqsədi güdən I Kavad əvvələr Məzdəkilərə qəyyumluq edirdi. Hətta aclıq zamanı Məzdəkin məsləhəti ilə Kavad dövlətin taxıl anbarlarını əhalinin üzünə açır. Məzdəkin fikirincə, “Əmlak insanlar arasında bölüşdürülməlidir. İnsanların hamısı allahın qulları və Adəmin övladlarıdır. Kim ehtiyac hiss edirsə, qoy bir-birinin əmlakından istifadə etsin, belə ki, heç kim ehtiyac və yoxsulluq duymasın, hamı mövqe etibarı ilə bərabər olsun”. Bu hərəkata kəndlilər, qullar, sənətkarlar və şəhər yoxsulları qoşulsalar da hərəkatın əsas hərəkətverici qüvvəsi kəndlilər idi. Məzdəkilər hərəkatı on illərlə davam etmişdi. Silahlı üsyançı dəstələr iri feodalların və tacirlərin evlərinə basqın edir, onların əmlakını öz aralarında bölüşdürürdülər.

529-cu ildə Kavadin oğlu Xosrov qəflətən qoşunla məzdəkilər üzərinə hücum edərək onları darmadağın etdi. Məzdək ələ keçrilərək edam edildi. 80-mindən çöx məzdəki tərəfdarına ağır divan tutuldu. Lakin bu hərəkat izsiz qalmadı. Hərəkat iri kahinlərin təsirini zəiflətdfi. Eyni zamanda şah hakimiyyətinə təsir göstərən əyanların hakimiyyətinə zərbə vuruldu. Məzdəkilər hərəkatının məğlub olmasının əsas səbəbi onun pis təşkil olunması və kortəbii xarakterli olması idi. Məzdəkilər hərəkatı məğlub oldu, lakin onun ideyaları xalq arasında uzun müddət yaşadı.

VI əsrin sonu–VII əsrin əvvələrində Allbaniyada Girdiman vilayətinin sahibləri olan feodal Mihranilər nəsli üstünlük əldə etdi. Moisey Kalankatuklunun məlumatına görə saray çevrilişində iştirak edən (Kavada qarşı), Mihr sasani hökmdarı Xosrov II Pərvizin qəzəbindən xilas olmaq məqsədilə 30 min qohumu ilə Xəzərlərə sığınmaq üçün İrandan qaçmışdı.Lakin Xosrov vəziyyətdən ehtiyat edərək, ardınca məktub göndərmiş və istədiyi yeri seçməsinə icazə vermişdi. Şahın məktubunu Uti vilayətində olan Mihr elə burada məskunlaşır. Mihr və onun xəlifələri yerli feoddalları müxtəlif yollarla aradan götürərək bütün Albaniyaya sahib olmuşlar.

Onlar özlərinin farslığını iki nəsil saxlamış, bundan sonra xristianlığı qəbul edəcək albanlaşmışlar. Akademik Bartoldun fikirincə “Yenidən albanların milli, lakin fars mənşəli sülaləsi bərpa olundu.”Mihranilər Albaniyada 603-cü ilə yaxın qərarlaşsalar da, bütün ölkəyə 630-cu ildən tam hüquqlu hakimə çevrildilər.

603-604-cü illərdə İran –Bizans müharibələrindən istifadə edən Albaniya əhalisi sasani hakimiyyətinə qarşı üsyan etdilər. Lakin üsyan IIXosrov tərəfindən amansızlıqla yatırıldı.Alban əyanlarının bir çoxu məhv edildi.Sonralar katolikos Vironun köməyi ilə Mihranilərdən olan knyazlara şah “Girdiman hakimi və Albaniyanın işxanı” titulu verildi. Belə bir titul Varaz Qriqor zamanı əldə edildi. II Xosrov Qafqazın Bizasla əlaqələrini kəsmək məqsəd ilə 612-613-cü illərdə İrana tabe xristianların məclisini çaqıraraq, Bizans diofizitliyin müqabilində monofizit cərəyanını qəbul etdirir.

İlk Girdiman knyazı Mihr (570-590) uzun müddət dinc şəraitdə yaşayır. Onun nəticəsi Qoçaq Vardan (600-615) Girdiman qalasını tikdirir. O, monofizitliyi qəbul edir. O, guya Aranşahlar nəslinin 60 nümayəndəsinə zəhər verib öldürmüş, və bütün Albaniyanın sahibinə çevrilmişdir. Onun nəvəsi Varaz Qriqor (625-636) Bizasla ittifaqa daha çox üstünlük verərək xristianlığın diofizit etiqadını qəbul edir. 630-ci ildə Varaz Qriqor əsirlikdən qayıdanVironun təkidi ilə monofizitizmi qəbul edir. Bu isə sasanilərə yaxınlaşmaq demək idi.

