Press "Enter" to skip to content

YUNESKO-nun mənzil qərargahında Azərbaycan mədəni irsinin təqdimatı keçirilib

Şəhla Ağalarova

Azərbaycanın təbiətinin qorunmasında dövlət və cəmiyyət nələr edib?

Ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişiklikləri, səhralaşma, əhalinin artması ilə əlaqədar istehlakın çoxalması, təbii ehtiyatlardan intensiv istifadə biomüxtəlifliyi sürətlə azaldır. Biomüxtəliflik üzrə konvensiyaya 2000-ci ildə qoşulmuş Azərbaycanda onun qorunması üçün bəzi işlər görülüb. Xüsusi mühafizə edilən təbiət ərazilərinin şəbəkəsi genişləndirilib. Yeni parklar, dövlət təbiət qoruqları yaradılıb. Həmçinin xüsusi mühafizə rejimi gücləndirilib. Bu sahənin hüquqi bazası möhkəmləndirilərək, beynəlxalq hüquq normaları səviyyəsinə yaxınlaşdırılıb.

Ekoloji fəlakətin fəsadları nədir?

Bütün dünyada vəhşi təbiət qorunur və öyrənilir. Bu baxımdan xüsusi qorunan təbiət ərazilərinin rolu böyükdür; onlar ekosistemin saxlanmasında əvəzsizdirlər. Elə bu baxımdan xüsusi mühafizə altında olan təbiət ərazilərində nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərini xilas etmək və yaşatmaq mümkün olur. Günümüzdə çevrəyə axıdılan tullantıların miqdarı durmadan artır. Bir çox yaşıl zonalar, meşələr dağıdılır ki, bu da planetdə yaşamı-biosfer təsərrüfatını zədələyir-sonucda çirklənmə dərəcəsi görünməmiş və qorxulu miqyas alır. Elə bu təhlükələrdən qorunmaq, onların qarşısını almaq üçün ekologiyanın müxtəlif bölmələrində araşdırmalar, axtarışlar aparılır.

Bizim “Qırmızı kitab”ımız.

Azərbaycan Respublikası “Qırmızı kitab”ı – ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, ölkənin bütün ərazisində, o cümlədən, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. 6 hissədən ibarət olan “Qırmızı kitab”da nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibiya və reptiliya növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumat cəmləşib.

“Qırmızı kitab”a fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.

Azərbaycanda “Qırmızı kitab”ın tərtib olunması hələ 1977-ci ildə qərarlaşdırılıb. O zamandan sonra bitki və heyvanların kitaba salınması onların məhv olmasının qarşısını müəyyən qədər alıb. Çünki bu bitki və heyvan növləri ciddi qorunmağa başlanılıb. Dünyada 20 mindən çox bitki növünün yığılması qadağan edilib. Azərbaycana gəlincə, Milli Elmlər Akademiyasının məlumatına görə, respublikamızın “Qırmızı kitab”ının ikinci nəşrinə 338 ali bitki, 12 göbələk və 23 ibtidai bitki növləri daxil edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: “Xüsusi müdafiə olunan ərazilər 890 min hektara çatdırılıb”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, Azərbaycanda 2002-ci ilin əvvəllərində xüsusi müdafiə olunan ərazilər 475 min hektar idisə, bu gün bu, təqribən 2 dəfə artaraq 890 min hektara çatıb: “Bu rəqəm ölkə ərazisinin 10,2 faizini təşkil edir. Bunlar əsasən nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin yerləşdiyi ərazilərdir. Həmin ərazilər xüsusi olaraq müdafiə edilir. Bu günə kimi 8 milli park, 11 təbiət qoruğu və 24 təbiət yasaqlığı yaradılıb, xüsusi mühafizə olunur”.

Heyvanların qorunması ilə bağlı aparılan işlər arasında vəhşi heyvanların istirahət mərkəzlərindən yığılıb təbiətə buraxılması da var: “Qanunsuz tutulmuş heyvanlar yığıldıqdan sonra Altıağac Milli parkının nəzdində “Vəhşi heyvanların reabilitasiyası və bərpası” Mərkəzində reabilitasiya edilir və yenidən təbiətə buraxılır. Eyni zamanda, burada nadir və nəsli kəsilməkdə olan heyvanların çoxaldılması işləri də həyata keçirilir. Bütün görülən işlər öz növbəsində nadir və nəsli kəsilməkdə olan heyvanların qorunması və artırılması üçündür.

