Azərbaycan tarixi 6-cı sinif üçün testlər
15. Məntiqi ardıcıllığı müəyyən edin:
I.Ulu icma II.”Ağıllı insan yaranması” III.
A)”Azıx adamı”
B)Yığıcılıq və ovçuluğun əsas məşğuliyyətə çevrilməsi
C)ilk dəfə oddan istifadə
D)Qəbilə icmasını yaranması
E)axirət dünyasına inamın yaranması
Azərbaycan tarixi testləri
Hər bir millət milli kimliyini dərk etmək, köklərini tanımaq və sadiq qalmaq üçün keçmişini, nələr yaşadığını bilməli, tarixini araşdırmalı, oxumalı, oxuduqca təhlil etməli və öyrənməlidir. Bu baxımdan tarix öyrənmək zəruridir. Seçəcəyimiz sahədən asılı olmayaraq hər bir kəs tarixini öyrənməyin vətəndaşlıq borcu olduğunu düşünməlidir.
Tədrisdə də tarixin vacibliyi aktual məsələlərdən biridir. Bu nəzərə alındığı üçün ibtidai təhsili başa vuran şagirdlərə məzun olanadək Azərbaycan tarixi dərsi tədris olunur. Həmçinin ixtisas qruplarından ikisində – 2-ci və 3-cü qruplarda Azərbaycan tarixi fənni var və həmin qrupu seçən abituriyentlər bu fəndən imtahan verməldirlər. Ali təhsil pilləsində isə ixtisasından asılı olmayaraq bütün tələbələrə müəyyən müddət Azərbaycan tarixi fənni tədris olunur.
Azərbaycan tarixinin bu qədər önəmli olduğunu nəzərə alaraq biz – oxuyan.az komandası olaraq Azərbaycan tarixi dərslərinin önəmi və bu fənni öyrənərkən testlərin rolu haqqında yazımızı sizlərlə bölüşmək qərarına gəldik.
Azərbaycan tarixini niyə yaxşı öyrənmək lazımdır?
“Tarixi bilək, amma keçmişin kinini saxlamaqdan daha çox gələcəyi daha yaxşı qura bilmək üçün”. (İlbər Ortaylı)
- Keçmişi dəyişə bilmərik, amma keçmişdən dərs çıxararaq indini dəyişə və gələcəyi istədiyimiz kimi qura bilərik. Bu baxımdan tarixi bilmək bizim çox vaxt əlimizdən tutur. Tarix dəyişmir, təkrarlanr. Adlar və zaman dəyişir, proseslər eyni qalır. Biz əzəldən olanları araşdıraraq indi eyni situasiyalarda hadisələrə necə təsir edə biləcəyimizi öyrənə bilərik.
- Tarixi bilmək milli kimliyimizi dərk etdirir. Tarix səhifələrində düşmənlər də, dostlar da bəllidir. Xalqımızın illər boyu yaşadıqlarını bilmək, onları öyrənmək və bizdən sonra gələn nəsillərə ötürmək gərəkdir. Bu xalq tarixi olan bir xalqdır. Əgər tariximizi bilməsək, yalançı tarix yazanlar qalib gələcəkdir, hətta o qədər professional yalan danışacaqlar ki, nəinki dünya, bizi belə öz yalanlarına inandıracaqlar.
- Tarixi öyrəndikcə analiz etmə və qərar vermə bacarığımız inkişaf edir. Çünki tarixdə səbəblər də, nəticələr də var və dərs çıxarmaq olur.
Azərbaycan tarixini necə daha yaxşı öyrənmək olar?