Varaz Qriqorun varisi Cavanşir (636-680) bütün Albaniyanı öz hakimiyyəti altında birləşdirir. O, Bərdə şəhərini ölkənin paytaxtı edir. Hakimiyyətinin ilk dövründə Sasani şahı III Yezdəgirdə tabe olan Cavanşir onun tərəfində Ərəblərə qarşı vuruşmuşdur. 651-ci ildə Sasani imperiyası dağıldıqdan sonra Ərəb xilafətindən asılı vəziyyətə düşdü. Ərəb xilafətində çəkişmələr başlayan zaman digər feodallar kimi Bizans imperatoru II Konstantin (641-668) onu öz himayəsi altına aldı.Bizans imperatorunun sayəsində Cavanşir İberiya sərhədlərindən Araz çayına, Dərbəndə qədər bütün əraziləri əhatə edən Albaniyanın hakiminə çevrilir.Lakin tezliklə Xəzərlərin Albaniyaya hücumları yenidən başladı. Cavanşir Xəzər xaqani ilə qohum olaraq müəyyən dərəcədə xaqanlıqdan asılı vəziyyətə düşdü. Lakin Ərəblərin yeni yüksəlişi dövründə Cavanşir şimal təhlükəsini aradan qaldırmaq məqsədilə Ərəb xilafətinə meyl edir.

VI əsrin sonlarına yaxın dövrdə şimal torpaqlarında ərazisi Xəzər dənizindən Ağsu çayına qədər uzanan ərazilərinə Şirvanşahların hökmranlığı başlamışdır. Lakin bu ölkə haqqında əlimizdə demək olar ki, məlumat yox həcmindədir.

III –VII əsrlərdə Azərbaycanda möhkəmlənən feodal münasibətləri əsasında mədəniyyət də inkişaf edirdi. Hələ xristianlıq qəbul edilənə qədər Albanların öz yazıları olmuşdur və bütün ölkə üçün ünsiyyət vasitəsi kimi alban dili geniş intişar tapmışdı.Vəsrin başlanğıcında arami qrafikası əsasında alban əlifbası təkmilləşdirilmişdir. Antik müəlliflərə görə hələ e.ə.I əsrdə albanlar öz yazılarından istifadə edirdilər. V əsrdə artıq 52 hərfdən ibarət təkmil əlifba mövcud udi.Erkən alban ədəbiyyatı əlverişli tarixi mədəni şəraitdə təşəkkül tapdı. Bizə gəlib yetişən Alban ədəbiyyatı nümunələrinə aşağıdakıları aid etmək olar.Moisey Kalankatuklunun “Alban tarixi”,VII əsr şairi Davdəkin eleqiyası (Cavanşir haqqında ), alban hüquq mənbələri olan kilsə qanunları (Aquen kilsə məclisində qəbul edilən qanunlar, 705-ci ildə Simeonun qanunu adı ilə tanınan Partov (Bərdə) məclisinin qnunu)

1948-ci ildə Mingəçevirdə aşkar olunmuş alban yazıları böyük əhəmiyyət daşıyır. Bu alban yazısı 21 işarədən ibarət olan 4 sətirlidir. Albaniyada əlifba tərtib olunduqdan sonra əyan və ruhani uşaqları üçün məktəblər də açılmışdı. Burada uşaqlara Tövrat öyrədilirdi.

Albaniyada ədəbiyyat və elm də inkişaf edirdi. O zaman Albaniyada bəzi antik müəlliflərin əsərləri –Homerin “İliadasi,” Vergilinin ”Eneidasi” məlum idi. Səlnamələr alban incəsənətinin də yüksək səviyyəsi haqqında məlumat verir. Məsələn Girdiman qalasındakı məbədin içərisi rəssamlar tərəfindən işlənmiş , qapıları gümüş və müxtəlif bəzək əşyaları ilə işlənmişdir. Belə abidələrə Qax rayonunun Qum və Ləkit kəndləri yaxınlığında və Mingəçevirdə qazıntılar zamanı rast gəlinmişdir.

Atropatenanın da mədəni həyatında inkişaf baş verirdi. Burada Qazaka şəhəri (Təxti-Süleyman yax.) öz gözəlliyi ilə insanı valeh edirdi. Eramızadan əvvəl Atropatendə İran –Arami əlifbası əsasında inkişaf etmiş Pəhləvi yazısı işlənmişdi.

