Press "Enter" to skip to content

Azərbaycanda islam

İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilmişdir. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasından Məhəmməd peyğəmbərdir (s). Məhəmməd peyğəmbər (s) tarixin ən nüfuzlu şəxsiyyətlərindəndir.

Azərbaycan və islam mədəniyyəti

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dosenti, t.ü.f.d. Tural Şiriyevin müəllifliyi ilə Muzeyin 100 illik yubileyinə həsr edilmiş kataloqu işıq üzü görüb. Kataloqun elmi redaktoru Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevadır. Kataloqda xalqın inanc sistemi ilə bağlı ənənəvi mərasimlər və ayinlərdə istifadə olunmuş XVIII-XX əsrin əvvəllərinə aid müxtəlif əşyalar, geyim nümunələri, ibadət vasitələri və gündəlik məişətdə özünə yer tutan, bütövlükdə 600-dən artıq inventar (müxtəlif çeşidli quranqabı, namazılıq, möhürqabı, əmmamə, əba, çarşab, rübənd, qırxaçar cam, kəşkül, ələm və başqa dini təyinatlı muzey materialları) əsasında tarixi-etnoqrafik tədqiqat aparılmış və sözügedən materialların annotasiyası verilmişdir. Kataloq İslam dininin xalqımızın keçmiş məişət mədəniyyətində oynadığı rolunun öyrənilməsinə dəyərli töhfədir.

I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib

I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.

Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak.

Muzeyə Qarabağ şəhidinin materialları daxil olub

II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar.

Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib

MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç.

Muzeydə Lütfi Zadə irsi təbliğ edilir

Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-.

Hörmətli izləyicilər!

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid.

Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib

Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (.

Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.

AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr.

Azərbaycanda islam

İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilmişdir. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasından Məhəmməd peyğəmbərdir (s). Məhəmməd peyğəmbər (s) tarixin ən nüfuzlu şəxsiyyətlərindəndir.

İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və Qurani-Kərim Allahın kəlamı, Məhəmməd peyğəmbərə nazil olunan ilahi vəyhdir.
İslam öz növbəsində bir neçə təriqətlərə bölünür. Onlardan ən böyükləri Sünnülük və Şiəlik təriqətləridir.


Azərbaycanda islamın yayılması
VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Aran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlmişlər. Şəhərin istehkamları onları heyran qoymuş və onlar şəhəri “Bab əl-Əbvab” adlandırmışlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.
İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilmişdir. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular.
Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Hər halda bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar.
Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər.
İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinə qədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Sacilər dövlətləri yaranmışdır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşirdi. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmirdi.
Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.
Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları – XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləmişdir. Şafii məzhəbi aparıcı məzhəb olurdu.Bu dövrdə Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bildilər.
Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı – XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılırdı. Hürufilik güclənirdi.
Altıncı mərhələ səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar “qızılbaşlar” adlanırdılar. Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov “Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə” layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. “Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə” Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi.
İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı – müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər.
Azərbaycan Demokratik Respublikası (1918-1920) yaranana qədər cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa vermişdir. Azərbaycan Demokratik Respublikası (ADR) sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilmişdir. Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənmişdi.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılmış, müsəlman din xadimləri təqiblərə məruz qalmış, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilmişdir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilmiş və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılmışdır. Axund Ağa Əlizadə şeyxülislam seçilmişdir. O, idarənin tarixində seçilmiş ilk şeyxülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxmışdır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olunur və şeyxülislam tərəfindən idarə edilir, müfti İdarə sədrinin birinci müavini sayılır və sünni məzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edirdi.
Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.
Azərbaycanda Şeyxülislam Axund Əhməd Hüseynzadə, Şeyxülislam Axund Əbdüssəlam Axundzadə, Şeyxülislam Axund Ağa Əlizadə, Şeyxülislam Hacı Allahşükür Paşazadə və s. kimi görkəmli din xadimləri, Axund Yusif talıbzadə, Fazil Dərbəndi, Ziya Bünyadov, Vasim Məmmədəliyev, Əlixan Musayev, Şahin Həsənli və s. kimi islamşünaslar yetişmişdir.

