Press "Enter" to skip to content

Azərbaycan türkiyə münasibətləri

“Türkiyə-Azərbaycan birliyi əbədidir” söyləyən Malik Həsənov dövlətimizin başçısı İlham Əliyevin Şuşada türkiyəli həmkarına “Doğma Vətəninizə xoş gəlmisiniz!” müraciətinin bir daha bu birliyin daimiliyinin, ən əsası ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamının reallığa əsaslandığının dünyaya təqdimatı oldu: “Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının tələblərinə uyğun olaraq sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti də qardaş ölkənin bölgədə rolunun, birliyimizin təsdiqidir. Şuşa Bəyannaməsində iki ölkə arasında müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi, Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinin xüsusi yer alması uğurlu gələcəkdən xəbər verir”.

Azərbaycan-Türkiyə münasibətləri: “Bir millət, iki dövlət” fəlsəfəsi əsasında sürətlə inkişaf edən əlaqələr

1992-ci il yanvarın 14-də Azərbaycan ilə Türkiyə arasında diplomatik əlaqələr yaradılıb. Bu gün 30 ili tamam olan bu münasibətlər ötən müddət ərzində möhtəşəm inkişaf yolu keçib. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, bir-birini hər zaman ən yüksək səviyyədə dəstəkləyən ölkələr yoxdur.

AZƏRTAC dost və qardaş ölkələrimiz arasında münasibətlərin inkişaf tarixinin bəzi məqamlarına nəzər salır.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqillik aktı qəbul edildi. Bundan qısa müddət sonra, yəni, noyabrın 9-da qardaş Türkiyə Azərbaycanı müstəqil ölkə kimi tanıdığını bəyan etdi. Beləliklə, Türkiyə həm də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə kimi tarixə düşdü. İki ölkə arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı.

Qardaş Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin Prezidentlik dövründə daim diqqət mərkəzində saxlanıldı, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq bağları daha da möhkəmləndirildi. Ümummilli lider Heydər Əliyev ilə Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl arasındakı dostluq münasibətləri qardaş xalqlarımızın daha da yaxınlaşmasında, ölkələrimizin beynəlxalq arenalardakı mövqelərinin daha da möhkəmlənməsində önəmli rol oynadı.

Ulu Öndər ilə bağlı xatirələrini bölüşən Süleyman Dəmirəl deyirdi: “Mən dostum və qardaşım olmuş bu dahi şəxsiyyətlə birlikdə çalışdığım üçün qürur duyuram”. Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələri ilə yanaşı, türk dünyası ölkələri arasında əlaqələrin inkişafında da danılmaz xidmətləri var.

İlham Əliyevin prezidentlik dövründə də qardaş Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi saxlanıldı. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunması işinə xidmət edir. 2014-cü il aprelin 26-da Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Sammitində Ermənistan prezidentinin qardaş Türkiyəyə qarşı əsassız iddialarına Prezident İlham Əliyevin “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” cavabını verməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biridir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini dəstəkləyir və birgə fəaliyyət göstərirlər.

Qardaş ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində 2010-cu ildə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası xüsusi əhəmiyyət daşıdı.

Bu gün Azərbaycan və Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir. Məhz bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib.

İkitərəfli əməkdaşlığın bütün istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, hərbi, mədəni, humanitar, idman sahələrin mövcud olan yüksəksəviyyəli əməkdaşlıq qardaş ölkələrimizin, həmçinin dost dövlətlərimizin maraqlarına da xidmət edir. Artıq Azərbaycan-Türkiyə əlaqələri müxtəlif üçtərəfli əməkdaşlıq formatları ilə daha da möhkəmləndirilir.

Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-Pakistan və Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli əməkdaşlıq formatları da regional sabitlik, sülh və rifahı təmin edəcək əhəmiyyətli mexanizmlər hesab olunur.

44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.

Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.

Bu gün fəxrlə deyə bilərik ki, Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb. Əminliklə deyə bilərik ki, xalqlarımızın böyük qürur duyduqları Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillər tərəfindən də davam etdiriləcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan türkiyə münasibətləri

Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir

Ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsi regional tərəqqiyə mühüm töhfələr verir

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Çünki Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sferada əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Son günlər bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Söhbət energetika sahəsində ölkələrimiz arasında artıq bütün əsas detalları razılaşdırılmış yeni qaz müqaviləsindən gedir. Xatırladaq ki, keçən ay Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Hazırda konkret texniki işlər aparılır və müvafiq saziş artıq imzalanmaq üçün hazırlanır. Sözügedən sazişin isə Prezident İlham Əliyevin iyunun 7-8-də Türkiyəyə səfəri zamanı imzalanması nəzərdə tutulur.

Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı məşhur “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bütün bunlar isə ölkələrimizin energetika sahəsində möhkəmlənən əlaqələrinin qlobal enerji təhlükəsizliyinin təminatına da yeni mühüm töhfələr bəxş edəcəyindən xəbər verir. Bu günə qədər isə ölkələrimizin birgə həyata keçirdiyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi hazırda Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.

Perspektivdə isə Azərbaycan və Türkiyənin iqtisadi sahədə münasibətlərini daha da möhkəmləndirəcək əsas məqamlardan biri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi olacaq. Hazırda tikintisi davam edən bu dəmir yolunun həm də Naxçıvana kimi uzadılması nəzərdə tutulur. Bu isə Naxçıvanın mərkəzlə kommunikasiya əlaqələrində yeni mərhələnin başlanması, muxtar respublikanın iqtisadi cəhətdən daha da güclənəcəyi deməkdir. Hazırada Naxçıvanın həm iqtisadi sferada sürətlə inkişaf etməsində, həm də təhlükəsizliyinin təmin olunmasında qardaş Türkiyə böyük rol oynayır. Artıq gələn ayın 17-dən etibarən, Naxçıvana hava yolu ilə daşınmalara başlanacaq. Ölkəmizdə səfərdə olarkən bu məsələyə münasibət bildirən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bununla əlaqədar qeyd etmişdir: “Bildiyiniz kimi, iyunun 17-də hava yolu ilə daşınmalara başlayacağıq və böyük ehtimalla xarici işlər nazirlərimiz, inşallah, açılış mərasimində iştirak edəcəklər. Türk hava yolları həftədə 3 dəfə İstanbuldan Naxçıvana səfərlər həyata keçirəcəkdir”.

Yeri gəlmişkən qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıracaq bir sıra məqamlar üzrə də mühüm razılıqlar əldə olunub. Onlardan xüsusi qeyd olunması vacib sayılanlardan biri yüksək səviyyədə strateji əməkdaşlıq şurasının qurulması istiqamətində verilən qərardır. Belə bir şuranın qurulması üçün lazımi işlər görülür və istisna edilmir ki, Prezident İlham Əliyevin iyunun 7-8-də Türkiyəyə səfəri zamanı sözügedən qurumun yaradılması ilə bağlı müvafiq sənəd imzalanacaq. Şübhəsiz ki, bu, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığı daha da gücləndirən ən mühüm addımlardan biri olacaq.

Azərbaycan ərazilərinin artıq 20 ilə yaxın müddətdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına etiraz əlaməti olaraq bu ölkə ilə sərhədlərini bağlamış Türkiyə hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də xüsusi fəallıq göstərir, bu məsələdə ölkəmizin ədalətli mövqeyinə tam dəstək verir. Ölkəmizdə rəsmi səfərdə olarkən Türkiyənin Baş naziri bir daha təsdiq etdi ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadan İsveçrədə imzalanan, Ermənistanla münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarının parlamentdə ratifikasiyası mümkün deyil: “İsveçrədə Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi adlandırdığımız anlaşmaların imzalanması hazırda məhz Ermənistan tərəfindən dondurulmuş vəziyyətdədir. Bizdə isə bu iş bildiyiniz kimi, parlamentə həvalə edilmişdir. Ancaq bizim parlamentə həvalə edilmiş bu normallaşma prosesi istiqamətindəki protokolla əlaqədar çox açıq və dəqiq bir ifadəmiz vardır. O da nədir?! Dedik ki, bu Dağlıq Qarabağ mövzusu, rayonlar məsələsi Ermənistan-Azərbaycan arasındakı problem öz həllini tapmadan Türkiyə Böyük Millət Məclisindən müsbət bir qərarın çıxması mümkün deyildir. Bu, çox açıq və dəqiq surətdə göz qabağındadır. Bunu Minsk qrupu həmsədrlərinin üçünə də söylədik, izah etdik”.

