Press "Enter" to skip to content

Tarixi bina zəngin muzey

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən bəziləri iddia edirlər ki, əslində, kitab fotoşopdur.

“Azərbaycan tarixi” erməni bayrağında? – AÇIQLAMA – FOTO

Qafqazinfo xəbər verir ki, istifadəçilər Azərbaycanın tarixindən bəhs edən bir kitabın rənglərinin bu şəkildə olmasına etiraz edirlər. Həmin kitabın hansı ildə dərc olunması göstərilməsə də, “Didaktika” nəşriyyatında çapdan çıxdığı bildirilir. Bəzi abituriyentlər kitabın Təhsil Nazirliyinə bağlı olduğunu da iddia edirlər.

Təhsil Nazirliyi də sözügedən problemlə bağlı açıqlama yayıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə qeyd edib ki, ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan Azərbaycan Tarixi məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır: “Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur. Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır. Bir daha qeyd edirəm ki, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən bəziləri iddia edirlər ki, əslində, kitab fotoşopdur.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

tarixi bina zəngin muzey

Milli Azərbaycan Tarixi Muzeyi tariximizin bütün dövrlərinə aid maddi və mənəvi nümunələrin qorunması və tanıdılması baxımından misilsiz sərvətə malikdir. Muzeyin yerləşdiyi bina isə Hacı Zeynalabdin Tağıyevin mülkü olması baxımından xüsusilə diqqət çəkir.

Milli Azərbaycan Tarixi Muzeyi

  • Milli Azərbaycan Tarixi Muzeyi haqda
  • Qalereya
  • Xəritə
  • Rezervasiya

tarixi bina zəngin muzey

Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bina Bakıda bir çox möhtəşəm tikililərin memarı olmuş İosif Qoslavskinin layihəsi əsasında 1895-1901-ci illlərdə inşa edilmiş və “Tağıyev sarayı” kimi tarixin yaddaşına yazılmışdır. Məşhur milyonçu ailəsi, yaxın qohumları ilə birlikdə bu üçmərtəbəli binada 18 il – 1920-ci ilə qədər yaşamışdır. Hazırda binanın 9 otağında Tağıyevin ev-muzeyi fəaliyyət göstərir. Bu otaqlarda Hacı Zeynalabdin Tağıyevə və ailəsinə məxsus mebel və əşyalara tamaşa edə, Tağıyevlər ailəsinin həyat tərzi ilə tanış ola bilərsiniz.

Muzeyin digər otaqlarında isə qədim zamanlardan bu günədək Azərbaycan tarixini əks etdirən 300 minə qədər eksponat altı şöbədə qorunub saxlanılır. Daş dövrü, orta əsrlər və antik dövrə aid əşyalar muzeyin qiymətli eksponatları sırasındadır. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərə aid maddi-mədəniyyət nümunələri, xanlıqlar dövrünə aid müxtəlif eksponatlar, bayraqlar, şəhər-qalaların rəmzi açarları, sənədlər, geyimlər, numizmatika fondunda 150 mindən çox sikkə və əskinaslar da böyük maraq doğurur. Zəngin tariximizin müxtəlif dövrlərinə səyahət üçün Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etməyi unutmayın. Muzey bazar günü istisna olmaqla həftənin bütün günləri saat 10:00-dan 18:00-dək ziyarətçilərin üzünə açıqdır. Biletləri muzeyin girişində əldə etmək olar.

Ətraflı məlumat üçün:
Milli Azərbaycan Tarixi Muzeyi
Ünvan: Bakı şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi 4
Tel.: +99412 598 1746
azhistorymuseum.gov.az/az

Comments are closed, but trackbacks and pingbacks are open.