Press "Enter" to skip to content

Azərbaycan termal suları

İstisu ilə mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər. İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.

Azərbaycan termal suları

Onlardan səmərəli istifadə olunması vacib bir məsələ kimi gündəmə gətirilməlidir

Dövlət Turizm Agentliyinin məlumatına görə, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 2,4 milyona çatıb. Sentyabr ayında olduğu kimi, ilin əvvəlindən gələnlərin əksəriyyətini (1,26 milyon nəfər və ya 52 faiz) Rusiya və Gürcüstan vətəndaşları təşkil edir. Gürcüstan üzrə artım 94,5 min nəfər (21,7 faiz) olmuşdur. Ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən gələn turistlərin sayında müşahidə olunub. İran üzrə 2 dəfə, Mərkəzi Asiya ölkələri üzrə isə 88 faiz artım qeydə alınıb.

Ölkəyə gələn əcnəbilərin 6,7 min nəfəri və ya 13 faizdən çoxu Gürcüstanın, 5,3 min nəfəri və ya 8 faizdən çoxu Rusiyanın payına düşür. Mərkəzi Asiya ölkələrindən gələn turistlər arasında Türkmənistandan gələnlərin sayı ötən illə müqayisədə 231 nəfər (8 faiz) artıb. Cənubi Asiya ölkələri arasında Hindistandan gələn 3 min (83,7 faiz), Yaxın Şərq ölkələri arasında Səudiyyə Ərəbistanından gələn 3,8 min (96,1 faiz) turistin sayında da kəskin artım müşahidə olunur. Bu turistlər Azərbaycanın digər bölgələri ilə yanaşı, ölkəmizin dilbər guşələrindən biri olan Lənkərana da səyahət edirlər.

Lənkəran rayonunun sahəsi 1540 kvadratkilometrdir, bunun da 700 kvadratkilometr hissəsində 36 mineral su mənbəyi yerləşir. Bakıdan bu rayonun mərkəzinədək olan məsafə 268 kilometrdir. Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, Xəzər dənizinin qızıl qumlu sahilində, zümrüd rəngli Talış dağlarının ətəyində yerləşir. Rayonun relyefində əsas yeri Lənkəran ovalığı və Talış dağları tutur. Hündürlüyü 2493 metr təşkil edən Kömürgöy zirvəsi Talış dağlarının dəniz səviyyəsindən ən yüksəkdə olan hissəsidir.

Rayonun iqlimi Azərbaycanda ən rütubətli iqlimdir, burada yağıntıların miqdarı ildə 1402 millimetr təşkil edir. İqlimin rütubətli subtropik olması rayonun quru, isti yayı, mülayim qışı ilə xarakterizə edilir. Lənkəranda orta illik temperatur müsbət 11-140 C-yə, yanvar ayında mənfi 1-4o C-yə çatır. İyulda orta temperatur müsbət 22-26o C olur. Rayonda yay aylarında cənub-qərb, qış aylarında qərb və şimal küləkləri üstünlük təşkil edir.

İqlimin subtropikliyi, quraq isti yayı, sərin qışı, ərazisinin 25 faizini tutan qiymətli ağac növləri, Xəzər dənizinin mülayim suları və çimərlikləri, tarixən əhalinin müalicəsi üçün istifadə edilən termal və mineral suları Lənkəran ərazisini hələ qədimdən məşhurlaşdırmışdır. Rayonun ərazisində il boyu mövcud olan yaşıllıqlar, müxtəlif istiqamətli (xüsusiyyətli) qoruqlar, tarixi, mədəni, dini və təbiət abidələri, Azərbaycanın ən mühüm kurort-rekreasiya resurslarının inkişafı bu bölgənin ölkənin ən böyük turizm rayonuna çevrilməsinə zəmin yaratmışdır.

Lənkəran rayonunda termal və mineral sular Azərbaycanın digər bölgələrinə nisbətən daha çoxdur. Onlar tarixən müxtəlif alimlər tərəfindən, o cümlədən geoloqlar, hidrogeoloqlar, tibb mütəxəssisləri, kimyaçılar, hətta bir nəfər azərbaycanlı coğrafiyaçı tərəfindən ətraflı tədqiq olunmuşdur. Lənkəranın termal və mineral suları Çar Rusiyası dövründə ətraflı öyrənilmişdir. Bunun əsas səbəbi Çar Rusiyası dövründə Azərbaycan ərazisində xidmət edən rus əsgərlərinin istirahəti və müalicəsi üçün onlardan xüsusi istifadə edilməsi olmuşdur. Digər tərəfdən, bu ərazilərin füsunkar təbiəti, onun Xəzər dənizinin ətrafında yerləşməsi, İran və digər Yaxın Şərq ölkələrinə yaxınlığı, həm də çoxsaylı termal və mineral suları buraya diqqəti daim artırmışdır.

