Azərbaycan Milli Elmlər Akademiyası
Hər şeydən əvvəl Şavrov 1819-cu ildə Vyurtemberq almanlarının 500 ailəsinin köçürdüklərini qeyd edir. Hansı ki, almanlar öz vətənlərində lazımsız hesab edilirdilər. Şavrov bunlardan Yelzavetpol və Tiflis quberniyalarında koloniyalar yaratdıqları və əlbəttə ki, bunlara ən yaxşı torpaqlar və imtiyazlar verdiklərini deyir. Burada Şavrov ermənilərin köçürülməsi ilə bağlı aşağıdakıları qeyd edir: “1826-1828-ci ilin müharibəsi qurtardıqdan sonra biz 2 il ərzində (1828-1830) 40 mindən çox fars ermənisi və 8460 türk ailəsi köçürdük və onları Yelizavetpol və İrəvan quberniyasının ən yaxşı xəzinə torpaqlarında yerləşdirdik.”
Azərbaycan tarixi.sənədlər və nəşrlər üzrə
You are using an outdated browser.
- NAZİRLİK
- XƏBƏRLƏR
- SOSİAL MEDİA
- Virtual bələdçi
- Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
Haqqımızda
Today, our catalogue contains:
Menyu Menyu
Menyu
Xidmətlər Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər
Məktəbəqədər təhsil İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.
Ümumi təhsil Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.
Məktəbdənkənar təhsil Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.
Peşə təhsili Zəruri əmək bacarıqlarına yiyələnməni təmin edən prioritet fəaliyyət sahəsidir.
Orta ixtisas təhsili Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir.
Ali təhsil Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.
Xüsusi təhsil Xüsusi təhsil – sağlamlıq imkanları məhdud şəxslərə dövlət proqramları əsasında bilik, bacarıq və özünəxidmət vərdişlərini aşılamaqla, onların cəmiyyətə inteqrasiyasını, o cümlədən əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin edir.
Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biridir. Onun tarixi ərazisinin sakinləri minilliklər ərzində zəngin mədəni və maddi irs yaratmışlar. Qədim mədəniyyət abidələri arasında elmi əsərlərin də sayı az deyil.
Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–20) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar, əsasən, Bakı Universitetində mərkəzləşmişdi. 1920-22-ci illərdə burada humanitar, tibb və təbiyyat bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. Assosiasiya müxtəlif elm sahələri üzrə problemlərin tədqiqi, elmi kadrların hazırlanması və inkişafı işinə hərtərəfli yardım göstərməyi qarşısına məqsəd qoymuşdu. 1921-ci ilin axırlarında universitet nəzdində Təbiətşünaslar və Həkimlər Cəmiyyəti, bir qədər sonra isə Şərqşünaslar və Həkimlər Cəmiyyəti yaradıldı. 1920-ci ildə texniki təhsil verən ali məktəb – Bakı Politexnik İnstitutu fəaliyyətə başladı. Burada texnika, iqtisadiyyat elmləri və aqrokimya sahəsində elmi tədqiqatlar aparılırdı.