Azərbaycan tarixi yaddaş tələb edən bir fəndir. Yadda saxlamağın da çoxlu sayda üsulları mövcuddur. Hər insanda qavrama fərqli olduğu üçün üsullar da dəyişir. Bir şagird üçün effektli olan bir üsul digər şagird üçün effektli olmaya bilər. Biz bir neçə üsul bölüşəcəyik, siz özünüzü daha yaxşı bildiyiniz üçün ən effektli olduğunu düşündüyünüz üsulu seçə bilərsiniz:
- Çox diqqətlə oxuyun, önəmli məqamları rəngli və fərqli karandaşlarla işarələyin və mütləq qeyd tutun. Qeyd tutanda beyin oxuduğunuz hissəni təkrar düşündüyü üçün daha uzun müddət yadda saxlayır. Rəngli qələmlər isə göz yaddaşı ilə yadda saxlamağa kömək edəcəkdir. Bir dəfə oxumaqla kifayətlənməyin, bir neçə dəfə oxuyun. İlk dəfə gözdən qaçırdığınız bir çox məqamı növbəti dəfə oxuyanda görəcəksiniz.
- Mütəmadi olaraq oxuduqlarınızı təkrar edin. Bu gün mükəmməl bildiyiniz bir mövzunu bir neçə həftə sonra unuda bilərsiniz. Ona görə hər yeni bölməyə başlayanda əvvəlki bölmələri təkrar etmək üçün müəyyən qədər vaxt ayırın.
- Vizuallaşdırma və hekayələşdirmə. Beyin duyğuları işə qatdıqda daha yaxşı öyrənir. Oxuduğunuz vaxtı hadisələri gözünüzdə canlandırmağa çalışın, o mövzu ilə bağlı video və şəkillərdən istifadə edin. Və yaxud oxuduğunuz hissələri özünüzəməxsus hekayələşdirin və başqasına danışın. Bu zaman daha yaxşı yaddaşınıza həkk olunacaqdır.
- Çoxlu testlər işləyin. Əvvəlcə bir test vəsaiti əldə edin. Hər mövzunu oxuduqca testləri də işləyin. Testləri gördükcə suallarda hansı məqamlara daha çox diqqət etməli olduğunuzu biləcəksiniz.
Azərbaycan tarixi 2-ci və 3-cü qrup şagirdlərinin öyrənməkdə çətinlik çəkdiyi fənlərdən biridir. Bunu nəzərə alaraq Azərbaycan tarixi testləri haqqında daha geniş məlumat vermək istəyirik.
Azərbaycan tarixi testləri
Azərbaycan dili testləri və sınaq imtahanları Oxuyan.az saytında
Azərbaycan tarixini kitablardan öyrənmə ilə bərabər testlər vasitəsilə bildiklərinizi tətbiq etməli, əlaqələndirməni öyrənməli və bilikləri imtahanda qısa müddət ərzində avtomatik tapmaq üçün Azərbaycan tarixinə aid çoxlu testlər işləməlisiniz.
Qeyd edək ki, bütün Azərbaycan tarixi sınaq imtahanları hazırlanarkən eyni proqrama əsaslanılır və hansını seçməyinizin fərqi yoxdur. Proqramı əhatə edən bir test bankını bitirdikdən sonra təkrar üçün digər test banklarını da istifadə edə bilərsiniz.
Azərbaycan tarixi terstlərini işləyərkən diqqətli olmaq və cavabları məntiqlə düşünmək lazımdır. Çünki testdə cümlələr kitabdakı variantla eyni olmur. Cümlələr müəyyən qədər dəyişdirilir. Variantları seçərkən daha geniş mənada və məntiqlə düşünmək lazımdır.
Bəzi test nümunələr müqayisə tipli verilir. Hər hansı iki dövlətin, iki müqavilənin, iki hökmdarın ortaq və ya fərqli xüsusiyyətləri soruluşulur. Bunun üçün mövzunu öyrənərkən müqayisəli şəkildə öyrənmək gərəkdir. Eyni hadisə tarixdə dəfələrlə təkrarlana bilər və testlərdə o hadisələr ümumiləşdirilib bir sual olaraq soruşula bilər. Ona görə mövzunu yadda saxlamaqla paralel olaraq eyni məqamları hansı mövzularda öyrəndiyinizi düşünüb konspektləşdirməyi unutmayın.
