Press "Enter" to skip to content

AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU

Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların iflasına səbəb olmuş, neft istehsalınının iri inhisarların əlində cəmləşməsinə şərait yaratmışdı. 1901-ci ildə Bakıdakı 146 şirkətdən beş ən iri şirkət (Nobel qardaşları birliyi, Rotşild, Mantaşev və K*, Xəzər-Qara dəniz birliyi, Bakı neft cəmiyyəti) bütün neft istehsalının 42,5%-ni öz əlində cəmləşdirmişdi. Bu neft kompaniyaları içərisində isə başlıca rolu Nobel qardaşları, Rotşild və Mantaşovun şrkələri oynayırdı.

Azərbaycan Tarixi (Yeddi cilddə)

Azərbaycan Tarixi (Yeddi cilddə) — AMEA Tarix İnstitutu tərəfindən ilk dəfə 1998-2003-cü illərdə nəşr edilmiş və Azərbaycan tarixinin ən qədim zamanlardan 2002-ci ilə qədər olan dövrünü əhatə edən 7 cildlik kitablar seriyası.

Mündəricat

Məzmun [ redaktə | mənbəni redaktə et ]

Xəbərdarlıq: Yazının davamı əsərin məzmunu haqqında məlumat ehtiva edir.

Azərbaycan dünyanın ən qədim insan məskənlərinden və sivilizasiya mərkəzlərindən biridir. Yeddicildlik “Azərbaycan tarixi”nin I cildi Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə edir.

Kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında ölkəmizdə ibtidai insan cəmiyyətinin mərhələləri, mənəvi həyatı, onun dağılması, ilkin sinifli cəmiyyətin və dövlətlərin meydana gəlməsi, onların taleyi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli işğalçılarla mübarizəsi, etnik məsələlər və s. açıqlanır.

Yeddi cildlik “Azərbaycan tarixi”nin II cildində III əsrdən tutmuş XIII yüzilin I rübünədək olan dövrü tədqiq edilmiş, sasanilərin və ərəblərin hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mədəni dəyişikliklər aşkarlaşdırılmışdir. Xilafətin zəifiədiyi dövrdə təşəkkül tapan Azərbaycan feodal dövlətlərinin tarixi, səlcuq yürüşü və onun nəticələri, Azərbaycan Atabəyləri dövlətinin yaranması və süqutu, eləcə də dövrün ictimai, iqtisadi, mədəni həyatı və maddi mədəniyyəti bu cilddə geniş şərh olunmuşdur.

Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu və digər institut əməkdaşlarının uzun illər boyu apardıqları axtarışların yekunu olan bu cilddə Vətənimizin orta əsrlər tarixinin XIII əsrdən başlayaraq son dövrü işıqlandırılmış, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalqımızın xarici işğalçıların təcavüzünə qarşı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olunmuşdur.

Cilddə XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX əsrin başlanğıcında çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal torpaqları Rusiya imperiyasının tərkibində qaldı. Cilddə istilanın gedişi, çar Rusiyasının Şimali Azərbaycanı ucqar müstəmləkəyə çevirməsi siyasəti, xalqın ona qarşı mübarizəsi, ölkənin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi, əsrin son rübündə burada kapitalist münasibətlərinin qərarlaşması, bununla əlaqədar sənayenin, kənd təsərüfatının inkişaf xüsusiyyətləri. Soisal dəyişikliklər, siyasiictimai hadisələr, eləcə də xalqımızın millət kimi təşəkkül tapması, milli şüurun yüksəlişi, Azərbaycan dili və mədəniyyətinin inkişaf mərhələləri işıqlandırılmışdır.

“Azərbaycan tarixi” çoxcildliyinin V cildində XX yüzilliyin son dərəcə mühüm hadisələrlə zəngin olan ilk iki onilliyi işıqlandırılmışdır.

Azərbaycan xalqının bütün həyat sahələrini əhatə edən köklü dəyişiklik-lərin baş verdiyi həmin dövrdə kapitalist istehsal münasibətlərinin iqtisadiy yatda aparıcı mövqe tutması, maarifçiliyə əsaslanan milli özünüdərk və ictimai şüurun milli dövlətçiliyi bərqərar tməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin coşqun inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər mühüm proses və hadisələri bu cilddə diqqət mərkəzinə çəkilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-azadlıq hərəkatından geniş bəhs olunan bu cilddə Cümhuriyyətin müxtəlif sahələrdəki fəaliyyəti və onun süqutuna səbəb olan amillərlə yanaşı, milli dövlət quruculuğunda mühüm tarixi-siyasi əhəmiyyəti də şərh edilir.

Bu cilddə Vətən tarixinin mürə kkəb və ziddiyyətli dövrlərindən biri olan 20-30-cu illərin uğurlu və məşəqqətli tarixi hadisələri nəzərdən keçirilir. Sovet hakimiyyətinin qurulması, “milli” dövlət quruculuğu, sənayeləşdirmə və kollektivləşdirmə, mədəni həyat, idarəetmənin zorakılıq, görünməmiş cəza tədbirləri ilə müşayiət olunan inzibati-amirlik sistemi, eləcə də yeni cəmiyyət qurmağın bütün ağırlıqlarını çiyinlərində daşıyan milyonlarla zəhmətkeşin gərgin əmək fəaliyyəti indiyədək öyrənilməmiş arxiv sənədləri və dövri mətbuat materialları əsasında tamvə hərtərəfli şərh olunur.

“Azərbaycan tarixi”nin VII cildi Azərbaycanın 1941-ci ilin iyun ayından 2002-ci ilədək olan mürəkkəb, ziddiyyətli tarixi dövrünü əhatə edir. Kitab üç bölmədən ibarətdir. I bölmədə Azorbaycanın İkinci dünya müharibəsi dövrü tarixi, II bölmədə 1945-1991-ci illərdə, xüsusən 1970-ci illərdə və 1980-ci illərin birinci yarısında iqtisadi və mədəni yüksəliş, 80-ci illərin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, III bölmədə isə respublikanın suverenliyinin bərqərarlaşdırılması, müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, ölkənin iqtisadi, siyasi, mədəni inkişafı arxiv sənədləri, dövri mətbuat materialları və mövcud elmi ədəbiyyat əsasında şərh olunur.

Xəbərdarlığın sonu.

Nəşr [ redaktə | mənbəni redaktə et ]

Kitabın 1, 2 və 4-cü cildləri 1998, 3-cü cildi 1999, 5 və 6-cı cildləri 2001, 7-ci cildi isə 2003-cü ildə nəşr edilmişdir.

1, 2, 3 və 4-cü cildlər 2007, 5, 6 və 7-ci cildlər isə 2008-ci ildə təkrar nəşr olunmuşdur.

Siyahı [ redaktə | mənbəni redaktə et ]

Cild № Dövr Məsul redaktor Şəhər Nəşriyyat İl Səhifə ISBN Oxu Yüklə Arxiv
I Ən qədimdən – b.e. III əsri İqrar Əliyev Bakı Elm 2007 520+40 ISBN 978-9952-448-36-8 [1] [2]
II III-XIII əsrin I rübü Nailə Vəlixanlı Bakı Elm 2007 608+24 ISBN 978-9952-448-34-4 [3] Arxivləşdirilib 2015-08-02 at the Wayback Machine [4] [5]
III XIII-XVIII əsrlər Oqtay Əfəndiyev Bakı Elm 2007 692+56 ISBN 978-9952-448-39-9 [6] Arxivləşdirilib 2017-02-16 at the Wayback Machine [7] [8]
IV XIX əsr Mahmud İsmayılov Bakı Elm 2007 504+48 ISBN 978-9952-448-37-5 [9] Arxivləşdirilib 2017-02-16 at the Wayback Machine [10] [11]
V 1900-1920-ci illər Mahmud İsmayılov
Nigar Maksvell
Bakı Elm 2008 696+40 ISBN 978-9952-448-41-2 [12] Arxivləşdirilib 2017-02-16 at the Wayback Machine [13] [14]
VI Aprel 1920 – iyun 1941 Cəmil Quliyev Bakı Elm 2008 568+48 ISBN 978-9952-448-44-03 [15] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine [16] [17]
VII 1941-2002-ci illər Tahir Qaffarov Bakı Elm 2008 608+80 ISBN 978-9952-448-48-1 [18] Arxivləşdirilib 2017-02-16 at the Wayback Machine [19] [20]

İstinadlar [ redaktə | mənbəni redaktə et ]

Həmçinin bax [ redaktə | mənbəni redaktə et ]

  • Azərbaycan Milli Ensiklopediyası
  • Azərbaycan dilinin izahlı lüğəti

AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU

1847-ci il aprelin 20-də və dekabrın 28-də kəndli əsasnamələri adlanan sənədlər nəşr olundu. Bu əsasnamələrdən birincisi Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı və Quba qəzalarının bəy kəndlilərinə, ikincisi isə Qazax və Şəmşəddin məntəqələrində ağaların torpaqlarında yaşayan kəndlilərə aid idi. Əsasnamələrə görə bəy torpaqlarında yaşayan bütün kəndlilər vahid ad-mülkədar tabesi adı alırdılar. Kişi cinsindən olub 15 yaşından yuxarı kəndlilər bəylərə məxsus torpaqlarda 5 desyatinə qədər həcmdə pay torpağından istifadə edə bilər, bunun əvəzində isə taxıl məhsulunun onda birini, çəltik, tərəvəz və meyvə məhsulunun üçdə birini malcəhət formasında bəyə verməli idilər. Otlaqlardan istifadə əvəzində kəndlilər çöpbaşı vergisi ödəyirdilər. Bəyin ev işlərini görmək üçün hər 10 kəndli ailəsi bir nəfər kişi ayırmalı idi. Hər bir ailə bəyən təsərrüfatında biyar mükəlləyiyyətini icra etmək üçün ildə18 gün müddətinə bir nəfər verirdi. Kəndin bütün kəndliləri ildə iki gün hamılıqla torpaq sahibinin təsərrüfatında əvrəz işinə çıxmalı idilər. Biyar əvəzinə bəy pul da ala bilərdi. 1847-ci il əsasnamələri Azərbaycanın təsərrüfat həyatına müəyyən təsir göstərdi. Maldarlar torpaq vergilərindən azad edildiklərindən əkinçilik bir qədər ixtisar olur, maldarlıq isə genişlənirdi.

Istifadə olunmuş ədəbiyyat

1. Azərbaycan tarixi, 7 cilddə, 5-ci cild. Bakı, 2000.

2. Azərbaycan tarixi. 1-ci cild. Bakı, 1994.

3. Ramin Qurbanov. XIX əsrin birinci yarısında Şimali Azərbaycanda azadlıq

hərəkatı. Bakı, 2006.

4. Murad Muradov. Çar Rusiyasının Azərbaycanda işğalçılıq və köçürmə

siyasəti ( XIX əsrin birinci yarısında ). Bakı, 1999.

5. Mətləb Gülmalıyev. XVIII əsrin son rübü XIX əsrin birinci yarısında

Azərbaycan kəndinin sosial iqtisadi strukturu. Bakı, 1989.

MÖVZU: ŞİMALİ AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ

(1900-fevral 1917-ci il)

Ə D Ə B İ Y Y A T

1. Azərbaycan tarixi. Bakı.1964,II c.

2. Azərbaycan tarixi. Bakı.1993.

3.Vəliyev T.T. İmperializm dövründə Azərbaycan sənayesi və proletariatı. Bakı.1987.

4.Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. Bakı.1998.

5. Mir Möhsün Nəvvab . 1905-1906-cı illərdə erməni-müsəlman davası. 1993.

6.Əliyev R. Əsərləri. Bakı. 2006. I, II c.

7.İsmayılov M.Ə. XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı.Bakı.1960.

8. Mahmud ismayıl. Azərbaycan tarixi. Bakı.1997.

9. Azərbaycanin müxtəsər tarixi.

10.Svietoxovski T. Rus Azərbaycanı 1905-1920.Ankara.1988.

11. Saray M. Azərbaycan türkləri tarixi. İstanbul.1993.

12.Yucər N. I Dünya müharibəsində Osmanlı Ordusunun Azərbaycan və Dağıstan əməliyyəti. Bakı 1999.

13.Yusif Akcura . Türkçülüyün tarixi. Bakı,2006.
İNHİSARÇI KAPİTALİZM MƏTHƏLƏSİNDƏ AZƏRBAYCAN İQTİSADİYYATI

1900-1903-cü illər iqtisadi böhranının Azərbaycan iqtisadiyayyatına təsiri.

Neft və digər sənayesi sahələri. XX əsrin əvvəllərində Rusiya inhisarçı kapitalizm mərhələsinə qədəm qoymuşdu. Müsrəmləkəçilik sisteminə uyğun olaraq milli ucqarlar iqtisadi cəhətdən Rusiyanın təsərrüfat sisteminə uyğuunlaşdırildığı üçün XX əsrin əvvəllərində Rusiyanin müstəmləkəsi olan Azərbaycabda da kapitalist istehsalı sürətlə inkişaf edirdi. Çarızmın müstəmləkə siyasəti inhisarların meydana gəlməsinə şərait yaradırdı. Rusiyaya güclü xarici kapital axını nəticəsində Rusiya kapitalizmi Qərbi Avropadan asılı vəziyyətə düşmüşdü. Rusiyaya axışan xarici kapital əsasən imperiyanın milli ucqarlarına, o cümlədən yüksək gəlir gətirən Azərbaycan neft ssənayesinə yönəldilmişdir.

Lakin 1900-1903-cü illərdə bütün dünyanı bürüyən iqtisadi böhran Rusayanin iqtisadi-siyasi həyatda daha ağır fəsadlara yol açdı. Başqa kapitalist ölkələrə nisbətən Rusiyada böhranın təsiri daha dərin iz buraxdı. 1900-1903-cü illər ərzində ölkədə 3 minədək iri və xırda müəssisələr bağlanmışdı, imperiyanın iqtisadi həyatı iflic halına düşmüşdü.

Böhran Rusiyanın kapitalist sənayesini əhatə etdiyi kimi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərdi, xüsusilə də neft sənayesində özünü daha güclü surətdə biruzə verdi. İstehsalla tələbat arasındakı kəskin uyğunsuzluq iqtisadi böhranı daha da dərinləşdirirdi. Qiymətlərin kəskin şəkildə aşağı düşməsi Bakı neft birjalarının fəaliyyətinin dondurulmasına səbəb olmuşdu..

Lakin neft məhsullarına olan tələbatın azalmasına baxmayaraq Bakı mədənlərində neft hasilatı armaqda davam edirdi. Bazarda tələbat olmadığına görə təkcə 1901-ci il martın 1-nə qədər 163 milyon pud neft ehtiyatı yığılıb qalmışdı. Belə vəziyyət bazar qiymətlərinin aşağı düşməsinə və neft sənayesində qeyri-sabitliyə səbəb olurdu. 1901-ci ildə neft məhsullarının qiyməti əvvəlki ilə nisbətən 43% aşağı düşdü.

Böhran neft istehsalı və emalı ilə məşğul olan şirkətlərin də vəziyyətinə ciddi təsir göstərmişdi. 167 şirkətdən 1902-ci ildə ancaq 136-sı neft çıxarılmasını davam etdirirdi. 1903-cü ilin sonlarına yaxın isə 170 şirkətdən ancaq 153 fəaliyyət göstərirdi. Xırda və ota müəssisələrin rəqabətə davam gətirə bilməməsi nəticəsində , təkcə 1901-ci il ərzində Bakıda 13 zavod ya satılmış, ya da başqa neft cəmiyyətləri tərəfindən icarəyə götürülmüşdü.

Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların iflasına səbəb olmuş, neft istehsalınının iri inhisarların əlində cəmləşməsinə şərait yaratmışdı. 1901-ci ildə Bakıdakı 146 şirkətdən beş ən iri şirkət (Nobel qardaşları birliyi, Rotşild, Mantaşev və K*, Xəzər-Qara dəniz birliyi, Bakı neft cəmiyyəti) bütün neft istehsalının 42,5%-ni öz əlində cəmləşdirmişdi. Bu neft kompaniyaları içərisində isə başlıca rolu Nobel qardaşları, Rotşild və Mantaşovun şrkələri oynayırdı.

Bu dövrdə neft daşınması və ixrac sahəsində neft sənayeçiləri arasında kəskin mübarizə gedirdi. Nobel qardaşları, Rotşild və digər iri neft sahibkarları neft ixracını öz inhisarları altına almağa çalışırdılar. Artıq London neft sindikatı “Konsolideyted petrolium” ingilis bazarında ağ neft ticarəti üzrə nəzarəti ələ keçirmiş, Amerika tresti “Standart oyl” ilə razılaşmasına görə 40%-dən artıq Rusiya neft məhsullarını bu bazara buraxmamağı öz öhdəsinə götürmüşdü.

Beləliklə, neft ixracı sahəsində iri inhisarçılar arasında kəskin rəqabət başlamışdı. 1902-ci il iyulun əvvəllərində Bakı neft sahibkarlarının özlərinin xüsusi ixrac sindikatını təşkil etmək cəhdi Nobel qardaşları birliyi, Xəzər-Qara dəniz cəmiyyəti kimi iri inhisarların kəskin müqavimətinə rast gəldi və uğursuzluqla nəticələndi. Ixrac uğrunda mübarizədə dünya bazarında xüsusi mövqeyə sahib olan iri, xarici şirkətlər qalib gəldi.