1923-cü ildə elmi-tədqiqat işləri aparmaq üçün Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti yaradıldı. Bu cəmiyyət respublikanın baş elmi müəssisəsi oldu. İlk dövrdə cəmiyyətin tərkibinə Tarix, Etnoqrafiya, İqtisadiyyat və Təbiətşünaslıq bölmələri daxil edilmişdi. 1925-ci ildə Tarix-Etnoqrafiya bölməsindən Türkologiya bölməsi yarandı. Ayrı-ayrı elm sahələri istiqamətində tədqiqatlar aparılması məqsədilə tarix, tarix-ədəbiyyat, etnoqrafiya, dilçilik, lüğətçilik, hüquq, sənaye, Xəzər dənizinin tədqiqi, təsviri incəsənət, teatr, musiqi və s. üzrə komissiya və yarımkomissiyalar təşkil edildi. Respublikanın Şamaxı, Gəncə, Lənkəran, Zaqatala və digər qəzalarında, o cümlədən Naxçıvan MSSR və DQMV-də cəmiyyətin bölmələri yaradıldı. 1925-ci ildə Cəmiyyət Azərbaycan hökumətinin sərəncamına verildi. 1929-сu ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu (DETİ) adlandırıldı. İnstitutun təbiyyat, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri var idi. Azərbaycan DETİ-nin fəaliyyətində respublikada elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, ali və orta ixtisas məktəbləri üçün elmi kadrlar hazırlanması məsələləri mühüm yer tuturdu. Azərbaycan DETİ-nin aspiranturası təkcə 1929-30-cu illərdə 33 elmi işçi hazırlamış, 1930-31-ci illərdə isə buraya 43 nəfər qəbul edilmişdi. 1932-ci ilin axırlarında 30 elmi müəssisə və 10-dan çox ali məktəb fəaliyyət göstərirdi. Bu dövrdə respublikada 800 elmi işçi, o cümlədən 87 professor və 138 dosent var idi. Lakin nə Azərbaycan DETİ, nə də sahə institutları elmin qarşısında duran vəzifələri kifayət qədər yerinə yetirə bilmirdi.
Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə Ruhulla Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər – Bəkir Çobanzadə, Musa Əfəndiyev, Vəli Xuluflu, Aleksandr Qrossheym, İvan Qubkin, N.Marr, İ.Meşşaninov, A.Məmmədov, Salman Mümtaz, A.Tağızadə, İosif Yesman və başqaları burada elmi tədqiqat işləri aparırdılar.
1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın nəzdində mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat elmi tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın institut və sektorlarından əlavə respublikada Elmi Tədqiqat Neft İnstitutu, Elmi Tədqiqat Pambıqçılıq İnstitutu, Neft Maşınqayırma İnstitutu, Kurortologiya və Fiziki Üsullarla Müalicə İnstitutu, Hidrotexnika və Meliorasiya İnstitutu yaradıldı, bir sıra elmi stansiyalar və dayaq məntəqələri təşkil edildi. Tibb üzrə elmi tədqiqat institutlarında (tropik-xəstəliklər, ana və uşaqları mühafizə, mikrobiologiya), Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunda, Zaqafqaziya Tikinti Materialları İnstitutunun Azərbaycan şöbəsində, Subtropik Bitkilərin zona üzrə Lənkəran stansiyasında, həmçinin Azərbaycan Dövlət Universitetinin elmi laboratoriya və kabinələrində, sənaye, kənd təsərrüfatı, pedaqoji və tibb institutlarında, Azərbaycanın orta ixtisas təhsili müəssisələrində geniş elmi tədqiqat işləri aparıldı. Artıq 1940-cı ildə respublikada 60 elmi müəssisə fəaliyyət göstərirdi. 1938-ci ildə SSRİ EA Azərbaycan filialında 16 elmlər doktoru, professor və 20 elmlər namizədi var idisə, 1941-ci ildə onların sayı müvafiq surətdə 21 və 161-ə çatmışdı.
SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Beləliklə, 1945-ci il yanvarın 23-dən başlanan axtarışlar, yoxlamalar və müzakirələr iki aydan çox davam edib və nəhayət, Azərbaycan SSR Elmlər Akademiyasının 15 nəfərlik ilk təsisçiləri – birinci akademikləri müəyyən olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 1945-ci il 27 mart tarixli, 316 saylı qərarı ilə ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilib, onun Nizamnaməsi təsdiq olunub.
1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013-2019), Ramiz Mehdiyev (2019-2022) akademiyanın prezidenti olmuşlar. Akademik İsa Həbibbəyli 25 oktyabr 2022-ci il tarixində AMEA-nın yeni prezidenti seçilmişdir. 26 oktyabr 2022-ci il tarixində ölkə başçısı tərəfindən bu vəzifəyə təsdiqlənmişdir.
