Azərbaycan tarixi filmləri
“Bakı kinostudiyası”nda müxtəlif mövzularda filmlər yaradılmışdır. 1957-ci ildə çəkilmiş “Bir məhəlləli iki oğlan” (rejissorlar Ə.İbrahimov və İ.V.Qurin, operatorlar M.M.Pilixina və R.Ocaqov, bəstəkar Q.Qarayev) filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir.
Azərbaycan tarixi filmləri
Sosial şəbəkə hesabınızla daxil olun:
ILK.AZ hesabınızla daxil olun:
ILK.AZ hesabı yaratmaq üçün qeydiyyatdan keçin:
Azərbaycan filmlərində sevə-sevə izlədiyimiz aktyorlarımızın adlarını bilirsən?
3 il əvvəl 7219
Epidemiya filmləri – IMDb balı yüksək olan yoluxucu xəstəlik və virus filmləri
2 il əvvəl 5599
Gənc qızlarda ginekoloji problemlərin ilkin əlamətləri
1 il əvvəl 5801
Türkiyənin romantik komediya filmləri – IMDB balı yüksək olan 15 film
1 il əvvəl 5984
Bəzi televiziya və radio işçiləri “Tərəqqi” medalı ilə təltif edilib
3 il əvvəl 5871
Macera filmləri – Macera sevənləri heyran qoyacaq 35 macera filmi
3 il əvvəl 7848
Həftənin ən çox izlənilən filmləri
8 ay əvvəl 5814
Hind filmləri – Dünya kinosuna damğa vuran ən yaxşı hind filmləri
2 il əvvəl 19224
Azərbaycan ən çox hansı ölkələrə mal satır?
3 il əvvəl 5835
Azərbaycan məxtbəxinin tarixi və səciyyəvi xüsusiyyətləri
3 il əvvəl 6655
2020 Türk filmləri – 2020-ci ildə vizyona girən ən yaxşı türk filmləri
2 il əvvəl 6205
Bu gün günlərdən QARABAĞ!
3 il əvvəl 5385
Azərbaycanın dövlət rəmzləri – Bayraq, Gerb, Himn
1 il əvvəl 10060
SOS! Araz çayında balıqların kütləvi qırğını
3 il əvvəl 5660
Soyğun filmləri – Bütün zamanların ən yaxşı 20 soyğun filmi
2 il əvvəl 7176
Qarabağ ilə Sevilyanın oyununa artıq 10.000-dən artıq bilet satılıb!
3 il əvvəl 5641
Vətənpərvərlik mahnıları mp3 yüklə 2021
1 il əvvəl 171865
Uşaqların “Evdə qal” çağırışları
2 il əvvəl 7123
Cin filmləri – Ən yaxşı cin filmləri
3 il əvvəl 7185
40+ ən yaxşı Azərbaycan haqqında mahnılar mp3 yüklə
2 il əvvəl 8794
Rəşadətli Azərbaycan Əsgərlərinin Zəfər Videoları
2 il əvvəl 10869
Mafiya serialları – Cinayət mövzulu ən yaxşı 12 Mafiya filmi
2 il əvvəl 4683
Şəhidlərimizin anısına, Əsgərlərimizə dəstək olmaq üçün – Whatsapp statusda paylaşmaq üçün şəkillər
4 ay əvvəl 108884
İntiqam filmləri – IMDb balı yüksək olan ən yaxşı qisas filmləri
2 il əvvəl 6155
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahı: Ölkə xüsusi rejimə keçdi
2 il əvvəl 5204
Vətənimiz Azərbaycan haqqında nə qədər məlumatlısan?
2 il əvvəl 8819
2021-ci ilin ən yaxşı filmləri
1 il əvvəl 2967
İgid Əsgər, Möhkəm dayan! – Whatsapp statuslar
4 ay əvvəl 27451
26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə aid təbrik mesajları və şəkillər
1 il əvvəl 13013
Böyük həyəcanla izləyəcəyiniz 10 qorxu filmi
1 il əvvəl 6800
Bəlkə belə axtaraq?
Saytımızda çərəzləri (cookie) istifadəçi rahatlığını artırmaq üçün istifadə edirik. Daha detallı məlumat üçün klikləyin. Oxudum
Mədəniyyət
1935-ci ildə “Azərfilm”in Moskvanın “Mejraypromfilm” kinostudiyası ilə birgə yaratdığı “Mavi dənizin sahilində” (rejissor B.V.Barnet) bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, V.A.Kuzmina və başqaları çəkilmişlər. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır.
İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr olunmuş “Vətən oğlu” və “Bəxtiyar” (1941,1942, rejissor A.Quliyev) kinonovellaları, M.F.Axundovun həyat və fəaliyyətinə dair “Səbuhi” (1942, rejissorlar A.İ.Bek-Nazarov, R.Təhmasib), vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət “Bir ailə” (1943, rejissorlar Q.V.Aleksandrov, R.Təhmasib, M.Mikayılov), müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş “Sualtı qayıq T-9” (1943, rejissor A.İvanov) bədii filmləri çəkilmişdir.
1945-ci ildə Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası yenidən ekranlaşdırıldı. Rejissorlar R.Təhmasib və N.Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdilər. Film keçmiş SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir. “Arşın mal alan” filminə görə rejissorlar R.Təhmasib və N.Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər.
40-cı illərin sonu 50-ci illərin əvvəllərində “Bakı kinostudiyası”nın əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldilmiş, bu dövrdə yalnız “Fətəli xan” (1947, rejissor V.İ.Dziqan,1959-cu ildə ekrana buraxılmışdır) və “Bakının işıqları” (1950, rejissorlar İ.V.Xeyfits, A.Q.Zarxi və R.Təhmasib) bədii filmləri çəkilmişdir.
Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 50-ci illərin ortalarından başlanır. Bu dövrdə milli ssenarist, rejissor, operator, rəssam kadrları yetişir. Onların çoxu Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdılar (İ.Qasımov, Ə.Məmmədxanlı, İ.Tağızadə. L.Səfərov, H.Seyidbəyli, Ə.İbrahimov, N.İsmayılov, H.Seyidzadə, Ş.Mahmudbəyov, Ə.Atakişiyev, X.Babayev, A.Nərimanbəyov, T.Axundov, R.Ocaqov, K.Nəcəfzadə, C.Əzimov, E.Rzaquliyev, N.Zeynalov və b.).
Həmin illərdə bədii filmlərin çəkilişinin sayca çoxalması onların mövzu dairəsinin genişlənməsinə səbəb oldu. Ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı (“Qızmar günəş altında” (1957, rejissor L.Səfərov), “Qara daşlar” (1958, rejissor A.Quliyev), “Kölgələr sürünür” (1958, rejissorlar İ.Əfəndiyev və Ş.Şeyxov), “Onun böyük ürəyi” (1959, rejissor Ə.İbrahimov), “Həqiqi dost” (1959, T.Tağızadə), “Onu bağışlamaq olarmı?” (1960, rejissor R.Təhmasib), “Bizim küçə” (1961, rejissor.Ə.Atakişiyev), “Böyük dayaq” (1962, rejissor H.İsmayılov), “Telefonçu qız”, “Belə ada da vardır” (1962,1963, rejissor H.Seyidbəyli), “Ögey ana” (1959, rejissor. H.İsmayılov).
“Bakı kinostudiyası”nda müxtəlif mövzularda filmlər yaradılmışdır. 1957-ci ildə çəkilmiş “Bir məhəlləli iki oğlan” (rejissorlar Ə.İbrahimov və İ.V.Qurin, operatorlar M.M.Pilixina və R.Ocaqov, bəstəkar Q.Qarayev) filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir.
Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmiş “Uzaq sahillərdə” (1958, rejissorT.Tağızadə) filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə verilmiş xarakterlər, operator və rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır. 60-cı illərin əvvəllərindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi. “Koroğlu” (1960, rejissor H.Seyidzadə) bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir. “Səhər” (1961, rejissor A.Quliyev) filmi Bakıda 1905-1907-ci illər inqilabı hadisələrindən söhbət açır. “Mahnı belə yaranır” (1959,rejissorlar R.Təhmasib və M.Mikayılov) filmi Dağıstanın xalq şairi Süleyman Stalskiyə həsr edilmişdir. “Məhəbbət dastanı” (1961,rejissor L.Səfərov) “Leyli və Məcnun” mövzuları əsasında çəkilmişdir.
“Arşın mal alan” filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyl güclənmişdi. “Görüş” (1955, rejissor T.Tağızadə), “Sevimli mahnı” (“Bəxtiyar”, 1955, rejissor L.Səfərov, baş rolda R.Behbudov), “O olmasın, bu olsun” (1965, rejissor H.Seyidzadə), “Romeo mənim qonşumdur” (1963, rejissor Ş.Mahmudbəyov), “Əhməd haradadır?” (1964, rejissor A.İsgəndərov), “Ulduz” (1964, rejissor A.Quliyev), “Arşın mal alan” (1965, rejissor T.Tağızadə), “Qaynana” (1978, rejissor H.Seyidzadə) və s. filmlərdə bu ənənə davam etdirilmişdir.
