Press "Enter" to skip to content

Azərbaycan tarixi və coğrafiyası

Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. BellinshauzenM. Lazarev tərəfindən kəşf edilmişdir.

Coğrafiyanın vəzifələri, sahələri və inkişaf tarixi.

Coğrafiya – Yer kürəsinin təbiətini öyrənən elmlərdən biridir. Sözün hərfı mə’nası “Yeri təsvir etmək” deməkdir. Yunancadan “qeo” – yer, “qrapho” – təsvir edirəm kimi tərcümə edilir. Fiziki və iqtisadi coğrafiya onun əsas sahələridir.

Fiziki coğrafiya – Yerin coğrafi təbəqəsini, onun tərkibini, komponentlərini, onlar arasında olan əlaqələri, təbəqələrin inkişaf tarixini və istiqamətlərini öyrənir.

İqtisadi və sosial coğrafiyatəbii şərait və ehtiyatlardan istifadə edilməsini, təsərrüfatın və əhalinin yerləşməsi prinsiplə-rini öyrənir. İqtisadi coğrafiya terminini elmə 1760-cı ildə rus alimi М. В. Lomonosov gətirmişdir.

Tarixi metod vasitəsilə oby ekt və hadisədə müəyyən tarixi dövr ərzində baş verən dəyişikliklər öyrənilir və təhlil edilir. Məsələn, Qafqaz dağlarında buzlaqların sahəsinin azalmasını şəkillərin illər ərzində təhlilindən müşahidə etmək olar.

Kartoqrafk metod coğrafi tədqiqatlar zamanı müxtəlif məzmunlu xəritələrin öyrənilməsinə və təhlilinə əsaslanır.

Müqayisə metodu obyekt və hadisələrin fərqli və oxşar xüsusiyyətlərini təhlil etməklə yeni elmi nəticələrə gəlməyə imkan verir.

Riyazi-statistik tədqiqat metodu – coğrafi obyekt və hadisələri kəmiyyət göstəriciləri və riyazi hesablamalar vasitəsilə tədqiq edir. Nəticədə, öyrənilən obyekt və hadisələrin planlaşdırılması, layihələşdirilməsi həyata keçirilir.

Coğrafi modelləşdirmə real obyekt və hadisələrin modelinin hazırlanması və öyrənilməsinə əsaslanır. Coğrafi modellər qrafik və təsviri formada, həmçinin sözlər və simvollar vasitəsilə qurulur.

Coğrafi proqnozlaşdırma təbii və antropogen təsirlər nəticəsində konkret ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyən edilməsidir; məsələn, su anbarının tikilməsi ilə ətraf ərazilərdə baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq mümkündür.

Aerokosmik metod vasitəsilə aero və kosmik şəkillərdən alınan informasiyalar əsasında müasir xəritələr tərtib edilir və coğrafi proseslər öyrənilir.

Çöl-tədqiqat metodları ilə ərazidə müşahidələr, yaxud cihazların köməyi ilə məlumatlar toplanır, onların təhlili əsasında bir sıra coğrafi qanunauyğunluqlar müəyyən edilir.

Coğ rafiya elminin inkişafı

Coğrafiya haqqında ilk biliklər qədim Babilistanda yaranmışdır. Sonralar Yunanstanda, Romada, Çində, Misirdə ətraf ərazilər və təbiətdə baş verən hadisələr haqqında geniş məlumatlar toplanmışdır.

Beə III əsrdə Misirin İsgəndəriyyə şəhərində yaşamış qədim yunan alimi Eratosfen (e.ə. 276-194) «Coğrafiya» sözünü elmə gətirmiş, bu sahədə ilk kitab yazmış öz dövründə məlum olan ərazilərin xəritəsini tərtib etmişdir. Bu xəritədə Köhnə Dünya adlanan Avropa, Qərbi Asiya və Şimali Afrika təsvir olunur. Eratosfen Yerin meridian çevrəsinin uzunluğunu (39 690 km) və Yer kürəsinin radiusunu (6310 km, bəzi mə’lumatlara görə 6844 km) hesablamışdır. Eratosfen belə hesab edirdi ki, Pireney yarımadasından qərbə tərəf üzməklə Hindistana çatmaq olar.

