Press "Enter" to skip to content

Таълим / Образование

ümumi təhsilin idarə olunmasını;

Azərbaycan tarixi 6 sinif dərslik pdf dərs 1

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2010, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 549)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın təsdiq edilməsi haqqında [1]

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli, 72 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 278; 2005-ci il, № 8, maddə 781) qüvvədən düşmüş hesab edilsin.

3. “Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli, 72 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 4 avqust tarixli, 150 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 781) qüvvədən düşmüş hesab edilsin.

4. “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyasının (Milli Kurikulumun) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 oktyabr tarixli, 233 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 908) qüvvədən düşmüş hesab edilsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

Bakı şəhəri, 3 iyun 2010-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə

təsdiq edilmişdir. [2]

Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (bundan sonra – dövlət standartları) “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə əsasən hazırlanmışdır.

1.2. Dövlət standartları aşağıdakıları müəyyən edir:

1.2.1. ümumi təhsilin məzmununu;

1.2.2. ümumi təhsilin idarə olunmasını;

1.2.3. ümumi təhsilin maddi-texniki və tədris bazasını;

1.2.4. ümumi təhsilin infrastrukturunu;

1.2.5. ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;

1.2.6. ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini;

1.2.7. ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələri;

1.2.8. ümumi təhsilin səviyyələrində tədris edilən məşğələ və fənləri;

1.2.9. məktəbəhazırlıqda, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris edilən məşğələ və fənlər üzrə ümumi təlimin nəticələrini;

1.2.10. tam orta təhsil səviyyəsində təhsilin təşkilini;

1.2.11. ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarını;

1.2.12. ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələbləri;

1.2.13. ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemini.

1.3. Dövlət standartları məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə məzmun standartlarının və kurikulumların hazırlanmasında əsas götürülür.

1.4. Dövlət standartları 5 il müddətinə qüvvədədir.

2. Ümumi təhsilin məzmunu

2.1. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:

2.1.1. fərdin, dövlətin, cəmiyyətin dövrə uyğun sosial sifarişinin, maraq və tələbatlarının nəzərə alınması;

2.1.2. təhsilalanların yaşına, fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq, onların əqli, fiziki, mənəvi, estetik inkişafının, müstəqil əmək və təhsil həyatına hazırlanmasının, cəmiyyətin fəal və təşəbbüskar üzvü kimi formalaşdırılmasının təmin olunması;

2.1.3. təhsilalanların zəruri nəzəri və praktik biliklərlə yanaşı, şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş səriştələrə yiyələnməsinin prioritet hesab edilməsi;

2.1.4. ümumi təhsil pilləsində formalaşdırılmış səriştələrin müstəqil həyatda təhsilalanlar üçün faydalı olmasının təmin edilməsi;

2.1.5. potensialın reallaşdırılması və inkişafı üçün etibarlı zəmin yaradılması.

2.2. Ümumi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanır.

2.3. Ümumi təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, milli və ümumbəşəri mənəvi dəyərlərə zidd olan, elmi cəhətdən təsdiqini tapmayan, mübahisə doğuran, habelə məzmunu ağırlaşdıran az əhəmiyyətli, ikinci dərəcəli məsələlərin daxil edilməsi yolverilməzdir.

3. Ümumi təhsilin idarə olunması

3.1. Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Təhsil müəssisəsinin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılması idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri hesab olunur.

3.2. Hesabatlılıq müəssisənin fəaliyyətində iştirak edən hər bir kollektiv üzvünün qarşılıqlı hesabatvermə yolu ilə tapşırılmış iş sahəsində cavabdehliyini və vəzifə məsuliyyətini təmin edir.

3.3. Məsuliyyətin bölüşdürülməsi idarəolunma prosesində demokratiklik, şəffaflıq və sistemlilik yaratmaqla, nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin tətbiqinə xidmət göstərir.

3.4. İnkişafın monitorinqi həyata keçirilən fəaliyyətlərin məqsədəuyğunluğunun aşkara çıxarılması, şagird nailiyyətlərinin və pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənilməsi yolu ilə perspektivlərin müəyyənləşdirilməsini, habelə zəruri hallarda idarəetmə sistemində müvafiq dəyişikliklərin aparılmasını təmin edir.

3.5. Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.

3.6. Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. Bununla yanaşı, idarəetmədə demokratikliyi və şəffaflığı daha yüksək səviyyədə təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar (himayəçilər) şurası, metodik şura, valideyn-məktəb assosiasiyası, valideyn komitəsi, uşaq parlamenti və s.) yaradıla bilər.

3.7. Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən olunmuş qaydada vəzifəyə təyin edilmiş direktor həyata keçirir.

4. Ümumi təhsilin maddi-texniki və tədris bazası

4.1. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, tibb otağı, bufet və ya yeməkxana, təhsilalanlar və təhsilverənlər üçün mebel avadanlığı, informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitlər, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu və tədris-təcrübə sahəsi daxildir.

5. Ümumi təhsilin infrastrukturu

5.1. Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı binalar və qurğular, sadə idman, təlim meydançaları və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri və internet xidməti daxildir.

5.2. Ümumi təhsil müəssisələrinin infrastrukturu qəbul edilmiş standartlara cavab verməli və əlilliyi olan şəxslər üçün əlçatan olmalıdır.

6. Ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri

6.1. Ümumi təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müəyyən edilmiş qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

6.2. Zəruri hallarda ucqar yaşayış ərazilərindəki ümumi təhsil müəssisələrində ixtisaslı pedaqoji kadr çatışmadıqda, məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir.

6.3. Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:

6.3.1. ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə;

6.3.2. uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına;

6.3.3. əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;

6.3.4. əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına;

6.3.5. öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına;

6.3.6. ədalətlilik, məsuliyyətlilik və cavabdehlik keyfiyyətlərinə;

6.3.7. işlədiyi məktəbdə, ictimaiyyət arasında hörmətə və nüfuza;

6.3.8. yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyətinə.

7. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi

7.1. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üçün təsdiq olunmuş təhsil proqramları üzrə qazandıqları təlim nailiyyətlərinin səviyyəsi ilə müəyyən edilir.

8. Ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələr

8.1. Səriştə təhsil prosesində və həyatda mənimsənilmiş, hər hansı bir fəaliyyət sahəsi, eləcə də şəxsi inkişaf, sosiallaşma və cəmiyyətə inteqrasiya, məşğulluq, ömürboyu təhsil üçün zəruri olan bilik, bacarıq, yanaşma və dəyərlər məcmusudur. Səriştələr ümumi təhsil səviyyəsində tədris olunan fənlər və dərsdənkənar məşğələlər vasitəsilə formalaşdırılır.

8.2. Ümumi təhsil pilləsində formalaşdırılan səriştələr aşağıdakı təsnifata uyğun və cədvəldə qeyd olunan təhsil səviyyələri üzrə qruplaşdırılır:

8.2.1. təfəkkürlə bağlı səriştələr – yaradıcılıq (kreativlik), tənqidi təfəkkür, problem həlletmə, qərar qəbuletmə, müstəqil öyrənmə;

8.2.2. fəaliyyətlə bağlı səriştələr – ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlılıq, informasiya savadlılığı, maliyyə savadlılığı;

8.2.3. dəyərlər – milli kimliyin dərki və milli iftixar hissi, fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət.

Təsnifat

Səriştələr

Məktəbə-hazırlıqda

İbtidai təhsil səviyyəsində

Ümumi orta təhsil səviyyəsində

Tam orta təhsil səviyyəsində

yaradıcılıq (kreativlik)

əşyalardan qeyri-adi formada istifadə edir

mövcud olanlara orijinal əlavələr və düzəlişlər edir

qeyri-standart yanaşma nümayiş etdirir

innovativ layihələr hazırlayır

tənqidi təfəkkür

bildiyi və yeni informasiya arasında eyniliyi və fərqləri müəyyənləşdirir

fikrini əsaslandırmağı bacarır

təhlil edilən məsələlərdə uyğunsuzluqları və ziddiyyətləri müəyyən edir

qiymətləndirmə zamanı dəlillərə və dəyərlərə əsaslanır

problem həlletmə

problemin həlli ilə bağlı ehtimallar irəli sürə bilir

problemin həlli üçün alqoritmlər qurur

problemin optimal

həlli yollarını müəyyən edir

problemli situasiyalarda emosional sabitlik nümayiş etdirir, problemi konstruktiv şəkildə həll edir

qərar qəbuletmə

qərar qəbuletmədə iştirak edir

qərarlarının müsbət və mənfi nəticələrini proqnozlaşdırır

qərar qəbulunda prioritetlərə əsaslanır

əsaslandırılmış qərarlar qəbul edir və nəticəsi üçün məsuliyyət daşıyır

müstəqil öyrənmə

müstəqil öyrənməyə maraq nümayiş etdirir

öyrənmə mənbələrini (müşahidə, insanlar, kitablar, internet və s.) ayırd edir

öz öyrənmə fəaliyyətini müəyyənləşdirə, istiqamətləndirə, tamamlaya bilir

öz öyrənmə fəaliyyətinin keyfiyyətini qiymətləndirir

ünsiyyət etiketlərinə riayət edir

öz fikirlərini ifadə etməyi və digərlərini dinləməyi bacarır

ana dilində və xarici dildə ünsiyyət qurur

ana dilində və xarici dildə fikirlərə münasibət bildirir, mülahizələrini əsaslandırır

kollektiv fəaliyyətdə iştirak qaydalarına bələddir

kollektivdə işləməyi bacarır

kollektivin ortaq məqsədləri üçün çalışır

kollektivdə birgə fəaliyyət və liderlik bacarıqları nümayiş etdirir

rəqəmsal savadlılıq

informasiya-kommunikasiya texnologiyalarını (İKT) tanıyır və fərqləndirir

İKT-dən ilkin

istifadə bacarıqları nümayiş etdirir

İKT-nin imkanlarından məqsədyönlü istifadə edir

cəmiyyətin həyatında İKT-nin əhəmiyyətini dəyərləndirir, fəal istifadəçi bacarıqları nümayiş etdirir

informasiya savadlılığı

informasiya barədə ilkin biliklərə malikdir

informasiya axtarmağın və toplamağın yollarını bilir

informasiyanın xassələrini nəzərə almaqla, onu emal və istifadə edir

informasiyadan fəaliyyətində məqsədyönlü istifadə edir

maliyyə savadlılığı

pul və qənaət barədə məlumatlıdır

şəxsi büdcəsindən səmərəli istifadə edir

səmərəli istehlak davranışı nümayiş etdirir, resurslardan qənaətlə

istifadə edir

iqtisadi layihələr qurur, sahibkarlıq ideyaları irəli sürür

milli kimliyin dərki və milli iftixar hissi

dövlət rəmzlərini tanıyır

dövlət rəmzlərinə hörmət nümayiş etdirir

azərbaycançılıq ideyalarını mənimsədiyini nümayiş etdirir

azərbaycançılıq ideyalarını təbliğ edir

fəal vətəndaş mövqeyi

yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır

dövlət və dövlətçilik ənənələri barədə məlumatlıdır

dövlət maraqlarının müdafiəsində öz rolunu dərk edir

dövlət maraqlarını müdafiə edir

şəxsi və sosial məsuliyyət

davranış mədəniyyəti haqqında məlumatlıdır

şəxsi məsuliyyətini dərk edir

şəxs-cəmiyyət münasibətlərini şərh edir, cəmiyyət qarşısında məsuliyyətini dəyərləndirir

cəmiyyət qarşısında məsuliyyətini şərh edir, sosial layihələrdə iştirak edir, könüllülük fəaliyyəti ilə məşğul olur

demokratiya və insan hüquqlarına hörmət

insan hüquqları barədə təsəvvürə malikdir

öz hüquqlarını və vəzifələrini bilir, digər insanların hüquq və vəzifələrinə hörmət nümayiş etdirir

insan hüquq və azadlıqlarının mahiyyətini dərk edir

insan hüquq və azadlıqlarını müdafiə edir

mədəni müxtəlifliyə hörmət

mədəni müxtəliflik barədə məlumatlıdır

mədəni müxtəlifliyi (müxtəlif etnik qruplar, dillər, dinlər, irqlərə mənsub insanlar) qəbul edir

birgə yaşayış qaydalarına əməl edir

ayrı-seçkiliyin yolverilməzliyini əsaslandırır

9. Ümumi təhsilin səviyyələrində tədris edilən məşğələ və fənlər

9.1. Məktəbəhazırlıqda:

“Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”.

