Azrbaycan tarixi 7 ci sinif intibah medeniyyet
Bu dəyişikliklər cəmiyyətdə ortaq, birləşdirici musiqi dili yaratdı. Franko-flamand məktəbinin polifonik üslubu buna örnəkdir. Nəşriyyatın inkişafı musiqinin geniş ölçüdə paylaşılmasına səbəb oldu. Musiqinin əyləncə və təhsilli həvəskarlar üçün fəaliyyət olaraq tələb edilməsi burjuaziya sinfinin yaranması ilə artdı. Şanson, motet və messaların Avropa boyunca yayılması polifonik praktikanın birləşməsinin axıcı üsluba keçidi ilə üst-üstə düşürdü. Bu üslub 16-cı əsrin ikinci yarısında Tomas Luis de Viktoriya, Orlando di Lasso, Covanni Palestrina və Uilyam Byordun kimi bəstəkarların əsərlərində zirvə dövrünü yaşamışdır.
Intibah Medeniyyeti – Wikipedia
İntibah dövrü və ya renessans [2] [3] (fr. Renaissance , it. Rinascimento — “yenidən doğulma”, “dirçəlmə” [4] [5] ) — Avropa tarixinin XV və XVI əsrlərini əhatə edən, Orta əsrlərdən müasirliyə keçid dövrü. O, son orta əsrlər dövrü böhranından sonra baş verdi və böyük sosial dəyişikliklə əlaqələndirildi. Standart dövrləşdirməyə əlavə olaraq uzun renessans dövrü fikrini dəstəkləyənlər bu dövrün XIV əsrdə başlayıb, XVII əsrdə sonlandığını düşünür. Ənənəvi baxış renessansın daha çox erkən müasir aspektlərinə yönələrək onun keçmişdən bir qırılma olduğunu iddia etsələr də, bu gün tarixçilərin əksəriyyəti bu dövrü orta əsrlər aspektindən dəyərləndirərək, renessansın orta əsrlərin davamı olduğunu düşünür. [6] [7]
1501–1504-cü illərdə Mikelancelo tərəfindən hazırlanmış David heykəli, Florensiya Təsviri İncəsənət Akademiyası, Florensiya, İtaliya. Heykəl intibah və dünya incəsənətinin şah əsəri hesab olunur. Əzələli yunan atleti kimi təsvir olunan peyğəmbər Davudun əzəmətli cizgiləri, duruşu və davranış tərzində xristian humanizminin idealı nəzərə çarpır. Bu idealı erkən müasir İtaliya incəsənətinin digər misilsiz nümunələrində də görmək mümkündür. [1]
İntibah dövrünün intellektual əsası onun humanizm versiyasıdır. Humanizm roma mənşəli humanitas anlayışı və hər şeyin ölçüsü insandır deyən Protaqor kimi, klassik Yunan fəlsəfəsinin yenidən kəşf edilməsindən törənmişdir. Bu yeni düşüncə incəsənət, memarlıq, siyasət, elm və ədəbiyyatda manifestə çevrildi. Dövrün ilk örnəkləri yağlı boyadakı perspektivin inkişafı və beton hazırlamadakı yenilənən biliklərdə görülür. Baxmayaraq ki, daşına bilən metal növünün ixtirası 15-ci əsrin sonundan başlayaraq sürətli şəkildə yayılmışdı, renessansdakı dəyişikliklər bütün Avropada eyni deyildi: İtaliyada renessansın ilk izlərinə 13-cü əsrin əvvəllərində, xüsusilə Dantenin yazılarında və Cottonun rəsm əsərlərində rast gəlmək olur.
Mədəniyyət hərəkatı olaraq intibah müasirlərinin Petrarkaya etibar etdikləri, klassik mənbələrə əsaslanan öyrənmənin XIV əsrdə canlanması ilə başlayan Latın və yerli ədəbiyyatın yenilikçi çiçəklənməsini əhatə etdi; xətti perspektivin inkişafı və rəssamlıqda daha təbii bir reallıq göstərmək üçün digər üsullar; tədricən, lakin geniş yayılmış təhsil islahatı. Siyasətdə renessans diplomatik adətlərin və konvensiyaların inkişafına, elmdə induksiyaya və müşahidəyə əsaslanan elmi tədqiqatlara töhfə verdi. Baxmayaraq ki, intibah dövrü sosial və siyasi qarışıqlıqlar da daxil olmaqla, çoxu intellektual məsələdə inqilaba səbəb olmuşdu, onun ən önəmli təsiri incəsənətin inkişafı və “renessans adamı” termininə ilham mənbəyi olan Leonardo da Vinçi və Mikelancelo kimi polimatların töhfələri sayılır. [8] [9]
İntibah dövrü İtaliyanın Florensiya bölgəsində 14-cü əsrdə başladı. [10] Dövrün mənşəyi və xarakteristikasını izah etmək üçün o dövrdə Florensiyanın sosial və vətəndaş xüsusiyyətləri də — bölgənin siyasi quruluşu, Mediçilər sülələsinin himayədarlığı [11] [12] və Konstantinopolun Osmanlılar tərəfindən fəthindən sonra yunan alimlərin İtaliyaya köçü və yazdığı mətnlər — daxil olmaqla, fərqli faktorlar da nəzərə alınaraq müxtəlif nəzəriyyələr irəli sürüldü. [13] [14] [15] Digər əsas mərkəzlərə İntibah papalığı dövründə Venesiya, Genuya, Milan, Bolonya və Roma kimi şimali İtaliyanın şəhər-dövlətləri və ya Belçikanın Brügge, Gent, Brüssel, Löven, Antverpen kimi şəhərləri daxil idi.
İntibah dövrünün uzun və qarışıq tarixşünaslığı özündə tarixin dövrləşdirilməsinə qarşı skeptisizm ehtiva edir. Belə ki, “İntibah”ın mədh edilməsi və o dövrün mədəni qəhrəmanlarının “İntibah insanları” olaraq anılması XIX əsrdə tarixçilər arasında çoxlu müzakirələrə səbəb olmuş, onları İntibah sözünün termin və tarixi təsvir kimi istifadəsinin əhəmiyyətli olub-olmadığını sorğulamağa vadar etmişdir. [16] İntibah konseptinə qarşı yönəlmiş bu müqaviməti nəzərdən keçirən incəsənət tarixçisi Ervin Panofski bildirmişdir:
| İtalyan İntibahının faktuallığının ədəbiyyat üzrə təhsil almış şəxslər tərəfindən istisna hallarda, incəsənət tarixçiləri tərəfindən isə daha nadirən sorğulanmasına baxmayaraq, sivilizasiyanın estetik aspektləri ilə professional cəhətdən məşğul olmaq öhdəliyi olmayan insanların – iqtisadi və sosial tərəqqini, siyasi və dini vəziyyətləri, xüsusilə də, təbiət elmlərini araşdıran tarixçələrin – onu belə mütəmadi şəkildə və həvəslə sual altına salması heç də təsadüfi deyil. [17] |
Bəzi müşahidəçilər intibahı pessimizm dövrü və ya antik dövrə duyulan nostalgiya kimi yox, [18] mədəni “tərəqqi” kimi dəyərləndirsə də, sosial və iqtisadi tarixçilər, xüsusilə də, adları “uzun müddətli” (fr. long durée ) ifadəsi ilə anılanlar, Panofskinin sözləri ilə desək, “minlərlə bağ ilə” bir-birinə bağlı olan bu iki era [19] arasındakı davamlılığa fokuslanırlar. [20]
Yenidən doğulma (it. rinascita ) termini ilk dəfə Corco Vazarinin “Rəssamların həyatı” (1550) adlı kitabında işlədilmiş, 1830-cu illərdə isə ingilisləşdirilərək İntibah (ing. Renaissance ) adlandırılmışdır. [21] Bu sözün istifadə olunma tarixi Karolinq intibahı (8 və 9-cu əsrlər), Otton intibahı (X və XI əsrlər) və 12-ci əsr intibahı kimi bir sıra başqa tarixi və mədəni hərəkatlara qədər uzanır. [22]
Mündəricat
- 1 Ümumi təsəvvür
- 2 Mənşəyi
- 2.1 İntibah humanizminin latın və yunan fazası
- 2.2 İtaliyada sosial-siyasi quruluş
- 2.3 Qara ölüm
- 2.4 Florensiyada mədəni vəziyyət
- 3.1 Humanizm
- 3.2 Humanizm və kitabxanalar
- 3.3 İncəsənət
- 3.4 Elm
- 3.5 Naviqasiya və coğrafiya
- 3.6 Musiqi
- 3.7 Din
- 3.8 Özünüdərk
- 4.1 İngiltərə
- 4.2 Fransa
- 4.3 Almaniya
- 4.4 Macarıstan
- 4.5 Aşağı ərazilərdə İntibah dövrü
- 4.6 Şimali Avropa
- 4.7 Polşa
- 4.8 Portuqaliya
- 4.9 Rusiya
- 4.10 İspaniya
- 5.1 Konsepsiya
- 5.2 İnkişafı barədə debatlar
- 9.1 Ümumi mənbələr
- 10.1 Tarixşünaslığı ilə bağlı
- 10.2 Vacib mənbələr
Ümumi təsəvvür
İntibah erkən müasir dövrdə Avropa intellektual həyatında dərindən təsir etmiş mədəni cərəyan idi. İtaliyada başlayan və XVI əsrə qədər Avropanın qalanına yayılan intibahın təsirləri incəsənət, memarlıq, fəlsəfə, ədəbiyyat, musiqi, elm və texnologiya, siyasət, din və intellektual araşdırmanın digər aspektlərində hiss olunurdu. İntibah alimləri tədqiqatlarında humanist metoddan istifadə etdilər və incəsənətdəki insan emosiyasını və realizmini axtardılar. [23]
Konstantinopolun 1453-cü ildə fəthi nəticəsində özləri ilə birlikdə Qərb üçün qeyri-müəyyən olan qədim yunan əlyazmalarını gətirən yunan alimlərinin Avropaya köç etdiyi dövrdə Poccio Braççolini kimi intibah humanistləri Avropadakı monastır kitabxanalarında Latın ədəbiyyatı, antik dövrün ritorik və tarixi mətnlərinin axtarışında idilər. İntibah alimlərinin tarixi və ədəbi mətnlərə olan yeni fokusu onları mədəni mətnlər yerinə, təbiət elməri, fəlsəfə və riyaziyyatla bağlı yunan və ərəb dilində yazılmış əsərləri tədqiq edən 12-ci əsr İntibah alimlərindən ayırırdı.
Sandro Bottiçelli tərəfindən çəkilmiş Gənc qadın portreti (c. 1480–85) (Simonetta Vespuççi)
İntibah alimlərini neoplatonizmin dirçəlişində xristianlığı inkar etmədilər, əksinə, renessansın ən möhtəşəm əsərləri buna həsr edilmişdi. Kilsə İntibah incəsənəti əsərlərinin çoxusuna himayədarlıq edirdi. Ancaq hiss edilməyən dəyişmə intellektualların mədəni həyatın bir çox hissəsində əks etdirilən dinə qarşı yaxınlaşmalarında baş verdi. [24] Əlavə olaraq, yunan Əhdi-Cədidi də daxil olmaqla, bir çox yunan-xristian əsər Bizantiondan Qərbi Avropaya geri gətirildi və son qədim dövrdən bəri ilk dəfə qərb alimləri tərəfindən öyrənildi. Yunan-xristian əsərlərlə bu yeni tanışlıq və xüsusilə, humanist Lorenzo Valla və Desiderius Erasmus tərəfindən önə çəkilən Əhdi-Cədidin yunan dilində orijinal versiyasının qayıdışı protestantlıq reformasiyasının inkişafına kömək edəcəkdi.
