Press "Enter" to skip to content

Azarbaycan tarihi: 7 cildda. VII cild: 1941-2002-ci illar

respublika rəhbərliyinə dəfələrlə müraciət edərək rus dilinin öyrənilməsi üçün

TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə

Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı. “Elm”.

2008. 608 səh. + 80 səh. illüstrasiya.

“Azərbaycan tarixi”nin VII cildi Azərbaycanın 1941-ci ilin iyun ayından

2002-ci ilədək olan mürəkkəb, ziddiyyətli tarixi dövrünü əhatə edir. Kitab üç

bölmədən ibarətdir. I bölmədə Azorbaycanın İkinci dünya müharibəsi dövrü tarixi,

II bölmədə 1945-1991-ci illərdə, xüsusən 1970-ci illərdə və 1980-ci illərin birinci

yarısında iqtisadi və mədəni yüksəliş, 80-ci illərin sonlarında başlanan milli oyanış,

bərqərarlaşdırılması, müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi,

ölkənin iqtisadi, siyasi, mədəni inkişafı arxiv sənədləri, dövri mətbuat materialları

və mövcud elmi ədəbiyyat əsasında şərh olunur.

“Elm” nəşriyyatı, 2008

Yeddicildlik “Azərbaycan tarixi”nin yeddinci cildi 1941-2002-ci illəri –

Azərbaycanın siyasi, iqtisadi və mənəvi həyatında xarakterik xüsusiyyətləri ilə

fərqlənən üç mühüm dövrü – 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi, 1946-

1991-ci illərdə quruculuq, mürəkkəb, ziddiyyətli inkişaf, 1991-2002-ci illərdə

respublikanın dövlət müstəqilliyinin bərpası və möhkəmlənməsi dövrlərini əhatə

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin qeyd etdiyi kimi,

“1941-1945-ci illər Azərbaycan xalqının tarixində çox görkəmli yer tutur,

xalqımızın tarixinin parlaq səhifələrindəndir. İkinci dünya müharibəsi əyani

şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ

çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü

və qəhrəman xalqdır. Faşizm üzərində qələbədən sonra xalqımızın keçdiyi yol

Azərbaycanın gələcək milli azadlığına, müstəqilliyinə gedən yol olmuşdur.

Azərbaycan yüksək inkişaf yolu keçdi və böyük iqtisadi, intellektual potensial

topladı. Bunların əsasında. öz müstəqilliyini əldə etdi və dünya birliyində öz

Xalqın böyük fədakarlıq, ümid və qürurla keçdiyi bu tarixi yolun ciddi,

qərəzsiz elmi tədqiqi mühüm nəzəri və əməli əhəmiyyət kəsb edir. Tarixi keçmişin

həqiqətləri yalnız konkret zaman və məkan daxilində, fakt və hadisələrin, onlar

arasında üzvi və sistem-funksional əlaqələrin dərin təhlili əsasında aşkar edilə

Azərbaycan tarixinin bu mühüm problemləri bir sıra elmi-tədqiqat

əsərlərində, monoqrafiyalarda, ümumiləşdirici əsər və dərsliklərdə müxtəlif yönüm

və mövqelərdən işıqlandırılmışdır. Bu dövrə aid ilk ümumiləşdirici kitab – böyük

müəllif kollektivi tərəfindən yazılmış üçcildlik “Azərbaycan tarixi” respublikanın

Z.İ.İbrahimov, Ə.N.Quliyev və Y.A.Tokarjevskinin redaktəsi ilə 1963-cü ildə çap

olunmuş, onun bu gün də əhəmiyyətini itirməmiş üçüncü cildinin ikinci hissəsində

Azərbaycan SSR-in 40-50-ci illər tarixi geniş, lakin o zaman açıqlanması mümkün

olmayan bir çox problemlərdən yan keçməklə işıqlandırılmışdır.

Son illərdə, fikir plüralizminə geniş meydan verildiyi şəraitdə, SSRİ-nin

Böyük Vətən müharibəsində Azərbaycanın iştirakı, bütün mürəkkəbliyi və

ziddiyyətlərinə baxmayaraq, müharibədən sonrakı quruculuq və inkişaf, habelə

respublikanın dövlət müstəqilliyinin bərpası, müstəqil respublikada baş vermiş

siyasi, iqtisadi və mənəvi proseslərlə bağlı populist, nihilist çıxışlar, qarayaxmalar

tarixçilərdən tarixi həqiqətləri elmi əsasda üzə çıxarmağı və qiymətləndirməyi

VII cilddə 1941-2002-ci illər – Azərbaycan tarixinin kompleks

araşdırılmasına ilk cəhd göstərilmişdir. Müəlliflər hesab edir ki, bu dövrün tam

əhatəli elmi tarixinin yazılması üçün daha dərin obyektiv tədqiqat işləri

aparılmalıdır və VII cild bu işin ancaq başlanğıcıdır. “Azərbaycan tarixinin VII

cildi müxtəlif tarixi mənbələr, arxiv sənədləri, dövri mətbuat materialları, mövcud

elmi ədəbiyyat əsasında yazılmışdır. Müəlliflər keçmiş SSRİ-nin, respublikanın

mərkəzi, habelə ayrı-ayrı nazirliklərin, dövlət komitələrinin arxivlərindən, dövri

mətbuatdan, statistika külliyyatlarından, çap olunmuş dövlət və partiya

sənədlərindən, Azərbaycana 30 ildən artıq rəhbərlik etmiş Prezident Heydər

Əliyevin nitq və çıxışlarından, xüsusən onun Azərbaycan xalqına Yeni 2001-ci il,

Yeni əsr və üçüncü minillik münasibətilə “Azərbaycan XXI əsrin və üçüncü

minilliyin ayrıcında” adlı müraciətindən geniş istifadə etmiş, on prinsipial

məsələlərin şərhində onun müddəaları rəhbər tutulmuşdur. Heydər Əliyevin bu

müraciəti Azərbaycan xalqının çoxminillik tarixinə elmi və lakonik baxış olmaqla

bərabər, 1969-2001-ci illər tarixinin tədqiqi üçün çox qiymətli mənbədir.

