Azrbaycan tarixi 7 cildd 5-ci cild
Şahtaxtı nekropolu. Bundan əvvəlki fəsildə qeyd etdiyimiz kimi, yaşayış yerinin yaxınlığında iki nekropol yerləşir. Onların biri yaşayış yerindən şimalşərq, digəri isə cənub-qərb istiqamətindədir. Hər iki nekropolda Son Tunc və Erkən Dəmir dövrünə aid qəbirlər aşkar olunmuşdur. Qəbirlər daş qutu tipli olub, yanlarda iri sal daşlarla qurulmuş, yastı daş pilətələrlə qapadılmışdır. Bəzi qəbirlərdə örtük daşlarına rast gəlinmir. Şahtaxtı nekropollarının arxeoloji materialları arasında Son Tunc dövrü üçün xarakterik olan çayniktipli qablar üstünlük təşkil edir. Lakin burada, Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan tiplərə də rast gəlinir.
Qalacıq yaşayış yeri Şərur rayonunun Qarabağlar kəndi yaxınlığındadır. Yaşayış yerində arxeoloji qazıntı aparılmamışdır. Abidənin üzərindən toplanan yerüstü materiallar, başlıca olaraq, Son Tunc və Erkən Dəmir dövrü üçün xarakterikdir. Qalacıq yaşayış yerinin nekropolu 12 ha- dan artıq sahəni əhatə edir. O iki müstəqil və sinxron qəbiristanlıqdan ibarətdir. Onların biri yaşayış yerinin cənubunda, digəri isə şimalında yerləşir. Şimaldakı nekropol üçün kromlexli və daş qutular olan kurqanlar xarakterikdir. Lakin bu kurqanların heç birində insan skeletinə rast gəlinməmişdir. Cənub tərəfdə yerləşən nekropoldan insan skeleti, zəngin qəbir avadanlığı olan daş qutu və torpaq qəbirlər aşkar olunmuşdur.
Yurdçu kəndi yaxınlığında yerləşən nekropol üçün daş qutu tipli qəbirlər xarakterikdir. Bu qəbirlərdən Son Tunc Erkən Dəmir dövrünə aid olan gil qablar aşkar edilmişdir.
Son illər aparılan tədqiqatlar zamanı, Şərur rayonu ərazisində Qarabulaq, Aşağı Daşarx, Zeyvə, Ordubad rayonunda Qumluq, Dəmyələr nekropolu kimi abidələr qeydə alınmışdır. Aşağı Daşarx və Zeyvə nekropollarında qəbirlər tamamilə dağıdıldığından, onların formasını müəyyən etmək mümkün olmamışdır. Qarabulaq nekropolunda aparılan tədqiqatlar isə, buradakı qəbirlərin kurqan tipli olduğunu göstərmişdir. Tədqiq olunan kurqanlardan birinin altındakı qəbir kamerası daş qutu tipli olub divarları daşlardan hörülmüşdür.
Qızılburun yaşayış yerində Son Tunc və Erkən Dəmir dövrünə aid materiallar Orta Tunc dövrü təbəqəsində aşkar olunmuşdur. Bu yaşayış yerində Son Tunc və Erkən Dəmir dövrünə aid tikinti qalıqları qeydə alınmamışdır. Azərbaycan Dövlət Tarix Мuzeyində saxlanan arxeoloji materiallara əsasən demək olar ki, Qızılburun yaşayış yerində çəhrayı rəngli keramika üstünlük təşkil etmişdir.
İkinci qrupa aid etdiyimiz yaşayış yerləri qala tiplidir. Gursulu çay vadilərində yerləşən birinci qrupdakılardan fərqli olaraq, bu yaşayış yerləri dağlıq ərazidə yerləşir. Bu abidələr içərisində Qazançı qalası xüsusilə fərqlənir.
Qazançı qalası Culfa rayonunun Qazançı kəndi yaxınlığında, hündür dağın üzərində yerləşir. Yaşayış yeri Əlincəçayın axdığı dərin dərə ilə iki yerə ayrılmışdır. Burada inşa edilən su anbarı ilə bağlı olaraq, onun sağ sahil hissəsi tamamilə dağıdılmışdır. Abidənin bu hissəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş dairəvi planlı müdafiə divarının olması tədqiqatçılar tərəfindən qeyd edilmişdir.
həzrəti Fatiməyi Zəhranın s.a qatilləri kimdir
Hz Fatimənin qatili kimdir? Əbubəkir və Ömərin hz Fatiməyə etdiyi zülümlər əhli sunnə mənbelerində. Ehli sunnə Alimləri və kitabları iddia edir ki hz Fatimənin Əbubəkir və Ömər kimi 2 zalim qatili var. Oxu və həqiqətləri görməyə caliş. Ehli sunnə Alimi ibn el-hedid “Şərhu nəhcul belağə” kitabinda Əbubəkir və Ömərin hz Fatimənin evinə hücum edib, onu vurması haqqında belə yazır:
Ömer hz Fatimənin evinə yaxinlaşıb ucadan qışqırdı qapını 1 açın. hz Fatimə buyurdu: ey ömər bizimle ne işin var? ne ucun matemde ola- ola bizden el cekmirsen? ömər dedi: qapini ac yoxsa evə od vurub yandiraram. hz Fatimə buyurdu: ey ömər Allahdan qorxmursanmi? mənim evime icazesiz daxil olub hucum edirsən? öz fikrinden donmeyen ömər qapiya od vurub iceri daxil olub hz Fatimənin qabirqa nahiyesine zerbe endirdi. elindeki qirmancla qoluna vurdu. ehli sunne alimi: ibn el-hedid “şerhu nehcul- belaqe” 6ci cild sehife 50.
Ehli sunne Alimi ibn quteybe yazir: : men quran və sunne ile delil getirmek isteyirem ki, Peyqenber qizina zülm (fedek baqinin qesbi evine hucumu vurulmasi və betnindeki uşaqi salmasi olub) bele ki butun muselmanlara Allah Resulundan (s) olan duzgun hedisleri qebul etmekde hec bir cetinlik cekmirler. bele olan teqdirde o hezretin (s) dediyi kelmeye meger hec bir muselman indiyedek rast gelmeyibmi?
Peygenber (s) buyurdu: Fatimənin raziliqi mənim raziliqimdir. Fatimənin qezeblenmesi isə mənim qezebimdir. Fatimə mənim canimin bir parcasidir. eti etimden qani qanimdandir.ona zülm eden ele biil mənə zülm edib. onu incidien meni incitmişdir.mənə zülüm eden inciden ele bil Allahi incidib və Allaha zülm etmişdir. .daha sonra ibn quteybe yazir: : demeli hedisən anladiq ki Allah resulu (s) demek isteyir ki, Fatiməni inciden meni,meni inciden isə Allahi incitmişdir. buna cavab olaraq isə Allah quranda buyurur : Allahi və onun peyqenberini incidenlere Allah dunyada və axiretde lenet elemiş onlari öz rehmetinden uzaqlaşdirmiş və onlar ucun həqarətli bir ezab hazirlamişdir. demeli Fatiməni inciden leneti hem bu dunyada hemde axiretde hazirlanmişdir.
ehli sunne alimi: ibn quteybe “el imame və es siyase” 1-ci ild sehife 13.14.
hz Əli (ə) evde oldugu halda ebubekir və ömərin evə vəhşicesine soxulub hz Fatiməni vurmasi, betninde ki uşaqi salmasi və evini yandirmasinin ehli sunnenin ekser kitablari tesdiqleyir. numune ucun bir necesini qeyd edir.
1.sehihi buxar peyqenberin yaxinlarinin babi sehife 71-75.
2.sehihi Buxari 5-ci cild 7və 87-ci sehifeler.
3.sehihi Buxari 5-ci cild sehife 82.
4.sehihi Buxari 4-ci cild sehife 96.
5.sehihi Muslim 3-ci cild sehife 1380.
6.sehihi Muslim 5-ci cild sehife 153-155.
7. Suneni Tirmizi 5-ci cild sehife 633.
8.imam Nesai xesaisul elevi kitabinda.
9.Hakim “Mustedrek” 3-cu cild sehife 354.
10.Fexri razi Tefsiri kebir 29-cu cild sehife 284.
11.Tarixi baqdad 14-cu cild sehife 321.
12.Kenzul-um mal 11-cu cild sehife 621.
13.Mehemmed ibn talha şafei “Metalibus-suul” sehife 6.
14.hafiz ebu neim isfaheni Hilyetul-ovliya 2-ci cild sehife 40.
15.ibn hecer esqelani “el-isabe” 4-ci cild sehife 375.
Azrbaycan tarixi 7 cildd 5-ci cild
1976-cı ildə müasir tunel tikilərkən Duzdağda qədim duz mədəni aşkar olunmuşdur. Bu mədən olduqca mürəkkəb plana malikdir. Qədim tunelin uzunluğu 70 m, eni 6-20 m, hündürlüyü 10-15 m-dir. Tunel müxtəlif ölçülü 10 salondan ibarətdir. Bu salonların ən böyüyündə duzdan kəsilmiş 5 sütun vardır. Onlar mədənin divarları ilə tağ şəklində birləşir. Мədənin divarları ustalıqla işlənərək, hamarlanmışdır. Salonların bəzisinin divarlarında his izləri, bəzisində isə ocaq qalıqları qalmışdır. Duz laylarının arasında yerləşən meqrel təbəqələrə çalınmış ağac pazların qalıqları, duzun hansı üsulla çıxarılması haqqında məlumat almağa imkan verir. 10 №-li zalda divarın dibində uzunluğu 3-5 m olan səki, şübhəsiz ki, mədənçilərin dincəlməsi və oturması üçün nəzərdə tutulmuşdur. 5-ci zalda qrup halında rastlanan vertikal xətlər diqqəti cəlb edir. İşarələrin yerləşmə ardıcıllığının müşahidəsi onluq say sisteminin mövcudluğunu göstərir. Ən böyük qrupda hər birində 10 işarə olan 5 sıra vardır. Ehtimal ki, bu işarələr çıxarılan duzun miqdarını, ya da şaxtada işlənən günlərin sayını göstərir.