Hazırda isə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirməyən və beləliklə, həm də Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərən Ermənistan yenə də region dövlətləri ilə mehriban qonşuluq prınsipləri ilə yaşamaq niyyətindən uzaq olduğunu nümayiş etdirir. Bununla işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupuna da etinasız yanaşdığını göstərir. Çünki ATƏT-in Minsk qrupunun münaqişə tərəflərinə təqdim etdiyi yenilənmiş Madrid prinsiplərinə indiyə qədər məhz Ermənistan münasibət bildirmir. Halbuki Azərbaycan prinsip etibarilə, çox kiçik istisnalarla bu təklifi qəbul etdiyini bildirib. Lakin yenilənmiş Madrid prinsiplərinin tərəflərə təqdim olunmasından təxminən 6 ay vaxt keçsə də, Ermənistan buna heç bir cavab verməyib. Prezident İlham Əliyev isə belə vəziyyətdə Azərbaycanın konkret, qətiyyətli mövqeyini ortaya qoyur: “Ermənistan tərəfi öz mövqeyini bildirməlidir. Ya Rusiya, Fransa, Amerika tərəfindən verilmiş təklifə müsbət cavab verəcək və o təqdirdə biz məsələnin həllinə yaxınlaşacağıq. Ya da ki, mənfi cavab veriləcək və beləliklə, danışıqlar prosesi pozulacaq və Ermənistan ilə Azərbaycan arasında yeni dövr başlaya bilər. Əgər Ermənistan tərəfi verilən təklifə müsbət cavab verərsə və bunun əsasında Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin çıxması prosesi başlanarsa, Azərbaycan, təbii ki, Ermənistanla bütün sərhədləri açacaqdır. Bütün kommunikasiyalar açılacaqdır və beləliklə, bölgədə tammiqyaslı sülh və təhlükəsizlik tədbirləri təmin oluna bilər”.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri çərçivəsində yaddaqalan və dövlətlərimiz arasında əlaqələrin inkişafına mənəvi bir töhfə sayılacaq məqamlardan biri də, heç şübhəsiz ki, Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsinin açılışı oldu. Abidənin ucaldıldığı yer bilavasitə Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olub. Məhz Azərbaycan Prezidentinin bu diqqəti nəticəsində sözügedən möhtəşəm abidə paytaxtımızın mərkəzində, Bakının tarixi yerində, Türkiyə səfirliyinin yaxınlığında ucaldılıb.

“Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” – deyən Atatürkün ölkəmizdə möhtəşəm abidəsinin ucaldılmasını Prezident İlham Əliyev yüksək qiymətləndirərək bunun ölkəmizin tarixinə bayram günü kimi yazılacağını da bildirmişdir: “Böyük Atatürkün abidəsinin Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində ucaldılması bugünkü günü tariximizə bayram günü kimi yazacaqdır. Bu, Türkiyə-Azərbaycan dostluğunun bayramıdır, birliyin bayramıdır. Bu, böyük öndərin xatirəsinə Azərbaycan xalqının qəlbindəki duyğuların ifadəsidir”.

Azərbaycan paytaxtında belə bir abidənin ucaldılmasından son dərəcə məmnun olan Baş nazir Rəcəb Tayyib Ərdoğan isə bir daha qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələrinin bənzərsiz mahiyyəti var: “Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari – bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.

Bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

Azərbaycan.- 2010.- 19 may.- S. � 1.

Azərbaycan türkiyə münasibətləri

“15 İyun- Milli Qurtuluş Günündə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada yeni tarix yazıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada rəsmi qarşılanması, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanması bir daha tarixi köklərə, möhkəm təmələ əsaslanan Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının keçdiyi inkişaf yoluna nəzər salmağı zərurətə çevirir. Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair sənəd müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Şuşa Bəyannaməsində ötən illər ərzində müxtəlif sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə münasibətlərinin perspektivləri öz əksini tapıb. Türkiyə Prezidenti 10 dekabr 2020-ci il Zəfər Paradında iştirak etmək üçün ölkəmizə səfəri zamanı imzalanan sənədlər fonunda “Atılacaq daha çox imzalar var” bəyan etmişdir. Şuşa Bəyannaməsi məhz bunun bariz nümunəsi oldu. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinə xidmət edən Şuşa Bəyannaməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində yol xəritəsi, gələcək işbirliyin təminatıdır”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu: “44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi iki dost, qardaş ölkənin birliyinin dünyaya təqdimatında əhəmiyyətli rol oynadı. İlk gündən Azərbaycanın tək olmadığını bəyan edən Türkiyə Prezidenti sonadək mənəvi və siyasi dəstəyini göstərdi. Azərbaycan dövləti bu dəstəyi daim yüksək qiymətləndirir. Birliyimiz tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz və maraqlarımız, xalqlarımızın qardaşlığı əsasında daha da möhkəmlənərək, bu fikrin böyük inamla qeyd edilməsinə əsas verir ki, Azərbaycan və Türkiyə yalnız dost deyil, qardaş olkədir. Məhz bu qardaşlıq fonunda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırlması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi imzalanan Şuşa Bəyyannaməsində öz əksini tapır”.