Xeyli sonra klassisizmə ilk bədii qayıdış Nikola Pizanonun heykəltəraşlığında nümunələşdirildi. Mazaççonun rəhbərlik etdiyi Florentina rəssamları perpektivi icra etmək və işıqdan daha təbii istifadə etmək üçün üsullar inkişaf etdirərək insan formasını realistik olaraq çəkməyə başladılar. Ən məşhuru Nikkolo Makiavelli olan siyasi filosoflar siyasi həyatı olduğu kimi göstərmək və bunu rasional olaraq başa düşmək üçün yollar axtardılar. İtalyan İntibah humanizminə vacib töhfə Covanni Piko della Mirandollanın De hominis dignitate (İnsan ləyaqəti haqqında nitq, 1486) əsəri ilə verildi. Bu əsərdə hər hansısa bir rəqibə qaşı əsaslı şəkildə müdafiə edilən fəlsəfə, təbii düşünmə, inanc və sehir haqqında bir sıra nəzəriyyələr var idi. Klassik yunan və latın əsərlərinin tədqiqinə əlavə olaraq, İntibah yazıçıları loru dillərin istifadəsinə də geniş şəkildə başlamışdılar. Kitab çapı texnologiyasının da kəşf edilməsi ilə bu, xüsusilə Bibliya olmaqla, daha çox insanın kitablara çatmasına səbəb olacaqdı. [25]
Nəticə olaraq, İntibah intellektuallar tərəfindən sekulyarizmi və dünyəviliyi həm antik dövrün ideyalarını dirçəlişi, həm də düşüncəyə roman yaxınlaşması vasitəsi ilə inkişaf etdirmə və öyrənmə cəhdi olaraq görülə bilər. Rodni Stark [26] kimi bəzi alimlər İntibah dövrünün əhəmiyyətini yüksək orta əsrlər dövründəki İtaliya şəhər-dövlətlərinin erkən innovasiyaları lehinə azaldırlar. Bunlar özündə həssas hökuməti, xristianlığı və kapitalizmin yaranmasını birləşdirirdilər. Bu analizə görə, Avropanın nəhəng dövlətləri (Fransa və İspaniya) mütləq monarxist, digər dövlətlər kilsənin təsirində idilər. İtaliyanın müstəqil şəhər respublikaları isə monastır əmlakı üzərində formalaşan kapitalizmin təməllərini qoydular və daha əvvəl görünməmiş, İntibahı maliyyələşdirən və reallaşdıran ticarət inqilabını başlatdılar.
Əsas məqalə: İtalyan İntibahı
Renessansın yarandığı Florensiyanın mənzərəsiBir çox tarixçilər hesab edirlər ki, İntibah dövrü üçün səciyyəvi olan ideyalar öz başlanğıcını XIII əsrin sonlarında Florensiyadan,Dante Aligyeri (1265–1321) və Françesko Petrarkanın (1304–1374) yazılarından, Cotto di Bondonenin (1267–1337) rəsmlərindən götürür. Bəzi tarixçilər İntibah dövrünün başlanğıcı olduqca dəqiq qeyd edirlər: onlardan biri rəqib dahilər, Lorenzo Giberti və Filippo Brunelleskinin Florensiya kafedralındakı vəftizxananın qapıları üçün bürünc qapıların qoyulmasına görə müqavilə uğrunda mübarizə apardığı (hansı ki, Gilbert qalib gəlmişdi) 1401-ci ili başlanğıc nöqtəsi kimi qəbul edirdi. [27] Digərləri isə İntibah yaradıcılığının qığılcımı kimi Brunelleski, Giberti, Donatello və Mazaçço kimi polimat və rəssamlar arasındakı bədii sifariş üçün olan ümumi rəqabəti görürdülər. Ancaq İntibah dövrünün niyə İtaliyada başlaması və ümumiyyətlə niyə, nə vaxt başlaması müzakirə mövzusu olaraq qalmaqdadır. Bu səbəbdən, onun mənşəyini izah etmək üçün bir neçə nəzəriyyə irəli sürülmüşdür.
İntibah dövründə pul və incəsənət əl-ələ gedirdi. Rəssamlar tamamilə bədii istedadları dəstəkləmək üçün pula ehtiyacı olan himayədarlardan asılı idilər. Asiya və Avropa ilə ticarət əlaqələrinin genişləməsi 14, 15, 16-cı əsrlərdə İtaliyaya böyük sərvətlər gətirdi. Tirol qraflığındakı gümüş mədənçiliyi pul axışını artırdı. Səlib yürüşləri ərzində İslam dünyasından gətirilmiş dəbdəbə Genuya və Venesiya zənginliyini artırmışdı. [28]
Jül Mişle müasir bəşəriyyət və onun dünyadakı yeri anlayışını yaradan 16-cı əsr Fransız İntibahını Avropa mədəni tarixinin Orta əsrlərdən qopduğu bir dövr kimi izah etdi. [29]
İntibah humanizminin latın və yunan fazası
Həmçinin bax: Renessansda yunan alimlər və Yunan Klassikasının keçidi
Latın alimlərin, demək olar ki, tamamilə təbiət elmləri, fəlsəfə və riyaziyyat barədə ərəb və yunan dillərində yazılmış əsərlərin öyrənilməsinə fokuslandığı Yüksək Orta əsrlər dövrünün əksinə, [30] İntibah alimləri daha çox latın və yunan dilində olan ədəbi, tarixi və ritorik mətnləri bərpa etmək və öyrənməkdə maraqlı idilər. Ümumi olaraq bu dövr 14-cü əsrdə, Françesko Petrarka, Kolyuçço Salutati (1331–1406), Nikkolo Nikkoli (1364–1437) və Poccio Braççiolini (1380–1459) kimi intibah alim alimləri Siseron, Lukresi, Livi və Seneka kimi latın yazıçıların əsərlərini Avropa kitabxanalarında axtaranda başladı. [31] 15-ci əsrin əvvəllərinə qədər belə Latın ədəbiyyat nümunələrinin əksəriyyəti bərpa edildi. Qərbi Avropa alimləri qədim Yunan ədəbi, tarixi, ritorik və teoloji mətnləri bərpa etməyə başladıqca, İntibah humanizminin yunan fazası davam edirdi. [32]
Qədim antik dövrdən bəri Qərbi Avropada öyrənilən və qorunulan latındilli mətnlərdən fərqli olaraq, Orta əsrlər Qərbi Avropasında yunan dilində yazılmış mətnlərin öyrənilməsi çox məhdud idi. Elm, riyaziyyat və fəlsəfə haqqında olan qədim Yunan əsərləri Qərbi Avropada Yüksək Orta əsrlər dövründə və İslamın qızıl dövründə (normal olaraq tərcümə ilə) öyrənilmişdi, ancaq Yunan ədəbi, ritorik və tarixi əsərləri (Homer, Demosfen və Fukidid kimi yunan dramatistləri) nə Latın, nə də Orta əsrlər İslam dünyasında öyrənilmişdi. Orta əsrlərdə belə mətn növləri, ancaq Bizans alimləri tərəfindən tədqiq edilmişdi. Bəzilərinə görə Səmərqənddəki Teymurilər İntibahı fəthləri nəticəsində yunan alimlərinin İtaliya şəhərlərinə köçməsinə səbəb olan Osmanlı İmperiyası ilə əlaqəli idi. [13] [33] [34] [35] İntibah alimlərinin ən böyük nailiyyətlərindən biri son antik dövrdən bəri ilk dəfə Yunan mədəni əsərlərinin bütün sinifini Qərbi Avropaya gətirmək oldu.
Müsəlman məntiqçilər xilafət Misiri və Levantı işğal etdikdən sonra buradakı yunan ideyalarına yiyələnmişdilər. Onların bu ideyalar üzərində tərcümə və şərhləri Ərəb dünyasının Əndəlüs və Sicilyaya doğru yönəlməsinə töhfə vermişdi. Bu bölgələr ideyaların keçidi üçün vacib mərkəzlərə çevrilmişdi. 11-ci əsrdən 13-cü əsrə qədər İberiyada fəlsəfi və elmi əsərləri klassik ərəb dilindən Orta əsrlər latıncasına tərcümə etmək üçün çoxlu məktəblər yaradıldı. Bunların içində ən məşhuru Toledo Tərcüməçilər Məktəbi idi. Geniş şəkildə plansız və təşkilatsız olsa da, İslam mədəniyyətindən tərcümə edilən əsərlər tarixdə ən böyük ideya keçidlərindən biri idi. [36] Yunan ədəbi, tarixi, ritorik və teoloji mətnlərin Qərbi Avropa tədris planın daxil edilməsi hərəkatının tarixi 1396-cı ildə — Kolluççio Sulutatinin Florensiyada yunan dilini tədris etməsi üçün Bizans diplomatı və alimi Manuil Xrisoloru (1355–1415) dəvət etməsi ilə başlayır. [37] Bu irs Basilios Bissarion və Leo Allatiy kimi bir sıra mühacir yunan alimləri tərəfindən davam etdirildi.
İtaliyada sosial-siyasi quruluş
Apennin yarımadasının siyasi xəritəsi (1494-cü il).
İtaliyanın son Orta əsrlərdəki özünəməxsus siyasi vəziyyət ölkədəki qeyri-adi sosial ab-havanın nadir mədəni tərəqqiyə səbəb olduğu fərziyyəsini ortaya çıxardı. İlkin müasir dövrlərdə İtaliya vahid siyasi quruluşa malik deyildi. O bir sıra xırda dövlətlərə parçalanmışdı. Neapol krallığı ölkənin cənubunu, Florensiya Respublikası və Papa dövləti mərkəzini, Genuya və Milan şimalını və qərbini, Venesiya Respublikası isə şərqini idarə edirdi. 15-ci əsr İtaliyası Avropada ən şəhərləşmiş ərazilərdən biri idi. [38] Onun şəhərlərinin çoxu qədim Roma tikililərinin qalıqları arasında ayaqda qalmışdı: elə bil İntibahın klassik təbiəti onun Roma İmperiyası mərkəzindəki mənşəyi ilə əlaqəli idi. [39]
Tarixçi və siyasi filosof Kventin Skinnerə görə, 12-ci əsrdə şimali İtaliyaya səyahət edən alman yepiskop I Otto (1114–1158) burada siyasi və sosial təşkilatlanmanın yeni formasının geniş şəkildə yayıldığını müşahidə etdi. I Otto gördü ki, İtaliya cəmiyyətinin ticarət və tacirlərə əsaslanması onu feodalizm quruluşundan çıxarmışdı. Buna bağlı olaraq güclü mesajı bərabərlik, ədalət, cümhuriyyətçilik və yaxşı idarəetmənin fəzilətlərindən bəhs edən Ambroco Lorenzettinin məşhur erkən İntibah dövrü freskosu Yaxşı və pis hökumətn alleqoriyası-nda əks etdirilən anti-monarxik düşüncə idi. Həm Kilsəni, həm də İmperiyanı bir yerdə saxlayan bu şəhər respublikaları azadlıq anlayışlarına həsr olunmuşdu. Skinner Florensiya dühasının təkcə incəsənət, heykəl və memarlıqda deyil, eyni zamanda “Florensiyada o günlərdə meydana çıxan möhtəşəm əxlaqi, sosial və siyasi fəlsəfənin tərəqqisi kimi” Matteo Palmieri qeydləri kimi bir çox azadlıq müdafiəsi olduğunu bildirir. [40]
İtaliyabu dövrdə özünün dəniz ticarətində xüsusi yer tutan respublikaları ilə, o cümlədən Florensiya və Venesiya Respublikaları ilə məşhur idi. Baxmayaraq ki, oliqarxiya ilə idarə olunurdular və çox cüzi demokratiya nümayiş etdirirdilər, bu dövlətlərdə mövcud olan indiki demokratik sistemə bənzər quruluş və müəyyən siyasi sərbəstlik müxtəlif sahələrdə inkişafa yardımçı olurdu. [40] [41] [42] Venesiya kimi iri ticarət mərkəzlərindəki vəziyyət onları Avropanın intellektual mərkəzlərinə çevirmişdi. Nisbi siyasi azadlıq akademik və bədii inkişafa təkan vermişdi. [43] Tacirlər dünyanın müxtəlif yerlərindən, xüsusilə Levantdan (Yaxın Şərq bölgəsinə verilən ad) yeni ideyalar, elmi biliklər, yazılı mənbələr gətirirdilər. Venesiya şərqlə ticarətdə Avropanın qapıları rolunu oynayır, həm də şüşə istehsalçısı kimi tanınırdısa, Florensiya ipək və cəvahirat mərkəzi hesab olunurdu. Bu var-dövlət müxtəlif ictimai və şəxsi mədəni layihələrin həyata keçirilməsinə şərait yaradır və vətəndaşların təhsil alma imkanlarını artırırdı. [43]
Qara ölüm
Əsas məqalə: Qara ölüm
Piter Breygelin Əcəlin təntənəsi (c. 1562) Orta əsrlər Avropasını məhv edən taundan sonra yaranan sosial qarışıqlığı və terroru əks etdirir.