Azərbaycan zooloqlarının böyük uğurları nədir?

Heyvanat aləminin öyrənilməsi sahəsi də inkişafdadır. Milli Elmər Akademiyasının Zoologiya İnstitutunda da artıq uzun onilliklərdən bəri geniş tətdiqatlar aparılır. Heyvanat aləminin öyrənilməsində mühüm uğurlar var. Sərbəst yaşayan və heyvanlarda parazitlik edən 1500 ibtidai növ öyrənilib. İnsanlarda, heyvanlarda və bitkilərdə parazitlik edən 1600 növdən çox helmit, 1930 növdə buğumayaqlı, 20 mindən çox həşərat, 101 növdə və formada balıq, 10 növ suda-quruda yaşayan, 54 növ sürünən, 365 növ quş, 97 növ məməli heyvan elmi araşdırmalarla müəyyən edilib. Azərbaycan zooloqları 109 nadir və nəsli kəsilməkdə olan heyvan növünü aşkar və tədqiq edib ki, onların hamısı “Qırmızı kitab”a salınıb.

Dünyada ilk dəfə müxtəlif sistematik qruplara aid elm üçün yeni 466 növ təsvir edilib. Zooloqların bu araşdırmaların sonucunda “Azərbaycan heyvanlar aləmi” 3 cildlik kitabı nəşr olunub, Azərbaycan faunasını tam olaraq özündə əks etdirən, informasiya bankı yaradılır. Bitki zərərvericilərinin təbii düşməni olan 2500 yırtıcı və parazit həşəratlar tapılıb və bioloji mübarizə üçün kütləvi çoxaldılıb. Bu, iqtisadiyyatın inkişafı ilə yanaşı çevrənin qorunması baxımından da önəm daşıyır.

Telman Zeynalov: “Çox iş görülüb, ancaq problemlər də az deyil”

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalovun sözlərinə görə, Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman respublikanın təbiətinə çox ağır zərbələr vurulmuşdu. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə müəyyən işlər görülüb: “Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 min hektara yaxın meşə zolağı salıb. Bu da biomüxtəlifliyin qorunmasında görülən mühüm işlərdəndir. Bunun nəticəsidir ki, Ümumdünya Ətraf Mühitin Müdafiəsi Cəmiyyəti 6 il ərzində biomüxtəlifliyin bərpasına və qorunmasına görə birinci yeri Azərbaycan və Estoniyaya verir”.

Hikmət Əlizadə də təsdiqləyir ki, həqiqətən bu sahədə Azərbaycan çox böyük göstəricilər əldə edib.

Problemlərə də toxunan Telman Zeynalov, meşə zolaqlarında evlərin tikilməsini, istirahət obyektlərinin salınmasını mənfi qarşılayır. “İnsanlar meşə zolaqlarında özbaşına və qanunsuz olaraq ev və istirahət obyektləri tikirlər. Buna rayon İcra Hakimiyyəti başçıları qanunsuz olaraq icazə verirlər. Nəticə məlumdur – o ərazilərə yaxın yaşayan əhali zərər çəkir; yaşayış arealı daralan canavar, tülkü, çaqqal kimi yırtıcılar insanların saxladığı ev heyvanlarına və quşlarına hücum edir”.

Qusar sakini: “Meşələrdə istirahət mərkəzi olar, ev olmaz”

Qusar rayon sakini Ayaz Kərimov deyir ki, meşə zolaqlarında istirahət mərkəzlərinin salınması ölkə turizmi üçün xeyirlidir. “Meşə zolaqlarında meşəyə zərər vermədən, gözəlliyi pozmadan istirahət obyektləri salına bilər. Çünki istirahət obyektləri turizm üçün vacibdir. Ancaq meşə zolaqlarında evlərin tikilməsinə yol vermək olmaz”, – deyən A.Kərimovun fikrincə, bu həm təbiətə, həm də həmin meşələrə yaxın yaşayan əhaliyə zərər verir. “Meşə zolağında yaşayan insanlar ev heyvanları və quşlarını saxlayır. Bu da meşədki yırtıcıları oraya cəlb edir. Həmin yırtıcılar isə sonra yaxınlıqdakı kəndlərə, kənd əhalisinin təsərrüfatlarına hücum edirlər”.

