Press "Enter" to skip to content

Teatr haqqında

2011

Azərbaycan teatr antologiyası

Azərbaycan dilində

1907

Haqverdiyev Əbdürrəhim bəy. Millət dostları [Mətn] : 1 məclisdə milli teatr /Ə.Haqverdiyev.- Tiflis, 1907 (1325 h.).- 22 s.

Səbri Həsən Ayvazov. Nədən bu hala qaldıq? Teatr [Mətn] / Həsən Səbri Ayvazov.- B.: 1907 (1324 h.).- 78, [1] s.

1911

Hacıbəyov Zülfüqar bəy Əbdülhüseyn oğlu. Aşıq Qərib [Mətn]: Opera / Z.Ə.Hacıbəyov.- B.: [s. n.], [1911].- 34 s.

Mirfətullayev Mirməhəmməd. Qaradan artıq boyaq olmaz [Mətn]: üç pərdədə bir müxtəsər drama /M.Mirfətullayev İrəvani; naşir. bəradəran Orucov.- B.: [s. n.], 1911 (1329 h.).- 109 s.

1912

Haqverdiyev Ə.B. Ağa Məhəmməd Şah Qacar. V məclis, 9 pərdədə. – B.: Orucovların elek. mətbə.-1912. 71s.

Kazımovski Mir Mahmud. Molla Cəbi [Mətn]: operetta 4 pərdədə /M. M. Kazımovski.-B.: [s.n.], 1912 (1330 h.). -94 s.

1913

Cavid Hüseyn. Keçmiş günlər [Mətn]: [şeirlər] /Cavid Hüseyn.- B.: [s. n.], 1913.- 14 s.

Hacıbəyov Zülfüqar bəy Əbdülhüseyn oğlu. Evliykən subay [Mətn]: 3 pərdəli opera / Müsənnif və bəstəkarı. Z. Ə. Hacıbəyov.-B.: Nəşriyyati-bəradəran Orucov, 1913.-68 s.

Nərimanov Nəriman Nəcəf oğlu. Nadanlıq [Mətn]: [dörd məclisdə drama.] /Nəriman Nərimanov; naşiri. bəradəran Orucov.-B.: [s. n.], 1913 (1331 h.). 80 s.

Nərimanov Nəriman Nəcəf oğlu. Nadir şah [Mətn]: drama 4 məclisdə 7 pərdədə /N. N. Nərimanov. -B.: [ s.n.], 1913 (1331 h.).-97 s.

1914

1915

Kazımovski Mir Mahmud. Vurhavur [Mətn]: operetta 3 pərdədə /M. M. Kazımovski; naşiri. Mədrəseyi- İttihadi-iraniyan. Bakı: [s.n.], 1915 (1333 h.).- 66 s.

Musabəyov İbrahimbəy Mehdibəy oğlu. Neft və milyonlar səltənətində [Mətn]: kino-drama Bakı müsəlmanlarının güzəranından. [Kino-ssenari] /İ. Musabəyov; ssenari müəllifi. A. D. Panovi-Patyomkin; rejissor. B.N.Svetlov.- B.: Səhmdar cəmiyyəti “Filma”, [1916.].- [7] s.

1918

Hacıbəyov Zülfüqar bəy Əbdülhüseyn oğlu. Aşıq Qərib [Mətn]: 4 məclisdə 8 şəkildə musiqilə tərtib olunmuş milli bir operadır /Z.Ə.Hacıbəyov.- B.: Abuzər Orucov, 1918 (1336 h.).- 48 s.

İshaqi Məhəmməd Ayaz. Məcmueyi-asari [Mətn]: Drama 5 pərdədə 6 mənzərədə. Vaqeə altmışıncı yıllarda /Məhəmməd Ayaz İshaqi VII cild, I kitab.- Moskva: [s. n.], 1918.- 111 s.

1922

Axundov Süleyman Sani. İki yol yaxud Məhəmməd Əmin Azəri [Mətn]: drama bir pərdədə /S.S.Axundov.- B.: Azərbaycan Xalq Maarif komissarlığı Ali Siyasi Maarif İdarəsi, 1922.- 29 s.

1923

Azərbaycan türk teatrosunun müxtəsər tarixçəsi 1873-1923 [Mətn] /Türk səhnəsinin əlli illik yovmi-alisi komisyonu tərəfindən təlif edilmişddir.- B.: Maarif Komissarlığı, 1923.- 36 s.

Cavid Hüseyn. Peyğəmbər [Mətn]: bəsət, dəvət, hicrət, nüsrət /H.Cavid.- B.: Azərbaycan Xalq Maarif komissarlığı, 1923.- 153 s.

Talıblı Böyük Ağa. Keyf içində [Mətn]: dörd pərdəli drama /B.A.Talıblı 10.- B.: Azərbaycan Poliqraftrest, 1923.- 48 s.

1924

1925

Abbasov Hacıağa. İnqilab şərarələri [Mətn]: bir pərdə üç şəkildə /H. Abbasov; Azərbaycan xalq maarif komissarlığı.- B.: Azərbaycan xalq maarif komissarlığı, 1925.- 45 s.

Cavid Hüseyn. Şeyda [Mətn]:5 pərdədə /H.Cavid.- B.: Bakı fəhləsi, 1925.- 59 s.

Cavid Hüseyn. Şeyda [Mətn]: 5 pərdədə /H.Cavid.- B.: Azərnəşr, 1925.- 69 s.

Julin (Frenç). Lena cəladlarının mühakiməsi [Mətn]: bir pərdəli inqilabi pyes /Julin; tərcümə. H. Məcnunbəyov; Ali siyasi maarif idarəsi.- B.: Ali siyasi maarif idarəsi, 1925.- 43 s.

Julin A. (Frenç). Onlar 270 nəfər idilər və yaxud Lena Məzbəhəsi [Mətn]: faciə 5 şəkldə /A. Julin; tərcümə. H. Məcnun; Ali siyasi maarif idarəsi.- B.: Ali siyasi maarif idarəsi, 1925.- 95 s.

1926

Axundzadə Mirzə Fətəli. Mürafiə vəkilləri [Mətn]: 3 pərdəli komediya / M.F.Axundzadə.- B.: Bakı işçisi, 1926.- 43 s.