Qeyd etmək lazımdır ki, qiymətlərin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Azərbaycan neft sənayesi bütövlükdə yenə də iri inhisarlar üçün böyük gəlir gətirən bir sahə idi. Məsələn, 1902-1904-cü ilərdə Nobel qardaşları şirkəti neftdən 9,3 milyon manat, Bakı neft cəmiyyəti isə 1,5 milyondan artıq nəqd gəlir əldə etmişdilər.

Bakı nefti uğrunda mübarizədə Britaniya şirkətləri daha çox fəallıq göstərirdilər. 1898-1903-cü illər ərzində ingilis kompaniyaları Bakı neft müəssisələrinə 47 milyon manat pul qoymuşdular. 1902-ci ildə Bakıda 39,4 milyon manat kapitalı olan 11 ingilis müəssisəsi fəaliyyət göstərirdi. 1904-cü ildə Rusiyadakı Britaniya neft cəmiyyətləri ingilis kompaniyası olan “S.M.Şibayev və K*”rəhbərliyi altında birləşdirildi. 1905-ci ilin martında isə Nobel qardaşları şirkəti və “Mazut” cəmiyyəti “S.M.Şibayev və K*”, “Oleum” şirkətləri ilə birləşərək Bakı neft sənayeçiləri sindikatının əsasını qoymuş oldular.

Amerikanın “Standart oyl” tresti də Bakı neftinə böyük maraq göstərirdi. 1904-cü ildə Bakı sənayeçiləri ilə bu trest arasında bağlanan qeyri-bərabər müqavilə nəticəsində Rusiyanın neft məhsulları tədricən dünya bazarlarından sıxışdırılıb çıxarılmağa başlamışdı.

Lakin Azərbaycan neft sənayesində inhisarlaşma prosesinin dərinləşməsi eyni zamanda texniki tərəqqinin ləngiməsinə, neft istehsalının azalmasına səbəb olduğu üçün Rusiya tədricən dünya neft hasilatındakı birinciliyi itirirdi.Belə ki, Rusiyada istehsal olunan neftin 83%-i Bakıda çıxarılsa da neft sənayeçiləri müasir texnologiyalara vəsait qoymaqdan çəkindiyi üçün Bakı neft istehsal texnikası XIX əsrin 80-90-cı illəri səviyyəsində qalmışdı.

Neft sənayesindəki durğunluq iri kapital axınının da azalmasına səbəb olmuşdu.Bundan başqa Rusiyanın rus-yapon müharibəsindəki müvəffəqiyyətsizliyi və 1905-1907-ci illər inqilabı xarici inhisarların çar hökumətinə inamını azaltmış və bu ölkəyə kapital qoymaqdan çəkindirmişdi. Neft sənayesindəki bu durğunluq I Dünya müharibəsi ərəfəsinədək davam etdi.

Böhran əlaməti neft sənayesi ilə bərabər metallurgiya, ipəkçilik, balıqçılıq, duz istehsalı sənayesində də özünü göstərməkdə idi. Bunu tələbələrin nəzərinə cədvəl şəklində çatdırmaq daha məqsədəuyğundur:

Sənaye sahələri 1900 1903

Mis filizi istehsalı 3,9 milyon pud 3,2 milyon pud

Mis əridilməsi 199499 pud 149462 pud

Duz istehsalı 439 min pud 345,2 pud

Balıq sənayesi 73,7 mln. ədəd 57,7 mln. ədəd
Bu dövrdə sənaye böhranı iri şəhərlərin ticarət dövriyyəsinə mənfi təsir göstərməsinə baxmayaraq , bütövlükdə götürdükdə Azərbaycabda ticarətin həcmi artmaqda idı. Bakıda hər il baharda təşkil olunan ticarət yarmarkasına 1903-cü ildə gətirilən malların məbləği 1902-ci ilə nisbətən 146,4 min manat, satılan malların məbləği isə 98,7 min manat yüksəlmişdı.

Kənd təsərrüfatı. XX əsrin əvvəllərində Azərbaycan kəndlilərinin əsas məşğulliyyəti əkincilik olaraq qalırdı. 1900-1903-cü illərdə Azərbaycabda ildə orta hesabla 50 mln. puda qədər taxıl istehsal olunurdu. Bu dövrdə barama istehsalı və ipəkçilik üzrə də Azərbaycan Zaqafqaziyada mühüm yer tuturdu. Rusiya sənayesinin mahlıca olan tələbatının artması nəticəsində Azərbaycabda pambıqçılıq təsərrüfatı da genişlənməkdə idi. Yelizavetpol quberniyasının 8 qəzasından 6-nda pambıq becərilirdi. Bakı quberniyasının Cavad və Göyçay qəzalarında pambıqçılıq daha çox inkişaf etmişdi.

Azərbaycabda kənd təsərüfatı sahələrindən biri olan tütüncülik , keçən əsrlərdə olduğu kimi , yenə də Zaqatala dairəsi, Quba, Nuxa qəzalarında inkişaf etdirilirdi. Azərbaycanın kənd təsərrüfatında mühüm yeri olan bağçılıq və üzümçülüklə isə əsasən Yelizavetpol quberniyasının Şuşa, Yelizavetpol, Qazax,və Ərəş qəzalarında, Bakı quberniyasının Göyçay, Bakı, Şamaxı qəzalarında məşğul olurdular. 1903-cü ildə Bakı quberniyasında bağların sahəsi 10948 desyatinə, Yelizavetpol quberniyasında isə 11835 desyatinə bərabər idi.

Lakin bu dövrdə dövlət xəzinəsinə, bəylərə, mülkədarlara və sələmçilərə ağir verği və mükəlləfiyyətlər ödəyən Azərbaycan kəndlilərinin vəziyyəti çarizmin milli-müstəmləkə siyasəti ilə daha da ağırlaşmışdı. 1900-cü il mayın 1-də çar hökumətinin guya Azərbaycan kəndlilərinin torpaq problemini həll etmək üçün dövlət kəndlilərinə töycü (məhsul vergisi) ödəmək şərtilə xəzinə torpaqlarından daimi istifadə etmək hüququnu verdi. Lakin əslində bu xüsusi mülkiyyət hüququ deyil, yalnız xəzinənin xeyrinə ağır töycülər ödəmək şərtilə torpaqdan daimi istifadə etmək hüququ idi.

Carizmin köçürmə siyasəti. Onsuz da aztorpaqlılıqdan əziyyət çəkən Azərbaycan kəndlilərinin vəziyyətini çarizmin milli ucqarlarda yeritdiyi müstəmləkəçi torpaq siyasəti daha da ağırlaşdırırdı.Torpaq getdikcə daha geniş miqyasda alqı-satqı vasitəsinə çevrildiyindən və əkin sahələrinin genişlənməsi ilə əlaqədar olaraq qiyməti yüksəlməkdə olan kəndli torpaqları bəy və mülkədarlar tərəfindən zəbt olunurdu. Üstəlik də, Rusiya imperiyası 1833-cü ildən etibarən təhkimçilikdən azad etdikləri minlərcə rus kəndlisini münbit Azərbaycan torpaqlarında yerləşdirməyə başlamışdı. Onsuz da yetişdirdiyi məhsulun çox hissəsi əlindən alınan Azərbaycan kəndlilərinin vəziyyəti ,üstəlik torpaqlarının bir qisminin rus kəndlilərinə verilməsilə daha da ağırlaşmışdı. Kəndlilərin torpağının getdikcə azalmasına baxmayaraq, XX əsrin əvvəllərində carizm Azərbaycabda köçürmə siyasətini yeritməkdə davam edirdi və köçürülənlər əsasən yerli kəndlilər hesabına torpaqla təmin edilirdilər.

Beləliklə, Rusiyada həyata keçirilən Stolıpin aqrar islahatının Azərbaycana da tətbiq edilməsinin əsas mahiyyəti torpaqsız rus kəndlilərinin torpaq problemini onların mərkəzi rus quberniyalarından milli ucqarlara—Sibirə,Orta Asiyaya, Qafqaza köçürmə yolu ilə həll etmək idi . Çar hökuməti aztorpaqlı və ya torpqsız rus kəndllərini müxtəlif vasitələrlə köçməyə şirnikləndirirdi. Nəticədə külli miqdarda sektant rus ailələri Qafqaza köçürülərək milli ucqarlarda ruslaşdırma siyasətini davam etdirirdi. 1901-1904-cü illər ərzində Muğanda Yermolovo, Kozlyakova, Lənkəranda Alekseyevka, Pokrovka, Qubada Şirvanskoe kimi bir çox rus kəndləri salındı. 1903-cü ildə Lənkəran, Şamaxı, Cavad,və Quba qəzalarında Rusuyadan köçürülənlər üçün ayrılan pay torpaqlarının sahəsi 21236 desyatinə bərabər idi. Birinci rus inqilabı ərəfəsindəki beş il ərzində təkcə Bakı quberniyası daxilində köçürülənlər üçün 43861,95 desyatin torpaq ayrılmışdı ki, bundan 17159,2 desyatini Cavad qəzası, 5578,5 desyatini Quba, 10608,3 desyatini Lənkəran, 4515, 95 desyatini Şamaxı qəzasının payına düşürdü.

Fikrimizcə, tələbələrə rusların Azərbaycabda köçürmə siyasəti barədə məlumat verərkən bu məkrli siyasətin tarixi kökləri barədə məlumat vermək mövzuya daha çox aydınlıq gətirər. Tələbələrin nəzərinə çatdırmaq lazımdır ki, hələ 1828-ci ildən Azərbaycanın iki işğalçı dövlət tərəfindən parçalanması ilə nəticələnən Türkməncay müqaviləsi ilə əsası qoyulan bu siyasət nəticəsində Rus-İran müharibələri zamanı Rusiyaya qulluq göstərən İran ermənilərinin Şimali Azərbaycana köçürülməsinə başlanmışdı. Bu siyasət nəticəsində Rusiya Qafqazda təkcə silah gücü ilə deyil, həm də bu ərazidə köklü etnodemoqrafik dəyişiklik yaratmaq yolu ilə də möhkəmlənmək niyyətində idi. Beləliklə, çarizm Qafqazı “parçala,hökm sür “ müstəmləkə siyasətilə ıdarə etməyə başlayaraq İrandan gətirilən ermənilərin köməyilə Şimali Azərbaycabda törədiləcək milli münaqişə və qırğınlar üçün zəmin hazırlamış oldu. 1828-30-cu illərdə Şimali Azərbaycana İrandan 40 mindən çox, Türkiyədən isə 80 mindən çox erməni köçürülmüş, Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqları ermənilərin ixtiyarına verilmişdi.

İrandan axınla köçən ermənilər heç bir qanuni əsas olmadan Şımali Azərbaycan ərazisinin xüsusilə Naxçıvan, Qarabağ, İrəvan kimi bölgələrində- Azərbaycanlıların ata-baba torpaqlarında yerləşdirilməsi Azərbaycanın bu üç bölgəsinin etnodemoqrafik vəziyyətinin tezliklə böyük dəyişikliyə uğramasına səbəb oldu. Qərbi Azərbaycan torpaqlarından Azərbaycanlıların sıxışdırılaraq çıxarılması nəticəsində bu ərazidə ermənilər üçün mərkəzi İrəvan olan erməni vilayəti yaradıldı.

XX əsrin əvvəllərində rusların himayədarlığı və Daşnaksütün patiyasının partiyasının köməyilə genişləndirilərək Türkiyə və İran sərhədləri boyunca uzanan bu erməni vilayəti müsəlman dövlətlərin Qafqaza doğru irəliləməsi cəhdlərinin qarşısını almaq üçün yaradılmış bir bufer bölgə rolunu oynayırdı.

Beləliklə, bu məqsədlə çar hökumətinin köçürmə siyasəti Azərbaycanın həm İran, həm də Türkiyə ilə sərhəd olan ərazilərdə intensiv şəkildə davam etdirilirdi. Əsas məqsəd isə imperiyanın iqtisadi tələbatını ödəməklə bərabər həm də Şimali və Cənubi Azərbaycan torpaqları arasında eyni zamanda Türkiyə ilə sərhəd bölgələrdə xristian əhalinin( rusların, ermənilərin) yerləşdirilməsi ilə möhkəm bir sədd təşkil edilməsi idi.

Bundan başqa çar hökuməti Azərbycanda xristianların sayıni artırmaq üçün , əsasən sərhəd bölgələrində Azərbaycanlıların İran və Türkiyədəki dindaşları ilə təmasını yox etmək üçün erməni və rus kəndliləri ilə bərabər , almanları da məskunlaşdırirdılar. Rusiya onlar üçün mühacirəti asanlaşdırmaq üçün burada ,hətta mühacirət müdiriyyəti də təsis etmişdi.

1905-ci il rus inqilabının süqutundan sonra çarizm Azərbaycabda özünün müstəmləkəçi köçürmə siyasətini daha da gücləndirdi.Muğan düzünə daha çox kəndli köçürüldü. Burada Pokrovka, Alekseyevka, Qriqoryevka rus kəndləri salındı. 1908-ci ildə Yelizavetpol quberniyasının müxtəlif qəzalarına 187 kəndli ailəsi köçürüldü. 1909-cu ildə Kiyev quberniyasından Quba qəzasına 2000-nə yaxın kəndli köçürüldü. Ümumiyyətlə, Azərbaycana 1908-ci ildə 1145, 1909-cu ildə 1211,1910-cu ildə isə 615 rus kəndli ailəsi köçürüldü.

Köçürülmüş kəndlilər yerli kəndlilərin ata-baba yerlərindən sıxışdırılması nəticəsində torpaqla təmin olunurdular. Məsələn, Təklə, Çəmənli, Xalac və b,.kəndlərdən 2000-dən artıq kəndli ailəsi öz ata-baba yurdundan çıxarılmışdı.Göyçay qəzasının Qalıncaq kəndi əhalisinin də pay torpağı əllərindən alınaraq yerində İvanovka rus kəndi salınmışdı.

Köçürmə siyasətini həyata keçirən çar hökuməti Azərbaycan kəndlilərinin torpağının azlığı və ya heç bir torpağa malik olmaması ilə əsla hesablaşmırdı.Beləliklə də XX əsrin əvvəllərində çarizmin müstəmləkə siyasəti nəticəsində Azərbaycabda aztorpaqlı və torpaqsız kəndlilərin sayı daha da artdı. Ağir vergi siyasəti, torpaqsızlıq, məmur özbaşınalıqları kəndli etirazlarının güclənməsinə səbəb oldi.

Azərbacanda kəndli hərəkatı.Qaçaqçılıq. Rusiya imperiyasının təhkimcilikdən azad etdikləri minlərlə rus kəndlisinin münbit Azərbaycan torpaqlarında yerləşdirməsi, onsuz da yetişdirdiyi məhsulun çox hissəsi əlindən alınan Azərbaycan kəndlilərinin vəziyyətini daha da ağırlaşdırmışdı. Ağır vergilərdən cana doyan, ərazilərinin bir qismi əlindən alınıb ruslara və ermənilərə verilən, ticarət işləri ermənilərə həvalə edilən Azərbaycan xalqı bu haqsızlıqlardan doyaraq rus müstəmləkəçiliyinə qarşı qaçaq hərəkatına başladı. Rus idarəsinin ağır vergilərini ödəməkdən boyun qaçıran Nəbi adlı Azərbaycan kəndlisi ilə başlayan “Qaçaq Nəbi” hərəkatı qısa bir zamanda bütün Azərbaycana yayılaraq milli-azadlıq hərəkatına çevrildi. 1905-1907-ci illərdə qaçaqçılıq hərəkatı bütün Azərbaycanı bürümüşdü. 1907-ci ildə Cavanşir qəzasının bir neçə kəndində kəndli çıxışları baş verdi. Bunun ardınca Azərbaycanın müxtəlif yerlərində kəndli həyəcanları bürüdü. Qaçaqçılıq hərəkatı Yelizavetpol qəzasında daha güclü idi.1909-cu ildə Yelizavetpol qəzasının Goranboy-Əhmədli kəndində Qatir Məmməd adi ilə məşhur olan Məmməd Əli oğlu Məmmədov un(1893-1919) başçılığı altında kəndli silahlı dəstəsi,1910-cu ildə Kərbalayi Əsgərin üsyançı dəstəsi, Qaçaq Məşədi Yolçunun dəstəsi, və b. hökumət və torpaq sahibləri üçün zəhmli bir qüvvəyə çevrilmişdi.

Göründüyü kimi, çar hökumətinin kəndlilərin torpaq mülkiyyətinə dair verdiyi qanunlar (1900-cü il 1may və 1903-cü il 21 aprel qanunları ) problemi həll etmək əvəzinə daha da mürəkkəbləşdirdi. Bu problem 1912-1913-cü illərdə həyata keçirilən aqrar qanunların verilməsinə qıdər həll edilməmiş qaldı. 1912-ci il dekabrın 20-də Cənubi Qagqaz quberniyalarında torpaqların məcburi satılması haqqında qanun verildi. Lakin bu qanun Zaqatala dairəsinə yalnız 1913-cü ildə şamil edildi. 1912-1913-cü il qanunları Azərbaycan kəndlilərinin böyük əksəriyyətini təşkil edən xəzinə-dövlət kəndlilərinə aid edilmədi.

