Azərbaycan tarixi üzrə qaynaqlar
3.Dərbənd şəhərini ərəblər “Bab-ül əl-Bab”adlandırmışlar.
Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat
Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər. Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir.
Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Torpaq özündə bu abidələrin tükənməz «arxivi»ni — əmək alətləri, məişət və bəzək əşyaları, silah, məskən qalıqları, qəbirlər, qədim mədən və metaləritmə yerləri, həmçinin başqa şeylər saxlayır.
Axtarış zamanı aşkara çıxarılan arxeoloji abidələr qədim dövrlərdən başlamış son orta əsrlərədək Azərbaycan tarixini daha əsaslı şəkildə və daha dərindən işıqlandırmaq imkanı verir.
Arxeologiya təkcə öyrənilən ölkənin ilk sakinlərinin maddi və mənəvi mədəniyyət səviyyəsi haqqında mühakimə yürütməyə deyil, həm də məhsuldar qüvvələr tarixi, sinfi cəmiyyətin yaranması və inkişafı, miqrasiya, etnogenez və bir çox başqa problemlərlə bağlı olan mühüm məsələlərin bu və ya digər dərəcədə həll olunmasına imkan verir.
Son zamanlar Azərbaycan ərazisində aşkara çıxarılmış və artıq elmi dövriyyəyə daxil edilmiş numizmatik materiallar da tariximizin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir. Onlar bölgənin iqtisadi inkişafı, siyasi tarixinin bəzi hadisələri, müəyyən dərəcədə həm də mədəni səviyyəsi haqqında mühakimə yürütməyə imkan verir.
Yazılı qaynaqların da çox böyük əhəmiyyəti var. Azərbaycan tarixi üzrə yazılı qaynaqları iki qrupa bölmək olar: sənədli və nəqli xarakterli qaynaqlar.
Cənubi Azərbaycan və həmsərhəd ərazilərin tayfaları haqqında məlumatlar verən, ən, qədim qaynaqlar Şumer-Akkad mətnləridir. Şumer və qədim Akkad dillərində tərtib olunmuş bütün bu kitabələr e.ə. III minilliyə və II minilliyin başlanğıcına aiddir. Bu mətnlərin meydana çıxması əsasən Şumer və Akkad çarlarının Zaqros dağları zonasına yürüşlərinə, habelə kuti hakimlərinin Cənubi Beynənnəhreyndəki birəsrlik hökmranlığına borcludur. Ən ilkin, yazılı qaynaqlar sırasında lullubi hökmdarlarının bir neçə qısa yerli kitabələrini də xatırlamaq lazımdır.
E.ə. II minilliyin Elam və Aşşur qaynaqları çox kasıbdır və Zaqros zonası tayfaları haqqında, demək olar ki, heç bir məlumat vermir. Aşşur qaynaqları içərisində bizim üçün ən vacibləri II Adadnerari, II Tukulti-Ninurta, II Aşşurnasirapal, III Salmanasar, V Şamşi-Adad, III Adadnerari, III Tiqlatpalasar, II Sarqon, Sinaxxerib, Asarxaddon və Aşşurbanipalın kitabələridir.
Aşşur çarlarının kitabələrində çoxsaylı yürüşlərin, Azərbaycan vilayətləri və qonşu vilayətlərdə məskunlaşmış tayfaların xarici, müəyyən dərəcədə isə daxili siyasi və iqtisadi həyatının gedişini izləməyə imkan verən təsvirlər verilmişdir.
Aşşur qaynaqlarının Cənubi Azərbaycan vilayətləri haqqında məlumatları xeyli dərəcədə Urartu kitabələrində mövcud olan məlumatlarla zənginləşir.
Babil qaynaqları içərisində e.ə. VII əsrin son rübünün hadisələrini işıqlandırmağa imkan verən məşhur «Kedd xronikası»nın adını çəkmək lazımdır.
Cənubi Azərbaycan haqqında bəzi məlumatları «Bibliya»dan da almaq olar.
«Avesta» mühüm mənbələrdən biridir. Zərdüştlük və onunla bağlı olan dini fəlsəfi sistemlər Cənubi Azərbaycan ərazisində min ildən xeyli artıq olan uzun bir dövr ərzində yayılmışdı. Bizim «Avesta»ya diqqətimiz də bununla izah olunur. «Avesta»nın kanonlaşdırılmalarından biri, şübhəsiz ki, Atropatenada bu məmləkətin Sasani səltənətinin dövlət ziyarətgahı olduğu dövrdə baş vermişdir.
Çar I Daranın Həmədan rayonunda sıldırım qaya üzərində üç dildə yazılmış Bisütun kitabəsi də bizə bəzi məlumatlar verir.
Antik yazıçılar — Miletli Hekatey, Lampsaklı Xaron, Lidiyalı Ksanf, Hellanik və b. əsərlərində də Azərbaycan tarixi üzrə müəyyən məlumatlar var. E.ə. VI-V əsrlərin yunan yazıçısı, ən qədim coğrafi xəritə əlavə olunmuş məşhur «Yerin təsviri» əsərinin müəllifi Miletli Hekatey Cənubi Azərbaycanda məskunlaşmış matienlər tayfasının, Arazboyu müklərin, Kaspi dənizi sahilində yaşayan hansısa katannların adlarını çəkir.
Şərq haqqında yazılmış ilk yunan müəllifləri içərisində əsas yer, şübhəsiz ki, «tarixin atası» Herodota (e.ə. V əsr) — qədim dövrün böyük tarixçisinə mənsubdur. Herodotun madahlar (midiyalılar) və Mada (Midiya), skiflər və onların Asiya vilayətlərinə yürüşləri, Azərbaycan tayfaları — müklər, utilər, saqartilər, matienlər, kaspilər, ortokoribantlar haqqında məlumatları bizim üçün vacibdir. Herodotun özünün bilavasitə şahidi olduğu hadisələr, habelə sorğu yolu ilə aldığı məlumatlar onun «Tarix»nin əsas mənbələridir. İran şahları arxivlərinin rəsmi sənədlərinə yol Herodot üçün ilk növbədə ona görə bağlı olmuşdur ki, o, yunan dilindən başqa heç bir dil bilmirdi. Lakin bəzən onun əsərlərində, nəticə etibarilə bu rəsmi sənədlərlə bağlı olan məlumatlara rast gəlinir. Şübhəsiz ki, Herodot onlardan üçüncü əldən götürməklə istifadə etmişdir. Onun bəzi şeyləri öz sələfi Hekateydən götürdüyü müəyyənləşdirilmişdir. Onun əsəri bütövlükdə indinin özünədək tariximizin bir sıra məsələləri üzrə ən mühüm qaynaqlardan biri olaraq qalır.
İyirmi ilə qədər İran sarayında yaşamış, Əhəmənilərin (Haxamanişilərin) saray həkimi olmuş, e.ə. V əsr müəllifi Knidli Ktesinin «Persika» əsərinin qorunub saxlanılmış azsaylı parçalarından isə çox şey əldə etmək mümkün deyil.
