Azərbaycan Tarixi 6 Cı Sinif
Müəllif: Əliyev Hamlet Qasım oğlu Azərbaycan tarixi 6-cı sinif 13. Midiya və Əhəmənilər imperiyası dövründə.
“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur”
Son illərdə təhsil siyasətinin ən mühüm məsələsi yeni dərsliklərin yazılması məsələsidir. Hər zaman diqqət mərkəzində olan bu strateji sahənin zaman-zaman ortaya çıxan problemləri ictimaiyyətin hər bir təbəqəsini narahat edir. Tədris olunan fənlər içərisində əhəmiyyətinə görə milli dəyərlərimizin, soykökümüzün və tarixi keçmişimizin öyrədilməsinə xidmət edən “Azərbaycan tarixi” fənni xüsusi yer tutur. “Azərbaycan tarixi” dərslikləri digər dərsliklər kimi artıq 2012-ci ildən yenidən yazılaraq tədris dövriyyəsinə buraxılır.
2016-cı ildə elan olunmuş tenderə əsasən hazırlanmış yeni dərsliklər içərisində 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi Təhsil Nazirliyinin ekspertlər şurasına təqdim olunub və ekspertlər tərəfindən qiymətləndirilib. Yüksək qiymət almış dərslik layihəsi tenderi qazan;b və nazirlik tərəfindən bu layihə ictimai rəyə təqdim edilib.
Haqlı olaraq Təhsil Nazirliyi tərəfindən 10-cu sinfin “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik layihələrinə rəy bildirmək üçün AMEA-nın Tarix İnstitutuna müraciət edilib. İnstitutda xüsusi işçi qrupu yaradılıb və internet portalında yerləşdirilmiş dərslik layihəsi elmi-metodik cəhətdən təhlil edilib.
Təəssüflər olsun ki, 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsində çoxlu sayda plagiat, elmi qüsurlar və uyğunsuzluqlar aşkar edilib.
Təqdim olunan dərslik layihəsinin 38-ci səhifəsində mannalıların dini inancları “təhlil” olunub. Halbuki həmin mətn eynilə 2012-ci ildə çap olunmuş 6-cı sinif “Azərbaycan tarixi” dərsliyində səhifə 66-da verilib. Yeni layihənin müəllifləri heç bir düzəliş etmədən mətni olduğu kimi köçürüblər. Bu, müəllif hüquqlarının pozulmasıdır.
Eyni “ənənəni” müəlliflər davam etdirərək zərdüştilik dini və Avesta haqqında mətni də köhnə “Azərbaycan tarixi” dərsliyindən köçürüblər. Layihənin 38-39-cu səhifələrində verilmiş mətni eynilə 2012-ci ildə çap olunmuş 6-cı sinif “Azərbaycan tarixi” dərsliyində səhifə 91-dən mənimsəyiblər. Sadəcə cüzi “kosmetik” düzəlişlər belə plagiatı örtə bilməyib.
Əgər köhnə dərsliklər kurikulum standartlarını reallaşdırmağa imkan yaradırdısa, yeni dərsliklərə nə ehtiyac vardı? Digər tərəfdən Azərbaycan tarixində yeni konsepsiyalar, yeni yanaşmalar formalaşıb. Onlar dərslikdə öz əksini tapmalıdır. Köçürmələrlə dərslik hazırlanacaqsa, hansı inkişafdan, hansı islahatdan söz gedə bilər?Mətnlərin, cümlələrin olduğu kimi istifadə olunmasına heç cürə haqq qazandırmaq olmaz.
Dərslik layihədə plagiatla yanaşı, elmi qüsur və uyğunsuzluqlar da çoxdur. Layihədə “toxa əkinçiliyi” Eneolit dövrünə aid edilib. Amma 10-cu sinif şagirdləri hələ 6-cı sinifdə oxuyarkən “toxa əkinçiliyi”ni bu cümləylə öyrəniblər: Neolit dövründə artıq toxa alətindən istifadə edilirdi (Bax: 6-cı sinif “Azərbaycan tarixi” dərsliyi(2013-cü il nəşri)). Yeni dərslik layihəsində ciddi elmi səhvə yol verilib. Bu, şagirdləri bir-birinə zidd iki elmi fakt qarşısında qoyacaq.
Bütün tarix müəllimlərinə məlumdur ki, uzun illər köhnə dərsliklərdə Aratta dövlət qurumu verildiyi halda 2013-cü ildə çap olunmuş 6-cı sinif “Azərbaycan tarixi” dərsliyindən mövzu çıxarılıb. Çünki bu mövzu ətrafında müxtəlif fikirlər formalaşıb, Aratta qurumunun dərsliklərə salınmaması doğru hesab edilib. Lakin layihə müəllifləri bu mövzunu yenidən proqrama salıblar. Dərsliklər mübahisəli məsələlərdən təmizləndiyi halda bu mövzu niyə yenidən dərsliyə salınıb?
Dərslik layihəsində heç bir azərbaycanlı tarixçinin şəkli olmadığı halda Robert Daysonun əlində qızıl camla şəkli niyə verilib? Əgər şagirdlərimizə tədqiqatçı alimləri tanıtmaq vacibdirsə, mövzuya müvafiq olaraq Məmmədəli Hüseynovun əlində çənə sümüyü ilə şəklini vermək olardı. Qeyd edim ki, 6-cı sinif “Azərbaycan tarixi” dərsliyində (2013) arxeoloq-alimin adı çəkilsə də şəkli verilməyib. Bu, sizə imkan yaradırdı ki, plagiat etmədən yeni bir şəkildən (dərsliklərdə heç vaxt istifadə olunmayıb) istifadə edəsiniz.