İrəli sürülən versiyalardan birinə görə Florensiyanın və Avropanın digər ölkələrinin əhalinin kəskin şəkildə azalması ilə nəticələnən və “Qara ölüm” adlandırılan dəhşətli taun xəstəliyinə düçar olması XIV əsr İtaliyasında insanların dünyaya baxışlarının dəyişməsinə səbəb oldu. İnsanlar dini dünya görüşünün əksinə olaraq Dünya həyatına ruhlar dünyası və ölümdən sonrakı həyatdan daha çox qiymət verməyə başladılar. [44] Eyni zamanda iddia edilir ki, “Qara ölüm” dini mövzudakı sənət əsərlərinin yaradılmasının maliyyələşdirilməsinə də səbəb olub. [45] Lakin bunlar heç də İntibahın nə üçün İtaliyada yarandığını tam mənada izah etmir. “Qara ölüm” pandemiya idi və yalnız İtaliyanı yox, bütün Avropanı bürümüşdü. Ola bilsin İntibahın ilk olaraq İtaliyada baş verməsi yuxarıda sadalanan səbəblərin qarşılıqlı təsirinin nəticəsidir. [16]
Taun Avropaya Asiya limanlarından qayıdan gəmilərdəki birələrlə gətirilmişdi və sanitar şəraitin çatışmazlığına görə qısa müddətdə yayılmışdı: o dövrdə əhalisi 4.2 milyon olan İngiltərədə bubon taunu nəticəsində 1.4 milyon insan ölmüşdü. 1347-ci ildə Florensiya əhalisi, təxminən yarıbayarı azalmışdı. Əhalidəki bu qırğının nəticəsi olaraq işçi sinfinin dəyəri artmışdı və sıravi vətəndaşlar artan azadlıqlara malik idilər. Yaranmış əmək qüvvəsi ehtiyacını qarşılamaq üçün işçilər iqtisadi olaraq ən əlverişli yerlərə səyahət etdilər. [46]
Tauna görə yaranan demoqrafik azalmanın iqtisadi nəticələri də var idi: Avropanın çoxu hissəsində 1350–1400-cü illər arasında ərzaq və torpaq qiymətləri 30–40 %-ə qədər azalmışdı. [47] Torpaq sahibləri böyük itki ilə üzləşmişdi, ancaq sadə qadın və kişilər üçün bu, göydəndüşmə idi. Taundan sağ qalanlar təkcə ucuz ərzaq qiymətlərindən yox, həm də çoxalmış boş sahələr və ölmüş qohumlarından onlara miras qalan mülklərdən faydalandılar.
Kasıb yerlərdə xəstəliyin yayılması daha sürətli şəkildə gedirdi. Epidemiyalar şəhərləri, xüsusilə də uşaqları məhv etmişdi. Taun bit, təmiz olmayan içməli su, ordular və ya zəif sanitariya şəraiti ilə yayılırdı. İmuniteti hədəf alan tifus və siflis kimi çoxu xəstəlik ən çox zəif imunitetə sahib uşaqlara ziyan verirdi. Xəstəliyin yayılması varlıların uşaqlarından daha çox qəsəbə yerlərində yaşayan uşaqlara təsir edirdi. [48]
Qara ölümün Florensiyanın sosial və siyasi quruluşunda yaratdığı qarışıqlıq sonraki epidemiyalardan daha böyük idi. İdarəçi sinif üzvləri arasındakı böyük ölüm rəqəmlərinə rəğmən, Florensiya hökuməti bu müddət ərzində öz funksiyasını icra etməyə davam edirdi. Seçilmiş nümayəndələrin rəsmi görüşləri şəhərdə epidemiyanın pik həddə çatdığı dövrdəki xaotik vəziyyətə görə təxirə salındı, ancaq rəsmilərdən ibarət kiçik qrupa hökumətn davamlılığını təmin etmək məqsədiləri şəhər məsələlərini idarə etmə tapşırıldı. [49]
Florensiyada mədəni vəziyyət
Corco Vazarinin Florensiya kralı və incəsənətin himayədarı olan Lorenso Mediçi portreti
İntibahın İtaliyanın başqa bir yerində yox, məhz Florensiyada başlaması uzun müddət müzakirə mövzusu olmuşdur. Alimlər belə bir mədəni cərəyana səbəb ola biləcək Florensiya mədəni həyatının bəzi özünəməxsus xüsusiyyətlərini ortaya qoydular. Çoxları bankir ailə və daha sonra idarəçi sülalə olan Mediçilər ailəsinin incəsənət əsərlərinin təşviqində və maliyyələşdirilməsindəki rolunu vurğulayırdı. Öz həmvətənlərini Leonardo da Vinçi, Sandro Bottiçelli və Mikelancelo da daxil olmaqla, Florensiyanın öndə gedən rəssamlarından rəsm əsərləri sifariş etməyə cəsarətləndirən Lorenso Mediçi (1449–1492) olduqca çox sayda incəsənət əsərlərinin maliyyələşdirilməsində katalizator olmuşdu. [11] Neri di Biççi, Bottiçelli, da Vinçi və Filippino Lippinin əsərləri əlavə olaraq Florensiya, Skopetodakı San Donato qadın monastırı tərəfindən sifariş edilmişdi. [50]
Şübhəsiz ki, İntibah dövrü Lorenso de Mediçi hakimiyyətə gəlmədən, daha doğrusu, Mediçi ailəsi özü Florensiya cəmiyyətində hegemoniyanı əldə etmədən əvvəl formalaşmağa başlamışdı. Bəzi tarixçilər İntibah dövrünün doğum yerinin Florensiya olmasının sadəcə bir təsadüf olmağını, misal üçün “Böyük insanların” təsadüfən eyni ərazidə doğulmağını postulat [a] kimi qəbul edir: [51] Leonardo da Vinçi, Bottiçelli və Mikelancelo hamısı Toskanada dünyaya gəlmişdi. Belə bir şansı ağlasığmaz hesab edən digər tarixçilər bu “Böyük insanlar”ın sadəcə dövrün mədəni şəraitindən dolayı ön plana çıxdıqları fikrində razılaşdılar. [52]
Xüsusiyyətləri
Humanizm
İntibah humanizmi bəzi yönləri ilə fəlsəfə deyil, bir öyrənmə metodu idi. Yazıçılar arasındakı ziddiyətləri həll etməyə yönəlmiş Orta əsrlər sxolastika ruhunun əksinə, İntibah humanistləri qədim mətnləri orijinal halda öyrənəcək və onları mühakimə və empirik sübutları birləşdirərək dəyərləndirəcəkdi. Humanist təhsil “Studia Humanitatis” proqramına əsaslanırdı. Bura daxil olan 5 humanizmə poeziya, qrammatika, tarix, etika və ritorika aid idi. Baxmayaraq ki, tarixçilər bəzən humanizmin konkret izahını verməkdə çətinlik çəkiblər, çoxu alim “müəyyən qədər ortaq olan izaha — Qədim Yunan və Roma dəyərləri, öyrənmə metodu, ədəbiyyatı və dilini bərpa, tərcümə və etmək” qərar veriblər. [53] Hamısından əlavə, humanistlər “insanın dahiliyini, insan təfəkkürünün özünə məxsus və qeyri-adi bacarığını” bildirmişdilər. [54]
Humanist alimlər erkən müasir dövr boyunca intellektual mənzərəni formalaşdırdılar. Nikkolo Makiavelli və Tomas Mor kimi siyasət filosofları Yunan və Roma mütəfəkkirlərinin düşüncələrini canlandırdı və onlardan müasir hökumətlərin tənqidində istifadə etdi. Covanni Piko della Mirandolla “İntibah manifesti” olaraq adlandırılan, düşünmənin atəşli müdafiəsi İnsan ləyaqəti haqqında nitq-i yazdı. Della vita civile (“Sivil həyat haqqında”, 1528) əsəri və Toskana dilini Latın dili ilə eyni səviyyədə təkmilləşdirməsinə görə tanınan Matteo Palmieri digər bir humanist idi. O, klassik respublikaçılığı dəstəkləyirdi. Palmieri onunla bənzər şəkildə aktiv ictimai həyatda vətəndaş və rəsmi şəxs, həmçinin nəzəriyyəçi və filosof kimi rol almış Siseron və Kvintial kimi roma filosof və nəzəriyyəçilərindən faydalandı. Yəqin ki, onun insan haqqında ən müfəssəl düşüncələri 1465-ci ildə yazdığı poetik əsər La città di vita-da da əks olunsa da, bundan əvvəl yazdığı Della vita civile daha ətraflı idi. 1430-cu il taunu dövründə Florensiyadan kənarda, Muqellodakı kənd evində keçən bir sıra dialoqlardan ibarət olan əsərdə Palmieri ideal vətəndaş keyfiyyətləri haqqında daha geniş izah verirdi. Dialoqlara mental və fiziki olaraq uşaqların necə yetişdirilməsi, vətəndaşların əxlaqi olaraq özlərini necə aparmalı olduğu, vətəndaş və dövlətlərin ictimai həyatda doğruluğu necə təmin edəcəyi və praqmatik olaraq faydalı olan ilə doğru olan arasındakı fərq haqqında önəmli debat daxil idi.
Humanistlərə görə, insan ölümdən sonrakı həyata keçid edəndə təhsillə əldə edə bildiyi mükəmməl ağıl və bədənə sahib olmalı idi. Humanizmin məqsədi fiziki və intellektual mükəmməlliyi özündə cəmləşdirən və istənilən vəziyyətdə ləyaqətli şəkildə davranan bəşəri insan yaratmaq idi. [56] Bu ideologiya uomo universale kimi, qədim Yunan-Roma idealına istinad edirdi. İntibah dövründə təhsil, əsasən antik ədəbiyyat və tarixdən ibarət idi, çünki klassiklərin insan davranışının intesiv anlaşılması və əxlaqi quruluşu təmin etdiyi düşünülürdü.