Ktesi ayrı-ayrı hallarda ola bilsin ki, Əhəməni şah arxivinin rəsmi sənədlərindən istifadə etmişdir. Onun əsərinin müəyyən məşhurluğuna baxmayaraq, hələ qədim oxucular orada həqiqətə uyğun olmayan çoxlu məlumat görə bilmişdilər.
«Persika»da döyüşkən Cənubi Azərbaycan tayfası kadusilər haqqında ən qədim məlumat vardır. Ola bilsin ki, əsərdə Kaspiananın da adı çəkilirmiş.
Makedoniyalı İskəndərin müasiri e.ə. III əsr müəllifi Hermippin, e.ə. II əsrin məşhur tarixçisi, əsəri məlumatlarının xüsusi dəqiqliyi ilə seçilən, qırxkitablıq «Tarix»in müəllifi Polibinin və başqalarının əsərlərində bəzi mühüm məlumatlar qorunub saxlanılmışdır. Polibinin Atropatena barəsində məlumatları xüsusilə əhəmiyyətlidir.
Amasiyalı Strabonun (e.ə. 63-cü il — b.e. 23-cü ili) yunan dilində yazılmış və «Coğrafiya» adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz qaynaqdır. Strabon öz dövrünə görə yaxşı təhsil almış, çoxlu səyahət etmiş, müstəsna müşahidəçiliyi və dərin zəkası ilə fərqlənmişdir. Amasiyalı müəllifin əsərində Makedoniyalı İskəndərin müasirlərinin və hətta daha əvvəlki müəlliflərin əsərlərindən başlamış Strabonun öz müasirlərinin əsərlərinədək saysız-hesabsız müxtəlif qaynaqlardan istifadə olunmuşdur. Roma sərkərdəsi Pompeyin e.ə. 66-65-ci illərdə Zaqafqaziya səfərində onun yol yoldaşı Mitilenli Feofanın qeydləri və bir sıra digər müəlliflərin işləri ilə tanışdır və öz «Coğrafiya»sında bu əsərlərdən bol-bol parçalar gətirir.
Qafqazın, ayrı-ayrı hallarda isə bəzi digər qonşu ölkələrin Strabon «Coğrafiya»sındakı təsviri, ətraflılığına görə bu ölkələrin tarixi, coğrafiyası və etnoqrafiyası üzrə yeganə qaynaqdır.
Yazıları dövrümüzə qədər gəlib çatmış antik müəlliflərin heç birində albanlar haqqında «Coğrafiya»da verilənlər yoxdur. Strabonun Atropat Madası və ya Atropatenanın Böyük Madanın bir hissəsi olması, bu ölkənin öz adını Atropatın adından alması və s. kimi məlumatları müstəsna qiymətə malikdir.
Məşhur Roma tarixçisi, 35 kitabı və itib-batmış cildlərinin bir qədər fraqmentləri qorunub saxlanılmış «Roma tarixi» əsərinin müəllifi Tit Livi (e.ə. 59-cu il — e. 1-ci ili) Roma müdaxiləsi dövrü albanları haqqında bəzi məlumatlar verir, madalılar və kadusilərin adlarını çəkir.
Böyük Plininin (23/24-79-cu illər) «Təbii tarix»i bizim üçün mühüm əhəmiyyətə malikdir. Demək olar ki, 350 yunan və 150-dək Roma müəllifinin əksəriyyəti bizə gəlib çatmamış bir çox əsərindən istifadə edilərək yazılmış bu ensiklopedik xarakterli əsərdə Azərbaycanın təbiəti, əhalisi, burada məskunlaşmış tayfaların məişəti haqqında bir sıra çox qiymətli məlumatlar var.
Albaniyanın paytaxtı Qəbələnin adının ən ilkin xatırlanması Plininin hesabına bizə gəlib çatmışdır (Plinidə: Kabalaka). O, bu ada, çox güman ki, e.ə. II-I əsrlərdə yaşamış romalı müəllif Varronun əsərlərində rast gəlmişdir.
Plininin qaynaqlarından danışarkən qeyd etmək lazımdır ki, bir çox hallarda o özü bu qaynaqların adlarını çəkir və bununla da onun bu və ya digər məlumatının xarakteri və dolğunluq dərəcəsini müəyyənləşdirmək sahəsində tədqiqatçının işini yüngülləşdirir. Plininin istifadə olunan qaynaqlara müəyyən qeyri-tənqidi yanaşmasını və «Təbii tarix»in mətninin pis qorunub saxlanmasını da göstərmək lazımdır.
Roma dövrü tarixçilərinin hamısından çox tanınanı və məşhuru yunanca yazan Plutarx (46-127-ci illər) olmuşdur. O, çox səyahət etmiş, məhsuldar yazıçı olmuşdur. Məşhur «Müqayisəli tərcümeyi-hallar» əsəri Plutarxa şöhrət gətirmişdir. Aleksandrın, Sullanın, Lukullun, Antoninin və b. tərcümeyi-halları xüsusən qiymətlidir.
Plutarxın “İsida və Osiris haqqında” əsəri də bizim üçün mühüm əhəmiyyətə malikdir. Müəllif bu əsərində e.ə. IV əsrdə yaşamış, Makedoniyalı Aleksandrın tapşırığı ilə zərdüştiliyin müqəddəs kitablarını öyrənən Feopompun ardınca gedərək maqların təlimi və i.a. haqqında maraqlı məlumatlar verir.
İçərisində «Annallar» («Salnamələr») və «Tarixlər» kimi xüsusilə seçilən çoxlu əsərin müəllifi, məşhur romalı tarixçi Korneli Tasit (təxminən 55-117-ci illər) də bizə bir sıra qiymətli məlumat çatdırmışdır. Onun əsərlərinin Romanın Qafqaz ölkələri, o cümlədən Albaniya, habelə Parfiya ilə münasibətlərindən bəhs edilən səhifələri müstəsna dərəcədə mühüm qaynaqdır. Albanlar haqqında maraqlı məlumatlara II əsr müəllifi Appianın «Mitridatın müharibələri» adlı məşhur əsərində də rast gəlmək mümkündür.
II əsr müəllifi Klavdi Ptolemeyin «Coğrafiya dərsliyi»ndə Azərbaycanın coğrafiyası haqqında xeyli material var. Ptolemey bir çox vilayətlərin, dağların, çayların, keçidlərin, şəhər, iri yaşayış məskənlərinin və xalqların adlarını çəkir. Lakin onun xəritəsində xeyli miqdarda təhrif və uyğunsuzluqlar vardır.
Dion Kassi Kokkeianın (təxminən 150-235-ci illər) «Roma tarixi»ndə Atropatena və Albaniya haqqında məlumatlar var.
Antik qaynaqların müstəsna əhəmiyyətinə baxmayaraq, onlara ehtiyatla yanaşmaq lazımdır, çünki antik müəlliflərin məlumatları tez-tez təsadüfi, çox vaxt isə ziddiyyətli xarakter daşımış və heç də həmişə dəqiqliyi ilə fərqlənməmişdir.
