Press "Enter" to skip to content

Azərbaycan xanlıqları

XVII yüzilin gedişində, Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən istifadə edərək Azərbaycanda və Qafqazda özlərini de-fakto müstəqil aparmağa başladılar.

Azərbaycan tarixi xanlıqları yüklə

Əfşarlar dövlətinin zəifləməsi və dağılmasından sonra, XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində müstəqil dövlətlər olan xanlıqlar yaranır. Şimal torpaqlarında Qarabağ, Şəki, Gəncə, Cavad, Şamaxı, Quba, Bakı, Dərbənd, Salyan, Lənkəran, Naxçıvan və İrəvan xanlıqları, Cənubda Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Əhər və Ərdəbil xanlıqları meydana gəlir. Xanlıqlarla yanaşı şimal torpaqlarında yarımmüstəqil feodal hakimlikləri olan İlisu, Qəbələ, Ərəş, Borçalı, Qazax və Şəmşəddil sultanlıqları, habelə feodal respublikası hesab edilən Car-Balakən icması (camaatlığı) kimi qurumlar da formalaşır.

Xanlıqlarda hakimiyyət siyasi qurum kimi təkhakimiyyətliliyə əsaslanırdı. Xan qeyri-məhdud hakimiyyətə malik olub, həm də məhkəmə hüququ daşıyırdı. O, ölüm hökmü verə, yaxud ölümə məhkum olunmuşları bağışlaya bilərdi. Xanın yanında məşvərət funksiyasına malik Divan fəaliyyət göstərirdi. Divanda sülh bağlamaq, müharibə elan etmək, vergilər qoymaq məsələləri müzakirə olunurdu. Divanın, yaxud Məşvərət şurasının mövqeyi bəzən xanın çıxardığı qərara təsir göstərə bilirdi. Belə şuralar Şəki, Şamaxı, Quba və Qarabağ xanlıqlarında kifayət qədər nüfuza malik idilər. Xanlıqlarda belə bir qurumun olması Azərbaycanın qədim dövlətçilik ənənələrindən irəli gəlirdi.

Xanlıqların ticarət əlaqələri kifayət qədər geniş əraziləri əhatə edirdi. Xüsusən İran, Osmanlı, Rusiya dövlətləri və Hindistanla ticarət əlaqələri yaxşı inkişaf etmişdi. Azərbaycandan qonşu ölkələrə neft, duz, zəfəran, xam ipək, sənətkarlıq məmulatları, müxtəlif çeşidli xalçalar aparılırdı. Kənardan isə mahud, boyaq malları, qənd, dəmir, şal və düyü gətirilirdi. Osmanlı tacirləri Şamaxı ipəyini həvəslə alırdılar. Ərdəbil də ipək məmulatı istehsalında məşhur idi. Buradan çox zaman Hələbə, İzmirə və İstanbula xam ipək, ipək məmulatları daşınırdı. Xanlıqlararası iqtisadi əlaqələr də getdikcə genişlənir, ümummilli daxili bazar üçün zəif də olsa, şərait yaranırdı.

Xanlıqların yaranması şəhərlərin sənətkarlıq və ticarət məskənləri kimi inkişafına müsbət təsir göstərirdi. XVIII əsrin birinci yarısında dağıdılmış şəhərlər xanlıqların yarandığı dövrdə bərpa edilir, öz əvvəlki görkəminə qaytarılırdı. Pənahabad adlanan Şuşa da yüksəlməyə başlamışdı. Şəhər əhalisi artır, burada sənət, ticarət, elm və mədəniyyətin inkişafına imkan yaranırdı. Şamaxı, Bakı, Şəki, Şuşa və Dərbənd şəhərlərinin hər birində 4 mindən 10 minə qədər əhali yaşayırdı. Təbriz yenə də Azərbaycanın ən böyük şəhəri olaraq qalırdı.