XX əsrin 60-70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur (ssenariçilər R. və M.İbrahimbəyov qardaşları, Anar, A.Axundova, İ.Hüseynov, V.Səmədoğlu, R.Fətəliyev, rejissorlardan A.Babayev, E.Quliyev Q.Mirqasımov, İ.Əfəndiyev, T.İsmayılov, Q.Əzimzadə, Q.Babayev, operatorlar Z.Məhərrəmov, R.İsmayılov, R.Qəmbərov, V.Kərimov, rəssamlar F.Bağırov, R.İsmayılov, aktyorlar H.Məmmədov, Ş.Ələkbərov, H.Turabov, R.Balayev, Ş.Məmmədova və b.). Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, “Bir cənub şəhərində” (1969, rejissor E.Quliyev) filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur: (“Uşaqlığın son gecəsi”, “Gün keçdi” (1969,1971,rejissor A.Babayev), “Baş müsahibə”, “Var olun, qızlar” (1971,1973, rejissor E.Quliyev), “Həyat bizi sınayır” (1971, rejissor Ş.Mahmudbəyov), “Xoşbəxtlik qayğıları” (1976, H.Seyidbəyli) və s. filmləri göstərmək olar. 70-ci illərin sonralarında və 80-ci illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artmışdır. Ssenariçi R.İbrahimbəyovla rejissor R.Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyl güclüdür ((“İstintaq”, 1979,14-cü Ümumittifaq kinofestivalının baş mükafatı, Düşənbə,1980; SSRİ Dövlət Mükafatı ,1981), “Bağlı qapı” (1981), “Park” (1983), “Özgə həyat”(1987), “Ölsəm, bağışla” (1988)). Həmin mövzular “De ki, məni sevirsən” (1977, rejissor M.İbrahimbəyov), “Bizi bağışlayın” (1979, rejissor A.Babayev), “Gümüşü furqon” (1982) , “Şeytan göz qabağında” (1987, rejissor Q.Mirqasımov, 21-ci Ümumittifaq kinofestivalının mükafatı, Bakı,1988) , “Anın strukturu”, “İşgüzar səfər” (1982, rejissor R.İsmayılov), “Babamın babasının babası”, “Bağ mövsümü” (1985, rejissor T.Tağızadə), “İlıq dənizdə buz parçası” (1983, rejissor Y.S.Qusman), “Gümüş göl əfsanəsi”, “Burulğan”, “Təxribat” (1984, 1986, 1989, rejissor E.Quliyev) filmlərində yeni cəhətlərdən açılmışdır. “Yaramaz” 1988, rejissor V.Mustafayev) filmində xarakter deformasiyası müasir bədii ifadə vasitələri, satirik boyalarla təsvir edilmişdir. Film ölkəmizdə və xaricdə böyük maraq doğurmuşdur.
60-80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilmişdir. “Mosfilm” kinostudiyası ilə birgə yaradılmış N.Nərimanovun fəaliyyətindən bəhs edən “Ulduzlar sönmür” (1971,rejissor Ə.İbrahimov) filmi bu baxımdan diqqətəlayiqdir. S.Vurğunun “Komsomol poeması”nın motivləri üzrə çəkilmiş “Yeddi oğul istərəm” (1970, rejissor T.Tağızadə; Azərbaycan Lenin komsomolu mükafatı, 1970) filmi 20-ci illərin komsomolçularına həsr olunmuşdur. Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu bu filmin mühüm məziyyətlərindəndir. “Səmt küləyi” (1973, rejissor E.Quliyev) filmi Azərbaycan kinosunun tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk əsərdir, “Axırıncı aşırım” (1971, rejissor K.Rüstəmbəyov), “Qatır Məmməd” (1974, rejissor R.Ocaqov) filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur. “Sevinc buxtası” (1977, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1978), “O birigün gecə yarısı” (1981, rejissor A.Babayev; Azərbaycan SSR Dövlət Mükafatı, 1986), “Atları yəhərləyin” (1983, rejissor H.Turabov, Azərbaycan SSR Dövlət Mükafatı, 1986), “İşarəni dənizdən gözləyin” (1986, rejissor C.Mirzəyev) filmləri də tarixi mövzulardadır.
“Nəsimi” (1973, rejissor H.Seyidbəyli, 7-ci Ümumittifaq kinofestivalının ən yaxşı tarixi film üçün mükafatı, 1975) filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır. “Dədə Qorqud” (1975, rejissor T.Tağızadə) filmi poetikliyi ilə fərqlənir. “Babək” (1979, rejissor E.Quliyev) filmində IX əsr Azərbaycan sərkərdəsi Babəkin başçılığı ilə Xilafətə qarşı xalqın mübarizəsi təsvir edilmişdir. “Nizami” (1982, rejissor E.Quliyev) filmində N.Gəncəvinin, “Qəm pəncərəsi” (1986, rejissor Anar) filmində isə C.Məmmmədquluzadənin obrazı canlandırılmışdır.