Humanizm və kitabxanalar
Bəzi İntibah kitabxanalarının özünəməxsus xüsusiyyəti onların ictimaiyyətə açıq olması idi. Bu kitabxanalara fikirlərin mübadilə edildiyi və araşdırma və oxumağın ruh və düşüncəyə həm faydalı, həm də həzz verən olaraq görüldüyü yerlər idi. Azad düşünmə dövrün vacib xüsusiyyəti olduğu çoxu kitabxanada xeyli sayda yazıçının əsərlərini tapmaq olurdu. Klassik mətnlər humanist yazılarla birlikdə tapıla bilərdi. İntellektualların bu rəsmi birliyi İntibah mədəniyyətinə dərindən təsir etmişdi. Ən varlı “bibliofillərdən” bəziləri kitabxanaları kitab və elm məbədi kimi tikmişdilər. Bəzi hallarda mədəni kitabxana tikənlər də öz kolleksiyalarından başqalarıda istifadə etsin deyə çalışırdılar. Kilsənin məşhur aristokratları və şahzadələri məhkəmələrində istifadə etmək üçün böyük kitabxanalar yaratdılar. Belə kitabxanalara “məhkəmə kitabxanaları” deyilirdi və əsasən, dəbdəbəli ağac işləmələr olan və freskalar həkk edilmiş divarlarla örtülü binalarda yaradılırdı.
İncəsənət
Həmçinin bax: Qərb incəsənətində İslam təsirləri
İntibah incəsənətinin mədəni doğuşu Orta Əsrlərin sonu, Müasir dövrün başlanğıcına təsadüf edir. İntibah incəsənətinin fərqləndirici xüsusiyyətlərindən biri onun yüksək dərəcədə realistik xətti perspektivinin inkişafı idi. Cotto di Bondone (1267–1377) ilk dəfə bir rəsmin kosmosa açılan bir pəncərə kimi baxılması ilə əlaqələndirilsə də, ancaq memar Filippo Brunelleskinin (1377–1446) nümayişlərinə və Leon Battista Albertinin sonrakı yazılarına qədər (1404–1472) bu perspektiv bir bədii texnika kimi rəsmiləşdirilmədi. [57]
Leonardo da Vinçi’s Vitruvius insanı (1490) Antik yazıçıların İntibah mütəfəkkirləri üzərində yaratdığı təsiri göstərir. Vitruvinin Memarlıq haqqında on kitab əsərindəki spesifikasiyalara əsaslanan da Vinçi mükəmməl şəkildə bölünmüş insanı çəkməyə çalışmışdır.(Qalereya Muzey Akademiyası Venesiya)
Qrafik perspektivin inkişafı incəsənətdə realizmə doğru olan geniş trendin bir hissəsi idi. [58] Rəssamlar digər üsulları, kölgə və işıq üsullarını inkişaf etdirdilər. Xüsusilə, Leonardo da Vinçinin insan anatomiyası ilə bağlı əsərində bu inkişaf nəzərə çarpır. Bədi üslubda bu dəyişikliklərin önə çıxarılması təbiət gözəlliyi təsvir etmə və estetika aksiomalarını sadələşdirmə istəyi idi. Leonardo, Mikelancelo və Rafaelin əsərləri bu mənada bədii zirvəni təmsil edirdi, onlar digər rəssamlar tərəfindən təqlid edildilər. [59] Digər tanınmış rəssamlara FLorensiyada Mediçilər üçün işləyən Sandro Bottiçelli, Donatello və Venesiyalı Tisian Veçellio misal göstərilə bilər. Hollandiyada xüsusi olaraq incəsənət mədəniyyəti inkişaf etməkdə idi. Hüqo van der Qus və Yan van Eykin əsərləri İtaliyada rəssamlığın inkişafına böyük təsir göstərmişdi. Onlar həm yağlı boya və kətan rəssamlığına texniki olaraq giriş etmə və stil olaraq naturalizmin təsviri baxımından önəmli idi. Daha sonra, Piter Breygelin əsəri də rəssamlara gündəlik mövzuları təsvir etmək üçün ilham qaynağı olacaqdı. [60] Memarlıqda Filippo Brunelleski antik dövrün klassik tikililərinin qalıqlarını tədqiq etmədə məşhurlaşmışdı. Birinci əsrdə yaşamış Vitruvinin bilikləri və riyaziyyat elminin çiçəklənməsindən istifadə edən Brunelleski klassik formalarla rəqabət aparan və onu inkişaf etdirən İntibah stilini formalaşdırdı. Onun mühəndislik nailiyyəti Florensiya kafedralı üçün gümbəz tikməsi idi. [61] Bu stillə inşa edilən digər bir tikili Alberti tərəfindən tikilən, Mantuadakı Müqəddəs Andryu kilsəsi idi. Yüksək İntibahın digər möhtəşəm memarlıq abidəsi Bramante, Mikelancelo, Rafael, Sanqallo və Karlo Madernonun bacarıqlarını özündə birləşdirən Müqəddəs Pyotr bazilikası idi. İntibah dövründə memarlar sütunlarda pilyast və antablementi bütövləşmiş sistem kimi istifadə etməyi hədəfləmişdilər. Roma dövründə istifadə olunan sütun növlərinə Toskana və mürəkkəb sistem daxil idi. Bunlar ya struktur, bir pasaj və ya arxitravı dəstəkləyən, ya da pilyastlar şəklində bir divara dayanan tamamilə dekorativ üslubda ola bilərdi. Pilyastlardan bütövləşmiş sistem kimi istifadə edilən ilk tikililərdən biri Brunellesçi tərəfindən tikilən Saqrestiya Veççia (1421–1440) idi. [62] Sütun başlığına sütun və ya körpü ilə birləşdirilən, yarımdairəvi (Mannerist stildə) və ya seqmental tağlar pasajlarda tez-tez istifadə edilirdi. Sütun başlığı və tağ yaylanması arasındakı hissədə antablament ola bilərdi. Alberti monumentalda tağdan istifadə edən ilk mühəndislərdən biri idi. İntibah dövrünün tağlarında zolaqlar yox idi: onlar adətən düzbucaqlı formada olan Qotik üslubdan fərqli olaraq, yarım dariəvi və ya seqmental idilər. İntibah rəssamları paqan olmasalar da, onlar antik dövrə heyranlıq bəsləyir və Orta əsrlərdən əvvəlki simvol və ideyaları qoruyurdular. Nikola Pizano (1220–1284) Bibliyadakı səhnələri canlandırmaqla klasik formaları təqlid etdi. Onun Piza vəftixanasındakı “Müjdələmə” əsəri klassik modellərin İntibahın bədii cərəyan kimi formalaşmağa başlamadan əvvəl İtaliya incəsənətinə təsir etdiyini göstərir. [63]
Elm
Əsas məqalələr: İntibahda elmin tarixi və İntibah texnologiyası
Həmçinin bax: Tibbi intibah
Nikolay Kopernikin təxminən 1580-cı ildə çəkilmiş anonim portretiMühasibatın atası Luka Paçolinin portreti. [b] Yakopo de Barbari tərəfindən 1495-ci ildə çəkilən portret Kapodimonte muzeyində saxlanılır.
Tətbiqi innovasiya ticarətə qədər genişləmişdi. 15-ci əsrin sonunda Luka Paçolinin hesabdarlıq haqqındakı yazdığı ilk əsər onu mühasibatın qurucusu etdi. [65] Qədim mətnlərin yenidən kəşfi və çap qurğusunun ixtira edilməsi öyrənməni demokratikləşdirdi və bölünmüş ideyaların daha geniş şəkildə yayılmasını sürətləndirdi. İtalyan İntibahının birinci mərhələsində humanistlər bəşərpərəstliyi təbiət fəlsəfəsi və tətbiqi riyaziyyatdan üstün tutmuşdular və onların klassik mənbələrə olan pərəstişi kainatın aristotelçi və ptolemeyçi baxışlarını da müqəddəs olaraq qəbul etmələrinə səbəb olmuşdu. Təqribən 1450-ci illərdə yazan Nikolay Kuzalı Nikolay Kopernikin heliosentrik nəzəriyyəsini təxmin etmişdi, ancaq fəlsəfi üslubda. Elm və incəsənət erkən İntibah dövründə Leonardo da Vinçi kimi polimat rəssamlar tərəfindən bir-birinə qarışdırılmışdı. Da Vinçi anatomiya və təbiət haqqında müşahidələrinə əsaslanan rəsm əsərləri çəkirdi. O, suyun axışı, tibbi kəsiklər və aerodinamikanın həkərət qanunun sistemli öyrənilməsini ilə bağlı bir sıra nizamlı təcrübələr apardı. Da Vinçinin bu təcrübələr nəticəsində formalaşdırdığı araşdırma metodunun prinsipləri onu Frityof Kapra tərəfindən “müasir elmin atası” kimi adlandırılmasına səbəb olacaqdı. [66] Da Vinçinin bu dövrdəki digər töhfələrinə mərmər kəsmə və monolit daşları qaldırma üçün dizayn edilmiş mexaniki qurğular və akustika, botanika, geologiya, anatomiya və mexanikadakı yeni kəşflər daxildir. [67] Elmi təlimi sorğulamaq üçün uyğun mühit formalaşmışdı. Xristofor Kolumb tərəfindən 1492-ci ildə Yeni dünyanı tapmaq üçün başladılan coğrafi kəşflər klassik dünya görüşü dəyişdirdi. Coğrafiyada Ptolemeyin və tibbdə Qalenin əsərlərinin gündəlik müşahidələrlə uyğunlaşmadığı görüldü. Protestant reformasiya və Əksreformasiya toqquşduqca, Şimal İntibahı kəskin şəkildə aristotelçi təbiət fəlsəfəsindən kimya və biologiya elmlərinə (botanika, anatomiya və tibb) yönəldi. [68] Əvvəllər doğru olaraq qəbul edilənləri sorğulamaq və yeni cavablar tapmaq arzusu böyük elmi inkişafa səbəb oldu. Bəziləri bunu müasir dövrün başlanğıcını müjdələyən “elmi inqilab” kimi, [69] digərləri isə qədim dövrün başlanğıcından bugünki günə qədər davam edən prosesin sürətlənməsi kimi görürdü. [70] Bu dövr ərzində Qalileo Qaliley, Tixo Brahe və İohann Kepler tərəfindən vacib elmi irəliləyişlər qeydə alındı. [71] Kopernik De revolutionibus orbium coelestium (Göy cisimlərinin fırlanması haqqında) adlı əsərində Dünyanın Günəş ətrafında döndüyünə işarə etdi. Andreas Vezali De humani corporis fabrica (İnsan bədənin işləməsi haqqında) əsərində tibbi yarma, müşahidə və anatomiyanın mexaniki baxışı haqqında olan fikirlərini əsaslandırdı. [72] Digər bir mühüm inkişaf aristotelçi elmi üsul kənara qoyularaq, empirik dəlillərə və riyaziyyatın əhəmiyyətinə yönəlmiş elmi metod kəşf olunmaq üzrə idi. Bu ideyaların ilk və tanınmış tərəfdarlarına Kopernik, Qalileo və Frensis Bekon daxildir. [73] [74] Yeni elmi metod astronomiya, fizika, biologiya və anatomiya sahələrində böyük töhfələr verdi. [c] [75]
Naviqasiya və coğrafiya
Ətraflı bax: Coğrafi kəşflər
Pietro Kopponun dünya xəritəsi, Venesiya, 1520İntibah dövrünün 1450–1650-ci illər aralığında [76] cənub qütb qitəsi olaraq bilinən Antarktida istisna olmaqla, avropalılar bütün qitələrə səyahət etmiş və xəritələrini hazırlamışdı. Bu inkişaf özünü holland kartoqraf Yan Blau tərəfindən hazırlanan geniş dünya xəritəsində özünü göstərir. Nova Totius Terrarum Orbis Tabula adlı xəritə 1648-ci ildə Vestfaliya sülhünün xatirəsinə hazırlanmışdı. Dehli sultanlığına dəniz yolu birbaşa marşrut axtaran Xristofor Kolumb 1492-ci ildə İspaniyadan hərəkət edərək Atlantik okeanı keçmişdi. O, təsadüfən Amerikaya gəlib çıxmış, ancaq buranın Şərqi Hind olduğuna inanmışdı. 1606-cı ildən holland səyyah Villem Yanszon VOC-un gəmisi Duyfken Şərqi Hinddən səyahətə başladı və Avstraliyaya gəldi. O, Kvinslenddəki Keyp-York yarımadasının 300 km-lik qərb sahilinin, onun ardınca, otuzdan artıq holland ekspedisiyası şimal, qərb və cənub sahillərinin xəritəsini hazırladı. Abel Tasman 1642–1643-cü illərdə qitənin ətrafında səyahət etdi və buranın o dövrdə fərziyyə olaraq düşünülən cənub qütb qitəsi ilə quru əlaqəsinin olmadığını sübut etdi. 1650-ci ilə qədər holland kartoqraflar Nyu-Holland olaraq adlandırdıqları qitənin şərq sahili xaricində, bütün sahil xəttinin xəritəsini yaratmışdılar. Şərq sahilinin xəritəsi 1770-ci ildə Kapitan Kuk tərəfindən tərtib edilmişdi. Uzun müddət nəzəri olaraq qəbul edilən, cənub qütb qitəsi nəhayət 1820-ci ildə kəşf edildi. İntibah dövrü boyunca Terra Australis Incognita və ya qısaca “Australia” olaraq bilinmişdi. Ancaq 19-cu əsrdə o ad Nyu-Hollanda dəyişdirildikdən sonra, Antarktida adı cənub qütb qitəsinə verildi. [77]
Musiqi
Əsas məqalə: İntibah musiqisi
Həmçinin bax: İntibah rəqsiBu dəyişikliklər cəmiyyətdə ortaq, birləşdirici musiqi dili yaratdı. Franko-flamand məktəbinin polifonik üslubu buna örnəkdir. Nəşriyyatın inkişafı musiqinin geniş ölçüdə paylaşılmasına səbəb oldu. Musiqinin əyləncə və təhsilli həvəskarlar üçün fəaliyyət olaraq tələb edilməsi burjuaziya sinfinin yaranması ilə artdı. Şanson, motet və messaların Avropa boyunca yayılması polifonik praktikanın birləşməsinin axıcı üsluba keçidi ilə üst-üstə düşürdü. Bu üslub 16-cı əsrin ikinci yarısında Tomas Luis de Viktoriya, Orlando di Lasso, Covanni Palestrina və Uilyam Byordun kimi bəstəkarların əsərlərində zirvə dövrünü yaşamışdır.