Ticarət. XX əsrin əvvəllərində Azərbaycabda ticarət kapitalının təmərküzləşməsi prosesi sürətlənmişdi. İnhisar və kredit ticarəti inkişaf edirdi, iri kapitalist ticarət müəssisələri ilə yanaşı kiçik və orta ticarət müəssisələrinin də sayı artmışdı, iri şirkət və kompaniyaların satışı genişlənmişdi. Bu dövrdə daxili ticarətin təşkili sistemi təkmilləşir, onun formaları genişlənirdi. 1904-cü ildə Bakı quberniyasında 104 min manat illik dövriyyəsi , 11,4 mln. manat illik mənfəəti olan 5154 ticarət müəssisəsi fəaliyyət göstərirdi.Yelizavetpol quberniyasında da ticarət müəssisələrinin sayı çoxalır, illik dövriyyəsi artırdı.1909-cu ildə 17 milyon, 1910-cu ildə isə 16,7 milyon manatlıq tticarət dövriyyəsi olmuşdu. Ticarət kapitalının təmərküzləşməsi prosesi sürətlə gedirdi. Təkcə Bakı şəhərində 1904-cü ildə 56, 1910-cu ildə 98, 1913-cü ildə

200 ticarət evi var idi. 1910-cu ildə Gəncə, Şuşa, Nuxa və Naxçıvanda 7 ticarət evi fəaliyyət göstərirdi.

2. Azərbaycabda milli təfəkürün formalaşması İdeologiyalar və siyasi istigamətlər.

XX əsrin əvvəllərində bir-birinin ardınca baş verən iqtisadi böhranlar (1900-1903, 1906-1908) nəticəsində işsizlik artmaqda idi və işçilərin iqtisadi vəziyyəyi ağırlaşmışdı, kəndlilərin narazılıqları güclənmişdi. Rusiyanin digər milli ucqarlarında olduğu kimi Azərbaycabda da ictimai-siyasi hərəkat canlanmışdı. Çarizm bu hərəkatın milli-azadlıq hərəkatına çevrilməsinin qarşısini almaq üçün 1902-ci il yanvar ayında fövqəladə vəziyyət elan etdi. Bu arada inqilabçı təşkilatlar Azərbaycan işçıləri arasında təbliğatı genişləndirməyə səy göstərirdilər.

Azərbaycabda genişlənməkdə olan milli müstəmləkə hərəkatında iki müxtəlif istiqamət gözə çarpırdı: 1) türk və islampərəst milli burjua hərəkatı; 2) bu hərəkatdan öz məqsədləri üçün istsfadə etməyə çalışan bolşevik erməni-rus ittifaqının təsiri altına düşən sosialist hərəkatı.

Bu dövrdə Rusiyada sosial-inqilabi hərəkatı genişlənmişdi.Bu hərəkatın ən nüfuzlu partiyası olan Rusiya Sosial-Demokrat Fəhlə Partiyası (RSDFP) Azərbaycanın siyasi həyatına da nəzarəti ələ almaq məqsədilə 1901-ci ildə partiyanın Bakı komitəsini yaratdı. Lakin Bakıda yaradılan bu komitənin tərkibində bir nəfər də olsun Azərbaycanlı yox idi. Hər vasitə ilə güclü sənaye mərkəzi olan Bakıda sosial hərəkata nəzarəti ələ keçirməyə çalışan bu təşkilat özünün mətbuat orqanı “İskra” qəzetini və digər inqilabi ədəbiyyat çap etmək üçün burada “Nina” gizli mətbəəsini təşkil etdi.

Dekabr ümumi tətili. İlk kollektiv müqavilə. 1900-1904-cü illərdə Bakida sosial gərginlik artmaqda idi. 1901-1902-ci illərdə Bakı fəhlələri 1mayı kütləvi nümayişlərlə qeyd etdi, 1903-cü il iyulun 1-də ümumi tətil keçirildi. Nəhayət get-gedə artan gərginlik 1904-cü ilin dekabrın 13-də başlayan böyük siyasi tətillə partladı. İlk olaraq tətilə başlayan Xəzər-Qara dəniz cəmiyyəti zavodunun fəhlələrinə daha sonra Nobel qardaşları, Rotşild, Mantaşev şirkətlərinin fəhlələri, bütün Balaxanı-Sabunçu, Bibiheybət neftçiləri, Qara şəhər və Ağ şəhərin müəssisələri və s.-nin işçiləri də qoşuldular.Dekabr tətilində RSDFP Bakı komitəsi ilə bərabər Lev, İlya, Qleb Şendrikov qardaşlarının təşkil etdiyi “Müstəqil işçi hərəkatı” və ya “ Balaxanı və Bibiheybət işçi İttifaqı” və milli sosial-demokrat “Hümmət” təşkilatları da siyasi fəaliyyət göstərirdilər. 1903-cü ildən bəri bolşevik və menşevik qruplarına parçalanmış RSDFP üçün ciddi rəqib olan şendrikovçular əsas diqqəti iqtisadi xarakter daşıyan məsələlərə yönəltmişdilər. Azərbaycabda siyasi həyatin canlandıği belə bir vaxtda müsəlman işçiləri arsında təbliğat aparan milli sosial-demokrat təşkilatı “Hümmət”in sıralarında S.M.Əfəndiyev, M.Məmmədyarov, Ə.Axundov, B.Sərdarov, M.Əzizbəyov, N.Nərimanov fəaliyyət göstərmişlər.

1904-cü il dekabr tətili Bakı fəhlələrinin ən böyük tətili oldu və Rusiyanın inqilabi mübarizə tarixində ilk dəfə olaraq fəhlələrin qələbəsi ilə başa çatdı. Dekabrın 30-da tətilçilərlə neft sənayeçiləri arasında danışıqlar müvəffəqiyyətlə başa çatdırıldı və fəhlələrin “mazut konstitusiyası” adlandırdıqları ilk müştərək müqavilə imzalandı. Nəhayət .dekabrın 13-də başlayan Bakı fəhlələrinin ümumi tətili qalibiyyətlə başa çatdırıldı.

Dekabr günlərində keçirilən Bakı tətili 1905-ci ilin yanvarında başlayan Ümumrusiya inqilabı üçün bir başlanğıc oldu. Belə ki, dekabr tətilindən cəmi bir neçə gün sonra Rusiyanin çarlıq rejimini kökündən sarsıdan 1905-1907-ci illər I rus inqilabı baş verdi. Rus despotizmi bu illərdə aldığı zərbələrdən bir daha özünə gələ bilmədi.

1905-ci il yanvarın 9-da Peterburqda nümayiş içtirakçılarının gülləbaran edilməsi tarixə “qanlı bazar” hadisəsi kimi daxil oldu və imperiyanın hər yerində, o cümlədən Azərbaycabda da etiraz çıxışları və tətillərin başlamasına səbəb oldu. “Qanlı bazar” hadisəsi Bakıda çox böyük əks-səda doğurdu. Bakı müəssisələrində başlanan tətilə Azərbaycanın bir çox bolgələrinin işçiləri, o cümlədən Gəncə, Gədəbəy fəhlələri də qoşuldular.

TARİX

Moisey Kalankatlının sözləri ilə desək, “dörd xalqın padĢahlıq edən
hökmdarlarının hörmət və izzətini qazanmıĢ” CavanĢirin hakimiyyəti dövründə
Azərbaycanın Ģimal hissəsi – Albaniya (Arran) hələ bir müddət özünün nisbi siyasi
müstəqilliyini qoruyub saxlaya bildi. Buna, CavanĢirin Ģəxsi nüfuzu və
Albaniyanın tutduğu mühüm strateji mövqe ilə yanaĢı, bu zaman Xilafətin daxi-
lində və xaricində baĢ verən hadisələr – Əli ilə ġam hakimi Müaviyə arasında
səltənət uğrunda gedən mübarizə, hakimiyyətə gəlmiĢ Müaviyənin Bizansla
apardığı müharibələr də Ģərait yarat mıĢdı.
Lakin CavanĢirin siyasi müstəqillik naminə ərəblərə güzəĢt siyasəti bəzi
bizanspərəst yerli hakimlərin narazılığına səbəb oldu. 680-ci ilin sonlarında (və ya
681-ci ilin əvvəllərində) CavanĢir həmin hakimlərin təĢkil etdikləri qəsd
nəticəsində xaincəsinə öldürüldü. Onun qardaĢı Varaz Perozun oğlu Varaz Tiridat
alban taxtında əmisini əvəz etdi. Elə bu zaman xəlifə olmuĢ I Yəzid (680 -683)
Varaz Tiridatı “ġərq vilayətlərinin caniĢini, Alban padĢahlığının və Uti əyalətinin
hakimi” təsdiq etdi.
CavanĢirin qətli onun qayınatası, Xəzər xaqanı Alp Ġlitvərə qisas almaq
bəhanəsi ilə A lbaniyaya qoĢun çəkmək imkanı verdi. Tezliklə onun baĢçılıq etdiyi
Xəzər ordusu Albaniya hüdudlarına soxulub, yol boyu rastına çıxan kənd və
Ģəhərləri talan edə-edə Uti əyalətinə yetiĢdi. Xəzərlər burada çoxlu əsir tutaraq,
üstəlik, xeyli qənimət ələ keçirtdilər. Sonra isə Lpink vilayətinə qayıdaraq, orada
düĢərgə saldılar.
681-ci ildə I Varaz Tiridat alban katolikosu Yeliazarı Xəzər xaqanının
yanına danıĢıqlara göndərdi. Katolikos, CavanĢirin qətlində albanların əli
olmadığına xaqanı inandırmalı idi. Verilən tapĢırığı müvəffəqiyyətlə yerinə yetirən
katolikos, hətta xəzərlərlə “sülh və qırılmaz dostluq” münasibətlərinin bərpas ına da
nail oldu. Lakin Yeliazarın bu uğurlu elçiliyi alban-xəzər münasibətlərinin
yaxĢılaĢdırılması istiqamətində atılmıĢ yalnız ilk addım idi. Ġkinci addım
Metskoqman yepiskopu Ġsrailin baĢçılıq etdiyi nümayəndə heyətinin Alp Ġlitvərin

Varaçanda yerləĢən qərargahına göndərilməsi oldu. Hörmətlə qarĢılanmıĢ yepiskop
Ġsrail xəzərlərlə sülh bağlaya bildi. Moisey Kalankatlının Ģəhadətinə görə, Ġsrailin
təbliğatından sonra, xaqan baĢda olmaqla, xəzərlərin bir hissəsi xristianlığı qəbul etdi. I
Varaz Tiridata göndərdiyi məktubunda xəzər xaqanı Ġsrailin onun ölkəsində yepiskop
kimi qalmasını xahiĢ etdi. O, I Varaz Tiridatı əmin edirdi ki, yalnız din birliyi “bizim
barbar xalqların Albaniyaya basqınlarının qarĢısını ala bilər”. Eyni xahiĢlə Xəzər xaqanı
albanlarla həmdin olan erməni knyazı Qriqori Mamikonyana və erməni katolikosu
Səhəkə də müraciət etdi. Xəzərlərə göndərdiyi cavab məktubunda katolikos Səhək
yazırdı: “Biz onun (Ġsrailin) həmiĢə sizinlə olmasına razılıq vermək istərdik. Lakin
bu məsələnin həll olunmasında müstəsna hüquq Albaniya patriarxı katolikos Yeliazara
məxsusdur. Bu, onun iĢidir”.
Beləliklə, I Varaz Tiridat Ġsrailin Xəzər xaqanlığı ilə Albaniya arasında yalnız
vasitəçi rolunu oynamasına razılıq vermiĢdi.
Lakin Ġsrailin xəzərlərlə sülh münasibətləri yaratmaq naminə göstərdiyi
fəaliyyəti onların Cənubi Qafqaz ərazisinə yeni basqınlarının qarĢısını ala bilmədi.
Çətinliklə əldə edilmiĢ sülh pozuldu: mərkəzdəki qeyri-sabitlik nəticəsində ucqar Ģimal
vilayətləri üzərində ərəb nəzarətinin zəifləməsindən istifadə edən xəzərlər, 685-ci ildə
yenidən Albaniya, Ermənistan və Ġberiya (Kartli) torpaqlarına daxil oldular, bir çox
vilayətləri tutub böyük qənimət və xeyli əsir əldə etdilər. Yerli qaynağın məlumatına
görə, “döyüĢ zamanı onlar knyaz Qriqori Mamikonyanı, xeyli gürcü və alban əyan və
knyazlarını qətlə yetirdilər”.
Bu mürəkkəb dövrdə Xilafətdəki hakimiyyət Əməvilər sülaləsinin
Mərvanilər qolunun banisi, cəmi bir il xəlifəlik edə bilən I Mərvanın (684-685) əlinə
keçdi. Məhz bu zaman Xilafət mərkəzində yaranmıĢ müvəqqəti qarıĢıqlıqdan istifadə
edən albanlar qonĢuluqda yaĢayan xalqlar kimi əsasən vergi verməklə ifadə olunan
“otuzillik itaətdən sonra”, “ərəblərə vergi ödəməkdən imtina etdilər”. Lakin bu vəziyyət
çox çəkmədi. VII əsrin 80-ci illərinin ortalarından baĢlayaraq Cənubi Qafqaz
xəzərlərin, ərəblərin, bizanslıların at oynatdıqları iri döyüĢ meydanına çevrildi. Onlar
əhalini amansızcasına qarət edir, əsir aparır, maddi dəyərləri məhv edirdilər. Yalnız
80-ci illərin sonlarına yaxın ərəb xəlifəsi Əbdülməlik ibn Mərvanla Bizans
imperatoru II Yustinian arasında barıĢıq əldə edildi. ġərtə görə, Qafqaz
ölkələrindən gələn bütün vergilər iki imperiya arasında bərabər bölünməyə
baĢlanıldı. Lakin bu barıĢıq da uzun çəkmədi. 692-ci ildə ərəblərlə bağlanmıĢ sülh
müqaviləsini pozaraq, ġam üzərinə hücum edən II Yustinian məğlubiyyətə uğradı.
Əldə edilmiĢ qələbə ərəblərin Qafqazdakı mövqelərini möhkəmləndirdi. 693-cü
ildə xəlifə öz qardaĢı Məhəmməd ibn Mərvanı əl-Cəzirə, Azərbaycan və
Ərminiyənin (Albaniya – Arran və Gürcüstanın bir hissəsi ilə birlikdə) hakimi təyin
edir.
Lakin Xilafətin bölgədəki hakimiyyəti hələ də kifayət qədər möhkəm
deyildi; Albaniya – Arran isə ərəblərdən baĢqa bizanslılara və xəzərlərə də vergi
ödəmək məcburiyyətində idi.

Bu dözülməz vəziyyət xəzərlərlə münasibətləri qaydaya sala bilmiĢ I
Varaz Tiridatı imperatorla danıĢıq aparmaq üçün oğlanları Qaqik və Vardanla 699-
cu ildə Konstantinopola getməyə vadar edir. Lakin arzu edilən müsbət nəticə
əvəzinə, Xilafətlə əlaqədə günahlandırılan alban hökmdarı zindana atılaraq, 705-ci
ilədək Bizans paytaxtında saxlanılır.
Məhz bu zaman Albaniyanın özündə elə hadisələr baĢ verir ki, onlar bu
vaxtadək yalnız vergi almaqla kifayətlənən Xilafət üsuli-idarəsinin ölkənin daxili
iĢlərinə daha fəal müdaxilə etməsinə səbəb olur. Belə ki, katolikos Yeliazar
öləndən bəri (688-ci ildən) onun yerini tutmuĢ keçmiĢ Girdiman yepiskopu Nerses
Bakur hələ də Konstantinopolda saxlanılan Varaz Tiridatın arvadı Sparamanın
təĢviqi ilə Bizans kilsəsinin etiqad etdiyi xalkidon təlimini A lbaniyada da yaymaq
və bu addımla albanların Xilafətə deyil, Bizansa daha çox meyl göstərdiklərini
əyan etmək istəyir. Xalkidonluğun Albaniyadakı əleyhdarları, baĢda alban knyazı
ġeroy olmaqla Qəbələ, A maras və HoĢ yepiskopları, eləcə də ölkənin nüfuzlu
feodalları erməni katolikosu Ġliaya (Eliaya) müraciət etdilər, onun Partava
(Bərdəyə) gəlməsini, “yaralarını sağaltmasını” xahiĢ etdilər.
Erməni kilsəsinin Albaniyadakı mənafeyinin gerçəkləĢdirilməsi
məqamının yetiĢdiyini anlayan katolikos Ġlia xəlifə Əbdülməlikə göndərdiyi
məktubunda bildirirdi: “Partav taxtında oturan indiki alban katolikosu Rum
imperatoru ilə saziĢə girib, öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir
ki, hamı dini etiqadda ona qoĢulsun, onun himayəsini qəbul etsin”. Məktubun sonunda
“Allaha qarĢı günah iĢlətmiĢ” alban katolikosunun və “onunla həmfikir olan kübar
qadının” cəzalandırılması xahiĢ edilirdi.
Təbiidir ki, Bizansın Qafqazdakı mənafeyinə zərbə endirə biləcək hər bir
əməl Xilafət üçün sərfəli idi. Alban kilsəsinin Bizansın yardımına arxalanması heç də
ərəblərin ürəyincə deyildi. Buna görə də, erməni katolikosunun xahiĢlərini həvəslə
yerinə yetirən xəlifə bu addımı ilə həm Bizansın Cənubi Qafqazdakı mənafelərinə zərbə
endirir, həm də özlərinin Albaniyadakı maraqlarını güdən qriqorian ruhanilərinin
simasında müttəfiq tapırdı. Məhz bu siyasəti güdərək, “öz sadiq nökərini çoxsaylı
qoĢunun baĢında” Albaniyaya göndərən xəlifə erməni katolikosuna cavab məktubunda
qəbul etdiyi qərar haqqında belə yazırdı: ” Biz əmr etdik ki, bizim ağalığımıza qarĢı
çıxmıĢ albanların [etiqadında] sizin dinə uyğun düzəliĢlər edilsin”. Məktubun sonunda
xəlifə Ġliaya Bərdədə kilsə məclisi çağırmaq, dəmir qandallarla buxovlanmıĢ Nerses və
Sparamanı oraya gətirmək əmrini verir. Xilafət nümayəndələrinin də iĢtirak etdiyi bu
kilsə məclisində Nerses lənətlənir. Yerli müəllifin yazdığına görə, bundan sonra aclıq
elan edən Nerses, ġeroyu lənətləyərək 8 gündən sonra ölür. I Varaz Tiridatın arvadı
Sparama isə qaladakı həbsxanaya salınır. Xəlifənin əmri ilə baxıĢlarına görə etibarsız
sayılan və xüsusi siyahıya daxil edilən baĢqa alban knyazları da cəzaya məruz
qalırlar.
Erməni katolikosunun baĢçılıq etdiyi kilsə məclisi Dvin taxtının keçmiĢ
arxidyakonu Simeonu Albaniyanın katolikosu seçir. Simeon “Nersesin bidət dolu
kitablarını sandıqlara doldurub, Trtu (Tərtər) çayına” ataraq ölkədəki hərc-mərcliyə son
qoydu. Alban kilsəsi erməni kilsəsinə tabe edildi.
Elə bu zaman beĢillik Bizans əsirliyindən çətinliklə azad ola bilən I Varaz
Tiridat Albaniyaya qayıdır. Onun vətənə qayıtması ərəb-Bizans döyüĢlərinin yenidən
baĢlanması, ərəblərin Qafqazda zor siyasəti yürüdən Mərvan ibn Məhəmmədi böyük
qoĢunla Ermənistana və Albaniyaya göndərməsi ilə bir vaxta düĢür. I Varaz Tiridat
“yalnız taciklərə” (ərəblərə) vergi ödəyərək, Xilafətin süzerenliyini qəbul etsə də,
ölkənin iflasının qarĢısını ala bilmir. Albaniyaya gələn Mərvan xəlifə Əbdülməlikin
xüsusi siyahısına düĢmüĢ ġeroyu və baĢqa alban knyazlarını tutaraq, onları
Xilafətin mərkəzinə – ġama göndərir.
Bundan sonra xəlifə caniĢinləri ölkəni Ģəriksiz idarə etməyə baĢladılar.
CaniĢinin yanında bir növ məĢvərətçiyə çevrilən alban knyazı və katolikosu
müstəqil qərar qəbul etmək imkanlarından məhrum oldular. Bu zamandan, yəni
705-ci ildən etibarən Albaniya hətta vassallıq mövqeyini də əldən verir, Ģimallı-
cənublu bütün Azərbaycan qəti Ģəkildə ərəblərin tabeliyinə keçir.

