Press "Enter" to skip to content

AZƏRBAYCAN-GÜRCÜSTAN ƏLAQƏLƏRİ DOSTLUQ VƏ MEHRİBAN QONŞULUQ MÜNASİBƏTLƏRİ HƏDDİNDƏDİR

Xatırladaq ki, təməlqoyma mərasimlərində jurnalistlərə açıqlama verən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün SOCAR Gürcüstan hökuməti ilə birlikdə böyük sosial layihələr həyata keçirir: “Belə bir sosial investisiyalardan biri də Qabalı kəndindəki uşaq bağçasıdır”. Şirkət rəhbəri bildirib ki, SOCAR bu illər ərzində Gürcüstanda təkcə sosial sahələrə 100 milyon ABŞ dollarına qədər investisiya yatırıb: “Bu investisiyalar SOCAR-ın Gürcüstandakı fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər nəticəsində həyata keçirilib”.

“Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır”

“Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daima strateji əhəmiyyət daşıyıb. Bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Hikmət Məmmədov deyib. Onun sözlərinə görə, iki qonşu dövlət arasında olan strateji əhəmiyyətli siyasi münasibətlər həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir:

“Azərbaycanın həyata keçirdiyi bütün enerji və nəqliyyat kommunikasiya layihələri Gürcüstan üzərindən realizə olunaraq Qərbə istiqamətlənir. Azərbaycan şirkətləri qonşu ölkəyə ciddi sərmayə yatıran şirkətlər sırasında olmaqla həm də bu ölkədə ən böyük vergi ödəyiciləridir”

Hikmət Məmmədov Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü

Bundan başqa, mədəni, humanitar sahədə də iki ölkə arasında münasibətlər tarixi baxımdan bu gün də çox sıx və inteqrativdir. Turizmdən başlamış digər bütün mədəni mübadilələrə qədər ən müxtəlif sahələrdə qarşılıqlı münasibətlər sistemi də mövcuddur. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birilərini dəstəkləyiblər. İkitərəfli və üçtərəfli diplomatik formatda yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar”

Deputat həmçinin qeyd edib ki, Azərbaycan və Gürcüstan qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyiblər: “Təsadüfi deyil ki, son günlərdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atdığı addımları ilk dəstəkləyən dövlətlərdən biri də Gürcüstan olub. Qonşu ölkə qətiyyət nümayiş etdirərək işğalçı Ermənistana silah daşıyan dövlətlərə hava və quru nəqliyyat koridorunu bağlayıb. Bu, əsl dost və qonşu mövqeyidir. Ona görə də iki qonşu ölkə arasında münasibətlər bundan sonra da bütün sahələr üzrə inkişaf edəcək və hər iki xalqın maraqlarının təmin olunması üçün daha yaxşı perspektivlər yaradacaq”.

“Uğurlu iqtisadi əməkdaşlıq Gürcüstanla münasibətlərimizi yeni inkişaf səviyyəsinə qaldırıb”

Pərviz Heydərov İqtisadçı ekspert

Bunu isə “Report”a iqtisadçı ekspert Pərviz Heydərov bildirib. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr digər ölkələr üçün nümunə ola bilər: “Gürcüstandan iki ixrac neft kəməri və iki ixrac qaz kəmərimiz keçir. Perspektivdə Şərqdən-Qərbə yükdaşımalarda Azərbaycanın əhəmiyyətli paya sahib olmasını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti qonşu ölkədən keçir. Hazırda koronavirus pandemiyası ilə əlaqədar olaraq, insanların səyahət imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Lakin gediş-gəliş açıq olan zamanlarda Gürcüstana gələn turistlərin arasında Azərbaycanlılar əhəmiyyətli paya sahib olublar”