Metodik cəhətdən də dərsliklayihəsi çox zəif işlənib. Hətta sual və tapşırıqlarda da təkrarlara (aşağı sinif dərsliklərində verilmiş sual və tapşırıqlar nəzərdə tutulur) yol verilib. Məsələn: “Urmiya gölü ətrafında hansı tayfalar yaşayıb” sualını 10-cu sinif şagirdinə verməklə hansı alt-standart reallaşdırılır? Bu faktoloji sual 6-cı sinif “Azərbaycan tarixi” dərsliyində (2013) də var. Bu kimi təkrar və heç bir metodikaya və standarta uyğun gəlməyən suallar dərslik layihəsində çoxdur.
Təhsil Nazirliyi ekspertləri tarix müəllimləri ordusundan seçib, onlara inanıb, məsuliyyətli bir vəzifə tapşırıb. Maraqlıdır, bu dərslik layihələrini yoxlayan, təhlil edib rəy verən ekspertlər bunları görmürdümü? Plagiat dərsliyin təhsil dövriyyəsinə buraxılmasına imkan yaratmaq nə deməkdir?
Azərbaycan tarixi 6 cı sinif
Ben sana beyaz izleyiciler 6sınıf Azerbaycan’ın tarifinden derslerimize çektirir ders bir Azerbaycan geldim ilçe dırbaz ağırlıklı .
Tarix fənni üzrə maraqlı yarış
Просмотров 9 тыс. Год назад
AZƏRBAYCAN TARİXİ 6-CI SİNİF. DƏRS 1
Просмотров 879 5 месяцев назад
AZƏRBAYCAN TARİXİ 6-CI SİNİF. DƏRS 1.
Azərbaycan tarixi 6-cı sinif 10. Mannanın xarici siyasəti
Просмотров 14 тыс. 2 года назад
Müəllif: Əliyev Hamlet Qasım oğlu Azərbaycan tarixi 6-cı sinif 10. Mannanın xarici siyasəti.
SUAL – CAVAB, Azərbaycan Tarixi 6 cı sinif
Просмотров 6 тыс. 2 года назад
Əziz şagirdlər, youtube kanalımızda video izahlı formatda hazırladığımız 6 cı sinif Tarix dərslərini tamamladıq, paraqraf şəklində .
Azərbaycan tarixi 6-cı sinif 2. Azərbaycan ərazisində alt paleolit dövrü
Просмотров 20 тыс. 3 года назад
Müəllif: Hamlet Əliyev Qasım oğlu Azərbaycan tarixi 6-cı sinif 2. Azərbaycan ərazisində alt paleolit dövrü.
Azərbaycan tarixi 6-cı sinif 1. Azərbaycan qədim ölkədir
Просмотров 37 тыс. 3 года назад
Müəllif: Hamlet Əliyev Qasım oğlu Azərbaycan tarixi 6-cı sinif 1. Azərbaycan qədim ölkədir.
6-cı sinif Azərbaycan tarixi ÖZÜNÜ YOXLA səhifə 100
Просмотров 2,3 тыс. Месяц назад
Salla altıncı sınıf Azerbaycan tarihinden tapşırıklara çete aç selfi yüzlerce hapşırıkları sizler için izah edeceğim 1 suallerden .
Azərbaycan tarixi 6-cı sinif 17. Albaniya dövlətinin yaranması
Просмотров 21 тыс. 2 года назад
Müəllif: Əliyev Hamlet Qasım oğlu Azərbaycan tarixi 6-cı sinif 17. Albaniya dövlətinin yaranması.
Azərbaycan tarixi 6-cı sinif – kitabın tam təkrarı
Просмотров 4,4 тыс. 2 года назад
Azərbaycan tarixi 6-cı sinif təkrar Əsas yerlərin izahı Mövzuları necə öyrənməli.
Azərbaycan Tarixi 6 cı sinif – Azərbaycan Qədim ölkədir.#Dərs 1
Просмотров 3,7 тыс. 5 месяцев назад
[08.09 13:07] eLshAd: rbaycan tarixi test azərbaycan tarixi 11 ci sinif pdf azərbaycan tarixi test toplusu pdf anar isayev azərbaycan .
Azərbaycan tarixi 6-cı sinif 14. Atropatena dövləti
Просмотров 24 тыс. 2 года назад
Müəllif: Əliyev Hamlet Qasım oğlu Azərbaycan tarixi 6-cı sinif 14. Atropatena dövləti.
Azərbaycan tarixi 6-cı sinif 13. Midiya və Əhəmənilər imperiyası dövründə
Просмотров 17 тыс. 2 года назад
Müəllif: Əliyev Hamlet Qasım oğlu Azərbaycan tarixi 6-cı sinif 13. Midiya və Əhəmənilər imperiyası dövründə.
6-cı sinif Azərbaycan tarixi 2-ci dərs Azərbaycan Ərazisində Alt Paleolit dövrü
Просмотров 4,7 тыс. 9 месяцев назад
Bu sağlamaz izleyiciler 6sınıf hazır Batın tarifinden içinizi dersimize çektirir ders için Azerbaycan arasında az kalori üst ömrü .
Comments are closed, but trackbacks and pingbacks are open.