Kitabda illüstrasiyalar Azərbaycan Respublikası Foto-Kino Arxivinin,

müxtəlif muzeylərin fondlarından, dövri nəşrlərdən və kitablardan götürülmüşdür.

Müəlliflər və redaksiya heyəti VII cildin yazılması, müzakirəsi və nəşri

zamanı köməklik göstərmiş mütəxəssislərə, təşkilat və müəssisələrə

VII cildin mətnləri aşağıdakı müəlliflər tərəfindən yazılmışdır. Giriş, II

bölmənin V fəsli, III bölmənin I, II, III və IV fəsilləri, nəticə və xülasə (rus dilində)

tarix elmləri doktoru Tahir Qaffarov, I bölmənin I fəsli Azərbaycan MEA müxbir

üzvü, tarix elmləri doktoru, professor Qaraş Mədətov, tarix elmlori doktoru,

professor Məzahir Abasov, Tahir Qaffarov, tarix elmləri namizədləri Tapdıq

Novruzov, Cəbi Bəhramov və Əzizağa Ələkbərov, II fəsli Qaraş Mədətov, Məzahir

Abasov, Tahir Qaffarov, III fəsli Əzizağa Ələkbərov, II bölmənin I fəsli akademik,

iqtisad elmləri doktoru, professor Asəf Nadirov, tarix elmləri doktoru, professor

Bayram Qurbanov, tarix elmləri doktorları Nina Qədirova, Tahir Qaffarov və

Hüseyn Əmirov, tarix elmləri namizədləri Elmira Qədirova, Tatyana Musayeva

və Cəbi Bəhramov, II fəsli Tahir Qaffarov, Nina Qədirova və Cəbi Bəhramov, III

fəsli Bayram Qurbanov, Tahir Qaffarov, Elmira Qədirova, IV fəsli Asəf Nadirov,

Nina Qədirova, Tahir Qaffarov, Hüseyn Əmirov, Elmira Qədirova və Tatyana

Musayeva, VI fəsli tarix elmləri doktoru Sayad Sayadov.

Müəlliflər tarix elmləri namizədləri Tamella Kərimova və Firuzə

Məmmədquliyevanın elm və təhsilə dair təqdim etdikləri materiallardan II

bölmənin IV fəslində, Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına dair

təqdim etdiyi materiallardan isə III bölmədə istifadə olunduğunu minnətdarlıqla

Xronoloji cədvəl və biblioqrafiya tarix elmləri namizədi Əzizağa Ələkbərov

tərəfindən tərtib olunmuşdur.

Fotoşəkillərin toplanmasında tarix elmləri namizədi Hakim İsaqov və elmi

işçi Alı Balayev iştirak etmişlər.

AZƏRBAYCAN II DÜNYA

MÜHARĠBƏSĠ DÖVRÜNDƏ

BÖYÜK VƏTƏN MÜHARĠBƏSĠNĠN BAġLANMASI.

AZƏRBAYCAN SSR-DƏ HƏRBĠ,

ĠQTĠSADĠ VƏ MƏNƏVĠ SƏFƏRBƏRLĠK

§1. RESPUBLĠKADA HƏRBĠ SƏFƏRBƏRLĠK

1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə basqın etdi.

1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -“Barbarossa planı”

ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Məqsəd güclü, qəfil zərbə ilə

sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan xəttinə

Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi

yer tuturdu. Hətta SSRİ-də yaşayan türkdilli xalqları -“müsəlman monqoloidləri,

dağıdıcı qüvvə” hesab edən Hitler “Mənim mübarizəm” kitabında yazırdı ki, “onlar

ali irqin qullarına çevrilməlidirlər”.

Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq

siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin “Qafqazın idarə

olunması planı”na görə Azərbaycanda idarəedici orqan – “komissarlıq” yaradılmalı

və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi.

Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına

qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə

Almaniyadan asılı oyuncaq “Böyük Türküstan” dövləti yaradılması planlaşdırılırdı.

Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya,

Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və

Əfqanıstanın daxil olması nəzərdə tutulurdu.

Hələ 1941-ci il martın 27-də Almaniyanın Kontinental Neft Cəmiyyətinə

Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı göstərişi

verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə “ali irqdən” rəhbərlər

də təyin edilmişdi. Onlar ucuz iş qüvvəsi hesabına maya dəyəri aşağı olacaq

məhsullardan alınacaq yüksək gəliri son qəpiyinədək Almaniyaya çatdırmaq

Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş

mərkəzə çevirmək arzusunda idi.

SSRİ XKS və ÜİK(b)P MK-nın 1941-ci il iyunun 29-da qəbul etdikləri

direktivlə ölkənin bütün siyasi, iqtisadi və hərbi imkanlarını səfərbər etmək, ilk

növbədə, xalq təsərrüfatını hərbi tələblər əsasında qurmaq vəzifələri

İyunun 30-da isə İ.V.Stalinin başçılığı ilə ölkədə bütün

hakimiyyəti öz əlində cəmləşdirən Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı.

DMK əsas diqqəti Silahlı Qüvvələrin möhkəmləndirilməsinə, iqtisadiyyatın hərbin

tələbləri əsasında yenidən qurulmasına yönəltdi. Geniş miqyasda hərbi səfərbərlik

keçirildi, yeni qoşun birləşmələri yaradıldı, cəbhəyə yaxın rayonlardan sənaye

müəssisələri və milyonlarla adam uzaq yerlərə köçürüldü.

1941-ci il iyunun 22-də Böyük Britaniyanın Baş naziri Uinstan Çörçill, bir

gündən sonra isə ABŞ Prezidenti Franklin Ruzvelt SSRİ-nin Almaniyaya qarşı

müharibədə onu müdafiə etmək təklifini qəbul etdikləri barədə bəyanat verdilər.

İyulun 12-də Moskvada Sovet İttifaqı ilə Böyük Britaniya arasında müharibədə

birgə fəaliyyətə dair müqavilə imzalandı.