Xanlıqlar dövründə Azərbaycanın hakim zümrəsi formalaşmağa başlayır. Bu zümrənin başında xan dururdu. Xandan sonrakı yeri sultan və məliklər tuturdular. Bu titullar nəslən keçir, hər dəfə xan tərəfindən təsdiq edilirdi. Ali zümrənin əsas hissəsini bəylər təşkil edirdilər. Onlar da irsi və şəxsi bəylərə bölünürdülər. Vaxtı ilə Səfəvi şahlarından bəylik titulu alanlar daha varlı və nüfuzlu olmaqla, mülki hüquqları irsi idi.

Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzu olunan nəticəni vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.

Azərbaycan xanlıqları

Azərbaycan xanlıqları — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası, Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Qubaxanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya İmperiyasının nəzarəti altına keçmişlər.

Xanlıqların yaranması

Azərbaycan xanlıqları, XVIII – XIX

Qafqaz, XVIII – XIX.

Nadir Şahın öldürülməsiylə onun nəhəng imperiyası dağılmağa başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII yüzilin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dörd dəfə əldən-ələ keçmişdi. Dövlətin paytaxtı altı dəfə dəyişmiş, İsfahandan Qəzvinə, sonra isə Məşhədə, Şiraza, yenidən İsfahana, nəhayət Tehrana köçürülmüşdü.

XVII yüzilin gedişində, Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən istifadə edərək Azərbaycanda və Qafqazda özlərini de-fakto müstəqil aparmağa başladılar.

XVII yüzilin sonlarından davam edən təsərrüfat geriləməsi şəraitində gələcək xanlıqların ərazisini əhatə edən bölgələr arasında əlaqələr six deyildi.

Üçüncü, Beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsi, regionda yeni bir mərkəzləşmiş dövlətin yaranması burada marağı olan İran və Rusiyanın mənafeyinə uyğun gəlmirdi.

Xanlıqların əmələ gəlməsinin ümumi səbəbləri ilə yanaşı bəzi özümlü tərəfləri də var idi.

Cənub Azərbaycan xanlıqları

Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşarqoymuşdu.

Təbriz və Xoy xanlıqları Dünbüli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747-1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. 0, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.

Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747-1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747-1786) yaratmışdır.

Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.

Şimali Azərbaycan xanlıqları

Quzey Azərbaycan xanlıqlarının yaranması barədə Abbasqulu Ağa Bakıxanov yazırdı: “Indi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu Xudat qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş zamanı da bu ölkənin öz-başına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğiu Məhəmmədhəsən bay Qorçunu xanlığa seçdilər. Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nobi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy Sərkarın oğulları Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxulu Насı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi”.

Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi Seyid Abbas idi. Onun ölümündən sonra Qara xan hakimiyyətdə olmuşdu (1747-1786). Qara xan yerli hakim təbəqəni özünə tabe etməyə nail oldu, xanlığın mərkəzi Astaradan Lənkərana köçürüldü.

Əski Qarabağ bəylərbəyliyi ərazisində iki xanlıq – Qarabağ və Gəncə xanlıqları yarandı. Mirzə Camal Cavanşir Qarabaği yazır: “Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə ilə) sərhədi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.

Qarabağda cavanşir, iyirmi dörd, otuz iki, kəbirli, baharlı və başqa türk boyları yaşayırdı. Bu vilayətin idarəsi XVI yüzilin birinci yarısından qızılbaş Qacar tayfasının Ziyəddin oymağından olan Ziyad oğlu nəslinin əlində idi. Nadirin “şah seçkisindən” sonrakı cəza tədbirləri nəticəsində Ziyadoğullarının hakimiyyəti zəiflədi, Xəmsə məlikləri isə güclənməyə başladılar. Qarabağ torpaqları üçün belə bir ağır çağda Pənahəli bəy Cavanşir burada hakimiyyətini bərqərar edərək müstəqil Qarabağ xanlığının yaradılmasına nail oldu.

O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdu. Mirzə Camal yazır: “Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdiğı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. О cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərindəki İran-Türkiyə savaşı nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı”. Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, əhalini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy “şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən onu yolda ələ keçirmək ücün ardınca çaparlar göndərdi. Lakin mümkün olmadı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər, şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi”.

Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy şah qulluğundan boyun qaçırıb müxalifətə keçmişdi. Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil dövlətin bütün göstəricilərini özündə birləşdirən Qarabağ xanlığı yarandı.