Eramızın əvvəllərində yaşamış Yunan mənşəli Роmа Alimi Strabon (e.ə 63 -24) İri həcmli «Coğrafiya» kitabını yazmışdır. 17 kitabdan ibarət Olan Strabonun bu əsərində qədim yunanlara məlum olan bütün ərazilər, о cümlədən Qafqaz Albaniyası təsvir edilmişdir.

Qədim yunan alimi Klavdi Ptolemey (90-168) də Misirin İsgəndəriyyə şəhərində yaşamışdır. O, səkkiz kitabdan ibarət “Coğrafiya” kitabını yazmışdır. Birinci kitabında Ptolomey coğrafiyanın öyrəndiyi sahələri göstərmiş, xəritə tərtib etmişdir. Coğrafiyanın xəritəşünaslıq və ölkəşünaslıq kimi iki sahədən ibarət olmasını qeyd etmişdir.

Ptolemeyin xəritəsində Eratosfenin xəritəsinə nisbətən Afrikada və Asiyada daha geniş ərazilər təsvir olunmuş, Yerin əyriliyi nəzərə alınıb, dərəcə toru çəkilmişdir. Alimin yaratdığı Geosentrik Sistem nəzəriyyəsinə (“Astronomiyanın əsas riyazi quruluşu” kitabında) görə Yer kürəsi kainatın mərkəzindədir. Günəş və digər göy cisimləri Yerin ətrafında fırlanır. Bu nəzəriyyəni Aristotelin də nəzəriyyəsi idi.

Orta əsrlər dövrü- V-XV əsrlər arası

Orta əsrlər dövründə coğrafiyanın inkişafında mühim mərhələyə qədəm qoyulmuşdur. Orta əsrlərdə polyak alimi N. Kopernik Yerin və digər planetlərin Günəş ətrafında fırlanmasına əsaslanan “heliosentrik sistem” nəzəriyyəsini irəli sürmüşdü (1443). Coğrafiyanın inkiafında rolu olan ərəb səyyah və dənizçilərindən ibn Rüşt , Əl-Məsudi, Yaqut Əl-Həməvi, İbn-Bəttutə və s misal çəkmək olar.

XV əsrin ikinci yarısında (1468-1474) Hindistana səyahət edən rus taciri A. Nikitinin coğrafi təsəvvürləri daha da genişləndirdi. Onun səyahəti haqqında məlumatlar “Üç dəniz arxasına səyahət” kitabında toplanmışdır.

X-XI əsrlərdə Səmərqənddə yaşamış türk dünyasının görkəmli alimlərindən biri Əbu Rеyhan Biruni Şərqdə ilk dəfə gildən Yerin kiçildilmiş modelini – qlobusu düzəltmişdir. XIII əsrdə yaşamış Azərbaycan alimi Nəsirəddin Tusinin xidmətləri daha böyükdür. О, pоlyak alimi Kоpеrnikdən 500 il əvvəl Yerin Günəş ətrafında dövr etdiyini nəzəri cəhətdən əsaslandırmışdır. N.Tusinin tərtib etdiyi ulduzlu səmanın qlobusu – həmin dövrdə elmi nailiyyətlərin göstəricisidir. X əsrdə skandinaviyalılar Amerika qitəsində olmuşdular. Lеyf Еrikssоn dəstəsi ilə bu materikin şimal-şərqinə dəfələrlə səfər etmişdir. Орtа əsrlər dövründə Marko Polonun (XII əsr) adı ilə bağlanan “Böyük İpək Yolu” ölkələr arasında ticarət əlaqələrinin həyata keçirilməsində çox böyük əhəmiyyətə malik idi.

Böyük coğrafi kəşflər dövrü- XV-XVII

Böyük Coğrafi kəşflər dövrünə qədər və onun ilkin vaxtlarında coğrafiyada təsviretmə ənənələri qalmışdır. Bunlar ümumi fiziki coğrafiya (yerşünaslıq), və regional coğrafiyanın əsaslarını təşkil edirdi. Bu sahələrə aid zəngin məlumatlar toplanmışdır.