Avqustun 14-də ABŞ Prezidenti və Böyük Britaniyanın Baş naziri “Uels

şahzadəsi” adlı gəminin göyərtəsində görüşdülər, faşizmi məhv və qəsbkarı tərk-

silah etmək zərurəti barədə bəyanatı – “Atlantik xartiyası”nı imzaladılar.

Sentyabrda SSRİ də bu xartiyaya qoşuldu.

Çox keçmədən Avstraliya, Belçika,

Böyük Britaniya, Yunanıstan, Polşa, SSRİ, müstəqil Fransa, Çexoslovakiya,

Yuqoslaviya və digər ölkə nümayəndələrinin Londonda keçirilən konfransında

“Atlantik xartiyası”nın əsasları qəbul edildi, faşizmə qarşı koalisiyanın məqsəd və

1942-ci il yanvarın 1-də 27 dövlətin nümayəndələri

Vaşinqtonda belə bir koalisiya yaratdılar. 1945-ci ilin aprelində isə bu ittifaqda

artıq dünyanın 50 dövləti təmsil olunmuşdu.

Sovet xalqı “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında alman

faşizminə qarşı müharibəyə qalxdı.

Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi.

Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək

öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, “Xalq qoşunu” dəstələrinə,

“Qırıcı batalyon”lara daxil olurdular. 1941-ci il iyunun 22-də Bakıda qəsbkarlara

qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində müharibənin

ilk günlərində 40 min nəfər, o cümlədən 1000 nəfərə qədər qız könüllü olaraq

cəbhəyə getmək üçün respublika Hərbi Komissarlığına müraciət etdi.

1941-ci ilin iyul-oktyabr aylarında respublikada 30480 nəfər, o cümlədən hərbi

məktəblərə 2287 nəfər, qvardiya diviziyalarına 3165 nəfər, döyüşən hissələr

ehtiyatına 22319 nəfər səfərbər olundu.

1941-1942-ci illərdə respublikada təşkil edilən hərbi birləşmələrə

Azərbaycandan 5000 kommunist və komsomolçu daxil olmuşdu.

yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağırılmışdı.

Zaqafqaziya cəbhəsinin Hərbi Hissələrin Təşkili və Tamamlanması İdarəsi

Azərbaycanda səfərbərlik işinin təşkilini yüksək qiymətləndirmişdi.

Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər

adam səfərbər olunmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.

Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci

ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci diviziyalar

təşkil olunmuşdu. 1941-ci ilin dekabr ayında Krımın müdafiəsində iştirak etmiş,

Ağ Manay rayonundakı döyüşlərdə şəxsi heyətinin bir hissəsini itirmiş 77-ci

diviziya da 1942-ci ilin mayında yenidən respublikada komplektləşdirildi.

Döyüşən qoşun üçün ehtiyat qüvvələr hazırlanmasında görülən zəruri işlər

nəticəsində 1941-ci il iyunun 22-dən avqustun 14-dək Azərbaycan SSR-də Xalq

qoşunu dəstələrinə 186704 nəfər (onların 30563 nəfəri qadın idi) yazılmışdı. Bu

dəstələr istehsalat-ərazi prinsipi üzrə təşkil edilirdi. Onların fəaliyyətinə rəhbərlik

üçün Mərkəzi qərargah yaradılmışdı.

Bakı şəhərinin 18 rayonunda Xalq qoşunu

dəstələrinə 61780 nəfər yazılmış və 20 rota təşkil olunmuşdu.

müdafiə zonası yaradılmasında Xalq qoşunu dəstələrinin 12000 döyüşçüsü fəal

Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin 1941-ci ilin avqustunda

gənclərin Xalq qoşunu dəstələrinə cəlb edilməsi haqqında qərarı əsasında Bakıda

13860 komsomolçu xidmət edən 40-dan çox “komsomolçu-gənclər bölmə və rotası

1942-ci il avqust ayının 17-də ərazinin xüsusiyyətləri nəzərə alınmaqla,

Xalq qoşunu dəstələri yenidən təşkil olundu. Bakıda üç – 101, 102 və 103-cü Xalq

qoşunu diviziyaları yaradıldı.

Diviziyalarda 21259 nəfər döyüşçü vardı.

Rayonlarda isə yerləşdirildikləri ərazinin adını daşıyan batalyonlar yaradılmışdı.

1943-cü ilin martında Xalq qoşunu diviziyalarının təşkilində dəyişikliklər

edildi və hər rayonda bir batalyon saxlanıldı. Həmin batalyonlar Qafqaz

cəbhəsindəki təhlükə sovuşduğuna və alman işğalçıları Azərbaycan sərhədlərindən

uzaqlaşdırıldığına görə 1943-cü ilin avqust ayından Ümumi icbari hərbi təlim

hissəsinə daxil edildilər.

Sovet ordusu üçün ehtiyat qüvvələr yaratmaq məqsədilə Dövlət Müdafiə

Komitəsinin qərarı ilə hələ 1941-ci ilin iyulundan etibarən bütün ölkədə 16 yaşdan

50 yaşadək olan kişilərə ümumi icbari hərbi təlim keçilməyə başlanmışdı. 1941-ci

il oktyabrın 1-dən 1942-ci il dekabrın 15-dək respublikada 172209 nəfər ümumi

və xüsusi bölmələrdə hərbi təlim keçmiş 29925 atıcı, 1255 snayper, 363

minomyotçu, 747 pulemyotçu və b. hazırlanmışdı. Azərbaycan K(b)P MK-nın

qərarı ilə 4389 nəfər xüsusi tank əleyhinə döyüşçü hazırlandı. Onlardan 568 nəfəri

Bakı şəhərinin sənaye müəssisələrində işləyən qadınlar idi.