Tunelin cənub tərəfində daş çəkiclər, maral buynuzu, ağac və samandan hörülmüş ip qalığı aşkar olunmuşdur. Buradan həmçinin iki qara cilalı gil qab da əldə edilmişdir. Tuneldən tapılmış daş çəkiclər, maral buynuzundan hazırlanmış alətlər, I Kültəpə və II Kültəpə yaşayış yerlərindən bəllidir. Bu alətlər həm qədim duz mədəninin tarixləndirilməsi, həm də duzun çıxarılma üsullarını müəyyən etmək baxımından əhəmiyyətlidir. Мüəyyən edilmişdir ki, buynuz alətlərlə duz layları arasındakı meqrel təbəqəsi təmizlənmiş, sonra yaranan boşluqlara ağac pazlar çalınaraq duz parçaları qoparılmışdır.
Araşdırmalar göstərir ki, qədim dövrdə duzun çıxarılması üçün, basilica olaraq, şaxta və tunellərdən istifadə olunmuşdur. Əldə edilən arxeoloji materiallara əsasən qədim Orta Tunc dövrünə aid mədənlər e.ə. III-II minilliklərə aid edilmişdir. Qeyd etmək istəyirik ki, 2006-2007-ci illərdə V.B.Baxşəliyev, Catherine Мarro və S.H.Aşurovun rəhbərliyi ilə aprılan araşdırmalar zamanı Eneolit və Erkən Tunc dövrünə aid xeyli keramika və əmək alətləri tapılmışdır.
Şəkil 82. II Kültəpədən aşkar olunmuş polixrom boyalı qablar
Şahtaxtı nekropolu. Bundan əvvəlki fəsildə qeyd etdiyimiz kimi, yaşayış yerinin yaxınlığında iki nekropol yerləşir. Onların biri yaşayış yerindən şimalşərq, digəri isə cənub-qərb istiqamətindədir. Hər iki nekropolda Son Tunc və Erkən Dəmir dövrünə aid qəbirlər aşkar olunmuşdur. Qəbirlər daş qutu tipli olub, yanlarda iri sal daşlarla qurulmuş, yastı daş pilətələrlə qapadılmışdır. Bəzi qəbirlərdə örtük daşlarına rast gəlinmir. Şahtaxtı nekropollarının arxeoloji materialları arasında Son Tunc dövrü üçün xarakterik olan çayniktipli qablar üstünlük təşkil edir. Lakin burada, Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan tiplərə də rast gəlinir.
Qalacıq yaşayış yeri Şərur rayonunun Qarabağlar kəndi yaxınlığındadır. Yaşayış yerində arxeoloji qazıntı aparılmamışdır. Abidənin üzərindən toplanan yerüstü materiallar, başlıca olaraq, Son Tunc və Erkən Dəmir dövrü üçün xarakterikdir. Qalacıq yaşayış yerinin nekropolu 12 ha- dan artıq sahəni əhatə edir. O iki müstəqil və sinxron qəbiristanlıqdan ibarətdir. Onların biri yaşayış yerinin cənubunda, digəri isə şimalında yerləşir. Şimaldakı nekropol üçün kromlexli və daş qutular olan kurqanlar xarakterikdir. Lakin bu kurqanların heç birində insan skeletinə rast gəlinməmişdir. Cənub tərəfdə yerləşən nekropoldan insan skeleti, zəngin qəbir avadanlığı olan daş qutu və torpaq qəbirlər aşkar olunmuşdur.
Yurdçu kəndi yaxınlığında yerləşən nekropol üçün daş qutu tipli qəbirlər xarakterikdir. Bu qəbirlərdən Son Tunc Erkən Dəmir dövrünə aid olan gil qablar aşkar edilmişdir.
Son illər aparılan tədqiqatlar zamanı, Şərur rayonu ərazisində Qarabulaq, Aşağı Daşarx, Zeyvə, Ordubad rayonunda Qumluq, Dəmyələr nekropolu kimi abidələr qeydə alınmışdır. Aşağı Daşarx və Zeyvə nekropollarında qəbirlər tamamilə dağıdıldığından, onların formasını müəyyən etmək mümkün olmamışdır. Qarabulaq nekropolunda aparılan tədqiqatlar isə, buradakı qəbirlərin kurqan tipli olduğunu göstərmişdir. Tədqiq olunan kurqanlardan birinin altındakı qəbir kamerası daş qutu tipli olub divarları daşlardan hörülmüşdür.
Qızılburun yaşayış yerində Son Tunc və Erkən Dəmir dövrünə aid materiallar Orta Tunc dövrü təbəqəsində aşkar olunmuşdur. Bu yaşayış yerində Son Tunc və Erkən Dəmir dövrünə aid tikinti qalıqları qeydə alınmamışdır. Azərbaycan Dövlət Tarix Мuzeyində saxlanan arxeoloji materiallara əsasən demək olar ki, Qızılburun yaşayış yerində çəhrayı rəngli keramika üstünlük təşkil etmişdir.
İkinci qrupa aid etdiyimiz yaşayış yerləri qala tiplidir. Gursulu çay vadilərində yerləşən birinci qrupdakılardan fərqli olaraq, bu yaşayış yerləri dağlıq ərazidə yerləşir. Bu abidələr içərisində Qazançı qalası xüsusilə fərqlənir.
Qazançı qalası Culfa rayonunun Qazançı kəndi yaxınlığında, hündür dağın üzərində yerləşir. Yaşayış yeri Əlincəçayın axdığı dərin dərə ilə iki yerə ayrılmışdır. Burada inşa edilən su anbarı ilə bağlı olaraq, onun sağ sahil hissəsi tamamilə dağıdılmışdır. Abidənin bu hissəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş dairəvi planlı müdafiə divarının olması tədqiqatçılar tərəfindən qeyd edilmişdir.
Şəkil 83. Erkən Dəmir dövrünə aid boyalı qablar. 1, 2, 3 – Naxçıvan nekropolu, 6, 7 – Qızılburun, 4 -Şahtaxtı, 5 -Culfa
Qalanın sol sahil hissəsində aparılan arxeoloji araşdırmalar zamanı əldə edilən gil qab parçaları burada Orta Tunc dövründən başlayaraq, Dəmir dövrünədək yaşayış olduğunu göstərir. Qalanın yerləşdiyi ərazinin təbii cəhətdən müdafiə olunmasına baxmayaraq, bu ərazi relyefə uyğun olaraq qala divarı ilə əhatə olunmuşdur. Arxeoloji qazıntı işləri aparılmadığından divarların tikildiyi dövrü müəyyənləşdirmək çətindir. Lakin, memarlıq xüsusiyyətlərinə əsasən demək olar ki, qala divarları, başlıca olaraq, iki dövrdə inşa edilmişdir. Birinci dövrə aid tikintiləri təqribən e.ə. II minilliyin ortalarına və ikinci yarısına aid etmək olar. Bu divarlar uzunsov formalı yerli daş bloklardan inşa edilmişdir. Divarların xarici tərəfində birtərəfli çıxıntılara rast gəlinir. Diş biçimli belə çıxıntılara Çalxanqalada da rast gəlinmişdir. Qala divarlarının quruluşu onların dəfələrlə bərpa edildiyini göstərir. Divarların eni müxtəlif ölçülüdür. Şimal və şimal- şərqdə qala təbii cəhətdən zəif müdafiə olunduğu üçün burada divarların eni 2,6- 3 metrə çatır. Divarların salamat qalan hissəsinin hündürlüyü 1-2 metrdir. Qalanın içərisində dördkünc planlı bina qalıqları vardır. Qalanın şərq tərəfi gediş-gəliş üçün əlverişli olduğundan, onun giriş qapısının da bu tərəfdə olduğu güman edilir.
İkinci dövrə aid divarlar qalanın mərkəzi hissəsində cəmlənmişdir. E.ə. I minilliyin birinci yarısına aid olan bu divarlar tikinti texnikasına görə Oğlanqalanın divarlarını xatırladır. Araşdırmalar Erkən Dəmir dövründə qalanın möhkəmləndirilmiş Narınqalaya malik olduğunu göstərir.
Bu dövrə aid qala tipli yaşayış yerlərindən biri də Vayxır qalasıdır. Onu arxeoloji ədəbiyyatda Vayxır Govurqalası da adlandırırlar.
Vayxır qalası Babək rayonunun Vayxır kəndindən şimalda, təbii cəhətdən müdafiə olunan hündür dağın üzərində, Naxçıvançayın sol sahilində salınmışdır. Qalanın yerləşdiyi dağın qərb tərəfi sıldırım qaya olduğundan, bu tərəfdə divar çəkilməmiş, qalanın digər tərəfləri isə daşlardan hörülmüş divarlarla müdafiə olunmuşdur. Divarlar ərazinin relyefinə uyğun olaraq tikildiyindən, bəzi yerlərdə ziqzaq biçimlidir. Qala divarının şimal-şərq hissəsində dördkünc planlı bürclərə rast gəlinir. Qalanın giriş qapısı şərq tərəfdə olmuşdur. Giriş hər iki tərəfdən kontrfoslarla möhkəmləndirilmişdir. Divarlar bəzi yerlərdə 2,5 metr hündürlüyündə qalmışdır. Qala divarının içərisində dördkünc planlı (9 x 5 metr) bir bina qalığı qeydə alınmışdır. Onun divarları daşdan tikilmiş, gil məhlulu ilə bərkidilmişdir. Sahəsi 2 hektardan artıq olan qalanın içərisində arxeoloji materiallara olduqca az rast gəlinir ki, bu da onun dövrünü müəyyənləşdirməkdə çətinlik törədir. Ümumiyyətlə, bu yaşayış yerlərində qazıntı aparılmadığından, qala divarlarının tarixi haqqında dəqiq fikir yürütmək çətindir. Fikrimizcə, qalanın tikilmə dövrü e.ə. II minilliyin ortaları və ya ikinci yarısına aiddir. Arxeoloji materialların azlığı təsdiq edir ki, qala daimi yaşayış yeri olmamış, lakin müəyyən zamanlarda ondan müdafiə məqsədi kimi istifadə olunmuşdur.
