Press "Enter" to skip to content

Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunu imzalayıblar.

Azərbaycan və gürcüstan arasında iqtisadi əlaqələr

Münasibətlərin tarixi: Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.

İkitərəfli siyasi münasibətlər: Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ – 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Gürcüstan Respublikasının Prezidenti Zviad Qamsaxurdiya dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrilmişdi. Erməni və gürcü millətçiliyi Qafqazda Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında müqavilə bağlandı. Müqavilə siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edir.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir.

Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır.

1998-ci il sentyabrın 7-8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfransın işində iştirak etmək üçün Gürcüstan prezidenti Eduard Şevardnadzenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışında Azərbaycan və Gürcüstan prezidentlərinin, 1999-cu il aprelin 17-də isə Azərbaycan, Ukrayna və Gürcüstan dövlət başçılarının Bakı-Supsa neft kəmərinin təntənəli açılışı mərasimində iştirak etmələri qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına təkan verib.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında” Sazişin ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə Türkiyə Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi.

Dövlətlərarası münasibətlərin hüquqi-normativ bazasının təkmilləşməsi və inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intenisv xarakter alan qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıyıb. Bu səfərlər sırasında 2000-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana, 2001-ci ilin sentyabrında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin, 2002-ci ilin yanvarında Gürcüstan parlamentinin sədri Nino Burcanadzenin Azərbaycana rəsmi səfərlərini qeyd etmək lazımdır.

Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığını rəsmiləşdirən məqamlardan biri kimi 2002-ci ilin aprelində Türkiyənin də imzaladığı “Trabzon razılaşması”nı göstərmək olar. Regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün üç ölkənin daxili işlər nazirlərinin imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş spektri əhatə edir.

2004-cü ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra, Gürcüstanın Azərbaycana olan marağı nəinki zəifləməmiş, əksinə, münasibətlərin daha da inkişafı üçün yeni addımlar atılıb. Belə ki, 2004-cü il martın 4-5-də Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıda rəsmi səfərdə olub. Səfər zamanı “Azərbaycan Respublikası və Gürcüstan Respublikasının arasında birgə bəyannamə”, “Təhsil sahəsində əməkdaşlıq haqqında saziş”, “Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş” imzalanıb.

“Gürcüstanla Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkələrdir” – bu fikri 2004-cü ilin martında Gürcüstan prezidenti Mixail Saakaşvilinin Bakıya rəsmi səfəri zamanı hər iki ölkənin dövlət başçıları bəyan ediblər.

Bunun ardınca, 2004-cü ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin sərhəd-buraxılış məntəqələrinin işinin təkmilləşdirilməsi, nəqliyyat daşımaları tarifləri nəzərdən keçirilib.

Hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik Bakı Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ölkələrimizi daha da yaxınlaşdırıb. 2005-ci il mayın 24-25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib. Hər iki ölkənin, habelə Türkiyənin prezidenti mərasimdə iştirak ediblər.

Ölkələr arasında rəsmi səfərlər dövlət rəsmilərinin bu əlaqələrə necə çox önəm verdiyinə də bir sübutdur. Beləki, Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra da dəfələrlə Gürcüstanda səfərdə olub: 2005-ci il (12 oktyabr), 2007-ci il (7 fevral, 12 may, 21 noyabr), 2008-ci il (1 iyul), 2010-cu il (18 iyul), 2014-cü il (06 may), 2015-ci il (06 noyabr), Gürcüstan prezidentləri də müxtəlif vaxtlarda ölkəmizə səfərə gəliblər.

Keçən müddətdə iki ölkə arasında 100-dən artıq hüquqi-normativ sənəd imzalanıb.

Təəssüf ki, Azərbaycanla Gürcüstan arasında strateji münasibətləri gözü götürməyən qüvvələr də mövcuddur. 2015-ci ildə Gürcüstan energetika naziri Kaxa Kaladzenin Azərbaycanın Gürcüstanın qaz ehtiyacını tam ödəyə bilməməsi fikri ilə bir ara regionda “qaz oyunları”nın oynanılmasına baxmayaraq, hazırda da Azərbaycan bu ökəyə əsas qaz tədarükçüsüdür.

Son zamanlar isə Gürcüstanın bəzi ictimai-siyasi dairələrində Azərbaycanın şimal-qərb bölgəsinə, həmçinin David Qareci monastırı ərazisinə və bəzi digər torpaqlarımıza qarşı açıq və üstüörtülü formada iddialar irəli sürülməkdədir. Bunun da nəticəsidir ki, 14 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. İnsident itkisiz ötüşsə də, hər iki ölkə və xalqları arasında münasibətləri pozmaq istəyən xüsusi qüvvələr bu məsələdən istifadə etmək və ölkələrimizi zəiflətmək niyyətindən hələ də vaz keçməyiblər.

Halbuki, 2008-ci ilin yanvarında Gürcüstan məlum olmayan səbəblər üzündən qazsız və elektrik enerjisiz qalanda, Azərbaycan Gürcüstana kömək edib, onun təbii qaz ehtiyacının 88 faizini təmin etməyə başlayıb. Azərbaycan qazı Tbilisi üçün Ermənistana nəql edilən güzəştli Rusiya qazından daha ucuz başa gəlir. Həmin ilin avqustunda ölkəmiz Rusiya ilə toqquşan Gürcüstana yardımını əsirgəməmişdi.