Çar Rusiyası dövründə Lənkəranın termal sularının öyrənilməsinə böyük maraq göstərilsə də, sovet hakimiyyəti illərində bu sahənin öyrənilməsinə yalnız keçən əsrin 50-ci illərinədək diqqət ayrılmış, o qədər də praktik əhəmiyyət kəsb etməyən kiçikhəcmli məqalələr nəşr olunmuşdur.

“Azərbaycan” qəzetinin oxucularının diqqətini azərbaycanlı coğrafiyaçı mütəxəssis Məmmədəli bəy Şəfiyevin Lənkəranın termal və mineral suları haqda yazdıqlarına cəlb etmək istəyirik. Onun bu sahəyə aid dərc etdirdiyi çoxsaylı məqalələr xüsusi maraq doğurur və qürur hissi keçirməyimizə səbəb olur. Onun xüsusi olaraq 1854-cü ildə Rusiya Coğrafiya Cəmiyyətinin xəbərlərində (Xİ 2otd V) çap etdirdiyi “Lenkoranskiye mineralnıye istoçniki” məqaləsini və sonrakı illərdə “Kavkaz” qəzetinin 76-cı və digər nömrələrində dərc olunmuş maraqlı məqalələri bu gün də öz əhəmiyyətini saxlayır. Məmmədəli bəy Şəfiyevın yazdığı məqalələr Lənkəranın ərazisi, onun burada yaşadığı dövrdə bulaqların sayı, hərarəti (+33 +370 C), mineral suların hansı xəstəliklər üçün müalicəvi əhəmiyyət daşıması, onlardan necə istifadə edilməsi qaydaları, kimyəvi tərkibi, mineral su mənbələrinə gedən yolların vəziyyəti və s. haqda çox müfəssəl məlumat verir. Məmmədəli bəy Şəfiyevin məqalələrində rayonun ərazisində olan termal və mineral suların Lənkərandan hansı məsafədə yerləşməsi, mövsüm ərzində müalicə olunanların sayı və s. haqqında da məlumatlar öz əksini tapıb.

Termal sulardan əlavə, rayonun ərazisində iki soyuq mineral su mənbəyi də mövcuddur. Onlardan biri Alaşa kəndindən 3 verst (3,15 km), digəri isə Lənkərandan 18 verst (18,9 km) məsafədə yerləşir. Digər duzlu, acı tərkibli mineral su Siyaku kəndində, Lənkərandan 18 verst (18,9 km), Qotur su isə Lənkərandan 15 verst (15,75 km) məsafədədir. Mövsüm ərzində burada təxminən 250 nəfər şəraitsiz vəziyyətdə pulsuz müalicə alırmış. 14 vanna otağından 5-i xəstələrə xidmət göstərirmiş. Mövsümdə burada 300 nəfər revmatizm və dəri xəstəliklərindən müalicə olunurmuş. Vannadan istifadənin bir günlük haqqı ovaxtkı pulla 10 qəpik, bir nömrə üçün istifadə isə 75 qəpiyə bərabər imiş.

Məmmədəli bəy Şəfiyevin Lənkəranın termal və mineral suları haqda verdiyi məlumatları belə ətraflı xarakterizə etməyimizin səbəbi ötən 160 il ərzində müalicə məqsədilə istifadə olunan həmin suların tərkibində nə kimi dəyişikliklərin baş verməsindən bəhs etməkdir.

Çar Rusiyası dövründən fərqli olaraq, sovet dövründə Lənkəranın termal və mineral suları ümumi şəkildə öyrənilməkdə davam etmişdir. Aparılan tədqiqatlar mətbuat orqanlarından biri olan “Ekonomiçeskiy Vestnik” aylıq jurnalının nömrələrində ara-sıra çap edilərək öz əksini tapmışdır. Jurnalın 29 fevral 1924-cü il sayında Bakıda çap olunmuş “Mineralnıye istoçniki kurortov Azerbaydjana” (səh.15-19) məqaləsində Azərbaycanın bütün 10 uyezdi üzrə göstərilən mövzu ətraflı xarakterizə edilmişdir.

1857-ci ildə və sonrakı 30 il ərzində əsasən ” Kafkaz” qəzetində Lənkəranın mineral suları haqqında çoxsaylı məqalələr dərc olunmuşdur. Həkim D.M.İlyinin araşdırmalarının nəticələri 1875-ci ildə geniş təsvir edilmişdir. 1892-ci ildə A.Konsin Lənkəran suları haqqında qısa təsviri məlumatlar vermişdir. Daha sonra 1916-cı ildən başlayaraq Lənkəran mineral suları haqqında V.M.Vodoyavlenskinin, Q.F.Çurkinin, A.Marinin, A.Ələsgərovun və başqalarının apardıqları tədqiqatları göstərmək olar.