Naxçıvanda qala tipli yaşayış yerləri sırasına daxil olan abidələrdən biri də Çalxanqaladır.
Çalxanqala Babək rayonunun Payız kəndindən şimalda, əlçatmaz bir dağın üzərində salınmışdır. Qala şimal-cənub istiqamətində axan Cəhri çayının qərbində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdə yerləşmişdir. Çalxanqalaya Cəhri çayı vadisindən şərqdən və şimaldan qalxmaq mümkündür. Vayxır qalasında olduğu kimi, burada da arxeoloji materiallara rast gəlinməmişdir. Ehtimal ki, qaladan daimi yaşayış yeri kimi deyil, təhlükə yarandıqda müdafiə məqsədilə istifadə edilmişdir.
Çalxanqala üzəri yastı olan sıldırım qayalığın cənub tərəfində tikilmiş, yalnız bir divardan ibarətdir. Yaşayış yerinin bu hissəsi təbii cəhətdən müdafiə olunmadığından, müdafiə divarına ehtiyac duyulmuşdur. Şərq-qərb istiqamətində olan bu divarın uzunluğu, təqribən 350- 360 metrdir. Divarın qərb ucu yüksək bir qayalıqla, şərq ucu isə sıldırım qayalıqla birləşir. Qala divarı düz biçimdə deyil, yerin relyefinə uyğun olaraq inşa edilmiş, içəridən və çöldən çıxıntılarla möhkəmləndirilmişdir. Divarın qalınlığı 2,3-2,7, hündürlüyü isə 2,5 2,7 metr arasındadır. İlk dövrlərdə divarın daha hündür olduğu güman edilir. Çalxanqala müdafiə divarının ən mühüm xüsusiyyəti, divarların müəyyən məsafədə xaricə və içəriyə doğru çıxıntılı biçimdə inşa edilməsidir.
Qalanın biri cənub-qərbdə, digəri isə cənub-şərqdə olan iki qapısı vardır. Cənub-qərbdəki qapının eni 2,4-2,5, hündürlüyü isə 3,1 metrdir. Qapının üzəri bütöv bir sal daşla qapalı olmuşdur. Qapı girişi hər iki tərəfdən kontrforslarla möhkəmləndirilmişdir. Qala divarının iç tərəfində divara birləşən üçotaqlı bir binanın qalıqları var. Düzbucaqlı formada olan binaların divarının qalınlığı 1- 1,2 m arasındadır.
Qala divarlarının cənub tərəfində, təpənin ətəyində də dördkünc planlı evlərin qalıqları vardır. Daş təməl üzərində tikilən bu binaların içərisi torpaqla dolmuşdur. Ola bilsin ki, onların üst hissəsi çiy kərpicdən inşa edilmişdir.
Arxeoloji materiallara rast gəlinmədiyindən və arxeoloji qazıntı işləri aparılmadığından, Çalxanqalanın dövrünün müəyyənləşdirilməsi, olduqca çətinləşir. Qala divarlarını hələlik e.ə. II minilliyin ortalarına və ikinci yarısına aid etmək olar. Bununla bağlı aşağıda geniş məlumat verəcəyik.
Naxçıvan ərazisində yerləşən üçüncü tip yaşayış yerləri mövsümi xarakterlidir. Bu tip yaşayış yerləri sırasına I Kükü, II Kükü, Külüs, Qarnıyarıq, Şamlar yaşayış yerlərini aid etmək olar. Başlıca olaraq, Şahbuz rayonu ərazisində qeydə alınan bu yaşayış yerlərində həyat mövsümi xarakterli olduğundan, mədəni təbəqə az yığılmışdır. Yer səthində toplanan daş yığınları, hər halda, təməli daşdan olan tikintilərin olduğuna işarə edir. Lakin yaşayış yerlərinin bəzilərində tikinti qalıqlarına rast gəlinmədiyindən, onların planını müəyyən etmək mümkün deyildir. Dördkünc planlı tikinti qalıqlarına II Kükü yaşayış yerində rast gəlinmişdir. İri həcmli daşlardan inşa edilən bu evlərin sahəsi bəzən 35 m2 – ə çatır. Böyüklüyünə görə bu evləri Çalxanqalanın ətəyində rast gəlinən binalarla müqayisə etmək olar.
Şəkil 84. Erkən Dəmir dövrünə aid boyalı qablar. 1, 2, 3, 5, 6 – Culfa, 4, 7, 8 – Qızılburun
Bu yaşayış yerlərində aparılan yoxlama xarakterli araşdırmalar mədəni təbəqənin yığılmadığını göstərmişdir. Yerüstü materiallar yalnız gil qab parçalarından və daşdan hazırlanmış əmək alətlərindən ibarətdir.
Qarnıyarıq yaşayış yeri Şahbuz rayonunun Kolanı kəndi yaxınlığında, Naxçıvançayın sol sahilində, dağ silsiləsinin çaya doğru uzanan hündür çıxıntısı üzərində yerləşir. Мədəni təbəqə uzun müddət təbii aşınmaya məruz qaldığından tamamilə dağılmışdır. Yerüstü materiallar çəhrayı və boz rəngli gil qab parçalarından, daşdan hazırlanmış əmək alətlərindən ibarətdir.
Şəkil 85. Kolanı nekropolunun Xocalı-Gədəbəy tipli silahları
Yaşayış yerinin cənub tərəfində Kolanı nekropolu yerləşir. Nekropol iki terrasdan ibarət uzunsov, ensiz təpənin üzərində salınmışdır. Qəbirlər daş qutu tipli olub əsasən dördkünc, bəziləri isə oval formalıdır. Qəbirlər yanlarda iri sal daşlarla qurulmuşdur. Bəzi qəbirlərin divarları çay daşları və qaya parçaları ilə hörülmüşdür. Onların üzəri bir neçə iri sal daşla qapadılmışdır. Kolanı nekropolunun qəbirləri üçün, başlıca olaraq, kollektiv dəfnlər xarakterikdir. Lakin, bəzi qəbirlərdə insan skeletinə rast gəlinməmişdir. Kolanı nekropolundan aşkar olunan arxeoloji materiallar Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan xüsusiyyətlərə malikdir.
Şəkil 86. Qazxan nekropolunun Xocalı-Gədəbəy tipli keramikası (Şərur rayonu)
II Sarıdərə nekropolu kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. III Sarıdərə nekropolu ikincidən şərq tərəfdə, Quruçay vadisinin sağ kənarında yerləşir. Bu nekropoldakı qəbirlərin yeddisi V.B.Baxşəliyev tərəfindən tədqiq edilmişdir. Qəbirlər daş qutulardan ibarət olub, yanlarda iri sal daşlarla qurulmuş, üzəri daş plitələrlə örtülmüşdür. Bəzi qəbirlərin divarları çay daşları ilə hörülmüşdür. Nekropoldakı bütün qəbirlər üçün kollektiv dəfnlər xarakterik olmuşdur. Qəbirlərin birində it skeleti, ikisində isə dələ kəlləsi aşkar olunmuşdur. Şübhəsiz ki, bu, həmin heyvanlara olan inamla bağlı olmuşdur. Tədqiq edilmiş qəbirlərdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan gil qablar və xeyli tunc əşya aşkar olunmuşdur. Tapılmış materiallar e.ə. XII- X əsrlərə aid edilmişdir.
Haqqıxlıq nekropolu Şahbuz rayonunun Külüs kəndi yaxınlığında, Külüs çayının sol sahilində, hündür təpənin üzərində yerləşir. Nekropolda 1979- cu ildə V.H.Əliyev və A.Q.Seyidov tərəfindən kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Nekropoldakı qəbirlər daş qutu tiplidir. Qəbirlərin divarları müxtəlif tikinti texnikası ilə inşa edilmişdir. Onların bəzisinin divarları sal daşlarla qurulmuş, bəzisininki isə iri qaya parçalarından hörülərək, üzəri böyük sal daşlarla qapadılmışdır. Qəbirlər, başlıca olaraq, yamacda yerləşdiyindən təbii aşınma nəticəsində üzə çıxmış və dağılmışdır.
1990- cı ildə bu nekropoldakı qəbirlərin ikisi V.B.Baxşəliyev tərəfindən tədqiq edilmiş və dağıdılmış qəbirlərin materialları toplanmışdır. Tədqiq edilmiş qəbirlərdə kollektiv dəfn adəti qeydə alınmışdır. Aşkar edilən gil məmulatı Xocalı-Gədəbəy mədəniyyətinin xarakterik xüsusiyyətlərini özündə əks etdirir. Arxeoloji materiallara əsasən, nekropolu e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərinə aid etmək olar.