2. Azərbaycanın X əsrə qədərki vəziyyəti haqqında fikir söyləməyə imkan verən yeganə yerli mənbə Moisey Kalanknatuklinin “Albaniya tarixi “ adlı əsərinin çox böyük əhəmiyyəti vardır. “Albaniya tarixi” əsəri bənzərsiz tarixi yol keçmiş əsərlərdən biridir. Onun hansı xalqın tarixi olması haqda qızğın mübahisələrin arası kəsilmir. Bu xalq Şərqi Zaqfqaziyada yaşamış, indiki azərbaycanlıların soykökündə dayanan albanlar olmuşlar. Buna görə də “Albaniya tarixi “ kitabi bizə qədər erməni (qra-bar) dilində gəlib çatsa da, ona sahib sayıla biləcək yeganə tarixi varlıq yalnız albanların özüdür. O vaxt Albaniyada yaşamış müxtəlif dilli və ləhcəli 26 alban qəbiləsinin birləşməsi hələ V əsrdən Aran dilinin Azərbaycanın şimal torpaqlarında vahid dil olması indi tarix ədəbiyyatlarında şübhə doğurmur. VII əsrdə ərəblər tərəfindən Azərbaycan zəbt olunmuş, yerli xristian albanların çoxu müsəlmanlığı qəbul etməli olmuş, indiki dağlıq Qarabağda –Arsaxda yaşayan albanlar isə öz dillərində qalmış, xristian ermənilərin əhatəsində olduqları üçün getdikcə öz dillərini itirmiş, erməniləşmışdilər. alban kilsəsini özünə tabe edə bilmiş erməni kilsəsi albanlara məxsus olan abidələri erməni abidəsi elan etmiş, yazılı abidələrin isə qədim erməni dilinə -qrabara tərcümə etməyə cəhd etmişdilər. Eyni fəlakət “Albaniya tarixi” kitabının başına gəlmiş və bu abidə erməni dilində çatmışdır. Tarixdə bu və ya başqa dillərdə yaranmış əsərlər çoxdur. Məsələn İbn Sına, əl-Biruni, Fərabi və başqaları ərəb dilində yazıb yaratmışlar. Ancaq belə bir fakt həmin əsərlərin milli-tarixi ünvanı üçün göstərici deyildir. “ Albaniya tarixi ” kitabı 1861-ci ildə Patkanyan tərəfindən rus dilinə tərcümə edilərək Peterburqda çap olunmuşdur. Tərcüməçi əsərdə olan alban – türk ruhunu nə qədər təhrif etsə də, ümumilikdə onu aradan qaldıra bilməmiş və hətta bəzi türk sözlərini olduğu kimi saxlamışdır.
Hətta 1984-cü ildə Yerevanda ikinci dəfə nəşr olunan kitab o qədər təhrif olunmuşdur ki, erməni tədqiqatçıları birinci tərcüməni yararsız saymışlar.
Əsərdə hadisələr VII əsrdən X əsrə qədər davam edir. Əsər 3 kitabdan ibarətdir. Birinci və ikinci kitabları, görünür bir müəllif yazmışdır. Çünki VII əsrə, xüsusilə Cavanşirin dövrünə düşən hadisələri bu müəllif öz gözləri ilə görmüşdür. Lakin üçüncü kitabda hadisələrin işlənməsi X əsrə qədər çatdırılır. Moisey Kalankatuklı VIII-X əsrlərdə yaşaya bilməzdi, deməli, sonuncu kitabın başqa müəllif tərəfindən yazıldığı inkaredilməzdir. Başqa sözlə, üçüncü kitab əslində bitmiş bir əsərə sonralar qatılmışdır.
Bu bir daha göstərir ki, Alban kilsəsi ətrafında gedən mübarizə ilə bağlı olaraq, bu dövrdə “ Albaniya tarixi ” artıq kəskin siyasi əhəmiyyət kəsb etmiş bir əsərə çevrilmiş-dir.
Əsərdə Mihranilər sülaləsinin Albaniya çarlığında hakimiyyətə gəlməsindən başlayaraq, Albaniyanın görkəmli çarı Cavanşirin hakimiyyətinin başlanması dövründən dövlətin sonrakı dövrlərinə qədər, xristianlığın bu ölkədə yayılmasına, Albanlarla ərəblərin siyasi əlaqəsi qədər çox geniş məlumatlar verilir.
Albaniyanın sonrakı, XI_XII əsrlər tarixini salnamə halında Gəncə şəhərində anadan olmuş və ömrünü orada keçirmiş Mxitar Qoş yazmışdır. Qoşun “Alban salnaməsi”akademik Z.M.Bünyadov tərəfindən 1960 ci ildə Azərbaycan dilinə tərcümə edilmişdir. Onun “Alban səltənəti” əsəri həcmcə kiçik olsa da mənbəşünaslıq baxımından çox qiymətli bir əsərdir.
“Kitabi Dədə Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla yanaşı Azərbaycan tarixinin ana qaynağı sayılır. Bu epos elm aləminə 1815-ci il-də bəlli olmuşdur.
«Kitabi-Dədə Qorqud» dastanları VII –XII əsrlərdə və daha əvvəllər Azərbaycanda baş vermiş hadisələrlə səsləşir.Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. «Kitabi-Dədə Qorqud»u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya Çələbi(səh. 286) vəAdam Olearinin(səh. 274) «Səyahətnamə»lərində bu fakta rast gəlmək olar.
Alman şərqşünası H. F. D i t s Drezden kitabxanasında “Dədə Qorqud” dastanlarını ilk dəfə aşkara çıxarmışdır. Hətta “Basatin Təpəgözü öldurdüyü boyu alman dilinə çevirərək nəşr etdirmişdir. Alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. «Kitabi-Dədə Qorqud»dakı Təpəgöz obrazı Homerin «Odisseya» dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.
Drezden nüsxəsi 154 səifəlik bir əsərdir, hər səhifəsində 13 sətir vardır,12 boydan ibarətdir.
Bu eposun İtaliyada Vatikan kitabxanasında saxlanılan 109 səhifəlik başqa bir nüsxəsi də vardır. Drezden nüsxəsi açıq-aşkar Azərbaycan dilində yazılmışdır. Vatikan nüsxəsi isə cəmi altı boydan ibarət olub, XVI əsr türkcəsinə daha yaxındır. İndiki elmi biliklərə arxalanaraq dastanın aparıcı və başlıca mövzularının çox-çox uzaqlara, hələ ibtidai – icma quruluşunun dağıldığı və “hərbi demokratiya” hakimiyyətinin yaşadığı zamanlara gedib çıxdığını söyləmək olar.