Göstərilən sahənin sovet hakimiyyəti illərində inkişafı, onlardan səmərəli istifadə yolları heç də Azərbaycan Respublikasının səlahiyyətləri dairəsində olmamışdır. Sübut üçün deyək ki, bu məqalənin müəlliflərindən biri – Neron Babaxanov keçən əsrin 60-cı illərində, Azərbaycan Dövlət Universitetinin tələbəsi olduğu zaman ABŞ-ın Xəzər dənizi sahillərinin turizm məqsədilə uzunmüddətli icarəyə verilməsinə dair yaradılmış tədqiqat qrupuna daxil edilmişdi. Göstərilən layihə axtarışlarının Azərbaycan Respublikası və ABŞ mütəxəssisləri tərəfindən müsbət mənada yekunlaşdığı bir ərəfədə SSRİ dövlətinin rəhbərliyi onun həyata keçirilməsinin məqsədəuyğun olmadığı haqda Azərbaycan rəhbərliyini xəbərdar etmişdi. Əgər göstərilən layihə o vaxt baş tutsaydı, Azərbaycanın Xəzər sahillərində ABŞ hökuməti hesabına tikiləcək bütün qurğu və tikililər müəyyən vaxtdan sonra, layihədə göstərildiyi kimi, təmənnasız ölkəmizə veriləcəkdi. Layihədə əsas diqqət Lənkəran-Astara rayonlarının Xəzər dənizi sahili boyu ərazilərinə yönəldilmişdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Bunu nəzərə alaraq, məqsədimiz yaxın gələcəkdə göstərilən sahənin səmərəli istifadə edilməsi, Azərbaycan üçün nə kimi əhəmiyyəti olacağı barədə oxuculara məlumat verməkdir.

Sovet hakimiyyəti illərində Lənkəran rayonunun termal və mineral sularının elmi cəhətdən öyrənilməsində xüsusi xidmətləri olanlardan M.A.Qaşqayın fundamental əsərini (“Mineralnıye istoçniki Azerbaydjana”, Baku,1952, 503 s.) və Ə.Q.Əsgərovun yazdığı (“Mineralnıye istoçniki Azerbaydjanskoy SSR”, Baku,1954, 334 s.) monoqrafiyalarını göstərə bilərik. Tam məsuliyyətlə deyə bilərik ki, göstərilən alimlərin monoqrafiyaları çap olunduğu vaxtdan 70 ilə yaxın vaxt keçsə də, sonrakı illərdə bu elmi istiqamətdə Azərbaycanın termal-mineral suları haqqında belə qiymətli əsərlər nəşr olunmamışdır. Ə.Q.Əsgərovun qeyd edilən monoqrafiyasında daha çox “coğrafilik” müşahidə edildiyindən bu məqalədə əsas diqqət, müəllifin yazdığı kimi, Lənkəran rayonu ərazisində olan 36 termal və mineral bulağın öyrənilməsinə həsr olunmuşdur. Bunlardan ən əhəmiyyətlilərinə 11 çıxışı olan İbadi su, 13 çıxışı olan Meşə su, 3 çıxışı olan Qavzaur, 2 çıxışı olan Xafiyogen termal sularını göstərmək olar.

Müəllif İbadi suyun Lənkərandan 14,5 kilometr şimal-qərbdə yerləşdiyini qeyd edərək, onun mövcud 11 çıxışının hər birini ətraflı xarakterizə etmişdir. İbadi suyun kimyəvi tərkibi, qoxusu, hərarəti, debiti və s. göstəriciləri haqda monoqrafiyada ətraflı məlumat verilib. Monoqrafiyada 11 çıxışı olan bu suyun debitinin bir milyon yüz əlli min litr/gün olduğu göstərilir.

Müəllif həmçinin Meşə su termal suyunu xarakterizə edərək onun Lənkərandan 12 kilometr şimal-qərbdə Qamaru çayı yatağında, dəniz səviyyəsindən 55 metr yüksəklikdə yerləşdiyini, bir-birindən 80 metr aralıda 13 çıxışının mövcud olduğunu qeyd etmişdir. Meşə su termal suyunun 13 çıxışı ilə birgə debiti 1 milyon litr/gün təşkil edir. Ə.Q.Əsgərovun yazdığına görə, 70 il öncə Azərbaycanın ayrı-ayrı bölgələrindən kurort mövsümü ərzində bura müalicə və istirahət üçün gələnlərin sayı 4-5 min nəfər olmuşdur.

Qavzaur termal suyu Lənkərandan 14 kilometr şimal-qərbdə Qavzaur çayının sağ sahilində yerləşir. Suyun hərarəti 420 C olub, debiti 129 600 litr/gün təşkil edir. Mövsüm ərzində burada 2500 xəstə şəfa tapır. Göstərilən termal suyun digər iki çıxışı da müəllif tərəfindən monoqrafiyada ətraflı xarakterizə edilmişdi.