Xronoloji ardıcıllıq testləri də Azərbaycan tarixi testlərində şagirdlərin çətinlik çəkdiyi test nümunələrindəndir. Azərbaycan tarixini ümumi tarixdən ayrı yox, eyni zamanda və mütləq müqayisəli şəkildə öyrənin. Xronoloji ardıcıllıq testlərində suallar eyni mövzudan olmur, müxtəlif mövzulara aid illərin ardıcıllığını bilməlisiniz.
Hər ili öyrənəndə həmin ildə başqa hansı hadisələrin baş verdiyini xatırlamağa çalışın. Bu bir neçə hadisəni eyni zamanda yadda saxlamağınıza kömək edəcəkdir.
Xronoloji ardıcıllıq testlərində bəzən bütün hadisələr eyni ildə baş verir, aylara görə fərqləndirməlisiniz. Bunu nəzərə alaraq oxuyarkən nəinki ay, hətta günlərə də diqqət edin.
Azərbaycan tarixi testlərində xəritə ilə bağlı testlərlə də qarşılaşa bilərsiniz. Buna görə ancaq kitabla kifayətlənməməli, Azərbaycan və dünya xəritəsini də öyrənmək lazımdır. Unutmayın, tarix kitab və dərsdən ibarət deyil, yaşananlar və dünyanın özüdür.
Azərbaycan tarixinin böyük bir hissəsi Qarabağ tarixi olduğu üçün ümumtəhsil məktəblərində Qarabağ tarixi fənni tədris olunur və Azərbaycan tarixi testlərində bu mövzudan suallar düşür. Bu şərəfli tarix yaxın tarix olduğu üçün və canlı tarixi gördüyünüz üçün bu tipli sualları daha rahat yaza biləcəyinizə ümid edirik.
Azərbaycan tarixi testləri necə öyrənmək olar?
Testlər nəyi yaxşı, nəyi zəif bildiyimizi üzə çıxarmağa kömək edir. Siz hər test işləyəndə nəinki bilik səviyyənizi ölçmək, həm də yeni bilgilər əldə edirsiniz. Nə qədər çox test işləsəniz o qədər çox test nümunəsi ilə tanış olursunuz və testlər o qədər rahat gəlir. Azərbaycan tarixi testlərini də nə qədər çox işləsəniz, o qədər daha yaxşı öyrənəcəksiniz, öyrəndiyiniz üçün motivasiyanız artacaq və sevimli fənninizə çevriləcək.
Testlərlə bildiklərimizi daha yaxşı tətbiq edirik, biliklər möhkəmlənir və daha qısa müddətdə daha çox test işləmək mümkün olur. İmtahan 3 saat olur, siz imtahana hazırlıq prosesində nə qədər test işləsəniz, test işləmə sürətiniz artır və vaxta qənaət edirsiniz.
Testlərdən əlavə mütəmadi olaraq imtahanlarda iştirak edin və bildiklərinizdə olan boşluqları tapın, vaxt idarə etməyi öyrənin.
Azərbaycan tarixi testləri və imtahanlarında özünüzü yoxlamaq üçün oxuyan.az platforması yenə sizi düşünüb və sizə onlayn test, imtahanlar xidməti yaradıb. Keçid edib indidən özünüzü yoxlamağa nə deyirsiniz?
Azərbaycan tarixi 6-cı sinif üçün testlər
Sizlərə abituriyentlər üçün hazırladığım testləri təqdim edirəm. Fikirləriniz mənim üçün önəmlidir.