Axundzadə Mirzə Fətəli. Nabatat həkimi müsyo Jordan ilə cadükün dərviş Məstəli-şahın hekayəsi [Mətn] : 4 pərdəli komediya /M.F.Axundzadə.- B.: Bakı işçisi, 1926.- 28 s.

Axundzadə Mirzə Fətəli. Molla İbrahim-Xəlil kimyagər [Mətn]: komediya 4 məclisdə /M.F.Axundzadə.- B.: Bakı işçisi, 1926.- 19 s.

Lopatin. Böyük yalançı [Mətn]: kino /Lopatin.- B.: Bakı işçisi, 1926.- 57, [2] s.

Cavid Hüseyn. Şeyx Sənan [Mətn]: faciə 4 pərdədə / H.Cavid.- B.: Azərnəşr, 1926.- 121, [2] s.

Cavid Hüseyn. Topal Teymur [Mətn]: dram 5 pərdədə /H.Cavid.- B.: Azərnəşr, 1926.- 82, [1] s.

Cavid Hüseyn. Uçurum [Mətn]: faciə 4 pərdədə /H.Cavid.- B.: Azərnəşr, 1926.- 67, [1] s.

Haqverdiyev Əbdürrəhim bəy. Ağac kölgəsində [Mətn]: 2 şəkildə /Ə.Haqverdiyev.- Bakı: “Bakı işçisi”, 1926.- [35] s.

Haqverdiyev Ə.B. Ağac kölgəsində. Ədalət qapıları. 2 şəkildə drama.- B.: �Bakı işçisi� kooperativ nəşriyyatı.- 20+15 s.

Haqverdiyev Əbdürrəhim bəy. Ağa Məhəmməd şah Qacar [Mətn]: faciə 5 məclisdə 9 pərdədə /Ə.Haqverdiyev.- Bakı: Azərnəşr, 1926.- 87 s. 1926/177

Haqverdiyev Əbdürrəhim bəy. Dağılan tifaq [Mətn]: faciə 4 məclisdə beş pərdədə /Ə.Haqverdiyev.- Bakı: Azərnəşr, 1926.- 62 s. 1926/176 s.

Haqverdiyev Əbdürrəhim bəy. Vaveyla [Mətn]: 2 pərdəli drama /Ə.B.Haqverdiyev.- B.: Bakı işçisi, 1926.- 18 s.

Haqverdiyev Əbdürrəhim bəy. Vaveyla [Mətn]: 2 pərdə drama / Ə.Haqverdiyev.- B.: Bakı işçisi, 1926.- 22 s.

Nərimanov Nəriman Nəcəf oğlu. Nadir şah [Mətn]: 4 məclis 7 pərdəli drama /N.Nərimanov.- B.: Bakı işçisi, 1926.- 61 s.

1927

Abdulla Şaiq. Yıldırım [Mətn]: 5 pərdəli dram /A.Şaiq.- B.: Azərnəşr, 1927.- 87 s.

Abdulla Şaiq. Yıldırım [Mətn]: 5 pərdəli dram /A.Şaiq.- B.: Azərnəşr, 1927.- 77 s.

Cavid Hüseyn. İblis [Mətn]: 4 pərdəli faciə /H.Cavid.- B.: Azərnəşr, 1927.- 115 s.

Haqverdiyev Əbdürrəhim bəy. Ac həriflər [Mətn]: məzhəkə bir məclisdə /Ə.Haqverdiyev.- B.: Azərnəşr, 1927.- 20 s.

Nərimanov Nəriman Nəcəf oğlu. Nadir şah [Mətn]: 4 məclis və 7 pərdəli drama / N.N.Nərimanov.- B.: Azərnəşr, 1927.- 55 s.

1930

Axundzadə Mirzə Fətəli. Hacı-Qara. Sərgüzəşti-mərdi-xəsis 5 pərdə komediya /M.F.Axundzadə.- Bakı: Azərnəşr, 1930.- 70 s.

Sarabisqi Hüseynqulu. Bir aktyorun xatirələri. Azərnəşr. B.: 1930.- 63 s.

Talıblı Böyükağa. Keyf içində 5 pərdəli drama /B.Talıblı.- Bakı: Azərnəşr, 1930.- 55 s.

Yaşın. İki kommunist drama 7 şəkildə. Proqram-libretto /Yaşın; Özbəkistan Dövlət Dram Teatrosu MXK ; Özbəkistan SŞC.- Bakı: [s.n.] 1930.- 7 s.

1941

1956

1962

M. F. Axundov və teatr [İzomaterial] mətnin müəl. və red. C. Cəfərov ; rəssam İ. Axundov, A. Xait.- Bakı: 1962.- 23 [ 81 ] s.

Barat Şəkinskaya [İzomaterial] /Azərbaycan Teatr Cəmiyyəti.- Bakı: Elm, 1974.- [1] qat. v. , portr., fotoşək. ; 19 sm. ar1974/505

Firəngiz Şərifova [İzomaterial] /Azərbaycan Teatr Cəmiyyəti.- Bakı: [İşıq], 1974.- [1] qat. v. , portr., fotoşək. ; 20 sm. ar1974/504

1975

Məmmədli Qulam Məmməd oğlu. Azərbaycan teatrının salnaməsi [Mətn]: (1850-1920) /Q.Məmmədli; red. C.Cəfərov, Ə.Mirəhmədov; Azərb. Teatr Cəmiyyəti.- Bakı: Azərnəşr, 1975.- 582, [2] s.

1978

Kərimov İnqilab. Gənclik və gözəllik teatrı. [Mətn] .- Bakı: Yazıçı, 1978.- 93 s.

1982

Kərimov Sabir. Niyazi [Mətn]: həyatı və yaradıcılığı /S.Kərimov; red. T.Quliyev; [tərc. ed. .Qəhrəmanov] Bakı: Yazıçı, 1982.- 87, [5] s.

1984

Qrim və maskalar tarixinə dair metodiki göstəriş. [Mətn] Aktyorluq, rejissorluq və mədəni-maarif ixtisasları üçün nəzərdə tutulmuşdur.- Bakı: 1984.-21 s.

1989

Aktyorun səhnədə başqalaşması prinsipləri [Mətn]: Mədəni-maarif fakültəsinin özfəaliyyət teatrının rəhbəri ixtisası üçün metodik göstəriş /AzSSR Xalq Təhsili Nazirliyi.M.A. əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu; tərt. ed. Y.M.Mehdiyeva; red. H.M.Qurbanov; rəyçilər. B.A.Kazımov, B.C.Hacıyev.- B.: Azərbaycan Universiteti, 1989.- 30,[1] s.