M.A.Qaşqay isə yazdığı monoqrafiyada Lənkərandan 14 kilometr qərbdə, 702 kvadratmetr ərazidə yerləşən əsas termal suları ümumi şəkildə xarakterizə edir. Bu termal sulardan XVIII əsrin əvvəllərindən başlayaraq yerli əhalinin müalicəvi məqsədlər üçün istifadə etməsi və onun nəticələri ətraflı göstərilir.

M.A.Qaşqayın qeyd etdiyi kimi, göstərən sulardan istifadə edən xəstələrin səhhəti 3-4 gün ərzində kəskinləşsə də, daha sonra onların yaxşılaşması və sağalması müşahidə edilib. Başağrısı, başgicəllənməsi, dəridə olan qaşınmalar, xroniki revmatizm, əzələlərin revmatik pozulmaları, əsəb xəstəlikləri, onurğa ağrıları və digər xəstəlikləri olan insanların sağalması göstərilir.

M.A.Qaşqayın yazdığına görə, Aşağı Lənkəran mineral suları 780 kvadratmetr sahəsi olan ərazidə yerləşib, suyun hərarəti müsbət 41,3-430 C, debiti təxminən 565 000 litr/günə bərabər olub.

Aşağı Lənkəran mineral suları, Lənkərandan 12 kilometr məsafədə Həyat-Xana yaşayış məntəqəsindən şimalda, dəniz səviyyəsindən 30-40 metr yüksəklikdə yerləşib, ümumi debitinin üç yüz min litr/gün olduğu qeyd edilir.

Məqalə müəllifləri bir çox Avropa ölkələrində termal sulardan necə istifadə edilməsinin şahidi olmuşlar. Misal üçün, Macarıstanda əhalisi 8-9 min nəfər olan kiçik yaşayış məntəqələrində olan termal su ərazilərində 150-dən çox mehmanxana, hotel, kempinq və s. fəaliyyət göstərir. Hər il bura müalicə olunmaq üçün 100 minlərlə turist gəlir. Göstərilən qəsəbədə termal sulardan istifadə işsizlik və s. sosial problemlərin həllinə də öz müsbət təsirini göstərir.

Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün termal sular da geniş imkanlar açır. Təəssüf ki, Azərbaycanda onların sayı bugünə qədər dəqiq müəyyən edilməmişdir.

Ölkəmizdə, o cümlədən Lənkəranda turizmin inkişaf etdirilməsi üçün hər cür imkanlar var. Bu imkanlardan ən əsası termal və mineral sulardır. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə, o cümlədən Lənkəranda çoxsaylı hotellər, kempinqlər tikilib istifadəyə verilmişdir. Bu da həmin sulardan daha çox insanın istifadə etməsinə imkan yaradır.

Bu gün üçün həmin obyektlərin sayı Lənkəranda cəmi 26-dır. O cümlədən on yeddisi hotel, ikisi istirahət mərkəzi, ikisi müalicə məqsədilə sanatoriya, üçü hoster (ev tipli), biri motel və biri qonaq evi olaraq Azərbaycandan və xarici ölkələrdən gələn turistlərin istifadəsinə verilir. Qeyd edək ki, 2006-cı ildə Lənkəranda cəmi altı turist obyekti fəaliyyət göstərirdi. Lənkərana gələn turistlərin sayı sürətlə artaraq 2016-ci ildə 16120 nəfər (7 faizi xarici), 2017-ci ildə 21843 nəfər (14 faizi xarici), 2018-ci ildə 27546 nəfər (16 faizi xarici), 2019-cu ilin 9 ayında isə 25 926 nəfər (14 faizi xarici) olmuşdur. Burada müalicə alanların sayı isə müvafiq olaraq 2016-cı ildə 94 nəfər, 2017-ci ildə 128 nəfər, 2018-ci ildə 139 nəfər olmuş, 2019-cu ildə isə hələlik 309 nəfərə çatmışdır. Bu da Lənkəran üçün o qədər də yüksək göstərici deyil.

2019-cu ildə Lənkəranda istifadəyə verilmiş 9 mərtəbəli, dünya standartlarına cavab verən “Lenkoran sprinq” istirahət-müalicə kompleksində 300 nəfər daimi işlə təmin olunmuşdur. Kompleksdə 13 nəfər həkim çalışır. Onlar bura tək istirahət üçün deyil, eləcə də müalicə olunmaq üçün gələnlərə yüksək səviyyədə pulsuz xidmət göstərirlər.

Bəzi məlumatları dəqiqləşdirmək üçün Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova telefonla müraciət etdik. Onun göstərişi əsasında bu sahəyə baxan rəhbər işçi bizimlə təcili əlaqə saxlayıb lazımi məlumatları söylədi.