1492 ci ildə X. Kolumb – Hindistana dəniz yolu kəşf etmək məqsədi ilə Qərbə tərəf üzmüş və Amerika qitəsin kəşf etmişdir. Onun ilk kəşf etdiyi adaları Vest- Hind adlandırmışdır.

  1. Baham adaları, Kuba, Yamayka, Puerto-Riko adası və s.
  2. Saqras dənizini
  3. Şimali Passat cərəyanını kəşf etmışdır.

Amerika qitəsi isə Kolumbun yox Ameriqo Vespuçinin adı ilə Amerika adlandırılmışdır. Yeni Dünyanın kəşf edilməsi Avropa ölkələrinin iqtisadi və siyasi həyatına böyük təsir etdi. Ticarət yolları tədricən Aralıq dənizi hüdudlarından çıxaraq daha geniş əraziləri əhatə etməyə başladı. Bu isə bəzi ölkələrin coğrafi mövqelərinin yaxşılaşmasına səbəb oldu.

Yeni torpaqları müstəmləkələrə çevirən avropalılar bu əraziləri istismar etməklə təbii sərvətləri daşımağa başladılar. Bu, Avropa ölkələrinin gələcək iqtisadi inkişafının əsasını qoymuş oldu.

1498 – ci ildə Vasqo da Qama Hindistana gedən dəniz yolunu isə kəşf etmiş, Atlantik okeanı ilə Hind okeanı arasında əlaqənin olmasını müəyyən etmişdir.

1519- 1521 – ci illərdə Fernan Magellan ilk dünya səyahətini yerinə yetirdi, dünya okeanının vahidliyi sübut olundu, Yerin kürə şəklində olması təcrübi yolla aydınlaşdı, bundan başqa “Odlu Torpaq” adası və CƏnubi Amerika ilə arasında olan Magellan boğazı kəşf olundu.

XVII əsrin əvvəllərində holland səyyahı V.Yanson Avstraliya sahillərində olmuş, lakin buranı ada hesab etmişdir. 1642-ci ildə digər hollandiyalı səyyah A. Tasman Avstraliyanın şərq, şimal-şərq, cənub sahillərini və hazırkı Yeni Zelandiya və Tasmaniya adalarını kəşf etmişdir. Həmin dövrdə avropalılar kəşf etdikləri yeni ərazilərə öz vətənlərindəki adları verirdilər.

Abel Tasmanın səyahət marşurutu

V. Yansonun səyahət marşurutu

Мerkator ( 1512-1594 ) xəritələri toplu halında hazırlamış və onu “Атлас” adlandırmışdır.

Yeni dövr. XVII əsrdən sonrakı dövrlər

İngilis dəniz səyyahı Ceyms Kuk naməlum Cənub torpaqlarını axtarmaq və xəritəyə köçürmək üçün XVIII əsrin 60-70-ci illərində üç dəfə dünya səyahəti etmişdir. О, səyahət zamanı Sakit okeanın mərkəzi və qərb hissələrində yerləşən adaları öyrənmiş, Havay adalarını kəşf etmişdir. Yeni Zelandiyanın müstəqil iki adadan ibarət olması onun səyahətinin əsas nəticələrinə aiddir. Avstraliya materikininin öyrənilməsində Mikluxo- Maklayında böyük xidmətləri olmuşdur.

Ceyms Kukun səyahəti

Alman təbiətşünası A. Humbolt 1799-1804-cü illərdə Orinoko, Amazon çaylarını, Kotopaxi, Çimboraso və Meksikada olan vulkanları, Mərkəzi Amerika adalarını öyrənmişdir. O, materikdə iqlimin formalaşmasını, daxili və sahilboyu ərazilərdə iqlim şəraitində olan fərqləri göstərmişdir. A. Humboldt bitkilərin coğrafi enliklər və şaquli zonallıq üzrə yayılmasını öyrənmiş, materikin geoloji xəritəsini tərtib etmiş, okean cərəyanlarının materikin təbiətinə təsirini müəyyən etmişdir (Humbolt cərəyanı). XIX əsrin əvvəlində A. Humboldtun Cənubi Amerikaya səfərindən sonra iqlimşünaslıq və bitki coğrafiyası (biocoğrafiya) elmləri haqqında məlumatlar toplandı.