Azərbaycanda 1941-1945-ci illərdə bütünlükdə ümumi icbari hərbi təlim

xətti ilə 51254 (onlardan 37180-ni atıcı, 14074-ü nəfəri başqa hərbi ixtisaslar üzrə)

Həmin illərdə respublikada 291421 çağırışçı 9 növ hərbi

peşəyə yiyələnmişdi, Onlardan 32337 nəfəri pulemyotçu, 8762 nəfəri avtomatçı,

7765 nəfəri minomyotçu, 2862 nəfəri snayper, 2466 nəfəri tank əleyhinə döyüşçü

1941-ci ildə Azərbaycan rayonlarında təxribatçılara, casuslara və sərhədi

pozanlara qarşı mübarizə aparmaq məqsədilə Qırıcı batalyonlar yaradılırdı. 12000

adam səfərbər edilmiş

bu batalyonların fəaliyyəti sayəsində müharibə illərində

32000 düşmən paraşütçüsü, casus, quldur, soyğunçu, təxribatçı, fərari, dövlət

sərhədini pozan tutulmuşdu.

Müdafiə işlərinin təşkilində ictimai təşkilatlar da fəal iştirak edirdi. Yardım

cəmiyyəti bu sahədə xüsusilə fərqlənirdi.

Bu cəmiyyət “Kimyəvi silahlardan

müdafiə” norması üzrə əhaliyə təlim keçirdi.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti

də 1941-1945-ci illərdə 6500-dən çox tibb bacısı hazırlamış, 20 mindən çox

respublika vətəndaşı döyüşçülər üçün könüllü qan vermişdi.

Respublikanın bədən tərbiyəsi təşkilatları da müdafiə işində fəal iştirak

edirdilər. 257270 idmançı icbari hərbi təlimə cəlb olunmuşdu. Onların köməyi

sayəsində 1941-1945-ci illərdə 64 min nəfər “Əməyə və müdafiəyə hazıram!”

normasının 1 dərəcəsi, 20 min nəfər isə II dərəcəsi üzrə yoxlamadan keçirilmişdi.

Yerli hava hücumundan müdafiə bölmələri də müharibə illərində əhali

arasında səmərəli iş aparmışlar. Azərbaycan SSR XKS və Azərbaycan K(b)P MK-

nın 1941-ci 4 may il qərarına əsasən hava hücumundan müdafiə məqsədilə

sığınacaqların tikilməsi təşkil edilmişdi. 1941-ci il iyul ayının 10-na qədər bütün

idarə və müəssisələrdə özünümüdafiə dəstələri yaradılmışdı.

və hava hücumundan müdafiə dəstələrinə yardım qruplarında 15 min nəfər iştirak

Bu dəstələrin hər birinə idarə və müəssisələrdə 100-300 fəhlə və qulluqçu,

yaşayış yerlərində isə 200-500 nəfər sakin daxil olurdu. Özünümüdafiə

dəstələrində olan əhalinin 137797 nəfəri əleyhqaz geyinərək 1503 təlimdə iştirak

etmiş, ilk tibbi yardım üçün minlərlə tibbi heyət yetişdirilmiş, 180 sanitar drujinası

təşkil edilmiş və 2700 nəfər drujinaçı hazırlanmışdı. Yaşayış məntəqələrini

qorumaq üçün 16000 nəfər yaşlı əhali, 12000 pioner və məktəbli səfərbər

edilmişdi. Naxçıvan şəhəri və Naxçıvan rayonunda kimyəvi hücumdan müdafiəyə

hazırlıq üçün təşkil edilmiş 185 dərnəyə 6212 nəfər şəhər və kənd əhalisi cəlb

olunmuşdu. Müəssisə və evlərdə 1134 nəfərin cəlb edildiyi 31 özünümüdafiə qrupu

Rus dilini bilməmək müharibənin ilk aylarında azərbaycanlı döyüşçülər

üçün ciddi çətinliklər törədirdi. Bundan istifadə edən bəzi şovinist zabitlər onlarla

təhqiramiz, kobudcasına rəftar edirdilər. Azərbaycanlı döyüşçülər bununla bağlı

respublika rəhbərliyinə dəfələrlə müraciət edərək rus dilinin öyrənilməsi üçün

şərait yaratmağı xahiş edirdilər. Azərbaycan K(b)P MK hərbi şöbəsinin 23 oktyabr

1941-ci il tarixli məktubla Zaqafqaziya cəbhəsinin Siyasi İdarəsinə bu barədə

müraciət etməsi nəticəsində vəziyyət nizama salınmışdı.

Döyüşçülərin rus dilini

bilməyinin vacibliyi nəzərə alınaraq 90 saatlıq proqram işlənib hazırlanmışdı.

Dərslər hərbi hazırlıq xətti ilə keçirilirdi. Azərbaycan K(b)P MK-nın 14 iyul 1942-

ci il qərarına əsasən Bakı şəhərində rus dilinin tədrisi iyulun 15-dək, Azərbaycan

rayonlarında isə həmin il avqustun 1-dən başlanmışdı. Hərbi mükəlləfiyyətlilərin

məktəblərdə rus dilini öyrənməsi üçün, həftədə 4 saatdan az olmamaq şərti ilə, 150

akademik-saat nəzərdə tutulurdu.

Cəbhənin respublika sərhədlərinə yaxınlaşması ilə əlaqədar olaraq

Zaqafqaziya Cəbhəsi Hərbi Şurası Bakı ətrafında müdafiə mövqelərinin

yaradılması haqqında qərar çıxardı. Qərara əsasən 1941-ci ilin sentyabrında Şimal

istiqamətdə 10 müdafiə tikintisi təşkil edildi. Bu iş üçün 160 yük maşını, 300

qaynaq aparatı, 55 traktor, 18 ekskavator, 8 səyyar elektrik stansiyası, 7

kompressor, 25000 bel, külüng və başqa alətlər ayrıldı.

Tankların keçə bilməməsi üçün 16841 maneə yaradıldı, 91 km uzunluqda

dərin xəndəklər qazıldı. Atəş nöqtələri ilə arxanı birləşdirən 535 km uzunluqda

gizli əlaqə yolu çəkildi. 1 milyon 800 min kv.m torpaq işi görüldü.

xəttinin tikintisində kişilərlə birlikdə qadınlar da fəal iştirak edirdilər. Tikintidə

yalnız Bakı şəhərinin 17 rayonundan 16721 kişi, 23906 qadın iştirak etmişdi.

