Azrbaycan v gürcüstan arasında iqtisadi laqlr
Gürcüstanın ədliyyə nazir R.Breqadze bu ilin martında Azərbaycana səfərini məmnunluqla xatırlayıb və ölkəmizin bütün sahələrdə, o cümlədən iqtisadi, hüquqi, ədliyyə xidmətlərinin göstərilməsi sahəsində böyük tərəqqiyə nail olduğunu vurğulayıb.
Azrbaycan v gürcüstan arasında iqtisadi laqlr
Azərbaycan ilə Gürcüstan arasında hüquqi əlaqələrə xüsusi önəm verilir və bu sahədə iki ölkənin ədliyyə qurumları səmərəli əməkdaşlıq edirlər. Cari ilin martında Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin Azərbaycana səfəri, nazirliklər arasında Əməkdaşlıq Memorandumunun imzalanması qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük təkan verib. Memorandumun implementasiyası çərçivəsində nümayəndə heyətlərinin mübadiləsi aparılır, birgə tədbirlər təşkil olunur, qarşılıqlı müsbət təcrübələr öyrənilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanda səfərdə olan Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun gürcüstanlı həmkarı Rati Breqadze ilə görüşündə səslənib.
Görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi, bu əlaqələrin möhkəmləndirilməsində dövlət və hökumət başçılarımızın xüsusi rolu vurğulanıb.
Belə səfərlərin və görüşlərin diplomatik münasibətlərimizin qurulmasının 30-cu ildönümünə təsadüf etməsindən məmnunluq ifadə olunub.
Söhbət zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunaraq, ədliyyə və məhkəmə sistemində islahatlara və tətbiq olunan rəqəmsal yeniliklərə maraq göstərilib.
Qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün faydalı olduğu vurğulanıb və səfər çərçivəsində keçiriləcək Azərbaycan-Gürcüstan Hüquq Forumunun əhəmiyyəti qeyd edilib.
Gürcüstanın ədliyyə nazir R.Breqadze bu ilin martında Azərbaycana səfərini məmnunluqla xatırlayıb və ölkəmizin bütün sahələrdə, o cümlədən iqtisadi, hüquqi, ədliyyə xidmətlərinin göstərilməsi sahəsində böyük tərəqqiyə nail olduğunu vurğulayıb.
Söhbət zamanı 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı quruculuq işlərinə toxunularaq, torpaqlarımızın işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanmasının bərpa işlərinə ciddi mane olduğu, habelə çoxsaylı insanların həlak olmasına və xəsarət almasına səbəb olduğu xüsusilə diqqətə çatdırılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev görüşdə iştirak edib.
AZƏRTAC -ın xüsusi müxbiri
Azrbaycan v gürcüstan arasında iqtisadi laqlr
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.
Nazir Şahin Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin genişləndiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, təkcə 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb. Azərbaycan və Gürcüstanın beynəlxalq əhəmiyyətli enerji və tranzit layihələrinin iştirakçısı olduğunu qeyd edən Ş.Mustafayev ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olduğu ölkələrin iqtisadiyyatı, eləcə də regionun tranzit və logistika imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu yaxınlarda Pekində Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə “Bir kəmər və bir yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans keçirilib, Çin tərəfi Trans-Xəzər dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini və əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Ş.Mustafayev Konfrans çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili ilə görüşdüyünü və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına, tranzit imkanlarına dair fikir mübadiləsi apardıqlarını qeyd edib.
Azərbaycanın iqtisadiyyat naziri Gürcüstanla iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair də fikirlərini bölüşüb.
Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri D.Kumsişvili ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin olduğunu, iqtisadi sahədə əlaqələrin inkişafından məmnunuluğunu bildirib, Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycanın birinci yerdə olduğunu vurğulayıb. D.Kumsişvili Pekində keçirilmiş Konfransda hər iki ölkənin iştirakçısı olduğu nəqliyyat layihələrinin və regionun tranzit potensialının Azərbaycan tərəfindən yüksək səviyyədə təqdimatını müsbət qiymətləndirib və minnətdarlığını bildirib, belə tədbirlərin digər ölkələrdə də keçirilməsinin əhəmiyyətini qeyd edib.
Comments are closed, but trackbacks and pingbacks are open.