Azərbaycan və islam mədəniyyəti

Dövlətçiliyimiz və islam mədəniyyəti.

Tariximizin hər səhifəsində xalqımızın qüdrətli insanlarının, elm , mədəniyyət, dövlət və din xadimlərimizin silinməz izləri var . Söz yox ki , milli dövlətçilik tariximiz möhtəşəmdir, möhtəşəm olduğu qədər də zəngindir, keşməkeşlidir. Tariximizdə işıqlı səhifələr də, ağ ləkələr də, bizə baş ucalığı gətirən hadisələr də, gözlərimizi yerə dikməyə vadar edən olaylar da az olmayıb. Bunların hamısını olduğu kimi qəbul edirik .

Çünki bu bizim tariximizdir və burada yaşanan hər şey özümüzə aiddir . Azərbaycan dövlətçiliyi və din mənəvi cəhətdən tarixən bir-birilə ayrılmaz şəkildə vəhdətdə olub . Yəni dinə dövlətlərimiz, xanlıqlarımız həmişə xüsusi önəm verib , ona sayğı və hörmətlə yanaşıb. Azərbaycanın müxtəlif yerlərində islam dininə hörmət əlaməti olaraq yüzlərlə məscidlər inşa edilib , ziyarət yerləri abadlaşdırılıb, dini müqəddəslərin məzarları üstündə böyük türbələr ucaldılıb.

Azərbaycanda dövlət və islam münasibətləri tarixi bir inkişaf mərhələsini arxada qoyaraq özünün müasir yüksək səviyyəsinə qədəm qoyub . Daha doğrusu , bu sahədə çox uğurlu nailiyyətlər var . Müstəqil dövlətlərin yaranması siyasi , iqtisadi , mədəni, sosial həyatda bir sıra yeniliklərin meydana çıxmasına şərait yaradır. Azərbaycan dövlətinin XX əsrdə ikinci dəfə müstəqillik qazanması da ideologiyamıza, milli və dini dəyərlər sistemimizə yeni müsbət baxış formalaşdırdı. Məlumdur ki , Azərbaycan Respublikasında din -dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, ” Dini etiqad azadlığı haqqında” Az ərbaycan Respublikasının Qanunu və bu sənədə edilən dəyişikliklər və əlavələr, eləcə də digər normativ aktlara əsasən tənzimlənir. Konstitusiyamızın 18-ci maddəsində bildirilir ki , din dövlətdən ayrıdır”:Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan , insanpərvərlik prinsipinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. “

Konstitusiyamızdan da gördük ki , dinin dövlətlə heç bir rəsmi bağlılığı yoxdur . İslam dini tam azad şəkildə öz fəaliyyətini davam etdirir . Dövlətimizin islam dininə münasibəti, onun fəaliyyətinin daha aktiv formada görünməsinə dəstəyi, məscid və din ocaqlarının təmiri, inşası göz qabağındadır. Azərbaycan dövlətçiliyi inkişaf etdikcə, onun dinimizə qayğısı da artır. Dinşünasların bildirdiyinə görə, dinin dövlətdən ayrı olmasına baxmayaraq , Azərbaycan dövləti islam dinilə bağlı bütün məsələlərə diqqət göstərib. 2009-cu ildə Bakının İslam Mədəniyyəti Paytaxtı elan edilməsini və Azərbaycan dövləti tərəfind ən bu ciddi layihəyə hərtərəfli dəstək göstərilməsini dinşünaslar dövlətin islama verdiyi böyük dəyər kimi qiymətləndirir.

Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə də dövlətçilik və islam mədəniyyəti ilə bağlı çıxışlarında bu münasibətlərin ölkəmizdə yüksək səviyyədə qorunduğunu bildirib . QMİ sədrinin də fikrincə, din dövlətdən ayrı olsa da , bu gün Azərbaycan dövləti, dövlətçiliyi, milli ideologiyası islam dininə böyük dəyər verir : “Azərbaycanda din sahəsində, eləcə də din və dövlət münasibətlərində heç bir problem yaşanmır. Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin prezidentliyi dövründə hər zaman dövlətin dinə diqqət və qayğısını hiss etmişik “.