Cənub qütb sahəsində yerləşən Antarktida materikinin kəşfi də maraqlı olmuşdur. Bu ərazilərə səyahət etmək barədə heç kim düşünmürdü. Yalnız C. Kuk cənuba doğru daha çox irəliləmiş, lakin soyuq hava və ucsuz-bucaqsız buzlar onun Antarktidaya çatmasına imkan verməmişdi.

Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. BellinshauzenM. Lazarev tərəfindən kəşf edilmişdir.

1872-1876-cı illərdə İngiltərənin “Çellencer” tədqiqat gəmisinin səyahətindən sonra okeanoqrafiya (okeanologiya) elmi sürətlə inkişaf etmişdir.

Torpaq coğrafiyası elmi XIX əsrin sonu, XX əsrin əvvəlində VV Dokuçayevin Rusiyanın Avropa hissəsində apardığı tədqiqatlardan sonra yaranmışdır. 1760-cı ildə М. В. Lomonosov ” iqtisadi coğrafiya ” terminini elmə gətirmişdir. Sonrakı dövrlərdə bu elm sahəsi iqtisadi və sosial coğrafiya adlanmışdır.

Maqnit qütbləri Şimal maqnit qütbü 1831-ci ildə ingilis qütb tədqiqatçısı Con Ross , cənubdakı maqnit qütbü isə 1841-ci ildə Ceyms Ross tərəfindən fəth edilmişdir.

Qitələrin öyrənilməsi

Afrika materikinin öyrənilməsində rolu olan səyyahlar- D. Livinqston, V. Yunker, H. Stenlinin rolu böyük olmuşdur. 1849-1873-cü illərdə ingilis David Livinqston Afrikanın mərkəzi və şərq rayonlarını öyrənmişdir. Səyyah ilk dəfə olaraq Afrikanın qərb sahillərindən şərq sahillərinə qədər keçmişdir. O, Konqo, Zambezi çaylarının yuxarı axarlarını, Nyasa və Tanqanika göllərini, Viktoriya şəlaləsini kəşf etmişdir. Bu ərazilər XIX əsrin 70-ci illərində Stenlinin başçılığı ilə öyrənilmişdir.

Amerikanın öyrənilməsi – A. Humbolt, E. Bonplan, N.Vavilov, C. Kabot, Hudzon, Bering, Baffin, Makkenzi

Türk səyyahı Piri Rəis Atlantik okeanının çox mükəmməl xəritəsin hazırlamışdır

Avrasiyanın şimal-şərq hissələri – XVII – XVIII əsrlərin ən mühüm coğrafi kəşflərinə Avrasiyanın şərq hissəsinin, Amerikanın Sakit okean sahillərinin öyrənilməsi, fransızların Sakit okeanda apardığı tədqiqatları aid etmək olar. Avrasiyanın ucqar şərq nöqtəsinə rus dənizçisi S.İ.Dejnyov hələ XVII əsrin ortalarında çatmışdır və ya fəth etmişdir. İki materik arasında olan Berinq boğazı XVIII əsrin əvvəlində kəşf edilmişdir. Az sonra Asiyadan Amerika sahillərinə rus dənizçisi V.Berinqin başçılığı ilə çatmaq mümkün olmuşdu.

Avstraliyanın öyrənilməsi- Yanson, Tasman, C. Kuk

Antraktidanın öyrənilməsi Bellinshauzen, Lazaryev, Amundsen, Skot

Azərbaycanda coğrafiya elminin inkişafı

Nəsirəddin Tusi (1201-1274) 1259-cu ildə Marağa şəhərində qurduğu rəsədxanada astronomik hesablamalar aparmış, Yerin fırlanması və ölçülərini müəyyən etmiş, coğrafi məntəqələrin koordinatlarını vermişdir.

Əbdurrəşid Bakuvi – Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Салех ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb. Həmin kitabın əlyazması Parisdə Milli Kitabxanada saxlanır. Əlyazma buraya 1683-cü ildə daxil olmuşdur. (Abidələrin “xülasəsi və qüdrətli hökmdarların möcüzələri”)

Hacı Zeynalabdin Şirvani (XIX əsr) mənşəcə Azərbaycan türklərindən olan məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair.Böyük səyahət yolu keçmişdir.

