Azerbaycan Tarixi 6-cı sinif
Anaxaqanlığı ataxaqanlığı ilə əvəz olundu:
VI sinif. Azərbaycan tarixi KSQ 2
Внимание! Все тесты в этом разделе разработаны пользователями сайта для собственного использования. Администрация сайта не проверяет возможные ошибки, которые могут встретиться в тестах.
VI sinif şagirdləri Tunc dövrünə aid öz biliklərini yoxlaya bilərlər
Список вопросов теста
Вопрос 1
Tunc dövrü neçə inkişaf mərhələsindən keçmişdir?
Варианты ответов
- Eneolit, mezolit
- Alt, orta, üst
- Erkən, orta, son
Вопрос 2
Ekən Tunc dövrü adlanır:
Варианты ответов
- Kür-Araz mədəniyyəti
- Quruçay mədəniyyəti
- Buzeyr mədəniyyəti
Вопрос 3
Erkən Tunc dövründə evlər:
Варианты ответов
- dairəvi formada olur, bünövrəsi çay daşından qoyulur, divarları çiy kərpicdən hörülürdü
- Taxtadan tikilir, içərisi heyvan dəriləri ilə örtülürdü
- daşdan tikilir, suvaq vurulur, dördkünc formada olurdu
Вопрос 4
Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olundu:
Варианты ответов
- Erkən Tunc dövründə
- Orta Tunc dövründə
- Son Tunc dövründə
Вопрос 5
Əhali artmış, dağlıq və dağətəyi yerlərdə yaşamağa başlamışlar:
Варианты ответов
- Mezolit dövründə
- Erkən Tunc dövründə
- Eneolit dövründə
Вопрос 6
Anaxaqanlığı ataxaqanlığı ilə əvəz olundu:
Варианты ответов
- Erkən Tunc dövründə
- Mezolit dövründə
- Paleolit dövründə
Azerbaycan Tarixi 6-cı sinif
Nüşabə Məmmədova
Həyat bilgisi
Ümumtəhsil mekteblerinin 6-cı sinfi üçün dərslik —
Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, 88 səh.
ISBN 978-9952-404-38-8
Elmi redaktor:
ƏLİ HUSEYNOV
Pedaqoji elmlər doktoru, professor,
əməkdar müəllim
Kurkulum üzrə məslehetçi:
KÖNÜL MAHMUDOVA
Təhsil Problemleri İnstitutunun Kurikulum
Mərkezinin böyük elmi işçisi
Kitabla işləyərken, tapşırıqları həll ederkən kitabı yazmaq, kəsmək ve sairə hallara yol vermək
olmaz. Tapşırıqları dəftərinizde işləyin.
Kitabın məzmunu və tərtibatı üzrə təklif və iradlarınızı info@eastwest.az ünvana göndərə
bilersiniz.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri ve yaxud onun hər hansı hissəsini
yenidən çap etdirmək, surətini çıxartmaq, elektron informasiya vasitələri ile yaymaq qanuna
ziddir.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2013
Əliyev V., Babayev 1., Cəfərov H., Məmmədova A.
Ə56 Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik. Bakı, «Təhsil», 2013,
128 səh.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini
yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası
Təhsil Nazirliyi, 2013
§ 1. AZƏRBAYCAN QƏDİM ÖLKƏDİR
Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. İlk insan dəstələri (ulu icma)
Azərbaycan ərazisində 1,5 milyon il əvvəl meydana gəlmişdir. Alimlər Azərbaycanın Qarabağ,
Qazax, Naxçıvan, Lerik rayonlarının ərazilərində qədim insan məskənləri aşkar etmişlər. Bu
məskənlərdən qədim insanlara məxsus daş əmək alətləri, silahlar, ibtidai insanın ovladığı müxtəlif
heyvanların sümükləri tapılmışdır.
Azərbaycanın zəngin təbii şəraiti olduğundan burada çayların, göllərin kənarında, əlverişli dağ
mağaralarında ibtidai insanlar məskən salmışlar. Burada şirin su qaynaqları, bitki və heyvanat
aləmi zəngin idi. Təbii mağaralar insanları soyuqdan, küləkdən, yağışdan qoruyurdu. Ona görə də
qədim insanlar Azərbaycan ərazisində məskən salmışlar. Zaman keçdikcə onlar məişət işlərini
daha asanlıqla yerinə yetirməyi öyrənmişlər. İbtidai insanın görkəmi də dəyişmiş, tədricən müasir
insanlar formalaşmışlar. Beləliklə, Azərbaycan ərazisində ibtidai icma quruluşu yaranmışdır.