Hər bir xalq müəyyən tarixi ərazidə yaşanmışdır. Heç bir xalq indi yığcam yaşadığı ərazidən kənarda meydana gəlməmişdir. Xalqlar əvvəl müəyyən tarixi ərazidə yaranmış, sonradan müxtəlif səbəblərə görə başqa ərazilərə yayılmışlar. Azəri türklərinin bir xalq kimi formalaşdığı ərazi məhz Azərbaycan ərazisi olmuşdur. Bu ərazi şimalda Dərbənddən, Cənubda Zəncan-Qərvin , qərbdə Tiflis, İrəvan və Urmiya gölünün qərb sahillərinə qədər uzanmışdır.

Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli digər etnosların qaynayıb-qarışmasından yaranmışdır.Azərbaycan türkləri erkən dövrdən türk (prototürk) dilində danışmış və heç bir başqa xalqdan dönməmişdir.Azərbaycan xalqını öz etnik və dil köklərindən qoparmaq üçün uzun müddət qondarma müddəalar ortaya atılmışdır. Lakin XX əsrin 80-ci illərindən bəri Azərbaycan xalqının etnogenezi məsələləri obyektiv şəkildə araşdırılaraq, qondarma, uydurma nəzəriyyələrə tutarlı cavablar verilmişdir.

Bu sahədə Ə.Sumbatzadənin “Azərbaycanlılar, xalqın etnoqenezi və forma-laşması” (1980), S.Əliyarovun” Azərbaycan xalqının etnogenizi haqqında “(1984), F.Məmmədovanın “Alban etnosu məsələsinə dair”(1989), Q.Qeybullayevin “Azərbaycan xalqının təşəkkülü adlı yazdıqları sanballı əsərlər xalqın etnoqenezinin öyrənilməsinə böyük töhvələr vermişdir.

Etnogenez məsələsinin öyrənilməsində Z.Bünyadov, İ.Əliyev, Y.Yusifov, Rus alimlərindən Dyakonov, Trever, Novoseltseva və başqalarının böyük xidmətləri olmuşdur.

Bəs “etnogenez” deyəndə nəyi başa düşürük? Bu söz “etnos” sözündən olub –yunanca tayfa ,xalq deməkdir. “Genezis” isə yaranma mənasını verir. “Etnogenez” bir neçə etnik komponentdən yeni etnik ümumiliyin əmələ gəlmə prosesidir.

İki tip etnogenetik proses fərqləndirlir:

1. Yeni tayfa qrupu və ya xalqın etnogenezində daha qədim tayfa qruplarının iştirakı;

2.Etnogenez posesində başqa ərazisindən köçən etnosların iştirakı.

Əksər hallarda hər iki tip proses bu vəya digər nisbətdə birləşir. Azərbaycan xalqının etnogenezində hər iki tip proses özünü göstərmişdir.

Azərbaycanda yaşamış erkən əhalinin etnik tərkibini müəyyən etmək üçün əsasən yazılı qaynaqların məlumatı köməyə gəlir. Bu qaynaqlar dövr etibari ilə iki hissəyə bölünür. Birinci dövr e.ə.III – I minillikləri əhatə edir. Qədim dövr qaynaqlarının öyrənilməsi göstərdi ki, o zaman Azərbaycan ərazisində türk dillərində danışan etnoslar (erkən türklər) yaşayırdılar. İkinci dövr qaynaqları eramızın I minilliyini əhatə edir.

Azərbaycanın ən qədim etnik qrupları e.ə. III –II minillikdə yaşamış lillubi, kuti, turukku və su tayfaları olmuşlar.Lillubilər e.ə. III-II minillik də Urmiyə gölündən cənub və cənub şərqdə məskunlaşmışdılar. Şumer, Elam, Akkad mənbələrində lullubilərin adları ilk dəfə e.ə.XIII əsrdə çəkilir. E.ə.I minillikdə mənbələrdə onların yaşadığı ərazi Zamua kimi verilir. Alimlərin fikrincə lullubilərin dili zaqros-elam dilləri qurupuna aiddir.

Göstərilən tayfaların varisləri mannalılar, hurrilər, kadusələr və s. e.ə. I min-illikdə Azərbaycanın müxtəlif ərazilərində yaşamışlar.

