Press "Enter" to skip to content

Azərbaycan uşaq ədəbiyyatı nümunələrinin Türkiyə türkcəsində nəşri – gələcək uğurlara hədəflənmiş ədəbi əlaqələr – Mərziyyə Nəcəfova yazır

Məmməd Aslan

Azərbaycan Milli Elmlər Akademiyası

“Azərbaycan uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemləri” mövzusunda yaradıcılıq müşavirəsi keçirilib

Yanvarın 28-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisə və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə “Azərbaycan uşaq ədəbiyyatı: ədəbi-tarixi ənənələri və müasir problemləri” mövzusunda yaradıcılıq müşavirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Müstəqillik illərində Azərbaycan uşaq ədəbiyyatı və vəzifələrimiz” mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, Azərbaycan uşaq ədəbiyyatına həsr edilmiş yaradıcılıq müşavirəsi, hər şeydən əvvəl, ölkəmizin müstəqillik dövrünün zəruri ehtiyacından yaranıb. Bunun dövlət müstəqilliyi qazanmış Azərbaycanın vətənpərvər, milli düşüncəyə malik dünyəvi dəyərlərində əhəmiyyətini dərk edən, yeni nəslin formalaşdırılması zamanı irəli sürdüyü çağırışlar olduğunu qeyd edən akademik İsa Həbibbəyli yeni nəsil Azərbaycan uşaqlarının tərbiyəsi və təlimində Azərbaycan klassik uşaq ədəbiyyatının mühüm yer tutduğunu vurğulayıb.

Abbas Səhhət, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Süleyman Sani Axundov, Məhəmməd Tağı Sidqi, Rəşid bəy Əfəndiyev, Səməd Vurğun, Rəsul Rza, Mirvarid Dilbazi, Zeynal Xəlil, Hikmət Ziya, Mikayıl Rzaquluzadə və onlardan sonrakı ədəbi nəslin nümayəndələri, xüsusən də İlyas Tapdıq, Xanımana Əlibəyli, Məstan Günər, Zahid Xəlil və başqalarının uşaq ədəbiyyatı irsini ölkəmizdə bir neçə nəslin formalaşmasında əvəzsiz mənəvi sərvət kimi səciyyələndirən akademik müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatının yaradılması və inkişaf etdirilməsinin də ədəbi-elmi mühitimizin əsas qayğılarından, məsul vəzifələrindən biri olduğunu vurğulayıb.

Bildirilib ki, XIX əsrin sonlarında məktəblərin zəruri ehtiyacı kimi meydana çıxmış dərsliklər milli uşaq ədəbiyyatının inkişafında geniş üfüqlər açıb. Azərbaycan milli uşaq ədəbiyyatının “qızıl fond”u milli məktəblərin və dərsliklərin zəminində yaranıb inkişaf edib. Azərbaycan oxucusu milli uşaq ədəbiyyatını ilk dəfə məktəblərdə öyrənib, dərsliklərdən oxuyub. Ən yaxşı uşaq ədəbiyyatı nümunələri məktəbə, elmə, müəllimə həsr olunub.

Akademik İ.Həbibbəyli qeyd edib ki, müstəqillik dövrü Azərbaycan uşaq ədəbiyyatında da maarifçilik ruhu yaşadılmaqdadır. Şübhəsiz ki, yeni dövrün maarifçi tezisləri daha fərqli olmalı, milli dəyərləri inkişaf etdirməklə yanaşı, bəşəri dəyərlərin də balansını qoruyub saxlamağa xidmət etməlidir. Cəlbedici internet resursları ilə rəqabətdə çağdaş uşaq ədəbiyyatı daha canlı, sadə dildə yazılmalı, nəinki uşaqların ürəyinə yol tapmalı, həm də ümummilli ideyalarla zəngin olmalıdır.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək AMEA ilə Yazıçılar Birliyinin keçirdiyi yaradıcılıq müşavirəsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Xalq yazıçısı Ədəbiyyat İnstitutu ilə birgə keçirilən ilk tədbirin uşaq ədəbiyyatının problemlərinə həsr edilməsinin təqdirəlayiq olduğunu qeyd edərək millətin gələcəyi üçün təhsilin və mənəvi tərbiyənin vacibliyini diqqətə çatdırıb. Bundan qabaq isə məktəbəqədər təhsilin önəm daşıdığını nəzərə çarpdıran yazıçı bir sıra xarici ölkələrdən nümunələr göstərib və uşaqların bilikdən başqa müstəqil düşüncələrinin də önəmli olduğunu qeyd edib. AYB sədri alim və yazıçıların bilikdə çalışmalarının böyük əhəmiyyət daşıdığını xüsusi vurğulayıb, göstərilən mövzu üzrə bir sıra mükafatların təsis edilməsini məqsədəuyğun hesab edib.

Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova “Uşaq ədəbiyyatı nəşrləri: tarixi təcrübəsi və müasir vəziyyəti” mövzusunda məruzə edib. O, uşaq nəşrləri və saytlar, fantastik ədəbiyyat, xarici dillərdən və eləcə də xarici dillərə tərcümə və s. məsələlərdən ətraflı söhbət açaraq milli ideyaya və sağlam düşüncəyə malik uşaq ədəbiyyatının inkişaf perspektivləri barədə fikir və mülahizələrini bildirib.

AYB Uşaq ədəbiyyatı bölməsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə “Azərbaycan Yazıçılar Birliyi və uşaq ədəbiyyatı məsələləri” mövzusunda məruzəsində televiziya proqramlarında uşaq verilişlərinin azlığı, ibtidai sinif dərsliklərinin mətnləri, qeyri-hökumət təşkilatları və bələdiyyələr tərəfindən müəyyən nəşrlərə yardım edilməsi, həmçinin bir sıra yaradıcılıq problemlərindən danışıb.

Filologiya üzrə fəlsəfə doktoru Aynurə Xəlilova “Uşaq folkloru və müasirlik” mövzusundakı məruzəsində aqressivlik aşılayan cizgi filmləri, eləcə də uşaq folkloru antologiyasının yaradılması, Ədəbi tənqid şöbəsinin elmi işçisi Nərgiz Cabbarlı “Müasir uşaq poeziyasının yaradıcılıq axtarışları” adlı məruzəsində naşir-müəllif problemləri, elmi dəyərləndirmələrin davamlı olmasının vacibliyi və s. bu kimi məsələlər barədə fikir və mülahizələrini bildirərək uşaq əsərləri barədə ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən dəyərləndirilən münasibətlərini diqqətə çatdırıblar. Filologiya üzrə fəlsəfə doktoru Günay Qarayevanın “Çağdaş uşaq nəsri”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Son illərin uşaq dramaturgiyası” mövzularındakı məruzələrində vətənpərvərlik və qəhrəmanlıq, elm və təhsilə maraq, estetik tərbiyə və s. kimi mənəvi keyfiyyətlər aşılayan əsərlərin yazılmasına üstünlük verilməsini qeyd ediblər.

Yaradıcılıq müşavirəsində AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, filologiya elmləri doktoru Şirindil Alışanlı, uşaq mövzusunda yazan şairlərdən Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Oqtay Rza və “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov uşaq ədəbiyyatının problemləri və inkişaf perspektivləri barədə fikir və mülahizələrini bildiriblər.

Sonda akademik İ.Həbibbəyli çıxış edərək “Uşaq ədəbiyyatı” seriyasından çoxcildliyin hazırlanması və uşaq ədəbiyyatı günlərinin keçirilməsi barədə təkliflərini səsləndirib.

Azərbaycan uşaq ədəbiyyatı nümunələrinin Türkiyə türkcəsində nəşri – gələcək uğurlara hədəflənmiş ədəbi əlaqələr – Mərziyyə Nəcəfova yazır

Hər işin ilki gözəldir, məsuliyyətli və önəmlidir. Belə ilklərdən birini akademik İsa Həbibbəyli 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ilk dəfə “Azərbaycan Uşaq ədəbiyyatı” şöbəsinin yaradılmasına imza atmaqla gerçəkləşdirdi. Çıxışlarında daim belə bir şöbənin yaradılmasının nə qədər önəmli olmasını vurğuladı, uşaq ədəbiyyatına dair məsələlərin vahid mərkəzdən idarə olunmasının vacibliyini bildirdi. Gözəl təşəbbüslərdən digəri o oldu ki, bu şöbəyə rəhbərliyi İnstitutumuzun əməkdaşı, filologiya elmləri doktoru, imzasına hörmətlə yanaşdığımız Elnarə Akimovaya həvalə etdi. Onun elmi gücünə və potensialına, əzm və bacarığına güvəndi. Zaman da verilən qərarın nə qədər doğru olduğunu isbatladı.