Azərbaycan Bədii televiziya filmlərindən “Ad günü” (1977, rejissor R.Ocaqov,8-ci Ümumittifaq televiziya filmlər fevralının 1-ci mükafatı, Bakı,1979, Azərbaycan SSR Dövlət mükafatı,1980) xüsusilə fərqlənir. “Dantenin yubileyi”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Ötən ilin son gecəsi” (1978,1980,1983, rejissor G.Əzimzadə) “Bilmək istəyirəm” (1980, rejissor Q.Mirqasımov) və s. bədii filmlər də Azərbaycan Televiziyasının istehsalıdır. “Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları” (1981, rejissorAnar) televiziya filmi geniş arxiv materialları əsasında yaradılmışdır.
Bəzi filmlərdə İkinci Dünya müharibəsi mövzusu əksini tapmışdır: “Bizim Cəbiş müəllim” (1970, rejissor H.Seyidbəyli), “Bakıda küləklər əsir” (1974, rejissor M.Dadaşov), “Tütək səsi” (1975, rejissor R.Ocaqov) və s. “Şərikli çörək” (1969, rejissor Ş.Mahmudbəyov; Azərbaycan SSR Dövlət mükafatı,1969) filmində müharibənin son aylarında Bakının həyatı xüsusi səmimiliklə təsvir olunur. Rejissor R.İsmayılovun “Mən sizi həyatımdan artıq sevirdim” (1985) filmi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr edilmişdir.
Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: (“Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər ölkəsində” (1959, 1964, 1987, rejissor Ə.Atakişiyev), “Şirin evdən getməsi” (1978, rejissor R.İsmayılov), “Mən mahnı qoşuram”, “Əzablı yollarla”, “Musiqi müəllimi” (1979, 1982, 1983, rejissorT.İsmayılov), “Gəmi saatının sirri” (1982, rejissor R.Şabanov), “İsmayıl bəyin mücrüsü” (1983, rejissor G.Əzimzadə) və s. ) 1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi (“Əlaqə”, rejissor Ç.Zeynalov) yaradılmışdır.
Səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcı imkanları genişləndi. “Adlı-sanlı Azərbaycan” (1935, rejissor və ssenari müəllifi B.V.Pumyanski, V.Yeremeyev) bir hissəli sənədli xronika kinoalmanaxında ilk dəfə olaraq diktor mətni oçerkin qəhrəmanlarının çıxışı ilə sinxron verilmişdir. 1939-cu ildən “Azərbaycan ekranı” kinojurnalı “Ordenli Azərbaycan” (ildə 36 nömrə) adı altında çıxmağa başladı, 30-cu illərin səssiz filmlərindən tammetrajlı “Şərqə yol” (1934, rejissor A.A.Makovski), “Azərbaycan incəsənəti” filmləri diqqətə layiqdir. 1940-cı ildə rejissorlar M.Mikayılov və V.Yeremeyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyi münasibətilə “İyirminci bahar” sənədli filmini yaratdılar.
İkinci dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları (Ə.Həsənov və b.) və operatorları (M.Mustafayev, M.Dadaşov, S.Bədəlov, V.Y.Yeremeyev, Ç.Məmmədov və b.) cəbhə xəttinə gedərək əsgərlərin qəhrəmanlığını lentə çəkirdilər.
Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi. Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar, kinooçerklər də yaradıldı. “Vətən uğrunda” (1943, rejissor Ə.Həsənov), “Qayğı” (1943, A.Quliyev), “Məktuba cavab” (1944, rejissor İ.Əfəndiyev), “Qardaş köməyi” (1944, rejissor A.Dadaşov) və s. 1944-cü ildə “Bakı kinostudiyası” Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən “Xəzərilər” (rejissorlar Q.V.Aleksandrov və N.İ.Bolşakov) tammetrajlı sənədli filmini çəkdi. 1945-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi ilə əlaqədar rejissor H.Seyidzadə “Əbədi odlar diyarı” tammetrajlı sənədli filmini yaratdı.