Rejisorluq və aktyor sənətinin tədrisində musiqinin rolu və əhəmiyyəti haqqında metodiki göstərişlər [Mətn] /AzSSR Ali və Orta İxtisas Təhsili Nazirliyi Ali Təhsil üzrə Tədris – Metodika Kabineti; M.A.Əliyev adına Azərbaycan Dövlət İnsənət İnstitutu; tərt.ed. N.Qazıyeva; red. H.Qurbanov; rəy verənlər. B.Kazımov, S.Teymurova.- B.: APİ, 1989.

Rəhimli İlham Əziz oğlu. Səyavuş Aslan [Mətn] /İ.Rəhimli; red. A.Qəmbərov�.- B.: İşıq, 1989.- 94,[17] s.

Stanislavski K.S. Səhnə danışığı haqqında [Mətn]: (Dram teatrı və kino aktyorluğu, musiqili komediya aktyorluğu, dram rejisorluğu və mədəni – maarif ixtisasları üzrə tələbələr üçün metodik göstəriş /AzSSR Xalq Təhsili Nazirliyi.Respublika Tədris Metodikası Mərkəzi; M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu; tərt. ed. Ə.R.Quliyev; red. T.Novruz; rəyçilər. C.Səfərov, N.Sadıqzadə.- B.: [s.n], 1989.- 25,[1] s.

1991

Qrim fənni üzrə proqram və metodiki göstərişi [Mətn] (�Teatr sənəti� � �Dram teatrı və kino aktyoru� fakultələri tələbələri üçün) Bakı: 1991.- 38 s.

1999

İsrafilov İsrafil Ramazan oğlu. Zaman, rejissor, poetika [Mətn] /İsrafil İsrafilov .- B.: Mars-Print, 1999.- 275 s.

2003

Rəhimli İlham. Üç əsrin yüz otuz ili: (Akademik Milli Dram Teatrı bu gün) /Red: T. Əfəndiyev.- B.: Qapp-Poliqraf, 2003.- 263 s.

2004

Dilbazi Mirvarid Paşa qızı. Seçilmiş əsərləri [Mətn] /Mirvarid Dilbazi; red. Vüqar Vüqarlı.- B.: Lider, 2004.- 280 s.

Xəlil Zeynal. Seçilmiş əsərləri [Mətn] /Zeynal Xəlil; Tərt. Zəkiyyə Xəlilova.- B.: Öndər, 2004.- 264 s.

Məmmədquluzadə Cəlil Məmmədqulu oğlu. Əsərləri [Mətn]: 4 cilddə. Nəsr, dram əsərləri, satirik şeirlər, tərcümələr /C. Məmməquluzadə; tərt. ed. və izahların müəl. İ. Həbibbəyli; red. V. Məmmədov I cild.- B.: Öndər, 2004.- 664 s.

Bayram Tofiq. Seçilmiş əsərləri [Mətn ] / Tofiq Bayram; tər. ed.: Svetlana Bayramova; ön sözün müəl. Şamil Salmanov.- B.: Lider, 2005.- 328s.

Hüseyn Cavid. Əsərləri [Mətn]: Beş cilddə. I cild /Hüseyn Cavid; Tərt. ed. Turan Cavid; Red. Teymur Kərimli.- B.: Lider, 2005.- 256 s.

İbrahimov Mirzə Əjdər oğlu. Seçilmiş əsərləri [Mətn]: 2 cilddə /M. İbrahimov; tərt. ed. və ön sözün müəl. V.Yusifli.- I cild.- B.: Şərq-Qərb, 2005. -432 s.

Hüseyn Cavid. Əsərləri [Mətn]: Beş cilddə. II cild /H.Cavid; Tərt. ed. Turan Cavid; Red. Teymur Kərimli.- B.: Lider, 2005.- 352 s.

Hüseyn Cavid . Əsərləri [Mətn]: Beş cilddə. III cild /H.Cavid; Tərt. ed. Turan Cavid; Red. Teymur Kərimli.- B.: Lider, 2005.- 304 s.

Hüseyn Cavid . Əsərləri [Mətn]: Beş cilddə. IV cild /H.Cavid; Tərt. ed. Turan Cavid; Red. Teymur Kərimli.- B.: Lider, 2005.- 256 s.

Hüseyn Cavid . Əsərləri [Mətn]: Beş cilddə. V cild / H.Cavid; Tərt. ed. Turan Cavid; Red. Teymur Kərimli.- B.: Lider, 2005.- 288 s.

Mehdi Hüseyn. Seçilmiş əsərləri [Mətn] : Üç cilddə /M. Hüseyn; tərt. Z. Hüseynova.- III cild.- B.: Avrasiya Press, 2005. -312 s.

Rəhimli İlham . Azərbaycan teatr tarixi: Dərslik /Elmi red.: Timurçin Əfəndiyev.- B.: Çaşıoğlu, 2005.-864 s.

Rəhimli İlham Əziz oğlu. Barat Şəkinskaya [Mətn]: Xalq artisti Barat xanım Şəkinskayanın həyatı və yaradıcılıq yolu /İ.Rəhimli; tərtibatçılar. T.Qorçu, İ.T.Əliyev.- Bakı: TUTU, 2005.- 149 s.

Rəhman Sabit. Seçilmiş əsərləri [Mətn]: 2 cilddə /S. Rəhman; ön sözün müəll. Y. Qarayev .- I cild .- B.: Avrasiya Press, 2005.- 312 s.

Rəhman Sabit. Seçilmiş əsərləri [Mətn]: 2 cilddə /Sabit Rəhman .- II cild .- B . : Avrasiya Press , 2005. – 328 s.

Rüstəm Süleyman. Seçilmiş əsərləri [Mətn]: 3 cilddə. III cild /S. Rüstəm; Tərtib edəni: A. Rüstəmzadə.- B.: Şərq-Qərb, 2005.- 280 s.

Vurğun Səməd . Əsərləri [Mətn]: 5 cilddə /S. Vurğun; tərt. ed. A. Salmansoy; red. A. Vurğunqızış- IV cild: Şərq-Qərb, 2005. -400 s.

Məmməd Rahim. Seçilmiş əsərləri [Mətn] İki cilddə /Məmməd Rahim; tərtib edənlər. S. Quliyeva, İ. Əliyeva.- II cild.- B.: Avrasiya Press, 2006.-368 s.