Din
Ətraflı bax: İntibah papalığı, Reformasiya, və Əksreformasiya
Borciya Papası VI Aleksandır rüşvətxorluq əməlləri ilə məşhur idi.Xüsusilə Şimal İntibahında humanizmin yeni idealları, baxmayaraq ki müəyyən aspektlərdə daha sekulyar idilər, xristianlığın təməlinə qarşı inkişaf etdi. Hamısı da olmasa, yeni incəsənət nümunələrinin əksəriyyəti kilsə tərəfindən sifariş edilmiş və ya ona həsr edilmişdi. [24] Ancaq İntibahın xüsusən Tanrı və insan arasındakı əlaqənin insanlar tərəfindən dərk edilmə yolu başda olmaqla, müasir teologiya üzərində mühüm təsiri oldu. [24] Dövrün məşhur teoloqlarının çoxu Erasmus, Svinqli, Martin Lüter və Jan Kalvin daxil olmaqla, humanist metodun davamçıları idi.
İntibah dini qarışıqlığın olduğu vaxtlarda başlamışdı. Son Orta əsrlər Papalıq ətrafındakı siyasi intriqalar dövrü idi. Bu intriqalar üç şəxsin özünü eyni anda Roma yepiskopu elan etdiyi Qərb parçalanması ilə kulminasiya nöqtəsinə çatmışdı. [78] Konstanz Məclisi 1414-cü ildə parçalanmanın qarşısını aldı. Bu hadisələr nəticəsində papanın gücünü məhdudlaşdırmağa çalışan Konsiliarizm adlı reform hərəkatı başladı. Papalıq sonradan, 1511-ci ildə Beşinci Lateran Məclisi tərəfindən kilsə məsələlərində üstün mövqeyə gətirilsə də, kilsə davamlı şəkildə rüşvətxorluqla ittiham edilirdi. Korrupsiya ilə ən çox adı hallanan Papa VI Aleksandır kardinal olduğu müddətdə kilsədəki vəzifəsindən sui-istifadə etmək, qohumbazlıq və dörd uşağın atası olmaqla (uşaqlar evlilikdən kənar dünyaya gəlmişdilər, güman ki bu iqtidarı gücləndirmə üçün edilmişdi) günahlandırıldı. [79] Erasmus və Lüter kimi kilsə xadimləri Əhdi-Cədidin humanist hərfi tənqidinə əsaslanan kilsə islahatı təklif etdi. [24] Lüter 1517-ci ilin oktyabrında papalığın səlahiyyətinə meydan oxuyan və onun korrupsiya, əsas da indulgensiyaların satılması hallarını tənqid edən 95 tezisi nəşr etdi. [d] 95 tezis əvvəllər Qərbi Avropada hegemoniyasını elan etmiş Roma Katolik kilsəsi ilə qırılma olan reformasiyaya gətirib çıxardı. Bu səbəbdən, humanizm və İntibah reformasiyada, o cümlədən o dövrdə baş vermiş çoxu dini mübahisə və münaqişədə birbaşa qığılcım rolu oynamışdı. Papa III Pavel (1534–1549) 1527-ci ildə Roma talandıqdan sonra, reformasiyanın katolik kilsəsinə gətirdiyi geniş qeyri-müəyyənliklərin yaşandığı bir vaxtda papalıq taxtına oturdu. Nikolay Kopernik De revolutionibus orbium coelestium (Göy cisimlərinin fırlanması haqqında) kitabını III Pavelə həsr etmişdi. O, Allessandro Farnezenin böyük babası idi. Pavel Tisian, Mikelancelo və Rafael tərəfindən çəkilən, o cümlədən vacib rəsm kolleksiyasına sahib idi. Son bəzədilmiş əlyazma olaraq hesab edilən Ciulio Klovionun Farneze saat kitabı da III Pavelin sifarişi ilə çəkilmişdi.
Özünüdərk
İtalyan yazıçı, rəssam və memarlar 15-ci əsrə qədər baş verən dəyişikliklərdən yetərincə agah idilər və öz işlərini təsvir etmək üçün modi antichi (qədim tərzdə) və alle romane et alla antica (Roma və qədim dövrdəkilərin tərzi ilə) kimi deyimlərdən istifadə edirdilər. 1330-cu illərdə Petrarka xristianlıqdan əvvəlki dövrə antiqua (qədim), xristianlıq dövrünə isə nova (yeni) olaraq istinad edirdi. [80] Petrarkanın italyan perspektivinə görə, bu yeni dövr (onun da daxil olduğu) milli tutulma dövrü idi. [80] Leonardo Bruni Florensiyalıların tarixi kitabında üçlü dövrləşdirmədən istifadə edən ilk şəxs idi. [81] Bruninin ilk iki dövrü Petrarkanınkılarla eyni olsa da, Bruni dövlətin artıq çökməkdə olmadığını düşündüyü üçün əlavə üçüncü bir dövrü də bura əlavə etmişdi. Flavio Biondo Roma İmperiyasının çöküşündən sonrakı onilliklər tarixi (1439–1453) kitabında bənzər çərçivədən istifadə etdi. Humanist tarixçilər çağdaş biliklərin klassik dövrə birbaşa keçidləri bərpa etdiyini hesab edirdi. Bununla, Orta əsrlər mərhələsinin yanından keçib getsələr də, onlar ilk dəfə “Orta əsrlər” terminini formalaşdırmışdılar. Termin ilk dəfə 1469-cu ildə latın dilində media tempestas (orta vaxtlar) kimi istifadə edilmişdi. [82] Rinascita (yenidən dirçəlmə) termini isə ilk dəfə geniş mənada Corco Vazarinin 1550-ci ildəki Rəssamların həyatı kitabında istifadə edilmişdi. [83] [84] Vazari dövrü üç fazaya bölmüşdü: birinci fazaya Çimabue, Cotto və Arnolfo di Kambio, ikinci fazaya Mazaçço, Brunelleski və Donatello, üçün mərhələnin mərkəzinə Leonardo da Vinçi, kulminasiyasına isə Mikelancelo aid idi. Vazariyə görə bu, sadəcə gedən inkişafı yaradan klassik antikliyin artan fərqindəliyi deyildi, həmçinin öyrənməyə və təbiəti təqlid etməyə olan arzunun böyüməsi idi. [85]
15-ci əsrdə Renessans doğulduğu Florensiyadan sürətli şəkildə İtaliyanın digər yerlərinə və tezliklə bütün Avropaya yayıldı. Alman İohann Qutenberqin ixtira etdiyi çapetmə maşını yeni ideyaların sürətli ötürülməsinə imkan yaratdı. İntibah yayıldıqca öz ideyaları fərqliləşir, dəyişir və yerli mədəniyyətə uyğunlaşırdı. 20-ci əsrdə alimlər Renessansı bölgələrə və millətlərə görə qruplaşdırmağa başladılar.
“İnsan necə bir əsərdi, ağıl baxımından nə qədər nəcibdir, zehni nə qədər sonsuzdur, formada və hərəkətdə nə qədər açıq və heyranedici, hərəkətdə bir mələk kimi, qorxu içində necə bir tanrı kimi!” — Şekspirin Hamletindən
İngiltərə
Əsas məqalə: İngilis İntibahı
İngiltərədə İngilis İntibahının başlanğıcı yazıçı Uilyam Şekspir (1564–1616), Xristofor Marlou (1564–1593), Edmund Spenser (1552/53–1599), Tomas Mor (1478–1535), Frensis Bekon (1561–1626), Filip Sidney (1554–1586), memar İniqo Cons ((1573–1652) o, italyan memarlığını İngiltərəyə tanıtmışdı) və bəstəkar Tomas Tallis (1505–1585), Con Taverner (1490–1545) və Uilyam Byordun (1539/40/43–1623) öz əsərlərini ərsəyə gətirdiyi 16-cı əsr olaraq qəbul edilir.
Fransa
Əsas məqalələr: Fransız İntibahı və Fransız İntibah memarlığı
İntibah memarlığının ən məşhur nümunələrindən biri olan Şambor qəsriRenessans sözü fransız dilindən götürülmüşdür və yenidən doğulma mənasını verir. Bu söz ilk dəfə 18-ci əsrdə istifadə edilmiş və fransız tarixçisi Jül Mişlenin (1798–1874) 1855-ci ildə yazdığı Fransa tarixi əsəri ilə məşhurlaşmışdı. [86] [87] İtalyan İntibahı 1495-ci ildə kral VIII Çarlzın İtaliyanın işğal etməsindən sonra Fransaya gətirilmişdi. Sekulyarizmin yayılmasındakı əsas faktor Kilsənin Qara ölümə qarşı mübarizədə aciz qalması idi. I Fransisk İtaliya incəsənəti və Leonardo da Vinçi daxil olmaqla, artistlərini ölkəsinə gətirdi və böyük maliyyə tələb edən, dəbdəbəli saraylar tikdirdi. Fransua Rable, Pyer de Ronsard, Jonşen di Belli və Mişel de Monten kimi yazıçılar, Jan Klu kimi rəssamlar və Jan Muton kimi musiqiçilər İntibah ruhundan bəhrələndilər. 1533-cü ildə Urbino və Medelin de la Tur hersoqu Leronso de Mediçinin Florensiyada doğulmuş 14 yaşlı qızı Yekaterina de Mediçi (1519–1589) I Fransisk və kraliça Klodenin ikinci oğlu, Fransa Kralı II Henri ilə evləndi. O, Fransa din müharibələrində həm yaxşı, həm də pis şöhrət qazansa da, doğulduğu Florensiyadakı incəsənət, elm və musiqinin (o cümlədən baletin təməllərini) Fransaya gətirilməsinə böyük töhfə vermişdi.