Bir çox əsrlər boyu ozan sənətinin küçəsindən keçərək bu mövzular artıq VI-VII əsrlərdə yazıya alınmış, fars (Pəhləvi) və ərəb dillərində də “Oğuznamə” adı altında çevrilmişdir. Kitabın iki əsrə yaxın öyrənilmə tarixində böyük xidməti olan böyük rus türkoloqu V.V. Bartoldun yazdığı kimi, kitab islamın ilk dövründə, yəni Qafqaz mühitində Dərbənd keçidi ilə Ermənistan yaylağı arasındakı torpaqlarda, yəni Azərbaycanda bəstələnib yaranmışdır. Ancaq kitabın yaşının açarı onun özündədir. Kitabın əlyazmasında oğuzlar dönə-dönə müsəlman adlandırılsalarda, bu oğuz cəmiyyəti əslində hələ islam və şəriət qanunlarından kənarda durur. Bu oğuzlar hələdə “allah” yerinə daha çox “tanrı” (tenqri) sözünü işlədirlər.
“Kitabi-Dədə Qorqud” eposunda ən qədim dini –mifoloji təsəvvür və adət ənənələr oğuzların ibtidai dövrünə-bizim eranın III-IV əsrlərinə aiddir. İslamiyyətdən əvvəlki bu dövrdə oğuzlar yarımköçəri həyat keçirmişlər. Oğuzların əsas təsərrüfatı qoyunçuluq –maldarlıq, atcılıq və dəvə sürülərindən ibarətdir. İnamları xeyirxah qüvvələrin rəmzi sayılan Xızır peyğəmbərdir.
At kultu oğuzlar içərisində daha geniş yayılmışdır. Bu isə iskitlərdən, hunlar-dan gəlmə bir inancdır. At igidin yoldaşıdır, igid ölərsə at da öldürülür.
Çox maraqlı məsələlərdən biri kitabda “alban” adının bir etnos kimi iki dəfə çəkilməsidir.
“Kitabi-Dədə Qorqud” da cərəyan edən hadislər əsasən VI-VIII əsrləri əhatə edir. Lakin bəzi boylarda sonradan əlavə edilmiş və sonrakı tarixi hadisələrlə uzlaşdırılan epizodlar vardır.
Kitabda biz əxlaq və məişət məsələlərini əks etdirən səhnələrə də rast gəlirik. Oğuz igidləri, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilməzlər. Onlar uşaqlarına anadan doğulan kimi ad qoymurdular. Yeniyetmələr yalnız 15 yaşına dolduqda və igidlik göstərib “ ərlik isdədikdə ”ad alırdılar. Bu adlar islamdan çox-çox qabaq Oğuz dədələrin yaşatdığı türk adları idi.
Oğuzların qadınları, qız- gəlinləri çadra, yaşmaq nə olduğunu bilməzdilər. Kitabda oğuz-türk xalqlarının etnik-əxlaqi, məişət məsələləri ilə yanaşı, siyasi, inzibati -ərazi baxımından çox qiymətli məlumatlar verilir.
Beləliklə göstərmək olar ki. “Kitabi Dədə -Qorqud “ eposu Azərbaycan xalqının ümumilikdə türk xalqlarının tarixinin, etnoqrafiyasının, öyrənilməsində bir əvəzsiz mənbə rolunu oynayır.
3. İbtidai icma cəmiyyətinin, qədim insanların, onların inkişaf xüsusiyyətlərinin meydana çıxması, formalaşması və ayrı-ayrı inkişaf mərhələləri paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət qalıqları vasitəsi ilə tədqiq olunur. Azərbaycanın iqlim şəraiti, çayların bolluğu, ərazisinin bir hissəsinin dənizlə əhatə olunması bu ölkənin ilk yaşayış məskəni olmasına imkan yaratmışdır. İnsan yarandığı gündən təbiətlə mübarizə aparmalı olmuşdur. Təbiətin amansız hadisələri-soyuqlar, buzlaşmalar, daşqınlar yanğınlar və s.insanları daim məhv olmaq təhlükəsi qarşısında qoyurdu.
Ən qədim zamanlarda insanlar vəhşi heyvanlardan demək olar ki, o qədərdə fərqlənmirdilər. Qida axtarmaq onların başlıca məşğuliyyətləri idi. Lakin yaşamaq uğrunda mübarizədə öz fəaliyyətini əmək alətləri hazırlamaq istiqamətində gedərək, onlar heyvanat aləmindən ayrıla bilmişlər.
İbtidai icma qurluşu üç dövrə bölünür:
- Daş dövrü
- Tunc dövrü
- Dəmir dövrü
Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildən M.Hüseynov tərəfindən öyrənilir. Qalınlığı 10-14m olan 10 təbəqə aşkar edilmişdir.
Birinci təbəqə Eneolit dörünə aiddir. Aşağı paleolitə aid olan 3,5,9 təbəqələrdən 15 mindən çox daş məmulatlar əldə edilmişdir. 6-cı təbəqədə ibtidai üsulla qəlpələnmiş çapacağa oxşar alətlər tapılmışdır.Bu alətlər Şell dövrünə aid edilir. 2 və 4 cü təbəqələrdə arxeoloji material tapılmamışdır.
Aşağı paleolitə aid təbəqələrdən tapılan 30 mindən çox daşlaşmış heyvan və balıq sümüyü mağara sakinlərinin yığıcılıqla bərabər ovçuluqla və balıqçılıqla məşğul olduqlarını sübut edir. Fauna qalıqları içində 35 növ heyvan sümüyü aşkar edilmişdir.Eyni zamanda 4 ocaq yeri tapılmışdır.Azix mağarasındakı bu tapıntılar sübut edir ki,bu ərazidə 1milyon il əvvəl yaşayış olmuşdur.
Qədim paleolit dövründə yaşayan ibtidai insanların həyatında ov xüsusi və başlıca rol oynamışdır. Arxeoloji materiallar göstərır ki, şell-aşell dövründə insanlar ayri-ayri dəstələrlə sürü halında yaşamışlar. Onların istifadə etdikləri istehsal vasitələri dəstənin ümumi mülkiyəti olmuşdur. Onlarda ilk icma və bəsit icma hakim ictimai qurum olmuşdur.
İstehsal vasitələri təkmilləşdikcə qədim insanlar da inkişaf edirdi. Onların təfəkkürü genişlənmiş, ünsiyyət əlaqələri artmışdı. Bu münasibətlərin nizamlanmasında dil və dini anlayışın böyük rolu olmuşdur.
Azərbaycan arxeologiyasının nailiyyətlərindən biri orta daş dövrü (Mezolit) məsələsidir. Bu dövr e.ə XII:-VIII minillikləri əhatə edir.Tapıntılar göstərir ki, bu dövrün sakinlərinin əsas peşəsi ovçuluq olmuşdur. Ox və yaydan istifadə edən mezolit dövru insanları, papeolit dövrü insanlarına nisbətən xeyli inkişaf etmişdir.