9.2. İbtidai təhsil səviyyəsində:

“Azərbaycan dili” (tədris Azərbaycan dilində olan məktəblərdə), tədris digər dillərdə olan məktəblərdə müvafiq dil, “Azərbaycan dili – dövlət dili kimi” (tədris digər dillərdə olan məktəblərdə), “Xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Fiziki tərbiyə”, “Musiqi” və “Təsviri incəsənət”.

9.3. Ümumi orta təhsil səviyyəsində:

“Azərbaycan dili” (tədris Azərbaycan dilində olan məktəblərdə), tədris digər dillərdə olan məktəblərdə müvafiq dil, “Azərbaycan dili-dövlət dili kimi” (tədris digər dillərdə olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “İkinci xarici dil” (tədris Azərbaycan dilində olan məktəblərdə), “Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Təbiət”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Texnologiya”, “Fiziki tərbiyə”, “Musiqi” və “Təsviri incəsənət”.

9.4. Tam orta təhsil səviyyəsində:

9.4.1. təmayül siniflərində – təmayül fənləri [1] , tədris dili, “Azərbaycan dili – dövlət dili kimi” (tədris digər dillərdə olan məktəblərdə), “Xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Fiziki tərbiyə” və “Çağırışaqədərki hazırlıq”;

9.4.2. qeyri-təmayül siniflərində – “Azərbaycan dili” (tədris Azərbaycan dilində olan məktəblərdə),tədris digər dillərdə olan məktəblərdə müvafiq dil, “Azərbaycan dili – dövlət dili kimi” (tədris digər dillərdə olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “İkinci xarici dil” (tədris Azərbaycan dilində olan məktəblərdə), “Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə” və “Çağırışaqədərki hazırlıq”.

9.5. Ümumi təhsilin səviyyələrində nəzərdə tutulmuş fənlərin siniflər üzrə tədrisi hər dərs ili üçün təsdiq edilən tədris planları ilə tənzimlənir.

9.6. Azsaylı xalqların kompakt yaşadığı bölgələrdə valideynlərin arzusu və razılığı olduğu halda, həmin azsaylı xalqın dili tədris edilir.

9.7. İstedadlı şagirdlərdən komplektləşdirilmiş ümumi təhsil müəssisələrinin (lisey, gimnaziya və s.) tədris planlarında təhsilalanların seçdikləri istiqamət üzrə bilik və bacarıqlarının, potensial imkanlarının, ümumi dünyagörüşünün inkişafına yönəldilmiş xüsusi proqramlar nəzərdə tutulur.

9.8. İqtisadi və maliyyə savadlılığı, mənəviyyat, insan hüquq və azadlıqları, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə bilik və bacarıqların mənimsənilməsinin təmin edilməsi həmçinin müvafiq dərsdənkənar məşğələlər vasitəsilə də həyata keçirilə bilər.

10. Məktəbəhazırlıqda, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris edilən məşğələ və fənlər üzrə ümumi təlim nəticələri

10.1. Məktəbəhazırlıqda:

10.1.1. verilmiş mövzu ətrafında danışır, özü, ailəsi və Vətəni haqqında kiçik təqdimatlar edir;

10.1.2. ətrafda baş verən hadisələrə münasibət bildirir, kiçik şifahi mətnlər qurur;

10.1.3. hərfləri tanıyır, kəsmə əlifbadakı hərflərdən istifadə edərək sözlər yaradır;

10.1.4. əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir;

10.1.5. həndəsi fiqurları adlandırır, müqayisə edir və onlardan aidiyyəti üzrə istifadə edir;

10.1.6. sadə kompozisiyalar qurur, təsvir prosesində rəng çalarlarından istifadə edir;

10.1.7. ifaçılıq bacarıqları nümayiş etdirir;

10.1.8. birgə fəaliyyət və ünsiyyət etiketlərinə, gigiyena qaydalarına riayət edir;

10.1.9. müəyyən olunmuş fiziki hərəkətləri yerinə yetirir.

10.2. İbtidai təhsil səviyyəsində:

10.2.1. tədris dilləri (Azərbaycan dili və digər dillər) üzrə:

1. müvafiq qaydalar əsasında oxuyur;

2. nitq etiketlərinə və dil qaydalarına əməl edir;

3. oxuduqlarına və dinlədiklərinə münasibət bildirir;

4. kiçikhəcmli sadə mətnlər qurur;

5. fikirlərini şifahi və yazılı ifadə edir;

10.2.2. “Azərbaycan dili – dövlət dili kimi” fənni üzrə:

1. mövcud tələblər daxilində oxuyur və yazır;

2. oxuduğu, dinlədiyi və müşahidə etdikləri barədə danışır;

3. kiçikhəcmli sadə mətnlər tərtib edir;

10.2.3. “Xarici dil” fənni üzrə:

1. kiçikhəcmli sadə mətnləri oxuyub anladığını nümayiş etdirir;

2. dinlədiyini və müşahidə etdiklərini izah edir;

3. öyrəndiklərini şifahi və yazılı ifadə edir;

4. lüğət ehtiyatından və müvafiq nitq etiketlərindən istifadə edərək ünsiyyət qurur;

10.2.4. “Riyaziyyat” fənni üzrə:

1. ədədlər üzərində sadə hesab əməllərini yerinə yetirir;

2. təyinatına görə kəmiyyətlərdən (uzunluq, sahə, həcm, kütlə, zaman) istifadə edir;

3. müstəvi fiqurlar üzərində ölçmə və hesablamalar aparır;

4. məlumatlar toplayır, təhlil edir, nəticələri riyazi modelləşmə ilə ifadə edir;

5. həyati hadisələrlə bağlı ehtimallarını bildirir;

10.2.5. “İnformatika” fənni üzrə:

1. informasiya (formaları, mənbələri, xassələri, ötürülmə vasitələri) haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir;

2. kompüterdə sadə əməliyyatlar icra edir;

3. sadə alqoritmlər qurur;

10.2.6. “Həyat bilgisi” fənni üzrə:

1. Vətən, dövlət rəmzləri, uşaq hüquqları barədə biliklərə, mənəvi-əxlaqi dəyərlərə malik olduğunu nümayiş etdirir;

2. ətraf aləmdə baş verən hadisələri müşahidə edir və onlara münasibət bildirir;

3. məişətdə, gündəlik fəaliyyətdə və fövqəladə hadisələr zamanı həyat və sağlamlığın mühafizəsi ilə bağlı zəruri təhlükəsizlik qaydalarını izah edir;

4. iqtisadi bilik və bacarıqlara (qənaət, səmərəli istifadə və s.) malik olduğunu nümayiş etdirir;

10.2.7. “Texnologiya” fənni üzrə:

1. materialları müqayisə edir və çeşidləyir;

2. müvafiq texnologiyalardan istifadə etməklə məmulatlar hazırlayır;

3. məişət xidmətlərini yerinə yetirir;

4. təhlükəsizlik və gigiyena qaydalarına əməl edir;

5. sadə model və layihələr hazırlayır;

10.2.8. “Fiziki tərbiyə” fənni üzrə:

1. hərəkət komplekslərini nümunələrə və normativlərə uyğun icra edir;

2. mütəhərrik və idman oyunlarında qaydalara əməl edir;

3. təhlükəsizlik və orqanizmi möhkəmləndirmək qaydalarına riayət edir;

10.2.9. “Musiqi” fənni üzrə:

1. ifa qaydalarına əməl edir;

2. musiqi alətlərini fərqləndirir;

3. musiqi əsərlərini xarakterinə görə fərqləndirir;

4. musiqi notlarını adlandırır və oxuyur;

5. Azərbaycanın görkəmli musiqi xadimlərini və onların məşhur əsərlərini tanıdığını nümayiş etdirir;

10.2.10. “Təsviri incəsənət” fənni üzrə:

1. həyati görüntüləri praktik yolla təsvir edir;

2. əşya və hadisələrin təsvirində uyğun rəng və rəng çalarlarından istifadə edir;

3. kompozisiyalar qurur, tərtibat xarakterli işlər yerinə yetirir;

4. Azərbaycanın görkəmli təsviri sənət xadimlərini tanıdığını nümayiş etdirir.

10.3. Ümumi orta təhsil səviyyəsində:

10.3.1. tədris dilləri (Azərbaycan dili və digər dillər) üzrə:

1. mətnin üslubuna uyğun oxu texnikası tətbiq edir;

2. nitqində dil qaydalarına əməl edir;

3. oxuduğuna və dinlədiklərinə münasibətini əsaslandırır;

4. müxtəlif tipdə və formada mətnlər qurur, yaradıcı yazılar yazır;

5. əməli yazı nümunələri hazırlayır;

10.3.2. “Azərbaycan dili – dövlət dili kimi” fənni üzrə:

1. oxu və yazı qaydalarına riayət edir;

2. oxuduğunu, dinlədiyini və müşahidə etdiklərini şərh edir;

3. fikirlərini ardıcıl və aydın ifadə edir;

4. müxtəlif formada mətnlər qurur;

10.3.3. “Ədəbiyyat” fənni üzrə:

1. bədii mətnləri hissi-emosional xüsusiyyətlərinə görə ifadəli oxuyur;

2. oxuduğu ədəbi nümunələri təhlil edir;

3. yazılı və şifahi ədəbiyyatın, ədəbi janrların səciyyəvi cəhətlərini izah edir;

4. bədii mətnlərdəki ideyanı milli-mənəvi və ümumbəşəri dəyərlərlə əlaqələndirir;

5. yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir;

6. görkəmli ədəbi simalar və əsərlər haqqında məlumatlı olduğunu nümayiş etdirir;

10.3.4. “Xarici dil” fənni üzrə:

1. müxtəlif mətnləri oxuyub anladığını nümayiş etdirir;

2. dinlədiyinə və müşahidə etdiklərinə münasibət bildirir;

3. fikirlərini şifahi və yazılı ifadə edir;

4. öyrəndiyi dildə ünsiyyətqurma bacarıqları nümayiş etdirir;

10.3.5. “İkinci xarici dil” fənni üzrə:

1. oxuduğu mətnləri və dinlədiklərini anladığını nümayiş etdirir;

2. müşahidə etdiklərini şifahi şərh edir;

3. sadə yazılı mətnlər qurur;

4. sadə ünsiyyət bacarıqları nümayiş etdirir;

10.3.6. “Riyaziyyat” fənni üzrə:

1. riyazi alqoritmlər üzrə şifahi və yazılı hesablamalar aparır;

2. kəmiyyətlər arasındakı funksional asılılığı müəyyənləşdirir və riyazi dillə ifadə edir;

