Azərbaycan-Türkiyə ticarət münasibətlərinin daha da inkişafı müzakirə edilib (FOTO)
Türkiyə prezidenti deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 25 faiz artaraq 4.4 milyard dollara çatıb.
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992-ci il tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993 tarixindən isə qüvvəyə minmişdir.
İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur.
Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər arasında iqtisadi aspekti olan sahələr üzrə əməkdaşlığı əhatə edən və 1996-cı ildə təsis edilən Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın rolunu xüsusilə vurğulamaq olar. Hazırda Azərbaycan tərəfindən Komissiyanın həmsədri Baş nazir Əli Əsədov, Türkiyə tərəfindən həmsədr isə Vitse-Prezident Fuat Oktaydır. Komissiyanın 19.02.2021 tarixində Ankara şəhərində AR Baş naziri Əli Əsədovun və TR Vitse-Prezidenti Fuat Oktayın həmsədrliyi ilə keçirilən 9-cu iclasında bir sıra vacib məsələləri əhatə edən yeni Fəaliyyət Planı qəbul edilmişdir. Hazırda bu Fəaliyyət Planının müddəalarının icrası istiqamətində müvafiq işlər görülür.
Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. 1995-2021-ci illər ərzində Türkiyədən Azərbaycana cəlb edilmiş birbaşa investisiyaların həcmi 13,3 milyard ABŞ dolları təşkil etmişdir (10,4 milyard ABŞ dolları neft sektoruna, 2,9 milyard ABŞ dolları (1-ci yer) qeyri-neft sektoruna). Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, yüngül sənaye (tekstil), səhiyyə kimi sahələrdə fəaliyyət göstərir.
Azərbaycan da Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir və son zamanlar bu investisiyalarda mühüm artım müşahidə olunur. Belə ki, hazırda Türkiyədə Azərbaycan sərmayəli 2000-ə yaxın şirkət fəaliyyət göstərir. 1995-2021-ci illər ərzində Azərbaycandan Türkiyəyə yatırılan birbaşa investisiyaların həcmi 20,3 milyard ABŞ dolları olmuşdur (17.1 milyard ABŞ dolları neft-kimya sektoruna, 3,2 milyard ABŞ dolları qeyri-neft sektoruna). Sadəcə SOCAR-ın 2018-ci ilin sentyabr ayında 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını tamamlayaraq istifadəyə verdiyi “Star” neft emalı zavodu Türkiyəyə birdəfəlik yatırılan ən böyük investisiya hesab olunur. Ümumilikdə, Türkiyədə investisiya qoyan Azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir.
Türkiyə və Azərbaycan arasındakı ticarət davamlı artmaqdadır. Türkiyə Azərbaycanın həm idxalda, həm ixracda, həm də ikitərəfli dövriyyədə 2-ci əsas ticarət tərəfdaşıdır. 2021-ci ildə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 4.661,85 mln. ABŞ dolları (12,06%), o cümlədən idxalın həcmi 1.843,71 mln. ABŞ dolları (18,00%), ixracın həcmi 2.818,14 mln. ABŞ dolları (8,48%) təşkil etmişdir. Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 4797 Türkiyə şirkəti qeydiyyatdan keçmişdir. Türkiyə şirkətləri həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də aktiv şəkildə fəaliyyət göstərməkdədir. Hazırda həmin ərazilərdə müxtəlif istiqamətlər üzrə 107 layihə Türkiyə şirkətləri tərəfindən həyata keçirilməkdədir.
Son illər Türkiyə ilə Azərbaycan arasında ticarətin asanlaşdırılması və həcminin artırılması istiqamətində də vacib addımlar atılır. Belə ki, 2020-ci il fevralın 25-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” imzalanmış, saziş çərçivəsində hər iki tərəfdən güzəşt tətbiq ediləcək 15 mal mövqeyi (kənd təsərrüfatı və emalı məhsulları) və bu mallar üzrə illik tarif kvotaları razılaşdırılmışdır. Bu məhsullar üzrə idxal gömrük rüsumları illik tarif kvotaları çərçivəsində 0%-ə endirilmişdir. Preferensial Ticarət Sazişi 01.03.2021 tarixindən qüvvəyə minmişdir.
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı ikitərəfli məsələlərlə yanaşı, regional iqtisadi əməkdaşlıq sahələrini də əhatə edir. İki dövlətin birgə həyata keçirdikləri fəaliyyətin nəticə olaraq, beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr ərsəyə gəlmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP), Trans-Adriatik boru xətti (TAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) layihələri bu baxımdan ən ümdə nümunələrdir.
BTC layihəsinin reallaşması istiqamətində mühüm addım kimi 29 oktyabr 1998-ci il tarixində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri arasında “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinin tikintisi ilə bağlı imzalanmış “Ankara Bəyannaməsi”, 18 noyabr 1999-cu il tarixində isə ATƏT-in İstanbul zirvə toplantısında “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair” imzalanmış Sazişi göstərmək olar. 13 iyul 2006 tarixində Türkiyənin Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir. BTC kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri də iki ölkə arasındakı regional xarakterli ən mühüm layihələrdən biridir. 2007-ci ildən etibarən bu xətt ilə Türkiyəyə qaz nəqlinə başlanmışdır. BTC əsas ixrac boru kəmərinin fəaliyyətə başlaması, BTƏ qaz boru kəmərinin istismara verilməsi və bununla da, Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı əldə etməsi ölkələrimizin imkanlarını daha da genişləndirmişdir.
İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli təşəbbüs Cənub Qaz Koridorunun mühüm komponentlərindən olan TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatının diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanmışdır. Əvvəldə illik 16 milyard kubmetr (bunun 6 milyard kubmetrini Türkiyə alır) təşkil edəcək qaz nəqlinin həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi mümkündür. 1850 kilometrlik TANAP xətti 2019-cu ilin sonlarından etibarən Cənub Qaz Koridorunun digər mühüm komponenti olan Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliya üzərindən Avropaya çatdırılır.
- Azərbaycan-Türkiyə iqtisadi əlaqələri
- Made in Azerbaijan catalogue
- Azpromo investments catalogue
Azərbaycan-Türkiyə ticarət münasibətlərinin daha da inkişafı müzakirə edilib (FOTO)
Noyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Türkiyə səfiri Cahit Bağçı ilə görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, S.Mehdiyev iki qardaş ölkənin yüksələn xətlə inkişaf edən əlaqələrindən məmnunluqla söhbət açıb. Qeyd edilib ki, istər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Türkiyənin Azərbaycana güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir.
Səfər Mehdiyev onu da vurğulayıb ki, hər iki dövlət rəhbərinin siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır. Komitə sədri Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında iki ölkənin gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Bu yaxınlarda qardaş ölkəyə işgüzar səfərini xatırlayan Komitə sədri İzmir şəhərində türkiyəli həmkarı ilə keçirdiyi görüşün qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verdiyini bildirib, eləcə də səfər çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərləri arasında imzalanan sənədin ölkələrimiz arasında ticarətin asanlaşdırılması, tranzit potensialının artırılması və regional iqtisadi inteqrasiyaya yardım edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə növbəti görüşə görə təşəkkürünü bildirib, ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin, strateji müttəfiqliyinin nümunə olduğunu qeyd edib.
Türkiyə Prezidenti Erdoğan: “Azərbaycanla ticarət dövriyyəsini 2023-cü ilə qədər 15 milyard dollara qaldırmağı hədəfləyirik”
Bunun üçün Türkiyə Prezidenti Receb Tayyip Erdoğan çərşənbə axşamı günü Bakıya bir günlük səfərə gəlib.
Erdoğan səfərdən öncə Türkiyə mediasına açıqlamasında bildirib ki, Azərbaycanla ticarət dövriyyəsini 2023-cü ilə qədər 15 milyard dollara qaldırmağı hədəfləyirlər.
Türkiyə prezidenti deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 25 faiz artaraq 4.4 milyard dollara çatıb.
Türkiyə prezident ofisinin verdiyi xəbərə görə, Erdoğan bildirib ki, Türkiyə Azərbaycana 11 milyard dollarlıq sərmayə qoyub. Azərbaycanın Türkiyəyə qoyduğu sərmayə isə bu ilin sonuna 20 milyard dollara yaxınlaşacaq, – Erdoğan əlavə edib.
Azərbaycan və Türkiyə arasında güzəştli ticarət sazişinin çərşənbə axşamı günü Azərbaycan və Türkiyə arasında keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq üzrə Sammitdə imzalanması nəzərdə tutulub.
Məlumatı Türkiyənin Anadolu xəbər agentliyi yayıb.
- Türkiyənin Naxçıvanla sərhədi bağlaması: “Əhali daha çox ərzaq almağa çalışır”
- Türkiyə və Gürcüstan arasındakı siyasi mədəniyyətin fərqli rəngləri
- Türkiyə Azərbaycanın üç universitetinin diplomunu tanımır?
Çərşənbə axşamı günü, həmçinin Türkiyə Prezidenti Recep Tayyib Erdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü gözlənilir.
Prezidentlər təkbətək görüşdən sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq üzrə Sammitin 8-ci toplantısına həmsədrlik edəcəklər.
Türkiyə mediasının yazdığına görə, Azərbaycanla Türkiyə arasında müxtəlif – ticarət, idman, müdafiə və digər bir neçə sahə üzrə sazişlərin imzalanması gözlənilir.
Ərdoğanın səfərindən iki gün qabaq Türkiyə İranda kornavirusdan ölənlərin olması ilə bağlı rəsmi xəbər yayılandan sonra Azərbaycanla yeganə quru sərhədi – Naxçıvanla həmsərhəd olan Dilucu Gömrük Qapısını birtərəfli bağlayıb.
Похожие статьи
-
Azərbaycan türkiyə münasibətləri
Azərbaycan türkiyə münasibətləri “Türkiyə-Azərbaycan birliyi əbədidir” söyləyən Malik Həsənov dövlətimizin başçısı İlham Əliyevin Şuşada türkiyəli…
-
Azərbaycan və gürcüstan arasında iqtisadi əlaqələr
Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib İclasın yekununda Baş nazirlər Əli…
-
Azərbaycan xarici iqtisadi münasibətlər
Beynəlxalq iqtisadi münasibətlər Son illər isə Azərbaycandan Türkiyəyə investisiya qoyuluşlarında mühüm artım müşahidə olunmaqdadır. Belə ki, hazırda…
-
Azərbaycan hökumətinin iqtisadi siyasətinin qısa icmalı nəticə.
Azərbaycan hökumətinin iqtisadi siyasətinin qısa icmalı nəticə 2007-ci ilin yanvar-dekabr ayları ərzində İtaliya Respublikasının Azərbaycan…
-
Azərbaycan respublikasinin xarici əlaqələri
Azərbaycan respublikasinin xarici əlaqələri Yuxarıda qeyd edilənləri ümumiləşdirərək deyə bilərik ki, beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və…
Comments are closed, but trackbacks and pingbacks are open.