Bir qədər də torpaqımızın qədim sakinləri olan Azərbaycanın şimal torpaqlarına öz adlarını verən albanlar haqqında. Bəzi müəlliflər albanların lap qədimdən məhz Azərbaycan dilli olmaları mülahizəsini irəli sürürlər. Albanların dilinin və tarixinin öyrənilməsində Q.Voroşilin böyük rolu olmuşdur. O,göstərir ki, “alban-ağvan, ağuan oykonimi comərdlər yurdu” mənasını verir. Eyni zamanda tədqiqatçı alim göstərir ki, Alban adının kökündə “ALP” sözü vardır ki, o da qəhrəman , ər mənasını daşıyır. Tədqiqatçı alim K.Əliyev də bu fikirdədir. O,öz mülahizələrini sübuta yetirmək üçün alban çarlarından Kosis və Oroyz (Uruz) adlarının qədim Azərbaycan dilli soyların nümayəndələrinin adlarının olmasını əsas götürür. Uruz adına biz Kitabi Dədə Qorqud da rast gəlirik, (Alp Aruz). Albaniya ərazisində albanlardan əlavə müxtəlif dillərdə yaşayan müxtəlif tayfalar olmuşlar. Şübhəsiz ki, bu tayfaların çoxu Azərbaycan dilli olmuşdur.

Bəzən Albaniyada yaşayan xalqları Qafqaz dilli tayfalar qrupuna daxil edirlər. Lakin gəlin görək Albanların yaşadıqları Kür- Araz ovlağında bir dənə də olsun Qafqaz dilli toponimə rast gəlinirmi?.

Bəzən tədqiqatlar göstərirlər ki, XI əsrdə bu yerlərə səlcuq türklərinin gəlməsi ilə Azərbaycan xalqı təşəkkül tapmışdır. Lakin onlar səhv edirlər. Bunu sübut etmək üçün göstərmək lazımdır ki, səlcuqlardan sonra bir dənə də olsun səlcuqlarla bağlı və ya ayrı dildə toponim və oykonim qalmamışdır.

Tədqiqatçı V.Abayev göstərir ki, “Hər yeni soy öz sələflərindən nəsə alır, o cümlədən toponimləri. Əgər bu əraziyə sonradan gəlmiş soylar albanları öz içərilərində əritmişlərsə (assimilyasıya) onda heç olmazsa bir vəya bir neçə toponim qalmalı idi. Deməli albanlar da bu əraziyə gələnlərələ eyni dildə danışmışdır və azərbaycan dilinin kökundə dayanmışlar. Belə olmasaydı biz Azərbaycan dilində Qafqaz dillərinin qalıqlarını və ya təsirini görərdik.”.

Alban tayfaları Azərbaycan (türk) dilli olub e.ə. VII əsrdən –VIII əsrə qədər Azərbaycan ərazisində məskunlaşmışlar. Onlar bir çox mənbələrdə alpan adı ilə də tanınmışlar.”Kitabi Dədə Qorqud” eposunda biz alpan adlarına rast gəlirik və bu da sübut edir ki, bizim yazılı abidəmizin tarixi daha qədimlərə gedib çıxır.

Hətta qazax, qırğız, özbək , türkmən xalqlarının formalaşmasında da alban tayfalarının mühüm rolu olmuşdur. Bu ölkələrdə alban, alpan adı ilə bağlı çoxlu oykonim, hidronim vardır.

Bir qədər də gəlmə soylar haqqında, hansı ki, onlar da Azərbaycan xalqının etnogenezində önəmli rol oynamışlar. Əslində onların hamısını gəlmə hesab etmək olmaz.(tarixçi Rəşiddədinin “Oğuznamə” sindən danışmalı) Hazırda dünyanın hansı ölkəsini götürsən onların dillərinin də, özlərinin də gəlmə olduğunu görərik .Tarix boyu etnosların –soyların miqrasiyası olmuşdur və indi də davam edir.

Bu soylardan Azərbaycan ərazilərinə ən geniş şəkildə yayılanı saq (sak) tayfaları olmuşdur. Belə ki, onların qalıqları eramızdan əvvəlki və sonrakı dövrdə Azərbaycan ərazilərində yaşamışlar. Onların adları ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır.Saqların adı ilə bağlı ən qədim toponim Muğanda olmuş Balasakan adıdır.Onalr e.ə. III yüzillikdə bu ərazidə yaşamışlar. Azərbaycannın Şəki, Zaqtala , Arsaq adları bilavasitə saq tayfalarının adı ilə bağlıdır. Hətta saqlar Naxçıvan ərazisinə qədər yayıla bilmişlər. Bunu Ordubadın Nusnus kəndində Saq məhəlləsinin və Saq dağının olması sübut edir.

Azərbaycan ərazisində hələ də öz adını qoruyub saxlayan qədim tayfalardan biri də qaşqaylar olmuşdur. Onların Azərbaycan ərazisinə gəlmə tarixləri dəqiq məlum olmasa da e.ə. II minillikdə onların Kiçik Asiyada yaşamaları və hətta şəhərlərinin olması məlumdur. Sonrakı dövrdə onların bir qismi miqrasiya nəticəsində Azərbaycan ərazilərinə köçmüşlər.