Almaniya
Əsas məqalələr: Alman İntibahı və Vezer İntibahı
I Maksimilianin portreti, Albrext Dürer, 191915-ci əsrin ikinci yarısında İntibahın ruhu Almaniyaya və Niderlandlara yayılmışdı. Burada çap qurğusunun inkişafı və Albrext Dürer (1471–1528) kimi Renessans rəssamlarının mövcudluğu İtaliya təsirindən öncə də var idi. Bu, ölkədəki protestantlığın ilk yerlərində humanizm reformasiyanın yaratdığı qarışıqlıqla yaxından əlaqələndirilir və Alman İntibah yazı və incəsənəti tez-tez bu münaqişəni əks etdirirdi. [88] Ancaq Qotik üslub və orta əsrlər sxolastika fəlsəfəsi 16-cı əsrin əvvəllərinə qədər öz mövcudluğunu qorudu. Habsburq imperatoru I Maksimilian Müqəddəs Roma İmperiyasının ilk, həqiqi İntibah monarxı idi.
Macarıstan
Ətraflı bax: Mərkəzi və Şərqi Avropada İntibah memarlığı Macarıstan İtaliyadan sonra İntibahın ortaya çıxdığı ilk Avropa ölkəsi oldu. [89] İntibah üslubu Mərkəzi Avropa regionunda ilk dəfə Macarıstana Kvattroçento dövründə birbaşa olaraq İtaliyadan gəlmişdi. Bu, sadəcə idarəçilər səviyyəsində yox, həmçinin mədəni, humanistik və ticarət əlaqələrini 14-ü əsrdən sonra gücləndirmiş İtaliya-Macarıstan münasibətlərinin nəticəsi idi. İtaliya və Macarıstan qotik üslubundakı əlaqə ikinci səbəb idi. Hər iki ölkənin üslubunda şişirdilmiş divar bəzəmələrindən uzaq durulmuş, əvəzində sadə və yüngül strukturlara üstünlük verilmişdir. Böyük ölçülü tikili sxemləri artistlərə kifayət qədər uzun müddətli işləmə şəraiti yaratmışdır. Misal üçün, Budadakı Friss qalası, Vişeqrad, Tata, Varpalota qalaları buna örnək göstərilə bilər. Siqizmund kortunda Floresniya Skolarilər sülaləsinin davamçısı, Manetto Ammanatini və Mazolino da Pannikaleni Macarıstana dəvət edən Pipo Spano kimi himayədarlar var idi. [90] Mövcud milli ənənələrlə qarışmış, yeni italyan trendi xüsusi İntibah incəsənət nümunələri yaratmağa meyilləndi. İntibah incəsənətinin qəbulu ölkəyə davamlı şəkildə gələn humanist düşüncəylə birlikdə inkişaf etdi. İtaliya universitetlərində oxuyan çoxlu gənc macar Floresniya humanist mərkəzinə daha da yaxınlaşdı, beləliklə Florensiya ilə birbaşa əlaqə inkişaf etdi. Macarıstana, xüsusilə də Budaya gedib-gələn italyan tacirlərin artması bu prosesə kömək etdi. Yeni düşüncələr humanist prelatlar tərəfindən ölkəyə gətirilirdi. Onların arasında Macarıstan humanizminin banislərindən biri, Esterqomun baş yepiskopu Vitez Yanos da var idi. [91] İmperator Lüksemburqlu Siqizmundun uzun müddətli hakimiyyəti dövründə tikilmiş Buda kral sarayı, yəqin ki Orta əsrlərin sonunda tikilmiş ən geniş qotika sarayı idi. Kral Mattias Korvinus (1458–1490) sarayı erkən intibah üslubunda yenidən tikdirdi və daha sonra onu genişlətdi. [92] [93] Kral Mattias Araqonlu Beatrisa ilə 1476-cı ildə evləndikdən sonra Buda Alp dağları şimalındakı İntibahın ən vacib incəsənət mərkəzlərindən birinə çevrildi. [94] Mattiasın sarayında yaşayan ən önəmli humanistlər Antonio Bonfini və məşhur macar şair Yan Pannoniy idi. [94] Adras Hess 1472-ci ildə Budada çapetmə qurğusunu təsis etdi. Mattias Korvinusun kitabxanası olan Bibliotheca Corviniana Avropanın ən böyük sekulyar kitablı kolleksiyası idi: burada 15-ci əsrin tarixi xronikaları, fəlsəfi və elmi əsərləri var idi. Onun kitabxanası həcmcə yalnız Vatikan kitabxanasından geri qalırdı. (Ancaq Vatikan kitabxanasında, əsasən Bibliyalar və dini materiallar var idi.) [95] 1489-cu ildə Florensiyalı Bartolomeo della Fonte Lorenso de Mediçinin Macarıstan kralının kitabxanasından örnək götürərək öz şəxsi yunan-latın kitabxanasını yaratdığını yazdı. Korvinusun kitabxanası UNESCO-nun Dünya İrsinə daxildir. [96] Mattias ən az iki böyük tikili layihəsinin əsasını qoydu. [97] Vişeqrad və Budadakı əsərlər təxminən 1479-cu ildə başladı. Buda kral qalası və Vişeqrad sarayında tikilmiş asma bağ və iki yeni qanad İntibah üslubunda yenidən inşa edildi. [98] [99] Mattias italiyalı Çimenti Kamiçia və dalmatiyalı Covanni Dalamatanı birbaşa bu layihələrin icrasına təyin etdi. [98] Mattias öz dövrünün aparıcı italyan rəssamlarına onun saraylarını bəzəməyi sifariş etdi: misal üçün, heykəltəraş Benedetto da Mayano və rəssamlar Filippino Lippi və Andrea Manteqna onun üçün işlədi. [100] Manteqanın Mattias portretinin surəti bu günə qədər qoruna bilmişdir. [101] Mattias, həmçinin, italyan hərb mühəndisi Aristotel Fioravantindən ölkənin cənub sərhəddindəki istehkam qalalarını yenidən tikməsi üçün istifadə etdi. [102] Onun Kolozsvar, Szeged və Hunyaddakı fransizkanlar və Feyeregihazadakı (bugünki Albeş) paulinlər üçün yeni, qotika üslubunda tikilən sarayları var idi. [103] [104] 1485-ci ilin payızında Leonardo da Vinçi kral Mattias Korvinusla görüşmək üçün Sforzanın yerinə Macarıstana səyahət etdi və burada kral ondan Madonnanın şəklini çəkməyini istədi. [105] Mattias humanist qonaqlarından həzz alırdı və tez-tez onlarla fərqli mövzularda müzakirələr aparırdı. [106] Onun əliaçıq olması bir çox alimi, xüsusilə də italyan alimləri Budada yaşamağa həvəsləndirirdi. [107] Antonio Bonfini, Pietro Ranzano, Bartolomeo Fonziyo və Françesko Bandini uzun müddət Mattiasının sarayında yaşamışdı. [108] [106] Belə təhsilli insanların yığıncağı Macarıstanla neoplatonist düşüncələri tanış etdi. [109] [110] Öz dövrünün bütün intellektualları kimi Mattias da ulduz və planetlərin hərəkət və birləşmələrinin fərdlərin həyatı və millətlərin tarixi üzərində təsiri olduğuna inanırdı. [111] Qaleotto Marzio onu “kral və astroloq” kimi təsvir edirdi. Antonio Bonfini Mattiasın “ulduzlarla məsləhətləşmədən heç nə etmədiyini” deyirdi. [112] Kralın istəyi üzərinə dövrün məşhur astronomları İohann Reqiomontan və Marçin Bilika Budada rəsədxana inşa etdi və bura astrolyabiya və səma qlobusları quraşdırdırdılar. [113] Reqiomontan Mattias üçün daha sonra Xristofor Kolumb tərəfindən də istifadə edilən naviqasiya haqqında kitab yazdı. [107] Macar İntibahının digər məşhur simaları Balint Balaşşi (şair), Sebastiyan Tinodi Lantoş (şair), Balint Bakfark (bəstəkar və lutenist) və Master M.S. (freska rəssamı) idi.
Aşağı ərazilərdə İntibah dövrü
Əsas məqalələr: Hollandiya İntibahı və Holland və Flamand İntibah rəngkarlığı
Desiderius Erasmus 1523-cü ildə. Hans Holbeyn tərəfindən çəkilmişdir.15-ci əsrin sonlarında Niderland mədəniyyəti İtalyan İntibahından təsirlənmişdi. Bu təsir Flandriyanı zəngin edən Brügge ticarəti ilə reallaşırdı. Niderland zadəganları bütün Avropada tannmış olan rəssamlara yeni əsərlər yaratmaq üçün sifarişlər verirdilər. [114] Elmi sahədə anatom Andreas Vezali yeniliklər gətirdi, kartoqraf Gerard Merkatorun xəritəsi səyyah və naviqatorlara kömək etdi. İncsənət sahəsində Holland və Flamand İntibah rəngkarlığının çeşidliyili İeronim Bosxun qəribə əsərləri [115] ilə Böyük Piter Breygelin gündəlik təsvirləri arasında dəyişirdi. [114]
Şimali Avropa
Əsas məqalə: Şimal İntibahı
Şimali Avropadakı İntibah “Şimal İntibahı” olaraq adlandırılıb. İntibah ideyaları İtaliyanın şimalından yayılmağa başlasa da, eyni zamanda cənuba doğru da bəzi sahələrdəki, xüsusilə musiqi sahəsindəki yeniliklər yayılırdı. [116] 15-ci əsr Burqund məktəbinin musiqisi musiqidə İntibahın başlanğıcı olaraq qəbul edilir. Niderland məktəbinin polifoniyaları öz bəstəkar və müğənniləri ilə birlikdə İtaliyaya gətirilməyə başlandıqca, bu məktəb Qriqoryan ilahisinin 9-cu əsrdə standartlaşdırdığı musiqi anlayışından sonra ilk dəfə musiqidə gerçək, beynəlxalq üslubun özəyini formalaşdırdı. [116] Niderland məktəbi kulminasiya nöqtəsinə bəstəkar Covanni Palestrinanın yaradıcılığında çatdı. 16-cı əsrin sonunda Venesiya musiqi məktəbinin polifonik üslubu inkişaf etdirməsi ilə İtaliya yenidən musiqi yeniliklərinin mərkəzinə çevrilmişdi. Daha sonra bu yeniliklər, təxminən 1600-cü illərdə Almaniyada yayılmışdı. İtalyan İntibahının rəssamlıq nümunələri Şimal İntibahındakılardan fərqlənirdi. İtalyan İntibahının rəssamları Orta əsrlərin tamamilə dini motivdə olan incəsənət nümunələrindəndən fərqli olaraq, ilk dəfə sekulyar elementləri daşıyan əsərləri yaratmışdı. Şimal İntibahının rəssamlar ilk başda Albrext Dürer tərəfindən çəkilən, müasir dini qarışıqlığı göstərən əsərlər kimi dini mövzulara fokuslanmışdılar. Daha sonra, Böyük Piter Breygelin əsərləri rəssamları dini və klassik mövzular yerinə, günlük həyatı əks etdirən təsvirlər yaratmağa meyilləndirdi. Şimal İntibahı dövründə, həmçinin flamand qardaşlar Hubert və Yan van Eyk yağlı boya rəngkarlığı üsulunu inkişaf etdirdilər. Bu üsul rəssamlara sərt zəminlər üzərində güclü rənglər yaratmağa imkan verəcək, beləliklə yaradılan əsərlər əsrlər boyunca qoruna biləcəkdi. [117] Şimal İntibahının başqa bir xüsusiyyəti latın və ya yunan dili yerinə, ona daha geniş ifadə azadlığı verən loru dildən istifadə etməsi idi. Bu cərəyanın İtaliyada başlaması Dante Aligyerinin loru dili inkişaf etdirdiyi dövrə təsadüf edir. Həqiqətən də, italyan dilində yazılmış əsərlərə ayrılan diqqət latın dilində ifadə edilmiş Florensiya ideyalarının böyük hissəsinin imtina edilməsinə səbəb olmuşdu. [118] Kitab çapı texnologiyasının yayılması digər yerlərdə olduğu kimi, Şimali Avropadakı İntibaha da təkan vermişdi. O dövrdə Venesiya çap sahəsində dünyanın öndə gedən ölkəsi idi.