A.Kərimovin dediyinə görə, meşələrdə ev tikənlər ya çox yoxsullar, ya da hədsiz varlılar olur: “İmkansızlar normal bir ərazidə torpaq alıb ev tikə bilmir. İmkanlılar isə meşə panoramasında yaşamaq və dincəlmək üçün istirahət evləri tikirlər. Bunlar qanunsuzdur. Bu qanunsuzluğa isə icra başçıları və meşə nəzarətçiləri məsuliyyət daşıyır”.

“Xüsusi mühafizə olunan ərazidə yaşamaq qadağan olunub”

Hikmət Əlizadə də bildirir ki, xüsusi mühafizə edilən ərazilərdə tikintilər, insanların yaşaması tam qadağandır; həmin ərazilərdə təbii yolla nəsli kəsilməkdə olan fauna və flora növləri artırılır. Bununla yanaşı, həmsöhbətimiz meşələrdə turizm məqsədilə yüngül tikililərə icazə verildiyini də deyir. Əlizadə təəssüflə bildirir ki, xüsusi mühafizə olunan meşə zolaqlarında ev tikənlərə cərimələr çox hallarda reallıqda tətbiq edilmir.

Onu da deyək ki, “Qırmızı kitab”ın II hissəsi də artıq nəşrə hazırdır. Bura nadir və nəsli kəsilməkdə olan növlər daxil edilib. H.Əlizadənin sözlərinə görə, “Qırmızı kitab”a düşmüş növlər daha çox müdafiə edilir və onların ovlanması zamanı 3 qat cərimələr tətbiq edilir.

Təbiətin qorunmasında cəmiyyət də maraqlı olmalıdır.

Telman Zeynalov deyir ki, bu problemlərin həllində vətəndaş cəmiyyəti də öncül olmalıdır: “Hər şeyi dövlətdən gözləmək, bütün təqsiri dövlətin üzərinə atmaq olmaz. Təbiəti cəmiyyət özü qorumaqda maraqlı olmalıdır. İnsanlar yaşadıqları ərazilərdə təbiətin qorunmasında fəal olsalar, heç bir icra başçısı meşə zolaqlarını sata bilməz”.

Bununla yanaşı, ekoloq hesab edir ki, ümumilikdə bu problemlərin aradan qaldırılması üçün xüsusi dövlət siyasətinə də ehtiyac var.

“Biomüxtəlifliyin qorunması sahəsində dövlət siyasəti var”

Biomüxtəlifliyin qorunması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri isə belə bir siyasətin olduğunu bildirirlər. Hələ 1996-cı ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq, “Bitki mühafizəsi haqqında” qanunu təsdiqləyib. Sonrakı illərdə də ekologiyanın qorunması ilə bağlı bir sıra dövlət sənədləri qəbul edilib. Prezident İlham Əliyev 2006-cı il 24 mart tarixli sərəncamla “Azərbaycanda bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair” Milli Strategiya və Fəaliyyət Planı təsdiq edib. Həmin sənədlərə uyğun olaraq nadir bitki və heyvan növlərinin qorunması, xüsusi mühafizə olunan ərazilərdə inkişaf etdirilməsi, prioritet ekosistemlərin müəyyən edilməsi istiqamətində iş aparılır.

H.Əlizadənin sözlərinə görə, birinci fəaliyyət planı 2010-cu ildə başa çatıb. “Hazırda xüsusi komissiyya yaradılıb, ikinci fəaliyyət planı hazırlanır. Biomüxtəlifliyin qorunması sahəsində ikinci fəaliyyət planının 1 il müddətində hazırlanıb təsdiqlənəcəyi gözlənilir və həmin plan 2020-ci ilədək həyata keçiriləcək”- ETSN rəsmisi belə deyir.

YUNESKO-nun mənzil qərargahında Azərbaycan mədəni irsinin təqdimatı keçirilib

YUNESKO-nun mənzil qərargahında Azərbaycan mədəni irsinin təqdimatı keçirilib “Azərbaycan mədəni irsinin təqdimat” mərasimi və ziyafət təşkil olunub.

