8-ci sinif Azərbaycan tarixi
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Azərbaycan tarixi
I Bölmə. Azərbaycan XI əsrin ortaları – XIII əsrin əvvəllərində
I fəsil. Səlcuqlar və Azərbaycan
§1. Azərbaycan Böyük Səlcuq imperatorluğunun tərkibində
§2. Azərbaycan xalqının Cənubi Qafqazda əsas etnik amilə çevrilməsi
I Bölmə. Azərbaycan XI əsrin ortaları – XIII əsrin əvvəllərində
II fəsil. Azərbaycan XII əsr – XIII əsrin əvvəllərində
§3. Şirvanşahlar dövləti
§4. Azərbaycan Atabəylər (Eldənizlər) dövləti
§5. Eldənizlər dövlətinin qüvvətlənməsi və tənəzzülü
§6. İqtisadi yüksəliş
§7. Şəhərlər. Sənətkarlıq və ticarət
I Bölmə. Azərbaycan XI əsrin ortaları – XIII əsrin əvvəllərində
III fəsil. Azərbaycan intibah mədəniyyəti
§8. Azərbaycan dünya sivilizasiyanın mərkəzlərindən biri kimi. Məktəb və elm
§9. Ədəbiyyat
§10. Memarlıq. İncəsənət
II Bölmə. Azərbaycan XIII əsr – XV əsrin əvvəllərində
IV fəsil. Azərbaycan monqollar hakimiyyəti dövründə
§11. Monqolların Azərbaycana birinci yürüşü
§12. Cəlaləddinin Azərbaycana hücumu
§13. Monqolların Azərbaycana ikinci yürüşü
§14. Monqolların Azərbaycana üçüncü yürüşü. Azərbaycan Hülakü imperatorluğunun tərkibində.
§15. Azərbaycan Çobanilərin və Cəlairilərin hakimiyyəti dövründə
§16. Toxtamış və Əmir Teymurun Azərbaycana yürüşləri
§17. Şirvanşahlar dövləti
§18. Şəki hakimliyi
II Bölmə. Azərbaycan XIII əsr – XV əsrin əvvəllərində
V fəsil. Azərbaycanın iqtisadi həyatı
§19. Azərbaycanın iqtisadi vəziyyəti. Şəhərlər. Sənətkarlıq və ticarət
§20. Qazan xanın islahatları
II Bölmə. Azərbaycan XIII əsr – XV əsrin əvvəllərində
VI fəsil. Mədəniyyət
§22. Elm. Nəsrəddin Tusi
§23. Ədəbiyyat
§24. Memarlıq. İncəsənət
III Bölmə. Azərbaycan XV əsrdə
VII fəsil. Qaraqoyunlu dövləti
§25. Qaraqoyunlu tayfa ittifaqının meydana gəlməsi
§26. Qaraqoyunlu dövlətinin yaranması
§27. Qaraqoyunlu dövlətinin genişlənməsi, imperatorluğa çevrilməsi
III Bölmə. Azərbaycan XV əsrdə
VIII fəsil. Ağqoyunlu dövləti və Ərdəbil hakimliyi
§28. Ağqoyunlu dövlətinin meydana gəlməsi və genişlənməsi
§29. Ağqoyunlu dövlətinin xarici siyasəti
§30. Ağqoyunlu-Osmanlı müharibələri
§31. Ağqoyunlu dövlətinin süqutu
§32. Ərdəbil hakimliyi
III Bölmə. Azərbaycan XV əsrdə
IX fəsil. Azərbaycanda ictimai-iqtisadi həyat və mədəniyyət
§33. İctimai-iqtisadi həyat
§34. Mədəniyyət
IV Bölmə. Azərbaycan XVI əsr – XVII əsrin birinci yarısında
X fəsil. Azərbaycan Səfəvi dövləti
§35. Azərbaycan Səfəvi dövlətinin yaranması
§36. Səfəvi dövlətinin geniş ərazili imperatorluğa çevrilməsi
§37. Səfəvi-Osmanlı müharibələrinin başlanması. Çaldıran döyüşü
§38. Səfəvi-Osmanlı münasibətlərinin kəskinləşməsi
§39. Vahid Azərbaycan dövlətinin yaranması prosesinin başa çatması
§40. İctimai-iqtisadi həyat