Azərbaycan mədəniyyəti XX əsrdə
XX əsrdə Azərbaycanda kulturoloji fikrin inkişaf tarixini və onun əsas istiqamətlərini bilmək cəmiyyətimiz üçün olduqca vacib məsələlərindən biridir.XX əsr Azərbaycan kulturoloji fikir tarixi, yüksələn xətlə inkişaf etmişdir. Bunu biz XX əsr Azərbaycan mədəniyyətin inkişaf tarixi ilə tanış olduqda bir daha onun şahidi oluruq. Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin zənginləşməsində XX əsr məhsuldar bir mərhələ kimi özünəməxsus yer tutmuşdur. Tarixin bu dövrü Xüsusiyyətləri, tarixi – ictimai şəraiti ilə fərqləndiyindən bütün bunlar istər – istəməz mədəniyyət və incəsənət sahəsində də öz dərin izini buraxmışdır.Baş verən ictimai – tarixi, siyasi dəyişmələr milli mədəniyyət və incəsəntdə öz təsirini təzahür etdirsə də, ümumiyyətlə, inkişaf nöqteyi nəzərindən bu dövrü məhsuldar bir mərhələ kimi səciyyələndirmək olar.
Əsrin əvvəllərində milli maarifpərvər qüvvəllərin mədəni inkişaf uğrundakı mübariz fəaliyyətləri, həyata keçirdikləri tədbirlər, mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinin təşəkkülü, Azərbaycanda kulturoloji fikrin inkişafına çox ciddi təkan verdi . Azərbaycan xalqının görkəmli ziyalıları N.Nərimanov, H.Zərdabi, C.Məmmədquluzadə, R.Əfəndiyev, Ə.Haqverdiyev, N.Vəzirov, Ü.Hacıbəyov, M.Maqamayev, Ə.Əzimzadə, M.M. Nəvvab və onlarla digərləri öz müqəddəs niyyət və arzularında yekdil idilər: ölkənin mədəniyyətini yüksəltmək, kölə vəziyyətində olan savadsızları təlim – təhsilə cəlb etmək, xalqın nümayəndələri içərisindən qabiliyyətli və istedadlı şəxsləri üzə çıxartmaq, Azərbaycan maddi və mənəvi sərvətlərini bütün bəşəriyyətə tanıtmaq və s. Qeyd etmək lazımdır ki, bu müqəddəs tarixi vəzifəni həyata keçirən görkəmli şəxsiyyətlər xalq qarşısındakı bu öhdəçiliyi şərəflə yerinə yetirdilər. Əsrin əvvəllərində Azərbaycan həm iqtisadi, həm siyasi, həm də mədəni cəhətdən geridə qalmış ucqarlardan biri olmasına baxmayaraq mədəniyyətin ayrı-ayrı sahələrində irəliləyişlər hiss edilməkdə idi. Artıq bu dövrdə Azərbaycanda milli dramturgiyanın, teatrın, mətbuatın, professional musiqinin əsası qoyulmuşdur. Hələ milli teatrın qoyuluşundan əvvəl yazılan mükəmməl realist dram əsərlərinin meydana gəlməsi Milli teatrların tarixində nadir hadisələrdən idi.
Belə ki, 1873-cü ilin mart və aprel aylarında göstərilən “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşaları ilə Azərbaycan teatrının tarixi başlayır. XX əsrin əvvəllərində kulturoloji fikrin inkişafının şanlı səhifələrindən birini, ilk növbədə ədəbiyyat təşkil edirdi. Bu əsr milli ədəbiyyatada yeni intibah dövrünün başlanğıcı oldu: inqilabi – demokratik ədəbiyyatın nümayəndələri hesab edilən C.Məmmədquluzadə,M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, Əli Nəzmi, M.S.Ordubadi, Əliqulu Qəmkusar, Mirzə Əli Möcüz, Bayraməli Abbaszadə, realist – maarifpərvər yazıçılar S.Axundov, Ü.Hacıbəyov, A.Şaiq, S.M.Qənizadə, R.Əfəndiyev, Y.B.Çəmənzəminli, İ.Musa-bəyov, Marağam Zeynalabdin, habelə romantik ədəbiyyatın nümayəndələri Məhəmməd Hadi, H.cavid, A.Səhhət, A.Divanbəyoğlu, ədəbiyyatşünas Firudin bəy Köçərli, məhz XX əsrin yetişmələri sayılır. Ədəbiyyatda yumor və satira böyük sənətkarların qələmi ilə kulturoloji səviyyəyə qaldırılmış, bəşəri ideyalar cəhətdən mənalandırılmışdır. Bu cəhətdən C.Məmmədquluzadə, M.Ə.Sabir yaradıcılığı müstəsnalıq təşkil edir, xalqımızın bu mötəbər ziyalıları xalq həyatının bütün sevincli və kədərli, işıqlı və kölgəli, yeni və köhnə mənzərələri ilə ədəbiyyata gətirən, söz sənətini xalq qurtuluş və səadəti üçün səfərbər etməyi vacib vətəndaş vəzifəsi sayan öncül ədiblərdəndir. C.Məmmədquluzadənin yaradıcılığında dramaturji fəaliyyət mühüm yer tutaraq Azərbaycan ədəbiyyatına “Çay dəsgahı” (1889) kimi alleqorik mənzum əsəri, “Ölülər” (1909), “Danabaş kəndinin məktəbi” (1971), “Anamın kitabı” (1920) kimi dəyərli bədii əsərlər bəxş etmişdir. Bu əsərlər hazırda müasir teatr afişalarından düşməyən komediyalar, dramlardır. Bu əsərlərin həmişə yaşarlığı onların mövzularının həqiqi reallıqlardan, ictamai mübarizələrdən, canlı məişətindən götürülməsidir. Ümumiyyətlə, C.Məmmədquluzadə ictimai inkişaf tarixində dramaturqluqla yanaşı, görkəmli jurnalist kimi də məşhurluq tapmışdı. Belə ki, əsrin əvvəllərində milli mətbuatdan formalaşması üçün kulturoloji əhəmiyyət kəsb edən məşhur “MollaNəsrəddin”in nəşri onun adı ilə bağlıdır.
Milli mətbuat tarixində ilk inqilabi – demokratik satirik məcmuə olan “Molla Nəsrəddin” 1906-cı ilin aprelin 7-də Tiflisdə “Qeyrət” Mətbəəsində nəşrə başladı. Məcmuənin belə adlandırılması milli xalq ədəbiyyat – ənənələri, güclə Şərq kaloriti ilə sıx bağlılığı ilə izah edilirdi. Jurnalın çox maraqlı, rəngarəng proqramı vardı: məqalələr, kəskin tənqidlər, felyetonlar, məzhəki şerlər, məzhəki teleqramlar, satirik hekayələr, lətifələr, poçt qutusu, məzhəki elanlar, karikatura və illüstrasiyalar. “Molla Nəsrəddin” satirik məcmuəsi daha sonralar milli Azərbaycan mətbuatının inkişafında, uşaq mətbuatının yaradılmasında möhtəşəm rol oynadı. Əsrin əvvəllərində Molla Nəsrədinçi kimi məşhurluq qazanan görkəmli satirik ustadlardan biri də M.Ə.Sabir oldu. Klassik şair S.Ə.Şirvanin şagirdi olmuş Sabir XX əsr ədəbiyyatının zənginləşməsində görkəmli xidmətləri olmuşdur. Belə xidmətlərdən ən önəmlisi onun Azərbaycan şerinə tamamilə yeni bir ruh, yeni həyat, yeni məzmun, yeni söz kəsəri göstərməsidir. Şair M.Ə.Sabir bütün düşüncə, mülahizə və təsvirlərini uca, qəhqəhəli, sağlam bir ictimai mənalı gülüşlə bədii şəkildə ifadə edildi. XX əsr Azərbaycan şeriyyətində xüsusi yeri olan şairlərdən biri Səməd Vurğun hesab edilir. Yaşadığı dövrdə S.Vurğunun “Şairin andı” (1930), “Fanar” (1932), “Könül dəftəri” (1934), “Şerlər (1935), “Azad ilham” (1939), “Talıstan” (1940), “Səadət uğrunda” (1942), “İstiqbal təranəsi” (1947), “Muğan” (1950), “Dünyanın xəritəsi” (1951), “Aygün” (1956) adlı kitabları nəşr olunmuşdur. XX əsr Azərbaycan dramaturgiyasında xüsusi xidmətləri olan sənətkarlardan biri də İlyas Əfəndiyev (1914) idi. Onun “Unuda bilmirəm”(1968), “Məhv olmuş gündəliklər”(1969), “Mahnı dağlarda qaldı”(1971), “Bağlardan gələn səs”(1976), “Xurşudbanu-Natəvan” (1982), “Büllur sarayda”(1984) adlı pyestləri Azərbaycan Dövlət Dram Teatrının repertuarının daimi tamaşalarındandır. İ.Əfəndiyev dramaturgiyada müasir mövzulara dalıb böyük üstünlük verirdi. Bir sıra pyeslərində isə, (“Mahnı dağlarda qaldı”, “Natəvan”) tarixi hadisə və şəxsiyətlərin bədii təcəssümünə də üstünlük verilmişdir. XX əsrin sonlarında baş verən ictimai-siyasi hadisələr, milli şüurun güclü oyanışı əbədi mühitin saflaşmasına demokratik prinsiplərin daha üstünlük kəsb etməsinə güclü zəmin yaratdı. Yeni ədəbi nəsl nümayəndələrinin yaradıcılığı mühüm yer tutdu.