Məşədi Dadaş Məscidinin imamı, “Mənəvi Dünya ” İctimai Birliyinin sədri hacı Şahin Həsənli Azərbaycan dövlətçiliyi və din münasibətlərilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki , din dövlətdən ayrı olsa da , dövlət səviyyəsində ona böyük qay ğı göstərilir. Hacı Şahin , həmçinin, onu da qeyd edir ki , Azərbaycanda dövlətçilik və din arasında çox sarsılmaz bir vəhdət var . Bu birliyin daha çox mənəvi mahiyyət daşıdığını deyən hacının sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin islam dininə verdiyi dəyər çox qiymətlidir: ” Son illərdə məscidlərin təmir və tikintisi , ziyarətgahlara göstərilən qayğı, dini bayramların dövlət səviyyəsində qeyd edilməsi, hətta Məhərrəm ayı ilə bağlı Yeni il şənliklərinin təntənəli qeyd olunmaması dövlətin islam dininə bəslədiyi böyük hörmətdir. Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq , sadalanan tədbirlər birbaşa dövlət başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilir . Həmçinin, Azərbaycan Respublikasının Prezidenti xalqımızın müsəlman kimliyini daim vurğulayıb. Bu gün Azərbaycan xalqı özünün müstəqil, azad , suveren vətənində demokratik , hüquqi və dünyəvi dövlət qurmaq və möhkəmləndirmək uğrunda səylə çalışır, mübarizə aparır. İndi Azərbaycan dövləti daxili və xarici siyasət sahəsində heç bir m ərkəzin rəyini, razılığını almadan müstəqil hərəkət edir , siyasət yeridir . Əlbəttə, bu , azad , unitar dövlətin müstəqil, beynəlxalq meyarlara uyğun fəaliyyət göstərməsidir. Hazırda Azərbaycan dövlətçiliyində milli siyasətin, milli ideologiyanın tərkib hissəsi kimi xalqın mənəvi dəyərlərinə böyük diqqət yetirilir . Dövlətçiliyimizin inkişafında, daha da möhkəmlənməsində din amilindən də istifadə etmək vacib sayılır. Bu da təbiidir ki , bizim dinimizdə-islamda insanın mənəvi aləminə güclü nüfuzetmə xüsusiyyəti, güclü səfərbəredici potensial , hər cür əsarətə, zülmə nifrət, azadlıq və hürriyyətə hörmət ruhu var “.

Azərbaycan Dövlət Din Tarixi Muzeyinin baş fond mühafizəçisi Əzim Hüseynov da Azərbaycan dövlətinin dinimizə böyük sayğı göstərdiyini bildirir . Ə. Hüseynovun fikrincə, bu gün ölkəmizdə islam dini leqal surətdə fəaliyyət göstərən, təbliğ edilən, ardıcılları, öz təşkilatları, tədris müəssisələri, kadrları və maddi bazası olan bir ideologiyadır: “Azərbaycan Respublikasının Konstitusiyasında dinin dövlətdən ayrı olduğu təsbit edilib . Bu , bütün demokratik ölkələrə xas olan bir xüsusiyyətdir. Bütün dövlətlərdə dövlətin üst qurumlarından biri kimi dinə xüsusi münasibət olub . Zaman çərçivəsində dövlətin xüsusiyyətləri, ictimai-siyasi quruluşu dəyişsə də, xalqın dininə, inam dünyasına toxunulmayıb.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkədə ictimai-siyasi həyatın bütün sahələrinin demokratikləşməsi, milli kökə, soya qayıdış dinə münasibətdə özünü göstərdi. Bu da bir həqiqətdir ki , böyük dövlət xadimi və böyük azərbaycanlı Heydər Əliyev hakimiyyətə ikinci dəfə, yəni 1993-cü ildə gəldikdən sonra xalqımızın mənəvi, milli dəyərlərinə münasibət kökündən dəyişdi. Heydər Əliyev bütün ömrü boyu azərbaycanlı və müsəlman olması ilə fəxr edir , bu fikri ən yüksək tribunalardan iftixarla söyləyirdi. Ulu öndər dinimiz haqqında deyib : “Xalqımız öz tarixi , milli-mənəvi dəyərləri, doğma dili ilə, islam dininə, mədəniyyətinə, mənəviyyatına mənsub olması ilə fəxr edir “. O deyirdi ki , müstəqillik və dini-mənəvi dəyərlər bir-birilə bağlanmalıdır. Dini-mənəvi dəyərlərdən biz müasir həyatımızın daha da genişlənməsi və inkişaf etməsi üçün istifadə etməliyik. Dini-mənəvi dəyərlər bizi geri çəkməməlidir, irəli aparmalıdır. Çünki islam dininin mənəvi dəyərləri insanları həmişə inkişafa aparıb”.