Bu yol 60 min km uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın Tropik meşələrindən, Hind okeanı adalarından keçib. О, Hindquş, Zaqros, Süleyman dağlarından, Pamirdən adlamışdır. Bu yol Asiya və Afrikanın bir çox digər vilayətlərindən uzanmışdır.

Abbasqulu Ağa Bakıxanov- XIX əsr (1794- 1837) Azərbaycanın tarixi, Ictimai-iqtisadi inkişafı haqqında «Gülüstani-İrəm», Xristofor Kolumbun Amerikanı kəşf etməsi haqqında «Qəribə kəşflər», Kainatın Heliosentrik Sistemi haqqında «Kainatın sirləri» əsərlərini yazmışdır.

Həsən bəy Zərdabinin (1842-1907) əsərlərində Azərbaycanın təbiəti haqqında zəngin məlumatlar vardır. zəngin məlumatlar vardır.

Qafur Rəşad Mirzəzadə (1884-1943) XX əsrin əvvəllərində coğrafiya sahəsində ana dilində yazılmış bir neçə kitabın müəllifidir («Qafqaz coğrafiyası», «Ümumi coğrafiya»).

Baharlının coğrafiya kitabı qadağan olunmuşdur (1921)

(Səbəb siyasi baxışlarına görə. 1937-ci ilə qədər gizli surətdə fəaliyyət göstərən Azərbaycan İstiqlal Təşkilatının katiblərindən biri olmuşdur) 1937-ci ildə repressiya qurbanı olmuşdur.

Respublikamızda coğrafiya elminin forma-laşması XX əsrin 30-cu illərində başlansa da, 50- 60-cı illərdən sonra sürətlə inkişaf etmişdir.

Relyef i-Budaq Budaqov və Müseyib Müseyibov,

İqlimi- Ənvər Şıxlinski və Əliabbas Mədətzadə,

Çayları – Saleh Rüstəmov, Fərda İmanov tərəfindən öyrənilmişdir.

Xəzər dənizini – Qasım Gül,

Тоrpaq örtüyünü- Həsən Əliyev, Məmməd Salayev,

İqtisadi coğrafiyasını- Hadı Əliyev, Əbdürrəhim Hacızadə, Asəf Nadirov tədqiq etmişlər

Qeyd: Online dərslərə qoşulmaq istəyənlər əlaqə saxlaya bilərlər.