Qədim sakinlərdən biri də saspirlərdir. Yunan tarixçisi Herodot saspurilərin Araz sahilərində yaşadıqlarını göstərir. Görkəmli gürcü alimi Melikişivili saspir soy birləşmələrinin tərkibinə xirrut –urartu və işquz-qimmir soy birləşmələrini də daxil edir. Tədqiqatlar belə hesab edirlər ki, saspuilərlə savirlər (sabir, subar) arasında oxşarlıq vardır.Çox güman ki, tayfalar II-III əsrlərdə dış hunlarının bir qolunu təşkil etmişlər.Bu hunların bir qupu isə Xəzərin qərb sahilində,indiki Quba-Xaçmaz,Dəvəçi rayonları ərazisində məskun olmuşlar.

Zaxariyya Ritorun məlumatına görə savirlər Qavqazda ən güclü xalq olmuşdur.Bizans tarixçisi Menandrın veridiyi məlumata görə Xosrov Ənuşirəvan dövründə (VI əsr)savirlərdən 10 min ailə Kür ovalığına köçürülmüşdür.Bu rəqəm bizə çox şey deyir.Qafqaz,eyni zamanda Azərbaycan soyları haqqında Z.Ritorun yazılarına istinad edən Piqulevskaya göstərir ki, Azərbaycanın şimal torpaqlarında (Albaniyada)V və VI əsarlərdə hunlar, sarı oqurlar, bulqarlar, ağ xəzərlər,xəzər sa virlər onoqurlar (On oğuz) barsilər yaşamışlar və bunlar hamısı Azərbaycan türk dilli olmuşlar.

Azərbaycan xalqının formalaşmasında yuxarıda göstərilən etnoslarla yanaşı biz gənglər(peçeneq)qarqarlar, hunlar, xəzərlər, onoqurlar, sarqurlar (on oğuz, sarı oğuz) qıpçaqlar və s.etnoslar haqqında da məlumat verməliyik.Lakin mühazirədə bütün bu xalqlar haqqında məlumat verməyə imkanımız yoxdur.

Azərbaycan xalqının və dilinin təşəkkülü məsələlərinin öyrənilməsində böyük əməyi olan Q.Voroşil çox qiyymətli bir tədqiqat aparmışdır. Məlumdur ki,Moisey Kalankatuklunun “Albaniya tarixi” kitabı VII əsardə yazılıb. Bu dövrdə Azərbaycan dili artıq təşəkkül tapmışdır və demək bu əsər məhz Azərbaycan dilində yazılmışdır. Əsərdə külli miqdarda türk sözlərinin olması dediyimizi sübut edir. Məsələn əsərdə biz xan, xaqan, xatun, təkin, türkan kimi rütbələrə, əyləntürk, bulqar, onoqur, hunoqur, hun, xəzər, peçeneq, (gəngər)və s.kimi hironimlərə,alp, Qazan, qonaq kimi antroponimlərə, hunestan, türküstan kimi toponimlərə rast gəlirik.

Hər bir xalqın mənşəyi onun dili ilə müəyyən edilir. Dil etnik mənsubiyyəti bildirən yeganə əlamətdir. XX əsrin 30-cu illlərinin sonuna kimi azərbaycanlılar “türk, türk xalqı” dili isə “türk dili” adlanırdı.Lap qədimdən bəri Azərbaycan ərazisində türk dilində danışan etnoslar yaşamışdır.Son illərdə türk dillərində danışan əhalinin Azərbaycanda aborigen olmasını inkar edirdilər. Lakin qaynaqların araşdırılıb öyrənilməsi bu mülahizələrin əsassız olduğunu sübut etdi. Azərbaycan dili türk dilləri ailəsinə mənsudur. Deməli Azərbaycan türklərinin mənşəyi dil mənsubiyyətinə uyğun Azərbaycanda yaşamış qədim türk etnoslarının tarixi ilə bağlanmalıdır.

Qərbdə Egey dənizi hövzəsindən ta Anadoluda daxil olmaqla şərqdə Çinə qədər, Rusiya çölləri də daxil olmaqla: cənubda İran yaylasına qədər geniş ərazidə türk xalqları təmsil olunmuşlar. Hər bir türk xalqı bu ərazidə müxtəlif adlar altında formalaşmışlar.Bu proses erkən orta əsrlərdə baş vermişdir.Eləcə də Azərbaycan xalqının mənşəyində burada yaşamış və müxtəlif dövrlərdə ona qaynayıb qarışmış türk etnosları yaxından iştirak etmişlər.

Beləliklə, Azıərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsarlərdə baş vermişdir.

V sinif. Azərbaycan tarixi. BSQ № 2

Burada V sinif şagirdləri Böyük Summativ Qiymətləndirmə nömrə 2 ilə tanış ola bilərlər.