AZƏRBAYCAN ƏRƏB XİLAFƏTİ TƏRKİBİNDƏ
§ 1. ƏRƏB-XƏZƏR MÜHARİBƏLƏRİ VƏ ONLARIN
AZƏRBAYCAN ÜÇÜN NƏTİCƏLƏRİ

VIII əsrin əvvəllərində Ərəb xilafəti özünün ən qüdrətli dövrünü keçirirdi.
Onun əsas rəqiblərindən olan Bizans mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar
Qafqazdakı mövqelərini əldən vermiĢdi. Yeni Ģəraitdə Azərbaycan kimi mühüm
strateji bazada möhkəmlənmək üçün ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə
salan xəzərlər üzərində qələbə lazım idi. Bu iĢdə xəlifə Əbdülməlikin 693-cü ildən
Azərbaycan, Ərminiyə və əl-Cəzirənin caniĢini təyin etdiyi qardaĢı Məhəmməd ibn
Mərvan xüsusi fəaliyyət göstərdi. Onun VIII əsrin əvvəllərində, tab eliyində olan
Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu ərazidə mövqeyini
daha da möhkəmlətdi, xəzərlərə qarĢı yürüĢə çıxmaq imkanı yaratdı.
707-708-ci ildə Məhəmməd ibn Mərvanın qardaĢı oğlu, o zaman
hakimiyyət baĢında olan xəlifə I Validin (705-715) qardaĢı Məsləmə ibn
Əbdülməlik Bizansda apardığı müvəffəqiyyətli döyüĢlərdən sonra Dərbəndi ələ
keçirmiĢ xəzərlərin üzərinə göndərildi. A zərbaycanın boyun əyməyən bütün qala
və Ģəhərlərini ələ keçirən Məsləmə Dərbəndə çatdı. La kin alınmaz divarlar Ģəhəri
tutmağa mane oldu.
Xəzərlərə qarĢı uğursuzluqla baĢa çatan yeni yürüĢ iki il sonra baĢ verdi.
Elə həmin il Məhəmməd ibn Mərvanın yerinə Xilafətin Ģimal vilayətlərinin
caniĢini təyin edilən Məsləmə, eyni zamanda Bizansa qarĢı mübarizəni təĢkil
etməyi lazım bildi. Çünki, məhz Bizans ərəblər əleyhinə mübarizədə xəzərlərin
müttəfiqi idi. Nəhayət, 714-cü ildə, gərgin mübarizədən sonra Məsləmə Dərbəndi
tuta bildi. Onun qoĢunları Ģəhəri talan edərək, Xəzər xaqanlığının ərazisinə
soxuldular, lakin xəzərlərin təzyiqi altında geri çəkilməli oldular. Moisey
Kalankatlının məlumatına görə, ərəb hərbi qüvvələrinin geriyə hərəkətini alban batriki
AranĢahik Vaçaqanın baĢçılıq etdiyi yerli qoĢun dəstəsi himayə etdi. Məhz bu dəstənin
köməyi ilə xəzərlər basıldı.
Beləliklə, Məsləmə Dərbəndi xəzərlərdən alaraq, böyük qənimətlər və
Dərbəndin alınma xəbəri ilə DəməĢqə yollandı. Ərəb ordusunun Ģəhəri tərk etməsi
xəbərini eĢidən xəzərlər isə yenidən Dərbəndə qayıdaraq, əvvəlki mövqelərini tutdular.
717-ci ildə, xəlifə II Ömərin hakimiyyəti (717-720) dövründə ilk böyük
həmlə ilə Azərbaycan ərazisinə soxulan xəzərlər qarĢılaĢdıqları azsaylı ərəb hərbi
dəstəsini darmadağın edib, ġirvanda ağalığa baĢladılar. Lakin Xatim ibn Numan əl-
Bəhilinin baĢçılığı ilə xəlifənin göndərdiyi qoĢun xəzərləri darmadağın etdi.
721-722-ci illərdə xəlifə II Yəzidin hakimiyyəti zamanı (720-724) qıpçaq
və baĢqa türk tayfaları ilə birləĢmiĢ 30 minlik xəzər ordusu yeni həmlə ilə
Azərbaycanın Ģimal hissəsinə hücum etdi, bütün Arran torpaqlarını keçərək Ermənistan
ərazisinə daxil oldu, orada olan ərəb hərbi hissələrini məğlub etdi. Azərbaycan və
Ərminiyənin yeni caniĢini əl-Cərrah ibn Abdullah əl-Həkəmi xəlifənin əmrinə əsasən
25 minlik qoĢunla xəzərlərə qarĢı çıxıĢ etdi. Yeni ərəb ordusunun hücumu xəbərini
alan xəzərlər Dərbəndə doğru geri çəkildilər. Onları təqib edən əl-Cərrah tezliklə Kür
çayını keçərək, Dərbəndə yaxınlaĢdı və Ģəhərdən cənubda axan Rubas çayı sahilində
düĢərgə saldı. BaĢ vermiĢ döyüĢdə xəzərlər ərəblərə qarĢı xaqan oğlunun baĢçılığı altında
40 minlik qoĢun çıxarsalar da məğlub edildilər. Dərbəndi ələ keçirən ərəblər Ģimala –
xəzərlərin bir sıra qala və Ģəhərlərinə hücum edib, onları və o cümlədən paytaxt olan
Bələncəri tutdular. Əl-Cərrah əsir tutduğu xəzərləri hələ əvvəldən ətrafında xeyli xəzər
məskəni olan Qəbələ tərəfə köçürtdü.
Əl-Cərrahın Ģimala, Səməndərə doğru hərəkəti, ərəblərin əvvəlki
döyüĢlərdə əsir düĢmüĢ ailəsini özünə qaytardıqları Bələncər hakiminin xəbərdarlığı ilə
dayandırıldı. Onun verdiyi xəbərə görə, ərəblərin təzyiqini dəf etməyə hazır olan
xəzərlər yeni qüvvələr səfərbər etmiĢdilər. Azərbaycana qayıdan əl-Cərrah qıĢı ġəki
vilayətində keçirtdi. Elə buradan da xəlifəyə qasid göndərib kömək istədi. II Yəzidin
ölümündən sonra hakimiyyət baĢına gəlmiĢ yeni xəlifə HiĢam kömək
göndərəcəyini vəd etdi, lakin bununla yanaĢı əl-Cərrahın yerinə əvvəllər bu
vəzifədə olmuĢ öz qardaĢı Məsləməni təyin etdi.
726-727-ci illərdə xaqan oğlunun baĢçılığı altında yenidən Arranı keçərək
Azərbaycana soxulan xəzərlər, Xəzərin cənub sahili vilayətlərində ağalıq etməyə
baĢladılar. Lakin çox keçmədən əks-hücumla irəli atılan ərəblər rəqiblərini Araz
çayının o tayına qovaraq, onları geri çəkilməyə məcbur etdilər.
Sonrakı iki ildə Məsləmə Azərbaycan ərazisindən Dəryal keçidi vasitəsilə
xəzərlərə qarĢı iki dəfə yürüĢ təĢkil etdi və qənimətlə geri qayıtdı. 729-cu ildə xəlifə
onu geri çağıraraq, Azərbaycan və Ərminiyənin caniĢini vəzifəsinə yenidən əl-Cərrahı
təyin etdi. Beləliklə, VIII əsrin 20-ci illəri qarĢılıqlı hücumlar Ģəraitində keçdi.
730-731-ci ildə xəzərlər və baĢqa türk tayfaları xaqanın oğlunun baĢçılığı ilə
300 minlik qoĢunla Dərbənd, Dəryal və baĢqa keçidlərdən Azərbaycan ərazisinə
soxulub, yolları üstündə olan Ģəhər və kəndləri yandırmağa, hər yeri qarət etməyə
baĢladılar.
Hələ də kömək ala bilməyən əl-Cərrah ġəki vilayətindən çıxaraq Bərdəyə,
oradan Beyləqana yollanır, sonra Araz çayını keçərək, Varsan və Bacarvan vasitəsilə
Ərdəbilə yetiĢir. Burada düĢərgə salan əl-Cərrah kiçik həmlələrlə xəzər dəstələrinə
hücumlar edir, sonra isə yenidən Ərdəbilə qayıdırdı.
Ərəb qoĢunlarının qərargahı haqqında bir gürcü knyazından məlumat ala
bilmiĢ xaqan oğlu öz ordusunu Kür və Araz çaylarından keçirərək Varsana gəlir, Ģəhəri
tutaraq, bütün əhalini qılıncdan keçirtdirir. Yol boyu qarĢılarına çıxan hər yeri və hər Ģeyi
qarət edib yandıran xəzərlər, nəhayət, ərəb qoĢunlarının yerləĢdiyi Ərdəbilə
yaxınlaĢırlar. Xəlifənin yardım göndərmək vədinə hələ də ümidini itirməyən əl-Cərrah,
ordusunu Ərdəbildən çıxarır. Savalan dağı yaxınlığında bir neçə gün davam edən qanlı

döyüĢdə xəzər istilasından təngə gəlmiĢ yerli sakinlərin köməyinə baxmayaraq, ərəblər
üstün rəqib qüvvəsi tərəfindən məğlubiyyətə uğradıldılar; əl-Cərrah baĢda olmaqla bütün
qoĢun məhv edildi. Onun bütün əmlakı, arvad-uĢağı, xidmətçiləri düĢmən əlinə keçdi.
Neçə günlük mühasirədən sonra çətinliklə ram edilən Ərdəbil iĢğal olundu, igid
müdafiəçiləri qətlə yetirildi, Ģəhərin qadın və uĢaqları isə əsir aparıldı. Qısa bir
müddətdə Azərbaycanın, Arranın və Ermənistanın bir çox Ģəhər və kəndlərini ələ
keçirən xəzərlər, orta əsr ərəb salnaməçisinin yazdığına görə, “öldürməyə, qarət
etməyə, yandırmağa və zorakılığa” baĢladılar. Xilafət üçün yaranmıĢ bu təhlükə
bütün qüvvələri səfərbərliyə almağa, xəlifəni xəzərlərə qarĢı yeni ordu yaratmağa
məcbur etdi.
Bu zaman Mənbicdə (ġam) olan sərkərdə Səid əl-HəraĢi 30 minlik (əl-Kufinin
məlumatına görə 50 minlik) qoĢunla və 100 min dirhəm xərcliklə təmin edilərək
Cənubi Qafqaza göndərildi. Ərəb qoĢunlarının yeni baĢçısı “müqəddəs” müharibədə
iĢtirak etmək istəyən bütün könüllüləri öz ordusuna dəvət etdi. Əl-Cərrahın ordusunun
qalıqları da Səidə qoĢuldular. Onların keçmiĢ xidmətlərini nəzərə alan Səid bu
döyüĢçülərin hər birinə 100 dinar pul verdi. Böyük bir qüvvə ilə əl-Cəzirədən keçən
Səid, bir neçə günlük mühasirədən sonra Xilat qalasını xəzərlərdən təmizlədi, sonra isə
düĢmən əlində olan baĢqa qalaları da bir-birinin ardınca fəth edərək, hələ də xəzərlərin
əlində olan Bərdəyə çatdı. Gevondun məlumatına görə, ərəblər xəzərləri “tamam
əzərək, sələflərinin cəsurluğu Ģərəfinə hələ indi də əl-HəraĢinin dəstəsində
saxlanılan təsvirli mis bayrağı onların əlindən aldılar”. Bərdədə, habelə Azərbaycanın
baĢqa yerlərində Səidin ordusuna xeyli könüllü qoĢuldu. Xəzər talanından, ardı-arası
kəsilməyən müharibədən cana doymuĢ adamlar əllərindən gələn köməyi ordudan
əsirgəmədilər. Çox keçmədən Səidin qoĢunları Bərdədən Beyləqana, ordan isə Var-
sana çəkilmiĢ xəzərləri izləyə-izləyə əvvəl Beyləqanı, sonra isə Varsanı azad etdilər.
Ərəblərin yaxınlaĢdığından xəbər tutan xəzərlər Balasacan düzündən keçərək
Bacarvana doğru geri çəkildilər. Varsan və Bərzəndi arxada qoyub Ərdəbildə
qərarlaĢan ərəblər, bütün əyalətin ərazisinə səpələnmiĢ, xeyli əsir və qənimətlə müsəl-
man ordusundan uzaqlaĢmağa çalıĢan xəzərləri izləməyə baĢladılar. Səidin
döyüĢçüləri xəzər qoĢunlarının bir neçə dəstəsini ləğv edib, onların əsir tutduqları
müsəlmanları və qarət etdikləri qəniməti geri aldılar. Xəzərlərə qarĢı mübarizəyə
Varsandan, Beyləqandan, Bərdədən, Qəbələdən və Azərbaycanın baĢqa yerlərindən
çoxsaylı könüllü dəstələri qoĢuldular. Ərəblərlə xəzərlər arasında həlledici döyüĢlərdən
biri Bərzənd yaxınlığında baĢ verdi. Qələbə qazanan Xilafət qoĢunları əsir alınmıĢ
bütün müsəlmanları azad etdilər. Beyləqan yaxınlığında çay sahilində baĢ verən qanlı
döyüĢ pərən-pərən dəstələrdən yığılmıĢ xəzər ordusunun məğlubiyyəti ilə
nəticələndi; onların baĢçısı – xaqan oğlu öldürüldü. Ərəblər dənizə doğru qaçan
xəzər ordusunun qalıqlarını yalnız ġirvan torpaqlarınadək təqib etdilər. Buradaca
qərarlaĢaraq, xəlifə HiĢamın əmrini gözləməyə baĢladılar.
Elə həmin il xəlifə öz qardaĢı Məsləməni yenidən Azərbaycan və
Ərminiyə caniĢini təyin etdi. Yeni əmr və tapĢırıqla Bərdəyə gələn təzə caniĢin