Seyidzadə Mir Mehdi Həsən oğlu. Seçilmiş əsərləri [Mətn] /M. M. Seyidzadə; [Buraxılışa məsul: U. Rəhimoğlu].- B.: Avrasiya Press, 2006.- 320 s.

Azərbaycan dramaturgiyası antologiyası [Mətn]: Dörd cilddə /Tərt. edəni, ön söz və bioq. müəllifi. D.Məmmədova I cild.- Bakı: Şərq-Qərb, 2007.- 472 s.

Azərbaycan dramaturgiyası antologiyas ı [Mətn]: dörd cilddə /tərt. edəni və bioq. müəllifi. D.Məmmədova; [buraxı. məs. Ə.Güləliyev] II cild Bakı: Şərq-Qərb, 2007.- 511, [1] s.

Azərbaycan dramaturgiyası antologiyas ı [Mətn]: dörd cilddə /tərt. ed. və bioq. müəl. D.Məmmədova; [burax. məs. Ə.Gül&akı: Şərq-Qərb, 2007.- 543, [1] s.

Azərbaycan dramaturgiyası antologiyası [Mətn]: dörd cilddə /tərt. ed. və bioq. müəllifi. D.Məmmədova; [burax. məs. Ə.Güləliyev] IV cild.- Bakı: Şərq-Qərb, 2007.- 581, [3] s.

Azərbaycan dramaturgiyası antologiyası [Mətn]: /tərt. ed., ön söz və biblioqr. müəl. D.Məmmədova; [burax. məs. Ə.Güləliyev] V cild.- Bakı: Şərq-Qərq, 2007.- 301, [3] s.

Hidayət. Seçilmiş əsərləri [Mətn] /Hidayət.- B.: Şərq-Qərb, 2007.- 488 s.

Hüseynova Fərqanə İsmayıl qızı. Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji aspektləri [Mətn]: elm, təhsil, mədəniyyət /F. Hüseynova; elmi red. M. Süleymanlı.- B.: [Nurlan], 2007.- 301, [1] s.

Rəhimli İlham Əziz oğlu. İrəvan Dövlət Azərbaycan Dram Teatrı [Mətn]: Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcılıq yolu haqqında monoqrafiya: 1882-2006 /İ. Ə.Rəhiml; red. H.Orucov; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi.- B.: E.L. MMC, 2007.- 324, [4] s.

Dadaşov Aydın Ərşad oğlu. Teatr-kino problemləri [Mətn] /A.Dadaşov; Elmi red.İ.Kərimov; Rəyçilər. İ.Rəhimli, İ.Qazızadə.- Bakı: 2008.- 321 s.
Əliyev Hacı Zamiq. Heydər Əliyev [Mətn]: Səhnəarxası görüşlər /H.Z.Əliyev; Red. M.Soltan; Rəyçilər. F.Qasımzadə, T.Əfəndiyev, S.Kərimi; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- B., 2008.- 102 s.

Əlizadə Rəhman Balarza oğlu. Komediyalar /R.B.Əlizadə 1 Cild.- Bakı: Nurlar, 2008.- 332, [1] s. , port., il. ; 25 sm.

Rəhimli İlham Əziz oğlu. Seçilmiş məqalələr [Mətn] /İ.Rəhimli.- Bakı: Çaşıoğlu, 2008.- 552 s.

Talıbzadə Aydın Ağayunus oğlu. Şərq teatrı tarixi [Mətn]: Ali məktəblər üçün dərslik /Aydın Talıbzadə; Elmi red. T.Əfəndiyev; Rəyçilər. İ.Rəhimli, M.Əlizadə; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti.- B.: Qanun, 2008.- 236 s.

Rzayev Fərman Murad oğlu. Nizami Gəncəvi və teatr [Mətn]: [monoqrafiya] /F.M.Rzayev; elmi red. R.H.Abdullayev; elmi məsləhətçi. İ.S.Kərimov; AMEA, Memarlıq və İncəsənət İn-tu.- B.: Elm, 2008.- 369, [3] s.

Abbasov Namiq Ələkbər oğlu. Mədəniyyət siyasəti və mənəvi dəyərlər [Mətn] /N. Ə. Abbasov; elmi red. və ön sözün müəl. M. Süleymanlı.- B.: [s.n.], 2009.- 451, [1] s.

Binnətoğlu Alxan. Teatr haqqında söhbətlər [Mətn]: Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının (keçmiş M.F.Axundov adına Tbilisi Dövlət Azərbaycan Musiqili Dram Teatrı) həyatından səhifələr /A.Binnətoğlu; nəşrə hazır. və red. R.Hümmət; ön söz. müəl. F.Həsənov; Azərbaycan Yazıcılar Birliyinin Gürcüstan bölməsi.-1-ci Kitab.- Bakı: Elm və təhsil, 2009.- 225, [1] s.

Talıbzadə Aydın. Mehdi müəmması və ya sənətdə konseptual hamletizm [Mətn] /A.Talıbzadə; elmi red. Ə.Vəliyev; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi.- B.: Elm və Təhsil, 2009.- 382, [2] s., fotoşək., portr.

2010

Dadaşov Aydın. Rejissorluğun üslub probleməri (Cənnət Səlimovanın yaradıcılığı əsasında).-B�kı, ��lm və təhsil�, 2010. � 240 səh.

2011

Quliyev Əzizağa Rza oğlu. Səhnə danışığı Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün dərslik /Ə.R.Quliyev; elmi red. N.Şəmsizadə; rəyçilər A.Babayev [və b.]Bakı: [Ziya], 2011.- 279, [1] s. ; 22 sm.

2012

Qazızadə İlham Mustafa oğlu. Azərbaycan işçi teatrı 1921-1932-ci illər /İ.M.Qazızadə; elmi red. A.Dadaşov.- Bakı: Elm və təhsil, 2012.- 159, [1] s.

Mir-Bağırzadə, Samirə. İncəsənət tarixi dərslik /S. Mir-Bağırzadə ; elmi red. F. Qurbansoy ; rəyçilər C. Həsənzadə [və b.] ; Azərb. Milli Konservatoriyası .- Bakı : [MSA] , 2012.- 114, [1] s.