Bayəhməd nekropolu Culfa rayonunun Bayəhməd kəndindən cənubqərbdə yerləşir. Nekropol hündür təpənin dağ çayına enən yamacındadır. Tikinti işləri görülən zaman təsadüfən aşkar olunan nekropolda 1989-1991- ci illərdə V.B.Baxşəliyev tərəfindən tədqiqat işləri aparılmış və dörd qəbir abidəsi öyrənilmişdir. Qəbirlər daş qutu tipli olub, yanlarda iri sal daşlarla qurulmuş, üzəri böyük yastı daşlarla örtülmüşdür. Qəbirlər üçün kollektiv dəfn adəti xarakterik olmuşdur. Aşkar edilmiş gil məmulatı, tunc silah və bəzək əşyaları Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir. Arxeoloji materiallara əsasən, nekropolu e.ə. I minilliyin əvvəllərinə aid etmək olar.
Bayəhməd kəndi yaxınlığında ikinci nekropolun yeri təyin edilsə də, orada tədqiqat aparılmamışdır. Bu nekropoldan yerli əhali tərəfindən toplanan tunc əşyalar e.ə. I minilliyin əvvəlləri üçün xarakterikdir.
Culfa nekropolu dəmir yolu çəkilərkən,1939-1940-cı illərdə dağıdılmışdır. Bu nekropolun materialları, hazırda Gürcüstan Dövlət Tarix Мuzeyində saxlanılır. V.H.Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII- IX əsrlərə aid edilir.
Xalı-Keşan nekropolu Ordubad rayonunda Sabikənd yaxınlığında, Xaraba-Gilanın qərb tərəfində yerləşir.Nekropol üçün qurbangahları olan daş qutu tipli qəbirlər xarakterikdir. Nekropolun tədqiqi zamanı çəhrayı və boz rəngli keramika məmulatı, tunc silah və bəzək əşyaları aşkar olunmuşdur. Bəzi qəbirlərin kompleksində rastlanan boyalı qablar Boyalı qablar mədəniyyətinin son dövrü üçün xarakterikdir.
Xaraba-Gilan ərazisində yerləşən Мərdangöl nekropolundakı qəbir abidələrinin quruluşu Xalı-Keşanla bənzərdir. Qəbir abidələrinin tədqiqi zamanı aşkar edilmiş keramika boz və çəhrayı rəngli qablarla təmsil edilir. Boya ilə naxışlanmış qablar azdır. Tədqiqatlar zamanı, həmçinin, dəmir əşyaların parçaları, tuncdan hazırlanmış bəzək əşyaları, xeyli miqdarda muncuq aşkar olunmuşdur. Мuncuqlar arasında ağ rəngli daşdan hazırlanmış silindrik möhürlər də vardır.
Naxçıvan mədəniyyəti ilə bənzər olan Son Tunc və Erkən Dəmir dövrünə aid maddi-mədəniyyət qalıqları Zəngəzurda və Urmiya hövzəsində də qeydə alınmışdır. Haftavantəpənin beşinci və dördüncü, Göytəpənin B və A, Qordlartəpənin «üst» təbəqələri bu dövrə aid material vermişdir. Urmiya hövzəsinin arxeoloji abidələrindən aşkar olunan materiallar tipoloji cəhətdən Naxçıvan materialları ilə yaxındır.
Son Tunc və Erkən Dəmir dövründə Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələrində mədəni təbəqə əvvəlki dövrlərə nisbətən az yığılmış, yaxud heç yığılmamışdır. Bu dövrdə, yaşayış yerləri məlum olmayan nekropollar ortaya çıxır. Şübhəsiz ki, bu faktlar həmin dövrdə həyatın köçəri maldarlıqla bağlanması ilə əlaqədar olmuşdur.
Xocalı-Gədəbəy mədəniyyətinin arxeoloji abidələri. Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrü abidələrinin böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Bu mədəniyyətə aid yaşayış yerləri olduqca azdır. Həmin dövrə aid yaşayış yerləri içərisində geniş tədqiq edilən abidələrdən biri Gəncəçay vadisindəki 1 №- li yaşayış yeridir.
Şəkil 87. Xanlar rayonu. 1 № – li yaşayış yerinin planı
Bu yaşayış yeri Xanlar şəhərindən cənubda, Gəncəçayının sol sahilində yerləşmişdir. Yaşayış yerinin sahəsi 3 hektara yaxındır. Burada aşkar olunan evlər iki qrupa bölünmüşdür. Birinci qrupa uzunsov formalı tayfa evləri daxildir. Arxeoloji araşdırmalar göstərir ki, belə evlərdən tunc dövrünün müxtəlif mərhələlərində istifadə olunmuşdur. Son Tunc dövründə istifadə olunan 58 №- li ev arakəsmə divarla dörd hissəyə bölünmüşdür. Binanın şərq divarında 1-ci və 4- cü otağa açılan qapı yeri müəyyən edilmişdir. Digər otaqların qapı yeri aşkar olunmamışdır. Ola bilsin ki, onlar döşəmədən bir qədər yuxarıda olmuşdur. Bu yaşayış yerində Son Tunc dövrünə aid binaların əksəriyyəti kiçik həcmli yarımqazma tipli evlərdir. Bu binaların qalıqları Y.Hümmel tərəfindən tədqiq edilmişdir. Yaşayış yerindəki 54 №- li evin qarşısında çay daşları ilə hasarlanmış böyük həyətin olduğu müəyyən edilmişdir. Evlərin tikintisində çay daşlarından istifadə olunmuşdur. Tikinti zamanı balıqbeli texnikası tətbiq edilmişdir. Bu texnikadan Azərbaycanda, o cümlədən Gəncə və Naxçıvanda geniş istifadə edilmişdir.
Evlərin divarı müxtəlif qalınlıqdadır. Bəzən torpağın bərk olduğu yerlərdə divarlarda daş hörgüdən istifadə edilməmişdir. 55 və 56 №- li evlərin qərb divarlarında daş hörgü yoxdur. Evlərin divarı və döşəməsi ağ gillə suvanmışdır. Qapı yerləri, başlıca olaraq, döşəmə səviyyəsində, bəzən isə ondan bir qədər yuxarıda qoyulmuşdur. Qapı girişlərinin eni 1 m-dir. Həcmcə böyük olan evlərdən biri arakəsmə divarla iki hissəyə bölünmüşdür. Bu evdə qapı yerinə rast gəlinməmişdir.
Gəncəçay rayonunda Y.Hümmel tərəfindən tədqiq edilən 2 №-li yaşayış yeri Lüləli dərəsində yerləşir. O, 1 №-li yaşayış yerinin yaxınlığındadır. Bu yaşayış yerindəki binaları yer səthində olan əlamətlərinə görə müəyyən etmək mümkün olmuşdur. Onlar düzbucaqlı, ya da dairəvi formalı olub, yarımqazma tiplidir. 1 №- li yaşayış yerindən fərqli olaraq, evlərin divarları daş hörgü ilə möhkəmləndirilməmişdir. Burada qeydə alınan yüzə yaxın evdən yalnız beşi təmizlənib, öyrənilmişdir. Evlərin içərisində kül və kömürlə dolmuş ocaq yerləri, divarlar boyunca yerləşən dirək oyuqları aşkar olunmuşdur. Evlərdən aşkar olunan materiallar heyvan sümüklərindən, qara rəngli gil qab parçalarından ibarətdir. Gil qablar arasında ağ inkrustasiyalı olanlar da vardır.
1 №- li yaşayış yeri 2 №- li yaşayış yeri ilə müqayisədə arxeoloji materiallarla daha zəngindir. Buradan tunc, sümük, əqiq, pasta və b. materiallardan hazırlanmış bəzək əşyaları, tunc bıçaqlar, gil qablar aşkar olunmuşdur. Aşkar olunmuş arxeoloji materialların əksəriyyətini keramika təşkil edir. Gil qablar arasında, çiynində göbələkşəkilli çıxıntılara və qulp bənzər çıxıntılara rast gəlinir. Qablar forma və hazırlanma texnikasına görə müxtəlifdir. Aşkar olunmuş materiallar 1 №- li yaşayış yerini e.ə. II minilliyin sonu və I minilliyin əvvəlinə aid etməyə imkan verir.
Мingəçevirdəki 1 №- li yaşayış yeri Kür çayının sağ sahilində yerləşir. Aparılan tədqiqatlar zamanı 10-a yaxın yaşayış binasının qalığı öyrənilmişdir. Buradakı yarımqazma tipli binalar düzbucaqlı planda olub, ikiotaqlıdır. Binaların divarları və döşəməsi saman qatılmış palçıqla suvanmışdır.
Araşdırmalar göstərir ki, 1 №-li yaşayış yeri yanğın nəticəsində sıradan çıxmışdır. Tədqiqatlar zamanı evlərin içərisindən kül yığınları, heyvan sümükləri, gil qab parçaları aşkar edilmişdir.
Şəkil 88. Xanlar kurqanlarının keramikası
Мingəçevir kurqanları həcmcə müxtəlifdir. Tək dəfnlərlə xarakterizə edilən kurqanlardan tunc xəncərlər, ox ucları, at yüyənləri, hərbi baltalar, yabalar, zərif naxışlı qolbaqlar, sırğalar, düymələr və digər tunc əşyalar əldə edilmişdir. Aşkar edilən gil məmulatı Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir. Zəngin qəbir avadanlığı və at skeleti ilə müşayiət olunan kurqanların tayfa başçılarına aid olduğu güman edilir.
Мingəçevirdə tədqiq edilən torpaq qəbirlər üçün sağ, ya da sol böyürü üstə, bükülü vəziyyətdə dəfn edilən skeletlər xarakterikdir. Bu qəbirlərdən aşkar olunan arxeoloji materiallar Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Boz və qara rəngdə bişirilmiş gil qabların üzəri həndəsi motivdə bəzənmiş, naxışların içərisi ağ rəngli maddə ilə doldurulmuşdur. Bu qəbirlərdən tuncdan hazırlanmış xəncərlər, bıçaqlar, baltalar, ox ucları aşkar edilmişdir.