Dünyada turizmin inkişaf etdiyi ölkələrə gələn gəlirlərin 30-40 faizi əsasən ekskursiyalar hesabına əldə edilir. Azərbaycanda isə ekskursiyaların nə qədər gəlir gətirdiyini dəqiq deyə bilməsək də, onun təxminən bir faiz təşkil etdiyi məlumdur. Buna əsas səbəb göstərilən sahəyə dair təbliğatın müntəzəm aparılmaması, digər tərəfdən isə turist obyektlərinin yerləşdiyi ərazilərdə onların maraq göstərdiyi obyektlərin olmamasıdır. Bəs Azərbaycanın tarixən ən çox turizmin inkişaf etdiyi bölgələrindən biri olan Lənkəranda necə? Fikrimizcə, Lənkəran və onun ətrafında ekskursiyalar üçün o qədər gəzməli, görməli yerlər var ki, onların da bir qismi məqalənin əvvəlində qeyd edildi. Bölgənin xarici ölkələrə yaxınlığı, Xəzər dənizi ilə əhatələnməsi və s. burada saysız-hesabsız ekskursiyalar təşkil etməyə imkan verir. Ancaq bunun üçün Lənkəranın turizm obyektlərində çalışanların, müvafiq nazirliklərin və s. qurumların ekskursiyalara münasibətinin kəskin surətdə dəyişilməsi lazımdır.

Bunun üçün adıçəkilən sahəyə xidmət göstərən ixtisaslı, bölgəni çox yaxşı bilən kadrların olması vacibdir. Lənkəranın turist obyektlərində apardığımız sorğular nəticəsində bəlli oldu ki, göstərilən sahənin inkişaf etməməsinin əsas səbəbi yerlərdə mövcud obyektlərin özəlləşdirilməsi, onlardan şəxsi rifah halının yaxşılaşdırılması üçün istifadə edilməsidir.

Azərbaycanda mövcud olan termal və mineral bulaqlar özəlləşdirilərkən bəzi hallarda qanun pozuntularına yol verilir. Belə ki, sovet hakimiyyəti illərində beynəlxalq turist marşrutlarına daxil edilmiş müalicə mərkəzləri indi yerli iş adamları tərəfindən özəlləşdirilir. Sonradan mərkəzin maddi-texniki avadanlıqları, bir sözlə, nəyi varsa satılır və həmin şəxs “bura mənimdir” deyərək obyektin fəaliyyətini dayandırır.

İnsanların sağlamlığını və istirahətini təmin edən termal sular istifadə edilmədən Xəzər dənizinə axıdılır. Bu kimi hallara Xaçmaz, Kürdəmir və digər rayonlarda olduğu kimi, Lənkəranda da rast gəlinir. Buna qətiyyən yol vermək olmaz.

Lənkəranın termal sularından səmərəli istifadə edilməməsinin əsas səbəblərindən biri beynəlxalq aləmə çıxışının olmamasıdır. İnsanlar evində kompüterə baxaraq dünyanın ən məşhur termal sularından istifadə edilməsi, mövcud kurortlar, istirahət yerləri haqqında istədikləri məlumatı ala bilirlər. İl ərzində göstərilən şəfa mərkəzinə əvvəlcədən nə vaxt gəlmək haqqında sifariş etmək imkanı qazanırlar. Xarici ölkələrdə belə müalicə mərkəzləri barədə reklam işlərinin aparılmasının səbəbi nədir? Niyə biz sözügedən sahədə bu və digər məsələlərə aid suallara cavab tapmaqda çətinlik çəkirik?

Məqalə müəllifləri termal və mineral sulara dair çoxsaylı elmi-publisistik yazılarında bütün bu suların yerləşdiyi ərazilərə dair xəritələrin nəşr edilməsinə önəm vermirlər. Halbuki xarici ölkələrdə bütün müalicə və istirahət mərkəzlərinin xəritə sxemlərinin geniş tirajla çap edilməsi xüsusi əhəmiyyət daşıyır. Belə xəritə sxemlərdə turist məkanının özü və ətraf ərazilər haqqında geniş məlumat verilir.

Təəssüfləndirici haldır ki, respublikamızın Lənkəran kimi turist zonasının şəfa mərkəzləri haqqında nədənsə bugünədək özündə ətraflı məlumatları birləşdirən bukletlər çap olunmamışdır. Belə bukletlər buraxılmalı və istirahətə gələn hər bir vətəndaşa təqdim edilməlidir.

Məqalənin nəşrə hazırlanması ərəfəsində Avropadan Bakıya qonaq gəlmiş dostumuz, ixtisasca həkim olan professor söylədiklərimizə istinadən bildirdi ki, siz dünyanın ən zəngin insanlarısınız: “Çünki belə zəngin resurslarınız var. Dünyada hazırda özünüzün neftiniz və təbii qazınızla məşhursunuz. Ancaq bir neçə ildən sonra özünüzün tükənməz sərvəti olan termal və mineral sulardan səmərəli istifadə etməklə də şöhrət qazana bilərsiniz”.

Qonaq bizimlə birlikdə milyonlarla insana səfa verə biləcək Lənkəranın termal sularının çox qisminin istifadə edilmədən Xəzərə axıdılması əleyhinə olduğunu bildirdi.