Hazırda AMEA-nın 6 bölməsi var: fizika-riyaziyyat və texnika elmləri (Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Biofizika İnstitutu); kimya elmləri (Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Polimer Materialları İnstitutu); Yer elmləri (Geologiya və Geofizika İnstitutu, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Neft və Qaz İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi); biologiya və tibb elmləri (Botanika İnstitutu, Zoologiya İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Mikrobiologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Dendrologiya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu); humanitar elmlər (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi), ictimai elmlər bölməsi (Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, İqtisadiyyat İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Qafqazşünaslıq İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu). AMEA-da 2 regional bölmə və 2 regional elmi mərkəz fəaliyyət göstərir: Naxçıvan Elmi Bölməsi (Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu, Batabat Astrofizika Rəsədxanası), Gəncə Bölməsi (Nizami Gəncəvi Mərkəzi, Humanitar Tədqiqatlar İnstitutu, Diyarşünaslıq İnstitutu, Bioresurslar İnstitutu, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Aqrar Problemlər İnstitutu, Nəbatat Bağı); Şəki Regional Elmi Mərkəzi və Lənkəran Regional Elmi Mərkəzi.
Bundan əlavə, AMEA Rəyasət Heyətinin nəzdində bir sıra qurumlar fəaliyyət göstərir: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, “Elm” Nəşriyyatı, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası, Azad Həmkarlar İttifaqı, Veteranlar Şurası, Gənc Alim və Mütəxəssislər Şurası.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Ensiklopediyası AMEA tabeçiliyinə verilmiş və 5 may 2004-cü il tarixli digər sərəncamına əsasən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılmışdır.
Akademiyanın 67 həqiqi üzvü və 101 müxbir üzvü var.
AMEA xarici ölkələrin elmi müəssisələri ilə müntəzəm əlaqə saxlayır, elmin müasir problemlərinə və elmin təşkilinə dair əcnəbi alimlərlə fikir mübadiləsi aparır. Akademiyanın alimləri beynəlxalq elmi qurultay, konqres və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər. AMEA-nın təşəbbüsü və təşkilatçılığı ilə vaxtaşırı beynəlxalq elmi müşavirə və konfranslar keçirilir. Akademiya alimlərinin 604 kitabı, 4208 məqaləsi çap olunmuşdur. Məqalələrin 2427-si impaktfaktorlu elmi jurnallarda dərc olunmuşdur. AMEA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, ABŞ, Yaponiya, İsrail, İsveçrə, İngiltərə, Almaniya, Pakistan, Türkiyə, İran və başqa ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər.
Müstəqil Azərbaycan dövlətinə Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilmişdir. Prezident Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmişdir. Bu tarixi fərman Azərbaycanda fundamental elmin əldə etdiyi nailiyyətləri, Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyir.
Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli Fərmanı isə AMEA-ya müstəqil dövlətimizin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanı statusu vermiş oldu, onun Nizamnaməsinə dövlət sənədi, onun prezidentinə ali icra hakimiyyəti üzvü səlahiyyəti verildi. Beləliklə, AMEA-nın hərtərəfli inkişafı üçün hüquqi zəmin yarandı, Akademiyanın fəaliyyət dairəsi genişləndi, səlahiyyətləri artdı və qarşısına məsul dövlət vəzifələri qoyuldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm, təhsil və mədəniyyət sahəsində Heydər Əliyev strategiyasını, proqramını və qayğıkeşliyini ardıcıl davam etdirir.
Ermənilərin Qarabağa gəlmə tarixinə bir baxış
XIX əsrin əvvəllərindən iyanın Zaqafqaziyanı işğal etdiyi vaxtdan indiki Ermənistan ərazisində min illər boyu yaşamış türk boylarının qanlı-qadalı günləri başlamışdır.
İki əsrlik imperiya siyasətinin nəticəsi olaraq türklərə qarşı dəfələrlə soyqrım həyata keçirilmiş, deportasiyalar nəticəsində onlar həmin ərazilərdən türk-azərləri sonuncu nəfərinədək qovmuşlar. Tarix boyu özgə torpaqlarında gözü olan ermənilərin “Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm ideyaları “xristian himayəçiliyi” pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiyanın da mənafeyinə uyğun gəlmişdir.