dərhal ġirvana doğru hərəkət edib ərəblərə tabe olmaq istəməyən ġabran qalasını
mühasirəyə aldı. Neçə gün davam edən mühasirədən sonra əlləri hər Ģeydən
üzülmüĢ Ģabranlılar aman istədilər. Verilən vədə baxmayaraq qalaya buraxılmıĢ
ərəblər bütün kiĢiləri qılıncdan keçirdilər, qadın və uĢaqları isə ətraf kəndlərə
səpələdilər.
Buradan Dərbəndə yollanan Məsləmə Ģəhər divarları yanında düĢərgə
saldı. ġəhər hakimi ərəbləri qarĢılamağa çıxdı. Dərbəndin qalasında yerləĢmiĢ
xəzər qoĢun hissələri isə heç bir maneəyə rast gəlmədən Ģəhəri tərk etdilər.
Xəzərləri sərhədyanı zonadan da çıxarmağa nail olan Məsləmə ətraf yer lərin dağlı
hakimlərindən xərac alaraq, öz qoĢunlarını Xilafətin ġimal vilayətlərindən olan
Arranın hüdudlarından kənara – xəzərlərin Bələncər, Vəbəndər və Səməndər
Ģəhərlərinə tərəf yeritdi. Ərəblər və xəzərlər arasında qanlı döyüĢ bir neçə gün
davam etdi və ərəblərin qələbəsi ilə baĢa çatdı. Geri qayıdan ərəblər yenidən
Dərbənd qalasında sığınacaq tapmıĢ min xəzər ailəsini mühasirəyə aldılar. Uzun
mühasirədən sonra qala ərəblərin əlinə keçdi. Məsləmə bu dəfə də qaladakı xəzər
ailələrinin Dərbənddən çıxıb getməsinə maneçilik törətmədi.
Dərbənd sərhəd vilayətində ərəblərin mövqeyini möhkəmlətmək
məqsədilə Məsləmə Dərbəndi dörd qismə (sektora) bölüb, bunların hər birində
DəməĢqdən, Himsdən, eləcə də Fələstin, ġam və əl-Cəzirənin baĢqa yerlərindən
olan 24 min ərəb döyüĢçüsü yerləĢdirdi. Məsləmənin tapĢırığı ilə
möhkəmləndirilmiĢ, silah və ərzaqla təchiz edilmiĢ Dərbənddə müsəlman
icmasının baĢçısı Mərvan ibn Məhəmməd təyin olunur. 732-733-cü ildə Azər-
baycan, Ərminiyə və əl-Cəzirənin amili vəzifəsi də ona tapĢırılır. Məsləmə özü isə,
görünür, növbəti hesabat üçün DəməĢqə, xəlifə sarayına yollanır. Əl-Kufinin
məlumatına görə, Məsləmənin getməsindən xəbər tutan xəzərlər yenidən
Dərbənddən Ģimalda olan torpaqlarına qayıdırlar.
Yeni caniĢin Mərvan ibn Məhəmməd 40 minlik qoĢunla Bələncərə hücum
edib, xəzərləri əzir, böyük qənimətlə Dərbəndə qayıdıb, qıĢın sonunadək orada qalır.
Burada baĢ verən hadisələrin ən yaxĢı Ģərhçisi olan əl-Kufi xəzərlərə qarĢı yaz
əməliyyatını Mərvanın deyil, bu vəzifədə onu müvəqqəti əvəz edən Səid əl-HaraĢinin
baĢlaması haqqında məlumat verir. BaĢqa mənbələrlə təsdiq olunmayan bu məlumat,
ziddiyyətli də olsa, mümkün bir fakt kimi nəzərə alınmalıdır. Əl-Kufiyə görə, ġamdan
Dərbəndə çağırılmıĢ Səid xəzərlərin üzərinə elə tez-tez hücum edirdi ki, “atının yəhəri
heç vaxt qurumurdu”. Lakin görmə qabiliyyətinin pozulması onun istefa xahiĢi ilə
xəlifəyə müraciət etməsinə səbəb olur, Mərvan isə yenidən əvvəlki vəzifəsinə
qaytarılır.
Xəzərlərlə qalibiyyətli müharibə aparmaq üçün arxa cəbhənin möhkəmliyinin
vacib olduğunu dərk edən Mərvan, Cənubi Qafqazın Xilafətin real müttəfiqinə
çevrilməsi zərurətini də yaxĢı baĢa düĢürdü. Bu baxımdan onun Xilafətin Ģimal ərazisi
hesab edilən Qafqazda apardığı siyasət əvvəlki caniĢinlərinkindən fərqlənirdi. Erməni
və alban knyazlarının tam itaətinə nail olmuĢ Mərvan, çox keçmədən, zor gücünə baĢqa

Cənubi Qafqaz xalqlarını (gürcüləri, lakzları – ləzgiləri və b.) da özünə tabe edir. Arxa
cəbhədən nigarançılığı üzülən Mərvan 120 minlik qoĢunla Bərdənin 40, Tiflisin isə 20
fərsəxliyində yerləĢən, mənbələrdə Kasak (Kasal) adlandırılan yerdə düĢərgə salır.
737-ci il ərəb-xəzər müharibələri tarixinə ən gərgin dövrün baĢlanğıcı kimi
daxil olur. Ərəblərin Ģimala doğru hücum əməliyyatlarına baĢçılıq edən Mərvan
xəzərlərin üzərinə iki istiqamətdən – Dərbənd və Dəryal keçidlərindən yürüĢ təĢkil
etmək qərarına gəlir. Dərbənd qoĢununa Ģəhərin rəisi Üseyd (Əsəd) ibn Zafir əs-
Sulami, Kasakdan Dəryal keçidi vasitəsi ilə hücum edən qoĢuna isə Mərvan özü baĢçılıq
edirdi. Yolboyu yerləĢən qala və yaĢayıĢ məntəqələrini darmadağın edən qoĢunlar
Səməndər Ģəhəri yanında birləĢdilər və oradan Volqa çayının sağ sahilində yerləĢən
Xəzər paytaxtı əl-Beyda Ģəhərinə hücuma keçdilər. Xəzər xaqanı bu Ģəhərdə
möhkəmlənmiĢdi. Hücum ərəblərin tam qələbəsi ilə nəticələndi. Aman istəyən xaqan
hətta islam dinini qəbul etməyə də razılıq verdi. Ərəb mənbələrinin məlumatına görə
(əl-Bəlazuri, əl-Kufi və b.) ərəblər nəinki xəzərlərin yaĢadıqları ərazini tutdular, eləcə də
Xəzər ölkəsi hüdudlarından çıxaraq, onun qonĢuluğunda yaĢayan əs-səkləb
tayfalarına və baĢqa “kafirlərə” hücum etdilər. Əl-Kufi yazırdı: Mərvan “daha
sonra səkləblərə və onlarla qonĢuluqda yaĢayan baĢqa cinsdən olan kafirlərə hücum
etdi, onlardan 20 min ev adam əsir tutdu, sonra irəli gedərək, Sə kalib (hərfən:
Səkləblərin) çayına yetiĢdi”.
Xəzər xaqanı islam dinini qəbul etməyə boyun olsa da, müsəlmançılıq
burada yayılmadı. Belə ki, Mərvanın əsas məqsədi heç də xəzərləri doğru din
yoluna gətirmək deyil (bunun üçün heç lazımi imkan da yox idi), onların belini
qırmaq, gözlərini qorxutmaq, Xila fətin Qafqazdakı iĢğal zonasından onların
ayağını kəsmək idi. Beləliklə, Xilafətin xəzərlər üzərində qəti qələbəsini nümayiĢ
etdirən 737-ci il döyüĢü baĢa çatır. 40 mindən çox xəzər əsiri evindən-eĢiyindən
edilib, Samur və ġabran çayları arasındakı əraziyə köçürülür.
QıĢı Kasakda keçirən Mərvan 738-ci ilin yazında Kürü keçərək ġəkiyə
gəlir. Bu səfərdən də məqsəd ərəblərə boyun əymək istəməyən Qafqaz dağlılarını
ram etmək idi. Mərvanın “dağ hökmdarlarına” qarĢı baĢladığı yürüĢlər
müvəffəqiyyətlə nəticələnir: dağlardakı qalalar çətinliklə də olsa, uzun
mühasirələrdən sonra fəth olunur. Bu mühasirələrdən bəzisi bir ay, bəzisi is ə Sərir
hökmdarının iqamətgahı kimi bir il, Ġbn əl-Əsirin dili ilə desək, “bütün yayı və
qıĢı” çəkirdi; alınan qalalar dağıdılır, yerlə yeksan edilirdi.
Ardı-arası kəsilməyən hücumlar, ağır vergi boyunduruğu yerli əhalini
qorxuya salmıĢdı. Mənbələrin yazdığına görə, 738-ci ildə bağlanılan müqaviləyə
əsasən Mərvan “Qumux və Tumandan ildə 100 qul, 100 kəniz, 20 min batman
buğda, Kür və Miskincdən 14 min batman buğda və 40 min dirhəm pul, ġirvandan
20 min batman buğda və 50 min dirhəm pul alırdı. Bütün bu vəs ait xüsusi
mühafizəxanalarda saxlanılır və Dərbənd Ģəhəri əsgərlərinin maaĢına sərf
olunurdu”.
QıĢı Dərbənddə keçirən Mərvan yazağzı ətraf yerlərin – ġirvanın,

Layzanın, Filanın, Təbərsəranın, Lakzın və b. hökmdarlarını yanına çağırtdırdı.
Lakzın hökmdarından baĢqa dəvət edilmiĢ bütün dağlılar Mərvanın çağırıĢına səs
verdilər. ÇağırıĢa hay verməyən Lakz hökmdarının ölkəsi dağıdılır, özü isə
öldürülür.
741-ci ildə Mərvan ġirvanı keçərək Muğan, Gilan və Talakana (Deyləmdə)
soxulur, çoxlarını qırır, bir çoxlarını da əsir alır. Qayıdan baĢ Bərdəni də tutaraq,
beləliklə, ərəblərin Azərbaycandakı, eləcə də bütün Qafqazdakı hakimiyyətlərini
yenidən möhkəmləndirə bilir.
Sonrakı 20 il boyu xəzərlər ərəblərin nəzarəti altında oldular. Yalnız
Əməvilər sülaləsi devrildikdə Xilafətdə baĢ verən hadisələrdən istifadə edən xəzərlər
Bizansın təhrikilə Xilafətin xaqanlıqdakı nümayəndəsini öldürdülər və bu yolla
müvəqqəti müstəqillik qazandılar.
Xilafətdə baĢ verən qarıĢıqlıq və çəkiĢmələrdən istifadə edən Bizans da 752-
ci ildə sərhədyanı Suğur vilayətinə hücum edərək, onun bir sıra Ģəhərlərini iĢğal edir,
bununla yanaĢı Cənubi Qafqazda hərbi və diplomatik fəallığını gücləndirir. 754-cü ildə
hakimiyyətə gələn xəlifə əl-Mənsur (754-775) rəqib imperiyaya qarĢı əks tədbirlər
gördü, bizanslıların dağıtdıqları bəzi istehkamları bərpa etdirdi. 759-cu ildə xəlifə əl-
Mənsur, Yəzid ibn Useyd əs-Sulamini Azərbaycan və Ərminiyənin caniĢini təyin edir.
Xəzər hücumlarından ehtiyat edən yeni caniĢin Bab əl-Lan (Dəryal) keçidini ələ
keçirib, orada özünə sadiq xüsusi muzdlu qoĢun dəstəsi yerləĢdirir. Xəzərləri
təhlükəsizləĢdirmək üçün Yəzid, xəlifənin məsləhəti ilə, Xəzər xaqanının qızı Xatunla
evlənir. Əl-Kufinin dediyinə görə, caniĢin yüz min dirhəmlik baĢlıq verməli olur. Əl-
Kufi yazır: “Xatunu onun qohumlarından olan on min xəzər müĢayiət edirdi: ona dörd
min əla madyan, min qatır, min qul, on min “xəzəri” cinsindən olan alçaq dəvə, min baĢ
“türki” cinsindən olan ikihürgüclü dəvə, iyirmi min baĢ qoyun, qapıları və üstü qızıl və
gümüĢ lövhələrdən düzəldilmiĢ, içərisinə samur xəzi döĢənmiĢ və ipək çəkilmiĢ on
furqon, qızıl və gümüĢ əĢyalar, qab-qacaq yüklənmiĢ iyirmi araba və baĢqa Ģeylər
qoĢulmuĢdu”.
Təmtəraqla Bərdəyə gətirilən gəlin islamı qəbul etdi, Quranı öyrəndikdən
sonra Yəzidin arvadı olmağa razılıq verdi. Lakin iki il keçmiĢ onun özü və Yəziddən olan
iki oğlu vəfat etdi.
Xaqan qızının qəfil ölümü ərəblərə qarĢı yenidən inamsızlıq yaratdı. Bu iĢdə
Yəzidi və onun yaxın adamlarını günahlandıran xəzərlər 763-764-cü ildə böyük bir
qoĢunla Cənubi Qafqaz ərazisinə hücum edib, alban və gürcü vilayətlərini, o
cümlədən yerli salnaməçinin alban vilayətləri sırasında adlarını çəkdiyi Hecerini
(Ecerini), Kambehcanı (Kambisenanı), ġakeni (ġəkini), Xozması (Xaçmazı),
Balasakanı və b. yerləri tutdular, saysız-hesabsız sürü və ilxıları apardılar.
Xəzərlərin bu, dəfəki hücumları olduqca güclü idi. Çox keçmədən ġirvan
torpağında xəzərlərlə üzləĢən Yəzid, ona kömək göndərilməsinə baxmayaraq,
məğlub edilir və Bərdəyə qaçır.
Bu xəbər xəlifəyə çatanda o, Yəzidə bir daha kömək göndərir. Yəzid yeni
qüvvələrlə Kürü adlayaraq Dərbəndə doğru istiqamət götürür və Ģəhərin
müdafiəsini təĢkil etmək qərarına gəlir. Az qala bütün Arranı fəth edən xəzərlər
ərəblərin Dərbənddəki müdafiə xətlərini yara bilmədilər, qala ərəblərin əlində
qaldı, xəzərlər isə Cənubi Qafqazı tərk etməli oldular.
O dövrün salnaməçiləri və tarixçiləri VIII əsrin 60-cı illərinin ortalarında
xəzərlərin Cənubi Qafqaz ərazisinə daha bir neçə yürüĢü haqqında məlumat
vermiĢlər. Bundan sonra VIII əsrin sonlarınadək xəzərlər bu ərazidə görünmədilər.
Yalnız həmin yüzilin lap son ilində, xəlifə Harun ər-RəĢidin (786-809) hakimiyyəti
dövründə, xəzərlər Arran ərazisinə yenidən müdaxilə etdilər, kiçik ərəb hərbi
dəstələrinin müqavimətini qıraraq, Kür çayının sahillərinədək irəlilədilər.
Mənbələrdəki məlumata görə, xəzərlər burada 70 gün qaldılar, sonra isə ölkəni
talan edərək, 100 mindən artıq əsir apardılar. Ərəb tarixçisi əl-Kufi xəzərlərin bu
müdaxiləsini o zaman Dərbənddə baĢ verən hadisələrlə əlaqələndirir: Dərbənd
əhalisi Ģəhər hakiminin baĢçılığı ilə qiyam qaldırmıĢ, ərəblərə xərac verməkdən
imtina etmiĢ, nəhayət xəzərləri yardıma çağırmıĢdı. Dövrün digər mənbələri (ət-
Təbəri, Ġbn əl-Əsir və b.) bu rəvayəti baĢqa cür iĢıqlandırsalar da, fakt özlüyündə
qalır: VIII əsrin son ilində xəzərlər ərəblər üzərində son ciddi qələbəyə nail ola
bilirlər.
Ġki gəlmədən biri üçün qələbə, digəri üçün məğlubiyyət olan belə qanlı
döyüĢlər torpaqları yağı tapdağı altında qalan yerli əhali üçün zülm, iztirab və
əziyyətdən baĢqa bir Ģey deyildi.
Bununla da xəzərlərin bir əsrdən çox ardı-arası kəsilməyən soyğunçu
yürüĢlərinə demək olar son qoyulur. Yalnız hələ də xəzərlərin qüdrətinə inanan
yerli hakimlər ara-sıra köhnə müttəfiqlərini ərəblərə qarĢı birgə mübarizəyə dəvət
edirdilər. Hətta IX əsrin sonları, X əsrin əvvəllərində, Cənubi Qafqaz ərazisində
müstəqil feodal dövlət qurumlarının yarandığı dövrdə də baĢ verən lokal xarakterli
bu çıxıĢlar nəticə etibarı ilə Xilafətin Qafqazdakı mövqeyini sarsıdan amillərdən
oldu. Beləliklə, obyektiv olaraq, müsəlmanların Ģimala doğru yollarını bağlamıĢ
Xəzər xaqanlığı, rusların və digər xalqların da ġimali Qafqaz tərəfdən müsəlman
torpaqlarına müdaxilə etmələrinə mane olmuĢ, bufer dövləti rolunu oynamıĢdır.