1965-1966-ci illərdə C. Rüstəmov və F. Muradova tərəfindən Qobustanın “ Ana zağa ” və “ Çar dağ zağa ” sığınacaqlarında mezolit dövrünə aid bir sıra maddi-mədəniyyət abidələri aşkara çıxarılmışdı. Qobustan Kiçik Qafqaz dağlarının qurtaracağında Böyükdaş, Kicikdaş və Cingirdağ zonasında yerləşir. Qobustanda zəngin qayaüstü təsvirlərlə yanaşı, daş dövründən başlamış orta əsrlərədək çoxlu maddi-mədəniyyət abidələri vardır. Onlardan ibtidai-insan düşərgəsi, qədim yaşayış məskəni, kurqanlar və s. göstərmək olar.
Qobustan 1947-ci ildən İshaq Cəfərzadənin rəhbərliyi altında öyrini-lir.Arxeoloji qazıntılar zamanı Qobustanda 14 qədim düşərgə, 30-dan çox kurqan öyrənilmişdir. Bu məskənlərdən ”Ana zağa”, ”Kənizə”, “Firuz”, “Ovcular”, “Yazılıtəpə” və s. göstərmək olar.
“Firuz” adlı mezolid dövrü düşərgəsində aşkar edilmiş qəbir böyük elmi əhəmiyyətə malikdir.11-nəfərin dəfn olunduğu bu qəbirdən balıq toru toxumaq üçün sümük alətlər, daşdan, heyvan dişlərindən düzəldilmiş muncuqlar diqqəti cəlb edir.”Ana zağa” dan Neolit dövrünə aid gil qablar, boyunbağılar tapılmışdır.
Qobustan qayaustü rəsmləri daha böyük elmi əhəmiyyət daşıyır.Təqribən 750 qaya üzərində 4000-ə qədər insan və heyvan təsvirləri müxtəlif işarələr aşkar edilmişdir. Qayalar üzərində oyma üsulu ilə çoxlu qayıq təsvirləri həkk olunmuş-dur.
Qayaüstü rəsimlər arasında ov səhnəsi, əmək prosesi, taxıl biçini, ibadət etmək, qiz qaçırmaq, yallıya oxşar rəqs etmək səhnələrinə rast gəlinir. Məhşur İsveç səyyahı Tur Heyerdal orada olarkən demişdir: ”Dünyada qaya təsvirlərində əksini tapan qayıqların yaşı 3500 ildən çox deyildir. Bəs nə üçün sizinkilərin sorağı səkkiz minilliklərdən gəlir.”
Mezolit dövrünə aid Damcılı, Qobustan və b. yerlərdən aşkar edilən əmək alətləri və digər istehsal vasitələri sübut edirlər ki, bu dövrün sakinləri artıq oturaq həyat sürmüş, kollektiv şəkildə yaşamışlar.
Məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun olaraq ibtidai-icma quruluşu meydana çıxmaqda idi. Bu quruluş istehsal vasitələri və məhsulları üzərində ictimai mülkiyyətlə xarakterizə olunurdu. Bu quruluşun əsasını bir-biri ilə qan qohumluğu olan insan qruplarında ibarət nəsil təşkil edirdi. Nəslin bütün üzvləri birgə yaşayırdılar. O zaman insanın insan tərəfindən istismarı yox idi.
İbtidai-icma quruluşunun ilk dövrü nədənəsə mənsubiyyət ana xətti ilə inkişaf edibdi. Bu dövr matriarxat və ya ananın şahlıq dövrü adlanır. Bu onunla əlaqədar idi ki, qadınlar istehsalda hakim mövqe tuturdular. Sonralar qadınlar torpaq becərməklə məşğul olduqları halda, kişilər yem arxasınca meşələri və düzləri dolaşırdılar.
Mezolit (orta daş dövrü) o qədər uzun sürməmişdir. Yeni daş dövrü ilə əvəz olunmuşdur. Bu yeni daş dövrü Neolit adlanır. Ümumiyyətlə Azərbaycanda mezolit və Neolit dövrləri demək olar ki, nisbətən zəif öyrənilmişdir. Bu baximdan Damcılı və Qobustan mağaralarında aşkar edilən abidələr çox böyük maraq doğurur.
Neolit dövrü təxminən e.ə.VII-VI minillikləri əhatə edir. Neolit dövründə qəbilələrin birləşməsi zəminində tayfalar meydana gəlir, qəbilə dilləri tayfa dilləri ilə əvəz olunur. İnsanlar özlərinə lazım olan maddi nemətləri əldə etmək üçün daha mükəmməl alətlər hazırlamağa çalışırdılar. Neolit dövrünün sonlarında insanlar təsərrüfat və məişətdə metal əşyadan istifade etməyə başlayırlar. Bu ilk metal mis olmuşdur. Mis məmulatının meydana çıxdığı bu dövr eneolit (mis-daş) dövrü adlanır və e.ə. VI-IV minillikləri əhatə edir.
O zamanlar Azərbaycanca sakin olan tayfalar Gədəbəy, Daşkəsən, Yuxarı Qarabağ ərazilərində olan mis yataqlarından istifadə edirdilər.
Azərbaycanin ərazisində eneolit dövrünə aid 60-dan çox yaşayış məskəni aşkar edilmişdir. Bunlardan I-Kültəpə (Naxçıvan), İlanlıtəpə (Mil-Qarabağ), Çalağantəpə, Qaraköpəktəpə, Zərgərtəpə (Muğan düzü) və başqa yaşayış yerlərini göstərmək olar. Bu ərazilərdən misdən hazırlanmış əşyalar-kiçik əyri bıçaq, nizə ucu, qayıq, bəzək əşyaları və s. şeylər tapılmışdır.
Mis dövründə sosial ictimai həyat tərzi və dünya görüşündədə mühüm dəyişiklik-lərdə baş verdi. Qoşa nigahlı ailənin meydana çıxması və möhkəmlənməsi istehsal vasi-tələri üzərində irəliyə doğru mühüm addım idi. Maldarlıq və əkinçiliyin sürətli inkişafı ilə təsərrüfatda habelə ictimai həyatda kişilərin mövqeyi möhkəmləndi.
Enolitin son mərhələsində metallurgiya sahəsində baş verən dəyişiklik yerli tayfaların həyatında yeni daha mütərəqqi mərhələnin – Tunc dövrünün başlanğıcığını qoydu. Bu dövr 3 min ilə qədər davam etmiş və e.ə. IV-II – minillikləri əhatə etmişdir.
Azərbaycan ərazisində Tunc dövrü bir neçə inkişaf mərhələsi keçmişdir. Şərti olaraq onlar ilk, orta və son Tunc dövrləri adlanmışlar. İlk tunc dövrü Kür-Araz mədəniyyəti də adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yaylma sahəsi Kür-Araz ovalığı olsada bu mədəniyyətin izlərinə Anadolu yaylası, İran, Suriya, Şimali Qafqaza qədər ərazilərə də yayılmışdır.
Tunc dövrünün abidələri Xocalı, Gədəbəy, Daşkəsən, Gəncə, Mingəçevir, Şəmkir, Naxçıvan və başqa ərazilərdə aşkar edilmişdir. Şəmkir və Mingəçevirdə tunc baltalar və nizə ucları hazırlamaq üçün daş qəliblər aşkar edilmişdir.