Yaxın Şərqi, Hindistanı işğal etmək arzusunda olan Rusiya imperiyasına Türkiyə, İran və Azərbaycanın sərhədləri kəsiyində özünə etibarlı dayaq yaratmaq lazım idi ki, əlverişli şərait yetişən kimi həmin etibarlı ərazidən tranplin kimi istifadə etsin. Kökləri I Pyotrun hakimiyyəti dövrünə gedib çıxan erməni-rus yaxınlaşmasının arxasında bütövlükdə Orta Şərqin və xüsusilə Cənubi Qafqazın müstəmləkə edilməsilə bağlı təcavüzkar planlar gizlənmişdir. Şərqdə işğal planlarının dövlət siyasəti səviyyəsinə qaldırılması, əsasən I Pyotrun adı ilə bağlı olduğundan, məhz onun dövründən etibarən ermənilərdən bir alət kimi istifadə etmək mütəmadi və ardıcıl xarakter kəsb etdi.
Rus tarixçisi Potto bu barədə yazırdı: “Böyük Pyotr ilk dəfə ermənilərə siyasi baxımdan nəzər saldı və Ermənistanın taleyində Rusiyanın rolunu qabaqcadan görə bildi.”
Çar müstəmləkəçiləri Azərbaycan hüdudlarına yaxınlaşdıqca ermənilərin “xəyalları” da get-gedə reallaşmağa başladı. Rusiya ilə İran arasında baş vermiş I Rus-İran (1805-1813), II Rus-İran (1826-1828), həmçinin Rus-Türk müharibələrində ermənilər çox böyük canfəşanlıqla iştirak edirdilər. Bunu Potto, Semyanov kimi rus, Parsamyan kimi erməni tarixçiləri də təsdiq edirdi. İranla müharibənin ən qızğın nöqtələrində vuruşan erməni könüllü birləşmələrinin müharibənin rusların xeyrinə qurtarmasında müəyyən xidmətləri oldu. Onlar Rusiyanın qələbəsində gələcək erməni ərazisinin və burada erməni dövlətinin düzəldilməsi üçün geniş imkanların yaradılmasını görürdülər. Nəticədə, 1828-ci ildə Türkmənçay müqaviləsi bağlanılarkən ermənilər “unudulmadı.”
Türkmənçay müqaviləsinin XV maddəsində deyilirdi: “Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində, ya da rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqib, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan sonra o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə Rusiyaya sərbəst keçmək, hökümət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir.”
XV maddənin müqavilənin mətninə daxil edilməsi üçün ermənilər birbaşa hərəkət etməyib, Rusiya diplomatik dairələrində nüfuz və təsirə malik Paskeviç və onun qohumu Qriboedovundan hiyləgərcəsinə istifadə edə bildilər. A.S.Qriboyedov, gələcəkdə Rusiyanın İranda fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu. Onun “İrandan ermenilerin bizim vilayətə köçürülməsi haqqında qeydlər”ində ermənilərin Azərbaycana köçürülməsi məsələsini işıqlandırmışdır. O, göstərirdi ki, polkovnik Lazerev özünü erməni emiqrantlarının himayəçisi hesab edir, həmçinin Lazerev etiraf edirmiş ki, ermənilərin şüursuzcasına rus qanunlarından heç nə alnamır və bu qanunlarla yaşamaq istəmirdilər. Türkmənçay müqaviləsi onlara tam sərbəstlik verirdi. “Köçmələr vaxtı onların əsas silahları bunlar idi: knyaz Arqutinski, Qamazov, digər tabe olan zabitlər isə onların təsiri altında hərəkət edirdilər.” (Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı,1990.səh.57)
Mayor Vladimirovdan bəhs edərkən A.S.Qriboyedov göstərirdi: “Biz onunla bu hadisəni çox müzakirə etdik, müsəlmanlarla necə etmək lazımdır, onları təzə gələnlərlə barışdırıb başa salmaq lazımdır ki, bu gəlmələr müvəqqəti məskunlaşıb, onlar buradan gedəcəklər və gəldikləri bu yerlərdə həmişəlik qalmayacaqlar.” Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı,1990.səh.57).
