Press "Enter" to skip to content

5-ci qrup ixtisaslar və balları – 2022

Milli.Az

Müstəqilliyin bərpası və Azərbaycanı tanıyan ilk 5 DÖVLƏT

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bəhs edərkən, heç şübhəsiz, tarixə “İstiqlalçı deputatlar” adı ilə düşən 43 nəfəri də yada salmaq lazımdır.

1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.

Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və onlar tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerdə qalan 300-dək deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndiriblər.

1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Modern.az-ın məlumatına görə, 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub.

Amma 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra 18 oktyabr – Dövlət Müstəqilliyi Günü, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. O zamandan rəsmi bayram statusunu itirən həmin tarixlər iş günü sayılır.

18 oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmayıb. Bəzi tarixçilər Milli Məclisin Azərbaycan üçün çox önəmli bir tarixi dövlət səviyyəli bayramlar siyahısından çıxararaq, onu peşə bayramı səviyyəsinə endirməsini mənfi hal kimi qiymətləndirir.

Onu da qeyd edək ki, 1991-ci ildə Dövlət Müstəqilliyi Aktının əleyhinə çıxan Ali Sovetin bəzi keçmiş deputatları hazırda müstəqil Azərbaycan Respublikasında rəhbər vəzifələr tuturlar.

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) ölkəmizi müstəqil dövlət kimi qəbul ediblər.

2 mart 1992 ci-ildə isə Azərbaycan BMT-yə üzv qəbul olunub.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

5-ci qrup ixtisaslar və balları – 2022

*▶ Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi Ə 112.9 (142.7)
*▶ Musiqi müəllimliyi (fortepiano, violin, klarnet, tar, kamança, qanun, saz, balaban, qarmon, vokal) Ə 60.0 (96.6)
Subbakalavrlar üzrə 72.9 ( – )
*▶ Təsviri incəsənət müəllimliyi Ə 92.6 (124.6)

Azərbaycan Dövlət İqtisad Universiteti

▶ Dizayn (sahələr üzrə) Ə 169.2 (195.0)

Bakı Mühəndislik Universiteti

▶ Dizayn (sahələr üzrə) Ə 166.5 (195.5)

Bakı Musiqi Akademiyası

*▶ Musiqi müəllimliyi (fortepiano, violin, viola, violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, saksofon, faqot, valtoma, truba, trombon, tuba, zərb alətləri) Ə 102.0 (102.0)
**▶ Bəstəkarlıq Ə 6/60.0 (10/191.3)
**▶ Dirijorluq (simfonik orkestr dirijorluğu, xor dirijorluğu, nəfəs alətləri orkestrinin dirijorluğu) Ə 6/60.0 (9/123.6)
Subbakalavrlar üzrə 6/51.0 (7/85.7)
**▶ İnstrumental ifaçılıq (fortepiano, orqan, klavesin, violin, viola, violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, saksofon, faqot, valtoma, truba, trombon, tuba, zərb alətləri) Ə 7/106.4 (9/91.3)
**▶ Musiqişünaslıq Ə 7/129.0 (7/129.0)
**▶ Populyar musiqi və caz ifaçılığı (fortepiano, kontrabas, saksofon, truba, zərb alətləri, vokal) Ə 8/187.9 (8/187.9)
**▶ Vokal sənəti (akademik vokal) Ə 6/122.5 (8/66.8)