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) timsalında Azərbaycan bu ölkəyə 1,5 milyard ABŞ dollarından artıq həcmdə investisiyalar yatırıb: “SOCAR Gürcüstanın ən böyük vergi ödəyicilərindən biridir. Şirkət bu illər ərzində qonşu ölkədə təkcə sosial sahələrə 100 milyon ABŞ dollarına kimi yatırım edib. Bütün bunlar nəticə etibarı ilə iki ölkə arasındakı strateji partnyorluğun keyfiyyətcə yeni səviyyəyə çıxmasını təmin edib. Biz bunun bariz nümunəsini Ermənistanın bizə qarşı həyata keçirdiyi son təcavüz aktına cavab olaraq Azərbaycanın başlatdığı əks-hücüm və sülhə məcburetmə əməliyyatı zamanı gördük. Belə ki, Gürcüstan öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırdı. Bu faktiki olaraq uzun illər aparılan çox effektiv xarici siyasətin və uğurlu iqtisadi əməkdaşlığın əyani nəticəsi kimi dəyərləndirilə bilər”.

Qeyd edək ki, bu ilin oktyabrın 20-də Gürcüstanın Laqodexi bələdiyyəsi ərazisində 18 000 etnik azərbaycanlının yaşadığı Qabalı kəndində “SOCAR Energy Georgia” tərəfindən tikilcək uşaq bağçasının təməli qoyulub. Oktyabrın 21-də isə Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların kompakt şəkildə yaşadığı İlməzli kəndinə “SOCAR Georgia Gas” MMC tərəfindən çəkiləcək qazpaylayıcı xəttin əsası qoyulub. Həmçinin dünən Marneuli rayonunun Qızılhacılı kəndində idman kompleksinin təməli qoyulub. İdman kompleksi SOCAR-ın Gürcüstanda həyata keçirdiyi xeyriyyəçilik layihələri çərçivəsində inşa olunacaq.

Xatırladaq ki, təməlqoyma mərasimlərində jurnalistlərə açıqlama verən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün SOCAR Gürcüstan hökuməti ilə birlikdə böyük sosial layihələr həyata keçirir: “Belə bir sosial investisiyalardan biri də Qabalı kəndindəki uşaq bağçasıdır”. Şirkət rəhbəri bildirib ki, SOCAR bu illər ərzində Gürcüstanda təkcə sosial sahələrə 100 milyon ABŞ dollarına qədər investisiya yatırıb: “Bu investisiyalar SOCAR-ın Gürcüstandakı fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlər nəticəsində həyata keçirilib”.

AZƏRBAYCAN-GÜRCÜSTAN ƏLAQƏLƏRİ DOSTLUQ VƏ MEHRİBAN QONŞULUQ MÜNASİBƏTLƏRİ HƏDDİNDƏDİR

AZƏRTAC xəbər verir ki, mayın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında partiya sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün ölkəmizə gəlmiş Gürcüstan parlamentinin bir qrup deputatı ilə görüşmüşdür.

Gürcüstanlı parlamentariləri ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edən Əli Əhmədov bildirmişdir ki, Cənubi Qafqazda tarix boyu qonşu olan Azərbaycan və gürcü xalqları bir-biri ilə həmişə mehriban dostluq şəraitində yaşamışlar. Müstəqilliyin ilk illərində dövlətlərimiz oxşar problemlərlə qarşılaşmış, xarici təsir altında olan qüvvələrin əli ilə ölkələrimizin ərazi bütövlüyü təhlükə altında qalmışdır. Dövlətlərimiz öz ərazilərində olan münaqişələrin həlli istiqamətində GUAM çərçivəsində uğurlu əməkdaşlıq edirlər və bu əməkdaşlıq daha da gücləndirilməlidir.

YAP icra katibi qeyd etmişdir ki, müstəqilliyin ilk illərində ortaya çıxan iqtisadi problemlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin regionun parlaq gələcəyinə istiqamətlənmiş strateji siyasəti nəticəsində aradan qaldırılır və həmin siyasi xətt nəticəsində dövlətlərimiz bu gün sürətlə inkişaf edirlər. Gürcüstanla Azərbaycanın qonşu olmaqla yanaşı, həm də dost ölkələr olduğuna diqqət çəkən Əli Əhmədov, dövlətlərimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin yüksək səviyyəsindən də danışmışdır. Bildirmişdir ki, Gürcüstanla Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində də uğurla əməkdaşlıq edirlər.

Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasında prezidentlər İlham Əliyevin və Mixail Saakaşvilinin şəxsi dostluq münasibətlərinin mühüm rol oynadığını vurğulayan YAP-ın sədr müavini, qonaqlara Azərbaycanda gedən iqtisadi proseslər barədə ətraflı məlumat vermişdir.

Əli Əhmədov bildirmişdir ki, mayın 12-də Gürcüstanda Heydər Əliyevin abidəsinin, onun adını daşıyan parkın açılış mərasimi olacaqdır və bu, Gürcüstan xalqının və dövlətinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevə, onun xatirəsinə ehtiramının bariz nümunəsidir. Bu ehtiramın təsadüfi olmadığını vurğulayan Ə.Əhmədov demişdir ki, Heydər Əliyev Azərbaycan-Gürcüstan dostluğunun əsaslarının möhkəmlənməsinə, inkişaf etdirilməsinə böyük töhfələr vermiş şəxsiyyətdir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirilir.

Gürcüstan nümayəndə heyətinin üzvləri İqor Pataridze və Bejan Xurçidze qeyd etmişlər ki, əgər qonşular Ulu Tanrı tərəfindən müəyyən olunursa, dostları insanların özü seçir və biz xoşbəxt xalqıq ki, azərbaycanlılar kimi qonşumuz var. Qonaqlar Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən danışaraq vurğulamışlar ki, bu dahi insan yalnız Azərbaycan xalqı üçün deyil, həm də Gürcüstan xalqı üçün böyük şəxsiyyətdir.

Azərbaycan-Gürcüstan strateji münasibətləri təhlil edildi

2013-cü il oktyabr ayının 2-də Vaşinqtondakı Amerika Universitetinin professoru və həmin universitetin Qara və Xəzər dənizi Araşdırmaları Mərkəzinin direktoru Mamuka Seretelinin “Azərbaycan və Gürcüstan: Qeyri-sabit bölgədə sabitlik üçün əməkdaşlıq” (“Azerbaijan and Georgia: Strategic Partnership for Stability in Volatile Region”) adlı hesabatı dərc edilib.

Apa-nın məlumatına görə, hesabat nüfuzlu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Araşdırmaları Proqramının dəstəyi ilə yayımlanıb.

Hesabatda qeyd edilir ki, strateji müttəfiqlər olan Azərbaycan və Gürcüstan Cənubi Qafqazın üç ölkəsindən ikisi kimi təkcə ortaq sərhədləri deyil, həmçinin tarixi dinc birgəyaşayışı və bir çox ortaq ənənələri paylaşırlar. Regionun təhlükəsizliyi və gələcək inkişafı üçün ən ciddi təhdid Ermənistan və Azərbaycan arasında həll edilməmiş münaqişədir. Bölgədə hazırda üç separatçı bölgə (Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ) BMT və digər beynəlxalq qurumlar tərəfindən Gürcüstan və Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb.

Müəllif bildirir ki, region ölkələrindən Azərbaycan və Gürcüstan açıq şəkildə Qərbə inteqrasiya etmək siyasətlərini bəyan ediblər. Xəzər dənizində böyük enerji ehtiyatlarına malik Azərbaycan əsas neft-qaz kəmərləri və dəmir yolu vasitəsilə Qara və Aralıq dənizlərindəki bazarlara çıxış əldə edib. Həm Azərbaycan, həm də Gürcüstan Türkiyə ilə strateji münasibətlərə malikdirlər. Azərbaycan ərazisində rus qoşunları olmasa da, Gürcüstanın işğal edilmiş Abxaziya və Osetiya ərazilərində 2008-ci il müharibəsindən sonra rus qoşunları mövcuddur. Eyni zamanda, Ermənistan könüllü şəkildə öz ərazisində rus qoşunlarına yer verib və bu amili özünün təhlükəsizliyinin təminatı və qonşu dövlətlərə hədələyici vasitə kimi görür. Ermənistan qoşunları hazırda Dağlıq Qarabağı və onun ətrafında yeddi rayonu işğal altında saxlamaqdadır.