Tunc dövrünün əsas qəbir abidələri qüfular və kurqanlar torpaq qəbirlərindən ibarətdir. Onların içərisindən aşkar edilmiş materiallar tayfalararası mübadilədən doğan qarşılıqlı əlaqələrin olmasını sübut edir.
Mingəçevir kurqanlarında tunc dövrünə aid mədəniyyət abidələri –qılıclar, balta, təbərzinlər, xəncərlər, ox ucları və sair tapılmışdır. Maddi-mədəniyyət sahəsindəki ciddi irəliləyişlə əlaqədar olaraq ölkənin təsərrüfat həyatı da xeyli inkişaf etmişdir.
Mənbə: muhaz.org
- Teqlər:
- arxeoloji abidələr
- , ibtidai icma qurluşu
- , tunc dövrü
- , mezolit dövrü
- , qədim daş dövrü tarixi
- , orta daş dövrü
- , Azıx mağarası
- , mixi yazılar
Azərbaycan tarixi üzrə qaynaqlar
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycan tarixi üzrə qaynaqlar
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
VII sinif. Azərbaycan tarixi. “IX – XI əsrlərdə Azərbaycan mədəniyyəti”
Bu dərs -slayd məktəbliləri “Kitabi-Dədə Qorqud” əsəri ilə tanış etmək üçün nəzərdə tutulmuşdur.
Просмотр содержимого документа
«VII sinif. Azərbaycan tarixi. “IX – XI əsrlərdə Azərbaycan mədəniyyəti”»
Şirvan şəhər T.Bağırov adına 11№-li tam orta məktəbin tarix müəllimi Əsədli Seyyub Əsəd oğlu
IX-XI əsrlərdə
mədəniyyəti
M ö vzu: ” Kitabi- Dədə Qorqud ” dastanında xalqımızın “ qara donlu kafirlər ” ə qarşı apardığı m ü barizənin əks olunması.
Standart: 1.3.1.;5.1.2.;5.1.3.
Təlimin nəticəsi(məqsəd):
1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzi və məşğuliyyətində baş vermiş dəyişiklikləri müəyyənləşdirir.
2. Milli-mədəni dəyərlərin formalaşmasına dinlərin təsirini dəyərləndirir.
3. Mədəniyyətin inkişaf mərhələlərini əks etdirən təqdimatlar hazırlayır.
İnteqrasiya: Ədəbiyyat ; Riyaziyyat ; Azərbaycan dili
İş forması: Qruplarla iş.
İş ü sulu: Beyin həmləsi, Klaster.
Resurslar: Komputer, proyektor, dərslik, xəritə, iş vərəqləri
1. Uşaq anadan olanda ona verilir
2. Qəmginlik
3. İnsan övladı
4. İsti olanda yaranar
5. Damarda axır
6. Ondan pay olmaz
7. Mərkəzi bölgə
9. İki hərfli musiqi aləti
10. Göz – gözü görməyir
“ Kitabi- Dədəm Qorqud” Azərbaycan ədəbiyyatının ilkin və şah əsəri olmaqla yanaşı, Azərbaycan tarixinin ana qaynağıdır. İndiki elmi biliklərə arxalanaraq, kitabın aparıcı və başlıca mövzularının çox – çox uzaqlara, hələ ibtidai- icma quruluşunun dağıldığı və “hərbi demokratiya” institutlarının yarandığı zamanlara gedib çıxdığını söyləmək olar. Bir çox yüzillər boyu aşıq sənətinin kürəsindən keçərək, bu mövzular artıq VI-VII əsrlərdə yazıya alınmış, fars (pəhləvi) və ərəb dillərinə də “ Oğuznamə” ( Oğuz kitabı) adı ilə çevrilmişdir.
Kitabın iki əsrdən çox öyrənilmə tarixində böyük xidməti olan rus türkoloqu B.B. Bartoldun ilk dəfə yazdığı kimi, o islamın ilk yüzilliyində, yəni VII əsrdə Qafqaz mühitində- Dərbənd keçidi ilə Diyarbəkr arasındakı torpaqlarda bəslənib yaranmışdır. Ancaq Kitabın yaşının açarı onun özündədir, boyların (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) öz yarpaqlarındadır.
Kitabın əlyazmasında oğuzlar dənə-dənə müsəlman adlandırılsalar da, bu oğuz cəmiyyəti əslində hələ islam və şəriət qanunlarından kənarda durur. Bu oğuzlar hələ də “allah” yerinə daha çox və daha tez-tez “tanrı” işlədirlər. Kitabda “ tanrı “ sözü 73, “allah” sözü isə ( “Allahu – Səməd” variantı ilə) 54 yerdə işlədilmişdir. ( Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı 1989. səh.28 ). Hətta bir neçə yerdə qurandakı “ Allah – tala” yerinə “ Tanrı-tala” yazılmışdır.
Oğuz igidləri, bütün oğuzlar hələ ruhani xidmət nə olduğunu bilmirlər, onların özlərinin molla, seyid və müəzzinləri yoxdur: haradansa gəlmiş “saqqalı uzun “ bir tat əri əzan “banlamaqdadır”. Onlar uşaqlarına anadan doğulan kimi ad qoymurdular. Yeniyetmələr yalnız 15 yaşa dolduqda və igidlik göstərib “ ərlik işlədikdə” ad alırdılar, bu adlar islamdan çox-çox qabaq Oğuz dədələrin yaşatdığı türk adları idi. Halbu ki, şəriətə görə uşaqlar doğulan kimi onlara allahın, peyğəmbərin və imamların adları verilməli idi.
Oğuzların qadınları, bütün “ qız-gəlinləri” çadra, yaşmaq nə olduğunu belə bilməyirdilər; kişiləri isə yalnız bir qadınla ailə qururlar. İslam və şəriətin əksinə olaraq, onların hamısı təkarvadlıdır və heç biri nə iki, nə də çox arvad saxlayır. Oğuz ərləri “ ağ üzümdən “ sıxılmış çaxır içirlər, “ igidlərlə yeyib – içirlər”, yeniyetmələrə ad verdikdə də “ yemə-içmə” yapırlar. Kitabın filoloji baxımdan araşdırılması da göstərir ki; boylardakı nəzm parçaları X-XI əsrlərdə kök salmağa başlamış əruz və heca vəznlərindən seçilir. “ Kitabi- Dədəm Qorqud” islamın ilkin çağına düşən yazı sənəti abidəsidir.
Ənənəyə görə, “Kitabi Dədə Qorqud”da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.
Dastanların əsas süjeti aşağıdakı 12 boyda əks olunmuşdur:1.”Dirsə xan oğlu Buğacın boyu”, 2.”Salur Qazanın evinin yağmalandığı boy”,3. “Bayburanın oğlu Bamsı Beyrək boyu”,4. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, 5.”Duxa Qoca oğlu Dəli Domrulun boyu”, 6.”Qanlı Qoca oğlu Qanturalı boyu”,7. “Qazılıq Qoca oğlu Yeynəyin boyu”,8. “Basat Təpəgözü öldürdüyü boy”, 9.”Bəkil oğlu Əmranın boyu”, 10.”Uşun Qoca oğlu Səgrəyin boyu”, 11.”Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy”,12. “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.