Əlaqə nömrəsi: Whatsap – 055-534-81-70

Azərbaycan tarixi və coğrafiyası

Azərbaycan Milli Ensiklopediyası

Azərbaycan Respubli­kasının Milli Məclisinin 2000-ci ildə qəbul etdiyi və həmin ilin 30 may tarixində Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq olunmuş “Nəşriyyat işi haqqında” qanun müstəqil Azərbaycanın yeni uni­versal ensiklopediyasının nəşri üçün zəmin yaratdı. Qanunun 26-cı maddəsində Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi inkişaf mərhələlə­rini, milli-mənəvi sərvətlərini, həmçinin dünya elmi və mədə­niyyəti nailiyyətlərini özündə əks etdirməklə yaradılan, budcədən maliyyələşdirilən universal, milli, elmi nəşriyyat müəssisəsi kimi səciyyələndirilmiş və göstəril­mişdir ki, Azərbaycan Milli Ensik­lopediyası Azərbaycan xalqının milli sərvətidir. Qanunda bütün dövlət idarələrinə və elmi təşki­latlara Azərbaycan Milli Ensiklo­pediyasının hazırlanması üçün zəruri olan sənəd və məlumatları təqdim etmələri tövsiyə olunurdu. Milli Ensiklopediyanın büdcədən maliyyələşdirildiyinin göstəril­məsi Ulu öndərimizin ensiklo­pediya nəşrinə yüksək qiymət verməsinin təzahürü idi. Belə ki ensiklopediya ona qoyulan xərcləri ancaq xalqın maariflən­dirilməsinə verdiyi töhfələrdə qaytara bilər. Dövlət əhəmiyyətli bu işin həyata keçirilməsi istiqamətində dövlətin növbəti addımı özünü çox gözlət­mədi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azər­baycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə çox­cildlik Azərbaycan Milli Ensiklo­pediyasının nəşri qərara alındı. Sərəncamda qeyd olunurdu ki, Azərbaycan xalqının həya­tında baş vermiş ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxmışdır. Azərbaycan Respublikası Prezi­dentinin bu qayğısı nəticəsində Azərbaycan Milli Ensiklopediya­sının 2007-ci ildə “Azərbaycan” xüsusi cildi Azərbaycan dilində, 2012-ci ildə rus dilində, 2009-cu ildə 1-ci cildi, 2010-cu ildə 2-ci cildi, 2011-ci ildə 3-cü cildi, 2013-cü ildə 4-cü cildi, 2014-cü ildə 5-ci cildi işıq üzü gördü. Milli Ensiklopediyanın çapına baş­lanması Azərbaycan xalqının tarixində mühüm hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yeni
binasının açılışında qırmızı lenti kəsir. Milli Ensiklopediyanın çapına başlanması Azərbaycan xalqının tarixində mühüm hadisədir. Təbii və ictimai hadisələr, ölkənin və xalqın tarixi, coğrafiyası və ictimai həyatının bütün tərəfləri haqqında ilk dəfə olaraq, əhatəli, dəqiq və dürüst məlumatlar verən bu funda­mental çoxcildliyin işıq üzü görməsi tarixi əhəmiyyətinə görə Azərbaycan dilində ilk dövri mətbuat nümunəsi olan “Əkinçi” qəzetinin 1875-77-ci illərdə H.Zərdabi tərəfindən çap olunmasına bərabər sayıla bilər. Azərbaycan Milli Ensiklopediya­sının cildlərinin nəşrə hazırlan­ması və çapa təqdim edilməsi Azərbaycan Milli Elmlər Aka­demiyası tərkibində fəaliyyət göstərən xüsusiləşdirilmiş elmi təşkilat olan Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkə­zində həyata keçirilir. Bu elmi təşkilat “Azərbaycan Milli Ensik­lopediyası Elmi Mərkəzinin yara­dılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 may 2004-cü il tarixində imza­ladığı 206 saylı sərəncamı ilə yaradılmışdır. Elmi Mərkəz yaradıldıqdan 10 il sonra Azərbaycan Respubli­kası Prezidentinin sərəncamı ilə tikilib istifadəyə verilmiş, əməkdaşların peşəkar fəaliy­yəti üçün hər bir şəraiti olan, yüksək memarlıq tələbləri səviy­yəsində tikilmiş yeni, rahat və gözəl binaya köçmüşdür. 