Müəllifə görə, Azərbaycan və Gürcüstan Qara dənizi Xəzər dənizi ilə, Transatlantik məkanı Böyük Mərkəzi Asiya və onun zəngin resursları ilə birləşdirən bəndin strateji həlqələridir. Bu strateji bənd aktiv şəkildə fəaliyyətdədir, ticarət və hərbi yüklərin bölgəyə və bölgədən quru, hava, dəniz limanları, dəmir və avtomobil yolları ilə daşınmasına imkan verir. İstər Azərbaycanın, istərsə də Gürcüstanın tranzit roluna Avropanın iqtisadi və təhlükəsizlik məkanına inteqrasiya vasitəsi kimi yanaşılır.

Hesabata görə, tarixlərində bir sıra oxşarlıqlara və son illərin dövlət quruculuğunda uğurlara baxmayaraq, Azərbaycan və Gürcüstan arasında bir sıra mühüm fərqlər ortaya çıxmaqdadır. Bu da ondan ibarətdir ki, məhz Azərbaycan özünün zəngin enerji ehtiyatlarından istifadə edərək böyük beynəlxalq layihələrə imza atıb. Bu layihələr nəticəsində Azərbaycan əsas neft ixrac edən ölkələrdən birinə çevrilib və yaxın gələcəkdə bu ölkənin hasil etdiyi qaz birbaşa Avropa bazarlarına çıxarılacaq. Bütün bunlar Azərbaycana Cənubi Qafqazın dominant iqtisadi gücünə çevrilməsinə imkan verib. Belə ki, Dünya Bankının hələ 2011-ci il göstəricilərinə əsasən Azərbaycan bütün Cənubi Qafqazın ÜDM-sinin 72%-ni istehsal etdiyi halda, Gürcüstan üçün bu rəqəm 16%-ə, Ermənistan üçün isə 11,6%-ə bərabər olub.

Hesabatın birinci hissəsi Azərbaycan və Gürcüstan münasibətlərinin orta əsrlər dövründən başlayaraq iki ölkənin 20-ci illərdə müstəqil dövlətlərin süqutuna qədər olan dövründən bəhs edir. Müəllif qeyd edir ki, tarixən iki xalq eyni işğalçıların dağıdıcı hücumlarına və təcavüzlərinə məruz qalıb və hər iki ölkəyə gələcək əməkdaşlığa zəmin üçün gözəl tarixi nümunə miras qalıb.

Hesabatın ikinci hissəsində qeyd edilir ki, yenidən müstəqillik əldə etdikdən sonra iki ölkə arasında aktiv ikitərəfli münasibətlər qurulub, müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən yüzdən artıq müqavilələr imzalanıb, strateji əməkdaşlıq kimi xarakterizə ediləcək münasibətlər yaradılıb. Azərbaycan və Gürcüstan müstəqilliklərinin ilk illərində dağıdıcı iqtisadi və sosial nəticələrə gətirən vətəndaş və etnik münaqişələrlə üzləşmişdilər. Çox ağır ilk müstəqillik illərindən sonra Azərbaycan və Gürcüstanda böyük dövlətçilik və idarəçilik təcrübələrinə malik liderlər – Azərbaycanda Heydər Əliyev, Gürcüstanda Eduard Şevardnadze hakimiyyətə gəldilər. Onlar keçmiş SSRİ-nin Siyasi Bürosunun üzvləri kimi, istər keçmiş sovet məkanında, istərsə də beynəlxalq aləmdə geniş əlaqələrə malik şəxslər idilər. Öz ölkələrinin müstəqilliklərini və suverenliyini gücləndirmək arzuları iki lideri qarşılıqlı münasibətlərin daha da dərinləşdirməsinə sövq edən ən mühüm amil idi.