2013

Ağayeva Məlahət Rəfail qızı. Bəxtiyar Vahabzadə pyeslərinin səhnə taleyi [Mətn] : [monoqrafiya] /M. Ağayeva ; elmi red. İ. Kərimov ; AME A, Memarlıq və İncəsənət İn-tu. Bakı: [Xəzər Univeristeti], 2013.- 158 s.: portr., rəngli fotoşək., 21sm.

Azərbaycan teatr antologiyası [Mətn] iki cilddə /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi ; layihənin rəhbəri və ön sözün müəl. Ə. Qarayev ; layihənin koordinatoru və elmi red. Ə. Vəliyev ; tərt. İ. Rəhimli ; red. hey. İ. Rəhimli, M. Əlizadə, İ. İsrafilov, A. Talıbzadə ; red. A. İsmayıloğlu. [Cild 1] Bakı: E.L., 2013.- 597, [3] s.: portr., fotoşək., 23 sm.

Azərbaycan teatr antologiyası [Mətn] : iki cilddə /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi ; layihənin rəhbəri Ə. Qarayev ; layihənin koordinatoru və elmi red. Ə. Vəliyev ; tərt. İ. Rəhimli ; red. hey. İ. Rəhimli, M.Əlizadə, İ.İsrafilov, A. Talıbzadə ; red. A. İsmayıloğlu. [Cild 2] Bakı: E.L., 2013.- 621, [3] s.: portr., fotoşək., 23 sm.

Bakının teatr həyatı [Mətn] : kataloq /AMEA ; Milli Azərbaycan Tarixi Muzeyi ; mətnin müəl. N. Vəlixanlı (elmi red.), Z. Dulayeva ; kataloqun haz. iştirak et. M. Əliyeva, Ü. Usubova, B. Salamova, E. Dadaşov. Bakı: [Ziya], 2013.- 212 s.: portr., fotoşək., şək., faks., 28 sm.

İsrafilov İsrafil Ramazan oğlu. Tofiq Kazımovun rejissor dərsləri [Mətn] /İ. İsrafilov ; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi. Bakı: Aspoliqraf, 2013.- 231, [1] s.: portr., fotoşək., faks., 22 sm.

Ömrün səhifələri [Mətn] : Azərbaycan Respublikasının xalq artisti Məhərrəm Haşımovun 100 illiyinə həsr olunur /Azərb. Teatr Xadimləri İttifaqı ; mətnin müəl. Ç. Ələsgərli ; tərt. Ç. Ələsgərli, K. Cəfərzadə, A. Qafarova ; red. K. Cəfərzadə ; rus dilinə tərc. ed. S. Məmmədzadə ; ingilis dilinə tərc. ed. L. Məmmədova ; [ön söz A. Z. Nemətov] Bakı: [Elm və təhsil], 2013.- 79, [1] s.: portr., fotoşək., faks., 23 sm.

Rəhimli İlham Əziz oğlu. Səhnəyə qovuşan cığırlar [Mətn] /İ. Ə. Rəhimli ; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi. Bakı: Aspoliqraf, 2013.- 567, [1] s.: portr., fotoşək., faks., 23 sm.

2014

Rəhimli İlham Əziz oğlu. Səhnədə məliklik eşqi [Mətn] : /İ. Ə. Rəhimli ; red. M. Çəmənli ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Bakı: Aspoliqraf, 2014.- 231, [1 ] s.: fotoşək., portr., 21 sm.

2015

Bayramov Adilxan Hüseynəli oğlu. Sənət, sənət məbədləri, sənət fədailəri [Mətn] /A. H. Bayramov ; red. T. Vəliyev ; rəssam A. Həsənov. Bakı: Vətənoğlu, 2015.- 333, [3] s.: portr., 21 sm.

Dadaşov Aydın Ərşad oğlu. Rejissor Cənnət Səlimova [Mətn] : dərs vəsaiti /A. Dadaşov ; elmi red. M. Ə. Əlizadə ; red. S. M. Həsənova ; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi. Bakı: [“İnkişaf” Şirkəti], 2015.- 383, [1] s.: fotoşək., 21 sm.

2016

Talıbzadə Aydın Ağayunus oğlu. Şərq teatrı tarixi [Mətn] : ali məktəblər üçün dərslik /A. Talıbzadə ; elmi red. N. Mehdi ; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Dövlət Mədəniyyət və İncəsənət Un-ti. Bakı: [ADMİU], 2016.- 315, [1] s.: 20 sm.

Teatr haqqında

Azərbaycan teatrının tarixi qədimdir. Teatr sənətinin ünsürləri, yəni çalmaq, oxumaq, oynamaq, hərəkət etmək, söhbət aparmaq və s. cəhətlərdir ki, bu baxımdan Azərbaycan teatrının üç min ildən artıq tarixə malik olduğu fikrini irəli sürmək mümkündür. Teatr sənətinin komponentləri – dramaturq, rejissor, aktyor cəhətləri o cümlədən, «Kosa-kosa», «Qaravəlli», «Kilimarası», «Şah Səlim oyunu» və s. ta qədimlərdən xalq arasında şöhrət tapmış meydan tamaşalarında, eləcə də, «Kosa gəlin», «Tapdıq çoban», «Maral oyunu», «Kaftar küs» kimi kiçik həcmli tamaşalarda özünü göstərmişdir. Bu meydan tamaşaları, eləcə də öz dövrü üçün müəyyən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik olan «Tənbəl qardaş» adlı üçpərdəli komediya Azərbaycan xalq teatrının müstəqil bir tarixə malik olduğunu sübut edir.
Doğrudur, Azərbaycanda peşəkar teatr bir çox başqa ölkələrə nisbətən gec yaranmışdır. Bunun səbəblərini, əsasən, tarixi-ictimai, siyasi şəraitlə əlaqələndirmək daha doğru olardı. Rəssam Elçin Aslanovun 1994-cü il 6 may tarixli «Ədəbiyyat və incəsənət» qəzetində çap etdirdiyi «Şəbihləri kim yaradırdı» («Füzuli və milli dramaturgiyamız») adlı məqaləsində Azərbaycan peşəkar teatr sənətinin ən azı 500 illik tarixə malik olduğunu və onun öz başlanğıcını şəbih tamaşalarından götürdüyü fikri məqbul sayılmalıdır. Görkəmli bəstəkar Üzeyir bəy Hacıbəyov da yazıb ki, «tarixçi və alimlərin fikrincə, bütün milli teatr sənətinin ibtidası dinə bağlı olmuşdur. «Sonra davam edərək «bizim – Şaxsey» misteriyası öz səhnə təcəssümünü şəbih tamaşalarından götürmüşdür. Etiraf edək ki, məqalə müəllifi, -dahi bəstəkarın M.Füzulinin «Leyli və Məcnun» poeması əsasında opera üçün tərtib etdiyi ədəbi mətn məhz «şaxsey» misteriyası «Şəbih tamaşaları» ənənəsi çərçivəsində hazırlanmışdır» – deməkdə haqlıdır. Qafqaz canişini Voronsovun «Azərbaycanın Molyeri» adlandırdığı M.F.Axundovun komediyaları əsasında Azərbaycanda yaranan, Qərb tamaşa mədəniyyətinin Şərq variantı olan, onun iqtibası və yamsılanması kimi nəzəri cəlb edən, dünyəvi teatr isə XIX əsrin 40-cı illərinə aiddir. Bu tipli teatr 1848-ci ildə Şuşada, 1850-ci ildə Lənkəranda, 1857-1858-ci illərdə Şamaxıda yaranmışdı.

