Press "Enter" to skip to content

Azrbaycan tarixi bsu

O, deyib ki, hər bir Azərbaycan vətəndaşı kimi qürurluyuq ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin edib. “Biz qürur duyuruq ki, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2022-ci il Azərbaycanda Şuşa ili kimi qeyd olunur” – deyə rektor vurğulayıb. Anar Nağıyev çıxışında qeyd edib ki, bu kitab təkcə Azərbaycan və Şuşa haqqında, Qarabağ haqqında obyektiv məlumatların çatdrılması ilə deyil, eyni zamanda Qarabağın, Şuşanın mədəniyyəti və tarixi ilə bağlı obyektiv informasiyaların təhrif olunmasına qarşı elmi mənbə olaraq olduqca əhəmiyyətlidir. Belə tədqiqatların dəstəklənməsinin vacib olduğunu deyən rektor kitabın təqdimatının Şuşa ilində BSU-da keçirilməsinin də əhəmiyyətini vurğulayıb və məmnunluğunu dilə gətirib.

BSU-da “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabın təqdimatı olub (FOTO)

İyulun 5-də Almaniyanın Yustus-Liebiq-Qiesen Universitetinin dosenti, tarixçi və ədəbiyyatşünas alim Dr. Mixael Raynhard Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai,

Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev, M.F.Axundov adına Azərbaycan Milli kitabxanasının müdiri Kərim Tahirov, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının nümayəndələri, BSU-nun professor-müəllim heyəti, əməkdaşları, doktorant və magistrantlar iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, pandemiyadan sonrakı dövrdə universitetdə keçirilən ilk kitab təqdimatının məhz Şuşaya həsr olunması qürurvericidir.

O, deyib ki, hər bir Azərbaycan vətəndaşı kimi qürurluyuq ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin edib. “Biz qürur duyuruq ki, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2022-ci il Azərbaycanda Şuşa ili kimi qeyd olunur” – deyə rektor vurğulayıb. Anar Nağıyev çıxışında qeyd edib ki, bu kitab təkcə Azərbaycan və Şuşa haqqında, Qarabağ haqqında obyektiv məlumatların çatdrılması ilə deyil, eyni zamanda Qarabağın, Şuşanın mədəniyyəti və tarixi ilə bağlı obyektiv informasiyaların təhrif olunmasına qarşı elmi mənbə olaraq olduqca əhəmiyyətlidir. Belə tədqiqatların dəstəklənməsinin vacib olduğunu deyən rektor kitabın təqdimatının Şuşa ilində BSU-da keçirilməsinin də əhəmiyyətini vurğulayıb və məmnunluğunu dilə gətirib.

Milli Məclisin deputatı Nigar Arpadarai kitabın Azərbaycan tarixini öyrənmək istəyənlər üçün dəyərli tədqiqat nümunəsi olduğunu bildirərək, bu formatda olan təqdimatların mütəmadi olaraq keçirilməsinin əhəmiyyətindən söz açıb.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli müstəqil Qərb müəllifləri tərəfindən xarici dillərdə Azərbaycan tarixi ilə bağlı kitabların yazılmasının əhəmiyyətindən danışıb. Kitabda yer alan sahə tədqiqatları barəsində məlumat verib.

Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev kitab haqqında geniş məruzə ilə çıxış edib. O, öz məruzəsində alman alimi Dr. Mixael Raynhard Hessin Azərbaycanla bağlı olan fəaliyyəti haqqında məlumat verib, həmçinin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabında yer alan tarixi faktların əhəmiyyətindən danışıb.

Sonra kitabın müəllifi, Almaniyanın Yustus-Liebiq-Qiesen Universitetinin dosenti, tarixçi və ədəbiyyatşünas alim Dr. Mixael Raynhard Hess çıxış edib. O, çıxışında bildirib ki, kitabın əsas qayəsi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır. Kitabda işğalçıların Şuşanın irsini silmək, təhrif və inkar etmək və bununla da, Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi əsaslandırılmış dəlillər ortaya qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kitab almandilli auditoriyaya, həmçinin Avropa oxucularına ünvanlanıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov bu kitabın ölkəmizin tarixinin öyrənilməsində müstəsna rol oynayacağını vurğulayıb. Kitabın xaricdə beynəlxalq səviyyədə nəşr olunan ilk elmi monoqrafiya olduğunu diqqətə çatdıraraq, Azərbaycanın tarixi Zəfərinə, Şuşa ilinə böyük töhfə olduğunu deyib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyətə malik olan kitabda sahə tədqiqatlarının yer aldığını bildirib.

Tədbirdə BSU-nun professorları, kafedra müdirləri, AMEA kitabxanasının direktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi və digər çıxış edənlər mövzu ətrafında öz fikirlərini bölüşüblər.

Azrbaycan tarixi bsu

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan tarixi

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.