O, bu haqda yeli xanlarla da danışmışdı. Nəhayət, yerlilərə müraciət edərək deyirdi ki, onlar gürcü ermənilərindən daha xeyirlidirlər. Gürcü tacir ermənilər xəzinəyə heç bir xeyir vermirlər, lakin fars erməniləri əkinçilər və çörəkbişirənlərdir. N.İ.Şavrovun “Zaqafqaziyada rus işinə yeni təhlükə” başlıqlı qeydlərində isə bu məsələ ilə bağlı daha ətraflı məlumat vardır. “Biz öz müstəmləkiçilik siyasətimizə Zaqafqaziya qapılarında rusların deyil, digər yerlərdən gələn insanların daxil olması ilə başladıq.” (Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı,1990.səh.60).
Hər şeydən əvvəl Şavrov 1819-cu ildə Vyurtemberq almanlarının 500 ailəsinin köçürdüklərini qeyd edir. Hansı ki, almanlar öz vətənlərində lazımsız hesab edilirdilər. Şavrov bunlardan Yelzavetpol və Tiflis quberniyalarında koloniyalar yaratdıqları və əlbəttə ki, bunlara ən yaxşı torpaqlar və imtiyazlar verdiklərini deyir. Burada Şavrov ermənilərin köçürülməsi ilə bağlı aşağıdakıları qeyd edir: “1826-1828-ci ilin müharibəsi qurtardıqdan sonra biz 2 il ərzində (1828-1830) 40 mindən çox fars ermənisi və 8460 türk ailəsi köçürdük və onları Yelizavetpol və İrəvan quberniyasının ən yaxşı xəzinə torpaqlarında yerləşdirdik.”
Həmin yerlərdə erməni əhalisi yox dərəcəsində idi. Həmçinin erməniləri Tiflis, Borçalı, Axaltsixi və Axalkalaki bölgələrinə köçürdük. Şavrovun etirafı sübut edirdi ki, o dövrdə Zaqafqaziya quberniyalarında əsasən gürcülər və azərbaycanlılar yaşayırdı. O, göstərirdi ki, erməniləri yerləşdirmək üçün 200 min desyatin xəzinə torpağı ayrılıb və 2 milyon rubl məbləğində müsəlmanların şəxsi mülkləri satın alınıb. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Dağlıq Qarabağ) və Göyçə (Sevan) gölünün ətrafı bu ermənilərlə məskunlaşdırılır. Şavrov göstərirdi ki, bu dövrdə rəsmi şəkildə köçürülmüş 124 min ermənidən başqa, bu yerlərə qeyri-rəsmi suretdə də ermənilər gəlmişdi. Onların sayı 200 mini keçmişdi.İrandan Şimalı Azərbaycana köçürülən ermənilərin sayı haqqında mənbələrdə müxtəlif məlumatlar var. S.N.Qlinkanın dilimizə tərcümə olunmuş “Ermənilərin Azərbaycana köçürülməsi” kitabında yazdığına görə köçürmə əməliyyatı nəticəsində İrandan 8 mindən artıq erməni ailəsi Arazı keçərək Şimalı Azərbaycan torpaqlarında məskunlaşdı. Məcburən 40 minə yaxın adam Arazın şimalına gətirildi.
Tanınmış rus hərbi tarixçisi Potto qeyd edirdi: “Təkcə 1828-ci ilin martında köçən erməni ailələrinin sayı 5 minə çatırdı.” Erməni keşişi Nerses Aştrakeçiyə istinad edən Kuznetsova da Şimali Azərbaycana gətirilən erməni ailələrinin sayının 8 min olduğunu göstərir. İ.Şopenə görə isə İrandan erməni vilayətinə 35560 nəfər, 6946 erməni ailəsi köçürüldü. (M.Muradov “Çar Rusiyasının Azərbaycana köçürmə siyasəti,Bakı 2001, səh.95.)