Müharibədən sonrakı illərdə “Sovet Azərbaycanı” (ildə 36 nömrə; “Ordenli Azərbaycan” kinojurnalının yeni adı) ilə yanaşı “Gənc nəsil” ( ildə 4 nömrə) kinojurnalının da buraxılışına başlandı. 1945-50-ci illərdə sənədli kino sahəsində ssenaristlərin İ.Qasımov, Ə.Qulubəyov, rejissorlar Z.Kazımova, L.Səfərov, operatorlar A.Nərimanbəyov, T.Axundov, X.Babayev, bəstəkarlar Q.Qarayev, T.Quliyev və b. fəaliyyətə başladılar. Cənubi Azərbaycan xalqının 1945-1946-cı illərdə azadlıq mübarizəsindən bəhs edən “Arazın o tayında” (1947, rejissorlar İƏfəndiyev, E.İ.Şub) tammetrajlı filmi diqqəti cəlb edirdi. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin 30 illiyi münasibətilə 1950-ci ildə “Sovet Azərbaycanı” (rejissorlar M.Dadaşov, F.Kiselyov) rəngli tammetrajlı sənədli filmi yaradıldı. Film 1951-ci ildə Kann (Fransa) beynəlxalq kinofestivalının xüsusi mükafatına layiq görüldü. Sonrakı illərdə müasirlik mövzusu xalqın məişəti, əmək nailiyyətləri sənədli kino ustalarının yaradıcılığında başlıca yer tutmuşdu: “S.M.Kirov adına körfəzdə” (Venesiya beynəlxalq kinofestivalının mükafatına layiq görülmüşdür.1955) “Axtaran tapar” (1955, 1969, rejissor S.Məmmədov), “Xoşbəxtlik yolu ilə”, “Bizim Azərbaycan” (1957,1959,rejissor M.Dadaşov). “Bakı və bakılılar” (1957,rejissor L.Səfərov), “Azərbaycan mədəniyyətinin baharı” ( 1960, rejissorlar Ç.Məmmədov, X.Babayev), ” M.F.Axundov” (1962, rejissor N.Bədəlov) və s. sovet kinosu sənətinin görkəmli nümayəndələrindən sayılan “Xəzər neftçiləri haqqında dastan” (1953) və “Dənizi fəth edənlər” (1959) filmlərini dünya şöhrətli rejissor R.L.Karmen “Bakı kinostudiyası”nda çəkmişdir. Həmin filmlərdə dəniz neftçilərinin fədakar əməyi və həyatı əks olunmuşdur. Bu filmlərə görə rejissor R.L.Karmen, operatorlar Ç.Məmmədov və S.Y.Medinski Lenin mükafatına layiq görülmüşlər (1960).
1960-1970-ci illər sənədli kinosunda Q.Mirqasımov, Y.Əfəndiyev, R.Şahmalıyev, T.Bəkirzadə, N.Bəkirzadə kimi gənclər fəaliyyətə başladılar. Q.Mirqasımovun “Dəniz” (1965), “Qobustan” (1966), “Bu həqiqətin səsidir”, “Bəstəkar Qara Qarayev” (1967) filmlərində 60-cı illərin ikinci yarısında sənədli kinonun üslubundakı müəyyən dəyişikliklər (diktor mətninin olmaması, poetik əhval-ruhiyyə, dəqiq montaj) özünü göstərir.
Həmin filmlərə görə Q.Mirqasımov Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülmüşdür (1967). “Nə yaxşı ki, dünyada Səməd Vurğun varmış” (1967) filminin rejissoru Y.Əfəndiyevə, ssenari müəllifi İ.Şıxlıya, operator Z.Məmmədova, C.Cabbarlının xatirəsinə həsr olunmuş “Solmaz bir bahar kimi” (1979) filminin rejissoru Ç.Zeynalova Azərbaycan Lenin Komsomolu mükafatı verilmişdir. 70-80-ci illərdə maraqlı elmi-kütləvi kino nümunələri yaradılmışdır: “Naxışların yaddaşı” (1973, rejissor İ.Əfəndiyev), “Qızıl balıq” (1975, rejissor Ç.Fərəcov), “Hardasan, yaşıl sahilim” (1983, V.Mikayılov), “Eskulap piyaləsinin sirri” (1984, rejissor T.Bəkirzadə), “Dirçəlmə” (1984, rejissor Ç.Fərəcov), “Torpaq borcu” (1986, rejissor T.Mütəllimov) və s. Azərbaycan sənədli kinosunda aktual mövzuların seçilməsi və araşdırılması üçün yeni yollar axtarılır, çəkiliş metodunun, montajın, səsləndirilmənin əlavə imkanları təcrübədə sınanılır. Bu baxımdan rejissor T.Bəkirzadənin “Dissonans” (1977), “Abşeron qalaları” (1989), Z.Məhərrəmovun “Baharla birgə” (1978), “Köç” (1983), Ç.Zeynalovun “Səfillər” (1985), “İntizar” (1986), “Əbədiyyətə qovuşan ömür” (1987), R.Nağıyevin “Ölü zona” (1988), V.Mikayılovun “Qışdan sonra gələn bahar” (1989) filmləri diqqətəlayiqdir.
1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kinojurnalının istehsalına başlanılmışdır. Kinojurnalda cəmiyyətin antipodları, gündəlik həyatda və təsərrüfatda rast gəlinən qüsur və nöqsanlar tənqid atəşinə tutulur. İkinci Dünya müharibəsinədək Azərbaycanda cizgi filmləri çəkilməsinə yalnız təşəbbüs göstərilmişdir. Həmin dövrdə “Azərbaycanfilm” kinostudiyası səsli (ağ-qara, rəngli), genişekranlı, panoram və genişformatlı filmlərdə səsin stereofonik yazılışını təmin edən yeni kino avadanlığı ilə təchiz olunmuşdur.