Gəncədən didərgin salınmış Ziyadoğullarının da geri qayıtması üçün yol açıldı. Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlu oldu. O, 1747-ci ildə Gəncəyə gələrək burada hakimiyyətini qurdu. O, Gəncədəki İran qarnizonunu darmadağın etməkdə ona köməklik göstərmiş II İrakliyə 10 min tümən qızıl pul verəcəyini bildirmişdi. Ancaq sözünü yerinə yetirə bilmədi. Onun oğulları Məhəmməd Həsən xan (1760-1778) və sonra onun yerinə keçmiş Məhəmməd xan bu borcu ödəməkdən boyun qaçırmışdır.

Naxçıvan və İrəvan xanlıqları da siyasi həyatda müəyyən yer tuturdu.

Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdu. Nadir şah Naxçıvanın idarə olunmasına xüsusi diqqət yetirirdi. Burada idarə işləri hakim-e ölkə ve hakim-e tümənə tapşırılırdı. Şahın ölümündən sonra onun məmurları qovuldu və Naxçıvan müstəqil xanlıq elan edildi.

İrəvan xanlığı Ağrı düzənliyini, Göyçə gölü ətrafı və onunla Dərələyəz arasındakı torpaqları əhatə edirdi. Xanlığın banisi Mir Məhəmməd xan Qacar idi.

Beləliklə, XVIII yüzilliyin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı. Bu dönüş 1828-ci ilədək sürdü.

Şimal Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı

1805-ci ildə Qacar İran hakimiyyəti ilə bağlanmış sülh müqaviləsinə əsasən paytaxtı Şuşa olmaqla Qarabağ, eləcə də Şəki və Şirvan xanlıqları Rusiyaya birləşdirildi. 1806-1813-cü illərdə Rusiya İmperiyasının hərbi təcavüzü nəticəsində Bakı xanlığı, Quba xanlığı, Gəncə xanlığı, Talış xanlığı, Dərbənd xanlığı Rusiya İmperiyasına daxil oldular. [1] Nəhayət, 1826-cı ildə Rusiya Naxçıvan və İrəvan xanlıqlarını işğal etdi.

İşğal olunmuş xanlıqların ərazisində özünün hakimiyyətini bərkidməyə çalışan Rusiya İmperiyası, ərazilərə Qacar İrandan və Osmanlı Türkiyəsindən köçən xristian erməniləri yerləşdirməyə başlamışdır. Bu siyasətin nəticəsində təkcə 1828-ci ildən 1830-cu ilədək təxminən 130 min erməni köçkünü (bunlardan 50 mini Qarabağ xanlığının ərazisində) Azərbaycan xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır.

Xanlıqlar

Şimali Azərbaycan ərazisində

  • Bakı xanlığı
  • Cavad xanlığı
  • Dərbənd xanlığı
  • Gəncə xanlığı
  • İrəvan xanlığı
  • Talış xanlığı
  • Naxçıvan xanlığı
  • Qarabağ xanlığı
  • Quba xanlığı
  • Şamaxı xanlığı
  • Şəki xanlığı
  • Şirvan xanlığı

Cənubi Azərbaycan ərazisində

  • Ərdəbil xanlığı
  • Marağa xanlığı
  • Maku xanlığı
  • Qaradağ xanlığı
  • Sərab xanlığı
  • Təbriz xanlığı
  • Urmiya xanlığı
  • Xalxal xanlığı
  • Xoy xanlığı
  • Zəncan xanlığı