Millət vəkili vurğulayıb ki, Şuşada yaşanan tarixi gün bütün türk dünyasında maraq doğurur, verilən mesajlar dünyaya səs salacaq: “Azərbaycan-Türkiyə birliyi hədəflərə yüksək səviyyədə nail olmaq gücündədir. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları da birliyin təqdimatıdır. Rəsmi Ankara daim ən yüksək tribunalardan Ermənistanın işğalçılıq siyasətindən bəhs edərək dünyaya ədalətin bərpası, ikili siyasətə son qoyulması ilə bağlı çağırışlar etdi. 44 günlük Vətən müharibəsində qardaş ölkənin mənəvi və siyasi dəstəyi ilə 30 ilin işğalına son qoyuldu. Artıq yeni dövrə qədəm qoyulub. Türkiyə Prezidentini Füzulidə qarşılayan dövlətimizin başçısı İlham Əliyev Şuşaya gedərkən mənfur düşmənin ərazilərimizdə nə kimi vəhşiliklər törətdiyini göstərərək bu gün bu ərazilərin bərpası istiqamətində konkret strategiyanın həyata keçirildiyini bildirdi. Türkiyə şirkətlərinin bu prosesdə fəal iştirakı əsl dost, qardaş dəstəyidir”.

“Türkiyə-Azərbaycan birliyi əbədidir” söyləyən Malik Həsənov dövlətimizin başçısı İlham Əliyevin Şuşada türkiyəli həmkarına “Doğma Vətəninizə xoş gəlmisiniz!” müraciətinin bir daha bu birliyin daimiliyinin, ən əsası ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamının reallığa əsaslandığının dünyaya təqdimatı oldu: “Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının tələblərinə uyğun olaraq sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti də qardaş ölkənin bölgədə rolunun, birliyimizin təsdiqidir. Şuşa Bəyannaməsində iki ölkə arasında müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi, Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı məsələlərinin xüsusi yer alması uğurlu gələcəkdən xəbər verir”.

Müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu nəzərə alaraq Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsinin, ümumi problemlər qarşısında birlikdə addımların atılmasının və ardıcıl həmrəylik göstərilməsinin, milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsinin vacibliyindən də geniş bəhs edən millət vəkili Şuşa Bəyannaməsində əksini tapan müddəaların hər birinin təkcə iki qardaş ölkə deyil, ümumilikdə regionun gələcək inkişafı ilə bağlı olduğunu bildirib.

M.Həsənov dünyaya səs salacaq Şuşa Bəyannaməsi əsasında bu reallığa da diqqət yönəldib ki, bugünədək iki ölkə arasında 250-dən çox sənəd imzalanıb: “Bu sənədlər müxtəlif sahələri əhatə edir. İki qardaş ölkənin siyasi iradəsi və qətiyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, çoxtərəfli əməkdaşlığın nümunəsi olan Cənub Qaz Dəhlizi, onun əsas seqmentləri olan TANAP və TAP layihələrinin reallığa çevrilməsi təkcə iki ölkə deyil, bütün bölgə və dünya üçün əhəmiyyətlidir. Qarşıdakı illərdə bu birliyin nəticəsində reallığa çevriləcək enerji və nəqliyyat layihələri daha geniş coğrafiyanı əhatə edərək, ölkələr, xalqlar arasında dostluq körpüsünün möhkəmlənməsinə böyük töhfələr verəcək”.

Похожие статьи

  • Azərbaycan və gürcüstan münasibətləri

    AZƏRBAYCAN-GÜRCÜSTAN ƏLAQƏLƏRİ DOSTLUQ VƏ MEHRİBAN QONŞULUQ MÜNASİBƏTLƏRİ HƏDDİNDƏDİR Xatırladaq ki, təməlqoyma mərasimlərində jurnalistlərə açıqlama…

  • Azərbaycan türkiyə ticarət

    Azərbaycan-Türkiyə ticarət münasibətlərinin daha da inkişafı müzakirə edilib (FOTO) Türkiyə prezidenti deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi…

  • Azərbaycan respublikasinin xarici əlaqələri

    Azərbaycan respublikasinin xarici əlaqələri Yuxarıda qeyd edilənləri ümumiləşdirərək deyə bilərik ki, beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və…

  • Azərbaycan və çin münasibətləri

    Azərbaycan və çin münasibətləri İkitərəfli siyasi münasibətlər: İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da…

  • Azərbaycan və rusiya münasibətləri

    Səfir Rusiya-Azərbaycan münasibətlərindən danışdı Azərbaycan və Rusiya arasında humanitar və mədəni əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun rolu…

Comments are closed, but trackbacks and pingbacks are open.