Bu illər ərzində “Uşaq ədəbiyyatı” şöbəsi bir çox uğurlu işlərlə seçilib. Müxtəlif təqdimatlar, tədqiqatlar, yeni çıxan uşaq ədəbiyyatı nümunələrinin təhlilini verən məqalələr, birgə əməyin nəticəsi olan “Xanımana Əlibəyli” monoqrafiyası, uşaq ədəbiyyatı tarixinin öyrənilməsi istiqamətində sistemli elmi araşdırmalar şöbənin az müddətdə seçilməsinin, prosesə aktiv müdaxiləsinin əsas hərəkətverici qüvvəsi oldu. Şöbənin imza atdığı uğurlardan biri də Türkiyə ilə birgə əməkdaşlıqların qurulması, bu istiqamətdə əməli fəaliyyətlə gündəmə gəlmək olmuşdur. Hələ 2019-cu ildə Çocuk və Genc Yazarlar Birliyinin Başkanı Bican Veysel Yıldız bəyin təşkilatçılığı ilə keçirilən “6.Uluslararası çocuk ve genclik edebiyyatı sempozyumu”nda İnstitumuzun (qeyd edim ki, simpoziumun Azərbaycan təmsilçisi mənəm – M.N.), xüsusi ilə başda şöbə müdiri Elnarə xanım olmaqla “Uşaq ədədbiyyatı” şöbəsininin fəal iştirakı və qatqısı bu konfransın mükəmməl şəkildə reallaşmasına səbəb olmuşdur. Daha sonra Türkiyədə “Çocuk ədəbiyyatı” bölümünün başkanı, şair Bican Veysel Yıldız “Ədəbiyyat qəzeti”ndə baş redaktor, hörmətli Azər Turan və Elnarə Akimovanın qonağı olmuş, hər iki ölkənin uşaq ədəbiyyatı ilə bağlı maraqlı diskusiyalar aparılmışdır.

Nəhayət, yeni bir iş qoyulub meydana. Türkiyədə Azərbaycan uşaq ədəbiyyatına dair, azadlıq, istiqlal, zəfər duyğularını tərənnüm edən şeir, hekayə və pyeslərdən ibarət “Azerbaycan Çocuk Edebiyatından Seçme Eserler” kitabı çap olunub. Kitabdakı mətnlərin tərtibçisi və “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” adlı ön sözün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Kitabın hazırlanmasında türkiyəli həmkarlardan Soner Sağlam, Yaşar Sözen, Özgür Koray Yılmaz da iştirak etmiş, kitabın ərsəyə gəlməsində zəhmətlərini əsirgəməmişlər.

Bu gün çox böyük qürur hissi ilə deyə bilərik ki, dövlət başçılarımızın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlığı bu birliyimizi daha da möhkəmləndirir. Elə kitabın ön sözündə türkiyəli alim Fikret Türkmenin Bəxtiyar Vahabzadədən gətirdiyi nümunə də dostluq və bərabərliyimizin hər zaman var olacağını gözəl ifadə edir:

Bir millət, iki dövlət,

Eyni arzu, eyni niyyət,

Dinimiz bir, dilimiz bir,

Eşqimiz bir, yolumuz bir,

Elnarə Akimovanın kitaba yazdığı “Azərbaycan uşaq ədəbiyyatında məfkurə” başlıqlı dəyərli ön söz onun artıq professional uşaq ədəbiyyatı mütəxəsisi kimi formalaşmasından xəbər verir. Müəllif əvvəlcə qardaş Türkiyə ilə güclənən dostluq, əməkdaşlıq münasibətlərindən bəhs edir. Daha sonra Azərbaycan uşaq ədəbiyyatını dövrləşmə baxımından – yaranması, təşəkkülü və inkişafı istiqamətində üç əsas mərhələyə ayırır:

1) XIX əsrin sonu, XX əsrin əvvəllərində uşaq ədəbiyyatında məfkurə dalğası

2) Sovet dövrü uşaq ədəbiyyatında azərbaycançılıq

3) Müstəqillik dövrü uşaq ədəbiyyatı

Müəllif bu dövrləşdirmə sistemindən yola çıxaraq Azərbaycanda uşaq ədəbiyyatının keçdiyi yol haqqında dolğun fikir formalaşdıra bilir.