149
§ 2. XİLAFƏTİN AZƏRBAYCANDA İNZİBATİ
SİYASƏTİ, İDARƏETMƏ SİSTEMİ
VƏ KÖÇÜRMƏ SİYASƏTİ

İspaniyadan Hindistanadək bir ço x ölkə və xalqları tabe etmiĢ ərəblər,
iĢğal etdikləri yerlərdə yeni tipli idarə sistemi qura bilmədiklərindən, bu yerlərin
əvvəlki idarə sistemlərini saxlamalı oldular. Müxtəlif xalqlardan alınan və idarə
iĢini yüngülləĢdirmək məqsədilə çox vaxt köhnə coğrafi və ya inzibati adını
saxlayan bu ərazilər müstəqil və ya asılı ölkədən Xilafətin çoxsaylı vilayətlərinə
çevrildilər. Bu vilayətlər, adətən həmin yerləri fəth etmiĢ sərkərdənin və ya
yürüĢün bilavasitə iĢtirakçısının idarəsi altında ərazicə yaxın torpaqları özlərində
birləĢdirirdi.
Ərəblərin iĢğalı ərəfəsində tarixi A zərbaycan torpaqları ilə yanaĢı, ġərqi
Gürcüstanı və ġərqi Ermənistanı, Ġranın bir sıra vilayət və Ģəhərlərini (Təbəristan,
Gilan, Dihistan, Rey və b.) də özündə birləĢdirən Sasanilərin Ģimal kustakı (kustu)
– əyaləti olan Adurbadaqan (Azərbaycan) bir inzibati vahid kimi cənubda
Həmədan, Əbhar və Zəncandan Ģimalda Dərbəndədək uzanırdı; tədqiqatçıların
(Y.Paxomov, K.Trever, V.Henninq və b.) əksəriyyətinin 567/568-ci ilə aid
etdikləri Dərbənd divarlarındakı pəhləvi yazısı imperiyanın Ģimal sərhədinin
Dərbənddən keçdiyini bir daha təsdiq edir.
Ərəblərin Qafqaza hücumları zamanı Süniklə birlikdə Albaniya, eləcə də
Gürcüstanın bir hissəsi xəzərlərin əlində idi. BaĢ vermiĢ ərəb iĢ ğalı bu ölkələrin
tarixi-coğrafi ərazi bütövlüyünü saxlasa da onların inzibati adını dəyiĢdirdi. Ġlk
çağlar Azərbaycanın cənub hissəsi olan Adurbadaqan Albaniya, Ermənistan, ġərqi
Gürcüstan və əl-Cəzirə vilayəti ilə birlikdə yeni yaranmıĢ gənc ərəb dövlətinin beĢ
vilayətindən birini təĢkil edirdi. VIII əsrin baĢlanğıcında Qafqazın iĢğal olunmuĢ
torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması ilə vassallığını da itirən və bir
dövlət kimi ləğv edilən Albaniya ərəb vilayəti Arrana (ar-Ran, Aran) çevrildikdə,
“Ərminiyə” adlı yeni ərəb inzibati adı yarandı. Bu adı daĢıyan ərəb vilayəti öz tərkibində
təkcə Cənubi Qafqazın qalan hissəsinin fəthindən bir neçə il əvvəl iĢğal olunmuĢ
bilavasitə Ermənistanı deyil, eləcə də keçmiĢ Albaniya və Ġberiya ərazilərini də
birləĢdirirdi. Yeni ərəb inzibati termininin yuxarıda adı çəkilən ölkələrə də Ģamil edilməsi
Bizans imperatoru I Yustinianın (527-565) islahatları nəticəsində VI əsrin ortalarında
yaranmıĢ Bizans Ermənistanı inzibati vahidinin adı ilə bağlı idi. Ərəblərəqədərki inzibati
quruluĢdan miras qalmıĢ “Ərəb Ərminiyəsi” inzibati adının yaranmasına baĢqa obyektiv
səbəblər də təsir edib: əvvəla, ərəblər hələ Azərbaycan torpaqlarına qədəm basmamıĢ,
artıq 639-640-cı illərdə, Mesopotamiya yürüĢü zamanı Bizansın tabeliyində olan
erməni torpaqlarını ələ keçinniĢ, ikincisi isə ərəb iĢğal zonasını idarə edən caniĢinin
qərargahını ermənilərin baĢ Ģəhəri Dəbildə -Dvində yerləĢdirmiĢdilər. Təbii ki,
özlərindən əvvəlki Bizans inzibati-idarə sisteminə varis çıxmıĢ ərəblər, baĢqa yerlərdə
olduğu kimi, burada da köhnə dövrə aid “Ərminiyə” adını saxlamıĢdılar. O da təbiidir ki,

iĢğal prosesində əllərinə keçən yeni həmhüdud yerləri də onlar artıq tabeliklərində olan
zonaya qatmıĢ, bir bölgədə yerləĢən bu torpaqları birlikdə “Ərminiyə” adlandırmıĢ ,
bütün Cənubi Qafqazdakı iĢğal zonasının idarəsini Dəbildə oturan ərəb caniĢininə –
amilinə həvalə etmiĢdilər. Bu obyektiv səbəblərlə yanaĢı, qədim kitablardan faydalanan
erkən ərəb müəlliflərinin (Ġbn Xordadbeh, Ġbn əl-Fəqih və b.) islamaqədərki siryani
xristian ədəbiyyatından (məsələn, VI yüzildə yaĢamıĢ Mitilen Zaxarinin əsərindən)
istifadə etmələri də mümkündür; bu ədəbiyyatdan olan məlumata görə Qurzan
(Gürcüstan) və Aran (Albaniya) hələ ərəblərəqədərki dövrdə “Ermənistanda olan torpaqlar”
adlanırdı (bu dövrün ən yaxĢı tədqiqatçılarından azərbaycanlı alim Z.M.Bünyadov və
erməni alimi A.N.Ter-Gevondyan bunu haqlı olaraq kilsə birliyi kimi qəbul edirlər).
VII əsrin axırlarında ərəblərlə əks cəbhədə olan Bizansa qarĢı ideoloji
mübarizə aparan erməni din xadimlərinə etdikləri xidmət müqabilində xəlifənin
göstərdiyi iltifat və yürütdüyü qərəzli siyasət bu inzibati adın bir qədər də
möhkəmlənməsinə səbəb oldu.
Beləliklə, Sasanilər dövründə Xəzəryanı Ġran vilayətləri ilə yanaĢı, bütün
Cənubi Qafqaz vilayətlərini özündə birləĢdirən inzibati Adurbadaqan – Azərbaycan adı
ərəb hakimiyyətinin ilk dövründə Xilafətin yalnız Cənubi Qafqazda iĢğal etdiyi yerlərə
verilən inzibati Ərminiyə adı ilə əvəz olundu. Alban kilsəsinin erməni kilsəsinə tabe
edilməsi və bununla əlaqədar bütün Arran və Ermənistan xristianlarına real rəhbərliyin,
müvəqqəti də olsa, erməni katolikosunun əlində cəmlənməsi, VIII yüzilin baĢlanğıcında
Albaniyanın özünün də bir dövlət kimi süqutu xəlifə Əbdülməlik ibn Mərvanın (685-
705) baĢladığı yeni inzibati islahatın nəticəsi olan bu inzibati bölgü sisteminin həyata
keçirilməsinə Ģərait yaratdı. Onu da qeyd etməliyik ki, VI əsrdə imperator I Yustinianın
Qərbi Ermənistanda, yəni coğrafi baxımdan ərəb Ərminiyəsindən fərqlənən yerdə
həyata keçirdiyi bu inzibati bölgü (o cümlədən bu bölgünün daha kiçik vahidləri olan I-
IV Bizans Ermənistanı adları) yalnız bilavasitə ermənilərin yaĢadıqları əraziyə aid idisə,
“Ərəb Ərminiyəsi” vilayətləri indiki kimi azərbaycanlıların, gürcülərin, ləzgilərin və b.-
nın yaĢadıqları və ermənilərə dəxli olmayan Cənubi Qafqaz torpaqlarını əhatə edirdi.
Vaxtilə Bizansın tabeliyində olan erməni torpaqları kimi, ənənəvi olaraq onlar da I-IV
Ərminiyə adı ilə dörd hissəyə bölünürdü.
Xilafət qoĢunlarının ələ keçirdikləri və müəyyən inzibati bölgü daxilində öz
köhnə adlarını saxlayan bu qondarma ərazilər haqqında yalnız erkən ərəb mənbələri
məlumat verir. Maraqlı burasıdır ki, ərəblərəqədərki Bizans inzibati bölgüsü haqqında
ətraflı məlumat verən sinxron erməni mənbələri ərəblərin bu inzibati bölgüsü haqqında
heç bir xəbər vermir. Çox güman, bu “məlumatsızlıq” bütün bölgə ərazisinin süni
Ģəkildə Ərminiyə adı ilə birləĢdirilməsindən, bu birləĢmənin isə dövrün real tarixi
coğrafiyasını əks etdirməməsindən irəli gəlirdi. Məhz buna görə bu dövr haqqında
məlumat verən ərəb mənbələri erməni torpaqları ilə birlikdə ermənilərə aid olmayan
qonĢu torpaqları da əhatə edən yeni “Ərminiyə” inzibati vahidi ilə yanaĢı,
ərəblərəqədərki Sasani inzibati vahidi “Azərbaycanın” (Adurbadaqanın) da adını
çəkirlər. Son Sasanilər dövründə Albaniya və Atropatena ilə birlikdə imperiyanın

bütün ġimal kustunu əhatə edən bu ad, ərəb hakimiyyəti dövründə, Ģimalda
Dərbənddən cənubda Zəncana qədər olan bilavasitə tarixi Azərbaycan ərazisinə aid
edilirdi. Bu yerlərdə olmuĢ X əsr müəllifi Ġbn Havqəl özünün tərtib etdiyi Xəzər
dənizinin xəritəsində həmin dövrün tarixi coğrafiyasını əks etdirən məhz bu təsviri
vermiĢ, Dərbənddən Gilanadək ərazini Azərbaycan adlandırmıĢdı1. Onun Cənubi
Qafqaz bölgəsini təsvir edən digər xəritəsində bölgə vilayətlərinin dəqiq hüdudları
göstərilir. Cənubi A zərbaycan – Adurbadaqan Arran – Albaniyadan Araz çayı ilə
ayrılır, bilavasitə Ermənistan isə Xilat (Van) gölü ilə Araz çayının yuxarı axarı
arasında yerləĢdirilir.
Orta əsr ərəb müəlliflərinin (Ġbn Xordadbeh, əl-Bəlazuri, əl-Yəqubi, Ġbn
əl-Fəqih və b.) ərəb inzibati-ərazi bölgüsü barədə təqdim etdikləri material bir
qədər qarıĢıq olsa da, biri digərini tamamlayan bu məlumatlara görə, I Ərminiyə
adlanan ərazi öz tərkibində ərəblərin Arran adlandırdıqları qədim Albaniya tor-
paqlarını (Sünik – Sisəcan – Sisakan ilə birlikdə) birləĢdirirdi. Ərəb Arran
vilayətinin tərkibinə Albaniyanın bilavasitə özündən baĢqa 644-cü ildən 1122-ci
ilədək müsəlmanların tabeliyində olan Tiflis və onun civarları da daxil idi.
II Ərminiyə adlandırdıqları hissəyə ərəb inzibati hakim dairələri Curzanı
(Gürcüstanın bir hissəsini), Tiflis yaxınlığında, Kür çayı sahilində yerləĢən
Suğdəbil Ģəhərini, Dərbəndin yaxınlığındakı Bab Feyruz Qubad Ģəhərini, eləcə də
Lakz vilayətini daxil edirdilər. Yalnız III və IV Ərəb Ərminiyəsi ermənilərin
Dəbildən ġimĢatadək yaĢadıqları yerləri əhatə edirdi.
Beləliklə, Xilafətin Cənubi Qafqazdakı I və II Ərminiyə inzibati bölgüləri
Ģimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz
dağlarından Ģərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin
Arran adlandırdıqları qədim Albaniya torpaqlarını özündə birləĢdirirdi.
VIII yüzilin sonu – IX yüzilin I yarısında Xilafətin daxilində baĢ verən
hadisələr ərəb iĢğal dairələrinin Cənubi Qafqaz ərazisində yaratdıqları süni
“Ərminiyə” inzibati birləĢ məsinin faktiki olaraq ləğvinə gətirib çıxartdı. Çox
keçmədən, bu dövrdə həm də Bizansla müharibə aparan Xilafətin zəifləməsi onun
yerlərdəki hakimiyyətini də nominallaĢdırdı. Məhz buna görə formal olaraq
Azərbaycan, Arran və Ermənistanı birləĢdirən vahid Qafqaz caniĢinliyi – vilayəti
yaradılsa da, əslində Xilafətin Qafqazdakı siyasi nüma-yəndəsinə – valiyə tabe olan
və ona vergi verən yerli feodallar öz mülkləri daxilində hakimiyyət v ə imtiyazlarını
qoruyub saxlaya bilmiĢdilər.
X əsrin müxtəlif illərində Azərbaycan torpaqlarında da olmuĢ əl-Ġstəxri,
Ġbn Havqəl, əl-Müqəddəsi və b. artıq köhnə inzibati bölgünün adını çəkmir, müxtə-
Bu məlumatın Azərbaycanın tarixi coğrafiyası üçün əhəmiyyətini yaxĢı dərk
edən qərəzli rus alimi A.P.Novoseltsev Xəzər dövlətinə həsr etdiyi kitabın (VI., 1990) üz
cildində dərc etdirdiyi Ġbn Havqəlin xəritəsindəki bütün coğrafi adların ərəb dilindən rus
dilinə tərcüməsini də vermiĢ, yalnız ərəb qrafikası ilə qeyd edilmiĢ, Gilandan Dərbəndədək
uzanan “Azərbaycan” sözünü açmamıĢdır.

lif gəlmə və yerli sülalələrin hakimiyyətləri altında olan Cənubi Qafqaz ölkələrini –
Azərbaycan, Arran və Ermənistanı “yalnız bir məlik – hökmdar idarə etdiyi” üçün
“vahid ərazidə” birləĢdirirdilər. Əsrin 80-ci illərində Qafqazda olmuĢ əl-Müqəddəsi
bu yerlərin hamısını birlikdə “ər-Rihab iqlimi” (yəni bölgəsi) adlandırır. Onun
sözlərincə, “ər-Rihab geniĢ və səfalı iqlimdir. Meyvə və [xüsusilə] üzümü boldur.
Qiymətlər ucuzdur. Biz bu yerləri birləĢdirə biləcək ümumi ad tapa bilmədiyimiz
üçün onu ər-Rihab adlandırdıq” (məzmununa görə bu söz “geniĢ yer” kimi açıqlana
bilər, N. V.).
Yenə onun məlumatına gorə, ər-Rihab iqliminin üçdə birini təĢkil edən
Arran Xəzər dənizi ilə sərhəddə axan Araz çayı arasında adaya bənzəyir, əl-Məlik
(Kür) çayı onu ikiyə bölür. Yeri gəlmiĢkən, onu deyək ki, Kür çayı Arranı sağ və
sol sahillərə böldüyü üçün Ġbn Havqəl buranı “iki Arran” adlandırırdı. BaĢqa ərəb
mənbələri də tarixi A lbaniya ilə tarixi Adurbadaqan arasında ayrıcın Araz çayı
boyunca keçdiyini təsdiq edirlər. Belə ki, X əsr müəllifi əl-Məsudiyə görə, ər-Ras
çayı ” xürrəmi Babəkin Azərbaycanda sahib olduğu əl-Bəzzeyn adlı yerlə Arrana
aid olan Əbu Musa (Qarabağ – N V.) dağı arasında axır”.
Ərəblərin Arran ərazisində tabe etdikləri vilayətlər sırasında erkən ərəb
müəllifləri (əl-Bəlazuri, əl-Yəqubi və b.) alban vilayət və nahiyələri Sakas enanın
(ġakaĢenanın), Kambisenanın (Kəmbiranın), Utinin, Sisakan-Sünikin (Sisəcanın),
Xaçının, Mets Ġrankın (əl-Məsiranın), Mets Kuenkin (əl-Miskuanın), ġəkinin, eləcə
də ġirvanın, Layzanın, Məsqətin, Xursanın, ġabranın, Təbəsaranın, Muğaniyənin
və b.-nın adlarını çəkirlər.
Ərəblərin iĢğalına qədər Cənubi Azərbaycanın paytaxtı Ərdəbil idi; ancaq ərəb-
xəzər müharibələrinin baĢlanması ilə Ərdəbil və onun ətraflarının gərgin döyüĢ
meydanına çevrilməsi Mərvan ibn Məhəmmədin valiliyi dövründə (732-744) paytaxtın
yenidən bərpa edilmiĢ Marağaya köçürülməsinə səbəb oldu. IX əsrin sonunadək, yəni
Yusif ibn Əbu-s-Sacın Ərdəbili paytaxt etməsinədək bu yer vilayətin baĢ Ģəhəri oldu.
Arranın baĢ Ģəhəri isə Həbib ibn Məsləmənin ikinci yürüĢündən sonra (654-cü ildən)
bütün Qafqaz ərəb caniĢinliyinin yeni iqamətgahına çevrilmiĢ Bərdə idi.
Fütuhatın ilk çağlarında iĢğal olunmuĢ əraziyə nəzarət məqsədilə, adətən
həmin yeri fəth etmiĢ ordunun baĢçısı vali təyin edilirdi. ĠĢğalın davam etdiyi bu illərdə
həmin baĢçılar bəzən obyektiv səbəblər üzündən iĢğal etdikləri yerin idarəsini, əlbəttə
xəlifənin razılığı ilə, silahdaĢlarından birinə həvalə edir, özləri isə mərkəzin iĢğal
siyasətini davam etdirirdilər. Məsələn, Azərbaycana yürüĢün ilk iĢtirakçılarından olan
sərkərdə Bukayr, yuxarıda gördüyümüz kimi, Ģimala hərəkət əmri aldığından öz yerinə
Utba ibn Farkadı təyin edir. Həmin dövrdə amil titulu daĢıyan Utba ibn Farkad Xilafətin
Azərbaycandakı nümayəndəsi kimi Azərbaycan mərzbanı ilə müqavilə bağlayır. Amil
titulunu əsasən vergiyə nəzarət edən xəzinə qulluqçuları daĢıyırdılar. Lakin Xilafətin
siyasi tabeliyini qəbul etmiĢ iĢğal zonalarında baĢlıca məqsədin vergi yığmaq olduğu bu
ilk dövrdə həm mülki, həm hərbi hakimiyyət çox vaxt eyni adama – o yerləri fəth etmiĢ
hərbi baĢçıya həvalə edildiyi üçün amil – “vergiyə nəzarət edən” və əmir – “hərbi baĢçı”

