Press "Enter" to skip to content

Azrbaycan tarixi sxemlrd xritlrd

1. Məhz bu səyahətçinin baş daşı üzərində belə yazılıb “Mübarizə aparmaq və axtarmaq, tapmaq və təslim olmamaq”. Robert Skott
2. Bu bakılıya 1943-cü ilin sentyabrında edam cəzası verildi, 1 ildən sonra isə Tokionun “Suqamo” həbsxanasında asıldı. Zorge
3. Korridada qılıncla öküzə ölümcül zərbə vuran toreador məhz belə adlanır. matador
4. Müxtəlif vaxtlarda Karusel, Razılıq, Qrev meydanlarında qurulan bu qurğudan ilk dəfə 21 avqust 1792-ci ildə istifadə olunub. gilyotina
5. Yusif Səmədoğlunun bu romanının adı mövzuya uyğundur. “Qətl günü”

“Xəmsə” – sualları

1. Nizaminin “Yeddi gözəl” poemasının qəhrəmanı Bəhram bu ləqəbi daşıyırdı. Gur
2. Bu bölgə tarixən indiyədək Almaniyanın sənaye cəhətdən ən inkişaf etmiş bölgəsi sayılır. Rur
3. Güney Afrikada məskunlaşmış holland mənşəli əhali belə adlanırdı. bur
4. Venesiya şəhər-dövlətinin başçıları məhz bu titulu daşıyırdılar. doj
5. Redyard Kiplinqin bu əsərində bütün Hindistan boyunca səyahət edən bir oğlanın və buddist rahibinin macəralarından danışılır. “Kim”

1. Hidridlərin tərkibində bu maye əsas komponentdir. su
2. “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasının müəllifi məhz odur. M.F.Axundov
3. 1903-cü ildə fizika sahəsində Nobel mükafatına layiq görülən bu şəxs 1911-ci ildə uğurunu təkrar etdi. Lakin kimya sahəsində. Mariya Skladovskaya Küri
4. Bu kimyəvi element Fransanın şərəfinə adlandırılıb. Fransium
5. Bu məşhur rus bəstəkarı eyni zamanda kimyaçı idi. Aleksandr Borodin

1. 1291-ci ildə Şviç, Uri, Untervalden kantonları öz aralarında ittifaq bağlayaraq bu ölkəni yaratdılar. İsveçrə
2. Dünyanın ən böyük piramidası məhz bu Amerika ölkəsindədir. Meksika
3. “Ölkəm” romansının müəllifi məhz bu bəstəkarımızdır. Asəf Zeynallı
4. Ekvadorda bunu “sombrero de paxa tokilya” adlandırırlar, bütün dünyada isə məhz bu ölkənin adı ilə tanınır. Panama
5. Məhz bu təşkilatın adının ispancadan tərcüməsi “Basklar ölkəsinə azadlıq” mənasını verir. ETA

1. Bakı şəhəri məhz bu yarımadada yerləşir. Abşeron
2. Bu söz qədim Misir dilindən tərcümədə “böyük ev” deməkdir. Firon
3. Biz onu komissar Megrenin yaradıcısı kimi tanıyırıq. Jorj Simenon
4. Bu İspaniya əyalətinin adı “Qottlar ölkəsi” ifadəsindən yaranmışdır. Kataloniya
5. Monako knyazlığının təbəələrini məhz bu cür adlandırırlar. Moneqasklar

1. Funikulyorun önündəki adidədə əjdaha məhz onun qılıncı altında aciz vəziyyətdədir. Bəhram
2. Onun fikrinə görə Bakıdakı heykəllərin əksəriyyəti “çuşkalara” qoyulub. Moşu Göyəzənli
3. Niki Apteros məbədində qanadlı qələbə ilahəsi Nikanın heykəli məhz bu səbəbdən qanadsızdır. Akropoldan uçub getməsin
4. Ogüst Rodenin “Mütəfəkkir” heykəli əslində bu şairin heykəlidir. Dante Aliqyeri
5. 1937-ildə rus emiqrantlarının ciddi səyi nəticəsində Kantonda bu şairə heykəl ucaltmışdılar. Puşkin

Şərtli raund
Mavi mövzu

1. Azərbaycan bayrağındakı mavi rəng məhz bunun ifadəsidir. türkçülük
2. Efiopiyada bu çayı Abbay adlandırırlar. Mavi Nil
3. XX əsrin ilk 4 ili onun yaradıcılığında “mavi dövr” hesab olunur. Pablo Pikasso
4. Rəsmən neytrallığını elan etsə də bu ölkəni II Dünya müharibəsində 20 min nəfərlik “mavi diviziya” adlı qoşun hissəsi təmsil edirdi. İspaniya
5. Səmanın mavi rəngdə olmasını izah edən işığın yayılması qanunu bu ingilis fizikinin adını daşıyır. Con Uilyam Reley