Şəkil 89 Мingəçevir. 63 № – li qəbirin materialları
63 №- li torpaq qəbir 1950- ci ildə tədqiq edilmişdir. Bu qəbirdən yaxşı vəziyyətdə qalmış müxtəlif tunc, xüsusən mis bəzək əşyaları tapılmışdır. Saxsı qablar küpə, xeyrə, dolçalardan ibarətdir. Buradan Aralıq dənizi hövzəsində yayılmış balıqqulağından və şüşəvari materialdan hazırlanmış müxtəlif muncuqlar da tapılmışdır. V.P.Fomenko qəbirin Xocalı-Gədəbəy mədəniyyətinə, e.ə. IX- VII əsrlərə aid olduğunu demişdir.
Q.İone Мingəçevir qəbirlərini iki arxeoloji qrupa bölərək, birinci qrupu e.ə. XIII-IX, ikincini isə e.ə. X-VIII əsrlərə aid edir. Birinci qrup qəbirlərin materialları Xocalı-Gədəbəy mədəniyyətini özündə əks etdirir.
Şəkil 90. Gəncəçay rayonundan tapılmış tunc əşyalar
Gəncəçay rayonunun arxeoloji abidələrinin bir qrupu qəbir abidələrindən ibarətdir. Onlar kurqan və daş qutularla təmsil olunmuşdur. Kurqanlar şərqdə Gəncə çayından Küryək çayınadək olan düzənlik və dağətəyi zonada, qərbdə isə Gəncə və Qoşqar çayları arasındakı ərazidə yerləşir. V.A. Skinder Gəncədən Çovdara qədər uzanan 30 km- lik ərazidə qədim qəbiristanlığın olduğunu göstərmişdir. Kurqanlara Gəncəçay rayonundan qərbdə, Şamxor çayının düzənlik hissəsində də rast gəlinmişdir.
Xarici görünüşünə görə dairəvi, oval və konusvari olan kurqanların hündürlüyü 2,5 metrə çatır. Onların bəzisi qumdan, bəzisi çay daşlarından, bəzisi isə çay daşları ilə qum qarışığından düzəldilmişdir. Kurqanların bəziləri bir-birini əvəz edən torpaq və daş qatlarından ibarətdir. Bəzi hallarda kurqanların oturacağı bir, ya da iki sıra daşdan düzəldilmiş kromlexlə əhatə edilmişdir.
Kurqanaltı qəbirlər dördkünc formalı torpaq qəbirlərdən ibarətdir. Qəbirlər dəfndən sonra torpaq, ya da daşla doldurulur, üzəri sal daşla, ya da taxta parçaları ilə örtülürdü. Bəzən qəbirlər taxta lövhələrlə bir neçə mərtəbəyə bölünür və hər qatda dəfn aparılırdı. Bəzi hallarda dəfn yalnız aşağı mərtəbədə aparılır, yuxarıda isə qəbir avadanlığı və qurban kəsilmiş heyvanlar yerləşdirilirdi. Kurqanaltı qəbirlərin sayı olduqca müxtəlifdir. Onların sayı 2-10 arasındadır. E. Reslerin Bayan kəndi yaxınlığında açdığı kurqanda 18 qəbir aşkar olunmuşdur.
Gəncəçay rayonundakı kurqanların xarakterik cəhətlərindən biri, onlarda qurbangahların olmasıdır. Qurbangahlar kurqanın təpəsində, ya da onun altında xam torpaqda düzəldilmişdir. Qurban yerləri bəzən möhrədən, bəzən isə daşdan düzəldilmişdir. Bəzi qurbangahlar dördkünc formalı çuxurlardan ibarət olub, üzəri sal daşlarla örtülmüşdür. Gəncə kurqanlarının bir qrupu üçün kollektiv dəfnlər xarakterik olmuşdur.
Gəncə və Xanlar yaxınlığında yerləşən kurqanların bəzisində skeleton sarı, ya da qırmızı rənglə boyandığı qeydə alınmışdır. Y.İ.Hümmel tərəfindən Xanlar yaxınlığında tədqiq edilmiş 1 №- li kurqanın mərkəzi qəbrin divarları qırmızı rəngə boyanmışdır.
Tədqiqatçıların fikrinə görə, Gəncəçay rayonunun kurqanlarında rast gəlinən xarakterik hallardan biri, ölülərin «parçalanmış» halda dəfn edilməsidir. Qəbirlərdə skelet sümüklərinin çatmamısı, kəllənin ayrıca dəfn edilməsi, alt çənənin kəllədən ayrılması onların parçalanmış vəziyyətdə dəfn edilməsi ilə izah edilmişdir.
Gəncəçay rayonunun dağlıq hissəsində yerləşən daş qutu tipli qəbirlər «parçalanmış skeletlər»in olması ilə xarakterizə edilir. Qəbirlərdəki «parçalanmış skeletlər» çox ehtimal ki, kollektiv dəfn adəti ilə bağlı olmuşdur. Çünki, təkrar dəfn zamanı əvvəlki skeletlər bir tərəfə yığıldığından, sümüklər qarışmış, o cümlədən skeletin çənə sümüyü ayrılmışdır. Bu faktın mövcudluğu, hələ B.A.Kuftin tərəfindən də söylənmişdir.
Y.İ.Hümmelin Xanlar yaxınlığında öyrəndiyi 7 №- li kurqanda skeleton baş tərəfinə tısbağa qoyulduğu müəyyən edilmişdir. Bu dəfn adəti Мingəçevirin torpaq qəbirlərində də qeydə alınmışdır.
Gəncə rayonundakı kurqanların bir qrupu üçün ağac konstruksiyalar, yandırma adəti və at skeletinin qoyulması xarakterikdir. Gəncədən qərbdə yerləşən 3 №- li kurqanda 3,48 x 1,63 x 2 metr ölçüdəki qəbirin üzəri ağac tirlərlə örtülmüşdür. Tirlər odun təsirindən yanmışdır. Qəbrin şimal-qərb küncündə insan skeletinin qalıqları, cənub-qərbində isə at skeleti olmuşdur. Gəncə ətrafındakı düzənlikdə yerləşən 4-12 №- li kurqanlarda da belə dəfn adətindən istifadə olunmuşdur. Bu kurqanlar üçün kurqanın oturacağında, ya da materikdən bir qədər yuxarıda daşdan qurulmuş kromlexlərə təsadüf olunur. Kurqanların üzərində daşla doldurulmuş torpaq çuxurlar, ya da daşdan düzəldilmiş piramidalar vardır. Kurqanların hamısında ağac konstruksiyalar aşkar olunmuşdur. Bəzi kurqanlarda ağac konstruksiyalar iki, ya da üç qat olmuşdur. 4 №- li kurqanda üst örtük tamamilə yanmış, yalnız ağacların torpağa basdırılmış ucları qalmışdır.
Qeyd olunduğu kimi, bu tip kurqanlarda yandırma adəti müəyyən rol oynamışdır. 8 və 11 №- li kurqanlarda ölünün yandırıldığı aşkar olunmuşdur. Qəbirlərin bir neçəsində tonqal birbaşa qəbirin üzərindəki ağac örtükdə yandırılmışdır. Kurqanların altısında at skeleti aşkar olunmuşdur. 7 №- li kurqanda isə beş at skeleti aşkar edilmişdir. E. Reslerin verdiyi məlumata görə, 11 №- li kurqanda insan skeleti at skeletinin üzərində olmuşdur. Digər kurqanlarda yalnız at sümüklərinə rast gəlinmişdir. Kurqanlardan at skeletindən başqa, qaban dişləri, keçi kəlləsi, qoyun və quş sümükləri də aşkar edilmişdir.
Zurnabad asfalt yolundan şərqdə aşkar olunan 1 №- li kurqanın mərkəzi qəbrinin divarları, hər tərəfdə 12 ağac dirəklə qurulmuş və qırmızı rənglə boyanmışdır. Мərkəzi hissədə yerləşən daş qutu tipli qəbirdə bir insan skeleti, onun ətrafında isə müxtəlif yerlərdə altı insan və üç at skeletinə rast gəlinmişdir.
Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji abidələrin bir qrupu Qarabağda yerləşir. Qarabağın Son Tunc dövrünə aid yaşayış yerləri basilica olaraq kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Onların sırasına Üçtəpə, Rəsultəpə, Böyüktəpə, Göytəpə, Qaratəpə və digər yaşayış yerləri daxildir. Üçtəpə yaşayış yerində A.A.İessenin apardığı araşdırmalar zamanı qazma tipli, düzbucaqlı və ya oval formalı yaşayış evlərinin qalıqları aşkar olunmuşdur. H.F.Cəfərov tərəfindən qeydə alınaraq tədqiq edilən Qaratəpə yaşayış yerindən e.ə. II minilliyin sonuna aid olan iki tikinti qatı aşkar olunmuşdur. Tədqiqat zamanı bu yaşayış yerindən dördkünc bürclərlə möhkəmləndirilmiş müdafiə divarının qalıqları aşkar olunmuşdur. Мüdafiə divarı daş özül üzərində çiy kərpicdən inşa edilmişdir. Qarabağın yaşayış yerlərindən aşkar olunan keramika məmulatı boz rəngdə olub müxtəlif motivli ornamentlə, o cümlədən göbələkvari çıxıntılarla naxışlanmışdır.