titulları vali -“caniĢin” titulunu əvəz edirdi (məsələn, Azərbaycanla bağlanılan
müqavilədə Utba ibn Farkad amil adlanırdı). ĠĢğalın geniĢ Ģəkil aldığı sonrakı illərdə
artıq əmir, amil və eləcə də qazı (hakim) vəzifələri ayrı-ayrı Ģəxslər arasında
bölüĢdürüldü. Vilayətin idarəsi əmir və ya valinin baĢçılıq etdiyi və vilayətin baĢ
Ģəhərində yerləĢən divan[xana] vasitəsilə həyata keçirilməyə baĢladı: amil -vergi
iĢlərini idarə edən mülki hakim, qazı isə məhkəmə iĢlərinə baxan dini hakim idi.
ĠĢğal gedə-gedə təyin olunan ilk caniĢinlər əvvəlki yerli hakimlərlə müqavilə
bağlayır, onlardan siyasi asılılıq və cizyə tələb edir, əvəzində isə keçmiĢ imtiyazlarını
saxlamağa boyun olur və hətta bəzən müqavimətsiz tabe olmuĢları öz köhnə
yerlərində saxlayırdılar. ĠĢğal olunmuĢ Azərbaycanda da vəziyyət belə idi: əl-
Bəlazurinin məlumatına görə, Ərdəbildə iqamətgahı olan keçmiĢ Sasani mərzbanı
ərəb üsul-idarəsinə tabe olduqdan sonra öz əvvəlki iqa mətgahını və imtiyazlarını
saxlayır, əhalidən yığdığı vergiləri isə artıq Xilafət xəzinəsinə göndərirdi.
Ərəblərin siyasi hakimiyyətini qəbul edən və vergi ödəməyi öhdəsinə götürən
Albaniya iĢxanı CavanĢir də yalnız bu yolla öz əvvəlki imtiyazlarını qoruya
bilmiĢdi. Pul və natura ilə toplanmıĢ vergi xəlifə xəzinəsi agenti vasitəsilə ərəb
caniĢininə çatdırılırdı. Məhz bu dövrdə iĢğal zonalarının idarəsində yerli hakimlərlə
yanaĢı, yüksək rütbəli ruhanilər – Adurbadaqanda – mobed, Albaniyada isə
katolikos iĢtirak edirdilər. Yerli üsuli-idarəyə verilən bu sərbəstlik mərkəzi
hakimiyyətin zəiflədiyi dövrlərdə ərəblərlə bağlanılan müqavilələrin pozulmasına
və vergilərdən imtina edilməsinə səbəb olurdu. Belə bir hadisə Azərbaycanda da
baĢ verdi: fütuhatdan düz bir il sonra, Azərbaycanda baĢ verən çıxıĢlar müqavilənin
pozulmasına, bu isə torpaqlarımızın yeni iĢğalına gətirib çıxartdı. Elə o vaxt Həbib
ibn Məsləmənin və Salman ibn Rəbiənin baĢçılıq etdiyi ərəb qoĢunları bütün tarixi
Azərbaycan ərazisini, eləcə də, Cənubi Qafqazın qalan vilayətlərini tuta
bilmiĢdilər. Adətən, yeni müqavilənin Ģərtləri daha ağır olurdu, ancaq
azərbaycanlılar köhnə müqavilənin təsdiqinə müvəffəq oldular və onun Ģərtlərinə
əməl edəcəklərini bildirdilər. ĠĢğal etdikləri ərazidə əsasən iri Ģəhərləri və mühüm
qovĢaqları tutan ərəblər bu yerlərdə rabitəçi dəstələri yerləĢdirir, qalanları isə
yürüĢü davam etdirirdilər. Ərəblərin fəal hərbi ekspansiya apardığı ilkin çağlarda
daha çox fəaliyyət göstərən belə qarnizonlarda (rabatlarda) əsgərlər dördillik
icbari xidmət keçməli idilər. Fütuhat tam baĢa çatdıqdan, Azərbaycanın həm
cənub, həm Ģimal hissələri bütövlükdə ərəb iĢğalı dairəsinə daxil olduqdan sonra,
belə əsgəri hissələr iri Ģəhərlərlə yanaĢı, həmçinin sərhəd zonalarında, xüsusilə
Xilafətin təhlükəli Ģimal hüdudlarında yerləĢdirildi. Belə ki, Dərbəndi tutan ərəblər
ilk növbədə onun mühüm strateji mövqeyinə diqqət yetirdilər və burada
xəzərlərdən qorunmaq üçün güclü qarnizon yerləĢdirdilər. Elə bu dövrdə Kasak
(Qazax) kimi sonralar möhkəmləndirilmiĢ Ģəhərlərə çevrilən hərbi düĢərgələr, dağ
keçidlərində isə “bab” (qapı, darvaza) adlanan xüsusi məntəqələr yaradıldı.
Ərəblərin möhkəmləndirdiyi və hərbi hissələr yerləĢdirdiyi bu düĢərgə və
məntəqələrin əksəriyyəti hələ Sasanilər dövründən qalma idi.
Qarnizonda yerləĢən dəstələr nəinki hərbi xidmət göstərir, eləcə də təsərrüfat
iĢlərinə baxır, tabeliklərində olan ərazilərə nəzarət edir, müqavilədə nəzərdə tutulan
vergilərin toplanmasına, mükəlləfiyyətlərin yerinə yetirilməsinə göz olurdular.
Qarnizonların saxlanılması onsuz da Xilafətin ağır vergi boyunduruğuna düĢmüĢ yerli
əhalinin üstündə idi.
Xilafətin Ģimal hüdudlarının möhkəmləndirilməsi xəlifələr tərəfindən həyata
keçirilən köçürmə siyasəti ilə müĢayiət edildi: özlərindən əvvəlki iĢğalçıların
(iranlıların və b.) yolu ilə gedən ərəblər böyük miqdarda ərəb əhalisini həmin
vilayətlərdə məskunlaĢdırdılar.
Azərbaycanın münbit torpaqları, gözəl təbiəti çox yerdə sərt iqlim Ģəraitində
yaĢayan ərəbləri cəlb edir, öz yerlilərinin burada xəlifə qulluğunda olmasından istifadə
edənlər axıĢıb Azərbaycana gəlirdilər. Mənbələrin (əl-Bəlazuri, Ġbn əl-Fəqih və b.)
məlu matına görə hələ “Əli ibn Əbu Talib (656-661) əl-ƏĢas ibn Qeysi Azərbaycana
hakim təyin etdikdə. o, Ərdəbildə əta və divan siyahısına salınmıĢ ərəblərdən
yerləĢdirdi. Ərəblər Azərbaycanda məskən saldıqda, onların Kufədən, Bəsrədən və
ġamdan olan qohumları da buraya axıĢdılar. Hər biri bacardığı qədər torpaq zəbt etdi, bir
hissəsi isə əcəmlərin torpağını satın aldı. Kəndlər həmin ərəblərin himayəsinə keçdi,
belə ki, ərəblər onları müdafiə etməli idilər, kəndlilər isə ərəblərin yardarına
çevrildilər”.
VIII yüzilin 30-cu illərinin baĢlanğıcında Azərbaycan və Ərminiyəyə yenidən
hakim təyin edilmiĢ Məsləmə ibn Əbdülməlik Dərbənd sərhəd vilayətində ərəblərin
mövqeyini daha da möhkəmləndirmək məqsədilə, artıq qeyd etdiyimiz kimi, Dərbəndi
dörd zonaya bölüb, burada Fələstin, ġam və əl-Cəzirəhin bir çox yerlərindən olan
iyirmi dörd min ərəb döyüĢçüsünü yerləĢdirdi. Bundan bir neçə il sonra, 736-cı ildə,
xəlifə HiĢam dövründə Dərbəndin hakimi təyin edilmiĢ Əsəd ibn Zafir əs-Suləmi,
“Dərbəndnamə”nin məlumatına görə, xəlifənin ona qoĢduğu dörd yüz silahdaĢı və
müxtəlif ərəb qəbilələrindən olan adamlarla birlikdə Ģəhərə göndərildi.
Əsasən Ģimal ərəb tayfalarına iltifat göstərən Əməvi xəlifələri ilk ərəb
kolonistlərinə Azərbaycanda torpaq ayırarkən, onları oturaq həyata keçirərkən iki məqsəd
güdürdülər: əvvəla xəzinəni təqaüd xərcindən xilas edir, ikincisi, iĢğal olunmuĢ ərazilərdə
ərəblərin hakimiyyətini möhkəmləndirirdilər. Əməvilər sülaləsinin süqutundan (750) az
sonra sonuncu Əməvi xəlifələrinin arxalandıqları Ģimal ərəb tayfaları öz imtiyazlarından
məhrum oldular. Cənub ərəb tayfalarına arxalanan Abbasilər Ģimal tayfalarını tədricən
Azərbaycan və Arrandakı məskənlərindən sıxıĢdırmağa baĢladılar. A zərbaycanın
cənubunda – Təbrizdə rəvvadilər, anic və Cilbayədə həmdanilər, Bərzədə avdilər,
Nerizdə tailər,Səratda kindilər və s. məskunlaĢdılar. Beləliklə, əl-Yəqubinin sözləri
ilə desək, ” Yəməndən olan [cənub] qəbilələri [Ģimallı] nizarilərin yerlərini
tutdular”.
Ancaq Ģimalda, Arranda yeni sülalənin nümayəndələri orada məskunlaĢmıĢ
Ģimal tayfaları tərəfindən düĢmənçiliklə qarĢılandılar. Beyləqanda, eləcə də Bərdə,
Qəbələ, Dərbənd və bir çox baĢqa yerlərdə Abbasilərə güclü müqavimət göstərildi. Bu

müqavimətə yalnız Yəzid ibn Məzyəd əĢ-ġeybaninin Azərbaycan və Arranda hakimliyi
dövründə qəti olaraq son qoyuldu. Orta çağ müəllifinin sözlərinə görə, o, “ölkədə qayda
yaratdı və nizariləri (yəni Ģimal tayfalarını – N. V.) yəmənlilərlə (yəni cənub tayfaları ilə – N.
V.) bərabərləĢdirdi”.
Ərəblərin Azərbaycana köçürmə siyasəti IX yüzilin birinci rübünə qədər
davam etdi. Ancaq Harun ər-RəĢidin dövründə baĢ qaldıran və əl-Məmun dövründə ən
yüksək zirvəsinə çatan xürrəmilər hərəkatı, eləcə də bir çox ərazilərin Xilafət tərkibindən
çıxması ərəb tayfalarının Qafqaza mühacirətinə təsir etdi və nəhayət, onu tamamilə
dayandırdı. Bu tayfalar haqqında indi yalnız müasir Azərbaycanın bəzi yaĢayıĢ
məntəqələrinin həmin tayfalar üçün ümumi olan “ərəb” sözünün qaldığı adları xəbər
verir məsələn, Ərəbkeymuraz, Ərəbhacı, Ərəblər, ƏrəbuĢağı, ƏrəbĢahverdi, Ərəbbəsrə,
Ərəbocaq və b.).

§ 3. AZƏRBAYCANDA DİNİ PROSESLƏR VƏ ONLARIN
YERLİ ƏHALİ ÜÇÜN NƏTİCƏLƏRİ

Ərəb iĢğalının ilk dövründə yerli əhali ilə ərəblər arasındakı münasibət
çox mürəkkəb idi və əsasən iĢğal prosesində bağlanılmıĢ müqavilələrlə
tənzimlənirdi. Bu müqavilələrin məzmunundan görünür ki, Ərəbistanın özündə v ə
baĢqa fəth edilən yerlərdə olduğu kimi, A zərbaycanda da yalnız bütpərəstlər zorla,
lazım gəlsə qılınc gücünə müsəlmanlaĢdırılırdılar, yerdə qalan əhaliyə isə əvvəlki
etiqad və adətlərə əməl etmək icazəsi verilirdi. “Əhli Kitab” xalqlar (yəni,
müqəddəs dini kitabları olan yəhudilər və xristianlar), o cümlədən ilk çağlar
atəĢpərəst olan azərbaycanlılar da əvvəlki etiqadlarında qalır, əvəzində isə can
vergisi – cizyə verirdilər. Müsəlman icmasının qəbul etdiyi qaydaya görə, cizyəni
yalnız sağlam kiĢilər ödəyir, “uĢaqlar, qadınlar, xroniki xəstələr”, eləcə də “heç bir
vəsaiti olmayan, adamsız və heç bir gəliri olmayan zahidlər” verginin bu növündən
azad olunurdular.
Ərəblər hələ Məhəmməd dövründən etibarən “əhli Kitab” adlandırdıqları
baĢqa dinə etiqad edənləri, ümumiyyətlə, dinsiz hesab etdikləri bütpərəstlərdən
fərqləndirir, sonuncuları zorla da olsa dini baxımdan da ram etməyə çalıĢır, vahid
Allaha inam gətirib, ona öz qaydalarına əsasən etiqad edən xristian və yəhudilərə
qarĢı iltifatlarını əsirgəmirdilər.
Yeni dini nəyin bahasına olursa-olsun dinsizlər arasında yaymağı
qarĢısına məqsəd qoymuĢ Məhəmməd peyğəmbər və onun ardıcılları islamı silah
gücünə qəbul etmiĢ bəzi adamlara, xüsusilə bədəvilərə inanmır, yeni dini etiqadın

