Azrbaycan tarixi v mdni hyatı
Ölkədə olan inək naxırının 38,7 faizi Aran iqtisadi rayonunun təsərrüfatlarındadır.
Azərbaycanda heyvandarlıq əsas məşğuliyyət növlərindən biridir.Ölkədə heyvanların aşağıdakı növləri vardır:
Azərbaycanda heyvandarlıq əsas məşğuliyyət növlərindən biridir.Ölkədə heyvanların aşağıdakı növləri vardır:
Heyvandarlıq: (min başla)
Cəmi iri buynuzlu heyvanlar
İnəklər və ana camışlar
Qoyun və keçilər
Respublikanın bütün rayonları maldarlıqla məşğul olur.
İnək naxırının 46,5 faizi cins və cinsi yaxşılaşmış heyvanlardır.Onların 19,9 faizi təmizqanlı, 26,6 faizi cinsi yaxşılaşmış mal-qaradır.
Respublikada heyvanların 24,9 faizi qonur qafqaz, 21,6 faizi qara-ala, 11,8 faizi holştin-friz, 6,2 faizi simmental, 5 faizi şvis cinsləridir.
Respublikada ən çox qaramal Sabirabad və Cəlilabad rayonlarındadır.Sabirabad rayonunda 109716 baş (o cümlədən 54483 baş inək və camış), Cəlilabad rayonunda isə 98968 baş ( o cümlədən 49969 baş inək və camış) qaramal vardır.
Bakı şəhərinin kənd və qəsəbələrində 3030 baş inək vardır.Onların hamısı qara ala cinsindəndir.
Ölkədə olan inək naxırının 38,7 faizi Aran iqtisadi rayonunun təsərrüfatlarındadır.
Camışa xalq arasında “qara mirvari” deyirlər. Respublikada cəmi 269,6 min baş camış vardır.Onun 128,4 min başı ana camışlardır.Camışların hamısı cins heyvanlardır.Onlara Azərbaycan camış cinsi deyilir.
Ən çox camış Ağdaşda (26248 baş), Yevlaxda (24193 baş), Ucarda (20549 baş), Sabirabadda (17404 baş), Şəkidə (13393 baş), Bərdədə 912088 baş), İmişlidədir (12013 baş).
Respublikada olan camışların 63,5 faizi Aran iqtisadi rayonundadır.Harada gölməcələr və bataqlıqlar varsa, orada camışçılıq surətlə inkişaf edir.
Azərbaycanlılar ta qədimdən qoyun saxlamaqla məşğul olurlar.Qoyunlar yayda yaylağa, qışda qışlağa aparılır.Belə bir vəziyyət qoyun saxlayan tərəkəmələrin və padarların köçəri və yarım köçəri həyat sürmələrinə səbəb olurdu.
Azərbaycanlılar qoyun ətinə (xüsusilə qoyun ətinin kababına) meyilli olduqlarına və xalça, gəbə, palazı çox sevdiklərinə görə qoyunçuluqla daha çox məşğul olurlar.
Hazırda qoyunların 52,7 faizi cins və cinsi yaxşılaşmış heyvanlardır. O cümlədən 18 faizi təmizqanlı cins, 34,7 faizi mələz heyvanlardır.
Respublikada çox məşhur qarabağ (sürünün 25 faizi), bozax (sürünün 21 faizi), caro (sürünün 13,7 faizi) , balbas (sürünün 8 faizi) qoyunları vardır.
Azərbaycanda ətlik qala və qaradolaq qoyunları da yetişdirilir.Bu qoyunların analarının orta diri çəkisi 50-70 kq, qocalarının diri çəkisi 80-90 kq olur.
Azərbaycanda qoyunları 99,9 faizi qabayunlu quyruqlu qoyunlardır.
Azərbaycan dağ merinosu Vətən cinsidir. Onu 1933-1947 ci illərdə akademik F. Məlikov və başqaları yaratmışlar.
Ən iri qoyunçuluq rayonları Gədəbəy (363638 baş), Şəki (304756 baş), Ağcabədi (323326 baş) rayonlarıdır.Respublikada olan qoyunların 29,5 faizi və 2499625 başı Aran iqtisadi rayonundadır.
Respublikada mövcud 77,2 min baş at vardır.Atların 37,7 faizi və yaxud 951 başı cins və cinsi yaxşılaşdırılmış atlar, o cümlədən 26,2 faiz (660 baş) təmizqanlı cins, 11,5 faizi (291 baş) mələz atlardır.
Azərbaycan ta qədimdən Qarabağ və Dilbaz at cinsləri vardır.Bu atlar cins atların 50,7 faizini təşkil edir.Ölkədə olan atların 27,4 faizi Qarabağ, 23,3 faizi Dilbaz atlarıdır.