IV Bölmə. Azərbaycan XVI əsr – XVII əsrin birinci yarısında
XI fəsil. Azərbaycan Səfəvi dövləti XVI əsrin yarısı – XVII əsrin birinci yarısında
§41. Daxili vəziyyət. Səfəvi-Osmanlı müharibələrinin yeni mərhələsinin başlanması
§42. Səfəvi dövləti XVI əsrin sonunda
§43. Şah I Abbasın islahatları
§44. Səfəvi-Osmanlı müharibələri
§45. Səfəvi-Osmanlı müharibələrinin nəticələri
§46. Cəlalilər hərəkatı. Koroğlu
§47. İqtisadi həyat. Kənd təsərrüfatı. Şəhərlər
§48. Ticarət əlaqələri. Sosial münasibətlər
§49. Mədəniyyət
Haqqımızda
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Əlaqə
- Azərbaycan, Bakı şəhəri
- +994 50 686 86 44
- sbabanli@yahoo.com
Abunə
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
© Bütün hüquqlar qorunur.
8-ci sinif Azərbaycan tarixi
Orta ümumtəhsil məktəblərinin 8-ci siniflərində istifadə olunan “Azərbaycan tarixi” (“Təhsil” nəşriyyatı, Bakı-2015), dərsliyi barədə ümumiləşmiş qeydlər Bakı ş., 72 saylı məktəb-liseyın tarix müəllimi
Aydın Allahverdiyev
İllik tədris yükü 68 saat nəzərdə tutulan dərslik formal olaraq 29, faktiki isə 39 paraqrafdan ibarətdir. Bunun səbəbi 12,13 və 18-ci paraqrafların dünya təcrübəsində tətbiq olunan, lakin Azərbaycan üçün ənənəvi olmayan I, II, III və s. kimi hissələrə ayrılmasıdır. Ancaq müəlliflərin bu bölgünü hansı prinsipə əsaslanaraq və nə üçün (təlimə verdiyi fayda baxımdan) apardıqları aydın deyil.
Dərsliyin bütün paraqrafları fənərciklərə ayrılmış, müxtəlif tipli sual və tapşırıqlarla təchiz olunmuşdur. Lakin təəssüf ki, sual və tapşırıqların tərtibi zamanı çoxlu üslub qüsurlarına yol verilmiş, bir sıra hallarda pedaqoji normalar pozulmuş və MMV-də tövsiyə olunan alt standartların tələbləri nəzərə alınmamışdır. Əksər paraqraflarda mövzuya motivasiya xarakterli girişlə başlanmış, ancaq bu pozitiv üslub bütün paraqraflarda gözlənilməmişdir.
Ümumən 200 səhifədən ibarət olan dərsliyin hər paraqrafı 5-6 səhifədən ibarətdir. Bu, şagird üzərinə düşən informasiya yükünün bərabər paylanması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, əvvəlki tarix dərslikləri ilə müqayisədə, burada faktoloji məlumatlar nisbətən azdır. Lakin təəssüf ki, bu dərslikdə də tarixi hadisə və proseslərin səbəb-nəticə əlaqələrinin, sinxronluğunun, qanun və qanunauyğunluqlarının şərhinə deyil, ənənəyə uyğun olaraq, müxtəlif tarixi fakt və hadisələrin konstatasiyasına üstünlük verilmişdir. Tarixi faktların paraqraflar üzrə paylanmasında da disproporsiyalar mövcuddur. Məsələn: §1 və 3-də əsr, il, ay və gün formasında 23 (!), §2 və 4-də isə 6-7 xronoloji fakt verilmişdir. Nəticədə, dərslikləri qiymətləndirmə meyarlarında verilmiş 1.4. Tədris vahidlərinin və materiallarının sadədən mürəkkəbə doğru ardıcıllığının təmin olunması tələbi pozulmuşdur.