İqtisadi əlaqələr: Ölkələr arasında əməkdaşlığa zərbə vurmaq istəyənlərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri – ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairi əhatə edir.

Gürcüstan Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biridir. Bundan başqa, Gürcüstana yatırılan birbaşa investisiyaların həcmini nəzərə alsaq, Azərbaycanın Gürcüstanın ən əhəmiyyətli investisiya tərəfdaşlarından olduğunu da görərik.

İndiyədək Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 mln. dollar, Azərbaycan isə Gürcüstana 3.2 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 700-dən çox Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət də Azərbaycan Dövlət Neft Şirkətidir.

Bakı-Tbilisi-Qars dəmir yolunun inşası zamanı Azərbaycan Gürcüstan ərazisindən keçən dəmir yolu xəttinin inşası üçün Tbilisiyə 775 milyon dollar həcmində kredit ayırıb.

SOCAR Energy Georgia MMC Gürcüstanın qazla təmin edilməsində mühüm rol oynayır. 2006-cı ildə qurulan bu şirkət yalnız Gürcüstan ərazisində fəaliyyət göstərir. SOCAR Energy Georgia MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa, Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir.

Ümumiyyətlə, 2018-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 580 mln. dollar olub. Ölkələrimiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsində hər iki ölkənin ərazisindən keçən tranzit yükdaşımaların həcmi də artır.

Mədəni əlaqələr: Ölkələrimiz arasında mədəni əlaqələr də geniş inkişaf edib. Gürcüstanda ARDNŞ və Heydər Əliyev Fondu xeyriyyəçilik və sosial-mədəni layihələri həyara keçirir. 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi nəticəsində Tbilisi şəhərində M.F.Axundzadənin adını daşıyan 73 saylı, Marneuli şəhərindəki 7 saylı, Qardabani şəhərindəki 3 saylı, Dmanisi rayon mərkəzindəki 2 saylı məktəblər əsaslı şəkildə təmir olunub istifadəyə verilmiş, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonunun Qaracalar kəndində, Bolnisi rayonunun Hasanxocalı və Cəfərli kəndlərində, Dmanisi rayonunun Kirovis kəndində müasir tipli yeni məktəb binaları tikilmişdir. ARDNŞ-in Gürcüstan nümayəndəliyi tərəfindən Marneuli rayonunun Alget və Lecbəddin kənd orta məktəbləri, Qardabani rayonunda uşaq bağçası və Nəzərli kənd orta məktəbi təmir edilmiş, Marneulidə “Çay evi” inşa edilmiş, Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi və görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyi təmir edilmişdir.

Gürcüstanda azərbaycan dilində “Gürcüstan”, “Müəllim”, “Maarif”, “Təhsil”, “Aydın Yol” kimi qəzetlər nəşr olunur. Tbilisidə H.Əliyev adına Azərbaycan Dram Teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və N.Nərimanovun ev muzeyi fəaliyyət göstərir.

Bakı və Tbilisi qardaşlaşmış şəhərlərdir. Bu ənənəni digər şəhərlər də davam etdirir: Ağcabədi-Batumi, Gəncə-Kutaisi, Gəncə-Rustavi, Sumqayıt-Rustavi, Naxçıvan-Batumi, Şəki-Telavi də qardaş-şəhərdirlər.

Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilməkdədir.

Ümumi tarixi arayış may 2020-ci ildə yenilənib.

Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

29 Sentyabr , 2021 23:07

https://static.report.az/photo/f816eef3-4b0e-3aa6-9d69-f12dc4c1e0b0.jpeg

Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. “Report” xəbər verir ki, görüşdə çıxış edən Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin qısa zaman kəsiyində Azərbaycana ikinci dəfə səfər etdiyini bildirərək bunu iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi səciyyələndirib. Azərbaycan və Gürcüstan xalqlarının əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşadıqları vurğulanıb. Müstəqillik dövründə qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd olunub. İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədikləri vurğulanıb. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə – xüsusən iqtisadi-ticari, enerji, nəqliyyat, tranzit, investisiya və humanitar sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Pandemiyanın mənfi təsirinə baxmayaraq, cari ilin 8 ayında ticarət dövriyyəsinin 41 faiz artdığı diqqətə çatdırılıb. Azərbaycanın Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri, həmçinin Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə olduğu xüsusi vurğulanıb. Enerji sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilərək iki ölkənin birgə həyata keçirdiyi layihələrin bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu layihələr Cənubi Qafqazın transformasiyasında mühüm rol oynayıb, bölgənin enerji xəritəsini dəyişib. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edildiyi bildirilərək bu layihənin həm Azərbaycanın, həm də Gürcüstanın rifahı və inkişafı üçün böyük əhəmiyyət daşıdığı qeyd olunub. İki ölkə arasında nəqliyyat və tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətindən danışılıb. Hətta pandemiya şəraitində nəqliyyat və tranzit dəhlizlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün bütün lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Bunun nəticəsi olaraq cari ilin 8 ayında Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmində artım olduğu bildirilib. Baş nazir Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıq barədə söhbət açaraq regionda nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektivlər vəd etdiyini və bütün bölgə ölkələri üçün faydalı olacağını vurğulayıb, o cümlədən xüsusi olaraq Zəngəzur dəhlizini qeyd edib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini, dostluq münasibətlərini daha da gücləndirmək niyyətində olduğunu diqqətə çatdırıb. Azərbaycan və Gürcüstan tərəfindən uğurla həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Gürcüstan bütün istiqamətlərdə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. İrakli Qaribaşvili Azərbaycanın investisiya sahəsində Gürcüstanda lider olduğunu qeyd edib. O, pandemiya dövründə Azərbaycanın Gürcüstana dəstəyini xüsusi vurğulayıb. İclasda gündəlikdə duran məsələlərə dair məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət, təhsil və turizm sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə edilib. Sonda Azərbaycan Respublikası ilə Gürcüstan arasında – İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu; – “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş”; – “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”; – “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqram”; – “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu”; – “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycan və gürcüstan arasında iqtisadi əlaqələr

Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri iştirak ediblər.

Baş nazir Əli Əsədov açılış nitqində qeyd edib ki, bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Həmçinin siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi qeyd edilib.

Regionlararası əməkdaşlıqdan danışan Əli Əsədov deyib: “Son zamanlar ölkələrimizin ayrı-ayrı şəhər və rayonları arasında təmaslar daha da intensivləşib ki, bu da təbii olaraq Azərbaycan-Gürcüstan əlaqələrinin hərtərəfli inkişafına çox müsbət təsir göstərir”.

Diqqətə çatdırılıb ki, ötən dövrdə və cari illərdə iki ölkənin bir sıra şəhər və rayonları, o cümlədən Bakı və Tbilisi arasında qardaşlaşma haqqında sazişlər imzalanıb. Bu müsbət tendensiya nəzərə alınaraq Azərbaycan-Gürcüstan regionlararası forumunun keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artdığı qeyd edilib, hər iki ölkənin böyük potensialı nəzərə alınaraq, qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər investisiya əməkdaşlığının artırılmasının vacibliyini vurğulayıblar.

Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirilib. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına böyük töhfə verir. Ənənəvi olaraq yükdaşımaların davamlı şəkildə artdığı nəqliyyat və tranzit sahəsinə böyük diqqət yetirilir.

Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti xüsusi vurğulanıb. “Dəmir yolunun tam gücü ilə işə salınması ölkələrimizin daha da çiçəklənməsinə və iqtisadi tərəqqisinə xidmət edəcək”, – deyə Azərbaycanın Baş naziri bildirib.

Həmçinin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) aktuallığı vurğulanıb, bu marşruta əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Bu kontekstdə Əli Əsədov Zəngəzur dəhlizinin Orta Dəhlizin bir hissəsi kimi əhəmiyyətini vurğulayaraq deyib: “Bu dəhliz regional nəqliyyat kommunikasiyalarının və bağlantılarının şaxələndirilməsini təmin edəcək”.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətləri üzrə inkişaf perspektivləri geniş müzakirə olunub.

İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Qaribaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunu imzalayıblar.

Müvafiq dövlət strukturlarının rəhbərləri kənd təsərrüfatı, ekologiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın inkişafına dair bir sıra sazişlər imzalayıblar.

Похожие статьи

  • Azərbaycan və gürcüstan iqtisadi əlaqələri

    Azərbaycan Gürcüstanla iqtisadi-ticari əlaqələri müzakirə etdi Dəmir yolu nəqliyyatı Azərbaycanda yük daşımaları həcminə görə 1-ci yer tutur. Yük…

  • Azərbaycan gürcüstan iqtisadi əlaqələri

    Azərbaycan Gürcüstanla fəal iqtisadi əlaqələri bərpa edəcək Prezidenti İlham Əliyev səfər çərçivəsində bir daha dövlətimizin konstruktiv mövqeyini açıq…

  • Azərbaycan xarici iqtisadi münasibətlər

    Beynəlxalq iqtisadi münasibətlər Son illər isə Azərbaycandan Türkiyəyə investisiya qoyuluşlarında mühüm artım müşahidə olunmaqdadır. Belə ki, hazırda…

  • Azərbaycan və gürcüstan münasibətləri

    AZƏRBAYCAN-GÜRCÜSTAN ƏLAQƏLƏRİ DOSTLUQ VƏ MEHRİBAN QONŞULUQ MÜNASİBƏTLƏRİ HƏDDİNDƏDİR Xatırladaq ki, təməlqoyma mərasimlərində jurnalistlərə açıqlama…

  • Azərbaycan xarici iqtisadi əlaqələri

    AZƏRBAYCANIN XARİCİ İQTİSADİ ƏLAQƏLƏRİ SUVARMA kənd təsərrüfatının inkişafını dəstəkləyir AZƏRBAYCAN SƏMƏRƏLİ ƏMƏKDAŞLIQ AİB Azərbaycanın zəngin…

Comments are closed, but trackbacks and pingbacks are open.