Xanlıqlar və ellər

  • Cavad xanlığını Şahsevən eliidarə edirdi.
  • Dərbənd xanlığını Bayat eliidarə edirdi.
  • Gəncə xanlığını Qacar eliidarə edirdi.
  • İrəvan xanlığını Qacar eliidarə edirdi.
  • Naxçıvan xanlığını Kəngərli eliidarə edirdi.
  • Qarabağ xanlığını Cavanşir eliidarə edirdi.
  • Şirvan xanlığını Xançobanlı eliidarə edirdi.
  • Ərdəbil xanlığını Şahsevən eliidarə edirdi.
  • Marağa xanlığını Müqəddəm eliidarə edirdi.
  • Maku xanlığını Bayat eliidarə edirdi.
  • Qaradağ xanlığını Qaradağlı eliidarə edirdi.
  • Sərab xanlığını Şəqaqi eliidarə edirdi.
  • Təbriz xanlığını Dünbili eliidarə edirdi.
  • Urmiya xanlığını Avşar eliidarə edirdi.
  • Xalxal xanlığını Avşar eliidarə edirdi.
  • Xoy xanlığını Dünbili eliidarə edirdi.
  • Zəncan xanlığını Avşar eliidarə edirdi.

Azərbaycan xanlıqları

Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi.
Təbriz xanlığı XVIII əsrin ortalarında Əmiraslan xan tərəfindən yaradılmış, mərkəzi Təbriz şəhəri olmuşdur. Xanlıq inzibati cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü.
Urmiya xanlığının əsası XVIII əsrin ortalarında Fətəli xan Əfşar tərəfindən qoyulmuşdur. Xanlığın mərkəzi əvvəlcə Urmiya, Təbriz xanlığını ələ keçirdikdən sonra Təbriz şəhəri olmuşdur.
Xoy xanlığı.XVIII əsrin ortalarında yaranmışdır. Xanlıq Dünbülü Əhməd xan tərəfindən idarə olunurdu.
Qaradağ xanlığı.XVIII əsrin I rübündə Kazım xan tərəfindən yaradılmış, mərkəzi Əhər şəhəri olmuşdur. Mərkəzi hakimiyyətə tabe olmadığına görə Kazım xanın gözlərini Nadir şah çıxartdırmışdır. Nadir şahın ölümündən sonra Kazım xanın hakimiyyəti bərpa olunmuş, 1791-ci ildə xanlıq Ağaməhəmməd şah Qacara tabe olmuşdur.
Ərdəbil xanlığı. Xanlığın əsasını XVIII əsrin ortalarında Bəbir xan qoymuşdur. Mərkəzi Ərdəbil şəhəri idi. Nəzir xanın dövründə isə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdür.
Şəki xanlığı.1743-cü ildə Hacı Çələbi xan tərəfindən əsası qoyulmuşdur. Mərkəzi Şəki şəhəri idi. Hacı Çələbi xan Qəbələ, Ərəş sultanlıqlarını, Qazax və Borçalını ələ keçirdi. Hacı Çələbi xandan sonra onun oğlu Ağakişi bəy (1755), sonra isə Qubalı Fətəli xanın müdaxiləsi ilə nəvəsi Hüseyn xan hakimiyyətə yiyələndilər. 1795-ci ildə hakimiyyətə Səlim xan gəldi.
Şamaxı xanlığı. Şamaxı xanlığında ikihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.
Quba xanlığı. Quba xanlığının banisi Hüseynəli xan 1726-cı ildə bu vəzifəyə Rusiya tərəfindən təyin edilmişdir. Xanlığın iqamətgahı əvvəl Xudat qalası, 1735-ci ildən isə Quba şəhərinə köçürüldü.
1758-ci ildə Fətəli xan hakimiyyətə gəldi. Onun məqsədi Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmək idi. Fətəli xan bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verməklə 1767-ci ildə Bakı xanlığını Quba xanlığına birləşdirdi. Sonra isə o, Şəki, Şamaxı, Muğan xanlıqlarını da Quba xanlığına birləşdirdi. Lakin 1789-cu ildə ölümündən sonra oğlanları xanlığın qüdrətini qoruyub saxlaya bilmədilər. Şəki, Şamaxı, Bakı xanlıqları, Ərdəbil və Meşkin şəhərləri Quba xanlığının tabeliyindən çıxdı.
Qarabağ xanlığı. XVIII əsrin ortalarında yaranmış, əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlıq əsasən Arazla Kür çayı ərazisində yerləşmiş, mərkəzi Şuşa şəhəri olmuşdur. Pənahəli xandan sonra hakimiyyət İbrahimxəlil xana məxsus olmuşdur.
İrəvan xanlığı Xanlığın əsasını XVIII əsrin ortalarında Mirmehdi xan qoymuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları təşkil edirdi. Xanlıq 15 mahala bölünmüşdür. Əhalinin hamısını Azərbaycan türkləri təşkil edirdi. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Mirmehdi xandan sonra hakimiyyətə Hüseyinəli xan gəlmişdir. 1795-ci ildə Ağaməhəmməd Xan Qacar İrəvan xanlığına hücum etmiş, həmin dövrdə İrəvan xanı Məhəmməd xanı hakimiyyətdən uzaqlaşdırmışdır. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın ölümündən sonra Məhəmməd xan hakimiyyətini bərpa etmişdir.
Naxçıvan xanlığı. XVIII əsrdə yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Xanlığın əsasını Heydərqulu xan qoymuşdur. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın II yürüşü nəticəsində Naxçıvan xanı Kəlbəli xan həbs olundu.
Lənkəran xanlığı. XVIII əsrin ortalarında yaranmış, mərkəzi əvvəlcə Astara, sonra isə Lənkəran şəhəri olmuşdur. Lənkəran xanı Cəmaləddin Mirzə bəy (Qara xan ləqəbli) Lənkəranda iqtisadi və siyasi xarakterli bir sıra tədbirlər görmüşdür.
Mirmustafa xanın dövründə isə Lənkəran xanlığı Qacarın hücumuna məruz qaldı və əhalinin bir qismi Sarı adasına köçürüldü.
Bakı xanlığı. Bakı xanlığının əsası XVIII əsrin 40-cı illərində qoyulmuşdur. 39 kəndi olan xanlığın mərkəzi Bakı şəhəri idi. Xanlıq 1867-ci ildə Quba xanlığından asılı vəziyyətə düşmüş, Quba xanı Fətəli xan öldükdən sonra yenidən müstəqil olmuşdur.
Gəncə xanlığı. Gəncə xanlığının əsası XVIII əsrin ortalarında Qacar tayfasından olan II Şahverdi xan Ziyadoğlu tərəfindən qoyulmuşdur. 1786-ci ildə hakimiyyətə Cavad xan gəlmişdir.