3. müstəvi və fəza fiqurlarının xassələrini tətbiq edir, həndəsi ölçmələr və qurmalar aparır;

4. müxtəlifməzmunlu məlumatlar toplayır, onları təhlil edərək sistemləşdirir, nəticələrini riyazi dildə təqdim edir;

5. ehtimal və proqnozlar irəli sürür, mülahizələrini əsaslandırır;

10.3.7. “İnformatika” fənni üzrə:

1. informasiyanı toplayır, emal edir və məqsədyönlü istifadə edir;

2. standart riyazi alqoritmləri tətbiq edir, həyati məsələlərin alqoritmik həllini təqdim edir;

3. proqramlaşdırma dillərindən istifadə edir;

4. internet xidmətlərindən (servislərindən) istifadə edir;

10.3.8. “Azərbaycan tarixi” fənni üzrə:

1. tarixi hadisələrin mahiyyətini izah edir, onların başvermə səbəblərinə və nəticələrinə münasibət bildirir;

2. tarixi dövrləri fərqləndirir və dünya ölkələrinin müvafiq dövrləri ilə müqayisə etməklə şərh edir;

3. dünya mədəniyyətinin inkişafında Azərbaycanın rolunu və mövqeyini izah edir;

4. insan hüquqları kontekstində Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını şərh edir;

5. Azərbaycan tarixinin görkəmli şəxsiyyətləri və tarixi abidələri haqqında məlumatlı olduğunu nümayiş etdirir;

10.3.9. “Ümumi tarix” fənni üzrə:

1. tarixi proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini izah edir;

2. ayrı-ayrı dövlətləri dünya mədəniyyətinin inkişafındakı roluna görə fərqləndirir;

3. tarixi dövrlər üzrə ictimai, iqtisadi, siyasi, dini və mədəni prosesləri müqayisə edir və dəyərləndirir;

10.3.10. “Təbiət” fənni üzrə:

1. canlı və cansız təbiətin xüsusiyyətlərini şərh edir;

2. təbiətdə baş verən hadisə və prosesləri fərqləndirir;

3. insanın təbiətə təsiri nəticəsində yaranan problemlərin həllinə, ətraf mühitin qorunmasına dair mülahizələrini bildirir;

10.3.11. “Fizika” fənni üzrə:

1. fiziki hadisələri müşahidə edir, təcrübələr aparır, nəticələri ümumiləşdirir və mülahizələr irəli sürür;

2. təbiət hadisələrinin başvermə səbəblərini müvafiq fiziki qanunlar əsasında şərh edir;

3. fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda istifadə edir;

4. fizika elminin həyatla əlaqəsini şərh edir;

10.3.12. “Kimya” fənni üzrə:

1. maddələri tərkibinə və quruluşuna görə fərqləndirir;

2. xassələrinə görə maddələrin tətbiq sahələrini izah edir;

3. maddələrdə baş verən dəyişikliklərin səbəblərini və nəticələrini şərh edir;

10.3.13. “Biologiya” fənni üzrə:

1. canlıları xüsusiyyətlərinə görə müqayisə edir;

2. canlılarda baş verən dəyişiklikləri müşahidə edir, nəticələri ümumiləşdirir və onları şərh edir;

3. canlıların quruluşunu və onlarda gedən bioloji prosesləri izah edir;

4. ətraf aləmin və sağlamlığın qorunması yollarını şərh edir, mülahizələr irəli sürür;

10.3.14. “Coğrafiya” fənni üzrə:

1. coğrafi hadisə və proseslərin mahiyyətini izah edir;

2. kartoqrafik bacarıqlar nümayiş etdirir;

3. coğrafi hesablamaların nəticələrinin tətbiq sahələrini şərh edir;

4. ölkənin coğrafi xüsusiyyətlərini və iqtisadi inkişaf potensialını şərh edir;

10.3.15. “Texnologiya” fənni üzrə:

1. texniki və texnoloji bilikləri, qrafik bacarıqları tətbiq edir;

2. becərmə, bəsləmə, tədarük və emaletmə bacarıqları nümayiş etdirir;

3. məişət mədəniyyəti nümayiş etdirir;

4. əmək təhlükəsizliyi qaydalarına riayət edir;

5. model və layihələr hazırlayır;

10.3.16. “Fiziki tərbiyə” fənni üzrə:

1. hərəki qabiliyyətlər üzrə normativləri yerinə yetirir;

2. hərəki qabiliyyətləri inkişaf etdirən hərəkətləri seçir və onlardan məqsədli istifadə edir;

3. hərəki fəaliyyət zamanı təhlükəsizlik qaydalarına və tibbi-gigiyenik tələblərə əməl edir;

4. fərdi və komanda oyunlarında psixoloji dayanıqlılıq, dözümlülük, ümumi mənafeyə xidmət keyfiyyətləri nümayiş etdirir;

10.3.17. “Musiqi” fənni üzrə:

1. fərdi, qrup və kollektiv şəkildə ifa bacarıqları nümayiş etdirir;

2. musiqi alətlərini və musiqi kollektivlərini fərqləndirir;

3. musiqi əsərlərini janr və melodik xüsusiyyətlərinə görə fərqləndirir;

4. musiqi melodiyalarını notla ifa edir;

5. görkəmli musiqi xadimləri və məşhur musiqi əsərlərini tanıdığını nümayiş etdirir;

10.3.18. “Təsviri incəsənət” fənni üzrə:

1. həyati görüntüləri real və abstrakt tərzdə təsvir edir;

2. təsviri sənət növlərini fərqləndirir;

3. bədii tərtibat və dizayn bacarıqları nümayiş etdirir;

4. görkəmli təsviri sənət xadimlərini və məşhur təsviri sənət əsərlərini tanıdığını nümayiş etdirir.

10.4. Tam orta təhsil səviyyəsində:

10.4.1. tədris dilləri (Azərbaycan dili və digər dillər) üzrə:

1. nitqində ədəbi dil normalarına riayət edir;

2. oxuduğu və dinlədiyi mətnləri ideya və üslub baxımından təhlil edir;

3. verilmiş mətnləri dil və üslub cəhətdən təkmilləşdirir;

4. əməli yazı nümunələri üzrə praktik bacarığa yiyələndiyini nümayiş etdirir;

10.4.2. “Azərbaycan dili – dövlət dili kimi” fənni üzrə:

1. nitqində ədəbi dilin normalarına riayət edir;

2. oxuduğu, dinlədiyi və müşahidə etdikləri ilə bağlı mülahizələr irəli sürür;

3. müxtəlif üslublarda yazılı mətnlər qurur;

10.4.3. “Ədəbiyyat” fənni üzrə:

1. bədii əsərlərin təhlili əsasında müqayisə və ümumiləşdirmələr aparır, rəy və mülahizələr irəli sürür;

2. müxtəlif janrlarda yazılmış əsərləri fərqləndirir və səciyyəvi cəhətlərini şərh edir;

3. ədəbi simalara və onların yaradıcılığına yaşadıqları dövrdəki ictimai-siyasi və əxlaqi-etik dəyərlər zəminində münasibət bildirir;

4. müxtəlif ədəbi üslublarda yaradıcı yazılar yazır;

5. ədəbi simalar, əsərlər, ədəbi hadisələr və dövrlər haqqında məlumatlı olduğunu nümayiş etdirir;

10.4.4. “Xarici dil” fənni üzrə:

1. müxtəlif üslublu mətnləri oxuyub anlayır, mətnə münasibət bildirir;

2. dinlədiyi və müşahidə etdikləri barədə fikirlərini spontan (hazırlıqsız) ifadə edir;

3. mətnqurma bacarıqları nümayiş etdirir;

4. öyrəndiyi dildə sərbəst ünsiyyət qurur;

10.4.5. “İkinci xarici dil” fənni üzrə:

1. oxuduğu və dinlədiyi mətnlərin məzmununu şərh edir;

2. müşahidə etdiklərini şifahi və yazılı şərh edir;

3. sadə mətnqurma bacarıqları nümayiş etdirir;

4. öyrəndiyi dildə ünsiyyət qurur;

10.4.6. “Riyaziyyat” fənni üzrə:

1. alqoritmlər qurur, nəticələrini dəyərləndirir;

2. problem həllində funksional asılılıqlardan və onların müxtəlif formada ifadələrindən istifadə edir;

3. fəza təsəvvürlərindən müxtəlif təsvirlərin yaradılmasında istifadə edir;

4. ətraf aləmdəki qanunauyğunluqları ehtimal və statistika əsasında izah edir, hadisələrin ehtimalını hesablayır və onların baş verməsi haqqında proqnozlar irəli sürür;

5. mühakimələrini riyazi faktlarla əsaslandırır, isbat olunmuş təklifi ehtimal və fərz olunandan fərqləndirir;

10.4.7. “İnformatika” fənni üzrə:

1. müxtəlif əməliyyat sistemlərində və tətbiqi proqramlarda işləyir;

2. sadə proqramlar hazırlayır;

3. informasiya cəmiyyətinin formalaşdırılmasının əhəmiyyətini dəyərləndirir;

10.4.8. “Azərbaycan tarixi” fənni üzrə:

1. Azərbaycan tarixində və müasir dövrdə baş verən əlamətdar hadisələri şərh edir, onlara münasibət bildirir;

2. Azərbaycan tarixində baş verən əsas hadisə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və onlara münasibət bildirir;

3. tarixi hadisələrlə bağlı fərziyyə və mülahizələr irəli sürür, proqnozlar verir;

4. Azərbaycan cəmiyyətində hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət azadlığı və s.) reallaşmasına münasibət bildirir;

5. tarixi məlumatları toplayır, sistemləşdirir, təhlil edir və nəticələrini dəyərləndirir;

10.4.9. “Ümumi tarix” fənni üzrə:

1. müxtəlif tarixi dövrlərdə baş vermiş hadisələrin oxşar və fərqli cəhətlərinin mahiyyətini izah edir;

2. aparıcı dünya dövlətlərindəki tarixi hadisə və prosesləri, müxtəlif sahələr üzrə inkişaf tendensiyalarını müqayisə edir və müvafiq dəyərləndirmə aparır;

3. sivilizasiyanın inkişafında islahat və inqilabların roluna münasibət bildirir;

10.4.10. “Fizika” fənni üzrə:

1. fiziki qanun və qanunauyğunluqların mahiyyətini və xüsusiyyətlərini izah edir;

2. fiziki qanunların tətbiqi sahələrini şərh edir;

3. təcrübi və fikri eksperimentlərin nəticələrini dəyərləndirir;

10.4.11. “Kimya” fənni üzrə:

1. kimyəvi qanun və qanunauyğunluqların mahiyyətini izah edir;

2. maddələrin tətbiq sahələrini proqnozlaşdırır;

3. ekoloji problemlərin həllində kimyanın rolunu dəyərləndirir;

10.4.12. “Biologiya” fənni üzrə:

1. canlıların quruluşunu və bioloji proseslərin qanunauyğunluqlarını şərh edir;

2. canlıların bir-biri ilə və cansız aləmlə qarşılıqlı əlaqəsini şərh edir;

3. ekoloji problemlərin həlli və sağlamlığın mühafizəsi yolları ilə bağlı mülahizələr irəli sürür;

10.4.13. “Coğrafiya” fənni üzrə:

1. coğrafi hadisə və prosesləri əlaqələndirir;

2. fiziki-coğrafi və iqtisadi-coğrafi qanunauyğunluqları şərh edir;

3. müxtəlifməzmunlu kartoqrafik vasitələr tərtib edir;