Просмотр содержимого документа
«V sinif. Azərbaycan tarixi. BSQ № 2»

Sinif V (—-)

Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı_______________________ adı__________________________

1.2013-cü ildə 90 illiyi qeyd olunmuşdur;

a) N.Nərimanovun b) Lütfi Zadənin c) H.Əliyevin

2.Hacı Çələbinin Azərbaycan torpaqlarını birləşdirməkdə məqsədi idi:

a) Nadir şaha qalib gəlmək

b) torpaqlarımıza hücumların qarşısını almaq

c) torpaqlarımızı parçalamaq

3. M.Ə. Sabir “Oxutmuram, əl çəkin!” şeirində kimi tənqid edirdi ?

a) oxumaq istəməyən oğulu

b) din xadimlərini

c) təhsilin, elmin səmərəsini başa düşməyən atanı

4.Çar hökuməti nə məqsədlə erməniləri Azərbaycan torpaqlarına köçürdü?

a) azərbaycanlıları cəzalandırmaq üçün

b) özünə dayaq yaratmaq üçün

c) gürcülərə kömək etmək üçün

5.N.Nərimanova layiq olduğu tarixi qiymətin verilməsi kimin adı ilə bağlıdır ?

a) Atatürkün b) H.Əliyevin c) Ə.Şıxlinskinin

6.M.Şəhriyar “Azərbaycan” şeirində xalqı nəyə çağırır ?

b) savadlı,bilikli olmağa

c) əməkdaşlıq etməyə

7. Xocalı faciəsinə əsl tarixi, hüquqi qiyməti vermişdir ;

a) Ç.Mustafayev b) H.Əliyev c) T. Hüseynov

8.İrəvan xanlığı neçə il bundan əvvəl işğal edilmişdir ?

a) 186 il b)190 il c) 306 il

9.AXC- nin ilk paytaxtı oldu ?

a)Gəncə b) Tiflis c) Bakı

10. Türkmənçay müqaviləsinin şahidi olmuş azərbaycanlı alim ;

a) M.Kazımbəy b) A.A.Bakıxanov c) M.F. Axundzadə

11.H.Cavidin cənazəsi Vətənə gətirildi ?

a) 1982-ci ildə b) 1937-ci ildə c) 1956-cı ildə

12. erməni xülyası “Böyük Ermənistan” hansı torpaqların işğalı hesabına həyata keçirilməli idi?

a) Azərbaycan torpaqlarının b) Türkiyə torpaqlarının c) Gürcüstan torpaqlarının

13.” Bütün dövrlərin böyük siyasi xadimi” kimi dəyərləndirilir;

a) N. Nərimanov b) Lütfi Zadə c) Heydər Əliyev

14.Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq edən müqaviləni göstər:

a) Kürəkçay müqaviləsi

b) Türkmənçay müqaviləsi

c) Gülüstan müqaviləsi

15. Mart soyqırımı neçə il bundan əvvəl baş vermişdir?

a) 70 il əvvəl b) 99 il əvvəl c) 100 il əvvəl

16. M.F.Axundzadə xalqımızın azadlığa qovuşmasını nədə görürdü ?

a) Çoxlu kitab oxumaqda b) xalqın maariflənməsində c) üsyan qaldırmaqda

17. Faşizm üzərində qələbəni təmin edən əsas amillərdən biri ;

a) sovet ordusu b) tanklar və təyyarələr c) Bakı nefti

18. 31 mart soyqırımından neçə il sonra 20 yanvar qırğını törədildi ?

a) 72 il sonra b) 69 il sonra c) 80 il sonra

19. Tarixdə “ Şəhid şəhər” kimi anılır;

a) Gəncə b) Təbriz c) Xocalı

20. Gəncə adını işlədən hər kəs cərimə olunurdu ?

a) bir gümüş pul b) 10 çubuq zərbəsi c) cəza almırdı

21.Bakı Dövlət Universiteti neçə il bundan əvvəl açılmışdır ?

a) 98 il əvvəl b) 64 il əvvəl c) 87 il əvvəl

Səhv cavabların sayı:_______

Düz cavabların sayı:_____________

Azərbaycan tarixi

Bu soyada məşhurluq gətirən o oldu. Həyatın ilk zərbələrini uşaq yaşlarında alan, əbədi ayrılığın, maddi ehtiyacın, yoxsulluğun sərt üzünü tanıya-tanıya böyüyən, əllərinin qabarı ilə gələcəyini quran və heç özünün də xəyal edə bilməyəcəyi qədər var-dövlət sahibi olan Zeynalabdin.

