Qedim Azerbaycan Sheheri Erdebil
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Azrbaycan tarixi yeddi cildd i cild
12 апр 2013
В группе 43 участника
Azerbaycanin Tarixi Abideleri Şeyx Babi türbəsi yerli əhalinin ziyarətgahı olub Tarix Şeyx Babı abidəsi Azərbaycan memarlığının XIII-XIV əsrə aid ən möhtəşəm abidələrindən biridir. Azərbaycan qədim zamanlardan öz ərənləri və tarixi şəxsiyyətləri ilə fəxr edib. Bu səxavətli torpaq bir çox mütəfəkkirlərin, filosof, alim, şair, memar, musiqiçi və rəssamların beşiyidir. Əfsuslar olsun ki, onlardan bəziləri haqqında yetərincə məlumat yoxdur. Füzuli rayonunun Babı kəndi ərazisində səkkizguşəli məqbərə, yarıya qədər uçmuş minarə, digər binaların qalıqları və böyük qəbiristanlıq var. Həmin müqəddəs memarlıq abidəsi illər boyu yerli əhalinin ziyarətgahı olub. Orada xalq arasında böyük nüfuz qazanmış və 700 il bundan əvvəl vəfat etmiş Azərbaycan alimi Şeyx Babı dəfn olunub. Kəndin Bərdə-Gəncə-Şəmkir-Tiflisdən keçən karvan yolu üzərində yerləşməsi onun sufilərin iqtisadi-siyasi və sosial-mədəni həyatında çox mühüm rol oynadığını sübut edir. Mənbələrdən məlum olur ki, Babı kompleksinin yaxınlığında müdafiə istehkamı varmış və orada güclü müdafiə dəstəsi saxlanılırmış. Həmin dəstəyə xalq arasında Şıx Baba adlanan, əsl adı isə Şeyx Babı Yaqub olan əfsanəvi bir şəxs sərkərdəlik edirmiş. O, sərkərdəlik bacarığı ilə işğalçıları və yerli hökmdarları səcdəyə gətirirmiş. XIII əsr tarixçisi Fəzlullah Rəşid əd-Dinin verdiyi məlumata görə demək olar ki, Babı Yaqubun başçılığı altında Qarabağda başlamış xalq hərəkatı artıq ideoloji çərçivədən çıxıb hərbi-siyasi xarakter almışdı. Onun Arranda fəaliyyət göstərmiş müridləri ilə əlaqə saxlamış Elxani hökmdarları haqqında Rəşid əd-Din yazır ki, Sultan Əhməd Hülakü xanın Kutiy Xatundan olan 7-ci oğlu Təkudar Şeyx Babi Yaqubun müridlərinə çox hörmət edirdi. Rəşidəddin 1282-1284-cü il hadisələrindən bəhs edərkən göstərir ki, Sultan Əhmədin qardaşı Arqun onun əleyhinə çıxış edəndə Sultan Şeyx Babı Yaqub və müridlərindən kömək istəmişdi. Onun misal gətirdiyi mənzum parçalardan aydın olur ki, Şeyx Babi Yaqub vəfatından sonra da müridləri onun işini davam etdiriblər. Uzun müddət türbə elmi ədəbiyyatda səhvən «Şıx Babalı», «Şeyx Babalı», «Babili», «Bab» adı ilə qeyd edilmiş, onun tarixi təhrif olunmuşdur. Türbə üzərindəki qapının çatma tağı üstündə sufi xətti ilə yazılmış kitabə var. Hələ XİX əsrin 40-cı illərində bu yazını Peterburq Elmlər Akademiyasının müxbir üzvü, şərqşünas N.Xanıkov tədqiq etmiş, lakin onun oxunuşunda səhvlərə yol vermişdir. Şərqşünas alim tarix elmləri doktoru Məşədixanım Nemət hicrətin 672-ci ilində (miladi təqvimlə 1273-1274) kitabə üzərindəki ərəb dilində yazını daha dəqiq tərcümə edib: «Bu müqəddəs məqbərənin zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilməsi 672-ci ildə əmr olunmuşdur. Yer üzərində nə varsa, məhv olacaqdır». Həmin yazının ikinci sətri müqəddəs kitabımız Qurani-Kərimin 55-ci surəsinin 26-cı ayəsi ilə üst-üstə düşür. Bir məqamı da qeyd edək ki, zahid — sufilikdə ən yüksək dərəcə hesab olunur və kamil şeyxliyi bildirir. Rəvayətə görə, şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunmuşdur. Məzar günümüzədək gəlib çıxmamışdır. Amma 1939-1940-cı illərdə türbədə aparılmış ilkin axtarışlar zamanı daş qutunun parçaları tapılmışdı. Şeyx Babı xanəgahında aparılan qazıntılar nəticəsində 2 türbə qalığı, 9 qəbir, 1 yeraltı məqbərə, xanəgahın qərb və şimal mühafizə divarları və şimal giriş zalının qalıqları aşkar edilmişdir. Həmin xanəgahdan ancaq tavanı uçmuş türbə, dağılmış minarə və hələ də təyinatı məlum olmayan tikili qalığı qalmışdır. Təbii təsirlər üzündən dağıntıya məruz qalmış abidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə olunur. Türbənin bəzi daşları qızıl axtaranlar tərəfindən çıxarılmışdır. Qazıntı sahəsini 3 əraziyə bölmək olar. Birinci qazıntı sahəsi böyük ictimai tikilinin əhatə edir. Sütunlar və divarlar arasında olan boşluqlar təmizləndiyi zaman tikilinin necə möhtəşəm olduğu çılpaqlığı ilə nəzərə çarpır. Təmizləmə işləri başa çatdıqdan sonra iki böyük zal, təsərrüfat tikilisi və hər tərəfində böyük giriş qapıları olan kompleks aşkara çıxarıldı. Birinci zalın ibadətgah kimi istifadə olunduğu güman edilir. İkinci zal öz ölçülərinə görə birincidən kiçikdir. Çox güman ki, bu zal xanəgah sakinlərinin yaşayış yeri kimi istifadə olunub. İctimai tikilinin cənub-şərqində səkkizguşəli türbə yerləşir. Türbənin uzunluğu 6,2 m, eni isə 3,8 m-dir. Bu türbə həm ölçülərinə, həm də formasına görə Şeyx Babı türbəsini xatırladır. Türbənin inşasında əhəngdaşı və bişmiş kərpicdən istifadə olunmuşdur. Türbədə iki qəbir aşkar olunub ki, bunların birində kişi, digərində qadın dəfn edilib. Tikilini əhatə edən qərb divarının qalınlığı 83 sm, cənub divarının qalınlığı isə 0,9 sm-dir. İkinci qazıntı sahəsi birinci qazıntı sahəsinin cənub-qərb hissəsindən başlayır və sahəsi 15×15 metrdir. Onun torpaq altında qalmış əsas hissəsi haqqında müxtəlif əfsanəvi mülahizələr mövcuddur. Bəziləri tikilinin Roma hamamı, digər tədqiqatçılar isə orta əsr hamamı və ya qızlar mədrəsəsi olduğunu iddia edirdilər. Yerli əhalinin fikrincə isə bu tikili İrana aparan yeraltı yolun başlanğıc hissəsidir. Lakin tikili qalığının daxili hissəsi təmizləndikdən sonra söylənilənlərin həqiqət olmadığı ortaya çıxdı. Belə ki, tədqiqatlar zamanı daha altı qəbir aşkar edilib. Uzunluğu 200-215 sm, eni 37-81 sm olan dörd qəbirin divarları, həmçinin döşəməsi firuzəyi, mavi və göy rəngdə altıguşəli kaşılarla bəzədilib. O zaman dəfnetmə müsəlman şəriətinin tələblərinə müvafiq ararılıb. Məzarın üstü 36x36x6 sm ölçüsündə olan bişmiş