Azərbaycan Milli Konservatoriyası

*▶ Musiqi müəllimliyi (fortepiano, tar, kamança, qanun, saz, balaban, qarmon) Ə 67.2 (95.3)
**▶ Bəstəkarlıq Ə 6/60.0 ( – )
**▶ Dirijorluq (xalq çalğı alətləri orkestrinin dirijorluğu, xor dirijorluğu) Ə 6/60.0 (9/95.7)
Subbakalavrlar üzrə 6/51.0 (10/3.6)
** ▶ İnstrumental ifaçılıq (tar, kamança, qanun, saz, balaban, zurna, tütək, ney, klarnet, qarmon, nağara) Ə 6/66.7 (9/92.2)
**▶ Musiqişünaslıq Ə 6/60.0 (6/168.9)
Subbakalavrlar üzrə 6/68.9 ( – )
**▶ Popular musiqi və caz ifaçılığı (fortepiano, violı , fleyta, qoboy, klarnet, saksofon, gitara, akkordeon, truba, zərb alətləri, tar, kamança, qanun, saz, balaban, ney, zurna, tütək, qarmon, nağara, vokal) Ə 6/68.2 (8/117.2)
**▶ Vokal sənəti (xanəndəlik) Ə 8/66.7 (8/66.7)
**▶ Vokal sənəti (milli vokal) Ə 6/60.0 (8/84.4)
Subbakalavrlar üzrə 6/51.0 ( – )

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

*▶ Musiqi müəllimliyi (fortepiano, violı , fleyta, qoboy, klarnet, saksofon, gitara, akkordeon, truba, zərb alətləri, tar, kamança, qanun, saz, balaban, ney, zurna, tütək, qarmon, nağara, vokal) Ə 79.4 (96.1)
*▶ Təsviri incəsənət müəllimliyi Ə 129.5 (129.5)
**▶ Aktyor sənəti Ə 6/83.9 (7/89.2)
**▶ Dekorativ-tətbiqi sənət (bədii xalça, bədii toxuculuq) Ə 8/97.2 (8/143.2)
**▶ Dizayn (geyim dizaynı, interyer dizaynı, sənaye dizaynı, qrafik dizayn) Ə 8/93.8 (8/167.8)
**▶ İnstrumental ifaçılıq (klassik musiqi alətləri- fortepiano, violin, viola, gitara, klarnet, saksofon, zərb alətləri) Ə 9/131.4 (9/131.4)
**▶ İnstrumental ifaçılıq (xalq calğı alətləri ifaçılığı – tar, kamança, saz, qanun, nağara, balaban) Ə 6/88.8 (10/61.3)
**▶ Musiqişünaslıq Ə 6/60.0 (7/78.9)
Subbakalavrlar üzrə 6/51.0 ( – )
**▶ Operator sənəti Ə 6/60.0 (7/65.2)
**▶ Populyar musiqi və caz ifaçılığı (vokal) Ə 6/79.0 (8/119.1)
**▶ Qrafika Ə 7/88.1 (8/117.2)
**▶ Rejissorluq Ə 6/60.0 (6/93.3)
**▶ Rəngkarlıq Ə 6/124.1 (7/149.5)
**▶ Vokal sənəti (xanəndə) Ə 7/90.8 (8/79.9)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

*▶ Təsviri incəsənət müəlliməyi Ə 130.9 (130.9)
**▶ Dekorativ-tətbiqi sənət (bədii xalça,bədii toxuculuq, bədii keramika və şüşə, bədii metal) Ə 8/114.3 (8/133.8)
**▶ Dizayn (sənaye dizaynı, qrafik dizayn,geyim dizaynı, interyer dizaynı) Ə 8/193.4 (8/193.4)
**▶ Heykəltəraşlıq Ə 6/60.0 (7/64.8)
Subbakalavrlar üzrə 6/82.3 (9/78.5)
**▶ Qrafika Ə 7/135.0 (7/194.8)
**▶ Rəngkarlıq Ə 7/151.1 (7/151.1)

Bakı Xoreoqrafiya Akademiyası

**▶ İnstrumental ifaçılıq (fortepiano, tar, nağara, qarmon) Ə 8/140.4 (9/101.1)
**▶ Xoreoqrafiya sənəti (klassik rəqs, modern rəqs, milli rəqs, baletmeyster, rəqs müəllimliyi) Ə 6/30.0 (8/58.9)
Subbakalavrlar üzrə 6/51.0 ( – )

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

*▶ Fiziki tərbiyə və çağrrışaqədərki hazırlıq müəllimliyi Ə 117.8 (138.3)
*▶ Məşqçilik Ə 87.9 (122.1)
*▶ Məşqçilik Q 85.7 (122.1)