1. Formula – 1 tarixində ən çox qalib olmuş ikinci pilot Huan Manuel Fanhiodur, birinci yer isə onundur. M.Şumaher
2. Karl Benz tərəfindən yaradılan ilk daxili yanma mühərrikli avtomobilin məhz bu sayda təkəri var idi. 3
3. Avtomobilsevərlər onu “Bavariya aslanı” adlandırırlar. BMW
4. Bu avtomobil korporasiyasını Anyelli ailəsi idarə edir. FIAT
5. “SEAT” avtomobil firması bu ölkəni təmsil edir. İspaniya

1. Məhz bu səyahətçinin baş daşı üzərində belə yazılıb “Mübarizə aparmaq və axtarmaq, tapmaq və təslim olmamaq”. Robert Skott
2. Bu bakılıya 1943-cü ilin sentyabrında edam cəzası verildi, 1 ildən sonra isə Tokionun “Suqamo” həbsxanasında asıldı. Zorge
3. Korridada qılıncla öküzə ölümcül zərbə vuran toreador məhz belə adlanır. matador
4. Müxtəlif vaxtlarda Karusel, Razılıq, Qrev meydanlarında qurulan bu qurğudan ilk dəfə 21 avqust 1792-ci ildə istifadə olunub. gilyotina
5. Yusif Səmədoğlunun bu romanının adı mövzuya uyğundur. “Qətl günü”

1. Şərqi Sibirin cənubunda yerləşən bu muxtar respublikanın paytaxtı Qızl şəhəridir. Tuva
2. Monqolustanın pul vahidi budur. tuqrik
3. Bu 4 misralı, rəməl bəhrində yazılan lirik və fəlsəfi məzmunlu şer növünə Qazi Bürhanəddin, Nəsimi, Nəvai və s. Şairlər müraciət etmişdilər. tuyuq
4. Kitabi Dədə Qorqudun VI boyunun baş qəhrəmanı odur. Qanturalı
5. Paolo Koelyonun “Əlkimyaçı” əsərindəki qiymətli daşlardan biri belə adlanırdı. tummim

1. Çevrə uzunluğunun diametrə olan nisbəti neçəyə bərabərdir. 3,14
2. Onun əsərlərinin adında 3,10, 20, 45 rəqəmlərini görmək olar. Aleksandr Duma (ata)
3. Yurgen Klinsman Almaniya yığmasında bu nömrəli futbolkada çıxış edirdi. 18
4. Bu amerikan kinokompaniyasının loqotipində 22 ulduz var. Paramount Pictures
5. Məşhur italyanın adı ilə adlandırılan bu rəqəm ardıcıllığında növbəti rəqəm əvvəlki rəqəmin cəminə bərabər olur. Fibonaççi rəqəmləri

Təkcə şahmat haqqında olmayan mövzu

1. “Böyük şahmat lövhəsi” kitabının müəllifi məhz odur. Z. Bzejinski
2. IBM firmasının hazırladığı bu kompyüter 1997-ci ildə Harri Kasparovu məğlub etmişdi. Deep Blue
3. Məhz bu rus çarı 18 mart 1584-cü ildə şahmat oynadığı zaman vəfat etmişdir. IV İvan Qroznı
4. Bu oyunu “futbol meydançasında şahmat” adlandırırlar. amerikan futbolu
5. Bu ilahə şahmatın muzası hesab edilir. Kaissa

1. Isveçdə 300 mindən çox insan bu soyadı daşıyır. Karlson
2. Uolt Disney studiyası 1994-cü ildə bu kral haqqında cizgi filmi çəkdi. Lion King
3. Bu sovet cizgi filmi serialında epizodlardan birində “cip-cip cücələrim” mahnısından istifadə edilmişdi. “Nu poqodi”
4. Bu cizgi filmindəki hadisələr Ingiltərənin şərqi Sasseks qraflığının Eşdaun meşəsində və ya kitabda deyildiyi kimi 100 akrlıq meşədə cərəyan edir. Vinni Pux
5. ABŞ-ın ispanaq istehsalı ilə məşğul olan Kristal-siti şəhərində bu cizgi film qəhrəmanına heykəl qoyulub. Papayya (turklərdə Təməl Rəis)