Azərbaycana yürüş ərəfəsində I Pyotrun taktiki addımları

  • Azərbaycan tarixi
  • 23 iyul 2022, 10:52

Cənubi Qafqaz, xüsusilə də Azərbaycan özünün zəngin təbii sərvətləri, xammal ehtiyatları, həmçinin mühüm strateji coğrafi mövqeyi ilə hər zaman diqqət mərkəzində idi.
Iqtisadi-təsərrüfat əhəmiyyəti ilə yanaşı, Qafqaz keçidində mühüm mövqe tutan Azərbaycan Avropa və Asiyanı birləşdirən körpü rolunu oynamaqla mühüm strateji maraq kəsb edirdi. Azərbaycan ərazisindən son dərəcə mühüm hərbi-strateji və ticarət yolları keçirdi. Burada Rusiyanın şərq ölkələrinə çıxması üçün vacib olan dəniz limanları da var idi. Azərbaycanın xüsusilə də onun Xəzərsahili vilayətlərinin Osmanlı imperiyası tərəfindən işğal edilməsi Rusiyanın bir sıra şərq ölkələrinə çıxışını bağlaya bilərdi. Rusiya üçün bu, eyni zamanda, onu Səfəvilər dövləti ilə birləşdirən mühüm kommunikasiya xəttindən məhrum edilməsi demək idi.

Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin hakimiyyəti illərində

  • Azərbaycan tarixi
  • 25 iyun 2022, 13:44

1969-cu ildə Brejnevin dönəmində Azərbaycan KP MK-nın 1-ci katibi təyin edilən Heydər Əliyev 1982-ci ilə qədər bu vəzifədə qaldı. Həmin il Yuriy Andropov SSRİ KP MK-nın Baş katibi seçilməsindən dərhal sonra Heydər Əliyevi Siyasi Büro üzvlüyünə, eləcə də SSRİ Nazirlər Sovetinin müavini vəzifəsinə təyin etdi. Heydər Əliyev bu vəzifəni Andropovun ölümündən sonra da davam etdirdi. 1985-ci ildə Konstantin Çernenkonun vəfatından sonra SSRİ KP MK-nın Baş katibi Mixail Qorbaçov seçildi. Heydər Əliyev Siyasi Büro üzvləri ilə müzakirələrdə Qorbaçov lehinə çıxış etməsinə baxmayaraq bir müddət sonra ona qarşı başlanan kampaniyadan sığortalana bilmədi. Mixail Qorbaçov Heydər Əliyevi Brejnev nomenklaturasının üzvü kimi formalaşdırdığı “yenidənqurma” siyasətinə təhdid kimi görürdü. Həyat yoldaşı Zərifə Əliyevanın ölümü bu dövrdə Heydər Əliyevin sağlamlığına pis təsir etdi. 1987-ci ilin may ayında Əliyev infarkt keçirdi. Bu hadisədən 5 ay sonra isə SSRİ Nazirlər Sovetinin müavini və Siyasi Büro üzvlüyü vəzifələrindən istefa verdi. Heydər Əliyev həmin günləri “The Washington Post” qəzetinə verdiyi müsahibədə belə xatırlayırdı:

Halqa əməliyyatı

  • Azərbaycan tarixi
  • 16 iyun 2022, 01:45

Azərbaycan tarixinin yaxın keçmişində — son Qarabağ savaşında yaşanmış bir çox hadisələr var ki, onların üzərində bu gün də qalın qara pərdə qalmaqdadır.
Bu silsilədən növbəti yazı Göygöl rayonunun (keçmiş Xanlar) Çaykənd kəndində aparılmış əməliyyatla bağlıdır.

Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat

  • Azərbaycan tarixi
  • 30 may 2022, 01:46

Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər. Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir.
Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Torpaq özündə bu abidələrin tükənməz «arxivi»ni — əmək alətləri, məişət və bəzək əşyaları, silah, məskən qalıqları, qəbirlər, qədim mədən və metaləritmə yerləri, həmçinin başqa şeylər saxlayır.

Xruşov Azərbaycan KP MK-nın birinci katibinə niyə qəzəblənmişdi?

  • Azərbaycan tarixi
  • 10 fevral 2022, 19:14

«Yoldaş Mustafayev, siz cibinizdə partiya bileti gəzdirirsiniz, amma kommunist deyilsiniz. Bəli, siz kommunist deyilsiniz. Partiyanın tapşırıqlarını yerinə yetirə bilməyən şəxs kommunist ola bilməz. ” – bu ittihamları Nikita Xruşov yüksək səs tonu və qəzəblə 1959-cu ilin iyun ayında Mərkəzi Komitənin iclasında Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevə ünvanlayıb.