Dərslik mündəricat, ön söz, 111 şəkil və illüstrasiya, 20 xəritə, mətni mənimsəməyə yardım etmək məqsədilə tərtib olunmuş 9 sxem, 34 tarixi mənbə və “Bunu bilmək maraqlıdır” başlıqlı məlumat bazasına malikdir. Paraqraflarda istifadə olunmuş şərti işarələrin izahı və mündəricat dərsliyin əvvəlində verilmişdir. Bu da təlim zamanı kitabla işləməyi xeyli asanlaşdırır. Paraqrafların adı nisbətən yığcam tərtib edilmişdir. Bu, mövzunu jurnala qeyd edərkən daha az vaxt itkisinə səbəb olduğundan, təqdirəlayiqdir. Bəzi paraqrafların adı motivasiya baxımından uğurlu seçilmişdir. Lakin təəssüf ki, bu əksər paraqraflar üçün səciyyəvi deyildir.
Yeni təlim standartaları əsasında tərtib olunmuş digər dərsliklərindən, həmçinin orta ümumtəhsil məktəblərinin 8-ci siniflərində istifadə edilən “Ümumi tarix” dərsliyindən fərqli olaraq, bu dərslikdə mövzulara aid açar sözlər verilməmişdir.
Dərslikdə fənn kurikulumundakı bütün məzmun standartlarının reallaşdırılmasına cəhd edilmişdir. Lakin tədris vahidlərində həm əsas, həm də alt standartların tətbiqi nisbəti kəskin şəkildə pozulmuşdur.
Göründüyü kimi müəlliflər standartları reallaşdırarkən mədəniyyət və məkanla bağlı məsələlərə daha az diqqət yetirmişlər. Ən çox diqqət yetirilən Zaman standartındakı 1.1.1. alt standartına isə cəmi bir dəfə müraciət olunmuşdur. Ümumiyyətlə, 15 alt standartdan 7-sinə digərləri ilə müqayisədə xeyli az (1-3 dəfə) diqqət ayrılmışdır. Standartların reallaşdırılması səviyyəsindəki bu cür kəskin nisbət pozuntularının olması, şagird qabiliyyətlərinin hərtərəfli inkişafına mənfi təsir göstərdiyindən, yolverilməzdir.
Dərslikdə təlim materiallarının müasirliyi, elmiliyi, dəqiqliyi və mötəbərliyi prinsipi əsasən gözlənilmisdir. Lakin bəzi mövzularda tarixi fakt və hadisələrin ifadəsi zamanı yol verilən texniki və üslub qüsurları, həmçinin rast gəlinən fikir ziddiyyətləri qeyd olunan prinsipin müəyyən mənada həm də, pozulmasına səbəb olmuşdur. Məsələn: §2, səh.19-da Hörmüzün liman və boğaz olması ilə bağlı mətnin müxtəlif hissələrində fərqli fikirlərin verilməsi, yaxud §3, səh.20-də giriş mətnində artıq köhnəlmiş “Ön Qafqaz” ifadəsindən istifadə olunması, yenə orada, Hörmüzün geri alınması ilə bağlı səh.22-də xəritədə verilmiş məlumatla, səh.24-dəki məlumatın bir-birini təkzib etməsi, yaxud §5, səh.32-də 3-cü abzasda Rusiyanın Volqa çayı sahillərini və Xəzər dənizi hövzəsini guya XVII əsrdə işğal etməsi ilə bağlı verilmiş fikir və s. bu kimi faktlar dediklərimizi təsdiq edən nümunələrdəndir.