Rus tarixşünaslığında ermənilərin Azərbaycana köçürülməsi məsələsi kifayət qədər aydın, açıq-aşkar göstərilmişdir. Burada az da olsa, çarizmin milli müstəmləkəçilik siyasətinin ünsürləri rus mənbələrində öz dili ilə göstərilir. Təəssüf ki, ermənilərə daim əzabkeş xalq kimi baxan rus müəllifləri onların gələcəkdə Qafqaz xalqlarının, xüsusilə azərbaycanlıların başına gətirəcəkləri müsübətdən ya xəbərsiz idilər, yaxud da bunu əvvəlcədən bilirdilər. Təbii ki, əvvəlcədən bunu bilmələri rus çarizminin, ümumilikdə rus dövlətçiliyinin məqsədlərindən idi. Əsrlər boyu mövcud olan və hələ də davam edən erməni-rus yaxınlığı sovet hakimiyyəti illərində də davam edirdi. Təkcə onu demək kifayətdir ki, bu illərdə erməni millətçiləri yalnız sovet Ermənistanın deyil, həmçinin sovet Rusiyasınn da məsul vəzifələrində çalışırdılar. Onlar öz mövqelərindən istifadə edərək sovet hakimiyyəti dövründə də öz mənfur siyasətlərindən əl çəkmirdilər.
1937-ci ildə represiyalar zamanı, 1948-1953-illərdə azərbaycanlıların öz doğma yurd-yuvalarından köçürülməsi zamanı, Zəngəzur kimi mühüm tarixi torpaqlarımızın “işğalı” zamanı, 1988-1989-cu illərdə Qərbi Azərbaycanlıların son nəfərinədək öz yurdlarından köçürülməsi və nəhayət Sovet dövlətinin adından N.Qarbaçovun ermənilərə Dağlıq Qarabağ haqqında vədləri ermənilərin SSRİ hakimiyyəti illərində də nə qədər böyük hörmətə layiq edildiklərini göstərir. SSRİ-nin yaradılmasından sonrakı ilk onillik ərzində erməni məsələsinə bu qədər düzgün don geyindirilmişdi. Elə ona görə də, əsrin sonunda Qurko –Kryajinin 1926-cı il sovet ensiklopediyasına əsaslanaraq yazdığı “Erməni məsələsi” həqiqəti əks etdirir. Burada göstərilir ki, erməni məsələsi Şərq məsələsinin bir hissəsini təşkil edir. Bu məqalədə erməni məsələsinin daxili və zahiri mahiyyətindən və bu məsələnin XVIII əsrdən meydana gəldiyini göstərir.
Qurko –Kryajin Türkiyə ermənilərinin XIX əsrdən etibarən daha da fəallaşdığını “Qərb dövlətləri” Şərqə hücum etdikcə məhz erməni burjuaziyasında özlərinə dayaq nöqtələri axtarmağa can atdıqlarını göstərir. XIX əsrin 70-ci illərində rus ziyalıları Türkiyə erməniləri arasında “milli özünüdərkin oyanması” və hətta döyüşkən millətçilik təbliğatı aparırdı.”
…Sırf iqtisadi zəmində kəskinləşən erməni məsələsi “böyük dövlətlərin” – Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və Dardaneli zəbt etmək səyi “xristianların mesəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə” şüarları ilə pərdələnirdi. ( Qurko –Kryajin “Erməni məsələsi” Bakı.1990.səh 9)
Digər bir sovet müəllifi A.V.Fadeevin “Rusiya Şərq böhranı XIX əsrin 20-ni illərində” adlı əsərində adından da göründüyü kimi Rusiyanın XIX əsrin əvvəllərində Qafqaz böhranında rolundan danışılır. İlk əvvəl hələ XVIII əsrin sonundan etibarən Rus çarizminin işğalçılıq planlarını həyata keçirmək vədlərindən danlşılır. Müharibədə iştirak edən ordunun tərkibi haqqında və işğallar geniş şəkildə işıqlandırılır. Şuşanın işğalı zamanı gözəl bir faktı göstərir. “Mühasirə olunmuş Şuşadan bir müddət xəbər gəlmədi. Nəhayət, A.Alhunyan adlı bir nəfər Qarabağ ermənisi düşmənin üzük qaşı kimi mühasirəsini yarıb Yermalova polkovnik Reut haqqında xəbər verdi”.