Azərbaycanın şimal-qərb camaatlığı, sultanlıqlar və məlikliklər

  • Car-Baləkən camaatlığı.Bu camaatlıq Car, Baləkən, Katex, Tala, Muxak və Cəlik adlı azad cəmiyyətləri özündə birləşdirirdi. Cəmiyyətlərin əhalisinin xeyli hissəsi türk soylu avarlar idilər.
  • Qazax və Şəmşəddil sultanlıqları.Bu sultanlıqlar vaxtilə Səfəvilər dövlətinin Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlıq Şəmşəddil tayfası tərəfindən idarə edilirdi.
  • Ərəş sultanlığı. Sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.
  • İlisu sultanlığı. İlisu sultanlığı XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Похожие статьи

  • Azərbaycan tarixi xanliqlar

    Azərbaycan xanlıqları 1725-ci ildə I Pyotrun ölümündən sonra Rusiyanın Xəzəryanı əyalətlərə marağı zəiflədi. 1747-ci ildə Nadir ali hakimiyyəti zəbt…

  • Azərbaycan xanlıqları oğlanbazlıq

    Azərbaycan xanlıqları oğlanbazlıq Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi təyin…

  • Azərbaycan xanlıqları hərəm

    Azərbaycan xanlıqları hərəm Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının…

  • Azərbaycan tarixi 4 cu cild

    Azərbaycan Dilinin İzahlı Luğəti 4 Cild A) Sərab xanlığı Azarbaycan tarixi. Yeddi cildda. I-VII cild. Цитата: Yeddi cildlik “Azərbaycan tarixi”nin II…

  • Azərbaycan xanlıqları

    Azərbaycan xanlıqları: Quba xanlığı Fətəli xan Əfşar 1759-cu ildə Qarabağ xanlığını asılı vəziyyətə saldıqdan sonra Azərbaycanın daxili işləri ilə məşğul…

Comments are closed, but trackbacks and pingbacks are open.