4. coğrafi məlumatların müqayisəli təhlilini aparır və proqnozlar verir;

5. geosiyasi dəyişiklikləri təhlil edir, ümumiləşdirmələr aparır, bu dəyişikliklərin ölkəyə təsiri barədə mülahizələr irəli sürür;

10.4.14. “Fiziki tərbiyə” fənni üzrə:

1. hərəkət komplekslərini müstəqil icra edir;

2. qabiliyyətlərin inkişafı üçün zəruri metodlar seçir və tətbiq edir;

3. hərəkətlərin əlverişli icra üsullarını tətbiq edir;

4. hərəki fəaliyyət zamanı təhlükəsizlik qaydalarına və tibbi-gigiyenik tələblərə əməl edir;

5. idman etikasına riayət edir;

10.4.15. “Çağırışaqədərki hazırlıq” fənni üzrə:

1. hərbi texnikaları, silah və sursatları fərqləndirir, onlardan istifadə qaydalarını izah edir;

2. hərbi texnika, silah və sursatlarla təhlükəsiz davranış qaydalarına riayət edir;

3. sıra təlimi, taktiki hazırlıq, mülki müdafiə və tibbi yardım üzrə bacarıqlara yiyələndiyini nümayiş etdirir;

4. Azərbaycanın hərb tarixi, ənənələri, qonşu dövlətlərin orduları haqqında məlumatlara malik olduğunu nümayiş etdirir.

11. Tam orta təhsil səviyyəsində təhsilin təşkili

11.1. Tam orta təhsil səviyyəsində təhsil aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

11.1.1. mövcud qanunvericiliyə uyğun olaraq, meyil və maraqları, potensial imkanları nəzərə alınmaqla şagirdlər üçün müxtəlif təmayül istiqamətləri üzrə;

11.1.2. təmayülləşmə tətbiq olunmayan istiqamət üzrə.

11.2. Bu və ya digər təmayül istiqamətlərinə daxil olan təmayül fənlərinin və başqa fənlərin məzmunu varislik prinsipi əsasında icbari ümumi orta təhsil səviyyəsi üzrə müvafiq fənn kurikulumlarında təsbit olunmuş ümumi təlim nəticələri mövcud tələbata uyğun inkişaf etdirilməklə müəyyənləşdirilir və mahiyyət etibarilə şagirdlərin ali təhsil pilləsində təhsil almaq imkanlarının reallaşdırılmasına yönəldilir.

11.3. Hər bir təmayül fənninin məzmunu şagirdlərin həmin fənn üzrə biliklərinin dərinləşməsinə, dünyagörüşünün genişlən-məsinə, ünsiyyət, idraki, sosial və digər həyati bacarıqların təkmilləşdirilməsinə xidmət edir.

11.4. Təmayülləşmə tətbiq olunmayan istiqamət üzrə təşkil edilən tam orta təhsilin məzmunu icbari ümumi orta təhsil səviyyəsini bitirən şagirdlərin əldə etdikləri zəruri bilik və həyati bacarıqların təkmilləşdirilməsinə, onların cəmiyyətə çevik inteqrasiyasına və malik olduqları potensiala uyğun müvafiq peşələrə istiqamətləndirilməsinə xidmət edir.

11.5. Təmayül və qeyri-təmayül istiqamətləri üzrə nümunəvi tədris planlarındakı fənlərin məzmunu müvafiq tədris proqramları ilə müəyyən olunur.

12. Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarı

Tədris dilləri

Məktəbəhazırlıq

İbtidai təhsil səviyyəsi, I-IV siniflər

Ümumi orta təhsil səviyyəsi, V-IX siniflər

Tam orta təhsil səviyyəsi, X-XI siniflər

Yekun, I-XI siniflər

Azərbaycan dili

Digər dillər

Qeydlər:

1. Dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz.

2. Zəruri hallarda dərsdənkənar məşğələ saatlarından fənnin (fənlərin) tədrisinə ayrıla bilər.

3. Məktəbəhazırlıqda 1 məşğələ saatı 30 dəqiqədir.

12.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla komplektləşdirilir.

12.2. Ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.

12.3. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

12.4. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, siniflər bu dövlət standartlarının müvafiq olaraq 12.1-ci, 12.2-ci və 12.3-cü bəndləri ilə müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.

13. Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər

13.1. Ümumi təhsil sistemində təlim-tərbiyə prosesinin təşkili öyrədənlərlə öyrənənlər arasında “subyekt-subyekt” prinsipinə uyğun qarşılıqlı əməkdaşlıq əsasında aşağıdakı tələblər nəzərə alınmaqla qurulur:

13.1.1. pedaqoji prosesin tamlığı – təhsil məqsədlərinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıması;

13.1.2. təhsildə bərabər imkanların yaradılması – müəssisənin təhsil infrastrukturuna uyğun olaraq, təhsilalanlar üçün eyni təlim şəraitinin təmin edilməsi, təhsil prosesinin şagirdlərin meyil-marağı və potensial imkanları nəzərə alınmaqla tənzimlənməsi;

13.1.3. şəxsiyyətyönümlülük – təhsilalanların idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə, onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması;

13.1.4. şagirdyönümlülük – təhsil fəaliyyətlərinin bilavasitə təhsilalanların mənafeyinin müdafiəsinə, təhsil tələbatlarının ödənilməsinə, istedadlarının reallaşmasına, şəxsiyyətlərinin formalaşmasına yönəldilməsi;

13.1.5. inkişafyönümlülük – şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsi;

13.1.6. fəaliyyətin stimullaşdırılması – təhsil prosesinin səmərəliliyinin artırılması, şagirdlərin təlim marağının yüksəldilməsi üçün onların nailiyyətlərinin izlənilməsi və dəyərləndirilməsi istiqamətində tədbirlərin görülməsi;

13.1.7. dəstəkləyici mühitin yaradılması – təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun, sağlam mənəvi-psixoloji mühitin, yaradıcı və təhlükəsiz təhsil şəraitinin təmin edilməsi;

13.1.8. inklüzivlik – fiziki, psixi, intellektual xüsusiyyətlərindən və sağlamlıq imkanla­rından asılı olmayaraq təhsilin bütün uşaqlar üçün əlçatan olması;

13.1.9. məktəb-valideyn əlaqələrinin tənzimlənməsi – təhsil müəssisəsinin idarə edilməsində, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemlərin aradan qaldırılmasında, müəssisənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində valideynlərin rolunun təmin edilməsi.

14. Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemi

14.1. Şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsil fəaliyyətinin zəruri tərkib hissəsi olaraq ardıcıl və sistemli xarakter daşıyır, təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir.

14.2. Şagird nailiyyətlərinin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına yönəldilir.

14.3. Şagird nailiyyətlərinin qiymətləndirilməsi aşağıdakı fəaliyyətləri əhatə edir:

14.3.1. şagirdlərin təhsilə münasibəti, mövcud təlim göstəriciləri, müəllimlərin hazırlıq səviyyəsi, təhsil standartlarının və kurikulumların məqsədəuyğunluğu, tədris resursları ilə təminat, idarəetmənin səmərəliliyi barədə məlumatların toplanıb təhlil edilərək dəyərləndirilməsi;

14.3.2. şagird və müəllimlərin fəaliyyətinin, təhsil proqramlarının icra vəziyyətinin müşahidə olunmasından və nailiyyətlərin qiymətləndirilməsini əks etdirən sənədlərin təhlilindən əldə edilmiş nəticələrə görə müvafiq qərarların qəbul olunması.

14.4. Şagird nailiyyətlərinin qiymətləndirilməsi attestasiya (məktəbdaxili qiymətləndirmə), yekun attestasiya, milli və beynəlxalq qiymətləndirmə növlərini əhatə edir.

14.5. Attestasiya (məktəbdaxili qiymətləndirmə) məqsədilə diaqnostik, formativ və summativ qiymətləndirmələr keçirilir.

14.6. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədilə aparılır.

14.7. Formativ qiymətləndirmə təhsilalanın hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədilə aparılır.

14.8. Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.

14.9. Ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

14.10. Milli qiymətləndirmə müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə 3-5 ildən bir təşkil olunur.

14.11. Beynəlxalq qiymətləndirmə şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb həlli yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisələr aparıb inkişaf perspektivlərini proqnozlaşdırmaq üçün 3-5 ildən bir keçirilir.

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 16 mart 2011-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 235)

2. 19 yanvar 2012-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 1, maddə 33)

3. 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 2 oktyabr 2020-ci il, № 201 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1233 )

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

[1] Şagirdlərin meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə xüsusi tədris planı və proqramları əsasında tədris edilən fənlər.

[1] 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 2 oktyabr 2020-ci il, № 201 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1233 ) ilə qərarın adında və 1-ci hissəsində “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sözləri “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sözləri ilə əvəz edilmişdir.

[2] 16 mart 2011-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 03, maddə 235) ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın 11.1.3-cü bəndində “Azərbaycan dili” – dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə),” sözlərindən sonra “Ədəbiyyat,” sözü əlavə edilmişdir.

19 yanvar 2012-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 1, maddə 33) ilə 12.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

12.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumi təhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər.

19 yanvar 2012-ci il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 12.2-ci-12.4-cü bəndlər əlavə edilmişdir.

29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 2 oktyabr 2020-ci il, № 201 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1233 ) ilə qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” yeni redaksiyada təsdiq edilmişdir.

Əvvəli redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Ümumi təhsil pilləsinin

DÖVLƏT STANDARTI VƏ PROQRAMLARI

(kurikulumları)

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra — dövlət standartları) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır.

1.2. Dövlət standartları aşağıdakıları müəyyən edir:

ümumi təhsilin məzmununu;

ümumi təhsilin idarə olunmasını;

ümumi təhsilin maddi-texniki və tədris bazasını;

ümumi təhsilin infrastrukturunu;

ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;

ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.

1.3. Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinə qüvvədədir.

2. ÜMUMİ TƏHSİLİN MƏZMUNU

2.1. Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarını, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, humanistlik, dünyəvilik, varislik, inteqrativlik prinsipləri əsasında müəyyən edilir.

2.2. Ümumi təhsilin məzmunu təhsilalanların yaş, fizioloji, psixoloji xüsusiyyətləri nəzərə alınmaqla, onların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, əqli, fiziki, mənəvi, estetik inkişafını, müstəqil əmək və təhsil həyatına hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir.

2.3. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:

təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq;

məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək;

təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor bacarıqların aşılanmasını təmin etmək;

təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsinə yol verməmək.

3. ÜMUMİ TƏHSİLİN İDARƏ OLUNMASI

3.1. Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir.

3.2. Hesabatlılıq nəticə etibarilə ümumi təhsilin həyata keçirildiyi müəssisədə kollektivin hər bir üzvünün tapşırılmış iş sahəsində cavabdehliyini təmin edir. Ümumi fəaliyyətin müntəzəm hazırlanan və müzakirə edilən hesabatlarda əks olunması müəssisədə hər bir fərdin vəzifə funksiyalarına məsuliyyətlə yanaşmasında mühüm rol oynayır.

3.3. Məsuliyyətin bölüşdürülməsi ümumi təhsilin idarə olunmasında demokratiklik, sistemlilik və şəffaflıq yaradan mühüm amil kimi meydana çıxır, ümumi fəaliyyətin səmərəli planlaşdırılmasına və nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin müəyyənləşdirilməsinə xidmət edir.

3.4. İnkişafın monitorinqi mövcud idarəetmə sisteminin məqsədyönlülük səviyyəsini aşkara çıxarmaq və irəliləyişlərin dinamikasını müəyyən etməklə, planlaşdırma və icra sistemində zəruri dəyişikliklər aparılmasını təmin edir.