Bu “qəhrəmanlıq” sübut edirdi ki, Qarabağ erməniləri rus xalqına dost və sadiqdir. Müəllif həmçinin göstərirdi ki, “Pəmbəkdən və Loridən olan könüllü ermənilər ləyaqətlə polkovnik Sevarzamidzenin qoşununda ruslarla çiyin-çiyin düşmənlərə qarşı vuruşurdular. (Фадаеов.А.Ф Россия и восточный кризис 20-х годов ХIХ beka.Mockba,1958,səh.151)
Sovet hakimiyyətinin son illərində erməni-türk münasibətlərinin kəskinləşdiyi və soydaşlarımızın öz yurdlarından didərgin salındığı bir vaxtda tarixçilərimiz bu məsələyə öz münasibətlərini bildirdilər. Bunlardan biri X.D.Xəlilov idi ki, o da məsələyə münasibətini “Qarabağın etnik tarixindən” adlı əsərində bildirir. İlk öncə o, Qarbağın tərkibinə daxil olan tarixi etnoqrafik vilayətləri sadalayır. Kiçik Qafqaz dağları, Kür-Araz ovalığı, Kürlə-Arazın qovuşduğu yerdən vilayətin cənub sərhədi başlayır, cənubda Araz çayı, Qarabağ dağları – Keşbek, Solvart, Erekli adı ilə məşhur olan və Göyçə gölünə qədər uzanan dağlar, Şərqdə isə Kür və Goran çayları, bütün bunlar sərhədlərdir.
Müəllif göstərir ki, Qarabağda 17 türk mahalı yerləşirdi: Sisyan, Dəmirçi-Aslanlı, Küparə, Bərgüşad, Bəhabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbörd, Xırdapara-Dizaq, Otuzik, İyirmi dörd, Qaraçaorlu, Vərənd, Dizaq, Acan. Bir neçə kəndləri nəzərə almasaq, 12 mahalda yalnız azərbaycanlılar yaşayırdı. Dizaq, Vərənd, Xaçın, Çiləbörd, Talış mahallarında azərbaycanlılar və ermənilər bir yerdə yaşayırdılar. Çarizmin müstəmləkəçilik planlarından bəhs edərkən müəllif qeyd edir ki, çarizm hər hansı bir yeri tutanda xalqları bir-birinə qarşı qoyurdu. O cümlədən çarizm azərbaycanlılara qarşı ermənilərdən istifadə etdi.
“Çar ordusunun komandiri Sisianov 1805-ci il 22 may 19N-li raportunda yazırdı ki, öz coğrafi mövqeyinə görə Qarabağ həm Azərbaycanın, həm də İranın qapısı hesab olunur, ona görə də o, məsləhət görürdü ki, Çar bu yerləri öz əlində saxlasın. Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi Sisianov öz mövqelərini möhkəmləndirmək üçün Zaqafqaziyanın başqa yerlərindən olan erməniləri Qarabağa köçürdü”. (Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə,səh.38)
Artıq təxminən 180 il idi ki, Şimali Azərbaycan Respublikasının müstəmləkəsi idi. Nəhayət 18 oktyabr 1991-ci ildə Azərbaycan özünün müstəqilliyini elan etdi. Buna baxmayaraq, bu dövlətçiliyimizin ilk addımları çox gərgin şəraitdə keçdi. 1988-ci ildən başlayan erməni-müsəlman (azəri) qarşı durması nəticəsində qonşularımız yenidən ərazi iddiaları ilə çıxış etdilər. Sovetlər dövründən başlayaraq xalqımıza qarşı 1905-ci il, 1918-ci il hadisələrini törədənlərin etdikləri vəhşiliklər unuduldu. Məhz bu unutqanlığımızı nəzərə alaraq, müstəqillik qazandıqdan sonra bütün erməni məsələsinə dair əsərlər yazıldı. Əsrin əvvəllərində yazılmış, lakin çap olunmamış 1905-1906-cı illər hadisələrini işıqlandıran əsərlər yenidən nəşr edildi. Bunlara Mir Möhsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” və Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərini misal göstərmək olar.