Beləliklə, Böyük Vətən müharibəsi başlanan andan, respublikada cəbhəyə

xidmət, arxada qüvvələri səfərbər etmək sahəsində çoxlu iş görüldü. Azərbaycan

xalqı, bütün zəhmətkeşlər fədakarlıq, mətinlik, dözümlülük nümayiş etdirdilər.

Azarbaycan tarihi: 7 cildda. VII cild: 1941-2002-ci illar

Azərbaycan tarixi: 7 cilddə. VII cild: 1941-2002-ci illər
Author: Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutu
Publisher: Bakı: Elm
Publication date: 2008
ISBN: 978-9952-448-48-1
Number of pages: 608
Format / Quality: PDF
Size: 15.9 Mb
Language: Azarbaijan

Цитата:
“Azərbaycan tarixi”nin VII cildi Azərbaycanın 1941-ci ilin iyun ayından 2002-ci ilədək olan mürəkkəb, ziddiyyətli tarixi dövrünü əhatə edir. Kitab üç bölmədən ibarətdir.
I bölmədə Azorbaycanın İkinci dünya müharibəsi dövrü tarixi, II bölmədə 1945-1991-ci illərdə, xüsusən 1970-ci illərdə və 1980-ci illərin birinci yarısında iqtisadi və mədəni yüksəliş, 80-ci illərin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, III bölmədə isə respublikanın suverenliyinirı bərqərarlaşdırılması, müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, ölkənin iqtisadi, siyasi, mədəni inkişafı arxiv sənədləri, dövri mətbuat materialları və mövcud elmi ədəbiyyat əsasında şərh olunur. “

Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!

Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!

Уважаемый пользователь, вам необходимо зарегистрироваться, чтобы посмотреть скрытый текст!

Qalmaqallı dərsliyə rəy verən ekspert mübahisələrə NÖQTƏ QOYDU

Son günlər “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində “səhv” və “plagiat” hallarının olması ilə bağlı iddialar ətrafında mətbuatda müzakirələr yer alır. Müəllif və Tarix İnstitutu əməkdaşları arasında davam edən ittihamlarla yanaşı, bu günlərdə Təhsil Nazirliyi də məsələyə münasibət bildirdi. Lakin hələ ki, müzakirələr bitməyib. Tərəflər özlərinin haqlı olduğunu sübut etməyə çalışırlar.

Publika.az isə bu dəfə hər iki müəllif qrupunun hazırladığı dərsliyə rəy verənTəhsil Nazirliyinin eksperti Talıb Quliyevin mövqeyini təqdim edir.

T.Quliyev deyir ki, tenderdə qalib gələn dərsliyə ən yüksək balı verdiyini deyib:

“Tenderdə qalib gəlmiş X sinif Azərbaycan tarixi dərslik layihəsinin plagiat olması ilə bağlı Leyla Hüseynova başda olmaqla, AMEA-nın Tarix İnstutunun əməkdaşları iddialar səsləndirirlər. Bu dərsliyin də keçməsində yardımçı olan ekspertlərin də işini yarıtmaz olduğunu və heç bir əsası olmadan iddia edirlər.

Tenderdə qalib gələn dərsliyə də ən yüksək qiyməti də mən vermişəm və dərslik də şagirdlər üçün asan və sadə dildə yazılıb. Bəzi hissələrin də plagiat olduğu iddiasını qəbul etmirəm və misal çəkmək istəyirəm: – Manna dövləti e.ə 590-cı ildə süqut edib. Bu bütün elmi kitablarda və dərsliklərdə eyni məlumatdı, bunun nəyi plagiat ola bilər?

Bildiyiniz kimi, bu günə qədər tenderdən keçən dərsliklər ətrafında mübahisələr yaranmayıb. Bu dərsliklər içərisində sizin də həm müəllif olduğunuz dərsliklər də var. Eyni ilə həmin dərsliklərdə də kifayət qədər qüsurlar mövcuddur. Düzdür, həmin dərsliklərə ekspertlər müsbət rəy versələr də, bəzi qüsurların aradan qaldırılması üçün təkliflər də olunub. Ancaq təəssüflər ki, onların əksəriyyəti nəşr qabağı nəzərə alınmayıb, ya da nəzərdən qaçıb.

Nəzərinizə çatdırım ki, tender elan edildikdən sonra hər bir namizəd dərslik ekspertlərin yoxlamasına təqdim olunur. Bu zaman müəlliflərin və nəşriyyatın adları nazirlik tərəfindən tam məxfi saxlanılır. Müəllifdən və nəşriyyatdan xəbərsiz olan ekspertlər təqdim olunmuş dərsliklər üzərində yoxlamalar aparır, mövcud qaydalar əsasında hər bir dərsliyi və metodiki vəsaiti qiymətləndirir. Daha yüksək bal almış dərslik tenderin qalibi hesab olunur. 10-cu sinif Azərbaycan tarixi ilə bağlı iki dərslik və metodik vəsait eynilə yuxarıda qeyd etdiyim formada qiymətləndirilib. Sadəcə ikisi içərisində daha uyğun olan digərinə nisbətən tenderin qalibi elan olunub. Önümüzdəki tədris ilində istifadəyə veriləcək olan dərslik ictimai müzakirəyə verilir. Mövcud qüsurların aradan qaldırılması müəlliflərə və nəşriyyata nazirlik vasitəsi ilə tələb edilir. Bütün qüsurlar aradan qaldırıldıqdan sonra nəşriyyata təqdim olunacaq”.