1. 1872-ci ildə ABŞ-da yaradılan və öz qeyzerləri ilə məşhur olan bu qoruq dünyada ilk milli park hesab olunur. Yellostoun Milli Parkı
2. Ənənəvi “Tur de Frans” velosiped yarışları iştirakçıların bu məşhur küçəyə gəlib çatması ilə başa çatır. Yelisey çölləri
3. 1938-ci ildə inqilabçı Xanlar Səfərəliyevin şərəfinə Xanlar adlandırılan bu şəhərin əvvəllər daşıdığı adı belə idi. Yelenendorf
4. Bu avstriyalı yazıçı 1983-cü ildə yazmış olduğu “Pianoçu qadın” əsərinə görə 2004-cü ildə Ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür. Elfrida Yelinek
5. Bu universitetin devizi “işıq və həqiqət”dir. Yel universiteti

Bütün yollar Romaya aparır

1. Məhz bu futbol klubunun gerbində dişi canavar əks olunub. Roma
2. Qədim Romada Saturnun şərəfinə keçirilən bu bayram vaxtı qullar öz sahibləri ilə bir süfrədə yemək yeyə bilərdilər. Saturnaliya
3. Keçmiş qladiator olan bu məşur frakiyalı Krassın başçılıq etdiyi orduya qarşı doyuşdə öldurulmüşdü. Spartak
4. “Yaşasın Sezar, ölümə gedənlər səni salamlayır” sozlərini məhz bu insanlar deyirdi. qladiatorlar
5. Bu ayı Roma senatorları Tiberinin şəhərfinə adlandırmağı təklif etmişdilər. sentyabr

1. Qəribə olsa da bir çox yazıçı fantastlar onları məhz yaşıl rəngdə təsvir edirlər. başqa planetdən gələnləri
2. Bu dövlətin bayrağında siz ancaq yaşıl rəngi görə bilərsiniz. Liviya
3. Əsası 1971-ci ildə qoyulmuş bu təşkilatın üzvləri ətraf mühitin qorunmasını əsas məqsəd kimi qarşıya qoyublar. Greenpeace
4. Afrikanın ən ucqar qərb nöqtəsi olan Almadi burnu məhz bu yarımadada yerləşir. Yaşıl burun yarımadası
5. 1819-20-ci illərdə Peterburqda gələcək dekabristlər Trubetskoy, Tolstoy və onların dostu Vsevolojski tərəfindən yaradılan bu ədəbi cəmiyyətin üzvləri arasında Fyodor Glinka, Puşkin, Delviq, Qnediç kimi dövrlərinin məşhur yazıçı və şairləri var idi. “Yaşıl lampa” cəmiyyəti

Azrbaycan tarixi sxemlrd xritlrd

1920-Cİ İLLƏRDƏ İTİRİLMİŞ AZƏRBAYCAN TORPAQLARI

Tarixi Azərbaycan torpaqları (1813-1828-ci illərə əsasən) 410 min km2 ərazini əhatə edir.

Bu geniş coğrafiyada tarix boyu bir çox xalqların yaşamasına baxmayaraq burada Azərbaycan –müsəlman-türk əhalisi daima çoxluq təşkil etmişdir.

Torpaqlarımızın parçalanması prosesi şərti olaraq aşağıdakı mərhələlərə bölünür:

1736-cı ildə Gəncə bəylərbəyi Cavad xan Ziyad oğlu Nadir şahın tacqoyma mərasiminə qatılmadığı üçün Nadir şah Borçalını Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən ayırıb Kartli-Kaxeti çarlığına bağışlamış, sonralar isə 1801-ci ildə Rusiya ilə Gürcüstan arasında bağlanmış olan Georgiyevski aktı nəticəsində Gürcüstan, o cümlədən də
Borçalı Rusiya ərazisinə qatılmışdır.
1828-ci il fevralın 10-da I Nikolay ilə Fətəli Şah Qacar arasında bağlanan Türkmənçay müqaviləsinə əsasən Azərbaycan ərazisi Araz çayı sərhəd olmaqla şimal və cənub hissələrinə bölündü. İran tərkibində qalan
Azərbaycan torpaqları Cənubi Azərbaycan adlandırıldı və indiyə kimidə İran tərkibindədir.
Bu torpaqlar təqribən Azərbaycan torpaqlarnın 65%-ni əhatə
edir. Ərazisi isə 280 min km2 təşkil edir.
Digər torpaqlar isə Rusyanın
müstəmləkəsinə çevrilir. Bu torpaqlar Ümumi Azərbaycan torpaqlarının 35%-ni əhatə edir. Rusiya Azərbaycan torpaqlarını
əldə etdikdən sonra burada müəyyən islahatlar o cümlədən demoqrafiq dəyişiklik və ərazi dəyişiklikləri etməyə başlayır. Türkmənçay və Ədirnə
müqavilələrinə əsasən Osmanlı və İran ərazidən kütləvi şəkildə ermənilərin Azərbaycanın Qarabağ, Naxçıvan və İrəvan
xanlıqları ərazilərinə köçünü təşkil edir.