3.5. Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.

3.6. Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı Pedaqoji Şura hesab olunur. Pedaqoji Şuranın Əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

3.7. Pedaqoji Şura iclaslarında, əsasən, təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq, təlim-tərbiyə prosesinin təşkili və həyata keçirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, innovativ pedaqoji ideyaların məktəbdə tətbiqi, müəssisədə sağlam psixoloji mühit və təhlükəsiz şərait yaradılması, maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi ilə əlaqədar aktual məsələlər, ümumi fəaliyyətin yaxşılaşdırılması istiqamətində təkliflər və hesabatlar müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilir.

3.8. İdarəetmədə demokratikliyi və şəffaflığı daha da yüksəltmək məqsədi ilə ümumi təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar, himayəçilər şuraları, metodik şura, valideyn-məktəb assosiasiyası, valideyn komitəsi, uşaq parlamenti, qanunvericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər təşkilatlarının orqanları) yaradıla bilər.

3.9. Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş direktor həyata keçirir. Direktorun vəzifə funksiyaları ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

4. ÜMUMİ TƏHSİLİN İNFRASTRUKTURU

4.1. Müəyyən edilmiş dövlət standartlarına uyğun keyfiyyətli ümumi təhsil almaq üçün müvafiq infrastrukturun yaradılması mühüm şərt hesab edilir.

4.2. Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.

5. ÜMUMİ TƏHSİLİN MADDİ-TEXNİKİ VƏ TƏDRİS BAZASI

5.1. Ümumi təhsil üzrə dövlət təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə ümumi təhsil müəssisələri zəruri maddi-texniki və tədris bazasına malik olmalıdır.

5.2. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı, informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitləri, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu daxildir.

6. ÜMUMİ TƏHSİL PİLLƏSİNDƏ TƏHSİLVERƏNLƏRİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ

6.1. Ümumi təhsilin həyata keçirildiyi müəssisələrə, bir qayda olaraq, pedaqoji ali təhsilli mütəxəssislər qəbul edilirlər.

6.2. Pedaqoji kadrlar ümumi təhsil müəssisələrində işə bilavasitə öz ixtisasları üzrə qəbul olunurlar.

6.3. Zəruri hallarda ucqar yaşayış ərazilərində yerləşən ümumi təhsil müəssisələrində pedaqoji orta-ixtisas təhsilli şəxslərin qəbuluna, habelə ixtisaslı pedaqoji kadr çatışmadığı hallarda məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir.

6.4. Cinayət məsuliyyətinə cəlb olunmuş təhsilverənlərin pedaqoji fəaliyyəti davam etdirmələri, habelə səhhətinin vəziyyətinə görə təhsilverənlərin təlim-tərbiyə müəssisəsində fəaliyyətdən kənarlaşdırılması müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

6.5. Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən, aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:

ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə;

uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına;

əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;

əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına;

yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyətinə;

öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına;

ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə;

işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza.

Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.

7. ÜMUMİ TƏHSİL PİLLƏSİNDƏ TƏHSİLALANLARIN BİLİK, BACARIQ VƏ VƏRDİŞLƏRİNİN SƏVİYYƏSİ

7.1. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üzrə təsdiq olunmuş təlim nəticələri və fənlər üzrə məzmun standartları ilə müəyyən edilir.

7.2. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən edən təlim nəticələri və məzmun standartları aşağıdakı tələbləri ehtiva edir:

fərdin, dövlətin, cəmiyyətin maraq və tələbatının ödənilməsi;

təhsilin nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında qurulmasına didaktik zəmin yaradılması;

təhsilalanların həyati bacarıqlara yiyələnməsinin prioritet hesab edilməsi;

keyfiyyətli təhsil almaq üçün hamıya bərabər imkanların yaradılması;

təhsil səviyyələri üzrə təhsil proqramlarında (kurikulumlarda) varisliyin təmin olunması;

şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müvafiq standartların müəyyən edilməsi üçün etibarlı əsas yaradılması;

təhsilalanların sağlamlığının qorunması məqsədi ilə ağırlaşdırıcı tədris materiallarının təlim prosesinə gətirilməsinin qarşısının alınması.

8. TƏHSİL PROQRAMI (KURİKULUM)

8.1. Ümumi təhsil üzrə təhsil proqramında (kurikulumda) aşağıdakılar əhatəli şəkildə göstərilir:

ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları;

ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər;

ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı;

ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri;

təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi.

8.2. Baza tədris planları və proqramları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

9. ÜMUMİ TƏHSİLİN SƏVİYYƏLƏRİ ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ

9.1. İbtidai təhsil üzrə ümumi təlim nəticələri

İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:

yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada oxumağı;

oxuduğu mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi;

lüğətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi;

öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etməyi;

məntiqi düşünməyi, fikir irəli sürməyi, başqasının fikrinə münasibət bildirməyi;

zəruri riyazi bilikləri həyatda tətbiq etməyi, sadə alqoritmləri yerinə yetirməyi;

müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;

ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, komanda, kollektiv tərkibində fəaliyyət göstərməyi;

sadə mədəni davranışı, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi;

müəyyən olunmuş normativlər çərçivəsində fiziki hərəkətləri, bədii-estetik qabiliyyətini nümayiş etdirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;

öz hüquqlarını müdafiə etməyi, başqasının hüquqlarına hörmət etməyi;

insanlara, təbiətə, şəxsi və dövlət əmlakına, başqasının əməyinə həssas, qayğıkeş və ədalətli münasibət göstərməyi;

Azərbaycan xalqının əxlaqi-mənəvi dəyərləri, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında qazandığı ilkin bilikləri, habelə ölkəsinə qarşı əks-mövqedə olan qüvvələri sadə formada təqdim etməyi;

xarici dildə sadə ünsiyyət bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi.

9.2. Ümumi orta təhsil üzrə ümumi təlim nəticələri

Ümumi orta təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:

dinlədiyi və oxuduğu müxtəlif üslubda və janrda olan mətnləri təhlil etməyi, onların məzmununu yığcam, həm də qismən geniş formada başqasına çatdırmağı;

nitqin monoloq və dialoq formalarından istifadə etməyi;

plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı;

nümunələr və dəlillər vasitəsilə fikirlərini məntiqi cəhətdən əsaslandırmağı, müxtəlif fikirlərdə ifadə olunan başlıca məqamları ümumiləşdirməyi;

hesablamalar və proqnozlaşdırma aparmağı, riyazi dildən istifadə etməyi, alqoritmlər qurmağı, ehtimallar irəli sürməyi;

ətraf aləmi dərk etmək üçün müşahidə, ölçmə, hesablama, təcrübə, qiymətləndirmə üsul və vasitələrindən istifadə etməyi;

təbiətdəki əsas qanunauyğunluqların mahiyyətini və onların qarşılıqlı əlaqəsini izah etməyi;

müxtəlif fakt, mülahizə və dəlilləri müqayisə, təsnif və təqdim etməyi;

təlim prosesində yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi;

təlim tapşırıqlarını yerinə yetirmək üçün müxtəlif informasiya mənbələrindən (lüğətlər, ensiklopediyalar, kompüter, internet, dövri mətbuat və s.) istifadə etməyi;

öz imkanlarını, meyil və marağını şüurlu olaraq müəyyən etməyi, iradi və qeyri-iradi keyfiyyətlərini nümayiş etdirməyi;

gördüyü işlərin nəticəsini qiymətləndirməyi, qarşılaşdığı problemlərin optimal həllini tapmağı;

sadə formada icraçılıq, təşkilatçılıq və idarəetmə bacarıqlarını nümayiş etdirməyi;

ictimai davranış, habelə müvafiq təhlükəsizlik və tibbi-gigiyena qaydalarına, sağlam həyat tərzi normalarına əməl etməyi;

milli, əxlaqi-mənəvi, hüquqi, etik, estetik dəyərlərə, vətəndaşlıq mövqeyinə, liderlik keyfiyyətlərinə malik olduğunu nümayiş etdirməyi;

problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi;

xarici dildə ünsiyyət qurmağı;

ana dilində yazılı və şifahi ünsiyyət bacarıqlarına yiyələndiyini, ölkəsinin ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri barədə, habelə vətəninə qarşı əks-mövqedə dayanan qüvvələr haqqında müvafiq məlumatlara malik olduğunu nümayiş etdirməyi.

9.3. Tam orta təhsil üzrə ümumi təlim nəticələri

Tam orta təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:

dinlədiklərinə və oxuduqlarına tənqidi və yaradıcı münasibət bildirməyi, maraq dairəsinə görə onları yeni məlumatlarla zənginləşdirməyi;

nitqin müxtəlif formalarından məqamına görə istifadə etməyi;

fikirlərini yazılı formada ifadə etməyi, yaradıcı yazılar (esse, müşahidə və təəssürat xarakterli yazılar və s.) yazmağı;

ictimai həyatda baş verən hadisələrə və sosial-mədəni sahələrdəki yeniliklərə yaş səviyyəsinə uyğun olaraq münasibət bildirməyi;

maraq dairəsinə görə müstəqil məlumatlar toplamağı, onları sistemləşdirməyi, təhlil və tətbiq etməyi;

informasiya-kommunikasiya texnologiyalarından həyat fəaliyyətinin təşkili istiqamətində istifadə etməyi;

qarşılaşdığı həyati problemləri qiymətləndirməyi və onların həlli istiqamətində optimal qərarlar qəbul etməyi;

potensial imkanları daxilində mövcud bilik və bacarıqlarını təkmilləşdirməyi, mədəni və intellektual səviyyəsini yüksəltməyi;

insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi, milli əxlaqi-mənəvi dəyərlərə, habelə ümumbəşəri dəyərlərə həssas və tolerant münasibət bəsləməyi;

xarici dildə (dillərdə) ünsiyyət saxlamağı;

icraçılıq, təşkilatçılıq və idarəetmə ilə bağlı funksiyaları yerinə yetirməyi və bu proseslərdə liderlik xüsusiyyətlərini nümayiş etdirməyi;

ana dilində yazılı və şifahi nitq mədəniyyətinə yiyələndiyini, ölkəsinin ədəbiyyatı, tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, habelə Vətənin mənafeyinə qarşı olan əks-qüvvələr haqqında ətraflı məlumatlara malik olduğunu nümayiş etdirməyi.

10. ÜMUMİ TƏHSİLİN SƏVİYYƏLƏRİ ÜZRƏ MƏZMUN STANDARTLARI

10.1. İbtidai təhsil səviyyəsində məzmun standartları

“Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə) fənləri üzrə

Şagird:

danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;

düzgün, sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət bildirir;

kiçikhəcmli rabitəli mətnlər qurur;

lüğətlərdən, məlumat kitablarından istifadə edir;

Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incəsənəti, adət-ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim edir;

yazılı və şifahi nitqində fonetik, leksik, qrammatik qaydalara yiyələndiyini nümayiş etdirir.

“Azərbaycan dili” (dövlət dili kimi)* fənni üzrə

Şagird:

dinlədiyi fikirləri anladığını nümayiş etdirir;

müşahidə etdiyi əşya və hadisələri təsvir edir;

kiçikhəcmli mətnləri düzgün və sürətli oxuyur, məzmununu izah edir;

söz birləşməsi və cümlə modellərindən kiçikhəcmli şifahi və yazılı mətnlər qurur;

dialoqlarda zəruri nitq etiketlərinə yiyələndiyini nümayiş etdirir;

məlumat xarakterli kiçikhəcmli mətnləri lüğət vasitəsilə tərcümə edir.