İbtidai icma quruluşunu quldarlıq, daha sonra isə feodalizm quruluşu əvəz etmişdir. Siz
Azərbaycan tarixini öyrənməyə başlayarkən əvvəlcə ibtidai icma quruluşu ilə tanış olacaq, onun
inkişaf mərhələlərini maddi və yazılı mənbələr əsasında iz- əyəcəksiniz.
Azərbaycanın qədim tarixi arxeoloji və yazılı qaynaqlar əsasında yazılmışdır. Tarixi hadisələrin
zamanını bilmədən ölkəmizin tarixi barədə ardıcıl təsəvvür yaratmaq mümkün deyil. Tarixi
hadisələrin zamanını ardıcıllıqla öyrənən köməkçi elm xronologiya adlanır. Xronologiya yunan
sözüdür. «Xronos» — zaman, «loqos» — elm deməkdir.
Tarix müəyyən bir başlanğıc anından hesablanır. Bu başlanğıc anı həqiqi və əfsanəvi tarixi hadisə
ilə bağlı ola bilər. Belə başlanğıc anı və ya nöqtəsi era adlanır. Tarixi hesablama həmin başlanğıc
nöqtəsindən həm qədimə, həm də indiki dövrə doğru aparılır. Başlanğıc nöqtəsinə qədər
hadisələrdən danışarkən «eradan (yaxud miladdan) əvvəl» sözləri işlədilir.
Hazırda dünyada xristian erasından başlayan təqvim geniş yayılmışdır. Azərbaycan
Respublikasında da bu təqvim işlədilir.
Bu təqvimin yaranması xristian dininin banisi İsa peyğəmbərin adı ilə bağlıdır. İsanın anadan
olduğu gündən başlayan era müsəlman aləmində milad (yəni «anadanolma») adlanır.
Bu, zaman oxudur. Zaman oxunun üzərində eradan əvvəlki minilliklər və əsrlər, bizim eranın
əsrləri əks olunur. Siz Azərbaycan ərazisində qədim dövrlərdə baş verən hadisələrin xronoloji
çərçivələrini bu ox vasitəsilə asanlıqla müəyyən edə biləcəksiniz.
Bir çox müsəlman ölkələrində Hicri təqvimdən istifadə olunur. Hicrat sözünün mənası «köçmək»
deməkdir. Bu təqvim İslam dininin banisi Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü
ildən başlayır. Həmin hadisə xristian erasının 622-ci ilində baş vermişdir. Hicri təqvimi ilə
başlanan vaxta Hicri era da deyilir.
SUAL VƏ TAPŞIRIQLAR
1. Azərbaycanın yerləşdiyi tarixi məkan, təbii şərait ona hansı imkanları vermişdir?
2. Xronologiyanı bilmək nə üçün lazımdır?
3. Miladi təqvim necə yaranmışdır?
4. Hicri eranın yaranması nə ilə bağlı olmuşdur?
«Azərbaycan ən qədim insan məskənlərindən biridir»
adlı hekayə qurun.
İBTİDAİ İCMA QURULUŞU
§ 2. AZƏRBAYCAN ƏRAZİSİNDƏ ƏN QƏDİM İNSAN
MƏSKƏNİ QARABAĞDADIR
Qədim insanların yaratdığı cəmiyyət ibtidai icma quruluşu adlanır. Arxeologiya* elminə görə,
ibtidai icma quruluşu şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü.
Cəmiyyət tarixinin ən qədim dövrü Daş dövrüdür. Daş dövrü üç xronoloji inkişaf mərhələsindən
keçmişdir:
Tarixdə Eneolit* dövrü adlanan bir dövr də vardır ki, bu, daş dövründən metal dövrünə keçid kimi
qiymətləndirilir.
Paleolit dövrü də üç inkişaf mərhələsindən keçmişdir: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit.
Paleolit dövrünün ilk mərhələsi Alt Paleolit adlanır. Alt Paleolit ilk insan tipinin — «bacarıqlı
insan»ın yaranması ilə başlamışdır. Paleolit dövrünün bu mərhələsi 100 min il əvvələ qədər davam
etmişdir. «Bacarıqlı insan» iki ayaq üzərində hərəkət edə bilir, sadə işlər görür və əsasən, daşdan,
ağacdan, sümükdən əmək alətləri hazırlamağı bacarırdı. Qədim insanların ilk əmək alətləri: sivri
daş, yerqazan çubuq və dəyənək olmuşdur.
*Arxeologiya (yunan sözü olub, «arxoyos» — qədim, «logos» — elm deməkdir) — insan
cəmiyyətinin tarixini maddi və yazılı mənbələr əsasında öyrənir
*Eneolit — «eneos» latınca mis, «litos» yunanca daş deməkdir.
Comments are closed, but trackbacks and pingbacks are open.