kərpiclərlə çarpaz formada örtülüb. Hücrənin divarlarının 115 sm-lik hissəsi kaşı ilə bəzədilib. Məzardakı sümükləri bir-birinə qarışmış vəziyyətdədir. Tapılmış dəmir mismarların isə taxta tabuta aid olduğu ehtimal edilir. Yuxarıda da qeyd edildiyi kimi, bu dörd qəbirdən savayı, tikili qalığının daxilində, hücrələrin içərisində daha iki qəbir aşkarlanıb. Qəbirlər forma və ölçülərinə görə digərlərindən fərqlənir. İkinci qazıntı sahəsində aparılan tədqiqatlar göstərıb ki, bu tikili yeraltı məqbərəyə aiddir. Çox güman ki, vaxtilə orada nüfuzlu və müqəddəs insanlar dəfn olunublar. Tikilinin quruluşundan aydın olur ki, məqbərə bir və dörd saylı qəbirlərin sahiblərinin şərəfinə inşa edilib. Üçüncü qazıntı sahəsi xanəgahın qərb hissəsini əhatə edir. Həmin tikili barədə müxtəlif fikirlər mövcuddur. Əvvəllər kompleksin qərb tərəfində yerləşən dördkünc tikili qalıqlarının minarə və ya hamam olduğu iddia edilirdi. Amma qazıntılar nəticəsində bəlli olub ki, həmin tikili dördkünc türbəyə aiddir. Bu, xanəgah ərazisində aşkar edilən ikinci tikili idi. Onun mərkəzi hissəsində əllə hörülmüş qəbir aşkarlanıb. Uzunluğu 240 sm, eni isə 95 sm olan məzarın üst kərpicləri çarpaz qoyularaq, gəclə suvanmışdı. Qəbirdə dəfnetmə şəriətə uyğun ararılıb. Üçüncü qazıntı sahəsində xanəgahın qərb və şimal mühafizə divarları və şimal giriş zalının qalıqlarının bir hissəsi aşkar olunub.
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 22 марта 2013 в 21:43
RAMANA QALASI Ramana qalası – Bakının Ramana kəndində XVI əsrə aid qaladır. Qalanın hüdürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə vaxtı bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövləti döründə qəsr kimi istifadə olunub.Ramana qalasından “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin çəkilişində istifadə olunub. Və elə qala sonuncu dəfə bu filmlərdən birinin, “Koroğlu”nun çəkilişi zamanı, 1956-cı ildə bərpa olunub. O zaman qala dağınıq vəziyyətdə olub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun olduğunu qeyd ediblər. Qala divarlarından bayırda, sağ tərədə qayaya bənzər iri daş parçası ilk baxışdan diqqəti cəlb etməsə də, belə demək m
Qedim Azerbaycan Sheheri Erdebil.
Erdebilin 5000 ile yaxın tarixi vardır. Bu, şumer abidelerinde qeyd edilib.
2006-cı il ehalinin siyahıya alınmasının neticelerine göre Erdebil şeherinin 412,669 nefer ehalisi var. Ehalinin ekseriyyeti azerbaycanlılar olmaqla, qalan qismi çox az sayda (1%-den az) farslardan ibaretdir.
Erdebil özünün xalı, xalça, ipek ve s. mehsulları ile şöhret qazanmışdır. Hemçinin, İranın kartof becerilen en böyük bölgelerinden biridir. Meşhur Şeyx Sefieddin ve Şah İsmayıl meqbereleri bu şeherde yerleşir. Erdebilin diger tarixi abidelerine geldikde, Cüme mescidini ve şeherin Kehralan adlanan hissesindeki Şeyx Cebrayıl mezarlığını qeyd etmek olar.