İkitərəfli münasibətlərin inkişafının, daha geniş miqyasda isə regional əməkdaşlığın genişləndirilməsini sürətləndirən əsas amil Azərbaycanın enerji resursları olub. Məhz iki liderin uzaqgörən siyasətlərinin nəticəsində regionun inkişafı üçün mühüm rol oynayacaq “Əsrin müqaviləsi”, TRASECA, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər mühüm layihələrin əsası qoyulub. Bu layihələr həmçinin regionun əhəmiyyətini Qərb üçün artırmaqla bölgədə gələcəkdə sabitliyin yaranması üçün zəmin yaradıb. Qeyd edilən layihələrin həyata keçməsi Azərbaycan üçün elə də asan olmayıb. Bu strateji layihələrin reallaşmamasında maraqlı olan qüvvələr Azərbaycan və Gürcüstanın müstəqil siyasətlərinin qarşısını almaq üçün bütün mümkün təzyiq vasitələrindən istifadə ediblər və məhz Azərbaycanın düzgün balanslaşdırılmış siyasəti nəticəsində bu maneələr neytrallaşdırılıb.

Müəllif Azərbaycan və Gürcüstanın xarici siyasətlərini də müqayisəli şəkildə təhlil edir, yazır ki, Gürcüstanla müqayisədə Azərbaycan regionda daha güclü strateji mövqeyə malikdir. Ekspertlər tərəfindən Şərq-Qərb dəhlizi nəzərdən keçirilərkən Gürcüstana bu bəndin daim ən zəif bəndi kimi baxılıb.

Hesabatda müəllif Azərbaycan diplomatiyasının son illərdə uğurlarından biri kimi məhz Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi zamanı Vaşinqton və Ankaranın təşəbbüslərinin və təzyiqlərinin qarşısını alaraq, özünün diplomatik kartlarından istifadə edərək prosesi dayandırmasını göstərir.

Maraq doğuran məqamlardan biri də odur ki, müəllif İranın Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində artan nüfuzunun gələcəkdə narahatlıq yarada biləcəyini vurğulayır.

Nəticə olaraq müəllif Azərbaycan-Gürcüstan münasibətlərin hər iki ölkənin strateji maraqlarına cavab verdiyini vurğulayır, bu münasibətləri ikitərəfli və çoxtərəfli, regional səviyyədə, xüsusilə Türkiyə ilə birlikdə daha da dərinləşdirməyi tövsiyə edir.

Похожие статьи

  • Azərbaycan gürcüstan iqtisadi əlaqələri

    Azərbaycan Gürcüstanla fəal iqtisadi əlaqələri bərpa edəcək Prezidenti İlham Əliyev səfər çərçivəsində bir daha dövlətimizin konstruktiv mövqeyini açıq…

  • Azərbaycan və gürcüstan arasında iqtisadi əlaqələr

    Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib İclasın yekununda Baş nazirlər Əli…

  • Azərbaycan türkiyə münasibətləri

    Azərbaycan türkiyə münasibətləri “Türkiyə-Azərbaycan birliyi əbədidir” söyləyən Malik Həsənov dövlətimizin başçısı İlham Əliyevin Şuşada türkiyəli…

  • Azərbaycan və çin münasibətləri

    Azərbaycan və çin münasibətləri İkitərəfli siyasi münasibətlər: İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da…

  • Azərbaycan və rusiya münasibətləri

    Səfir Rusiya-Azərbaycan münasibətlərindən danışdı Azərbaycan və Rusiya arasında humanitar və mədəni əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun rolu…

Comments are closed, but trackbacks and pingbacks are open.