5 may 2014-cü il tarixində yeni binanın açılışında Azərbaycan Respub­likasının Prezidenti iştirak etmiş və Ensiklopediyanın kollektivinə öz tövsiyələrini bildirmişdir. Elmi Mərkəzdə Milli Ensiklopediyanın çapdan çıxmış bütün cildləri ilə yanaşı, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Res­publikasıın Prezidenti İlham Əliyevin əsərləri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında 2012-ci ildə nəşr edilmiş “Azər­baycan Muğam Ensiklopediyası”, müxtəlif dillərdə yazılmış ensik­lopedik xarakterli kitablar və foli­antlar, o cümlədən Raban Mavr tərəfindən tərtib olunaraq 847-ci ildə çapdan çıxmış dünyanın ilk ensiklopediyalarından biri olan “De rerum naturis” (“Əşyaların təbiəti”) kitabının orijinalını tam dəqiqliklə təkrar edən Almani­yada hazırlanmış əla keyfiyyətli surəti vardır. Elmi Mərkəzdə 110-dan artıq əməkdaş fəaliyyət göstərir. Bunların arasında həm uzun illər bu təşkilatda çalışmış təcrübəli ensiklopediya işçiləri, həm də bu işə yeni girişmiş gənclər də vardır. Elmin nailiyyətlərini və ictimai həyatın yeniliklərini kol­lektivin qarşısında işıqlandırmaq üçün buranın böyük akt zalında elmi seminarın vaxtaşırı iclas­ları keçirilir. Seminarın iclasla­rında çıxış etmək üçün görkəmli alimlər və ictimai xadimlər dəvət olunur. Hazırda Elmi Mərkəzin fəa­liyyətinin əsas istiqaməti “Azərbaycan Milli Ensik­lopediyası” məcmuəsinin cildlə­rinin çapa hazırlanması üzərində çalışmaqdır. Elmi Mərkəzdə bu məcmuənin cildlərinin çapa hazırlanması üzərində iş Ensiklo­pediyanın Redaksiya Heyəti tərə­findən təsdiq olunmuş müəlliflər və elmi redaktorlar üçün nəzərdə tutulmuş “Metodik göstərişlərə” dəqiqliklə riayət edilməsi şərti ilə aşağıdakı ardıcılıqla aparılır. Ensiklopediyanın cildləri üzərində ilk işlər başlanmazdan əvvəl gələ­cəkdə bu məcmuəyə daxil olacaq bütün məqalələrin ilkin siyahısını təşkil edən sözlük tərtib olunmuş və sahələr üzrə səkkiz kitabdan ibarət “Sözlük” toplusu çap edil­mişdir. Hər bir cild üzərində işə başlanmazdan əvvəl həmin cildə daxil ediləcək bütün məqalələrin siyahısı bir daha yoxlanılır, lazım gəldikdə ona əlavələr edilir və o çap olunaraq, tanış etmək və razılaşdırmaq məqsədilə yüzdən artıq aidiyyəti təşkilata və müəs­sisəyə göndərilir. Bundan sonra daxil olan rəylər də nəzərə alınmaqla müvafiq cilddə çap olunacaq məqalələrin siyahısı tam dəqiqləşdirilir. “Sözlük”dəki siyahıya uyğun olaraq təbiyyat və humanitar elmlər üzrə redaksiyalarda məqalələr yazılır. Məqalələrdə təbiət hadisələri, biomüxtəliflik, coğrafi ərazilər, dünyanın bütün ölkələri, iri vilayətlər və şəhərlər, millətlər, elm və texnikanın nai­liyyətləri, tanınmış sənət əsərləri, mühüm siyasi və ictimai pro­seslər, tarixi faktlar, görkəmli tarixi şəxsiyyətlər, alimlər, sərkər­dələr, ictimai-siyasi xadimlər, filosoflar, yazıçılar, şairlər, maa­rifçilər, xeyriyyəçilər, mədəniyyət və incəsənət xadimləri barədə dəqiq və yığcam şəkildə hazır­lanmış məlumatlar öz əksini tapır. Bu zaman Azərbaycanın təbiə­tinə, tarixinə, coğrafi bölgələ­rinə və yaşayış məntəqələrinə, Azərbaycan Respublikasından kənarda olan Azərbaycan tarixi-etnik torpaqlarının toponimlərinə, ictimai həyatın siyasət, hərb, elm, idarəçilik, mədəniyyət, idman və s. sahələrində mühüm işlər görmüş və ya böyük nailiyyətlər əldə etmiş, Azərbaycan dövlə­tində aparıcı vəzifələrdə çalışmış insanlar barədə məlumatlara xüsusi diqqət verilir. Görkəmli dövlət xadimlərinin, Milli Akade­miyanın həqiqi və müxbir üzvü, Xalq Yazıçısı, Xalq Şairi, Xalq Rəssamı, Xalq Artisti kimi fəxri adlara layiq görülmüş şəxslərin, generalların və admiralların (qadınlar üçün: polkovnik və daha yüksək rütbədə olanların), elmlər doktorlarının hər birinin həyat və fəaliyyətinə xüsusi məqalə həsr olunur. Öz tarixi vətənindən kənarda yaşayaraq, böyük nai­liyyətlər əldə etmiş