T.Quliyev həmçinin tenderdə məğlub olmuş, həmçinin L.Hüseynovanın müəllifi olduğu dərsliklərdə səhv və plagiat məqamlardan da danışıb:

“Hörmətli Leyla xanım, fikrimcə, siz iddialarınızda tələskənliyə yol vermişiniz. Mətbuatda bildirdiyiniz münasibətlər əvəzinə ictimai müzakirələrə qoşulub qalib gələn dərsliyin daha da mükəmməl olmasına öz töhfələrinizi verməklə təhsilimizə qayğı göstərmiş olardınız. Birinci, siz özünüzün də həm müəllifi olduğunuz və hazırda şagirdlərin istifadəsində dərsliklərdə də istənilən qədər problemlər, qüsurlar, bəzi plagiat məqamlar var. Siz bu səhvləri düzəldin, sonra başqasında səhvlər axtarın. Hesab edirəm ki hazırda dərsliklərinizdə olan qalan qüsurlar ekspertlərin yox, sizin günahınızdır. Onlar dəfələrlə bu iradları sizə bildirsələr də düzəltməmisiz.

İndi isə başlayaq sizin həmmüəllifi olduğunuz dərsliklərin problemlərinə:

VII sinif Azərbaycan tarixi , 2016 – cı il buraxılışı.

Qeyd edim ki, bu dərslik ilk dəfə 2014-cü ildə çapa buraxılıb. Bu dərslik tamamilə yarıtmaz vəziyyətdə idi. 2016-cı ildə guya bu dərslik “təkmilləşdirilib”.

Səhifə 16-da verilən xəritə tenderdə qalib gələn X sinif Azərbaycan tarixi dərsliyin 49-cu səhifəsində verilən xəritə ilə eynilik təşkil edir. Siz iradlarınızda qeyd edirsiz ki, X sinif Azərbaycan tarixi dərsliyində verilən bu xəritədə Uti vilayətinin yeri yanlış göstərilib. Ortaya belə bir sual çıxır – sizin dərslikdə bu vilayət veriləndə doğru olur, digər dərslikdə isə yanlış? Buradan aydın olur ki, sizin iradlar qərəzli və əssasızdır.

Səhifə 18-də Məzdəkilər hərəkatını IV əsrin sonları – VI əsrin əvvəllərində yayıldığını yazırsız. Eyni məlumatı həmmüəllifi olduğunuz VII sinif Ümumi tarix dərsliyinin (2016-cı il buraxılışı) 31-ci səhifəsində hərəkatın 481-ci ildə (V əsrin sonları) başlandığını yazırsız(Bu məlumat doğrudur). Eyni hadisənin fərqli verilməsi nə dərəcədə doğrudur?

Səhifə 28-də Sacilər dövlətinin yaranmasını 898-ci il verirsiz(Bu elmi cəhətdən doğrudur). Yenə həmmüəllifi olduğunuz VII sinif Ümumi tarix dərsliyinin (2016-cı il buraxılışı) 40-cı səhifəsində eyni məlumatı fərqli vermisiz, belə ki bu dərslikdə 879-cu il yazmısız.

Səhifə 29-da Sacilər dövlətinə aid xəritədə Gəncə şəhərini paytaxt şərti işarəsi ilə göstərmisiz. Bu yanlışdır. Tarixə nəzər salsaq, Məzyədilər sülaləsi 859-cu ildə öz iqamətgahını bura köçürüb. 971-ci ildə də Şəddadilər Gəncəni paytaxt seçiblər. Sacilər dövlətinin də 898-941-ci illərdə mövcud olduğunu nəzərə alsaq, yanlış göstərilib.

Səhifə 30-da Salarilər dövlətinə aid xəritədə Təbriz şəhərini paytaxt şərti işarəsi ilə göstərmisiz. Salarilər dövlətinin 941-981-ci illərdə mövcud olduğunu yada salsaq və bu dövlətin paytaxtının yalnız Ərdəbil olduğunu nəzərə alsaq, bu şərti işarə yalnış göstərilib. Təbriz də ilk dəfə Rəvvadilər dövlətinin paytaxtı olub.

Səhifə 31-də Salarilərin dövründə Xəzər dənizində yenidən ticarət gəmilərinin üzdüyünü yazırsız. Əgər yenidən üzmüşdüsə, əvvəl hansı dövlətin dövründə üzmüşdür? Bu barədə dərslikdə heç bir məlumat yoxdur və şagirdlərin fikirlərini tamamilə qarışdırır.

Səhifə 63-də VIII əsrdə Şamaxıda tikilmiş Cümə məscidinə aid şəkil verilib. Ancaq mövzunun içərisində heç bir məlumat yoxdur. Bunun haqqında məlumat verilmədiyindən şəklin heç bir əhəmiyyəti yoxdur.

Səhifə 104-də verilmiş xəritədə 1409-cu ildə Qaraqoyunlu dövlətinin Şəkiyə yürüşü haqqında məlumat verilsə də, dərslikdə haqqında heç bir məlumat yoxdur.

Səhifə 108-də verilən xəritədə 1485-1489-cu illərdə Sultan Yaqubun Gürcüstana hərbi yürüşləri haqqında məlumat versəz də, dərslikdə haqqında heç bir məlumat verməmisiz.

VII sinif Ümumi tarix , 2016 – cı il buraxılışı.

Səhifə 10-da Aetsinin adını Eti kimi vermisiz. Xüsusi isim hansı millətə aid olmasından asılı olmayaraq tərcümə olunmamalıdır.

Səhifə 13-də Göytürk xaqanlığına aid verilmiş xəritənin altında verilən məlumat dərsliyin içərisində olan məlumatla üst-üstə düşmür. Belə ki, xəritənin altında yazdığınız məlumatda birinci xaqanlığın 552-744-cü illərdə mövcud olduğunu yazmısız, yalnış formada yazılıb. Dərsliyin içərisində isə I Göytürk xaqanlığının VI əsrin sonlarında (588) parçalandığını, 682-ci ildə isə İkinci Göytürk xaqanlığının yarandığını verirsiz. Bunlardan bir daha aydın olur ki, mövzuda verilən məlumatla xəritədə verilən məlumat üst-üstə düşmür.

Səhifə 21-də Bulqar türk dövlətinə aid verilmiş xəritənin aşağı hissəsində dövlətin 1018-ci ildə süqut etdiyi verilib. Ancaq mövzuda içərisində heç bir məlumat yoxdur.

3-cü mövzunun sonuna aid olacaq cümlələri 4-cü mövzunun əvvəlində vermisiz. Bu da yanlış addımdır.