Təqdim olunan mövzularda dərsliyə verilən didaktik tələblər qismən ödənilmişdir. Burada Azərbaycan tarixində iz qoymuş müxtəlif tarixi şəxsiyyətlərin və hadisələrin nümunəsində şagird şəxsiyyətinin formalaşdırılması istiqamətində müəyyən addımlar atılmış, milli dəyərlərimizi əks etdirən bəzi faktlar verilmişdir. Lakin təəssüf ki, sosial təcrübə baxımdan gənc nəsil üçün örnək ola biləcək, onları düşündürəcək situasiyalara dərslikdə demək olar ki rast gəlinmir. Bu dərslik də sovet dövründə olduğu kimi avtoritar üslubda yazılmış, bütün yardımçı materiallar, o cümlədən sual və tapşırıqlar da yalnız müəllif fikrinin təsdiqinə və möhkəmləndirilməsinə istiqamətlənmişdir. Alternativliyə yol verilməməsi, mövcud dərsiliyin informativ xarakterli olub, daha çox hafizə yönümlü təlimə xidmət etməsini şərtləndirmişdir. Bunu isbat etmək üçün istənilən paraqrafa, xüsusən də tarixi qaynaqların verildiyi mövzulara nəzər salmaq kifayətdir.
Təqdim olunan mövzularda fəndaxili inteqrasiya müəyyən qədər gözlənilsə də, fənlərarası inteqrasiyaya çox az diqqət yetirilmişdir. Yalnız 20-ci paraqraf bu mənada müəyyən istisna təşkil edir. Qeyd etdiklərimiz MMV-də verilən tematik planlaşdırma sxemində və mövzular üzrə tövsiyələrdə də (5-6-cı mövzular istisna olamqla) öz təsdiqini tapır. Dərslikdə davamlı inkişaf konsepsiyasına uyğun dəyərlərin (ətraf mühitə qayğıkeş münasibət, təbii sərvətlərdən səmərəli istifadə və s.) təbliğinə də az diqqət yetirilmışdir. Təəssüf ki, bu yeni və son dərəcə aktual olan düşüncə tərzinin yetişməkdə olan gənc nəslə aşılanması üçün dərslikdə yadda qalan hər hansı bir örnək verilməmişdir.
Mövzularda gender bərabərliyi gözlənilməmiş, etnik mənsubiyyət və dini inanclarla bağlı məsələlərdə həssas yanaşma təmin olunmamışdır. Dərslikdə cəmi iki qadının- Tuti Bikə və II Yekaterinanın adının çəkilmiş, yalnız bir qadının (Tuti Bikənin) və bir qızın (yönləndirici sual işarəsi) şəkli verilmişdir. Ölkəmizə hücum edən yadellilərdən bəhs edərkən, onların sərvət hərisliyindən daha çox, dini mənsubiyyətləri qabardılmış, birgə yaşadığımız qardaş xalqların etnik mənsubiyyəti məsələsində mübahisəli və həssas məqamlara yanaşmada korrektlik pozulmuşdur.
Dərslikdə müəllim və şagirdlərə 433 sayda müxtəlif tipli sual və çalışmalar təqdim olunmuşdur. Onların bir qismi sərbəst sütunda, bir qismi mətnin içərisində, digərləri isə paraqrafın sonundakı “Sual və tapşırıqlar” bölməsində verilmişdir. Qeyd olunan pərakəndəlik təlim zamanı müəyyən çətinliklər yaradır. Qabaqcıl dünya təcrübəsində olduğu kimi onların tipinə və xarakterinə görə qruplaşdırılıb bir yerdə verilməsi, zənnimcə daha yaxşı olardı. Təqdim olunan sual və tapşırıqların çoxu şagirdlərin yaş səviyyəsinə uyğundur. Onların bir qismi həm də yaradıcı xarakter daşıyır. Ancaq buna baxmayaraq, verilən çalışmaların əksəriyyəti qapalı tiplidir və şagirdi yalnız idrak taksonomiyasının I (Bilmək) səviyyəsində yoxlamağa imkan verir. Təəssüf ki, bəzi sual və tapşırıqların tərtibi zamanı üslub qüsurlarına yol verilmiş, bəzilərində isə pedaqoji normalar pozulmuş və ya MMV-də tövsiyə olunan alt standartların tələbləri nəzərə alınmamışdır. Məsələn: §3, səh.24-də yuxarıda verilmiş sualda çap xətasından qaynaqlanan elmi səhv var. Şah