“Azərbaycanfilm” kinostudiyasında ildə təqribən 7 bədii film, 20 sənədli və elmi-kütləvi film istehsal olunurdu. 7-ci və 21-ci Ümumittifaq kinofestivalları (1974,1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilmişdir.
30-cu illərin tarixi-inqilabi filmləri
1920-1930-cu illərdə “Azərfilm” kinostudiyasında müxtəlif janrda filmlər istehsal olunub. Bu ekran əsərləri sırasında kinodram (“Qız qalası”, “Bayquş”), kinokomediya (“Mədənçi-neftçi istirahət və müalicədə”, “Hacı Qara”, “Mavi dənizin sahilində”), sosial dram (“Bismillah”, “Vulkan üzərində ev”), məişət dramı (“Gilan qızı”), melodram (“Sevil”) və s. janrlarda filmlər var. Bu dövrdə Azərbaycanda hətta “Əvəz-əvəzə” adlı ilk detektiv film də çəkilib. Lakin həmin illərdə tarixi-inqilabi filmlərin istehsalına meyl daha güclü idi.
Hələ 1925-ci ildə 26 Bakı komissarı haqqında qəhrəmanlıq kinodastanı yaratmaq ideyası yarandı. 1926-cı ildə P.Blyaxin “26 Bakı kommunarının qətli” adlı kinossenari yazdı. Ssenari AK(b)P Bakı Komitəsində müzakirə olunub bəyənildikdən sonra onun istehsalı “Azərdövlətkino” və “Mejrabpomrus” studiyalarına tapşırıldı. Filmə quruluş vermək rejissor S.Eyzenşteynə həvalə olundu. Hətta “26-ların həlakının 5-ci ildönümü” adlı 96 metrlik bir xronikal – sənədli film də çəkildi. Lakin Almaniyaya uzun müddətli səfərlə bağlı S.Eyzenşteyn 26-lar haqqında bədii filmə quruluş verməkdən imtina etdi.
Mərkəzi Dövlət Foto-Kino Müəssisəsi – “Qoskino” “Azdövlətkino”ya 1926-cı il 31 mart tarixli bir məktub göndərir. Məktubda deyilirdi ki, Moskva “26 kommunar” filminin birgə çəkilişinə razıdır, amma Bakı ilə razılaşdırmaq şərtilə bütün məsələləri Moskva diktə edəcək.
Bu dəfə quruluş Abram Rooma tapşırıldı. Hətta hazır filmin təhvil verilməsi tarixi də dəqiqləşdirildi: 15 sentyabr 1927-ci il. Amma bir qədərdən sonra, 1927-ci il iyulun 12-də Moskvadan Bakıya yeni məktub göndərildi. Məktubda deyilirdi: “Film çəkmək üçün rejissor yoxdur. Room imtina edir. İş çox mürəkkəbdir, həm də quruluş çox bahadır. Ona görə də bu filmin istehsalından imtina edirik”.
Bundan sonra studiyanın rəhbərliyi 26-lar haqqında filmin çəkilişi ilə bağlı rejissorlardan A.Beknazarov və V.Meyerholdla danışıqlar apardı, ssenarinin yenidən yazılması üçün əvvəlcə ssenarist N.Ağacanova-Şutkoya, sonra A.Rjeşevskiyə sifariş verdi. Hər dəfə də çəkiliş qrupu təşkil olunur, filmin istehsala buraxılma vaxtı təyin edilirdi. Lakin müəyyən təşkilatı işlərlə bağlı bu məsələ hər dəfə təxirə salınırdı.
Nəhayət, 1931-ci ildə gürcü rejissoru N.Şengelaya filmin quruluşunu öz üzərinə götürür. “26 komissar” tarixi-inqilabi filmi Bakı komissarlarının inqilabi fəaliyyətlərindən, kommunanın yaranması və süqutundan bəhs edir. O vaxtlar sovet kino sənətinin əhəmiyyətli əsəri hesab olunan bu film ekranlara çıxandan sonra istər kino tənqidi, istərsə də kinematoqrafçılar tərəfindən birmənalı qarşılanmadı. Onlar komissarların obrazlarının inandırıcı olmadığını, filmin bütövlükdə kompozisiya cəhətdən fraqmentar xarakter daşıdığını qeyd edərək rejissoru tənqid edirdilər.