16 Oktyabr , 2015 05:02

https://static.report.az/photo/4e5692a7-d9a6-482a-80aa-5ab4ca9cbe07.jpg

Bakı. 16 oktyabr. REPORT.AZ/ Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyası YUNESKO-nun baş konfransı çərçivəsində noyabrın 18-dən 20-dək təşkilatın mənzil qərargahında keçiriləcək. Azərbaycan Ümumdünya İrs Komitəsinə seçilmək üçün namizədliyini irəli sürüb. Bununla əlaqədar olaraq müvafiq təbliğat kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində oktyabrın 15-də Parisdə YUNESKO-nun mənzil qərargahında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan mədəni irsinin təqdimat” mərasimi və ziyafət təşkil olunub. Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov təqdimat mərasimini açaraq ölkəmizin YUNESKO-ya 1992-ci ildən üzv olmasından, keçən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu əməkdaşlığa verdiyi dəyərli töhfələrdən və dəstəkdən danışıb. A.Kərimov ölkəmizin YUNESKO-nun mədəniyyət sahəsində 5 konvensiyasını ratifikasiya etdiyini və onların milli və beynəlxalq səviyyədə mövcud mexanizmlər vasitəsilə həyata keçirildiyini bildirib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva YUNESKO-nun baş direktoru İrina Bokovaya və qurumun bütün əməkdaşlarına Azərbaycan mədəni və təbii irsini nümayiş etdirmək üçün imkan yaratdıqlarına görə təşəkkür edib. S.Məmmədəliyeva müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizin YUNESKO ilə daimi və sabit əməkdaşlıq və qurumun bir çox layihələrində fəal iştirak etdiyini vurğuladı. O, bu əməkdaşlığın inkişafında, canlanmasında və güclənməsində əvəzolunmaz rolu olan YUNESKO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Mədəni və təbii irsin qorunmasının əhəmiyyətinə toxunan nazir müavini ölkəmizin Fransa, İtaliya və bir çox digər ölkələrdə konservasiya və bərpa layihələrinə verdiyi dəstəkdən danışıb. İDEA təşkilatının təbii irsin qorunması, təşviqi, bioloji müxtəlifliyin zənginləşməsi və yerli eko-sistemlərin qorunması sahəsində həyata keçirdiyi böyük işləri diqqətə çatdırıb. O, seçiləcəyi təqdirdə ölkəmizin Ümumdünya İrs Komitəsinin daha da inkişaf etməsinə və səmərəli fəaliyyət göstərməsinə öz texniki töhfələrini və Dünya irs konvensiyasına tövsiyələr təklif edəcəyini bildirib. Azərbaycana etibar edib onu dəstəkləməyə çağırıb. Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin rəisi Rizvan Bayramov çıxış edərək ölkəmizin mədəni və təbii irsin qorunması və idarə olunması sahəsində təcrübəsindən, eləcə də yüksək peşəkarlıqla həyata keçirilən bərpa və konservasiya layihələri haqqında ətraflı məlumat verib. O, azərbaycanlı ekspert və alimlərin Avstriya, İtaliya, Almaniya, Fransa və İrandan olan həmkarları ilə əməkdaşlığından danışıb. Fransalı arxeoloq Bertiy Lyone Azərbaycanın müxtəlif rayonlarında aparılan arxeoloji qazıntılar haqqında məlumat verib. Qeyd edək ki, seçiləcəyi təqdirdə ölkəmiz Ümumdünya İrs Komitəsində mədəni irs üzrə ekspert Rizvan Bayramov tərəfindən təmsil olunacaq.

UNESCO-nun mənzil qərargahında Azərbaycan mədəni irsinin təqdimatı keçirilib

Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyası UNESCO-nun baş konfransı çərçivəsində noyabrın 18-dən 20-dək təşkilatın mənzil qərargahında keçiriləcək.

Azərbaycan Ümumdünya İrs Komitəsinə seçilmək üçün namizədliyini irəli sürüb. Bununla əlaqədar olaraq müvafiq təbliğat kampaniyası həyata keçirilir.