“Azerbaycan çocuk edebiyatından seçme eserler” toplusunda qeyd edildiyi kimi, şeirlər, hekayə və pyeslər toplanmışdır. Ən önəmli olan budur ki, tərtibatçı Elnarə Akimova yalnız müstəqillik illərində çıxan uşaq ədəbiyyatı nümunələri ilə kifayətlənməmiş, mövzuya daha geniş müstəvidə nəzər yetirərək XII əsrdə dahi Nizami Gəncəvinin yaratdığı uşaq ədəbiyyatı nümunələrini, daha sonra XX əsrin əvvəllərində, eləcə də sovet dövründə yaranmış vətən ruhlu uşaq mətnlərini bu topluya cəmləmişdir. “Azərbaycan himni” ilə açılan kitabda Əhməd Cavadın “Azərbaycan Bayrağına”, Əli bəy Hüseyinzadənin “Dardanel əzharı”, Cəfər Cabbarlının “Ölkəmin”, Hüseyn Cavidin “Qız məktəbində”, Almas İldırımın “Əsir Azərbaycanım”, Abdulla Şaiqin “Ana yurdum”, “Vətən yaxşıdır”, Səməd Vurğunun “”Azərbaycan”, Süleyman Rüstəmin “Təbrizim”, Rəsul Rzanın “Şuşa”, Mirvarid Dilbazinin “Azərbaycanım”, Fikrət Sadığın “Odlar yurdu”, Nigar Rəfibəylinin “Vətənim”, Bəxtiyar Vahabzadənin “Şəhidlər”, “Bayraq”, “Azərbaycan-Türkiyə”, İsa İsmayılzadənin “Vətən deyirəm”, Xanımana Əlibəylinin “Qurani-Kərim”, Teymur Elçinin “Gözəl vətən”, Xəlil Rza Ulutürkün “Azərbaycan”, Məmməd İsmayılın “Vətən”, Sabir Rüstəmxanlının “Vətən” və başqa onlarca yurda sevgi aşılayan nümunələr yer almışdır.

Bu kitabda Azərbaycanın ölkə kimi keçdiyi yolun həm uğurları, həm də ağrıları görünür. 20 Yanvar, Xocalı faciəsi, torpaq itkisi, müstəqillik qazancının hansı əziyyətlər hesabına başa gəlməsi müxtəlif şeir nümunələri əsasında sərgilənir. Ülvi Bünyadzadə, Məmməd Aslan, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Nəbi Xəzri, Məmməd Araz, Hikmət Mahmud, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Mina Rəşid, Kamil Araz, Sevinc Elsəvər, Allahşükür Ağa və digər şairlərin bu ağrını ifadə edən şeirlərində həm də tarixin özü görünür:

Qan axır, dönür gülə.

Ağla, qərənfil, ağla!

Məmməd Aslan

Sevinc Elsevərin “Xocalıdan sonra” şeirində balalara ismarladığı mesaj, uşaqları Xocalı faciəsindən uzaq tutmaq istəsə belə “cızza” kəlməsi ilə olanları anlatmaq ehtiyacı yaxın keçmişin sağalmaz yarası kimi bizi o günlərə qaytarır:

Sən baxma televizora,

Sən oyuncağınla oyna,

Televizorda gördüklərin səni qorxutmasın,

Xocalıda insanlar inanları öldürmədi ki,

Heç adam da adamı öldürərmi?

Sənin kimi mənə də

Öyrədilən ikl kəlmədi “cızza!”

Yəni, “əlin yanar, toxunma!”

Ürəyim od tutub,yanır, balaca.

Sən baxma televizora,

Üzünü o yana çevir.

Antologiyada ən yaxın tariximizlə bağlı yazılan poetik mətnlər, yaşadığımız qürur, Zəfər duyğuları ilə bağlı ərsəyə gələn şeirlər də yer almışdır. Zahid Xəlilin, Rafiq Yusifoğlunun, İbrahim Yusifoğlunun, Sevinc Nuruqızının, Qəşəm Nəcəfzadənin şeirlərində qələbə sevinci qabarıqlığı ilə seçilir. Zahid Xəlilin “İlham Əliyev-Dəmir yumruq” başlıqlı şeirində Ali Baş Komandana olan hörmət və sevgini görmək olur:

Dəmir yumruq – bu gözəl söz,

Dəmir yumruq dəmir kimi,

Bir kişinin əlindədir.