Bu, bir faktdır ki, millətin öz yaşayışını əks etdirməsində, Azərbaycan xalqının oyanmasında milli teatrın çox böyük rolu olmuşdur. Milli teatrın sağlam təməlini isə öz əsərlərində Mirzə Fətəli Axundov atmışdır. Bu cəhəti də qeyd etmək lazımdır ki, dünyada-Qədim Yunanıstanda teatr öz fəaliyyətinə faciə ilə başlamışdır. Azərbaycan teatrı isə komediya ilə. Nəzərə alınsa ki, XIX əsrin ortalarında Azərbaycan ədəbiyyatında komediya janrının yaranmasının və komiklik probleminin mütərəqqi estetik fikir mövqeyindən izahı olduqca çətin idi, qəhrəmanlıq tələb edirdi, bu fəaliyyətin məna və əhəmiyyəti xeyli artar. Çətinlik yalnız komediya janrının nəzəri cəhətində deyildi, həm də o zamankı polis və senzor nəzarətinin çox güclü olması ilə bağlı idi. Gülüşün estetik və ictimai funksiyası barədə söhbət açmaq asan iş deyildi. Cəmiyyət rəislərinə yönəldilən ən adi gülüş «ictimaiyyətin sakitliyini, asayişini, təhlükəsizliyini pozan» hal kimi qələmə verilirdi. Ona görə də M.F.Axundov və ondan sonra gələn azərbaycanlı dramaturqlar da komikliyin, gülüşün əsas məsələlərinə toxunarkən onu əxlaqı yaxşılaşdıran, naqislikləri qamçılayan bir vasitə kimi şərh etmişdilər.
Azərbaycan dünyəvi peşəkar teatrı öz fəaliyyətinə komediya ilə başladı. M.F.Axundovun beş ölməz komediyasına söykəndi. 1873-cü il mart ayının 10-da (köhnə stillə 22-də) Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda ilk tamaşa-Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» komediyası realnı məktəbin tələbələri tərəfindən göstərildi. Yarandığı ilk gündən realist zəmində inkişaf etməyə başlayan, yüksək ideyalılıq mövqeyində duran, bəşəri fikirlər mənbəyinə çevrilən Azərbaycan teatrı bu əsas üzərində də üslub, forma və metod mükəmməlliyi qazandı.
«Lənkəran xanının vəziri» tamaşasından bir ay yeddi gün sonar Mirzə Fətəli Axundovun «Hacı Qara» komediyası da tamaşaçılara göstərilmişdi. «Kaspi» qəzeti (1873-cü il) xəbər vermişdi ki, «Bakıdan yazırlar ki, aprel ayının 17-də Bakı «cəmiyyətinin» salonunda həvəskarlar xeyriyyə məqsədilə ikinci teatr tamaşası vermişlər. Bu dəfə M.F.Axundovun «Sərgüzəşti-mərdixəsis» adlı beşpərdəli komediyası oynanılmışdır.
Azərbaycan teatrı getdikcə inkişaf edir, xalq həyatına daxil olurdu. Onun xəritəsi də ildən ilə genişlənirdi. 1921-ci ildə Bakıda «Tənqid və təbliğ teatrı»nın (TTT) yaranması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi. 1923-cü ildə Bakı teatr məktəbinin açılışı və onun yetirdiyi məzunlar sonrakı illərdə milli teatr sənətinin inkişafında mühüm rol oynadı. 1929-cu ildə Bakıda uşaq teatrı fəaliyyətə başladı. 1937-ci ildə respublikamızın bir neçə rayonunda Dövlət teatrları yaradıldı. Təəssüf ki, həmin teatrlar 1949-cu ildə ucdantutma (Quba, Gəncə və Naxçıvan Dövlət teatrlarından başqa) bağlandı. Həmin teatr kollektivləri əvvəl xeyli müddət dram dərnəyi adı altında işlədilər. 1958-ci ildə isə xalq teatrları kimi fəaliyyətlərini davam etdirdilər.
1960 –cı illərdə Azərbaycan teatrı yeni bir mərhələyə qədəm qoydu. 1964-cü ildə rəssam T.Salahov və bəstəkar Q.Qarayev V.Şekspirin «Antonio və Kleopatra» əsərini tamaşaya hazırladı. Bunula teatrın və tamaşaçıların arzu etdikləri möhtəşəm, işıqlı, humanist bir tamaşa yarandı. Bu tamaşada teatrın novatorluq səylərinin gözəl nəticəsi də özünü göstərdi. Bu yüksək səhnə mədəniyyəti, sağlam yenilik və müasirlik ruhu T.Kazımovun həmin ilin noyabr ayında quruluş verdiyi «Sən həmişə mənimləsən» tamaşası həm müəllifin, həm də ümumiyyətlə teatrın böyük nailiyyəti oldu.
«Sən həmişə mənimləsən»dən sonra «Yalan» (1965), «Ölülər» (1966), «Sənsiz» (1967), «Hamlet» (1968) kimi dolğun tamaşalar Azərbaycan səhnəsini rövnəqləndirdi.
1960-cı illərin sonunda Azərbaycan teatrının nailiyyətləri içərisində fərəhləndirici hal teatra yeni istedadlı gənc dramaturqların gəlməsi oldu. 1969-cu ildə «İkinci səs» pyesi ilə Akademik Dram teatra gələn Bəxtiyar Vahabzadə sonrakı illərdə «Yağışdan sonra», «Yollara iz düşür», «Özümüzü kəsən qılınc» kimi səhnə əsərləri teatrın repertuarını zənginləşdirdi.