Kampaniya çərçivəsində oktyabrın 15-də Parisdə, UNESCO-nun mənzil qərargahında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin təqdimatı mərasimi və ziyafət təşkil olunub.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov təqdimat mərasimini açaraq ölkəmizin UNESCO-ya 1992-ci ildən üzv olmasından, keçən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu əməkdaşlığa verdiyi dəyərli töhfələrdən və dəstəkdən danışıb.

A.Kərimov ölkəmizin UNESCO-nun mədəniyyət sahəsində 5 konvensiyasını ratifikasiya etdiyini və onların milli və beynəlxalq səviyyədə mövcud mexanizmlər vasitəsilə həyata keçirildiyini bildirib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva UNESCO-nun baş direktoru İrina Bokovaya və qurumun bütün əməkdaşlarına Azərbaycan mədəni və təbii irsini nümayiş etdirmək üçün imkan yaratdıqlarına görə təşəkkür edib.

S.Məmmədəliyeva müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizin UNESCO ilə daimi və sabit əməkdaşlıq və qurumun bir çox layihələrində fəal iştirak etdiyini vurğulayıb. O, bu əməkdaşlığın inkişafında, canlanmasında və güclənməsində əvəzolunmaz rolu olan UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Mədəni və təbii irsin qorunmasının əhəmiyyətinə toxunan nazir müavini Azərbaycanın Fransa, İtaliya və bir çox digər ölkələrdə konservasiya və bərpa layihələrinə verdiyi dəstəkdən danışıb.

O, həmçinin IDEA təşkilatının təbii irsin qorunması, təşviqi, bioloji müxtəlifliyin zənginləşməsi və yerli ekosistemlərin qorunması sahəsində həyata keçirdiyi böyük işləri diqqətə çatdırıb.

Nazir müavini seçiləcəyi təqdirdə ölkəmizin Ümumdünya İrs Komitəsinin daha da inkişaf etməsinə və səmərəli fəaliyyət göstərməsinə öz texniki töhfələrini və Dünya İrs Konvensiyasına tövsiyələr təklif edəcəyini bildirib.

Ümumdünya İrs Komitəsində mədəni irs üzrə ekspert Rizvan Bayramov çıxış edərək ölkəmizin mədəni və təbii irsin qorunması və idarə olunması sahəsində təcrübəsi, eləcə də yüksək peşəkarlıqla həyata keçirilən bərpa və konservasiya layihələri haqqında ətraflı məlumat verib. O, azərbaycanlı ekspert və alimlərin Avstriya, İtaliya, Almaniya, Fransa və İrandan olan həmkarları ilə əməkdaşlığından danışıb.

Fransalı arxeoloq Bertiy Lyone Azərbaycanın müxtəlif rayonlarında aparılan arxeoloji qazıntılar haqqında danışıb.

Qeyd edək ki, seçiləcəyi təqdirdə ölkəmiz Ümumdünya İrs Komitəsində mədəni irs üzrə ekspert Rizvan Bayramov tərəfindən təmsil olunacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Похожие статьи

  • Azərbaycanda təbii irsin qorunması

    Azərbaycan mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir – ISESCO rəhbəri 1.6. Xidmət Bakı şəhərində yerləşir. Əməkdar memar Mədəni…

  • Azrbaycanda tbii irsin qorunması

    Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 idarəsi yaradıldı Milli.Az Azərbaycan mədəni irsin qorunması işindəki səylərinə görə…

  • Azərbaycanda ekologiyanın qorunması

    Azərbaycanda ekologiyanın qorunması Ancaq onu da etiraf etmək lazımdır ki, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Xüsusilə, son illərdə ölkədə…

  • Azrbaycanda ekologiyanın qorunması

    Azrbaycanda ekologiyanın qorunması XİN rəsmisi bildirib ki, bu tədbirlər çərçivəsində nərə balıqlarının qorunması və artırılması sahəsindəki işləri və…

  • Azərbaycan fəlsəfəsi tarixi

    Azərbaycan fəlsəfəsi tarixi Ruhun ölməzliyi fikrinə qarşı çıxmışdır. O sübut edirdi ki, şüur, ruh materiyadan asılıdır, onun məhsuludur. M.F. Axundov…

Comments are closed, but trackbacks and pingbacks are open.