Rafiq Yusifoğlunun “Gözlərin aydın, Şuşa!” şeiri də bu mənada balalarımıza zəfər sevincini yaşadır, Türk birliyi və qardaşlığının verdiyi qürur və fəxarəti dünyaya bəyan edir:

Dost kimdir, düşmən kimdir,

Dur ayağa tanınar.

Türk qardaşınla qoşa.

Gözlərin aydın, Şuşa!

Antologiyada hekayə janrında onlarca hekayələr dərc edilmişdir. Nizami Gəncəvi, Əli bəy Hüseynzadə, Mehdi Hüseyn, Əli Səmədli, Zahid Xəlil, Reyhan Yusifqızı, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Qaçay Köçərli, Qəşəm İsabəyli, Mina Rəşid, və digər yazarların kiçik, lokonik hekayələrini bir mövzu birləşdirir: vətənə bağlılıq, bayrağa sevgi, xalqın milli-mənəvi dəyərlərini uca tutmaq məramı, yurdu qorumaq məsuliyyəti. Elə topluda yer almış iki pyesdə – Aygün Bünyadzadənin “Narahat mələklər”, Arzu Soltanın “Qırmızı, yaşıl, mavi” əsərlərində də əsas məram bu ideyanı təqib etməkdir. Müharibədə körpələrə dəyən zərərlər, yaşanan faciələrin uşaqların psixologiyasına təsiri, müharibələrə yox nidası hər iki pyesdə əsas vurğu edilərək mənalanır.

Kitabın titul səhifəsində belə bir cümlə diqqətimi çəkdi: “Azerbaycan və Türk Dünyasının kültür başkenti, Karabağın atan kalbi Şuşanın kuruluşunun 270. Yılına ve Oğuzun alp yürekli çocuklarına. “. Demək, bu gözəl iş həm də “Şuşa ili” çərçivəsində həyata keçirilib, böyük sevgi və borc hissi ilə hasilə gəlib. Topludakı hər mətnin, hər nümunənin vətənə sevgidən qaynaqlanması da bu səbəbdəndir. Şübhəsiz ki, Azərbaycan uşaq ədəbiyyatının obrazının yaradılmasında kitabın böyük rolu olacaq. Amma başqa vacib məqam ədəbiyyatların yaxınlaşması, tanınması yönündə bu əlaqələrin faydalılıq keyfiyyətidir. Hər iki ölkədə türk məfkurəsinə sevgi ruhunda, öz ulusuna bağlı gəncliyin yetişməsində, dövlətinin və xalqının dəyərlərini uca tutub ona sadiq qalan yeni nəslin formalaşmasında və bütövləşməsində bu kimi qiymətli nümunələr qiymətli missiya daşıyıcısıdır.

Əlaqələrimiz davamlı olsun, uğurlarımız tükənməsin, dostluğumuz əbədi olsun!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Azərbaycan uşaq ədəbiyyatı tarixi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan uşaq ədəbiyyatı antologiyası: II cild: XX əsr uşaq şeri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Похожие статьи

  • Azərbaycan ədəbiyyatı tarixi altı cilddə

    Azərbaycan ədəbiyyatı tarixi”nin üç cildinin təqdimatı olub – FOTOLAR Cilddə professor Məhərrəm Qasımlının şifahi xalq ədəbiyyatımızın ümumi mənzərəsini…

  • Azərbaycan uşaq ədəbiyyatı

    Azərbaycan uşaq ədəbiyyatı Klassik Azərbaycan ədəbiyyatımızda da uşaq ədəbiyyatı nümunəsi kimi səciyyələndirə biləcəyimiz bədii nümunələr çoxdur. Qədim…

  • Azərbaycan uşaq ədəbiyyatı antologiyası 1 cild

    Azərbaycan uşaq ədəbiyyatı antologiyası 1 cild Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur….

  • Azərbaycan dili və ədəbiyyatı tədrisi jurnalı

    Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı mədəni-ictimai nəşr kimi maraqla oxunur Rektor qeyd edib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən…

  • Azərbaycan ədəbiyyat tarixi

    Azərbaycan ədəbiyyatı haqqında D Azərbaycan ədəbiyyatı kitabxanası (on-line yenilənir) Hazırda “Oxu zalı” nda on-line kitabxana yaradılır. Amma hələ ki,…

Comments are closed, but trackbacks and pingbacks are open.