Lənkəran rayonunda turistlər və istirahət edənlər üçün ekskursiyalar təşkil etməklə də rayon büdcəsinə çox böyük gəlir gətirmək olar. Xəzərin sahilində yerləşən Talış dağlarının çox qiymətli ağac növləri ilə zəngin meşələrinə, sürətlə inkişaf etməkdə olan çayçılıq və çay emalı müəssisələrinə, subtropik meyvə bağlarına, tarixi, dini abidələrinə, Xəzər dənizinin rayonun cənubunda yerləşən çimərliklərinə gəzintilər turistləri valeh edər. Bakı şəhərinə, İran və Yaxın Şərq ölkələrinə, Rusiyaya, Qazaxıstana, Türkmənistana Xəzər dənizi vasitəsilə turlar təşkil etməklə Lənkəranı yaxın illərdə Azərbaycanın əsas istirahət və müalicə mərkəzindən birinə çevirmək mümkündür.

Sonda onu da qeyd etmək istərdik ki, Lənkəranda mövcud mineral suların debiti bir sutka ərzində 20 milyon litrə bərabərdir. Azərbaycanın heç bir bölgəsində bu qədər debiti olan termal və mineral sular yoxdur. Odur ki, həmin termal və mineral su resurslarından tam və səmərəli istifadə edilməsi vacib bir məsələ kimi gündəmə gətirilməlidir.

Bakı Dövlət Universitetinin professorları

Azərbaycan termal suları

İnsanlar şəfa tapmaq üçün termal mənbələrdən, şəfalı sulardan və təbiətdən hər zaman istifadə etməyə çalışıblar. Bu səbəbdən sağlamlıq turizmində “Termal Turizm” başlığı meydana gəlib. Termal sağlamlıq müəssisələrində reabilitasiyadan xronik xəstəliklərin müalicəsinə qədər müxtəlif tibbi xidmətlər həyata keçirilir.

Aztibb.az müalicəvi termal bulaqlarımız, eləcə də bu bulaqların sağlamlıq turizmi potensialı haqqında növbəti yazını təqdim edir.

Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün termal sular geniş imkanlar açır. Təəssüf ki, termal bulaqlarımızın sayı bugünə qədər dəqiq müəyyən edilməyib.

Müalicəvi mineral sular, palçıq vulkanı və nefti ilə zəngin ölkəmizdə termal sular daha çox Abşeron, Böyük Qafqaz və Talış zonalarında yerləşir.

Termal bulaqların fiziki-kimyəvi və mikrobioloji analizinin nəticələrinin təhlili göstərir ki, onlardan müalicə-sağlamlıq məqsədilə istifadə olunması mükündür. Bulaqların debitinin və temperaturunun yüksək olması, həm daxilə qəbul etməyə, həm də vanna müalicəsində geniş istifadə olunmasına şərait yaradır.

Analizlər nəticəsində bu bulaqlar zəif qələvi mühitə malik, minerallaşmış, kimyəvi tərkibinə görə hidrokarbonatlı, natriumlu, zəif sulfidli-təbii mineral müalicəvi süfrə suyu kimi təsdiq olunub.

Termal və mineral sular Azərbaycanın digər bölgələri ilə müqayisədə Lənkəran rayonunda daha çoxdur. Onlar tarixən müxtəlif alimlər – geoloqlar, hidrogeoloqlar, tibb mütəxəssisləri, kimyaçılar, tərəfindən ətraflı tədqiq olunub.

Lənkəranın termal və mineral suları Çar Rusiyası dövründə ətraflı öyrənilib. Bunun əsas səbəbi Çar Rusiyası dövründə Azərbaycan ərazisində xidmət edən rus əsgərlərinin istirahəti və müalicəsi üçün onlardan xüsusi istifadə edilməsi olub.

Digər tərəfdən, bu ərazilərin füsunkar təbiəti, onun Xəzər dənizinin ətrafında yerləşməsi, İran və digər Yaxın Şərq ölkələrinə yaxınlığı, həm də çoxsaylı termal və mineral suları buraya diqqəti daim artırıb.

Lənkəran rayonunda “Meşəsu” (550 min litr/gün) və “İbadsu” (550 min litr/gün) termal suları bir çox xəstəliklərin (dəri-zöhrəvi, ürək-damar sistemi və s.) müalicəsində istifadə edilir.

Meşə su termal suyu Lənkərandan 12 kilometr şimal-qərbdə Qamaru çayı yatağında, dəniz səviyyəsindən 55 metr yüksəklikdə yerləşir, bulağın bir-birindən 80 metr aralıda 13 çıxışının vardır.

Qavzaur termal suyu Lənkərandan 14 kilometr şimal-qərbdə Qavzaur çayının sağ sahilində yerləşir. Suyun hərarəti 420 °C olub, debiti 129 600 litr/gün təşkil edir. Mövsüm ərzində burada 2500 xəstə şəfa tapır.