70-ci illərdə Nəbi Xəzri «Sən yanmasan» pyesi ilə başladığı dramaturji yaradıcılığını «Əks-səda», «Mirzə Şəfi Vazeh», «Torpağa sancılan qılınc», «Burla Xatun» əsərləri ilə müvəffəqiyyətlə davam etdirdi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) müvəffəqiyyətlə göstərilən «Keçən ilin son gecəsi» pyesi ilə teatra gələn yazıçı Anar «Şəhərin yay günləri», «Adamın adamı», «Səhra yuxuları», «Sizi deyib gəlmişəm», «Təhminə və Zaur» pyesləri ilə özünü yaxşı bir dramaturq kimi təsdiq etdi. N. Həsənzadənin «Atabəylər», «Pompeyin yürüşü» tamaşaları müəllifə və teatra uğur gətirdi.
1980-cı illərdə «Mahnı dağlarda qaldı», «Xurşidbanu Natəvan», «İblis», «Atabəylər», «Fəryad», «Torpağa sancılan qılınc», «Od gəlini», «Şeyx Xiyabani» və s. bu kimi romantik qəhrəmanlıq tamaşaları ilə teatr öz inkişafının yeni mərhələsinə qədəm qoydu.
Bu dövrdə Azərbaycan teatrında ən əlamətdar hadisə üslub və janr cəhətdən təkmilləşmə prosesinin müşahidə olunması idi. Bu dövrün faktik materialına əsaslanan teatr tənqidi də öz hüdudlarını genişləndirir, elmi-nəzəri, estetik keyfiyyəti artırırdı.; Azərbaycan teatr tənqidi imkan daxilində teatr prosesinə müdaxilə edir, onun tərəqqisinə çalışırdı.
1990-cı ildən sonra yaranan Yuğ, Miniatur, Pantomim, Bələdiyyə, Kamera Gənclər teatrlarının yaxşı mənada özlərini təsdiq etmələri fərəh doğurdu. Onlar sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi ilə kəskin şəkildə fərqləndilər.
1990-cı ildən sonra da Azərbaycan teatrında klassik və müasir Azərbaycan yazıçılarının, rus və dünya dramaturqlarının seçmə əsərləri tamaşaya qoyuldu.
70 il hökm sürən keçmiş SSRİ zamanı Azərbaycan teatrı yalnız SSRİ məkanında – Moskvada, Leninqradda, Minskdə, Kiyevdə, Tiflisdə, İrəvanda, Daşkənddə və s. yerlərdə qastrol səfərlərində olmuşdur. 1919-cu ildə Tiflis Azərbaycan teatrının Türkiyəyə qastrolundan 71 il sonra Azərbaycan Dövlət Akademik Dram teatrı mütəşəkkil şəkildə Türkiyəyə qastrola getdi. Görkəmli dramaturq İ.Əfəndiyevin «Bizim qəribə taleyimiz» və «Sevgililərin cəhənnəmdə vüsalı» əsərlərinin tamaşalarını göstərdi. 1998-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (ADAMDT) ikinci dəfə Türkiyəyə qastrola gedib.
Teatrın 1992-ci ildə Almaniyadakı qastrolu da müvəffəqiyyətlə keçmişdir. Bundan əlavə Bakı Pantomim teatrı, Gəncə Dövlət Kukla Teatrı (GDKT), Bakı Bələdiyyə Teatrı (BBT) dəfələrlə Türkiyədə qastrolda olmuşlar.
2010-cu il 8-12 noyabr tarixində Azərbaycanda keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycanın teatr aləmində əlamətdar hadisələrdən biri oldu. Bu konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları iştirak edirdi. Azərbaycanda ilk dəfə keçirilmiş Beynəlxalq elmi-praktik konfrans dəvətlilər sırasına ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Çin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları da qatılmışdı.
Azərbaycan peşəkar teatrının yarandığı vaxtdan keçən 125 il ərzində ölkədə qüvvətli teatr kollektivləri yaranmışdır. İndi Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (ADAOBT), S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı (ADRDT), Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (ADMKT) (Dövlət teatrı kimi 1938-ci ildə yaradılmışdır), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) (əsası 1929-cu ildə qoyulmuşdur) A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı (ADKT), Bələdiyyə Teatrı (BT), Gənclər Teatrı (GT), Tədris Teatrı (TT), Yuğ Teatrı (YT), Kamera Teatrı (KT), Pontomim Teatrı (PT) fəaliyyət göstərir. Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Ağdam, Mingəçevir şəhərlərində də dövlət teatrları vardır.
Bunlardan əlavə respublikada Mahnı teatrı, Muğam teatrı, Ş.Məmmədov adına Opera studiyası, Gəncə Dövlət Nizami poeziya teatrı, Gəncə gəlincik teatrı, Şuşa musiqili dram teatrı, Şəki satira teatrı, İrəvan Azərbaycan teatrı, Naxçıvan Cavid poeziya teatrı, Qusar Dram teatrı, Füzuli dram teatrı, Naxçıvan kukla teatrı, Qazax Dram teatrı fəaliyyət göstərir.