I Abbas “XVIII əsrin 20-ci illərində” deyil, XVII əsrin 20-ci illərində osmanlılara qarşı növbəti əməliyyatlara başlamışdır, yaxud §4, səh.30-da verilmiş sual və tapşırıqların heç biri MMV-də tövsiyə olunan alt standartları reallaşdırmağa istiqamətlənməmişdir və s. Pedaqoji normaların pozulmasına isə ən çox tədqiqat və motivasiya suallarında rast gəlinir. Məsələn: §5, səh.20, 2-ci sual: Avropa ölkələri öz məqsədlərinə çatdılarmı? (hansı?), §9, səh.52, 2-ci sual: Osmanlı dövləti Rusiyanın planlarına (hansı?) necə mane oldu?, yaxud §9, səh.52, 2-ci sual: Osmanlıların siyasəti ruslardan nə ilə fərqlənirdi? (nə vaxt? harada?) və yaxud §11, səh.64, 1-2-ci suallar: Bu məsul vəzifəni kim öz üzərinə götürdü? Səfəvi dövlətinin ərazilərini azad etmək üçün o nə etdi? və s.
Dərslikdə cəmiyyətin humanistləşməsi baxımdan son dərəcə əhəmiyyətli olan inklüzivliyin təmin olunması üçün materiallar (bir neçə sual və tapşırıq istisna olmaqla) demək olar ki, yoxdur. Halbuki biz bu gün siniflərdə sağlamlıq imkanları məhdud olan uşaqlarla da işləyirik. Differensial təlim üçün materiallar isə təəssüf ki, sual və tapşırıqlar səviyyəsindən kənara çıxmır.
Dərslikdə tarixi inkişafın qanun və qanunauyğunluqları, tarixi hadisə və proseslərin səbəb-nəticə əlaqələri, onların əhəmiyyətinin müəyyən edilməsi ilə bağlı məsələlər zəif işıqlandırılmışdır. Bu, həm də fənn kurikulumundakı əsas məzmun standartlarında “Tarixi nəziriyyə” standartının nəzərdə tutulmaması ilə bağlıdır.
Müəlliflər tərtib etdikləri mətni dil və üslub cəhətdən mümkün qədər sadələşdirməyə çalışmış, yeni söz və anlayışları xüsusi şriftlə fərqləndirərək, izahını vermişlər. Lakin təəssüf ki, fikirlərin təkrarlanması, onlar arasında rabitəsizlik, yaxud ziddiyyətlərin olması dərsliyin ən çox rast gəlinən qüsurlarındandır. Dərsliyin digər qüsurlardan biri də dil qaydaları ilə bağlıdır. Bəzi mətnlərdə dil qaydaları pozulmuş, bəzən durğu işarələri unudulmuş, bir sıra hallarda isə sadə və anlaşıqlı ifadə olunması mümkün olan cümlələr mürəkkəb və dolaşıq yazılmışdır. Məsələn, §1, səh.12, 2-ci abzasın sonuncu cümləsi dil qaydalarına görə: “1585-ci ildə, Sufiyan döyüşündə qüvvələri az olan qızılbaşlar geri çəkildilər”- kimi yazılmalı, §3-də giriş mətninin 4-cü cümləsindəki “. təhrik edərək. ” ifadəsindən sonra vergül işarəsi qoyulmalıdır. §7, səh.43, 2-ci abzasda yazılmış: “Bu dövrdə Şirvanın böyük bir hissəsində həm şah, həm də yerli feodalların zülmünə qarşı qalxan silahlı üsyan dalğaları geniş vüsət almaqda idi.”(121 işarə)- cümləsini daha sadə və anlaşıqlı formada belə ifadə etmək olardı: “ Bu dövrdə Şirvanda şahın və yerli feodalların zülmünə qarşı üsyanlar genişlənməkdə idi.” (75 işarə)
Dərslikdə şagirdin söz ehtiyatının artırılması üçün müəyyən iş görülmüş, mətn daxilində və xüsusi ayrılmış yerlərdə ümumən 27 yeni anlayışın izahı verilmişdir. Onlardan 6-sı məkanla, 1-i çəki sistemi ilə bağlıdır.Yeni anlayışların əksəriyyəti (səh.146-da verilənlər istisna olmaqla) xüsusi işarə və şriftlə fərqləndirilmişdir. Lakin bir illik təlim dövrü üçün nəzərdə tutulan, 39 mətn və 200 səhifədən ibarət bir dərslikdə cəmi 27 yeni anlayışın verilməsi, zənnimcə şagirdlərin söz ehtiyatının sürətli inkişafı üçün yetərli deyildir .