Şeherin cenub-qerb hissesinde yerleşen Şorebil gölü ve gölün etrafındakı eylence mekanı Erdebilin yüksek turizm potensialının göstericisidir. Bundan elave şeher kenarında yerleşen Sereyn yaşayış menteqesi müalice ehemiyyetine malik isti suyu ile şöhret qazanmışdır. İstisu özüne hem ölke daxilinden, hem de ölke xaricinden her il minlerle turist celb edir. Savalan dağı ise yay feslinde yerli ve xarici alpinistlerin maraq obyektine çevrilir. Erdebil şeherinin sefalı yerlerinden biri de “Fındıqlıq” adlanan ormanlarıdır ki, Azerbaycanla serhedde, Talış dağlarının eteklerinde yerleşir.
Sefeviler dövletinin qurulduğu tarix İranın Medeniyyet şurası terefinden Erdebil Milli Günü adlandırılıb.
Erdebil Azerbaycanın qedim şeherlerinden biridir. Bu şeher deniz seviyyesinden 1100 metr hündürlükde yerleşir. Erdebil şeherinin mehsuldar torpağa malik düzenlikde yerleşmesine baxmayaraq onu hündür dağlar ehate etmişdir. Şeher Qerbden Savalan dağı, Şerqeden Bağro dağı, Cenubdan Büzgüş, Şimaldan ise Talış dağları ile ehate olunur.
Erdebil elverişli tebii-coğrafi şeraite malikdir. Deniz seviyyesinden 4820 m hündürlüye malik olan Savalan dağı keçmişde vulkan olmuşdur.Hazırda bu vulkan sönmüşdür. Bu dağ Erdebil şeherinin iqlimine yaxşı tesir edir. Hemin dağın eteyinde Erdebil şeherinden az aralıda yerleşen Sereyin, Sarı dava ve Qotur suyu adlı mineral sular da bu qedim şeheri şöhretlendirmişdir.
Şeher tarixi yaxşı tedqiq edilmemiş, şeher erazisinde ve etrafında arxeoloji qazıntı işleri aparılmamışdır. Erdebil şeheri ve onun etrafında bir sıra abideler, o cümleden bir metr uzunluğunda ağır destekli qılınclar, müxtelif xencerler, baltalar, ox ucluqları, ox qablarının metal hisseleri, sırğa ve boyunbağılar da tapılmışdır ve yüksek senetkarlıq nümunesi kimi qiymetlendirilen bu tapıntılar hal-hazırda Tehran şeherinde, İran Bastan Muzeyinde “Erdebil tapıntıları” bölmesinde saxlanılır.
İranın tarixçi ve coğrafiyaşünaslarından Fexreddin Musevi Erdebili, Cemşid İbadulla Meliki, Eli Rezmera, İsmayıl Dibac, Elekber Dehxuda, Mesud Keyhan, Daryuş Behazin, Baba Seferi ve başqaları orta esr menbelerine esaslanıb şeherin orta esrler tarixi haqqında melumatlar vermişler. İran Ensiklopediyasının müellifi Dehxuda Fidovsi ve Yaqut Hemeviye istinad ederek yazmışdır: ”Sasani sülalesinin nümayendesi Firuz terefinden salınmış Erdebil şeheri mühüm iqtisadi rola malik olan Zaqafqaziya ve Azerbaycan şeherleri arasındakı ticaret yolu üzerinde bina edilmişdir. Oradan meyve qurusu, xalça ve yun ixrac edilirdi. Emevilerin dövründe ise Azerbaycanın paytaxtı Marağadan buraya köçürülmüşdür.”
Bir çox alimler buradakı şeherin esasının Sasani çahı Firuz terefinden qoyulması fikrini qebul etmirler. Çünki şeherin adı hele Atropatenada Atropatidler sülalesinin dövründen yazılı menbelerde çekilir. Bu ise şeherin esasının da farslar (Sasaniler) yox, atropatenliler terefinden[5] qoyulduğunu sübur edir.
Dehxuda “Hüdudülalem”e istinad ederek şeherin adını Ordvil, ”Anandrac”ın müellifine göre Erdebil (bu menbede sözün menası acıqlı fil kimi izah olunur), Yaqut Hemeviye göre Bazane Firuz, Firuzkerd,Firuzabad adlandırılır.