Bağırov haqqında qeyri-adi faktlar

  • Azərbaycan tarixi
  • 18 sentyabr 2021, 13:14

Mircəfər Bağırov ilk təhsilini mollaxanada alıb. Sonra onu Qusar rayonunda ləzgilər yaşayan Nəcəfkəndə müəllim təyin edirlər. Mircəfər bu kənddə bir ilə yaxın müəllim işləyir. İlk dəfə ləzgi qızlarını məktəbə cəlb edir. Eyni zamanda, qısa müddətdə ləzgi dilini öyrənir.
Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaq olub. Böyük bacısı Seyid Məsumə 1883-cü ildə anadan olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat edir. Məsumə və digər bacısının təkidi ilə Mircəfər Bağırov 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurur. Bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir.

Şah Qacar Şuşanı işğal etmək istəmirdi

  • Azərbaycan tarixi
  • 3 sentyabr 2021, 16:55

Qacarın Qarabağa hücum niyyəti də olmayıb. Çünki İbrahimxəlil xan da daxil, bir çox Azərbaycan xanlıqları Qacar hakimiyyətə gəldiyində onu hüquqi hökmdar kimi tanıyıblar.
Gürcüstanla Rusiya arasında 1781-ci ildə imzalanmış «Georgiyevski» sülhü var. Gürcüstan Rusiyanın hakimiyyəti altına girir. Qacar çar İrakliyə yazır ki, yüz illər boyu sən bizim – türklərin qulu olmusan, nəyə görə Rusiyaya tərəf keçirsən, öz səhvini düzəlt. İki dəfə hücum edir Tiflisə. Birinci hücumda da, ikincidə də Şuşada dayanır və Tiflisi alır.

Azərbaycanlı mühacir Atatürkdən nə istəmişdi?

  • Azərbaycan tarixi
  • 30 avqust 2021, 00:13

XX əsr Əziz Alpoudların məhşəridir”
Zakir Sadatlı

İbn Xəlduna aid edilən bir ifadə var: “Coğrafiya taledir”.
Əziz Alpoud doğulanda Azərbaycan çar Rusiyasının tabeliyində idi. Bu tabelik, bu coğrafiya Əziz Alpoud və onun kimi yüzlərlə gələcəyin siyasətçisinin, yazıçısının, ziyalısının taleyi idi.
Əziz Alpoudu mərhum yazıçımız Zakir Sadatlının əlyazmasını taparaq nəşr etdirdiyi “Həyatımın hekayətləri” adlı kitabdan tanıdım. Mühacirət ədəbiyyatını yaxşı bildiyimi düşünsəm də, bu kitab məni xeyli təəccübləndirdi, xeyli zənginləşdirdi, yeni tədqiqatlara sövq etdi.
Maraqlı idi. 652 səhifəlik bir kitabda tanımadığım bu insan nələr yaşamışdı ki?
Davamı →

Mart qırğını haqqında arxiv qeydləri

  • Azərbaycan tarixi
  • 25 may 2021, 00:29

1918-ci il Azərbaycan xalqının yaddaşındaiz buraxmışmühüm bir zaman kəsimidir. Məhz bu ildə Azərbaycanda yeni bir dövlətin təməli qoyulmuş, cümhuriyyət elan olunmuşdur. Ancaqunutmamalıyıq ki, bu əlamətdar hadisədənöncə bu torpaqlarda qan yaddaşımıza yazılacaq bir mart qırğını yaşanmışdır

Tarixin müxtəlif mərhələlərində erməni millətçiləri “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədilə Anadoluda və Azərbaycanda müsəlman türk əhalisinə qarşı kütləvi qırğınlar həyata keçirmişlər.

Похожие статьи

  • Azərbaycan ədəbiyyatı tarixi

    Azərbaycan ədəbiyyatı tarixi “Şeyx Sənan” müəllifi Hüseyn Cavid Azərbaycanın sovetləşdirilməsindən sonra bir çox mənzumələr yazır. Bunlardan mənsur…

  • Azərbaycan tarixi formatda

    Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…

  • Azərbaycan tarixi 7 cilddə 5-ci cild

    TƏSDİq ediRƏM” azərbaycan tariXİ Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi….

  • Azərbaycan ədəbiyyat tarixi ııı cild

    Azərbaycan ədəbiyyat tarixi ııı cild Əzilmiş xürrəmilərin 14 min nəfərdən ibarət olan qalıqları Bizansa qaçdılar. Mənbələrin məlumatından görünür ki,…

  • Azərbaycan tarixi üzrə qaynaqlar

    Azərbaycan tarixi üzrə qaynaqlar 3.Dərbənd şəhərini ərəblər “Bab-ül əl-Bab”adlandırmışlar. Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat…

Comments are closed, but trackbacks and pingbacks are open.