Bununla yanaşı Rusiya ərazisindən kütləvi şəkildə rus bidətçilərinin köçləri olur. Bu köçlər Rusiyanın Qafqazda demoqrafik vəziyyəti öz xeyrinə dəyişdirməsi və buranı
daha yaxşı idarə etməsi üçün təşkil edilmişdi.
Daha sonra Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması rusların heç də planlarının davamsız olmadığını görsətdi. Ölkəyə kütləvi
xristian- erməni-rus əhalisinin
köçürülməsi ilə yanaşı, ölkədən mövcud hakimiyyətə qarşı çıxan türk-müsəlman əhalisi öz ata-baba yurdlarından Osmanlı
və İrana deportasiya olunurdular.

Bu demoqrafiq siyasət nəticəsində artıq XX əsrin əvvəllərinə doğru Rusiya ərazidə demoqrafik vəziyyəti öz xeyrinə, o cümlədən ermənilərin xeyrinə dəyişdirməyi bacarmışdı.

1840-ci il islahatına görə Rusiya
tərəfindən yeni inzibati idarəetmə sistemi olan Komendat İdarəetmə Sisteminin yarnması, tarixi Azərbaycan torpağı olan
Dərbəndin, Altıparın, Axtı, Doqquzparın, Qaytaq və digər ətraf rayonların Dağıstan
vilayətinə birləşdirilməsi ilə nəticələndi.
Dərbəndin ərazisi 7 min km2 dir və o zamandan bəri Dağıstan tərkibindədir. Hal hazırda da orada Azərbaycanlılar yaşamaqdadır.

28 may 1918-ci il Azərbaycan Xalq
Cümhuriyyəti yarandığı zaman Azərbaycan torpaqları cəmi 139831 km² ərazini əhatə
edirdi. Əslində bu ərazi İrəvan verildikdən sonra və mübahisəli ərazilərlə birlikdə ümumi ərazinin ölçüsüdür. Mübahisəli əraziləri qeyd etməsək cümhuriyyətin
ərazisi 99908,86 km² təşkil edirdi.
Cümhuriyyət Tiflisdə qurulduqdan sonra Rusiyanın təzyiqi ilə Ermənistanla müqavilə bağlamaq məcburiyyətində qalır və İrəvan
quberniyasını ermənilərə güzəştə gedir.
Amma bunun qarşılığında Ermənistanın bir daha Qarabağ, Zəngəzur və Naxçıvan əraziləri üçün Azərbaycana torpaq iddiası
etməyəcəyi haqqında razılaşırlar.
Ermənistana güzəşt edilən İrəvan
quberniyasının ərazisi 8913,17 km² təşkil edirdi.Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i,
Aleksandropol qəzasının ¼-i bu torpaqlara daxil idi.
Bu dövrdə əhalinin sayı isə 321
min nəfər olmuşdur ki, bunun da 230 mini erməni , 80 min müsəlman , 5 min yezidi
kürd və 6 min digər millətlər təşkil edirdi.
Edilən güzəştdən sonra ermənilər
Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə yenidən çıxış etdilər.
Azərbaycanın Sovetləşdirilməsindən sonra
isə ermənilər SSR daxilində rusların köməkliyi ilə bir sıra torpaqları da aldılar.

Artıq SSR-in dağılması mərəhələsində 1988-1994 ci illər ermənilərin Azərbaycan torpaqlarını işğalının digər bir
mərhələsidir. 1988-1994-ci illərdə
Ermənistanın hərbi müdaxiləsi və antitürk siyasəti nəticəsində Azərbaycanda 20 min insan öldürülmüş, 100 min soydaşımız
yaralanmış, 50 mini isə müxtəlif dərəcədə zədə almış, 4852 nəfər azərbaycanlı (o cümlədən 54 uşaq, 323 qadın, 410 qoca)
itkin düşmüş, onlardan 1368 nəfəri (o cümlədən 169 uşaq, 338 qadın, 286 qoca) əsirlikdən azad edilmiş, 783 nəfəri (o cümlədən 18 uşaq, 46 qadın, 69 qoca) isə
bu günədək Ermənistanda əsirlikdədir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin
məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür. İlkin məlumatlara görə, mənəvi-
psixoloji zərbə ilə bərabər Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.