Naxçıvan Dövlət Universiteti

*▶ Fiziki tərbiyə və çağmşaqədərki hazırlıq müəllimliyi Ə 90.3 (140.3)

*▶ Musiqi müəllimliyi (fortepiano, tar, kamança, nağara, qarmon, xor dirijoru, vokal) Ə 60.0 (100.5)
*▶ Təsviri incəsənət müəllimliyi Ə 93.4 (128.0)
*▶ Məşqçilik Ə 79.5 (125.5)
*▶ Məşqçilik Q 70.7 (135.6)
**▶ Aktyor sənəti Ə 6/60.0 (7/92.6)
**▶ Bəstəkarlıq Ə 6/60.0 (6/106.9)
**▶ Dirijorluq (xalq çalğı alətləri orkestrinin dirijorluğu, xor dirijorluğu) Ə 6/74.0 (6/74.0)
**▶ İnstrumental ifaçılıq (tar, kamança,qanun, saz, balaban, qarmon, nağara) Ə 6/60.0 (10/75.5)
Subbakalavrlar üzrə 10/80.1 ( – )
**▶ İnstrumental ifaçılıq (fortepiano) Ə 6/60.0 ( – )
**▶ İnstrumental ifaçılıq (violin, viola, violonçel, kontrabas) Ə 6/60.0 ( – )
**▶ İnstrumental ifaçılıq (fleyta, qoboy, klarnet, saksofon, valtorna, truba, trombon) Ə 6/60.0 ( – )
**▶ Musiqişünaslıq Ə 6/60.0 (6/124.6)
**▶ Musiqişünaslıq Q 6/60.0 (6/138.3)
Subbakalavrlar üzrə 6/51.0 ( – )
**▶ Rəngkarlıq Ə 6/69.6 (7/133.5)
**▶ Vokal sənəti (milli vokal, xanəndəlik) Ə 6/60.0 (8/95.1)

Naxçıvan Müəllimlər İnstitutu

*▶ Musiqi müəllimliyi (fortepiano, violin, tar, kamança, qarmon, nağara) Ə 60.0 ( – )
*▶ Təsviri incəsənət müəllimliyi Ə 70.7 (172.8)

Gəncə Dövlət Universiteti

*▶ Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi Ə 113.8 (138.3)
*▶ Musiqi müəllimliyi (fortepiano, violin, viola, violonçel, kontrabas, arfa, tar, kamança, saz, qanun, ud, tütək, zurna, balaban, fleyta, qoboy, klarnet, faqot, valfrna, truba, tuba, nağara, qoşa nağara, vokal, xanəndə) Ə 84.4 (95.1)
*▶ Təsviri incəsənət müəllimliyi Ə 96.6 (123.6)
*▶ Məşqçilik Ə 86.8 (123.7)
*▶ Məşqçilik Q 81.4 ( – )

Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)

**▶ Dizayn (sahələr üzrə) Ə 6/76.5 (9/80.0)

Lənkəran Dövlət Universiteti

*▶ Musiqi müəllimliyi (fortepiano, ,violin, tar, kamança, saz, qanun, qarmon, gitara, balaban, klarnet, nağara, vokal, musiqi nəzəriyyəsi, dirijorluq) Ə 60.0 (114.8)
Subbakalavrlar üzrə 51.0 ( – )
*▶ Təsviri incəsənət müəllimliyi Ə 60.8 (130.0)

Qərbi Kaspi Universiteti

**▶ Dizayn (sahələr üzrə) Ə 6/68.2 ( – )

Xəzər Universiteti

*▶ Təsviri incəsənət müəllimliyi Ə 69.1 (124.1)
**▶ Dizayn (sahələr üzrə, tədris ingilis dilində) Ə 6/60.0 (8/231.5)
Subbakalavrlar üzrə 6/51.0 ( – )

”Odlar Yurdu ” Universiteti

**▶ Dizayn (interyer dizaynı, qrafik dizaynı, modelyer) Ə 6/77.9 ( – )

Comments are closed, but trackbacks and pingbacks are open.