azərbaycan­lıların, başqa millətlərdən olan, lakin Azərbaycan xalqının və döv­lətciliyinin mənafeyi üçün əhəmiy­yətli işlər görmüş şəxslərin də hər biri haqqında məqalə tərtib edılır. Məqalələr üzərində iş zamanı AMEA-nın institutlarında, başqa elmi təşkilatlarda, ali məktəb­lərdə, respublikanın sahə elmi mərkəslərində çalışan alim və mütəxəssislərlə məsləhətləş­mələr aparılır, ehtiyac yaran­dıqda bioqrafik və başqa faktları dəqiqləşdirmək üçün nazirlik­lərə, icra orqanlarına, ayrı-ayrı şəxslərə müraciət edilir. Xüsusilə irihəcmli və mühüm məqalələrin əlyazmaları qiymətləndirilmək üçün müvafiq elmi təşkilat və müəssisələrə göndərilir, onlardan alınmış rəylərdəki irad və əlavələr iş prosesində nəzərə alınır. Hazır məqalələrin çap olunmuş və elektron versiyaları “Komplektləş­dirmə, texniki tərtibat və korrek­tura” şöbəsinə daxil olur, burada məqalələr ardıcıllıqla yoxlanılır və komplekləşdirilir. Bundan sonra məqalələrin əlyazmaları müvafiq nəzarət redaksiyalarına verilir və burada onlar diqqətlə yoxlanılıb redaktə edilir. Daha sonra onlar “Kompüter tərtibatı, illüstrasiya və kartoqrafiya” şöbəsinə verilir və burada çap olunacaq cildin müxtəlif mənbələrdən götürülmüş keyfiyyətli rəngli şəkilləri olan maketi hazırlanır. Maket korrek­tura üçün sahə redaksiyalarına göndərilir və tam yoxlandıqdan sonra yekun variantın hazır­lanması üçün yenə Kompüter şöbəsinə təqdim olunur, burada o, çapa hazır vəziyyətə salınır. Ensiklopediyanın hər bir cildi (təqribən 600 səhifə) iki vari­antda nəşr edilir. Belə ki, xüsusilə nəfis şəkildə tərtib olunmuş satış variantı Almaniyada, nisbətən sadə, lakin yüksək keyfiyyətli kita­bxana variantı isə Bakıda “Şərq- Qərb” nəşriyyatında çap olunur. Bu yaxınlarda cildlərin elektron versiyasının da hazırlanması planlaşdırılır. “Azərbaycan Milli Ensiklopedi­yası” Elmi Mərkəzinin əsas fəa­liyyət sahəsi təqribən 20 cilddən ibarət Azərbaycan Milli Ensiklope­diyasının yerdə qalan bütün cild­lərini yüksək keyfiyyətdə hazırla­yaraq çapa təqdim etməkdir və qarşıdakı illər ərzində bu mühüm vəzifə yerinə yetirilməlidir. Heç şübhə yoxdur ki, Ensiklopedi­yanın illər boyu birgə əmək pro­sesində formalaşmış peşəkar kollektivi Azərbaycan Preziden­tinin göstərdiyi qayğı nəticə­sində, Azərbaycan Dövlətinin və Azərbaycan Milli Elmlər Akade­miyasının dəstəyi ilə bu məsuliy­yətli işin öhdəsindən gələcəkdir. Bundan sonra Elmi Mərkəzdə hazırlanmış cildlərin xarici dillərə tərcüməsi, sahə ensiklopediya­ları, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinə, təbiət hadisələ­rinə, böyük əhəmiyyət daşıyan tarixi proseslərə həsr olunmuş və ensiklopedik xassəli başqa məc­muələrin işlənib hazırlanması və çapı nəzərdə tutulur.

Azərbaycan tarixi və coğrafiyası

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycanın tarixi-siyasi coğrafiyası

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Похожие статьи

  • Azərbaycan tarixi formatda

    Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…

  • Azərbaycan tarixi 7 cilddə 1-ci cild

    AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…

  • Azərbaycan tarixi kurikulumla 6-11

    Azərbaycan tarixi kurikulumla 6-11 9. 1863-cü il Zaqatala üsyanına aid deyil: Azərbaycan tarixi. XI sinif. KSQ №2 1.Rusiyada təhkimçilik hüququ ləğv…

  • Azərbaycan tarixi üzrə qaynaqları

    Kollektiv. Azərbaycan tarixi üzrə qaynaqlar (1989) Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq…

  • Azərbaycan tarixi ziya bunyadov

    Azərbaycan tarixi ziya bunyadov Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron…

Comments are closed, but trackbacks and pingbacks are open.