Azərbaycanın Şimal zonasında isə azot və kükürdlü oksigen xassəli termal və soyuq suların çıxıntısı müşahidə olunur. Bunların içində ən qiymətliləri Xaltan, Jimi və Həşim suları (Quba rayonu), Çuxuryurd sulları (Şamaxı rayonu), Bum və Xalxal sularıdır (Qəbələ rayonu).

Xaltan termal bulağının müalicə məqsədilə istifadəsi üçün suyu həm daxilə qəbul etmək, həm də vanna qəbul etməklə bir çox xəstəliklərin müalicəsi və sağlamlığın bərpa olunmasında istifadə etmək olar. Suyun mikrobioloji analizinin nəticələrinə görə bakteriya və digər mikro orqanizmlərin normadan az olması müalicəvi süfrə suyu kimi istifadə olunmasına imkan verir.

Xaltan bulağının suyunun vanna şəklində qəbul edilməsi oynaq və dayaq aparatı, ürək-damar sistemi və əsəb, qadın və ginekoloji xəstəliklərin müalicəsi üçün effektivdir. Xaltan bulaqlarının xarici analoqlarının təhlili göstərir ki, onların bazasında müasir sanatoriya-kurort kompleksləri təşkil olunub. Xüsusilə Şimali Qafqaz və Ukraynanın Krım vilayətində qeyd olunan tərkibdə olan termal mənbələrin bazasında müasir sanatoriyalar tikilib.

Naxçıvan bölgəsində Darıdağ mineral suyu termal sular qrupuna daxildir, belə ki bu su yer səthinə 53-57 °C temperatur halında çıxır.

Culfa rayonu ərazisində Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Ürək-damar xəstələri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri, kinekoloji və.s xəstələr bu suyun vannasını qəbul etməklə müalicə olunurlar.

Respublikamızda yüksək temperaturlu mineral sulardan Qoturlu (64°), Donuzütən (64°, Masallı rayonu), İstisu (62°-yə Kəlbəcər rayonu) xüsusilə tanınır.

Kəlbəcər rayonunda çox sayda termal su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu və Turşsudur.

Zonanın bütün termal suları kimyəvi tərkibinə görə karbonqazlı, sulfat-xlorid-hidrokarbonat-natriumludur, bu da Kəlbəcər rayonunun termal sularının formalaşma şəraitinin eyni olduğuna dəlalət edir. Termal suların qaz faktoru çox yüksəkdir, təbii çıxışlarda və quyuların suyunda qaz tamamilə karbon qazından ibarətdir. Suların keyfiyyəti temperaturdan asılı olaraq dəyişir. Həmin sular sinir, oynaq, ürək-damarları xəstəlikləri zamanı istifadə olunur.

Kəlbəcərin İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur.

İstisu ilə mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər. İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.

Möcüzəli şəfa mənbələrindən biri də Masallıdakı məşhur İstisudur. İstisuyun müalicəvi olmasını ötən əsrin 60-cı illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut edib. O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim buraya gələrək əlavə tədqiqat aparıb və həmvətənimizin kəşfini təsdiqləyib. Dəmbəlov dağının ətəyindən çıxan isti su ilə oynaq, mədə-bağırsaq, travmatik ağrıları və artroz kimi fəsadları aradan qaldırmaq mümkündür. Pisarioz, neyrodermit, göbələk, ekzema, böyrək və sidik yolları, habelə radikulit, prostatit, hipertoniya, qaraciyər və öd, qadın xəstəlikləri müalicə oluna bilər.

Termal bulaqlarımızı öyrənən tədqiqatçıların təəsüflə qeyd etdikləri bir məqam var. İnsanların sağlamlığını və istirahətini təmin edən termal sular istifadə edilmədən Xəzər dənizinə axıdılır. Bu kimi hallara Xaçmaz, Kürdəmir Lənkəranda və digər rayonlarda rast gəlinir. Odur ki, həmin termal və mineral su resurslarından tam və səmərəli istifadə edilməsi vacib bir məsələ kimi gündəmə gətirilməlidir.