VIII sinif Azərbaycan tarixi , 2015 – cı il buraxılışı.

Səhifə 22-də verilmiş xəritədə olan məlumatla səhifə 24-də verilmiş məlumat üst-üstə düşmür. Belə ki, xəritə Hörmüzün azad edilməsini 1620-ci il, səhifədə 24 – də isə 1622-ci il vermisiz. Bu nə deyək?

Səhifə 85-də xanlıqların xəritəsində Zəncan xanlığını vermisiz(Özü də ərazisi olduqca böyük göstərilib). Ancaq mövzuda haqqında heç bir məlumat yoxdur və şagirdlərdə də maraq oyadır.

IX sinif Azərbaycan tarixi , 2016 – cı il buraxılışı.

Səhifə 59-da “1907-ci ildə Rusiyada 7 ən iri mis zavodu sahibləri “Mis” sindikatını yaratdılar. Gədəbəy misəritmə zavodu da bu inhisarın tərkibinə daxil idi. Bu, əlvan metallurgiyada inhisarlaşma prosesinin başlandığını göstərirdi”. – Sonuncu cümlə yanlışdır:

Bunu da aşağıdakı məlumatla sübut edirik:

Səhifə 71 –də Yeni tipli məktəblərin açılması və icbari ibtidai təhsilə keçilməsi məsələsini Rusiya müsəlmanlarının II qurultayına aid vermisiz. Elmi kitablara diqqətlə baxsaz, bunun II yox, III qurultaya aid olduğunu görərsiz.

Səhifə 95-də sual və tapşırıqlar hissəsinin 6-cı sualında “Gəncə dövründə Milli hökümətin iqtisadi və mədəni tədbirlərini müzakirə edin” – mövzuda bunun haqqında məlumat verilmədiyi halda, şagird nə müzakirə etsin.

Səhifə 146-da Şıxəli Qurbanovun Azərbaycan KP MK-nın katibi olduğu göstərilib. Bu yanlış bir məlumatdır. Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olub. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov(1959-1969) onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil.”- Bu məlumat bir daha sübut edir ki, Şıxəli Qurbanov Azərbaycan KP MK-nın katibi olmayıb.

Bütün bu yazdıqlarım Leyla Hüseynovanın hazırda şagirdlərin istifadəsində olan, həmmüəllifi olduğu dərsliklərdəki qüsurlardır. Leyla xanım əvvəla bu səhvlikləri düzəltsin, sonra başqa dərsliklərdə səhvliklər axtarsın. Bu yazdıqlarım bir daha sübut edir ki, kimin işi yarıtmazdır”.

Ekspert X sinif Azərbaycan tarixi dərslik layihəsində keçməyən dərsliyin qüsurlarından bəzi məqamları təqdim edib:

“Bunlardan bir daha sizlərə aydın olacaq ki, Leyla Hüseynovanın fikirləri qərəzlidir və şantajdır.

Səhifə 20. Qalayın cənub – şərqi Asiyadan və Britaniyadan gətirildiyi göstərilir. – Bu dövrdə Azərbaycanda yaşayan qədim tayfaların əlaqələri o qədər inkişaf etmişdi ki, Britaniya və Cənub-Şərqi Asiya ilə əlaqələri var idi.

Səhifə 38. Mənbələr belə deyir hissəsində Atropatın varislərinin erməni hökmdar ailələri ilə nikkah bağlayırlar verilib. – Bu qüsuru xüsusilə dayanmaq istəyirəm. Hörmətli müəllif siz bunu şagirdlərə öyrətməklə nəyə nail olmaq istəyirsiz? Bu bizim tarixi köklərimizə kölgə salmaqdan başqa bir şey deyil.Torpaqlarımızın azadlığı uğrunda mübarizə apardığımız bir zamanda belə şeylərin dərsliklərdə əks olunması şagirdlərimizin vətənpərvərlik hisslərini şübhə altında qoyur.

Səhifə 45.Pompeyin yürüşü yarımçıq dayandırdığı verilib. Bilmək maraqlıdır hissəsində isə Albaniyanın Romadan asılı hala düşdüyü verilir.Bu da üst-üstə düşmür. Verdiyiniz bu məlumatlar fikir qarışdırmaqdan başqa bir şey deyil.

Səhifə 47. Açar sözlər hissəsində və Səh.49-daŞahənşah II Xosrov verilib. Ancaq I Xosrov olmalıdır.

Səh.50.Urnayrın hakimiyyət illəri 343 – 371-ci illər verilib. Azərbaycan tarixi VII cildliyin II cildində (səh. 54) və Azərbaycan tarixi qaynaqlarda 313 – 371-ci kimi verilib.

Səhifə 56. Bilmək maraqlıdır hisəsində Ağoğlan mötərizədə Amaras yazılıb. Bu formada verilməsidoğru deyil. Amaras Xocavənd rayonunun Sos kəndində, Ağoğlan isə Laçın rayonunun Kosalar kəndi ərazisindədir. Amaras IV əsr, Ağoğlan isə VII – IX əsrlərə aiddir

Səhifə 76. Şəddadilər dövlətinin yaradıcı Məhəmməd ibn Şəddad göstərilir. Bu da elmi cəhətdən doğru deyil. . “III Aşot üzərində qazanılan qələbə Məhəmmədin vəziyyətini xeyli yaxşılaşdırır, mövqeyini möhkəmləndirir. Lakin 954/55-ci ildə həbsxanadan qaçan Mərzban deyləmli süvariləri Dvin üzərinə yollayır. Məhəmmədin qoşununda xidmət edən deyləmli əsgərlər xəyanət yolunu tutaraq Mərzbanın tərəfinə keçirlər. Dvin yenidən Salarilərin əlinə keçir. Məhəmməd öz adamları ilə birgə Vaspurakana qaçır; kömək üçün hətta Bizans imperatoruna da ağız açan və əli hər yerdən üzülən Məhəmməd, nəhayət, 955/56-cı ildə Vaspurakanda vəfat edir”.- əgər Məhəmməd ibn Şəddad 955/56 – cı iildə vəfat etmişdirsə, 971-ci ildə dövləti necə yarada bilər.