N.Lebedev “SSRİ kino tarixi oçerki” kitabında (Moskva, 1965) bununla bağlı yazır: “Qeyri-müəyyən”, aydın olmayan, “emosional” ssenari üzrə, “intellektual kino” nəzəriyyəsinin birbaşa təsiri altında çəkilmiş, baş rolların “tipaj” ifaçılarının fərdi əlamətlərinə görə fərqlənməyən obrazlar – xarakterlər yaratdıqları film mücərrədliyə və sxematikliyə məruz qalmışdır. Buna görə də onu haqlı olaraq tənqid edirdilər. Lakin süjetin faciəli olması, kütləvi səhnələrin uğurlu rejissor həlli – şuranın iclası, komissarların güllələnmə səhnəsi; təsviri mədəniyyətin yüksək səviyyəsi filmin nöqsanlarını müəyyən qədər kompensasiya etmişdir”.
Guya “işıqlı gələcək” naminə canlarını qurban vermiş 26-lar haqqında əfsanə uzun illər azərbaycanlıların beyninə yeridilmiş, onlara filmlərdən savayı ədəbi əsərlər həsr olunmuş, abidələr qoyulmuşdu. Çox-çox sonralar 26-ların əksəriyyətinin, başda erməni millətçisi Stepan Şaumyan olmaqla cinayətkar daşnak yığnağı olması faktı üzə çıxdı.
Azərbaycan kinematoqrafçıları isə Bakı kommunası mövzusuna ikinci dəfə 1966-cı ildə müraciət etdilər və rejissor Əjdər İbrahimov “İyirmialtılar” bədii filminə (“Azərbaycanfilm”-“Mosfilm”) quruluş verdi.
Hər iki film haqqında onu deyə bilərəm ki, bu ekran əsərləri yalnız kinematoqrafiya məziyyətlərinə görə, sənət baxımından diqqəti cəlb edir. Komissarların “cəngavər”, xalqımızın “xilaskarları” olmaları haqqında söz-söhbətlər isə cəfəngiyyatdan başqa bir şey deyildir.
* * *
Müharibəyə qədər Azərbaycan kino işçiləri tarixi-inqilabi mövzuda daha iki bədii film çəkib tamaşaçıların mühakiməsinə verdilər.
“Bakılılar” filmi 1938-ci ildə çəkilib. Filmin rejissoru V.Turin, baş operatoru L.Kosmatov, operatorları Əlisəttar Atakişiyev və Mirzə Mustafayevdir.
“Bakılılar” kinoepopeyadır. Filmdə 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrdən, Bakı proletariatının çarizmə qarşı apardığı mübarizədən bəhs olunur. Burada sadə insanlarda inqilabi şüurun necə oyanması fəhlə Cəfərin simasında öz əksini tapıb. Filmin əvvəlində savadsız neftçi – fəhlə Cəfər Məmmədov bolşeviklərdən Mixaylov, Lidiya Georgiyevna və Zaxarıçla tanış olandan sonra onların təsiri altında bolşevikə çevrilir. Filmdə neftçi-fəhlə Cəfər rolunda teatr aktyoru Rza Əfqanlı çəkilmişdi və bu onun kinoda debütü idi.
Azərbaycanda qanlı repressiyanın ən qızğın dövründə “Bakılılar” filminin çəkilişi ilə bağlı mətbuatda dərc edilmiş məqalələrin birində deyilir: “Azərfilm” studiyası bu filmin çəkilişini 1936-cı il iyunun 1-də başlamışdı. Lakin vaxtilə “Azərfilm” studiyasına soxulmuş trotskiçi-buxarinçi, burjua-nasionalist köpəklər çalışırdılar ki, bu film nəticəsiz qalsın, bu revolyusion ideyalı film yararsız olsun. Bu məqsədlə də o quduzlaşmış köpəklər, filmin rejissor ssenarisi təsdiq edilmədən ikinci dərəcəli epizodları çəkməyə başlamışdılar. Beləliklə də, filmin çəkilişi yubandırılmışdır. “Azərfilm” kinostudiyasının ən bacarıqlı kadrları və talantlı sənətkarları filmin çəkilişinə bolşevikcəsinə girişdilər və tez bir zamanda filmə bir sıra zərbələr çalmağa səy etmiş əclafların pozduğu işlərini aradan qaldırdılar”.
Göründüyü kimi, Azərbaycan K(b)P MK-nın respublika kinematoqrafçıları qarşısında qoyduğu vəzifə – azərbaycanlı fəhlənin bolşeviklərə qoşulması, 1905-ci ildə Zaqafqaziyada inqilabi hadisələrdə kommunistlərin rolu “Bakılılar” filmində öz ideoloji həllini bu şəkildə tapdı. O vaxt mətbuatda yazıldığı kimi, “filmin yaradıcıları öhdələrinə düşən vəzifəni namusla yerinə yetirdilər”.
Lakin Azərbaycan müstəqillik əldə edəndən sonra bu qəbildən olan filmlərə bu günün prizmasından baxmaq, tarixi həqiqətləri olduğu kimi tamaşaçılara çatdırmaq vacibdir. Bununla belə “Bakılılar” filmi, bəzi nöqsanlarına baxmayaraq, sənət nöqteyi-nəzərindən o dövrdə Azərbaycan kino sənətində əhəmiyyətli hadisəyə çevrildi.