Termal su

Termal su — yüksək temperaturlu yeraltı və bulaq suyu. Termal su temperaturu müvafiq ərazidə havanın orta illik temperaturundan yüksək olan — nisbi (temperaturu 20° C-dən az olan soyuq sular da bu növ suları təşkil edə bilər) və temperaturu 20–37° C (Yer kürəsində havanın orta maksimal temperaturundan çox və insan bədəninin normal temperaturundan yüksək) olan — mütləq növlərə ayrılır. Yeraltı suların temperatur rejimi Yerin daxili — endogen və müvafiq ərazinin iqlim xüsusiyyətindən asılı olan ekzogen istiliklə əlaqədardır. Müasir vulkanizm əyalətlərində bu sular buxar və ya qaynar bulaq — geyzer şəklində yer səthinə çıxır. Belə suların minerallaşma dərəcəsi az, qələviliyi isə yüksək olur. İon tərkibində Na üstünlük təşkil edir. Termal su bəzi növləri akroterm (akratoterm) adlanır; qaz tərkibinə görə əsasən azotlu olur. Lakin karbon qazlı, metanlı və hidrogen-sulfidli termlərə də rast gəlinir. Azotlu termlər üç əsas növə ayrılır: 1. Qranit massivlərinin çatlarında yayılmış, minerallaşma dərəcəsi adətən 0,3 q/l-dən az olan silisiumlu, yüksək miqdarda radon və bəzi mikroelementlərin iştirakı ilə səciyyələnən term; 2. Tufogen qatlarda, şist və qumdaşlarda yayılmış və hidrogen-sulfidin iştirakı ilə səciyyələnən term; 3. Karbonatlı (əhəngdaşı, dolomit və b.) süxurlarda yayılmış, yüksək minerallaşma dərəcəli term.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

September 29, 2021
Ən son məqalələr

İnfanta Mariya Jozefina

İnfanta Mariya Luiza

İnfanta Mariya de la Paz

İnferno (film, 1999)

İnfitar surəsi

İnfiltrasiya

İnfilyasiya

İnk İmperiyası

İnkar

İnkarnat qonaqotu

Ən çox oxunan

Mil-Muğan iqtisadi rayonu

Mil-Beyləqan FK

Mil Mi-10

Mil Mi-28

Mil Mi-2

termal, məqalə, qaralama, halındadır, lütfən, məqaləni, ümumvikipediya, redaktə, qaydalarına, uyğun, şəkildə, tərtib, edin, əgər, mümkündürsə, daha, dəqiq, şablondan, istifadə, edin, yüksək, temperaturlu, yeraltı, bulaq, suyu, temperaturu, müvafiq, ərazidə, ha. Bu meqale qaralama halindadir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Eger mumkundurse daha deqiq bir sablondan istifade edin Termal su yuksek temperaturlu yeralti ve bulaq suyu Termal su temperaturu muvafiq erazide havanin orta illik temperaturundan yuksek olan nisbi temperaturu 20 C den az olan soyuq sular da bu nov sulari teskil ede biler ve temperaturu 20 37 C Yer kuresinde havanin orta maksimal temperaturundan cox ve insan bedeninin normal temperaturundan yuksek olan mutleq novlere ayrilir Yeralti sularin temperatur rejimi Yerin daxili endogen ve muvafiq erazinin iqlim xususiyyetinden asili olan ekzogen istilikle elaqedardir Muasir vulkanizm eyaletlerinde bu sular buxar ve ya qaynar bulaq geyzer seklinde yer sethine cixir Bele sularin minerallasma derecesi az qeleviliyi ise yuksek olur Ion terkibinde Na ustunluk teskil edir Termal su bezi novleri akroterm akratoterm adlanir qaz terkibine gore esasen azotlu olur Lakin karbon qazli metanli ve hidrogen sulfidli termlere de rast gelinir Azotlu termler uc esas nove ayrilir 1 Qranit massivlerinin catlarinda yayilmis minerallasma derecesi adeten 0 3 q l den az olan silisiumlu yuksek miqdarda radon ve bezi mikroelementlerin istiraki ile seciyyelenen term 2 Tufogen qatlarda sist ve qumdaslarda yayilmis ve hidrogen sulfidin istiraki ile seciyyelenen term 3 Karbonatli ehengdasi dolomit ve b suxurlarda yayilmis yuksek minerallasma dereceli term Menbe RedakteGeologiya terminlerinin izahli lugeti Baki Nafta Press 2006 679 Menbe https az wikipedia org w index php title Termal su amp oldid 6051867, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Похожие статьи

  • Azərbaycan tarixi 6 cild

    Azərbaycan tarixi 6 cild Xarici tarixçi alimlər və orta əsr səyyahlar yanlışlığa yol verərək, əksər hallarda Dərbənddən İran körfəzinə qədər torpaqları…

  • Azərbaycan tarixi mehman

    Azərbaycan tarixi mehman 2016 -ci ildə avqustun 28-də axşam saatlarında Mehman Hüseynov NİDA hərəkatının üzvlərilə birgə 1 saat Sabunçu rayon polisində…

  • Azərbaycan mifaloji mətinləri

    Azərbaycanın milli yeməkləri. Azərbaycan mətbəxinin populyar reseptləri Azərbaycan üslubunda ətli kutablar quzu ətindən hazırlanır, buna görə isti…

  • Azərbaycan iii-ix əsrlərdə

    Azərbaycan iii-ix əsrlərdə Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada,…

  • Azərbaycan tarixi akademik nəşr 1ci cild

    Azərbaycan tarixi akademik nəşr 1ci cild Aryailər əfv edici, isti, qonaqpərvər insanlardır və getdikləri hər yerdə dostluq, elm və sevgi toxumu əkirlər….

Comments are closed, but trackbacks and pingbacks are open.