1. Ulu icmanın mövcud olduğu dövrdə baş verməmişdir:
A)axirət dünyasına inamın yaranması
B)”yeni insan tipinin”yaranması
C)ilk dəfə oddan istifadə
D)istehsal təsərrüfatına keçid
E)mənimsəmə təsərrüfatının insanlarln həyatında mühüm yer tutması
2. Kür-Araz mədəniyyəti dövrü ilə Orta Tünc dövrünə aid ümumi cəhətlər:
1.Əsas təsərrüfat formasının mənimsəmə olması
2.İctimai əmək bölgüsünün baş verməsi
3.Əkinçilıikdə xışdan istifadə edilməsi
4.Metal alətlərdən geniş istifadə edilməsi
5.Şəhər tipli məskənlərin yaranması
6.Mikrolit alətlədən istifadə edilməsi
A)1,2,3 B)3,4,6 C) 2.3.4 D)2,3.5 E)1,2,6
3. Orta və Üst paleolitdə mövcud olub:
A)ulu icma
B)”neondertal tipli insan”
C) səsli nitq
D)qəbilə icması
E)mənimsəmə təsərrüfatı
4.Daha gec baş vermişdir:
A)insanların dağətəyi və dağlıq zonalarda məskunlaşması
B)bizə məlum olan bütün ev heyvanlarının əhəlləşdirilməsinin başa çatması
C)toxuculuğun yaranması
D)nəsil icmasın yaranması
E)süni suvarma sistemlərin yaranması
5.Üst paleolit,Neolit və Eneolit dövrlərini birləşdirir:
A)Əhalinin dulusçuluqla məşğul olmaları
B)İstehsal təsərrüfatının mövcudluğu
C)Əmək alətlərin daş və misdən hazırlanması
D)İnsanların qəbilə icması halında yaşaması
E)Ulu icmanın mövcudluğu
6. Uyğunluq pozulmuşdur:
A)Üst paleolit dövrü-ağıllı insanın yaranması
B)Alt paleolit dövrü-Mustye mədəniyyəti
C)Orta Tünc dövrü-sənətkarlığın müstəqil sahəyə çevrilməsi
D)Eneolit dövrü-bizə məlum olan bütün ev heyvanlarının əhliləşdirilməsi
Е)Orta daş dövrü-istehsal təsərrüfatına kecid
7. Daş dövrü üçün səciyyəvi deyil:
A)axirət dünyasına inamın yaranması
B)ilk sənət sahələrinin meydana gəlməsi
C)istehsal təsərrüfatının meydana gəlməsi
D)cəmiyyətdə kişilərin rolun artması
E)qəbilə icmasının yaranması
8. Anaxaqanlıq dövrünə aid olmayan əlamət:
A)ilkin əkinçilik vərdişlərin yaranması
B)ilk dəfə oddan istifadə
C)ovçuluğun əsas peşəyə çevrilməsi
D)rabitəli nitqin yaranması
E)insanların təbiətin asılığından azad olması
9. Ən qədim insanlara aiddir:
A)insanların ana xətti ilə qohumluq əsasında birləşmələri
B)yaşadıqları kollektivin daim olması
C)totemlərə,təbiət qüvvələrinə inamla bağlı dini təsəvvürlərin yaranması
D)mikrolit alətlərdən istifadə
E)oturaq həyata keçilməsi
10. Ataxaqanlıq dövrünə aid deyil:
A)metaldan əmək alətlərin hazırlanmasına başlanması
B)düzən ərazidə yaşayan əhalinin dağətəyi ərazidə məskən salması
C)ayaqla hərəkətə gətirilən dulus carxından istifadə edilməyə başlanması
D)birinci böyük əmək bölgüsünün baş verməsi
E)üzümcülük və şərabçılığın yaranması
11. Neondertal adam və ağıllı insanın oxşar cəhətləri:
1.Paleolit dövründə yaşamışlar
2.Mezolit dövründə yaşamışlar
3.Əmək alətləri əsasən daşdan hazırlanırdı
4.Mənimsəmə təsərrüfatı ilə məşğul olmuşlar
5.Nəsli qəbilə quruluşunda yaşamışlar
A)3,4,5 B)1,3,4 C)1,2,5 D)1,2,3 E)2,3,4
12. İstehsal təsərrüfatının mövcudluğu dövrünə aid deyil:
A)İlk dəfə metal alətlərdən istifadə
B)axirət dünyasına inamın mövcudluğu
C)insanların qəbilə icması formasında yaşamaları
D)”yeni insan”tipinin mövcudluğu
E)cəmiyyətdə kişilərin rolun artması
13.”Neondertal adam” üçün səciyyəvi deyil
A)təbiətin hazır məhsullarını mənimsəməsi
B)ovculuq və yığıçılıqla məşqul olması
C)ibtidai maldarlığın əsasının qoyulması
D)oddan istifadə olunması
E)Orta paleolitdə yaranması
14. Kür-Araz mədəniyyəti dövrü ilə Orta Tünc dövrünə aid ümumi cəhətlər:
1.Əsas təsərrüfat formasının mənimsəmə olması
2.İctimai əmək bölgüsünün baş verməsi
3.Əkinçilıikdə xışdan istifadə edilməsi
4.Metal alətlərdən geniş istifadə edilməsi
5.Şəhər tipli məskənlərin yaranması
6.Mikrolit alətlədən istifadə edilməsi
A)1,2,3 B)3,4,5 C) 2.3.4 D)2,3.5 E)1,2,4
15. Məntiqi ardıcıllığı müəyyən edin:
I.Ulu icma II.”Ağıllı insan yaranması” III.