Digər tarixi-inqilabi filmi – “Kəndlilər”i 1939-cu ildə Azərbaycanın ilk professional kinorejissoru Səməd Mərdanov çəkib. Əvvəlki filmlərdə olduğu kimi, burada da mülkədar kəndlinin başına oyun açır. Qoca Təhməz kasıbçılığın daşını atmaq üçün çıxış yolunu qızı Ülfətin mülkədarın oğluna ərə getməsində görür. Ülfət isə aşıq Göydəmiri sevir. Bu dəfə də rus fəhləsi, bolşevik Petro kəndliləri inandırmağa çalışır ki, Müsavat (Xalq Cümhuriyyəti) hakimiyyəti devrildikdən sonra torpaq bəylərin, xanların əlindən alınıb kasıblar arasında bölüşdürüləcək, onlara heç kəs ağalıq etməyəcəkdir.
Filmdə göstərilir ki, kəndli hərəkatı genişlənəndən sonra Müsavat hökuməti kəndli qurultayını çağırır. Bolşeviklər bu qurultaydan öz məqsədləri üçün istifadə edirlər. Göydəmirin qurultayda odlu-alovlu çıxışından sonra qurultay dağılır. Qurultaydan sonra kəndlilər Bakı proletariatının ətrafında daha sıx birləşirlər. Guya müsavatçıların hakimiyyəti dövründə xalqın dilənçi vəziyyətə düşməsi, buna görə də milli hakimiyyətin ifşası, kəndlilərin üsyanı filmin əsasını təşkil edir. Filmin sonunda göstərilir ki, XI Qırmızı ordu zirehli qatarla Azərbaycana gəlir. Öz nicatını bu ordunun gəlişində görən kəndlilər, süvari dəstələr qırmızı bolşevik qatarını sevinclə müşayiət edirlər.
G.Mdivaninin ssenarisində mövcud olan bəzi nöqsanlara baxmayaraq, film yüksək professional səviyyədə lentə alınıb. Ədəbi ssenarinin həcmcə nəzərdə tutulduğundan artıq olması, həm də SSRİ Kino Komitəsinin səlahiyyətli əməkdaşları tərəfindən məcburi şəkildə bəzi epizodların dəyişdirilməsi və hətta ixtisar olunması rejissor üçün xeyli çətinliklər yaratdı. Bu da son nəticədə filmin bədii keyfiyyətinə az da olsa təsir göstərmiş oldu.
Filmin başlanğıcı heç də bizim indi gördüyümüz şəkildə deyildi. Bunu sonradan Mərdanova məcburən dəyişdirtdirib, bura “1919-cu il. Azərbaycan. Kasıb kəndlilər Müsavat hökumətinin əsarəti altında inləyir” sözlərini əlavə etmişlər.
Moskvanın kino rəhbərlərinin ssenari ilə bağlı yazdıqları rəydə belə bir fikrə rast gəlirik: “Biz bir daha ssenariçilərin diqqətini ssenarinin elə yerlərinə yönəldirik ki, həmin səhnələrdə partiya rəhbərləri – Lenin və Stalin haqqında söhbət getmiş olsun. “Kəndlilər”də ssenariçilər bu fikri ssenarinin süjet xəttilə üzvi şəkildə bağlaya bilməmişlər”.
Bu qeyd olunanlardan bir daha aydın olur ki, 30-cu illərdə Azərbaycan kinosunda tarixi-inqilabi mövzuya aludəçilik vardı. Digər tərəfdən belə filmlərin yaranma prosesi bir neçə yoxlama mərhələsindən keçirdi. Belə filmlər tarixi-ideoloji baxımdan köhnəlsələr də, bəziləri sənət əsəri kimi öz əhəmiyyətini bu gün də itirməyib.
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi
Похожие статьи
-
Azərbaycan kino tarixi oçerkləri
Azərbaycan kinosu 120: Tarixi, bu günü və inkişaf perspektivləri” Kinorejissor Rasim Ocaqov professional kinooperator kimi bir neçə filmdə işləmişdi….
-
Azərbaycan tarixi bdu Həmçinin hər il başda Bakı Dövlət Universiteti olmaqla Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Türkdilli Birliklər…
-
Azərbaycan tarixi 7 cilddə 1-ci cild
AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…
-
Azərbaycan tarixi ziya bunyadov
Azərbaycan tarixi ziya bunyadov Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron…
-
Azərbaycan tarixi və coğrafiyası
Azərbaycan tarixi və coğrafiyası Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. Bellinshauzen və M. Lazarev tərəfindən kəşf edilmişdir….
Comments are closed, but trackbacks and pingbacks are open.