Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır – Giorgi Marqvelaşvili
Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev ölkələrimizi tarixi dostluq, mehriban qonşuluq əlaqələrinin birləşdirdiyini, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, 1997-ci ildə strateji tərəfdaşlıq haqqında Sazişin imzalandığını vurğulayıb. Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri inkişaf edir. Diqqətə çatdırılıb ki, 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 545 mln. dollar olub, ixrac 13% artıb. 2018-ci ilin yanvar-sentyabr aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 450 mln. dollar təşkil edib və ixrac 8% artıb. 1995-2018-ci illərdə Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 mln. dollar, Azərbaycan isə Gürcüstana 3 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-ə yaxın Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. İş adamlarının iştirakı ilə mütəmadi birgə biznes forumlar, işgüzar görüşlər və digər tədbirlər keçirilir.
Azrbaycan v gürcüstan iqtisadi laqlri
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev ölkələrimizi tarixi dostluq, mehriban qonşuluq əlaqələrinin birləşdirdiyini, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, 1997-ci ildə strateji tərəfdaşlıq haqqında Sazişin imzalandığını vurğulayıb. Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri inkişaf edir. Diqqətə çatdırılıb ki, 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 545 mln. dollar olub, ixrac 13% artıb. 2018-ci ilin yanvar-sentyabr aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 450 mln. dollar təşkil edib və ixrac 8% artıb. 1995-2018-ci illərdə Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 mln. dollar, Azərbaycan isə Gürcüstana 3 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-ə yaxın Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. İş adamlarının iştirakı ilə mütəmadi birgə biznes forumlar, işgüzar görüşlər və digər tədbirlər keçirilir.
Enerji sahəsi Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindəndir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi iri layihələr bu əməkdaşlığın çox uğurlu nümunələridir.
Nəqliyyat-tranzit sahəsində əməkdaşlığa gəlincə, nazir Şahin Mustafayev Baki-Tbilisi-Qars dəmir yolunun xüsusi əhəmiyyətini vurğulayıb, Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”nə dair bu ilin əvvəlində Çində təqdimatların keçirildiyini xatırladıb, belə bir təqdimatın Bakıda keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. İqtisadiyyat naziri Azərbaycan üzərindən keçməklə yükdaşımaların artırılmasına, nəqliyyat-tranzit, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bildirib.
Gürcüstanın maliyyə naziri İvane Maçavariani ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərini, iqtisadi sahədə əlaqələrin inkişafını, beynəlxalq əhəmiyyətli iri enerji və nəqliyyat layihələrində ölkələrimizin əməkdaşlığını vuuğulayıb. Azərbaycan və Gürcüstanın iştirakı ilə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”nə dair daha bir təqdimatın keçirilməsinin regionun nəqliyyat-tranzit potensialının təbliği baxımdan önəmli olacağını qeyd edən İvane Maçavariani ölkəsinin Azərbaycanla enerji, nəqliyyat-tranzit sahələri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlığının genişdirilməsində maraqlı olduğunu qeyd edib və SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə maliyyə, nəqliyyat-tranzit, gömrük, vergilər sahələrində əməkdaşlığın genişləndirilməsinə, Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun təşkilinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır – Giorgi Marqvelaşvili
Gürcüstan ərazi bütövlüyü məsələsində hər zaman qardaş Azərbaycanı dəstəkləyib. Azərbaycan bizim strateji tərəfdaşımızdır.
Day.Az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili X Qlobal Bakı Forumu çərçivəsində Trend-ə müsahibəsində deyib.
G.Marqvelaşvili bildirib ki, Qlobal Bakı Forumunun nüfuzu ildən-ilə artır
“Dünyanı narahat edən məsələlər burada müzakirə edilir”, – keçmiş prezident deyib.
O Cənubi Qafqaz ölkələrinin səyləri nəticəsində regionda sabitliiyin bərqərar olacağına ümid etdiyini bildirib.
“Gürcüstan regionda sabitliyin təmin olunması üçün səylərini əsirgəmir. Prezident İlham Əliyevin səyləri də bu istiqamətdədir”, – Gürcüstanın keçmiş prezidenti əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Comments are closed, but trackbacks and pingbacks are open.