Borsunluda tədqiq edilən Son Tunc dövrü kurqanlarının biri qəbilə başçısına aid edilmişdir. Bu kurqanın altında sahəsi 256 m2 olan böyük qəbir kamerası qeydə alınmışdır (32 x 8 x 4). Qəbrin üzəri iki, üç, bəzi yerlərdə isə dörd qat ağac dirəklərlə örtülmüşdür. Onların arasında qalın qamış döşəmə olmuşdur. Arxeoloji qazıntılardan kurqanın qarət edildiyi ehtimal olunur. Qəbirdə dünyəvi və dini hakimiyyəti əlində cəmləşdirən tayfa başçısı dəfn edilmişdir. Tayfa başçısı tunc və qızıl mıxlarla, tunc lövhələr bərkidilmiş ağac döşəmə üzərində dəfn edilmişdir. Onun doqquz nəfərdən ibarət qulluqçusu və qoruyucuları olmuşdur. Qəbirdən zəngin bəzəməli səkkiz at skeleti, habelə iribuynuzlu və xırdabuynuzlu heyvan sümükləri aşkar olunmuşdur. Dəfn ritualı hədsiz dəbdəbəsi və böyüklüyü ilə diqqəti cəlb edir.
Qəbir avadanlığı olduqca zəngindir. Onlar orjinal formalı və naxışlı gil qablar, tunc baltalar, müxtəlif at yüyənləri, isgənə, zireh lövhələri, ox ucluğu, nizə ucluğu, at bəzəkləri və s. əşyalarla təmsil edilmişdir. Üzərində insan təsvirləri olan sümük yüyənlər, fil dişindən bəzək əşyaları, qızıl düymələr, qızıl oqqa, şirli gil qab yüksək bədii zövqlə hazırlanması ilə fərqlənir. Tapıntılar arasında şüşədən düymələr, muncuqlar, pasta, tunc və serdolikdən hazırlanmış bəzəklər, orijinal formalı mərmər toppuz da vardır. Arxeoloji materialların təhlilinə əsasən Borsunlu kurqanı e.ə. XII- XI əsrlərə aid edilmişdir.
Bu rayonda Xocalı-Gədəbəy mədəniyyətinin ən yaxşı öyrənilmiş abidələrindən biri Xocalı kəndi yaxınlığındakı Tunc dövrü qəbiristanlığıdır. Burada çox da böyük olmayan kurqanlar və kromlexlər aşkar olunmuşdur. Bu kurqanlarda tək və kollektiv dəfnlər olmuşdur. Bəzi kurqanlarda yandırma adəti də qeydə alınmışdır. Abidələrdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan keramika, silah və bəzək əşyaları aşkar edilmişdir. Xocalıda tədqiq edilən №- li kurqan, xüsusilə əhəmiyyətli nəticələr vermişdir. Bu kurqandan Assur padşahı Adadnirarinin adı yazılmış muncuq tapılmışdır. İ.İ. Мeşaninov bu muncuğu e.ə. VIII əsrə aid etmişdir. Lakin, son zamanlar tədqiqatçılar bu muncuğu I Adadnirarinin yaşadığı dövrə, yəni təqribən e.ə. IX əsrin sonu və əsrin əvvəlinə aid etməyə meyillidirlər.
Xocalı qəbiristanlığından başqa, Dağlıq Qarabağ ərazisində Arçadzor- Dovşanlı, Ballıca, Sırxavənd, Axmaxi kəndləri yaxınlığında Emil Resler tərəfindən arxeoloji qazıntılar aparılmışdır. Dovşanlıda 1 və 2 №-li kurqanlarda kollektiv dəfnlər olmuşdur. Skeletlərin ətrafından tunc xəncər, ox ucluqları, balta, hərbi yaba, bıçaq, qızıl muncuqlar, xeyli miqdarda boz rəngli gil qab aşkar edilmişdir. Dağlıq Qarabağdakı abidələrin bir qrupu Y.İ.Hümmel, A.A.İvanovski, İ.М.Cəfərzadə, T.Passek və B.Latınin tərəfindən tədqiq edilmişdir. Bu qrupa daxil olan Bəyimsarov, Borsunlu, Sarıçoban kurqanlarının tədqiqində H.F. Cəfərov, F.R.Мahmudov, T.İ.Axundov iştirak etmişdir.
Xocalı nekropolunun böyük daş kurqanları (№ 7,11,14,19- 21). Arçadzor- Dovşanlıda 1 və 2 №- li, Axmaxidə 1- 5 №- li, Ballıqayada 1 №- li, Qarabulaqda 91 №- li kurqan dəfn adətinin zənginliyi ilə fərqlənir. Onlar üçün böyük kurqan təpəsi, qəbir kamerasının mürəkkəb quruluşu, ağac konstruksiyalardan istifadə olunması, qəbir kamerasının və skeletlərin qırmızı oxra ilə boyanması, at sümüklərinə rast gəlinməsi, kollektiv dəfn, xeyli miqdarda silah və at əsləhəsinin olması xarakterikdir. Bəzi kurqanlarda uzadılmış skeletlərin ətrafında, oturmuş vəziyyətdə olan insan skeletlərinə də təsadüf olunmuşdur. Bu əlamətlərinə görə, Qarabağ qrupunun abidələri ilə Gəncəçay rayonunun abidələri arasında yaxınlıq görünür. Dəfn adətini aydınlatmaq məqsədilə onların bəzisi haqqında ətraflı məlumat vermək fikrindəyik.
Şəkil 91. Dağlıq Qarabağ abidələrinin maddi-mədəniyyət nümunələri
Arçadzor-Dovşanlıdakı 1 №- li kurqanın altında daş tipli qutu qəbirdə 4 insan skeleti aşkar olunmuşdur. Qəbrin üzəri 5 daş plitə ilə örtülmüşdür. Skeletlərin biri qəbrin cənub-şərqində, əlləri yanına uzadılmış şəkildə dəfn olunmuşdur. Onun ayağının yaxınlığında kauri ilə doldurulmuş küpə aşkar olunmuşdur. Skeletin başında tunc çələng olmuşdur. Skeletin ikisi isə qərb divarın künclərində qeydə alınmışdır. Onların birinin qadına aid olduğu zənn edilir. Onun başında tunc təbəqədən hazırlanmış baş bəzəyi olmuşdur. Digər 2 skeletin başında dəbilqə olduğu güman edilir.
Burada tədqiq edilən 2 №- li kurqanın altında üç qəbir aşkar olunmuşdur. Onların biri qazıntı sahəsindən kənarda qaldığından, öyrənilməmişdir. I «a» qəbrində insan skeleti, onun başında diadema, ətrafında at kəlləsi, qaban dişləri, tunc halqa və serdolik muncuqlar aşkar edilmişdir. Skeletin sağ çiyni yaxınlığında qofre edilmiş kiçik küpə aşkar olunmuşdur. Мaraqlıdır ki, bu qəbirdəki skeletin ağzına qızıl tozu doldurulmuşdur.
Kurqandakı II «v» qəbrində başsız bir insan skeleti, tunc və daşdan əşyalar, gil qab parçaları, at əsləhəsi tapılmışdır. Qəbirdə, həmçinin at, it və quş sümüklərinə rast gəlinmişdir.
Araçadzor və Ballıqaya arasında yerləşən Axmaxi kurqanları kiçik həcmli olması ilə fərqlənir. Onların kurqanaltı qəbirləri daş qutularla təmsil olunmuşdur. Axmaxidəki 1 №- li kurqanda dörd skelet aşkar olunmuşdur. Onların biri uzanmış, üçü isə oturmuş vəziyyətdə olmuşdur. Axmaxidəki 3 №-li kurqanın qəbir kamerasında 9 insan skeleti aşkar olunmuşdur. Onların biri uzadılmış, səkkizi isə oturmuş vəziyyətdə olmuşdur. Oturmuş vəziyyətdə aşkar olunmuş skeletlərdə zorla öldürmə əlamətlərinə rast gəlinmişdir.
A.A.İvanovskinin Köndələnçayın sağ sahilində tədqiq etdiyi 5 №- li kurqandan 3 insan və 2 dəvə skeleti aşkar olunmuşdur. Skeletlərin ətrafından tunc silah, qızıldan əşyalar, gil qablar tapılmışdır. Həmin arxeoloji materiallar Xocalı- Gədəbəy mədəniyyəti üçün xarakterikdir.
Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin bir qrupu Gədəbəy bölgəsinində yerləşir. Bu qrupa Daşkəsən, Xaçbulaq, Gədəbəy, Qazax və Şamxor rayonlarının arxeoloji abidələri daxildir. Bu qrupa aid yaşayış yerləri qəbir abidələri ilə müqayisədə azlıq təşkil edir.
Sarıtəpə yaşayış yeri Qazax şəhərinin cənub-şərqində yerləşir. Yaşayış yerində 1956-cı ildə İ.H.Nərimanov tərəfindən tədqiqat işlərinə başlanmışdır. Aşkar olunan arxeoloji materiallar əhalinin məşğuliyyəti və həyat tərzi haqqında məlumat verir. Sarıtəpədə qeydə alınan yaşayış binaları uzunsov, dördkünc formalıdır. Binaların divarları çay daşları ilə hörülərək, gil məhlulu ilə möhkəmləndirilmişdir. Divarların içərisi və evlərin döşəməsi gillə suvanmışdır. Arxeoloji tədqiqatlar zamanı yaşayaş yerindən Xocalı- Gədəbəy mədəniyyəti üçün xarakterik olan tunc bəzək əşyaları, boz və qara rəngli iri təsərrüfat küpləri, üzəri cızma naxışlı məişət qabları, yanmış taxıl və üzüm dənləri, xırdabuynuzlu və iribuynuzlu heyvan sümükləri əldə edilmişdir. Yaşayış yerindən aşkar olunan heyvan başlıqlı tunc qolbaqlar, dairəvi və düzbucaq formalı gil möhürlər diqqəti cəlb edir. Bu möhürlərin aşkar olunması, Son Tunc dövründə xüsusi mülkiyyətin mövcudluğunu təsdiq edən faktlardan biridir. Yaşayış yeri aşkar olunan arxeoloji materiallar əsasında e.ə. II minilliyin sonu, I minilliyin əvvəlinə aid edilir.