D.Behazin Şahnameye esaslanıb Erdebili “İranın” qedim ve mühüm şeherlerinden biri hesab edir. Ona göre Keyanilerin hakimiyyeti dövründe Behmen qalası (farsca Dej-Behmen) Erdebile yaxın erazide yerleşmişdir. Keyxosrov bu qalanı feth etdikden sonra Azergüşnasp mebedini orada tikdirmişdir (menbede gösterilen fikri yalnışdır, çünki, Azergüşnasp mebedi Qazaka şeherinde yerleşir). D.Behazin sözüne davam ederek yazır: ”Erdebil Sasanilerin ve ereblerin ilk dövründe Azerbaycanın paytaxtı, Abbasilerin dövründe ise iranlıların (müellif azerbaycan türklerini iranlı (fars) hesab edir) ereblere qarşı apardığı mübarizenin merkezi olmuşdur.
D.Behazin de öz növbesinde şeherin V esrde Firuz terefinden bina edilmesi ve Bazane Firuz adlanması fikrini müdafie edir. Lakin o, yazır: ”Menim tedqiqatım göre Erdebil şeherinin bina edilmesi Firuzun vaxtından daha qedimdir. Ona göre ki, V Behram Firuzdan 34 il evvel hunların hücumu zamanı Erdebil yolu ile Amile, Gurgana ve sonra ise Xorasana getmişdir. O, Vis ve Ramin eserine istinad ederek Erdebil şeherinin bina edilmesini Parfiya dövrüne aid edir (lakin müellif Manna dövleti zamanında burada şeherin ve şeher etrafı yaşayış menteqelerinin olmasını nezere almır). Müellife göre Erdebil, yaxud Artabil Avesta dilindedir. Erdebil iki “arta” ve “vil” sözlerinden ibaret olmaqla müqeddes anlamını daşıyır. Ona göre “er” şexs adlarının evvelinde – Erdevan, Erdeşir, Erdeviraf, yaşayış yerlerinde ise Erdestan, Erdekan sözlerinde müqeddeslik menasında işledilmişdir.
Fars dilinde vil ya da bil teklikde işledilmir. Bu sözlere ancaq yer adlarında sonluq kimi Devil, Şorabil, Endebil, Lendovil, Şabil, Mobil formalarında tesadüf edilir. Bir sözle, müellif Erdebil şeherinin salınması tarixini Sasanilerin dövründen daha evvele aid edir. Ona göre mehz bu şeher Qafqaza yaxın olduğuna göre, Firuz oranı ordu merkezi edib ve onun abadlaşdırılmasına sey göstermişdir.
Antik müelliflerin eserlerinden ferqli olaraq orta esr müelliflerinin eserlerinde şeherin tarixi, abideleri, ictimai heyatı ve saire ile elaqedar çoxlu deyerli melumatlar vardır. Lakin antik menbelerde melumatın qıtlığı heç de o anlama gelmir ki, bu dövrde şeher az inkişaf etmişdir. Çünki, elde olan azsaylı arxeoloji tapıntılar (eger şeher erazisinde arxeoloji tedqiqat işleri aparılmış olsaydı daha zengin materiallar elde edlerdi) şeher erazisinde yaşayışın en azı Tunc dövründe olduğunu gösterir. Firdovsi eserinde Behmen qalasının Keyxosrov terefinden ateşgaha çevrilmesinden ve bu qalanın Erdebilde yerleşmesinden danışır. Hemdullah Qezviniye göre Erdebil Siyavu.un oğlu Keyxosrov terefinden bina edilmişdir. Efsanevi hökmdar olan Keyxosrov terefinden şeherin bina edilmesi fikri de özü-özlüyünde şeherin qedim tarixinden xeber verir. Firdovsinin Behmen qalası ve Ruinqala adlandırdığı toponimler hazırda Erdebilin Qerbinde, Savalan dağının eteyinde farslaşdırılmış şekilde Ruyin-dizeq ve Dej-Vican formada tesadüf edilir. Bundan başqa şeher etrafında bir başa ateşperestlikle bağlı ay adlarına, o cümleden Şehrivar ve Emerdad toponimik adlarına da rast gelmek olur. Buna esasen bir sıra müellifler şeherin esasnın Zerdüşt dövründe qoyulduğu fikrini ireli sürürler.