“Xarici dil” fənni üzrə

Şagird:

dinlədiyi fikrin məzmununu izah edir;

gündəlik həyatda və məişətdə istifadə olunan əşyaları, onlara aid əlamət və hərəkətləri adlandırır;

sadə nitq etiketləri əsasında ünsiyyət yaradır, süjetli şəkillər üzrə nitq nümunələri qurur;

ana dili ilə müqayisədə öyrəndiyi dilin fərqli səslərini ayırır və tələffüz edir;

kiçikhəcmli mətnləri oxuyur və məzmununu izah edir;

öyrəndiyi söz birləşməsi və cümlə modelləri əsasında kiçikhəcmli şifahi və yazılı mətnlər qurur;

qarşılaşdığı yeni sözlərin mənasını lüğət vasitəsilə müəyyən edir.

“Riyaziyyat” fənni üzrə

Şagird:

sıfır da daxil olmaqla, milyon dairəsində natural ədədlər üzərində hesab əməllərini yerinə yetirir;

kəmiyyətlərdən (uzunluq, sahə, həcm, zaman, kütlə, dəyər) həyati məsələlərin həllində istifadə edir;

sadə müstəvi fiqurlar və fəza cismlərinin xüsusiyyətlərini müəyyən edir və onların əsasında ölçmə və hesablamalar aparır;

məlumatları toplayıb sistemləşdirir, təhlil edir və nəticələri şərh edir.

“İnformatika” fənni üzrə

Şagird:

eynicinsli obyektlər qrupunda əşyanı artıq seçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;

hərəkətlər ardıcıllığında buraxılmış addımı müəyyən edir;

qanunauyğunluqları müəyyən edir və onların əsasında modellər qurur;

sadə riyazi alqoritmlər və layihələr tərtib edir;

kompüterdə sadə əməliyyatları icra edir;

qrafik redaktorda rəsmlər çəkir, onları redaktə edir, rəsmlərə mətn daxil edir, alqoritmlərdən istifadə edərək mozaikalar qurur;

mətn redaktorunda sadə mətnlər yığır, redaktə edir və onlara rəsmlər daxil edir.

“Həyat bilgisi” fənni üzrə

Şagird:

öz hüquqlarını dərk etməsini, başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, insanlara, təbiətə, ekologiyaya həssas və qayğıkeş münasibət bəsləməsini nümayiş etdirir, həmin məsələlərlə bağlı şəxsi fikirlərini bildirir;

insan həyatı və sağlamlığının qorunması ilə bağlı ən zəruri təhlükəsizlik qaydalarını izah edir;

mənəvi keyfiyyətlərin (düzlük, ədalətlilik, humanistlik, rəhmdillik) mahiyyəti barədə mülahizələrini şərh edir, şəxsi həyatında bu keyfiyyətlərə əməl etdiyini nümayiş etdirir;

iqtisadi biliklərdən məişətdə istifadə edir;

təbiət hadisələri üzərində müşahidələr aparır və onlara münasibət bildirir;

cəmiyyətdə baş verən hadisələri, insan-təbiət, insan-cəmiyyət münasibətlərini öz yaş səviyyəsinə uyğun şərh edir.

“Texnologiya” fənni üzrə

Şagird:

materialları müqayisə edir və çeşidləyir, müvafiq texnologiyalardan (ölçmə, kəsmə, biçmə, tikmə, toxuma, qatlama, yapma, birləşdirmə və s.) və texnoloji vasitələrdən istifadə edir, sadə məmulatlar hazırlayır;

sadə məişət xidmətlərini yerinə yetirir;

birgəfəaliyyət bacarıqları nümayiş etdirir, özünün və başqalarının hazırladığı məmulatlara münasibət bildirir;

təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarını şərh edir və praktik fəaliyyətdə onlara riayət etdiyini nümayiş etdirir;

yaradıcılıq tələb edən sadə model və layihələr qurur.

“Fiziki tərbiyə” fənni üzrə

Şagird:

hərəki qabiliyyətlərini formalaşdıran oyunları və hərəkət komplekslərini icra edir, müəyyən edilmiş normativləri yerinə yetirir;

hərəki vərdiş və bacarıqları formalaşdıran müxtəlif statik və dinamik hərəkətləri sadə üsullarla icra edir;

idman oyunlarını, o cümlədən milli idman oyunlarını və onların növlərini təqdim edir;

şəxsi gigiyena və təbii vasitələrlə orqanizmi möhkəmləndirmək qaydalarını izah edir;

fiziki tərbiyə prosesində intizam və rejim qaydalarına əməl edir, birgə fəaliyyət bacarıqlarını nümayiş etdirir.

“Musiqi” fənni üzrə

Şagird:

mahnı oxumaq qaydalarından istifadə edir, mahnıların mətnlərini məzmununa görə səhnələşdirir;

musiqi alətlərini səslənməsinə, musiqi əsərlərini xarakterinə görə fərqləndirir və onlara münasibət bildirir;

musiqini emosional qavramasını onun xarakterinə uyğun ritmik hərəkətlər etməklə nümayiş etdirir;

musiqi notlarını adlandırır və oxuyur, onları sadə musiqi alətlərində ifa edir.

“Təsviri incəsənət” fənni üzrə

Şagird:

əşyaları və hadisələri praktik yolla təsvir edir;

yaş səviyyəsinə uyğun təsviri sənət nümunələrini izah edir, onları fərqləndirir;

əşyanın məzmunu və forması arasındakı əlaqəni şərh edir;

rəng çalarlarını ayırır, rəngləri emosional məna çalarlarına görə müqayisə edir;

sadə kompozisiyalar qurur və onların ayrı-ayrı hissələrini mütənasib qaydada yerləşdirir;

sadə tərtibat xarakterli işləri yerinə yetirir.

10.2. Ümumi orta təhsil səviyyəsində məzmun standartları

“Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə) fənləri üzrə

Şagird:

dinlədiyi mətnlərə münasibət bildirməklə, mövqeyini əsaslandırır;

mətni düzgün və ifadəli oxuyur, məzmun və strukturuna görə təhlil edir;

dil vahidlərindən istifadə etməklə, müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) mətnlər qurur, onları təkmilləşdirir;

müxtəlif məzmunlu məlumatlar əsasında təqdimatlar edir;

şifahi və yazılı nitqində zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə

Şagird:

dinlədiyi mətnin məzmununu izah edir, ona münasibət bildirir;

şüurlu və ifadəli oxu bacarıqlarını nümayiş etdirir;

müxtəlif formalı rabitəli mətnlər qurur və təqdim edir;

öz fikirlərini sərbəst, ardıcıl və aydın ifadə edir;

nitq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif mənbələrdən istifadə edir, tərcümə bacarığını nümayiş etdirir.

“Ədəbiyyat” fənni üzrə

Şagird:

ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir;

yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərini ardıcıl və məntiqli ifadə edir, ümumiləşdirmələr aparır;

ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh edir;

müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;

şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;

ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir;

ədəbi əsərlərin müzakirəsi zamanı tolerantlıq, obyektivlik, ədalətlilik, əsaslandırma və ümumi rəyə gələ bilmək bacarıqlarını nümayiş etdirir.

“Xarici dil” fənni üzrə

Şagird:

dinlədiyi və oxuduğu mətnlərin məzmununa münasibət bildirir;

dialoji və monoloji nitq bacarıqlarını nümayiş etdirir;

dilin öyrənilməsi prosesində ünsiyyət etiketi qaydalarına əməl edir, yoldaşlarının nitqinə münasibət bildirir;

fikirlərini yazılı ifadə edir;

lüğətlərdən, əlavə materiallardan, texnoloji vasitələrdən istifadə edir, sadə mətnləri tərcümə edir.

“İkinci xarici dil” fənni üzrə

Şagird:

dinlədiyi fikrin məzmununu izah edir;

əşya və hadisələri, onlara aid əlamətləri ifadə edir;

sadə nitq etiketləri əsasında ünsiyyət qurur;

yeni sözlərin mənasını lüğət vasitəsilə müəyyən edir;

kiçik həcmli mətnləri oxuyur və məzmununu izah edir;

kiçik həcmli şifahi və yazılı mətnlər qurur.

“Riyaziyyat” fənni üzrə

Şagird:

ölçmə və hesablama ləvazimatlarından istifadə edir, şifahi, yazılı formada dəqiq və ya təqribi hesablamalar aparır;

simvollarla ifadə olunmuş cəbri dildən istifadə edir;

rasional ifadələr üzərində eynilik çevrilmələri aparır, xətti və kvadrat tənlikləri, xətti bərabərsizliklər sistemini həll edir;

funksiya anlayışından və qrafiklərdən real asılılıqların öyrənilməsində və şərhində istifadə edir;

müstəvi fiqurlarının və sadə fəza cismlərinin xassələrini praktik həndəsi məsələlərin həllində tətbiq edir, sadə həndəsi qurmalar və ölçmələr aparır;

riyazi və statistik məlumatları toplayır, araşdırır, sistemləşdirir və nəticəsini təqdim edir;

statistika və ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır;

mühakimələrini məntiqi əsaslandırır, yazılı və şifahi nitqində fikirlərini dəqiq, aydın və yığcam ifadə edir;

müxtəlif həyati məsələlərin həllində riyazi bilikləri tətbiq edir;

fəaliyyətini layihələndirir, onların əsasında alqoritmlər qurur, nəticələri yoxlayır və qiymətləndirir.

“İnformatika” fənni üzrə

Şagird:

informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə rolunu və əhəmiyyətini şərh edir;

gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində həll edir;

kompüterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir;

mətn redaktorunda sadə olmayan mətnləri yığır və formatlaşdırır, mətnə müxtəlif yaddaşlardan şəkillər daxil edir;

qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır, şəklin atributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir;

obyektin xassələrini, parametrlərini və mühitini təyin edir, obyektlər sistemini təsnif edir;

obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir;

informasiyanın xassələrini, kodlaşdırılmasını, qəbul edilməsini və ötürülməsini nümunələr əsasında izah edir;

şəbəkə növləri vasitəsilə məlumatları axtarır, toplayır, sistemləşdirir və onlardan məqsədyönlü istifadə edir;

müxtəlif təqdimatlar hazırlayır və nümayiş etdirir;

elektron cədvəllərdən istifadə etməklə, yeni sənədlər tərtib edir;

müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından istifadə edir, sadə “Web” səhifələr yaradır.

“Azərbaycan tarixi” fənni üzrə

Şagird:

tarixi hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nəticə əlaqələrini izah edir;

sivilizasiyaların formalaşmasında, dünya mədəniyyətinin, incəsənətinin inkişafında Azərbaycanın rolu və mövqeyi barədə mülahizələrini şərh edir;

tarixi fakt və hadisələrə, tarixi şəxsiyyətlərə və onların fəaliyyətinə münasibət bildirir, onları müvafiq dövr baxımından qiymətləndirir.

“Ümumi tarix” fənni üzrə

Şagird:

tarixi dövrləri və sivilizasiyaları xarakterik əlamətlərinə görə fərqləndirir, tarixi şəxsiyyətləri, hadisələri və faktları dövr baxımından qiymətləndirir, onlara münasibət bildirir;

tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin inkişaf tendensiyalarını, ictimai, iqtisadi, siyasi prosesləri müqayisə edir, nəticə çıxarıb mülahizələrini şərh edir;

müxtəlif tarixi mənbələri araşdırmaqla, lazımi materialları toplayıb sistemləşdirir və təqdim edir.