Şagirdlərin təlim materiallarını daha yaxşı mənimsəməsinə yardım etmək məqsədi ilə dərslikdə 111 illüstrasiya verilmişdir. Onların çox az bir qismi orijinaldır. Yəni xüsusi olaraq bu dərslik üçün hazırlanmış və bu vaxtadək heç yerdə istifadə olunmamışdır. Təəssüf ki, bəzi əvvəlki dərsliklərdə olduğu kimi, burada da şəkil, xəritə və sxemlərin heç biri (səh 27-dəki şəkillər istisna olmaqla) nörələnməmişdir. İllüstrasiyaların bir qismində şəkilaltı informasiya çatışmır. Məsələn: səh.32-də 1-ci şəkil, səh.50-dəki şəkil, səh.105-də, sağda aşağıdakı (?) şəkil və s. Səh.172-dəki şəkil isə təsvir olunan hadisənin qışda (fevralda) baş verdiyini yadda saxlamağa yardım etmir. Bəzi illüstrasiyaların solğun və qarışıq (səh.176-177) çəkilməsi, bir qisminin isə yerində olmaması mətnin səmərəli mənimsənil-məsinə mənfi təsir göstərir. (səh.43-dəki şəkillər, səh.172-dəki şəkil və s.) Bəzi görkəmli tarixi şəxsiyyətlərin təsvirləri ifadəlik və cəlbedicilik baxımdan uğurlu seçilməmişdir. (səh.15, 41 və s.)
Dərslikdə mövzuların mənimsənilməsinə yardım edən 20 müxtəlif xəritədən istifadə edilmişdir. Onların əksəriyyəti şərti işarələrlə təchiz olunmuşdur. Verilmiş coğrafi obyektlərin adı aydın oxunur. İstifadə olunmuş rənglər yorucu deyil. Lakin təəssüf ki, müəyyən çatışmazlıqlar burada da mövcuddur. Məsələn: səh.13-də döyüş yerlərini və paytaxt şəhərlərini bildirən şərti işarələr verilməmişdir; səh.22-də həm döyüş yerlərini və paytaxt şəhərlərini bildirən şərti işarələr verilməmiş, həm də Portuqaliyadan geri alınmış ərazi səhvən 1620-ci il (1622-ci il olmalıdır) göstərilmişdir; səh.111,114 və s. xəritələrdə isə ümumiyyətlə şərti işarələr verilməmişdir.
§13-II, III, IV və V mövzular cüzi istisna təşkil etməklə dərsliyin tərtibatında vahid dizayn üslubu əsasən gözlənilmiş, dərsliyin üz qabığı onun məzmununa uyğun tərtib olunmuşdur.
Dərsliyin bütün müsbət və mənfi cəhətlərinin təhlili, sonda bizi iki əsas suala cavab vermək zərurəti qarşısında qoyur. 1) Dərslik müstəqil təlimə imkan verirmi? 2) Dərslik interaktiv təlimə zəmin yaradırmı? Zənnimcə 1-ci sualın cavabı “Yox!”, 2-ci sualın cavabı isə “Cüzi”dir.
Yükləmək ücün qeydiyyatdan keçin!
Comments are closed, but trackbacks and pingbacks are open.