Azərbaycan teatr antologiyası

Teatr tarixi: Azərbaycanda qədim və professional səhnə – 148

Dünyanın yaranışından, bəşəriyyətin var oluşundan başlanan bir sənət haqqında bu gün oxucularımıza maraqlı bir yazı təqdim etmək istəyirəm. Bu o sənətdir ki, bir çox sənət əsəri var olmadan xeyli əvvəl musiqi ilə birgə doğulub, musiqi qədər qədimliyə malikdir. Bəli söhbət Teatrdan gedir.

Soruşursunuzsa nədir teatr?

Onun ən uyğun tərifini Dünya təfəkkürünü dəyişməyə qadir dramaturq, ingilis yazar Vilyam Şekspir belə verib:”Teatr insanı insana bağlamaq, insanla insanca danışmaq sənətidir”. Teatr insana çatdırmaqda dünya üzərindəki ən təsirli sənət növlərindən biridir. O, yunanca“theatron”, yəni“görmə yeri”sözündən gəlir.Kökündə ilk insanın təbiət hadisələrini bədən hərəkətləri ilə simvolik olaraq təmsil etmək cəhdləri vardır. Avropada Üst Paleolit dövründən (e.ə. 40-10 min il öncə) qalmış mağara rəsmlərində əllərinə və üzlərinə heyvan dəriləri keçirmiş insanların ritmik hərəkətlər etdiyi bilinir. Bunlar maska və kostyum istifadəsinin, beləliklə də, teatrın ilk örnəyi hesab edilir. Maska insanın öz kimliyini aşaraq başqa kimlikləri və daha ümumi varlıqları təmsil etməsinin ən təsirli yollarından biridir.

Afina şəhər dövləti qərb teatrının başladığı yerdir. O, festivallar, dini mərasimlər, siyasət, hüquq, atletizm və gimnastika, musiqi, şeir, toy və yas mərasimləri və elmi seminarlardan ibarət olan klassik Yunanıstandakı geniş teatr mədəniyyətinin bir parçası idi.Afina tragediyası – ən qədim tragediya növü hesab olunur və şəhər dövlətinin teatr mədəniyyətinin önəmli bir bölümünü əhatə edən rəqs teatrı növüdür. E.ə. VI əsrdə bir ara ortaya çıxdıqdan sonra, e.ə. V əsrdə (yunan dünyasına yayılmağa başladıqdan sonra) çiçək açmış və ellinist dönəmin başlanğıcına qədər populyar olmağa davam etmişdir.

Qərb teatrı romalılar tərəfindən təkmilləşdirilmiş və genişləndirilmişdir. Romalı tarixçi Livi (Livy) e.ə. IV əsrdə romalıların teatrı ilk dəfə Etruskdakı aktyorların performansı ilə təcrübə etdiyini yazırdı. Bekam (Beacham) qeyd olunmuş adamdan öncə bir müddətdir ki,“teatr öncəsi tətbiqlər” ilətanış olduqlarını bildirir.

Sanskrit teatrı da (qədim Hindistan) dünyanın antik teatr sənəti hesab olunur və o da eramızdan əvvəl yarandığı haqqında qədim mənbələrdə yazılıb. Daha sonra Çin teatrının inkişafı geniş vüsət alıb. Beləcə, teatr zaman və müəyyən mərhələlər keçdikcə, sənət halına gəlmişdir.

Azərbaycanda qədim teatr ənənələri

Bildiyiniz kimi şamanizm türk xalqları arasında geniş yayılmış dini cərəyandı. Bəziehtimallara görə isə, teatrın qaynağı şamanist inanclardır. Şamanist mərasimlərinin özəlliyi izləyici və iştirakçılara Tanrı səviyyəsində gücün simvolu yerinə, özünü göstərməsi idi. Bu mərasimlərdə müəyyən qaydalara uyğun davranışlarla özündəngedən şaman “o dünya ilə bu dünya” arasında bir vasitə rolu oynayırdı. Buna baxmayaraq teatrşünaslar Azərbaycanda teatr sənətini kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlayırlar. Qədim tarixə malik “Sayaçı”, “Novruz”, “Gəvsəç” kimi mərasimlərdəxor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isəbədii surətə də rast gəlinir. Azərbaycan teatrşünaslarının fikrincə, “Novruz” mərasiminin mühüm epizodunu təşkil edən “Kosa-kosa” oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan “Xan-xan”, “Mütriblərin rəqsi”, “Gəlinlə qayınananın deyişməsi” və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, “Zorxana” səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan “Yuğ” mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrıəhəmiyyətli rol oynamışdır.

Azərbaycanın professional teatrının yaranma tarixi

Azərbaycan teatrının tarixi 148 il əvvəl -M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanın vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.

Həsən bəy Zərdabi“Bakıda Müsəlman Teatrının binası”məqaləsində yazır: “Bizim Bakıda müsəlman teatrı çıxarmağımızı Tiflis qəzetlərinə yazmışdılar. Mərhum Mirzə Fətəli Axundov onu oxuyub mənə bir uzun kağız yazmışdı və çox razılıq eləmişdi ki, öz sağlığında onun komediyasını müsəlmanlar öz türk dilində çıxartdılar və çox heyfslənmişdi ki, mən ona piş əz vaxt yazmamışam ki, özü də onu gəlib öz gözləri ilə görəydi və bir də yazmışdı ki, onun özünə “Hacı Qara” qeyri komediyalardan artıq xoş gəlir və təvəqqe eləmişdi ki, Tiflisə gələndə ona bir-bir deyim ki, hər kəs öz rolunu necə oynadı? Zikr olan kağızdan belə məlum olur ki, onun komediyaları heç birisi o vaxtacan türk dilində oynanmayıb. Əvvəlinci teatrımız yaxşı çıxdığına Bakıda sakin olan, kənarlardan gələn müsəlmanların iltinasına görə “Hacı Qara”nı bir dəfə də oynadıq, və bu səfər yüz manata qədər pul yığdıq”.

Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda “aktyor” kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını (“Xırs-quldurbasan”, “Müsyö Jordan və dərviş Məstəli şah”) oynayırdılar.

Teatr inkişaf yolunda

M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır . Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov,İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.

1896-cı ildə H.Zərdabi Bakıda “Birinci müsəlman dram truppası” adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə “Artistlər ittifaqı” yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların – M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur,həmçinin rus (N.V.Qoqol, İ.S.Turqenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M.F.Axundovun komediyaları ilə yanaşı, N.Vəzirovun “Müsibəti Fəxrədin”, “Yağışdan çıxdıq, yağmura düşdük”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Ağa Məhəmməd şah Qacar” N.Nərimanovun “Nadanlıq”, “Nadir şah” pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.

Dahi Üzeyir Hacıbəylidə məqaləsinin birində yazır:”Teatr ictimai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalıdır”.

Bütün keşməkeşli dövrlərdə baş verən çətinlik və manelərə baxmayaraq Azərbaycan Teatr Sənəti ancaq inkşafa doğru irəliləyib, həm Azərbaycan vətəndaşlarının, həm də dünya xalqlarının zövqünü oxşamaqda davam edir. Bu sənətin çətinliyini bütün məsuliyyətilə daşıyan hər bir incəsənət fəadisini bayram günü münasibətilə ürək təbrik edirik! Uğurlar!

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.