Erdebil şeheri etrafında faydalı qazıntıların olması, Yaxın ve Orta Şerqi Şimal ölkeleri ile birleşdirmesi, strateji ve ticaret yollarının bu şeherden keçmesi hele qqedim dövrlerden onun iqtisadiyyatına böyük tesir göstermişdir. Bu ticaret yolları haqqında melumat veren ereb coğrafiyaşünası İstexri yazır: ”Berdeden Yunana 7 ağac (bir ağac teqriben 6 km-e beraberdir), oradan Beyleqana 7, Beyleqandan Varsana 7, buradan Belbaxa 7, Belbaxdan Berzende 7, Berzendden ise Erdebile 15 ağac mesafe vardır.”
Erdebil şeherinde olmuş Yaqut Hemevi eserinde bu şeherin abadlığı, ehalisi, senetkarlıq ve ticareti haqqında geniş melumat verir. O, bu şeheri Bazani Firuz adı altında tesvir edir.
Sasaniler dövründe merzbanlıq merkezlerinden biri de bu şeher olmuşdur. Şeherin iqtisadi ve ictimai ehemiyyetinden istifade eden erebler öz ordularını burada saxlayırdılar. Sonralar Yusif ibn Divdad Azerbaycanın paytaxtını Marağadan Erdebile köçürmüşdü. Monqol yürüşleri dövründe şeher ehali terefinden inadla müdafie olunsa da monqollar şeheri ele keçirerek ehaliye divan tutmuş ve şeheri dağtmışdı.
Bezi müellifler şeherin adını azeri dili esasında izah etmeye çalışırlar. Bele ki, İran dilleri qrupuna daxil olan azeri dilinde “arta” – müqeddes, ”vil” – şeher demekdir. Bu fikrin terefdarları iddia edirler ki, Erdebilin müqeddes şeher adlandırılması bilavasite ateşperestlikle elaqedardır.
Bu fikrin ne qeder doğru olmasında asılı olmayara hal-hazrda da şeherin etrafında ateşgahların qalıqları qalmaqdadır.
Erdebilin emele gelmesi haqqında Azerbaycan xalq yaradıcılığnın nümunesi olan “Savalan efsanesi” de maraqlı melumat verir. Hemin efsanede gösterilir ki, bu erazide Erde ve Bil adlı iki qoçaq türk tayfası yaşayırmış. Bu tayfalar yadelli düşmenle (güman ki, burada Azerbaycana soxulan İran dilliler nezerde tutulur) vuruşa-vuruşa zirvesi qarla örtülmüş ezemetli bir dağa gelib çatmışlar. Onlar xan çobanın dağa döndüyünü görüb dağı Savalan adlandırmışlar. Efsanede deyildiyine göre her iki tayfa birleşib orada şeher salır ve adını da Erdebil qoyurlar.
Abdulla Fazili qeyd edir ki, melumat müeyyen qeder efsanevi xarakter daşısa da şeherin adının izal baxımından diqqeti celb edir.
1220-1221-ci illerde şeherde olmuş Ebuon şeherin abadlığı ve bolluğu haqqında bele yazır: ”Sefalı ve ürekaçan yerde bina edilmiş bu böyük şeherin bol suyu, meyve ağacları ve çoxlu erzaq malları var. Xezer denizinden Erdebile iki günlük yoldur. Şeherden bir günlük mesafede yerleşen meşeler olduqca ezemetlidir. Şehere düşmen tehlükesi üz verdikde ehali qaçaraq bu meşede özünü qoruya bilir.”