Azərbaycanda 2 dövlət at zavodu (Ağdam və Ağstafa at zavodları) və 2 dövlət atçılıq təsərrüfatı (Şəki rayonundakı “Daşüz” camışçılıq müəssisəsinin nəzdində və Ağstafa rayonunun sadıxlı kəndindəki atçılıq təsərrüfatları) vardır. Ağdam at zavoduunda Qarabağ atları, Ağstafa at zavodunda İngilis minik atı, 2 dövlət atçılıq təsərrüfatında isə Dilbaz atları yetişdirilir.
“Zaman” ləqəbli Qarabağ atı 1956-cı ildə Sovet ittifaqı Kommunist Partiyası Mərkəzi Komitənin birinci katibi N . S. Xruşşov tərəfindən Böyük Britaniyanın kraliçası II Yelizavetaya hədiyyə verilmişdir.
Almaniyanın Frankfurt şəhərində “Qarabağ” atlarının dostları” Cəmiyyəti yaradılmışdır.Bu Cəmiyyətə almaniyalı xanım Verena Şolian rəhbərlik edir və onun 3 baş Qarabağ atı vardır.
Quşların 23,2 faizi yumurtalıq, 76,8 faizi ətlik və ətlik-yumurtalıq cins olmuşdur.Yumurtalıq toyuqlar arasında Loman Braun (64,4 faiz), Ağ rus (1,8 faiz), ətlik və ətlik-yumurtalıq toyuqlar arasında isə Ross (82,2 faiz), Gümüşlü Adler (4,8 faiz) və Kobb (1,1 faiz) cinsləri üstünlük təşkil edir.
Qazların 2,7 faizini Boz -obraşin, 2,9 faizini iri boz, 89,8 faizini yerli cinslər təşkil edir.
Ördəklərin 4,2 faizini Pekin, 3,1 faizini Ağ Ukrayna və 88,2 faizini yerli cinslər təşkil edir.
Respublikada 212651 arı ailəsi vardır.Hər il arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir.Bu tdbir arıçılığın daha da inkişaf etməsinə ciddi təsir göstərir.
Ən çox arı ailələri (60627) Naxçıvan iqtisadi rayonundadır.
Respublikada nohur balıqçılığı əsasən Neftçala, Salyan və Biləsuvar rayonlarında geniş yayılmışdır.
Hazırda 130 nohur və gölməçədə balıq yetişdirilir.
Bu mənbələrdən orta hesabla 10 min ton balıq istehsal olunur.
Heyvandarlıq məhsulları istehsalı
2011-ci ildə 1991-ci ilə nisbət artım Faizlə
Xankəndi
Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy Rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə layihəsi olan “Hərbiyyə – 2019” hərbi vətənpərvərlik düşərgəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın tarixi bayraqları” sərgisi açılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, düşərgənin gənc vətənpərvərləri ilə yanaşı, Müdafiə Nazirliyinin, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, veteranlar, eləcə də bölgənin müdafiəsində dayanan hərbi hissənin şəxsi heyəti sərgiyə böyük maraqla tamaşa ediblər.
Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bildirib ki, bayraq hər bir ölkənin mövcudluğunu, şərəf və ləyaqətini əks etdirən müqəddəs rəmzdir. Ölkələrin özlərinə bayraq təyin etməsi orta əsrlərin əvvəllərində döyüşlərdə tərəflərin bir-birilərini ayırd edə bilmələri məqsədilə başlanıb. Məhz bayraqları öyrənən veksillologiya elmi təsdiq edir ki, bəşər sivilizasiyasının ən qədim məskənlərindən biri olan, böyük dövlətçilik tarixinə malik Azərbaycan da zaman-zaman öz bayraqları ilə tarixdə mühüm yer tutub.
Xalqımızın ümummilli lideri Heydər Əliyev bayrağa həmişə yüksək önəm verib və Ulu Öndərimizin sayəsində paytaxtımızda, eləcə də ölkəmizin bir çox bölgələrində Bayraq muzeyləri yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılan üçrəngli dövlət bayrağımız ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən Naxçıvanda ucaldılıb, az sonra isə Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilib. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən 2010-cu ildən başlayaraq “Dövlət bayrağı günü” təntənəli surətdə ümumxalq bayramı kimi rəsmi olaraq qeyd olunur.
Sərgidə Midiya, Qaraqoyunlu, Ağqoyunlu, Cəlairilər, Eldənizlər, Səfəvilər dövlətlərinin, Bakı, Şəki, Qarabağ, İrəvan, Gəncə xanlıqlarının, Nadir şah Əfşarın, Cavad Xanın, Qacarların bayraqları, həmçinin Azərbaycanın Xalq Cümhuriyyəti dövründən bu günədək qəbul edilmiş bayraqlar nümayiş olunub, hər bir bayraq haqqında geniş məlumat verilib.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları Əli Məmmədov və Canəli Hüseynov tamaşaçıların suallarını cavablandırıblar.
Comments are closed, but trackbacks and pingbacks are open.