“Fizika” fənni üzrə

Şagird:

təbiət hadisələrini xarakterinə görə qruplaşdırır və onların başvermə səbəblərini fiziki qanunlar əsasında izah edir;

təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir;

fiziki hadisələri müşahidə edir, nəticələri ümumiləşdirir və onlar haqqında mülahizələrini təqdim edir;

fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda tətbiq üçün istifadə edir, bu prosesdə təhlükəsizlik qaydalarına əməl edir;

fizika elminin cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və əhəmiyyəti, görkəmli fizik-alimlərin yaradıcılığı barədə təqdimatlar edir.

“Kimya” fənni üzrə

Şagird:

kimyəvi hadisələrin mahiyyətini dərk etmək üçün müşahidələr və təcrübələr aparır, alınmış nəticələr əsasında onlara münasibət bildirir;

maddələrin quruluşunu, xassələrini, onların çevrilməsinin səbəblərini izah edir;

maddələrin çevrilməsini tətbiq və idarə edir;

ətraf aləmə həssas və qayğıkeş münasibət nümayiş etdirir, müşahidə etdiyi hadisələri ümumiləşdirib təqdim edir;

kimya sahəsində görkəmli alimlər və onların xüsusi əhəmiyyətə malik elmi kəşfləri, nailiyyətləri haqqında məlumatların ötürülməsi və yayılmasında iştirak edir.

“Biologiya” fənni üzrə

Şagird:

canlılar aləmini təşkil edən varlıqları səciyyəvi xüsusiyyətlərinə görə müqayisə edir, bu barədə mülahizələrini şərh edir;

bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə edir, nəticələri ümumiləşdirir, onları şərh edir;

canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah edir;

bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların və digər heyvanların bəslənməsi və onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edir;

fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə nəzəri biliklərdən ekoloji problemlərin aradan qaldırılmasında istifadə edir;

zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür.

“Coğrafiya” fənni üzrə

Şagird:

təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiətdəki coğrafi hadisələrin başvermə səbəblərini və yerləşmə qanunauyğunluqlarını izah edir, onların əsasında müqayisələr aparır, nəticələri ümumiləşdirir, yazılı və şifahi təqdim edir;

coğrafi təbəqənin əhəmiyyətini və onun mühafizəsinin həyat üçün vacibliyini müvafiq dəlillər əsasında şərh edir;

müxtəlif şərait və vəziyyətlərdə ətraf mühitin öyrənilməsində coğrafi cihazlardan istifadə edir;

müəyyən ərazinin kartoqrafik təsvirini verir, xəritə və plan üzrə təhlillər aparır, xəritədən, coğrafi məlumatlardan, statistikadan istifadə edərək, müvafiq hesablamalar aparır və nəticələrə dair diaqramlar, cədvəllər qurur;

Azərbaycanın, eləcə də müxtəlif ölkələrin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında əlavə məlumatlar toplayır, sistemləşdirir, onların əsasında təqdimatlar edir.

“Həyat bilgisi” fənni üzrə

Şagird:

müvafiq normativ hüquqi sənədlərdə təsbit olunmuş insan hüquq və azadlıqlarına dair müddəaların mahiyyətini konkret tarixi hadisələrin, faktların, ədəbi əsərlərin nümunəsində şərh edir, özünün və başqalarının hüquqlarına hörmətlə yanaşdığını nümayiş etdirir;

zərərli vərdişlərin insan həyatı üçün təhlükəli olduğunu və ağır nəticələr verdiyini konkret nümunələr əsasında şərh edir, sağlam həyat tərzi keçirdiyini gündəlik fəaliyyətində nümayiş etdirir;

həyat fəaliyyətinin təhlükəsizliyi qaydalarına yiyələndiyini yazılı və şifahi təqdimatlarında, təlim-məşq tədbirlərində nümayiş etdirir;

mənəvi-əxlaqi mövzulara həsr olunmuş müzakirələrdə, diskussiyalarda və digər tədbirlərdə müvafiq problemlərlə bağlı rəy və mülahizələrini bildirir, hadisə və faktları mahiyyətinə görə qiymətləndirməklə şəxsi mövqeyini və münasibətini büruzə verir;

gündəlik həyatda iqtisadi səmərəliliyə dair kiçik layihələr qurur, onları təqdim və tətbiq edir;

təbiət və cəmiyyət hadisələri ilə bağlı qanunauyğunluqların mahiyyətini izah edir, həmin məsələlərlə əlaqədar bu fənn daxilində əldə etdiyi məlumatları digər fənlərdəki eyni məzmunlu məlumatlarla müqayisə edir, onları sistemləşdirir və ümumiləşdirmələr aparır.

“Texnologiya” fənni üzrə

Şagird:

müstəqil həyatda zəruri sayılan ilkin texniki və texnoloji bilikləri tətbiq edir, təhlükəsizlik texnikası qaydalarına riayət etməklə, gündəlik məişətdə vacib olan texnoloji işləri yerinə yetirir, sadə məmulatlar hazırlayır;

sadə layihələr tərtib edib onları həyata keçirir, məmulatların hazırlanmasında dizayn tələblərinə əməl edir, mürəkkəb olmayan təmir-tikinti işlərini yerinə yetirir;

texnoloji proseslərə aid informasiyaları toplayıb sistemləşdirir, məmulatların hazırlanmasında onlardan istifadə edir;

şəraitə və təbii imkanlara uyğun olaraq becərmə, bəsləmə, tədarük və emaletmə bacarıqlarını nümayiş etdirir;

əmək fəaliyyətini planlaşdırır və idarə edir;

iş prosesində birgə fəaliyyət bacarıqlarını nümayiş etdirir.

“Fiziki tərbiyə” fənni üzrə

Şagird:

ayrı-ayrı hərəki qabiliyyətlərinin inkişafı üçün hərəkətlər kompleksi seçir və onları müvafiq rejim və üsullarla yerinə yetirir;

fiziki hazırlığını təkmilləşdirmək və sağlamlığını möhkəmləndirmək üçün vasitə və tədbirlər müəyyənləşdirib icra edir, hərəki qabiliyyətləri üzrə müəyyən edilmiş normativləri yerinə yetirir;

hərəki fəaliyyət prosesində müvafiq təhlükəsizlik qaydalarına, tibbi-gigiyenik tələblərə, gün rejiminə əməl edir;

kollektiv fəaliyyət zamanı öz yerini və rolunu müəyyənləşdirir, zəruri məqamlarda qabaqcıl və həlledici mövqe tutur, hərəki potensialını reallaşdırır, əməkdaşlıq bacarıqlarını nümayiş etdirir.

“Musiqi” fənni üzrə

Şagird:

Azərbaycanın görkəmli klassik və müasir musiqi xadimləri, dünya musiqi sənətinin tanınmış nümayəndələri, onların geniş yayılmış məşhur əsərləri haqqında təqdimatlar edir;

folklor musiqi nümunələrini, aşıq havalarını, muğamları və onların tərkib hissələrini tanıyır, musiqi əsərlərini ifa vasitələrinə görə müqayisə edir, onları janr və formasına görə fərqləndirir;

musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir;

musiqi melodiyalarını notla oxuyur;

fərdi, qrup və kollektiv daxilində ifaçılıq bacarığını nümayiş etdirir.

“Təsviri incəsənət” fənni üzrə

Şagird:

təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətini izah edir;

Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərləri haqqında məlumatları şərh və təqdim edir;

təsviri sənət növlərini, onları təşkil edən əsas janrları ayırır, bunların xarakterik xüsusiyyətlərini izah edir;

həyati görüntüləri real, habelə abstrakt tərzdə təsvir edir;

bədii sənət əsərlərini milli-üslubi cəhətlərinə görə müqayisə və izah edir;

bədii tərtibat və dizayn bacarıqlarını nümayiş etdirir.

10.3. Tam orta təhsil səviyyəsində məzmun standartları

“Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə) fənləri üzrə

Şagird:

müxtəlif mənbələrdən aldığı məlumatları təhlil edir və onlara münasibət bildirir;

mətnləri üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir və qiymətləndirir;

mənbələrdən istifadə etməklə, müxtəlif üslublu mətnlər qurur;

müzakirə, görüş, diskussiya və s. tədbirlər üçün məruzə, təqdimat və ssenarilər hazırlayır;

nitqin dəqiqliyi, düzgünlüyü və ifadəliliyi üçün zəruri olan normaları şifahi və yazılı nitqində tətbiq edir.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə

Şagird:

dinlədiyi fikirlərlə bağlı mühakimələrini əsaslandırır;

Azərbaycan dilində aparılan tədbirlərdə çıxış və təqdimatlar edir;

oxuduğu mətnlərin məzmunu və üslubu haqqında rəy və mülahizələrini bildirir;

nitqin müxtəlif üslub və tiplərində mətnlər qurur;

sərbəst tərcümə bacarığını nümayiş etdirir.

“Ədəbiyyat” fənni üzrə

Şagird:

oxuduğu ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir;

ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar təqdim edir;

mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından ədəbi nümunələr üzərində araşdırmalar aparır;

ədəbi nümunələri mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;

ədəbi əsərin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;

ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət bildirir;

mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlayır.

“Xarici dil” fənni üzrə

Şagird:

dinlədiyi nitqin məzmununa münasibət bildirir;

müxtəlif cümlə konstruksiyalarından istifadə etməklə fikirlərini izah edir;

müzakirə və diskussiyalarda fikirlərini əsaslandırır;

oxunmuş mətnin planını tərtib edir, qısa məzmununu yazır;

sadə süjetli yazılı mətnlər qurur;

dilin öyrənilməsi prosesində müxtəlif mənbələrdən istifadə edir.

“İkinci xarici dil” fənni üzrə

Şagird:

dinlədiyi və oxuduğu mətnlərin məzmununa münasibət bildirir;

dialoji və monoloji nitq bacarıqlarını nümayiş etdirir;

mətnləri oxuyur, planını tərtib edir, qısa məzmununu yazır;

öz fikrini şifahi və yazılı ifadə edir;

sadə mətnləri lüğətlər vasitəsilə tərcümə edir.

“Riyaziyyat” fənni üzrə

Şagird:

riyazi materiallara aid alqoritmləri yerinə yetirir, real həyatda riyazi anlayış və düsturlardan istifadə edir;

kəmiyyətlər arasındakı asılılığı müəyyənləşdirir və riyazi dillə ifadə edir;

cəbri çevrilmələrdən və funksional asılılıqlardan yaxın fənlərin öyrənilməsində və ətraf aləmin mövcud qanunauyğunluqlarının araşdırılmasında istifadə edir;

genişləndirilmiş fəza təsəvvürlərindən çertyoj, şəkil və sxemlərin çəkilməsində, ətraf aləmdəki əşyaların təsvirində istifadə edir;

ətraf aləmdəki ehtimal və statistikanın qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları izah edir, ehtimalın klassik modelinə əsasən hadisələrin baş verməsini proqnozlaşdırır;

ölçmə və hesablama vasitələrindən istifadə edir, yazılı və şifahi əməliyyatlar aparır;

mühakimələrini riyazi faktlarla əsaslandırır və məntiqi nəticələrini şərh edir, isbat olunmuş təklifi ehtimal və fərz olunandan fərqləndirir.