Erdebil şeheri Elxaniler ve Teymurlular dövründe de inkişaf edir. Xüsusile Sefevilerin hakimiyyeti zamanı Erdebil ictimai-iqtisadi nöqteyi-nezerden özünün yüksek seviyyesine qalxaraq Yaxın Şerqin en meşhur şeherlerinden birine çevrilir. II Şah Abbasın dövründe Azerbaycanda ve İranda olan fransız seyyahı Tavene Eredbil şeherine aid olan ipek ticaretinin ehemiyyetini döne-döne vurğulayır.
1746-cı ilde Muğanın Ultan qalasında (Suqovuşanda) Nadir şahın tacqoyma merasimi keçirildikden sonra, o, bu hadiseni Erdebilde tentene ile qeyd etmişdr. Qacarların hakimiyyeti dövründe ise Azerbaycanın başqa şeherleri kimi Eredil de yavaş-yavaş öz ehemiyyetini itirmeye başlayır.
XIX esrin evvellerinde Abbas Mirzenin gösterişi ile fransız generalı Qardan Erdebilde müdafie xarakterli qala tikintisinin layihesini verir ve tikintisine rehberlik edir. Qala xalq terefinden Narınqala adlandırılır. Rza şahın dövründe qala sökülerek yerinde yeni binalar, o cümleden poçt-teleqraf binası inşa edilir.
Şeher daim tecavüzlere meruz qaldığından şeherde en qedim ve qedim dövrün abideleri o qeder de çox deyil. Ruinqala şeher etrafında olan en qedim abidelerden biridir. Erdebil Cüme mescidi de qedim abidelerden olmaqla, Azerbaycanın en qedim mescidlerinden biri, Azerbaycan memarlığının qiymetli incisidir. Mescid Selcuqlular dövründe tikilmişdir. Mütexessislerin qeyd etdiyine göre Erdebil Cüme mescidi ereb işğalından sonra şeherde yaradılmış ilk abidedir. Uca minaresinin uçmasına baxmayaraq mescid öz ezemetini saxlamışdır. Sefeviler dövründe yaradılmış memarlıq abideleri ise şehere xüsusi ezemet ve gözellik verir. Burada Azerbaycan incesenetinin en qiymetli nümunelerinden olan Şeyx Sefi türbe kompleksi xüsusile diqqete layiq eserdir. Türbede Şeyx Sefinin mezarı üstündeki senduqe Seyid Sedreddin Musa dövründe hazırlanmışdır. Bu türbenin arxasında Seyid Sedreddinin oğlunun mezarı, onun yanında ise Xace Eli Siyahpuşun mezarı yerleşir. Şeyx Heyder ve Şah İsmayıl Xetainin türbeleri kompleksi tamamlayır. Hemçinin Helime xatun ve Fatma xatun türbeleri de buradadır. Şeyx Sefi türbe kompleksine daxil olan Çinixana binası da gözel memarlıq nümunesi hesab olunur. Buraya Çinixana adı ona göre verilmişdir ki, binanın divarlarında her çini qabın özüne mexsus, senetkarın istedad ve zövqüne uyğun olaraq yerler hazırlanmışdır. Azerbaycan ustaları terefinden hazırlanan qablar ve onların divardakı yerleri adamı heyrete salır.
Erdebil xalçaçıları terefinden toxunmuş Şeyx Sefi xalçası Azerbaycan xalçaçılıq tarixinin en mükemmel nümunelerinden olmaqla, İngilterenin Viktoriya ve Albert Muzeyinde saxlanılır.
Erdebildeki Saleh abideleri, Erdebil kilsesi, Erdebil İmamzadesi, Yequbiyye, İbrahimabad, Daşkesen, Tepe, Almas ve Asef körpüleri de Azerbaycanın maraqlı ve qiymetli abideleridir.
Comments are closed, but trackbacks and pingbacks are open.