K ö kləri mifoloji d ü nyag ö r ü ş ü nə gedib ç ıxan Dədə Qorqud dastanları XI y ü zilliyində “Kitabi-Dədəm Qorqud” adı altında yazıya alınmış, əlimizdə olan n ü sxələr isə XVI əsrdə ü z ü k öçü r ü lm ü ş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqş ü nası Fridrix fon Ditsin fikrinə g ö rə, buradakı bəzi mifoloji s ü jetlər, məsələn, Təpəg ö z s ü jeti qədim Yunanıstanda yaranmış analoji s ü jetlərə qida vermişdir. “Kitabi-Dədə Qorqud”dakı Təpəg ö z obrazı Homerin “Odisseya” dastanındakı Polifem obrazı ilə m ü qayisədə daha qədimdir.
İndiyədək “Kitabi-Dədə Qorqud”un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqş ü nası Fridrix fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir m ü qəddimə və on iki boydan ibarət olan Drezden n ü sxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir m ü qəddimə və altı boydan ibarət n ü sxədir. Drezden n ü sxəsi ü zərində sonradan “Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan” (“Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı”) yazılmışdır və yeni bir n ü xsəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Drezdendəki Kral Kitabxanasından alınıb 1972-ci ilin avqustunda Bakıya gətirilərək Azərbaycan Elmlər Akademiyasına verilib və Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunmuşdur. Bu n ü sxə m ü qəddimə və 12 boydan, Vatikan n ü sxəsi isə eyni m ü qəddimə və 6 boydan ibarətdir. G ö r ü n ü r ki, hər 2 n ü sxə daha qədim naməlum bir n ü sxədən k öçü r ü lm ü şd ü r. Azərbaycan EA Əlyazmalar İnstitutunda “Dədə Qorqud”un d ü nyada üçü nc ü əlyazma n ü sxəsi hazırlanmışdır.
“Kitabi-Dədəm Qorqud” eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsr kimi müəyyən edilir. Bəzi tədqiqatçıların fikrincə, “Kitabi-Dədə Qorqud”da vaxtilə bəzi digər qədim türk dastanları kimi başdan-başa şeirlə yaradılmış, sonra isə yaddaşlarda yalnız əsas motivləri qaldığından, yazıya köçürülərkən nəsrlə bərpa edilmişdir. Qeyd etmək lazımdır ki, VII – XI əsr Azərbaycanın ictimai-iqtisadi həyat şəraiti ədəbiyyat cərəyanlarında öz əksini geniş tapmışdır. Köçəri maldarlıqla məşğul olan əhalidə aşıq yaradıcılığı daha çox inkişaf etdiyi halda, oturaq əhalidə isə peşəkar yazıçıların əsərlərinə maraq daha çox idi.
Cərəyanların birincisində əsatir və folklorun böyük təsiri hiss olunurdusa, ikincisində realizm ünsürləri güclü idi. Azərbaycanın ədəbiyyat və incəsənəti inkişaf etdikcə peşəkar ustalar xalq poeziyasının motiv və surətlərindən daha çox istifadə edirdilər. VII əsrdə Azərbaycanda türk dilində şifahi xalq yaradıcılığının ilk abidələrindən biri “ Dədə Qorqud” dastanı yayılmağa başlayır. Bu dastanda oğuz tayfalarının adət-ənənəsindən tutmuş, ölkədə baş verən hadisələrə qədər məsələlərdən danışılır. Bu dastan nəsildən –nəslə keçərək zamanımıza qədər gəlib çatmışdır.
Abidə haqqında ilk dəfə alman alimi Fridrix fon Dits məlumat vermiş və “Təpəgöz” boyunu alman dilinə tərcüməsi ilə dərc etdirmişdir (1815). T.Nöldeke əsəri Drezden nüsxəsi əsasında çapa hazırlamaq istəmişdir. V.V.Bartold 1894-1904-cü illərdə əsərin 4 boyunu rus dilinə çevirərək çap etdirmişdir. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırmışdır; həmin tərcümə 1950-ci ildə Bakıda (H.Araslı və M.Təhmasibin redaktəsi ilə),1962-ci ildə isə Moskvada nəşr olunmuşdur.
1952-ci ildə E.Rossi Vatikan kitabxanasında əsərin yeni bir n ü sxəsini tapıb italyanca tərc ü məsi ilə birlikdə nəşr etdirmişdir. “Kitabi-Dədə Qorqud” T ü rkiyədə ilk dəfə 1916-cı ildə Kilisli M ü əllim Rifət, Azərbaycanda isə1939-cu ildə akademik H.Araslı tərəfindən nəşr olunmuşdur. Sonralar əsər ingilis, alman və fa dillərinə tərc ü mə edilmiş, İngiltərədə, İsve ç rədə, ABŞ-da və İranda ç apdan ç ıxmışdır. 1951-ci ildə “Kitabi-Dədə Qorqud” Azərbaycanda və T ü rkmənistanda “xalq d ü şməni” elan edilərək oxunması yasaqlanmışdı. “İnkişaf etmiş” Sosializm cəmiyyətində feodalizm d ö vr ü ndən qalmış sənət n ü munəsinə “yer tapılmadı”. Azərbaycanda 1957-ci, T ü rkmənistanda 1980-ci ildə bəraət qazanmışdır.
Tədqiqat sualı
Mətnə əsasən “Kitabi-Dədə Qorqud”dastanında xalqımızın kimlərə qarşı və necə mübarizə apardığını aydınlaşdırmaq olar ?
Qruplar iş vərəqlərini təqdim edirlər. İş vərəqləri yazı lövhəsindən asılır.
Qruplara
bölünək
1. “ Kitabi-Dədə Qorqud ” dastanında daha geniş və daha parlaq təsvir olunan hadisə nədir?
2.XI-XII əsrlərdə g ü rc ü lər kimin baş ç ılığı altında Azərbaycan torpaqlarını işğal etməyə ç alışırdı?
3.İşğal ç ılara qarşi m ü barizənin əks olunduğu boylar hansılardır?Cədvəli doldur.
1.Erməni,gürcü feodallarından və Bizans ordusundan başqa daha hansı düşmənlər yurdumuza basqın etmişlər. Bu suala cavab verməklə yanaşı aşağıdakı məsələyə də aydınlıq gətirin.
Məhşur Azərbaycan mütəfəkkiri N.Gəncəvi yazmışdır:
İndi o dərgahın taxtı alçalmış,ipəyi,qumaşı küləklər çalmış.
Təzə nar gülləri tökülüb solmuş,o narlar,nərgizlər donub toz olmuş.
İndi isə yerində bu gözəl yurdun,var sel yumuş dərə,qurumuş odun.
Yenə də bol olan o göyərtilər,ədalət toxumundan göyərsə əgər.