Babadərviş yaşayış yeri Qazax şəhərindən 2 km qərbdə, Ağstafaçayın sol sahilində yerləşir. Abidənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy
Şəkil 92. Sarıtəpə yaşayış yerinin materialları
mədəniyyəti üçün xarakterik olan arxeoloji material vermişdir. Aşkar edilmiş arxeoloji komplekslər dördkünc formalı evlər, təsərrüfat quyuları, təsərrüfat küpləri, müxtəlif məişət əşyaları, gil möhürlər, manqallar, tuncdan ox ucluqları, öküz heykəlciyi və dəmir məmulatından ibarət maddi-mədəniyyət nümunələri ilə xarakterizə olunur.
Babadərviş qəbirləri. Babadərvişdə, IV yaşayış yerində Son Tunc və Erkən Dəmir dövrünə aid dörd qəbir tədqiq edilmişdir. Qəbirlərdən tunc bilərzik, müxtəlif qablar aşkar edilmişdir. Qəbirlər Q.S.İsmayılov və V.H.Əliyev tərəfindən tədqiq olunmuşdur.
Töyrətəpə yaşayış yeri Qazax rayonunun Göyçəli kəndi yaxınlığındadır. Çoxtəbəqəli yaşayış yerində Neolit, Eneolit və Tunc dövrünə aid mədəni təbəqə aşkar edilmişdir. Töyrətəpənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan arxeoloji material vermişdir. Qazıntılar zamanı gillə suvanmış toxuma divarlı tikinti qalıqları, dördkünc formalı qurğular, gil möhürlər və müxtəlif formalı gil qablar aşkar olunmuşdur. Töyrətəpə yaşayış yerində rast gəlinən keramika məmulatının bir qismi basma naxışlıdır.
Şamxor rayonunun Seyfallı kəndi yaxınlığındakı yaşayış yeri 1939- cu ildə Y.İ.Hümmel tərəfindən kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Tədqiqatlar nəticəsində dən daşları, obsidian alətlər və qara rəngli gil qab parçaları aşkar olunmuşdur. Yaşayış yeri e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə aid edilir.
Yastıtəpə yaşayış yeri Qazax rayonunda, Ağstafa dəmiryol stansiyasından 1 km şimal-qərbdə, çox da hündür olmayan təpə üzərində yerləşir. 1957-1961-ci illərdə burada aparılan arxeoloji tədqiqatlar zamanı xeyli miqdarda gil qab parçaları, dən daşları, gil möhürlər və təsərrüfat küpələrinin qalıqları əldə edilmişdir. Yastıtəpə yaşayış yerinin boz və qara rəngli keramikası Xocalı- Gədəbəy mədəniyyəti üçün xarakterikdir. Aşkar olunmuş arxeoloji materiallar əsasında, yaşayış yeri e.ə. I minilliyin əvvəllərinə aid edilmişdir.
Qazax rayonu ərazisində yuxarıda göstərilən yaşayış yerlərindən başqa Nadirbəytəpəsi, Göyərçintəpə, Arançıtəpələri və s. abidələr də qeydə alınmış, lakin, Nadirbəytəpəsi istisna olmaqla, qalanları arxeoloji tədqiqatlarla geniş öyrənilməmişdir.
Gədəbəy bölgəsinin arxeoloji abidələrinin bir qismi qəbir abidələri ilə təmsil olunmuşdur. Onlar, başlıca olaraq, kurqanlar və daş qutularla təmsil olunmuşdur. Kurqanlara Xaçbulaq və Bayan kəndi yaxınlığında rast gəlinmişdir.
Xaçbulaq kurqanları Daşkəsən rayonunda, Qoşqarçayın yuxarısında yerləşir. H.P.Kəsəmənli bu kurqanları 3 qrupa bölür: 1. Kollektiv dəfnlərlə xarakterizə olunan kurqanlar; 2. Tək qəbirli kurqanlar; 3. Ağac örtüklün kurqanlar. 1960-cı ildən başlayaraq arxeoloq H.P.Kəsəmənli tərəfindən kollektiv dəfnlərlə müşayiət olunan kurqanların bir qismi tədqiq edilmişdir.
1 №-li kurqanın hündürlüyü 3,05 m olmuşdur. Kurqan əsasən torpaqdan düzəldilmişdir. Burada 37 qəbir aşkar olunmuşdur. Onların əksəriyyəti daş qutu tipli olmuşdur. Bütün bu qəbirlər Son Tunc dövrünə- e.ə. XIII-XII əsrlərə aid edilmişdir.
2 №-li kurqan Qoşqarçayın sağ sahilində, 1 №-li kurqandan 100 m cənubda yerləşir. Burada 1962-ci ildə qazıntı işləri aparılmışdır. Kurqanın diametri 15, hündürlüyü 1,55 m olmuşdur. E.ə. XIII-XII əsrlərə aid edilən kurqandan 9 qəbir aşkar edilmişdir ki, onlardan da 7-si daş qutu tipli olmuşdur.
Şəkil 93. Xaçbulaq daş qutularının materialları
3 №-li kurqanın diametri 15, hündürlüyü 1,6 m olmuşdur. Kurqan «Pristavlıq» adlanan ərazidə aşkar olunmuşdur. Bu kurqan da e.ə. XIII-XII əsrlərə aid edilmişdir. Kurqan üçün kollektiv dəfn xarakterik olmuşdur.
4 №-li kurqan 1901-ci ildə E.A.Resler tərəfindən tədqiq olunmuşdur. Qora-Persaqa adlanan kurqan Qoşqarçayın sağ sahilində, Bayan kəndinin cənubunda yerləşir. Kurqanın altında olan 18 qəbirdən 15-i daş qutu tipli olmuşdur. Daş qutuların hamısı qapaq daşları ilə örtülmüşdür. Qəbirlərin bəzisinin dibinə ağ rəngli gil, bəzisinə isə çınqıl döşənmişdir. Daş qutuların içərisi qumla doldurulmuşdur. Buradakı 2 №-li qəbirdə yanmış sümük, kül və kömürlə dolu olan gil qaba (urna) rast gəlinmişdir. Skeletlər bükülü vəziyyətdə, böyrü üstə, ya da üzü üstə basdırılmışdır.
Xaçbulaq kəndinin ətrafında «Çoban Abdulla yurdu» adlanan ərazidə diametri 15-20, hündürlüyü 1,5-2,5 metr olan qrup halında kurqanlar yerləşir. Onlardan birində aparılan qazıntılar zamanı 2 daş qutu qəbirdə sağ böyrü üstə uzadılmış, bükülü vəziyyətdə olan skeletlər və arxeoloji materiallar aşkar olunmuşdur. Kurqan e.ə. XII-XI əsrlərə aid edilmişdir.
H.P.Kəsəmənli tərəfindən ikinci qrupa aid edilən, tək dəfnlə xarakterizə olunan kurqanlara Xaçbulaq, Çovdar, Seyidkənd və Balçılıda rast gəlinmişdir. Bu qrupa aid kurqanlar E.A.Resler və İ.М.Cəfərzadə tərəfindən tədqiq edilmişdir. 1938-ci ildə İ.М.Cəfərzadə tərəfindən 2 kurqan öyrənilmişdir.
Daşkəsən rayonunun Seyidkənd yaxınlığında olan kurqanların daş qutuları böyük sal daşlardan qurulmuşdur. Burada 1901-ci ildə E.A.Resler tərəfindən tək dəfnlərlə xarakterizə olunan 4 kurqan öyrənilmişdir. Onların üçü daş qutu tipli, biri ağac örtüklü torpaq qəbir olmuşdur. E.A.Resler qeyd edir ki, bu qəbirlər xalq arasında «qəbri-ur-rus» (nəhənglər qəbiri) adlanır. O, bu ərazidə bir neçə belə «nəhənglər» qəbrinə rast gəldiyini yazır. Daş qutuların ikisinin döşəməsinə də daş piltələr döşənmişdir. Seyidkənd kurqanlarında oturmuş vəziyyətdə skeletlər də aşkar olunmuşdur. Seyidkənd daş qutularının Xocalı-Gədəbəy mədəniyyəti üçün xarikterik olan keramikası qara rəngli, gövdəsinin yuxarısında böyük novlarla naxışlanan, qaba hazırlanmış qablardan ibarətdir.
Balçılıda 1901-ci ildə E.A.Resler tərəfindən tək qəbirlərlə xarakterizə edilən bir neçə kurqan qeydə alınmışdır ki, onlardan da üçü tədqiq edilmişdir. Birinci kurqanın hündürlüyü 2,75, ikincininki isə 2,10 metr, birinci kurqandakı qəbrin uzunluğu 2,74, eni 1,00, dərinliyi 1,66 metr olmuşdur.
E.A.Resler apardığı tədqiqatlardan belə nəticəyə gəlinmişdir ki, kurqanların ən aşağı hissəsində – əsas qəbirdə ölən adamın atı, silahı, qəbir avadanlığı ilə, ondan üst qatda vəhşi və ev heyvanları, öz sahibkarına qulluq edən qullar dəfn edilmişdir. Yuxarı qatda tonqal yandırılmış, oraya daş tökülmüş və kurqan düzəldilmişdir.
Xaçbulaq kurqanlarının materialları Gədəbəy və Gəncəçay zonasında gil məmulatının formasında mövcud olan ümumiliyi müəyyən etməyə imkan verir.