Mənbə: Azərbaycan tarixi VII cilddə II cild; səh. 286,287.

Səhifə 100. Naxçıvanda Əlincəqala, Lerikdə Oğlanqala XI – XII əsrlər, Mərdəkanda dairəvi qala XII əsrə aid verilib. Əvvəlki məlumatlarla üst-üstə düşmür. Həm də həmmüəllifi olduğunuz VII sinif Azərbaycan tarixində isə Mərdəkandakı dairəvi qalanın XIII-XIV əsrlərə aid vermisiz.

Mənbə:Azərbaycan tarixi VII cilddə II cild; səh. 376.

Naxçıvanda Əlincə qala haqqında Yaqub Mahmudovun və Kərim Şükürovun „Naxçıvanın tarixi və abidələri „ kitabının 12-ci səhifəsində verilən məlumat bir daha XI – XII əsrlərə aid olmadığını və ondan əvvələ aid olduğunu sübut edir. Sizin yuxarıda verdiyiniz məlumatlar akademik Yaqub Mahmudovun fikirlərini təkzib edir.

Səhifə 143. Osmanlıların bütün Azərbaycanı ələ keçirməsi 1587 – 1589-cu illər kimi verilmişdir.

Ancaq 1586 – 1589-cu illər verilməlidir.

Mənbə: Azərbaycan tarixi VII cilddə III cild; səh. 194.

Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti.

Səhifə 162. I Pyotrun Dərbəndi tutmasından sonra yürüşü dayandırdığı yazılıb. Ancaq özü geri qayıtsa da, yürüşü dayandırmayıb. Yürüşün davam etdirilməsi Matyuşkinə tapşırılıb.

Mənbə: Azərbaycan tarixi VII cilddə III cild; səh. 330, 331.

Səhifə 181, 1-ci abzas, 15-ci cümlədə Qutqaşen sultanlığı verilib. Qutqaşen Qəbələ sultanlığının ərazisinə uyğun gəlir. Bu məlumat həm də həmmüəllifi olduğunuz VIII sinif Azərbaycan tarixi dərsliyində olan məlumatla üst-üstə düşmür.

Səhifə 182. 1779-cu ildə Məhəmmədhəsən xanın yenidən hakimiyyətə gəlməsi kimi verilib. Bu cümlədə „yenidən“ sözü çıxarılmalıdır. Çünki bundan əvvəlki Məhəmmədhəsən xan yox, Məhəmməd xan idi. Məhəmmədhəsən xanın hakimiyyətə gəlməsi ilk dəfə idi. Həm də əvvəlki Məhəmməd Qazıqumuxlu idi. Məhəmmədhəsən xan isə Hüseyn xanın oğlu idi.Məhəmmədhəsən xanında hakimiyyətə gəlməsi 1779-cu il yox, 1783-cü il olmalıdır. 1779-1783-cü illərdə hakimiyyətdə Hacı Əbdülqədir xan olub.

Mənbə: Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi. Səh.12,13

Səhifə 182. Salyanın ələ keçirilməsi 1756 – cı il verilmişdir. Bu həm də həmmüəllifi 8-ci sinif Azərbaycan tarixi dərsliyi ilə uzlaşmır.

Mənbə: Azərbaycan tarixi VII cilddə, III cild; səh. 385.

Tofiq Mustafazadə. Quba xanlığı. Səh. 14,15.

Səhifə 193. 54-cü mövzu: Azərbaycan – Rusiya müharibəsi (1801 – 1804) yazılması heç bir məntiqə uyğun deyil. Bu dövrdə vahid Azərbaycandan danışmaq tamamilə yanlış bir addımdır. Rusiya da Azərbaycan adlı bir dövlətlə müharibə aparmayıb. Bildiyimiz kimi, Azərbaycan ərazisi bu dövrdə xırda dövlətlərdən – xanlıqlardan ibarət idi. Torpaqlarımızın işğalını da Rusiya 1828-ci ildə Türkmənçay müqaviləsi ilə başa çatdırıb.

Səh.135. Din amili (sünni – şiə məsələsi) daha çox qabardılıb.

Səh.158. 5-ci abzas, 1-ci cümlədə sünni sözü çıxarılsa, daha yaxşı olar. Din amili qabardılıb.

Səh.172-də Nadir şahın 1743-cü il Nəcəf dini qurultayı daha çox qabardılıb. Bu qədər geniş verilməsi o qədər də vacib deyil.

-Azərbaycanın tolerant bir ölkə olduğunu nəzərə alsaq, dərslikdə sünni – şiə məsələsinin bu dərəcədə qabardılması ölkməzinin mənafeyinə ziddir və şagirdlər arasında münasibətlərin korlanmasına səbəb olar.

Göstərdiyim bu qüsurlar, hələ bəzi qüsurlardır. Bu nöqsanlar bir daha sizin iddialarınızın heç bir əsası olmadığını göstərir. Bu qüsurlarla sizin dərsliyiniz keçsə idi, tariximiz uçurama gedərdi. Ona görə də dərsliyiniz qiymətləndirilməyib və tenderdən keçməyib”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Похожие статьи

  • Azərbaycan tarixi ziya bunyadov

    Azərbaycan tarixi ziya bunyadov Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron…

  • Azərbaycan tarixi üzrə qaynaqlar

    Azərbaycan tarixi üzrə qaynaqlar 3.Dərbənd şəhərini ərəblər “Bab-ül əl-Bab”adlandırmışlar. Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat…

  • Azərbaycan tarixi 2ci cild

    V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…

  • Azərbaycan tarixi dərslik

    Azərbaycan tarixi dərslik cümlədən aqrar, biologiya, baytarlıq təbabəti və təbabət elmlərinin intensiv və X sinif Azərbaycan tarixi və Ümumi tarix…

  • Azərbaycan tarixi ziya bünyadov

    Azərbaycan Tarixi Sənədlər və Nəşrlər Üzrə – История Азербайджана по документам и публикациям Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin…

Comments are closed, but trackbacks and pingbacks are open.