Yenidən gozəlçə bəslənsə diyar,get-gedə yaşıllıq,gözəllik artar.
“ Hurum”adlanırdı bu yurd hər yerdə,indi adına deyirlər Bərdə.
Bu mərdlər,gözəllər yurdundan inan,çox saysız xəzinə gizləmiş zaman.
Böylə şux,sevimli gülşən harda var?,harda var xəzinə saçan bu diyar.
” Qara donlu kafirlər”in türkləri bir birinə vuruşdurmaq siyasətini necə başa düşürsən? Dastanda bu məsələ necə öz əksini tapıb? Üç atalar sözü yaz:
1.15 il əvvəl Dədə Qorqud dastanının neçə min illiyi qeyd olunmuşdur?
2.Hansı məhşur səyyahlar Dədə Qorqudun Dərbəndə dəfn olunduğunu qeyd etmişlər?
3.Dərbənd şəhərini ərəblər necə adlandırmışlar?
4.Oğuz igidlərinin başına gələnlər nədən irəli gəlirdi?
5.Oğuzlar yuxuya nə deyirdilər?
6.Oğuzlar üçün ən dəhşətli mənzərə nə idi?
7. Ayrana doyran demədim,mən Dədə Qorqud.
İynəyə tikən demədim,mən Dədə Qorqud.
Tikana sökən demədim,mən Dədə Qorqud.
Gəlinə ayran demədim,mən Dədə Qorqud.
Bu sözlərin mənasını aydınlaşdırmağa çalışın.
1.Dastanda oğuz igidlərinin Azərbaycana hücum edən erməni və gürcü feodallarına,onların havadarı olan Bizansa qarşı mübarizəsi daha geniş və daha parlaq əks olunmuşdur.
2.Məlum olduğu kimi,XI-XII əsrlərdə,fəallaşan gürcü çarı IV David qıpçaq türkləri ilə ittifaqa girib Azərbaycanın qərb torpaqlarını işğal etməyə çalışırdı.Bu tarixi gerçəklik dastanın “Bəkil oğlu İmran boyu”nda aydın verilib.Dastanın həmin hissəsindən aydın olur ki,oğuzlar oz sərhədlərinin qorunmasına xüsusi diqqət verirdilər.
Şeirdə şair vaxtilə Bərdənin gözəl və abad bir şəhər olduğunu,indi isə bərbad və viran qaldığına işarə vurur.Məlumdur ki,IX-XI əsrlərdə Azərbaycana “rus”adı ilə tanınan slavyanlar basqın etmişlər.944- cü ildə slavyanlar Bərdə şəhərinə hücum etmiş,şəhəri qarət etmişdilər.Həm də N.Gəncəvi göstərir ki, əgər dövləti idarə edənlər ədalətli olsalar istənilən işdə uğur qazanmaq olar.
“ Kitabi-Dədə Qorqud “dastanı sübut edirki, hələ o zaman Bizans, erməni və gürcü feodalları türkləri bir- birinə qarşı vuruşdurmağa cəhd göstərir, onları öz əlləri ilə məğlub etmək siyasəti yeridirlər. Öz məkrli niyyətlərinə çatmaq üçün qıpçaq türklərini oğuz türkləri üzərinə qaldırır,hətta oğuz igidlərini də bir-biri ilə vuruşdurmağa çalışırdılar.Dastanda bu məkrli siyasət “Uşun qoca oğlu Seyrək boyu”nda verilir. Bu hissədə düşmənlər Seyrəyi Öyrəklə vuruşdurmaq istəsələr də, buna nail ola bilmirlər. Düşmənlərimizin bu siyasəti sonrakı dövrlərdə də davam etmişdir. Belə ki,Avropa dövlətləri türkü -türkə qarşı vuruşdurma siyasətini həmişə davam etdirmişdir. Bu zaman isə türk dövlətlərinin qüdrəti zəifləyir.
1.El gücü,sel gücü.
2.İgid oğul düşmənə əyilməz.
3.Gözsüz yaşamaq olar,Vətənsiz yox.
1)15 il əvvəl “Kitabi-Dədə Qorqud”dastanlarının 1300 illik yubileyi təntənə ilə qeyd olunmuşdur.
2)Məhşur alman səyyahı Adam Oleari(1638) və türk səyyahı Evliya Çələbi (1647)Dədə Qorqudun Dərbənd şəhərində dəfn olunduğunu qeyd etmişlər.
3.Dərbənd şəhərini ərəblər “Bab-ül əl-Bab”adlandırmışlar.
4.Oğuz igidlərinin başına nə gəlsəydi ehtiyatsızlıqdan,düşməni saymamaqdan,unutqanlıqdan gəlirdi.
5.Oğuzlar yuxuya “kiçik ölüm”deyirdilər.
6.Boş qalmış yurd yeri,sahibsiz qalmış Vətən torpağı oğuzlar üçün ən dəhşətli mənzərə idi.
7. ayran(sərinləşdirici içki) insanı doydurur; iynə pal-paltarı tikir; tikan paltarı sökür; Gəlin isə evə gəlir və araya girir. (Bu məsələ məcazi mənada başa düşülməlidir)
Müzakirə üçün .
Hər qrupun lideri işini təqdim etdikdən sonra I və II qrupa 1-ci; III və IV qrupa isə 2-ci şifrələnmiş c ü mlələri oxumaq tapşırıq verilir.
Əlifba sıra ardıcıllığına g ö rə s ö zləri tap:
(Qrup;I və II) 1.20.1. 30.7.27.7.20.(Ana Vətən)
(Qrup;III və IV) 11.6.31.5.7.24. 7.18.14.31.6.30.(Heydər Əliyev)
Qruplar ədədlərin yerinə uyğun hərfləri qoymaqla s ö zləri alırlar. Dərsin sonunda şagirdlər bir daha bu nəticəyə gəlirlər ki, torpaqdan pay olmaz, torpaq uğrunda m ü barizə aparmaq lazımdır, insan bir olanda ona he ç kim qalib gələ bilməz.
“ Kitabi – Dədə Qorqud “ dastanı xəbər verir
Похожие статьи
-
Azərbaycan tarixi ziya bunyadov
Azərbaycan tarixi ziya bunyadov Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron…
-
V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…
-
Azərbaycan tarixi akademik nəşr 1ci cild
Azərbaycan tarixi akademik nəşr 1ci cild Aryailər əfv edici, isti, qonaqpərvər insanlardır və getdikləri hər yerdə dostluq, elm və sevgi toxumu əkirlər….
-
Azərbaycan tarixi.vii cilddə vii cild
Azarbaycan tarihi: 7 cildda. VII cild: 1941-2002-ci illar respublika rəhbərliyinə dəfələrlə müraciət edərək rus dilinin öyrənilməsi üçün TarġXĠ…
-
Azərbaycan tarixi üzrə qaynaqları
Kollektiv. Azərbaycan tarixi üzrə qaynaqlar (1989) Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq…
Comments are closed, but trackbacks and pingbacks are open.