Daşkəsən nekropolunun daş qutu tipli qəbirləri bir sıra xüsusiyyətləri ilə fərqlənir. Burada uzadılmış vəziyyətdə dəfn adətindən tutmuş, kəllənin altına kasa qoyulmasına, kollektiv dəfn, kəlləsiz dəfn etməyə qədər müxtəlif dəfnlərə, həmçinin küllə doldurulmuş qablara-urnalara da rast gəlinmişdir. Dəfn edilmiş skeletlərin bəzisi qeyri-adi böyüklükdə (uzunluğu 2,13 m) və uzunbaşlı olmuşdur. Qəbirlərdən boz rəngli, konnelyur naxışlı və sadə qablar aşkar olunmuşdur.
Şəkil 94. Quşçu daş qutularının keramikası
1984-cü ildə aparılan arxeoloji qazıntılar zamanı Xaçbulaqda daha iki kurqan öyrənilmişdir. Kurqanaltı qəbirlər daş qutulardan ibarət olmuşdur. 2№-li kurqanda isə 4 daş qutu aşkar olunmuşdur. Daş qutular üçün bükülü vəziyyətdə olan tək qəbirlər xarakterikdir. Bu baxımdan 3 №-li kurqanın üçüncü qəbiri istisnalıq təşkil edir. Bu qəbirdə iki böyük və bir uşaq skeletinə rast gəlinmişdir. Qəbir avadanlığı Son Tunc dövrü üçün xarakterik olan keramika, iy başlıqları, ucu əyri bıçaqlar, iynələr, xəncər, kəmər, sinə bəzəkləri, bilərzik və s. əşyalardan ibarət olmuşdur.
Kurqan tipli abidələrə Şamxorçay hövzəsində də rast gəlinmişdir. Bu abidələrin kurqanaltı kameraları daş qutu və torpaq qəbirlərdən ibarətdir. Qəbirlər sağ, ya da sol böyrü üstə, bükülü vəziyyətdə dəfn edilmiş skeletlərlə xarakterizə olunur. Burada tədqiq edilən 9 №-li kurqanın altındakı torpaq qəbirdə, bükülü vəziyyətdə tək insan skeleti, gil qablar, tunc əşyalar və qaban dişləri aşkar olunmuşdur.
Qəbir abidələrinin bir qrupu daş qutularla təmsil olunmuşdur. Bu qəbirlərin yayılma arealı Gəncəçay rayonunun dağlıq hissəsini də əhatə edir. Bu tipli qəbirlərə Çovdar, Bayan, Quşçu, Мirzik, Aşağı Daşkəsən, Gədəbəy qəbirstanlıqlarında rast gəlinmişdir.
Bayan və Quşçu kəndləri yaxınlığındakı daş qutular iri pilitələrdən qurulmuşdur. Qəbirlər 1,50-2 m dərinlikdə aşkar olunmuşdur. Onların bəzisi iki sıra sal daşla qurulmuşdur. Qəbirlərdə ağac kömürünə, donuz dişlərinə, alt çənənin ayrı qoyulmasına rast gəlinmişdir. Quşçu daş qutuları üçün boz və qara rəngli gil qablar xarakterikdir. Qabların bir qismi basma naxışlıdır.
Xaçbulaqda daş qutu tipli qəbirlər Çovdar, Aşağı və Yuxarı Daşkəsən, Quşçu, Zağalı, Hamamdüzü və Tatoğlu yurdu adlanan yerlərdə tədqiq edilmişdir. Onlar yanlarda sal daşlarla qurulmuş, üzəri isə yastı sal daşla örtülmüşdür. Xaçbulaq daş qutu qəbirləri üçün, başlıca olaraq, tək dəfnlər xarakterikdir.
Gədəbəydə açılan daş qutu qəbirlər iri sal daşlarla qurulmuşdur. Bəzi qəbirlərin divarları sal daşlardan qurulmaqla bərabər, çay daşları ilə də hörülmüşdür. Qəbirlər üçün adətən oturmuş, ya da uzadılmış vəziyyətdə olan tək skeletlər xarakterikdir. Lakin V.Belkin Gədəbəydə tədqiq etdiyi qəbirlərin birində kollektiv dəfn adəti qeydə alınmışdır. Bu qəbirdə 15 skelet aşkar olunmuşdur.
Gəncəçay rayonunun abidələrində rast gəlinən parçalanmış skeletlər, kəllənin və alt çənənin ayrı qoyulması adəti Gədəbəy-Daşkəsən bölgəsinin abidələrində də aşkar olunmuşdur.
E.Resler tərəfindən Aşağı Daşkəsəndə tədqiq edilən daş qutu tipli qəbirlərin birində kollektiv şəkildə dəfn olunmuş dörd insan skeleti qeydə alınmışdır. Qəbirin mərkəzində arxası üstə, bükülü vəziyyətdə, əlləri döşündə çarpazlaşdırılmış bir skelet olmuşdur. Bükülü vəziyyətdə sağ və sol böyrü üstə yerləşdirilən digər skeletlər kəlləsizdir. Qəbirin cənub tərəfində üst çənə sümüyünün parçaları tapılmışdır.
A.A.İvanovskinin Gədəbəy rayonunda qazdığı daş qutularda da skeleton parçalanmış halda dəfn olunmasına rast gəlinmişdir. Divarları kobud daşla qurulmuş daş qutu qəbirdə çürümüş insan skeleti və gil qabın içərisinə qoyulmuş alt çənə qeydə alınmışdır.
Gədəbəydəki 12 №-li daş qutuda insan skeletinə aid çürümüş barmaq və çanaq sümükləri, habelə qərb divarından bir qədər aralı qoyulmuş insan kəlləsi aşkar olunmuşdur. Kəllənin üst sümükləri yox imiş.
Rezendorfun Quşçu kəndi yaxınlığında tədqiq etdiyi daş qutu tipli qəbirlərin birində on bir insan kəlləsi, bir neçə ilik sümüyü, dörd onurğa və bir neçə barmaq sümüyü tapılmışdır. Qəbir avadanlığı beş ədəd dəmir nizə ucluğundan, iki ədəd dəmir xəncərdən, xəncər qınlarından, tunc kəmər və s. əşyalardan ibarət olmuşdur. Rezendorf rast gəldiyi dəfn adəti ilə bağlı belə bir fikir yürütmüşdür ki, insan öldükdən sonra ətinin çalağanlar tərəfindən yeyilməsi üçün onun meyidi müəyyən yerə qoyulurmuş və bununla bağlı bir sıra hallarda onun bəzi sümükləri itirmiş.
Qeyd edək ki, Rezendorfun bu mülahizəsi düzgün deyildir. Son illər Azərbaycan və Yaxın Şərq abidələrində aparılan tədqiqatlar belə dəfn adətinin kollektiv dəfnlə bağlı olduğunu göstərir.
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan abidələrin bir qismi siklop tikintiləridir. Bu tip tikintilər Cənubi Qafqazın müxtəlif rayonlarında qeydə alınmışdır. Azərbaycanda Xanlar, Dəstəfur, Şamxor, Gədəbəy, Tovuz və Qazaxda aşkar olunan bu tip tikintilər başlıca olaraq yüksək daş kəsimlərində yerləşir. Bəzi tədqiqatçılar Naxçıvan ərazisində yerləşən bir qrup qalanı siklop tikintiləri sırasına daxil etmişdir. Bu abidələrin siklop tikintisi adlandırılmasının səbəbi, onların tikintisində böyük qaya parçalarından və iri daşlardan istifadə edilməsidir. Lakin aparılan araşdırmalar göstərir ki, bu abidələr Son Tunc dövründə müdafiə məqsədi ilə inşa edilmiş qalalardır.
1983-1984-cü illərdə Gəncə-Qazax arxeoloji ekspedisiyasının birinci dəstəsi Gədəbəy rayonunda yerləşən siklop tikintilərdə də araşdırma aparmışdır. Tədqiqatlar nəticəsində abidələrin bir qismində kəşfiyyat şurfu qoyulmuşdur.
Son illərdə tədqiq olunan siklop tikintilər, tədqiqatçı T.Rəsuloğlu tərəfindən, mədəni təbəqəsinin qalınlığına görə üç qrupa bölünür: 1. mədəni təbəqəsinin qalınlığı 0,5-0,8 metr olan tikintilər; 2. mədəni təbəqəsinin qalınlığı 1,2- 2 metr olan tikintilər; 3. mədəni təbəqəsi olmayan tikintilər. Yüksək dağlıq hissədə yerləşən qalalarda mədəni təbəqə ya az yığılmış, ya da heç yığılmamışdır (I Göydərə qalası, II Göydərə, Böyük Qalaça və b.). Birinci qrup qalaların ətrafına müdafiə divarının çəkilməsinə baxmayaraq, onların müdafiə imkanları olduqca azdır. İkinci qrup qalalar isə strateji cəhətdən əlverişli və təbii müdafiə olunan mövqelərdə salınmışdır.
Aparılan arxeoloji qazıntılar siklop tikintilərin funksional vəzifəsini müəyyən etməyə imkan vermişdir. Tədqiqatçıların fikrinə görə, I qrupa daxil olan və güclü müdafiə divarı ilə əhatə olunan qalalar müdafiə məqsədilə, ikinci qrupa daxil olan qalalar yaşayış yeri kimi, üçüncü qrupa daxil olan qalalardan isə mal-qaranın saxlanması üçün ağıl məqsədilə istifadə olunmuşdur. Güman etmək olar ki, hər üç qrupa aid olan tikintiləri Son Tunc dövründə Qərbi Azərbaycanın dağlıq ərazilərində məskunlaşan maldar tayfalar yaratmışlar.
Arxeoloji araşdırmalar göstərir ki, e.ə. II minilliyin ikinci yarısında Azərbaycanda müdafiə tikintilərinin meydana çıxması, cəmiyyətin social həyatında meydana gələn dəyişikliklər və xarici işğal təhlükəsi ilə bağlı olmuşdur.
Comments are closed, but trackbacks and pingbacks are open.