“İnformatika” fənni üzrə

Şagird:

informasiyaları ölçür, təsvir edir və informasiya daşıyıcıları ilə işləyir;

sadə məsələlərin həlli üçün müxtəlif strukturlu alqoritmlər tərtib edir, proqramlar hazırlayır və icra edir;

sadə informasiya modellərinə uyğun informasiyaların işlənməsi alqoritmlərini qurur və qurulmuş modeli kompüterdə tədqiq edir;

kompüterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir və lazımi əməliyyatları icra edir;

qrafik redaktorda müxtəlif təsvirlərin hissələrindən istifadə edərək yeni təsvir yaradır, mətn redaktorunda cədvəl-mətnlər yığır, formatlaşdırır, cədvəllər üzərində hesablamalar aparır, sənədləri çap edir;

müxtəlif təqdimatlar hazırlayır, redaktə edir və ona multimedia effektlərini əlavə edir;

elektron cədvəl prosessorunda və verilənlər bazasında müvafiq əməliyyatları icra edir;

internetin əsas xidmətlərindən istifadə edir, müxtəlif dizaynlı “Web” səhifələr yaradır.

“Azərbaycan tarixi” fənni üzrə

Şagird:

Azərbaycanın tarixi keçmişi və müasir dövrü haqqında zəruri biliklərə malik olduğunu nümayiş etdirir;

tarixi hadisə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və ona münasibət bildirir;

tarixi informasiyaları toplayır, sistemləşdirir, təhlil edir və nəticələr barədə təqdimatlar hazırlayır; tarixi hadisələrlə bağlı fərziyyə və mülahizələr irəli sürür, proqnozlar verir;

debatlarda, diskussiyalarda, müzakirələrdə Azərbaycan haqqında ictimai rəy formalaşdıran təkliflərlə çıxış edir, Azərbaycan cəmiyyətində hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət azadlığı və s.) reallaşmasına münasibət bildirir.

“Ümumi tarix” fənni üzrə

Şagird:

mənbələr əsasında müxtəlif tarixi hadisələri təhlil edir, onlar arasındakı oxşarlıq və ziddiyyətlərin səbəblərini izah edir, konkret tarixi hadisələrə dair əlavə məlumat toplayır, onları sistemləşdirir və təqdim edir, şəxsi mülahizələri əsasında referat, məruzə, tezislər hazırlayır;

dünya tarixinin hadisə və proseslərini Azərbaycan tarixinin eyni dövrləri ilə tarixi kontekstdə müqayisə edir, təhlillər aparır və öz mülahizələrini bildirir;

tarixi mövzulardakı dialoqlarda, keçmiş və müasir dövrün hadisə və proseslərinin müzakirəsində öz mövqeyini bildirir və əsaslandırır;

cəmiyyətlərin inkişafında islahat və inqilabların rolunu fərqləndirir, onlara öz münasibətini bildirir;

aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir, onların xarakterik cəhətlərini izah edir;

tarixi proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirir;

müasir dövrün qlobal problemlərini şərh edir, onların aradan qaldırılması ilə bağlı öz fərziyyələrini bildirir.

“Fizika” fənni üzrə

Şagird:

fiziki qanunların mahiyyətini və xarakterik xüsusiyyətlərini izah edir;

fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh edir;

nəzəri biliklərin həyatda reallaşdırılması imkanlarını nümayiş etdirir.

“Kimya” fənni üzrə

Şagird:

qeyri-üzvi və üzvi maddələri fərqləndirir, onların xarakterik cəhətlərini izah edir;

kimyəvi hadisələri məişətdə tətbiq edir;

kimyəvi qanun və qanunauyğunluqların mahiyyətini dərk etmək üçün eksperimentlər və müşahidələr aparır, nəticələrini ümumiləşdirir və bu barədə şifahi və yazılı təqdimatlar hazırlayır;

ekoloji problemlərin həlli ilə bağlı kiçik layihələr hazırlayır və təqdim edir.

“Biologiya” fənni üzrə

Şagird:

bioloji varlıqların yaranması və inkişafı ilə bağlı, habelə canlı orqanizmlərdə gedən bioloji prosesləri şərh və izah edir;

insanın əmələ gəlməsi, irqlərin yaranması, irsiyyət, qlobal ekoloji problemlərin başvermə səbəbləri və aradan qaldırılması yolları barədə materiallar toplayır, sistemləşdirir, müqayisə və təhlil edərək qiymətləndirir;

irsiyyətin qanunauyğunluqlarını məsələ həlli yolu ilə əsaslandırır və nəticələrini şərh edir;

seleksiyanın nailiyyətlərinin ayrı-ayrı sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah edir.

“Coğrafiya” fənni üzrə

Şagird:

coğrafi təbəqənin tərkib hissələrinin inkişaf qanunauyğunluqlarını, onların qarşılıqlı əlaqəsini, ətraf mühitə təsirinin nəticələrini izah edir, təbii komplekslərin müqayisəli təhlilini aparır, onlarda baş verən dəyişikliklərin səbəblərini nümunələr əsasında şərh edir;

ətraf mühitin dəyişilməsi prosesini müşahidə etmək üçün təcrübələr aparır, sınaqlar keçirir, onların nəticələrini ümumiləşdirib təqdim edir;

müvafiq nəzəri biliklər əsasında iqtisadi səmərəliliyin təmin olunması ilə bağlı fərdi qaydada, habelə qrup daxilində kiçik layihələr hazırlayır, hesablamalar aparır, nəticələrin tətbiqi üzrə mülahizələr irəli sürür;

müxtəlif məzmunlu plan və xəritələr hazırlayır, ayrı-ayrı sahələr üzrə coğrafi hesablamalar aparır və müvafiq diaqramlar, sxem və cədvəllər tərtib edir;

geosiyasi dəyişiklikləri təhlil edir və ümumiləşdirmələr aparır, bu dəyişikliklərin ölkəmizə təsiri barədə mülahizələr irəli sürür;

öz biliyini və məlumat dairəsini genişləndirmək üçün əlavə materiallar toplayır, onları sistemləşdirib yazılı və şifahi təqdim edir.

“Fiziki tərbiyə” fənni üzrə

Şagird:

hərəki qabiliyyətlərin inkişafı üzrə müəyyən edilmiş normativləri yerinə yetirir;

fiziki tərbiyə prosesinə aid nəzəri məlumatları izah edir və bu məlumatlardan praktik fəaliyyətin qurulmasında məqsədyönlü istifadə edir;

seçdiyi idman növünün xüsusiyyətlərinə uyğun hərəkətlər kompleksi müəyyənləşdirir və icra edir;

fərdi, yaxud komanda tərkibində fəaliyyət zamanı təşkilatçılıq, psixoloji dayanıqlıq, dözümlülük, mübarizlik, ümumi mənafeyə xidmət etmək keyfiyyətlərini nümayiş etdirir;

fiziki hazırlıq və sağlamlığın möhkəmləndirilməsi ilə bağlı zəruri vasitələri seçir və tətbiq edir;

zəruri şəraitdə ilk tibbi yardım göstərir.

“Çağırışaqədərki hazırlıq” fənni üzrə

Şagird:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, tərkibi, inkişafı haqqında məlumatları, hərbi xidmət barədə qanunun tələblərini şərh edir;

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istifadə olunan hərbi texnika və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində təsbit olunmuş əsas müddəaları mənimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;

qeyri-müəyyən şərait və hallarla əlaqədar yaranmış vəziyyətlərdə problemləri həll etmək üçün üsul və vasitələrdən istifadə edir;

mülki müdafiə, sıra təlimi və fiziki hazırlığa aid normativləri yerinə yetirir, onların icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.

11. ÜMUMİ TƏHSİL PİLLƏSİNDƏ TƏDRİS EDİLƏN FƏNLƏR

11.1. Ümumi təhsil pilləsində tədris edilən fənlər aşağıdakılardır:

11.1.1. İbtidai təhsil səviyyəsində:

“Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Azərbaycan dili” — dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), “Xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Fiziki tərbiyə”, “Musiqi”, “Təsviri incəsənət”;

11.1.2. ümumi orta təhsil səviyyəsində:

“Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Azərbaycan dili” — dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “İkinci xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Həyat bilgisi”, “Texnologiya”, “Fiziki tərbiyə”, “Musiqi”, “Təsviri incəsənət”;

11.1.3. tam orta təhsil səviyyəsində:

“Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblərdə), “Rus dili” (təlim rus dilində olan məktəblərdə), gürcü dili (təlim gürcü dilində olan məktəblərdə), “Azərbaycan dili” – dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), “Ədəbiyyat”, “Xarici dil”, “İkinci xarici dil”, “Riyaziyyat”, “İnformatika”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə”, “Çağırışaqədərki hazırlıq”.

12. ÜMUMİ TƏHSİLİN SƏVİYYƏLƏRİ ÜZRƏ HƏFTƏLİK DƏRS VƏ DƏRSDƏNKƏNAR MƏŞĞƏLƏ SAATLARININ MAKSİMUM MİQDARI

Tədris dilləri

Həftəlik dərs saatlarının maksimum miqdarı

ibtidai təhsil səviyyəsi I-IV siniflər

ümumi orta təhsil səviyyəsi V-IX siniflər

tam orta təhsil səviyyəsi X-XI siniflər

Yekun
I-XI siniflər

Таълим / Образование

Ўқитувчи болага таълим бериш жараёнида ҳар бир фаннинг оддийликдан мураккаблик сари изчил давом этган асосларига таянади. Бу асослар эса ўқув адабиётлари – дарсликларда муфассал акс эттирилади.

Таъкидлаш ўринлики, истиқлол йилларида умумий ўрта таълим мактаблари учун дарсликларнинг янги авлодини яратиш давлат миқёсидаги вазифага айланди. Чиндан ҳам ҳар бир ўқувчининг дарсликлар билан тўлиқ таъминланиши таълим сифатини оширишда муҳим аҳамият касб этади. Ушбу саҳифа ёрдамида 6 синф ўқувчиларига мўлжалланган дарсликларнинг электрон нусхасини кўчириб олишингиз мумкин.

Ўзбек тилида На русском языке
Адабиёт 1-қисм (2017)
Адабиёт 2-қисм (2017)
Адабиёт (2022)
Литература 1-часть (2017)
Литература 2-часть (2017)
Литература (2022)
Ботаника (2017) Ботаника (2017)
Физика (2017)
Физика – ИДУМ учун (2019)
Физика (2017)
Француз тили – дарслик (2018)
Француз тили – методика (2018)
Французский язык – учебник (2018)
Французский язык – методика (2018)
География (2017) География (2017)
Табиий фанлар (2022) Естественные науки (2022)
Информатика (2017)
Информатика (2021)
Информатика (2022)
Cambridge
Информатика (2017)
Информатика (2021)
Инглиз тили – дарслик (2018)
Инглиз тили – методика (2018)
Английский язык – учебник (2018)
Английский язык – методика (2018)
Математика (2017)
Математика (2022)
Математика (2017)
Математика (2022)
Мусиқа (2017) Музыка (2017)
Немис тили (2018) Немецкий язык (2018)
Тарбия (2020) Воспитание (2020)
Она тили (2017)
Она тили (2022)
Узбекский язык (2017)
Узбекский язык (2022)
Қадимги дунё тарихи (2017)
Қадимги дунё тарихи (2022)
История древнего мира (2017)
История древнего мира (2022)
Рус тили (2017)
Рус тили (2022)
Русский язык (2017)
Русский язык (2022)
Тасвирий санъат (2017)
Тасвирий санъат (2022)
Изобразительное искусство (2017)
Изобразительное искусство (2022)
Технология (2017)
Технология (2021)
Технология (2017)
Технология (2021)

Azərbaycan tarixi 6 sinif dərslik pdf dərs 1

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycanın dövlət və hüquq tarixi

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.