A)”Azıx adamı”
B)Yığıcılıq və ovçuluğun əsas məşğuliyyətə çevrilməsi
C)ilk dəfə oddan istifadə
D)Qəbilə icmasını yaranması
E)axirət dünyasına inamın yaranması
Yüklə və tam istifadə et
Yükləmək ücün qeydiyyatdan keçin!
Yükləmək ücün qeydiyyatdan keçin!
VI sinif. Azərbaycan tarixi. Diaqnostik test
Внимание! Все тесты в этом разделе разработаны пользователями сайта для собственного использования. Администрация сайта не проверяет возможные ошибки, которые могут встретиться в тестах.
VI sinif şagirdləri Azərbaucan tarixindən başlanğıc üçün öz biliklərini yoxlaya bilərlər.
Список вопросов теста
Вопрос 1
Ən qədim insan məskəni Azərbaycanın hansı ərazisində yerləşir?
Варианты ответов
- Qobustanda
- Qarabağda
- Şamaxıda
Вопрос 2
Ən qədim insanlar harada yaşayırdılar?
Варианты ответов
- evlərdə
- mağaralarda
- alaçıqlarda
Вопрос 3
Uzaq keçmişdə yaşayan insanlar necə adlanırdı?
Варианты ответов
- ağıllı insanlar
- müasir insanlar
- qədim insanlar
Вопрос 4
İlləri nəyə əsasən hesablayırlar?
Варианты ответов
- təqvimə əsasən
- dünyanın yaranmasına əsasən
- fəsillərə əsasən
Вопрос 5
Qədim insanlar nə düzəldirdilər?
Варианты ответов
- maşınlar
- daş əmək alətlər
- odlu silahlar
Вопрос 6
Bakı şəhərinə ən yaxın ərazi hansıdır?
Варианты ответов
- Naxçıvan
- Gəncə
- Qobustan
Вопрос 7
Qobustan qayalarında nə təsvir olunmuşdu?
Варианты ответов
- müharibə səhnələri
- əkin yerləri
- yallı rəqsi
Вопрос 8
Hansı daha əvvəl yaranmışdır?
Варианты ответов
- dövlətlər
- əmək alətləri
- insanlar
Вопрос 9
Dövləti kim qoruyur?
Варианты ответов
- sənətkarlar
- məmurlar
- ordu
Вопрос 10
Azərbaycan dövlətinin adının düzgün yazıldığı cavabı müəyyən edin:
Варианты ответов
- Azərbaycan Demokratik Respublikası
- Azərbaycan Federativ Respublikası
- Azərbaycan Respublikası
Вопрос 11
“Quran” sözü ərəbcə;
Варианты ответов
- “oxumaq” deməkdir
- “anadanolma” deməkdir
- “ibadət” deməkdir
Вопрос 12
Cavablardan hansı ən qədim insanlara aiddir?
Варианты ответов
- Qavaldaş, əl çapacağı, ağac dəyənək
- Kahin , hökmdar, sənətkarlıq
- Dəmir alətlər, tayfa birlikləri, dövlət
Comments are closed, but trackbacks and pingbacks are open.