XX əsr Azərbaycan kulturoloji fikirin inkişafının çiçəklənməsində müstəsna əhəmiyət kəsb edən hadisələrdən biri də milli teatr incəsənətinin inkişafda idi. Hələ əsası yuxarıda qeyd etdiyimiz kimi XIX əsrin 70-ci illərində qoyulan Azərbaycan professional teatrının inkişafı üçün yeni- əsr mühüm əhəmiyyət kəsb etməyə başladı. Bu tərəfdən, öz gözəl və rəngarəng istedadları ilə fərqlənən yeni dramaturqların formalaşması digərtərəfdən aktyor rejissor nəslinin yetişməsi teatrın müxtəlif janrlarının Azərbaycanda təşəkkünülə çox əhəmiyətli təsir göstərir. C.Zeynalov, H.Ərəblinski, M.A. Əliyev, H.Sarabski, Əbülfət Vəli, Əlvəndi kimi ilk aktyorlar əsrin əvvəllərində milli teatrın inkişafına zəmanət verənlər olmuşlar. Daha sonralar, sovet dövründə Azərbaycan teatr sənəti mədəniyyətin ən aparıcı sahələrindən birinə çevrildi. Sovet hakimiyyətinin ilk illərində Şərqdə ilk teatr kimi tanınan “Tənqid və Təbliğ” teatrı (1921-ci il 13 noyabr) öz ətrafında S.S. Axundov, M.S. Ordubadi, A. Şaiq, Ə. Haqverdiyev, C.Cabbarlı, C. Məmmədquluzadə kimi görkəmli ədibləri ətrafında birləşdirdi. 1926-cı ildə isə, professional milli teatrı “Dövlət Türk Akademik teatrı” adlanmağa başlayaraq fəaliyyətini davam etdirdi. Həmin teatırda uzun illər rejisorluq edən A.Tuqanovun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Yaradıcılığı bu illərdən başlayaraq həmin teatr bir sıra milli, rus, gürcü, digər bəşəri müəllif dramaturqların pyeslərini səhnələşdirən tamaşaya qoymuşlar. “Küləklər şəhəri”, “Relslər uğuldayır”, “Konstantin Terexin”, “Hücum”, “Siqnal”, “İnqa”, “Qəzəb”, “Hind qızı”, “Paris Notrdam kilsəsi”, “Yanğın”, “Yollar”, “Gizli əl”, “Kölgə” və s. əsərləri müvəffəqiyyətlə səhnələşdirmişdir. Artıq XX əsrimn 30-cu illərində respublikada digər yeni teatr – kimi tamaşaçılar teatrı öz fəaliyyətinə boşlayaraq Azərbaycan teatr sənətinin yüksəlişinə əhəmiyyətli tövhələrini bəxş etdi.Teatr təkcə bakıda deyil, Azərbaycanın digər regionlarnıda yaranmağa başlayır: Gəncədə, Naxçıvanda, Lənkərandə, Ağdam, Şamaxı, Ağdaşda da teatrlar fəaliyyət göstərməyə başlayır. XX əsr Azərbaycan kulturoloji fikir tarixindən danışarkən professional musiqinin formalaşması, inkişafını da nəzərdən keçirmək mütləq vacibdir. Bu sahədə xüsusi xidmətləri olan görkəmli bəstəkarlar Ü. Hacıbəyov, M. Maqomayevin adlarını qeyd etmək lazımdır. Şərq aləmində ilk professional musiqi, məhz Azərbaycan xalqına məxsus olmuşdur.
Folklorumuzun bönövrəsini təşkilləri muğam adları üzərində ilk operanan müəllifi xalqımızın görkəmli sənətkarı Ü. Hacıbəyova məxsusdur. “Leyli və Məcnun”, “Koroğlu” kimi operaları, “Məşədi İbad”, “Arşın mal alan” operettaları XX əsrin mədəniyyətinin Azərbaycan dünya sivilizasiyasına bəxş etdiyi ən görkəmli sənət nümunələridir. Ü. Hacıbəyov, M. Maqamayev özlərindən sonra XX əsrdə çox böyük və zəngin musiqi məktəbi yaradaraq milli musiqinin gözəl ardıcıllarını yetirmişlər: Bülbül, Ş.Məmmədova, Ş.Ələkbərova, c.cahangirov, Q.Qarayev, F.Əmirov, A.Məlikov, S.Hacıyev, T.Quliyev, R.Hacıyev, Niyazi və digərləri kimi rəngarəng miqyaslı musiqiçilər dəstəsi bu dövrün ən məhsuldar sənətkarları sırasına daxildirlər. Professional musiqidə əldə edilən müvəffəqiyyətlər bütün dünyada öz əks sədasını tapdı. Qara Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baleti, F. Əmirovun “Sevil operası”, “Kürd ovşarı”, “Bayatı şiraz” simfonik əsərləri, S. Hacıbəyovun “Karvan” simofonik lövhəsi XX Azərbaycan musiqisinin şah əsərləri sırasına daxildir.
XX əsrdə Azərbaycan kulturoloji fikir tarixinə zənginlik gətirən hadisələrdən biri də incəsəntdəki irəliləyişlər idi. Xüsusilə, boyakarlıq, tətbiqi sənət, heykəltaraşlıq, memarlıqda böyük naliyyətlər əldə edilir. Rəngarlıq incəsənətində bu dövrə şöhrət qazanmış S.Şərifzadə, M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev digərlərinin adlarını qeyd etmək vacibdir. Bu rəssamlar naturanı, təbiəti, işığı, havanı, rəng münasibətlərini öyrənmək üçün səylə çalışır, müxtəlif mövzulu təsviri sənət yaradırlar. Ə.Əzimzadənin Abşeron təbiətinə həsr olunan lirik akvarelləri, S.Şərifzadənin “Üzüm bağı”, M. Abdullayevin “Mərdəkanda”, B.Mirzəzadənin “Çəmən” (1939) adlı əsərləri təbiət mövzusunda işlənmiş ən dəyərli əsərlər sırasına daxildir. Təbiət rəsimlərinin görkəmli sənətkarlarından formalaşarkən S. Bəhlulzadənin adını xüsusilə qeyd etmək lazımdır. Xüsusilə, mənzərə janrında yaratdığı lirik, poetik təsvirlər Abşeron, Quba, Qarabağ, Lənkəran və digər yerlərin təsvirlərinə həsr olunub. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarənglik təşkil edir. 1953-cü ildə rəssam Qubaya gedərək “Qudyalçayın sahili”, “Qızbənövşə yolu” kimi əsərlərini yaratmış, daha sonralar rəssam torpağa can verən insan əməyini “Yaşıl xalı”, “Bağlar arasında”, “Bülbül baharı”, “Çiçəklənən torpaq” (1954- 60) əsərlərində tərənnüm etmişdir. Mavi, göy, yaşıl, çəhrayı, ağ rəng çalarlarında işlənmiş həmin mənzərələr tamaşaçıda intim hisslər, həyəcan doğurur. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” (1955) kimi şairin mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam, “cıdır düzü”, “Dumanlı dağlar”(1957) lövhələrində Qarabağın səfalı yerlərini fırçaya almışdı. Meyvələrin, çiçəklərin, qabların, məişət avadanlığı, və əmək alətlərinin təsviri vasitəsilə insanın varlığa münasibətinin əks etdirən natürmot janrında Azərbaycan rəssamları həvəslə işləyirlər. T.Salanovun, T.Nərimanbəyovun, T.Tağıyevin, B.Mirzəzadənin, M.Abdullayev, T.Sadığzadənin bu janırdakı əsərləri Azərbaycan torpağına bərəkəti, meyvələrinin, çiçəklərin gözəlliyi, təbiətin zəngin boyaların haqqında canlı təsəvvür verir. Müxtəlif janırlarda əsərlər yaradan ötən əsrin təşkil edilən sərgilərdə iştirak edən və rəssamlığın inkişafı naminə axtarışlar aparan rəssamlardan F.Bağırov, T.Şıxəliyev, R.Ülvi, B.Maratlı, Ə.Muradoğlu O.Ağababayev, H.Cabbarlının da adlarını qeyd etmək lazımdır.
XX əsr Azərbaycan incəsənətinin ayrılmaz qollarından birini də heykəltaraşlıq təşkil edirdi. Bu əsr heykəltaraşlığın monumental formaları reallaşdırılır. Bununla yanaşı, dəzgah və portret heykəltaraşlığı üzrə bir sıra qiymətli nümunələr meydana çıxır, məişətimizə bədilik gətirən dekorativ heykəltaraşlığı inkişaf edir. Azərbaycan monumental heykəltaraşlığının inkişafında istedadlı sənətkar F.Əbdürrəhmanovun xidmətləri böyükdür. Onun fərdi yaradıcılıq üslubu dahi Nizaminin Gəncəyə (1946) və Bakıya (1948) inşa edilmiş abidələrdə parlaq şəkildə təzahür edir. Hər iki abidə olduqca əzəmətli aydın və ahəngdar plastik formalarda həll olunmuşdur. F.Əbdürrəhmanov öz monumental əsərlərin sürətin mahiyyətindən daxili qayəsindən doğan plastik formalarda həll edir, orijinal kompozisiya variasiyalarına əl atırdı.Bu baxımdan simvolik səpkidə verilən “Azad Azərbaycan qadını” (1960) heykəli çox ehtiraslı və dinamiktir. Heykəltaraşın digər əsəri xalq şairi S.Vurğunun (1965) heykəlində isə romantik əhval ruhiyə vardır. Portiret və monumental heykəltəraşlıq janrlarında C.Qaryağdının və müstəsna xidmətləri vardır. O, öz əsərlərində döyüş və əmək qəhramanlığına görə xalqın rəğbətini qazanmış müasirlərimizin surətlərini ümumiləşdirməyə xüsusi əhəmiyyət verir. Onun general – mayor H.Aslanov (1948), Bülbül (1948), R.Behbudovun (1953), M.Ə.Sabirin (1958) portret heykəlləri Bakı şəhərinin ən dəyərli sərvətləri hesab edilir. Portret janrında görkəmli xidmətləri olan sənətkarlardan P.Sabçay, H.Əhmədov, S.Quliyevin adlarını çəkmək olar. XX əsrin 50 -60-cı illərindən respublikada ardıcıl axtarışları ilə heykəltaraşlığa gələn sənətkarlar – Ö.Eldarov, M.Mirqasımov, H.Abdullayev, E.Hüseynov, E.Şamilov, F.Nəcəfov, K.Ələkbərov, İ.Zeynalov novator səpkili sənət əsərləri ilə milli mədəniyyətimizi zənginləşdirirlər. T.Məmmədov və Ö.Eldarovun əlbir əməyi sahəsində dahi Füzulinin 1962-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının binası qarşısında abidəsi qoyuldu. 6 metrlik boz qranit postament üzərində yüksələn tünc – heykəl olduqca cazibədardır. Ö.Eldarov portret sahəsində ciddi axtarışlar apararaq M.Qorki, M.F.Axundov (1951 – 54), Natəvanın (1954) mərmərdən obrazlarını yaratmışdı. Ümumiyyətlə, XX əsr Azərbaycan incəsənəti özünün yüksəlişinə çataraq dünya sivilizasiyasına mükəmməl sənət nümunələrini bəxş edərək xalqın yaradıcılıq istedadını bütün bəşəriyyətə sübut etmişdir. XX əsr Azərbaycan kulturoloji fikirin inkişaf tarixi ilə yaxından tanış olduqda ,Azərbaycanın teatr tarixinin,ədəbiyyat tarixinin, heykəltaraşlıq tarixinin və rəssamlıq tarixinin zəngin və məhsuldar olduğunu birdaha görüruk. Azərbaycanın XX əsr kulturoloji fikrin inkişaf tarixini izlədikdə onun nə qədər zəngin olduğunu və özünəməxsusliyi ilə seçildiyini görürük.Biz burada kulturoloji fikirin inkişaf istiqamətləri ilə milli şüurun əsas inkişaf göstəriciləri ilə yaxından tanış oluruq.Və onların cəmiyyətimizin mədəni inkişafında nə dərəcədə örnək olduğunun şahidi kimi deyə bilərik ki, kulturoloji fikirin və milli şüurun inkişafı mədəni irsimizin zənginləşməsində rolları əvəzedilməzdir.
- Teqlər:
- Azərbaycan mədəniyyəti
Comments are closed, but trackbacks and pingbacks are open.