ürəklərdə hələ tam möhkəmlənmədiyi bu dövrdə həmin adamlarla ehtiyatlı olmağı
tövsiyə edirdilər. Quranda “Əl-hücurat” (“Hücrələr”) surəsinin aĢağıdakı ayəsi
buna sübutdur: “Bədəvi ərəblər dedilər: Biz iman gətirdik. [Onlara] de: – Siz iman
gətirmədiniz, ancaq [belə] deyin: biz təslim olduq, belə ki, iman hələ sizin
ürəklərinizə daxil olmayıb və əgər Allaha və onun rəsuluna itaət etsəniz, o, sizin
iĢlərinizdən heç bir Ģey əskiltməz. [Çünki] Allah bağıĢlayan və rəhm edəndir” (4 9,
14).
Məhz buna görə iman gətirənləri “muminuna”, yəni “möminlər”, Allaha
inamla yeni dini qəbul edənləri – təslim olanları (“əsləmə”) isə “muslimuna” –
müsəlmanlar, yəni “təslim olmuĢlar, tabe olmuĢlar” adlandırdılar.
Ġlk müqavilələrin Ģərtlərinə görə, atəĢpərəstlərə verilən güzəĢt və amana
baxmayaraq, islamın verdiyi maddi və mənəvi üstünlüklər, o cümlədən
müsəlmanlardan can vergisi – cizyənin alınmaması, müsəlman icmasının atəĢpərəst
Sasani cəmiyyətində olduğu kimi zümrələrə bölünməməs i və s. ZərdüĢtün
azərbaycanlı ardıcıllarını da yeni dini qəbul etməyə sövq etdi. Bu iĢdə, çox güman,
islamı hələ peyğəmbər dövründə qəbul etmiĢ, əvvəllər atəĢpərəst olmuĢ iranlıların
çağırıĢları da az rol oynamadı. Ət-Təbərinin məlumatına görə, hələ xəlifə I Ömər
(634-644) dövründə iĢğal edilmiĢ Sasani vilayətlərinin dehqanları könüllü surətdə
islamı qəbul etmiĢdilər. Müəllifin fikrincə, ərəb hərbi sərkərdəsi müsəlman Zuhra
ilə Ġran sərkərdəsi atəĢpərəst Rüstəm arasında aparılan danıĢıqlarda Zuhranın
mənəvi üstünlük qazanması bir çoxlarının islamı qəbul etməsinə səbəb olmuĢdu.
Bütpərəstlərə qarĢı (o cümlədən xristianlığı qəbul etməmiĢ bütpərəst
albanlara və Azərbaycanın bütpərəst türk əhalisinə) zor iĢlədən ərəblərin “əhli
Kitab”ı xristian və yəhudilərlə yanaĢı, “əhli Kitab” hesab etmədikləri atəĢpərəstlərə
də iĢğalın ilk dövründə iltifat göstərmələri daha çox siyasi baxımdan, yəni
Qafqazın Bizansa qarĢı mübarizədə mühüm strateji əhəmiyyəti ilə də izah oluna
bilər. Lakin çox keçmədən islam bütpərəstliklə yanaĢı, atəĢpərəstliyi də aradan
götürdü. Tədqiqatçıların fikrincə, Allah qarĢısında bütün müsəlmanların
bərabərliyini elan edən yeni ideologiya Sasani imperiyasının qeyri-iranlı əhalisi, o
cümlədən azərbaycanlılar arasında daha tez yayıldı. Tarixçi əl-Bəlazurinin
məlumatını ĢiĢirdilmiĢ fakt kimi qəbul etməsək, Cənubi Azərbaycan əhalisi artıq
xəlifə Əlinin dövründə (656-661) islamı qəbul etmiĢ, Quran oxuyurdu.
Lakin köhnə dindən dönmə və yeni dinə gəlmə prosesi sürətli olmamıĢ,
azərbaycanlıların atəĢpərəst, bütpərəst və ya xristian ulu babaları ərəblərin çox
yerdə zor gücünə qazandıqları siyasi üstünlüyə baxmayaraq, əvvəlki etiqadlarından
xoĢluqla, birdəfəlik üz döndərməmiĢdilər. ġimali və Cənubi A zərbaycanın xristian
əhalisi ilə yanaĢı, ölkənin aran və dağ yerlərinin atəĢpərəs t və bütpərəst əhalisi də
islamaqədərki etiqadlarında qalmıĢdılar. Əl-Ġstəxrinin məlumatına görə, onun bu
yerlərdə olduğu vaxt, yəni təqribən X əsrin 20-30-cu illərində də Qabh (Qafqaz)
dağında bir çox müxtəlif dilli “kafirlər” yaĢayırdılar. XII əsrin 30-40-cı illərində
Azərbaycanın bir sıra Ģəhər və kəndlərini gəzmiĢ əndəluslu Əbu Həmid əl-Qərnati
157
Dərbənd yaxınlığındakı dağ kəndlərində “islamı qəbul etməmiĢ, hətta cizyə də
verməyən”, dəfn mərasimlərinə görə atəĢpərəst olduqları görünən adamlara rast
gəlmiĢdi. Ġslamı qəbul etmiĢ xalqlar, o cümlədən azərbaycanlılar arasında bəzi dağ
kəndləri sakinlərinin nəinki öz etiqadlarını, hətta dillərini də qoruyub saxlaya bilmə
səbəbini XIV əsrin ikinci yarısı, XV əsrin əvvəlində yaĢayan ərəb tarixçi-filosofu Ġbn
Xəldunun fikri ilə izah etmək olar. Onun rəyincə, “ərəblər dağlıq yerlərə deyil, düzən
yerlərə hücum etməyə meyillidirlər. Çünki dağlıq yerlərdə öz məqsədlərinə nail olmaq
onlar üçün asan olmur”.
Tədqiqatçıların fikrincə, islamın erkən çağında onu ilk növbədə ərəblərin
simasında özlərinə arxa tapmaq istəyən yerli əyanlar qəbul edirdilər. Ġslamı qəbul
etməklə onlar öz mülklərini və torpaqlarını da qorumuĢ olurdular. Mənbələrin və
arxeoloji materialların öyrənilməsi sübut edir ki, islam Azərbaycanın Ģimalında,
cənubunda olduğundan daha gec mənimsənilmiĢdi. ġəhərlilər islamı kəndlilərə nisbətən
daha həvəslə qəbul edirdilər. Akademik Z.Bünyadovun yazdığına görə, ərəb iĢğalı
dövründə kəndlilərə nisbətən daha ağır cizyə ilə yüklənmiĢ Ģəhərlilərin, xüsusilə tacir
və sənətkarların islamı ilk növbədə qəbul etmələri onların öz varidatlarını qorumaq
cəhdindən, ərəb üsul-idarəsinin isə tacir və sənətkarlara daha böyük güzəĢtlər
verməsindən irəli gəlir. X əsr mənbələri (əl-Məsudi) müsəlman Ģəhərlilər və xristian
kəndlilər haqqında məlumat verirlər. Görünür, buna görə də xəlifə I Ömərin fərmanına
görə, islamı qəbul etmiĢ kəndli, hətta xəzinədən mükafat da alırdı. Bundan baĢqa, islamı
qəbul etmək həmin adamları nəzəri olaraq müsəlman ərəblərlə bərabərləĢdirirdi. Yeni
dinə keçənlərin böyük bir hissəsi müsəlman ordusuna yazılır, bununla da ərəblərlə
bağlanılmıĢ müqavilələrin Ģərtinə görə cizyədən azad edilir, müharibə qənimətlərindən
ərəblərlə bərabər istifadə edirdi. Ġslamı qəbul etmiĢ qeyri-ərəblər yerli əhalinin
“məvla” (cəmdə – “məvali”) adlandırılan qrupunu təĢkil edirdilər. Hələ islamaqədərki
Ərəbistanda geniĢ yayılmıĢ bu istilah əslində “kimdənsə asılı” mənasında iĢlədilirdi, özü
də yalnız qan qohumluğu ilə bağlı olanlar deyil, baĢqa qəbilədən hamiliyə götürülənlər
də nəzərdə tutulurdu. Ərəb iĢğalı dövründə isə bu termin yalnız “kiminsə qeyri-ərəb
adamı” mənasını verir, həmin adam ya müəyyən bir Ģəxsin (mütləq ərəbin) və ya
qəbilənin (mütləq ərəb qəbiləsinin) adamı – məvlası olurdu. Məvalilər onlara hamilik
edən adamın və ya qəbilənin yanına köçür, hərbi yürüĢlərdə onları müĢayiət edirdilər.
Azərbaycan iĢğal edildikdən sonra Arran əhalisinin bir hissəsi, Cənubi
Azərbaycan əhalisinin böyük hissəsi islamı qəbul etməyə baĢladı. Məvalilərin sayı
gündən-günə artırdı. Lakin islamın Azərbaycanın xüsusilə Ģimal hissəsində sidq-ürəklə
mənimsənilməsi və baĢdan-baĢa qərarlaĢması uzun çəkən bir proses oldu. Bu prosesin
birinci mərhələsində islamı yayan əsas qüvvə baĢlıca olaraq ərəblərin özləri idisə,
islamın mədəni gücünün artdığı IX əsrin sonu -X əsrin əvvəllərində bu iĢi islamı
qəbul etmiĢ yerli əhali özü görürdü. Yuxarıda gördüyümüz kimi, iĢğal prosesində
bağlanılmıĢ müqavilələrə görə, ərəblərin siyasi hakimiyyətini qəbul etmiĢ “əhli Kitab”
yerli əhali könüllü olaraq istədiyi dini seçə bilərdi; lakin ilk ərəb təcavüzündən bir neçə il
keçmiĢ, xəlifə Əlinin dövründə Azərbaycanın iĢğal edilmiĢ torpaqlarında yerləĢdirilmiĢ
158
ərəblər yerli əhalini islama dəvət etmək tapĢırığını aldılar. Məhz həmin dövrdə Cənubi
Azərbaycanın baĢ Ģəhəri elan edilmiĢ Ərdəbildə o zaman Azərbaycanın hakimi təyin
edilmiĢ əl-ƏĢas ibn Qeys məscid tikdirdi. Ġlk vaxtlar belə məscidlər ancaq ərəb
qəbilələrinin yerləĢdirildikləri Ģəhərlərdə fəaliyyət göstərirdisə, sonralar Azərbay-
canın hər bir yaĢayıĢ məntəqəsində kiçik və böyük məscidlər tikildi. Artıq X əsrdə
Azərbaycanın demək olar, bütün Ģəhərlərində came (ellik) məscidləri vardı. Hətta X əsrin
məĢhur coğrafiyaĢünas-səyyahı əl-Müqəddəsi Ģəhəri kənddən fərqləndirən əsas
cəhəti məhz hər hansı yaĢayıĢ yerində came məscidin olmasında görürdü.
“Dərbəndnamə”nin məlumatına görə, 733/734-cü ildə əməvi sərkərdəsi Məsləmə ibn
Əbdülməlik Dərbənddə olan came məscidindən baĢqa daha yeddi məhəllə məscidi
(Xəzər, Fələstin, DəməĢq, Qeysəri, əl-Cəzirə və Mosul) tikdirməyi əmr etdi. Ayrı-ayrı
millətlərin, daha doğrusu, tayfaların yaĢadığı məhəllələrdə tikilən bu məscidlərə
ərəblərlə yanaĢı, islamı qəbul etmiĢ qeyri-ərəblər -məvalilər də gəlirdilər.
Mənbələrin məlumatına görə, məhz Dərbənd islamı “kafirlərin” yaĢadıqları ətraf
dağlıq ölkələrə yayırdı. 869-cu ildə Dərbənddə məskunlaĢmıĢ ərəb nəslindən olan
HaĢim əs-Suləmi bu Ģəhər-dövləti müstəqil elan edib, Dərbənd əmirliyinin əsasını
qoyduqdan sonra vaxtaĢırı qonĢu qeyri-müsəlman dağlılar üzərinə dini bayraq altında
iĢğalçılıq yürüĢləri təĢkil edirdi. Dağ yerlərində islamlaĢma uzun proses Ģəklini alsa da, bu
yürüĢlər bəzi dağlıların zorla, bəzilərinin isə könüllülük prinsipi əsasında gec-tez
müsəlmanlaĢmasına gətirib çıxartdı.
Öz əvvəlki dini etiqadını saxlayan “zimmi” adlandırılan yerli əhali “dövlətlinin
dövlətinə görə, varlının varına görə, kasıbın kasıblığına görə” can vergisi verirdi. Lakin
artıq Əməvilər Xilafəti dövründə çox vaxt öz Ģəxsi mənfəətlərini güdən xəlifə
caniĢinləri Quranın (9, 29) cizyənin yalnız zimmilərdən tutulması haqqında buyuruğunu
pozaraq, yeni müsəlmanlardan – məvalilərdən də vergi almağa baĢladılar. Beləliklə, baĢqa
dinə mənsub olanlardan tutulan can vergisi-cizyə həm müsəlmanlardan, həm də qeyri-
müsəlmanlardan alınan adi vergiyə çevrildi. Belə siyasət xalq kütlələrinin narazılığına və
bunun nəticəsi olaraq xəlifə II Ömərin (717-720) caniĢinlərə yeni müsəlmanlardan
cizyə toplanmasını dayandırmaları göstəriĢini verməsinə səbəb oldu. Ancaq II Ömərin
ölümündən sonra can vergisinin alınması yenidən bərpa edildi, onu ödəməyənlərə
qarĢı müxtəlif cəza tədbirləri görüldü.
Ġslam bütpərəstliyin və çoxallahlılığın bütün formalarına qarĢı müharibə elan
etdi, səcdə məqsədilə canlı varlığın Ģəklini çəkməyi yasaq etdi. Məhz bu addım islamın
yayılması ilə Azərbaycanda təsviri incəsənətin tətbiq dairəsinin məhdudlaĢmasına gətirib
çıxartdı.
Beləliklə, ilk ərəb iĢğalından keçən təqribən üç əsr ərzində bütün
Azərbaycan əhalisinin əksəriyyəti islamlaĢdı, azərbaycanlılarla yanaĢı, ərəb iĢğal
dairəsinə düĢmüĢ qonĢu xristian xalqları isə öz əvvəlki dinlərini saxladılar; bunun əsas
səbəbi Azərbaycan ərazisində – həm Ģimalda və həm də cənubda, dini etiqadca büt-
pərəst və atəĢpərəst olan qeyri-xristian albanların, türkdilli və irandilli tayfa və xalqların
üstünlük təĢkil etməsi idi. Məhz onlar, öz xoĢları ilə islamı qəbul etmiĢ dönmə

xristianlarla birlikdə Qafqazın ilk müsəlmanları oldular. ĠslamlaĢdırmanın ilk
mərhələsində xoĢ-güc qəbul edilmiĢ din yalnız müəyyən vaxt keçdikdən sonra, xüsusilə
islamın mədəni gücünün təsirilə sidq-ürəklə qavranılmıĢ və mənimsənilmiĢ inama
çevrildi.
Albaniya əhalisinin xeyli hissəsi hakim sülalənin nümayəndələri
Mihranilərlə birlikdə dövlət dini elan edilmiĢ xristianlığa etiqad edirdilər. QonĢu
xristian ölkələrində olduğu kimi, burada da yunan diofizi dini etiqadından kənara
çıxan müxtəlif bidətçi cərəyanlar fəaliyyət göstərirdi; bu cərəyanların qriqorian
təriqətinə düĢmən olan üzvləri bu dövrdə amansızlıqla təqib olunurdular. Alban
kilsəsinin təqib olunmasında, onun sərbəstlik və müstəqillik hüququnun
pozulmasında erməni qriqorian kilsəsi xüsusi rol oynayırdı. Alban kilsəsini öz
nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün,
Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə d ə Xilafətin hərbi
qüvvələrinin köməyinə əl atırdılar. Cənubi Qafqazda özlərinə arxa axta ran
Əməvilər ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək,
alban kilsəsinin erməni kilsəsinə tabe olunması üçün Ģərait yaratdılar.
Sonralar diofiziliyə qarĢı hər yerdə mübarizə aparan erməni kilsəs i alban
ruhanilərini öz mövqelərindən sıxıĢdırıb çıxartdı və ölkənin ərəblər üçün əlçatmaz
dağ yerlərində yaĢayan alban əhalisini qriqorianlaĢdırmağa baĢladı. Bu proses
nəticəsində, ərəb müəlliflərinə görə, hələ X əsrdə də Bərdə və onun ətraflarında
iĢlədilən alban-arrani dili, eləcə də alban ədəbiyyatı abidələri tədricən yoxa çıxdı.
Ancaq qriqorianlaĢdırma prosesi və bunun nəticəsi olan erməniləĢdirmə
albanların kəskin müqaviməti ilə üzləĢdi. XIII əsrdə Gəncədə yaĢamıĢ, mənĢəcə
alban olan tarixçi Kirakos yazırdı ki, yalnız alban “rəislərinin”, yəni zadəganların
çoxu erməni dilini bilir və bu dildə danıĢırdılar. Deməli, hətta XIII əsrdə belə,
Albaniya əhalisinin hamısı erməni dilini bilmir və öz ana dilində danıĢırdı.
Ġ.P.PetruĢevskinin haqlı qeydinə görə, erməni kilsəsi Albaniyada “ölkəni
erməniləĢdirmək aləti olmuĢdu. Onun bu rolu VIII əsrin baĢlanğıcın dan etibarən,
yəni erməni monofizi [kilsəsinin] katolikosu Yeqiya (Ġliya) xəlifənin köməyi ilə
xalkidonçuluq (diofizilik) mövqeyində duran alban katolikosu Nersesi devirdikdən
və ermənipərəstlər – monofizilər tərəfindən Albaniyada xalkidonçuluq (pravoslav
yunanpərəst və gürcüpərəst) hərəkatı yatırıldıqdan sonra xüsusüə nəzərə çarpırdı,
bu hərəkat ruhanilər və knyazların bir hissəsi tərəfindən alban kilsəsinin erməni
kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirirdi”.
Bu vaxtdan etibarən, xristian qaydası ilə ruhanilərin baĢına əl qoyub,
onları keĢiĢliyə keçirmək hüququ alban katolikoslarından erməni katoli koslarına
keçir; Moisey Kalankatlının yazdığına görə, Albaniyada bundan sonra
xalkidonçuluğa rəğbət bəsləyən hər kəs “qılıncla və əsarətdə məhv edilməli” idi.
Bəzi tədqiqatlarda iĢlədilən “erməni A lbaniyası”, “erməni albanları” ifadələri elə
buradan törənmiĢdir.
Beləliklə, keçmiĢ alban vilayətləri, o cümlədən Arsax (indiki Qarabağın

dağlıq hissəsi) Ġ.P.PetruĢevskinin gəldiyi nəticəyə görə, “heç bir zaman erməni
mədəniyyəti mərkəzlərinə mənsub olmamıĢdır”. MəĢhur erməni tədqiqatçısı
N.Adontsun fikrincə. “Arsax həmiĢə erməni nüfuz dairəsindən kənarda olmuĢdur”.
Ġ.P.PetruĢevskinin yazdığına görə, “erməni kilsəsi Arran xalqlarının erməniləĢmiĢ
nəsilləri arasında heç olmazsa Sünikdə Orbelyanların nahararlığı dövründə və
sonralar göstərdiyi mədəni təsiri göstərə bilmədi”.
Beləliklə, erməni kilsəsi, ərəb iĢğalçılarının köməyilə, VIII əsrin
baĢlanğıcından etibarən ərəb vilayəti Arrana çevrilən keçmiĢ Albaniyanın xristian
əhalisini qriqorianlaĢdırmağa baĢladı. Çox uzun sürən bu proses Eçmiadzinin
dəfələrlə müraciətindən sonra alban katolikosluğunun çar Rusiyası tərəfindən
1836-cı ildə ləğv edilməsi ilə baĢa çatdı. Bu gün tarixi Azərbaycan ərazisinin
(tarixi Sünik, Arsax, Xaçın, eləcə də müasir Sisyan, Basarkeçər və s. yerlərin) bəzi
kəndlərinin köklü (sonradan köçüb gəlmə yox) erməni əhalisi “erməni kilsəsinin
etiqadına qoĢulmuĢ və ermənilərə qarıĢ mıĢ” (A.Ġoannesyan) albanların
nəsillərindəndir. Bu yaxın laradək onların qonĢuluğunda yaĢayan, indi isə erməni
təcavüzü nəticəsində qaçqına çevrilən azərbaycanlıların bir qis mi isə müxtəlif
səbəblərdən islamı qəbul etmiĢ, hə min ermənilərdən yalnız dilləri ilə fərqlənən
qədim alban soylarındandır.

Похожие статьи

  • Azərbaycan ədəbiyyat tarixi ııı cild

    Azərbaycan ədəbiyyat tarixi ııı cild Əzilmiş xürrəmilərin 14 min nəfərdən ibarət olan qalıqları Bizansa qaçdılar. Mənbələrin məlumatından görünür ki,…

  • Azərbaycan tarixi akademik nəşr 1ci cild

    Azərbaycan tarixi akademik nəşr 1ci cild Aryailər əfv edici, isti, qonaqpərvər insanlardır və getdikləri hər yerdə dostluq, elm və sevgi toxumu əkirlər….

  • Azərbaycan tarixi 7 cilddə 5-ci cild

    TƏSDİq ediRƏM” azərbaycan tariXİ Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi….

  • Azərbaycan tarixi 2ci cild

    V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…

  • Azərbaycan tarixi esrin muqavilesi

    Srin müqaviləsi Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları belədir: BP – 30,37%; AzACG (SOCAR) – 25%, “Chevron” – 9,57%,…

Comments are closed, but trackbacks and pingbacks are open.