F.Əsədov və S.Kərimova “Çarizmi Azərbaycana gətirənlər” əsərində ermənilərin köçürülməsinə hazırlıq barəsində aşağıdakılar deyilir: Sülh danışıqları ərəfəsində Paskeviç İranda olarkən ermənipərəst siyasətinə ciddi şəkildə əməl edildi. Hər yerdə onu erməni keşişləri Nerses, Stefan, habelə ailəyə yaxın olan Sarkis müşayiət edirdi. Ermənilərin köçürülməsi məqsədilə Paskeviç, ermənilərdən ibarət xüsusi komitə təşkil etdi. Komitəyə milliyətcə erməni olan Qriqori Davudoviç Lazarev rəhbərlik edirdi. 1828-ci ildə Qarabağ, Şəki, Naxçıvan, İrəvan və Şamaxıdan başqa Bərdəyə 1012 erməni ailəsi köçürüldü. Lazarev ermənilərin İrəvanda yerləşdirilməsinə daha çox çalışırdı,çünki burada ermənilər sayca az idi. Lazarev isə bundan narahat idi. İrəvanda əhalinin 95%-i azərbaycanlı olduğundan bu çox təşviş doğururdu. Paskeviçin əmrinə əsasən İrəvanda Bebudovun başçılıq etdiyi və köçürülməsi ilə bağlı komitə yaradıldı. “1828-ci ilin may ayında Qarabağa 279 ailə, İrəvana isə 948 ailə köçürülmüşdür.” (F.Əsədov, S.Kərimova Çarizmi Azərbaycana gətirənlər” Bakı 1993-cü il. Səh 35).
Hal-hazırda dövlətimiz müstəqillik qazandıqdan sonra, 1988-ci ilidən xalqımızın başına gətirilən müsibtələrdən sonra artıq erməni məsələsi ilə bağlı məsələlər dövlət səviyyəsində araşdırılmağa başladı. Azərbaycan Respublikasının prezidentinin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları buna bir işarədir. Son illərdə həmişə olduğu kimi xarici ölkələrdə erməni diasporası o qədər geniş surətdə fəaliyyət göstərir ki, onların bu məqsəd yönlü fəaliyyəti nəticəsində hələ də Azərbaycan həqiqətləri tanınmır. Fransa, Rusiya və bu kimi digər dövlətlərin ermənilərin “uydurma soyqırımı”nı tanıması, bu istiqamətdə Azərbaycan tarixçilərinin işini aktuallaşdırır. Baxmayaraq ki, ermənilərin ərazimizdə yerləşdirilməsi, xüsusilə də azərbaycanlıların öz yurd-yuvalarından deportasiya edilməsi haqqında müstəqil Azərbaycan tarixşünaslığında kifayət qədər əsərlər var, ermənilərin şovinist və uydurma siyasətini ifşa etmək üçün bu məsələlərin həlli yolunda atılan hər bir addım azdır.
Ümid edirəm ki, bu məsələdə müəyyən mənada məqsədimə – Ermənilərin Azərbaycana köçürülməsinə bir baxış-məsələsinə aydınlıq gətirə biləcəm. Nə qədər ki, müstəqil Azərbaycan dövlətçiliyi var, ermənilərin iyrənc siyasəti dünya ölkələri tərəfindən tanınacaq.
Похожие статьи
-
Azərbaycan tarixi üzrə qaynaqlar
Azərbaycan tarixi üzrə qaynaqlar 3.Dərbənd şəhərini ərəblər “Bab-ül əl-Bab”adlandırmışlar. Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat…
-
V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…
-
Azərbaycan tarixi ziya bunyadov
Azərbaycan tarixi ziya bunyadov Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron…
-
Azərbaycan tarixi üzrə qaynaqları
Kollektiv. Azərbaycan tarixi üzrə qaynaqlar (1989) Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq…
-
Azərbaycan fəlsəfəsi tarixi Ruhun ölməzliyi fikrinə qarşı çıxmışdır. O sübut edirdi ki, şüur, ruh materiyadan asılıdır, onun məhsuludur. M.F. Axundov…
Comments are closed, but trackbacks and pingbacks are open.