Ə. Hüseynovun bildirdiyinə görə, dövlətçiliyimizin inkişafında islam dininə bağlılıq hissi də böyük rol oynayıb: ” İslam dini Azərbaycan xalqının təşəkkülündə, formalaşmasında, mənəvi-bəşəri dəyərlərin ümumiləşməsində, ictimai şüurun oyanmasında, mədəni səviyyənin yüksəlməsində mütərəqqi mövqe tutub . Bir sözlə, Azərbaycan intibahını islamdan ayırmaq mümkün deyil .

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini bütün xalqımızla bərabər dindarlar da sevinclə, ruh yüksəkliyilə qarşıladılar. Müstəqilliyimizin ilk günlərindən respublikamız müstəqil daxili və xarici siyasət yürütməyə başladı. Uzun illərdən sonra ilk dəfə olaraq xalq öz dini və milli bayramlarını azad və sərbəst qeyd etdi . Respublikanın rayon , şəhər və kəndlərində məscidlər ucaldıldı. Minarələrdən azan səsi eşidildi . İllər boyu yolu-izi itən ocaqlar , pirlər, ziyarətgahlar yenidən canlandı. Tarixdə (Ə. Hüseynov burada sovet dövründən sonranı nəzərdə tutur-İ.S ) ilk dəfə zəvvarlar müqədd əs yerlərə-Kəbə, Kərbəla, Məşhəd və s . dini ocaqlara qorxmadan , çəkinmədən getməyə başladılar. Azərbaycanda yenə də ilk dəfə dini məktəb və mədrəsələr açıldı”.

Ə. Hüseynov razılıq hissilə qeyd edir ki , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir . O da dinimizə böyük qayğı göstərir: “. Xalq bu gün öz Prezidentinin milli dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirir. Dövlət başçısının xalqın dini dəyərlərinə münasibəti onun əməli fəaliyyətində daha aydın görünür . İstər xarici ölkələrdə, istərsə də ölkə daxilində çıxış və nitqlərində müsəlmançılıq, islamçılıq mövqeyi özünü bütün çalarları ilə göstərir. Azərbaycan Prezidenti həmişə milli kökə bağlılığın, islami dəyərlərin insanın mənəvi kamilliyinin formalaşmasında əhəmiyyətinə diqqət yetirir . Ölkə rəhbəri respublikada məscid və ocaqların təmir və bərpasına xüsusi diqqət yetirir . Burada bir məsələni qeyd etmək lazımdır: ” Prezident İlham Əliyev bütün bu işlər üçün təkcə göstəriş və tapşırıqlar vermir , işinin həddən artıq çox olmasına baxmayaraq , vaxt tapıb o yerlərə baş çəkir, görülən işlərlə özü şəxsən tanış olur . Yadınızdadırsa, Təzə Pir Məscidində təmir-bərpa işləri aparılarkən dövlətimizin başçısı məscidə baş çəkdi. O burada aparılan təmir-tikinti, abadlıq işlərilə maraqlandı, təklif və tapşırıqlarını verdi . Beləliklə, böyük məmnuniyyətlə qeyd edə bilərik ki , hazırda müstəqil Azərbaycan Respublikasında dini təşkilatların və orqanların səmərəli fəaliyyəti üçün hər cür imkan və şarait yaradılıb. İndi ölkəmizin din xadimləri də müstəqil respublikamızın demokratik ab-havasından razıdır və bunu əməli fəaliyyətlərilə sübut edirlər. Bu da bir daha onu göstərir ki , artıq dövlətlə din arasında keçmişdə olan münasibətlər sivil qaydada dəyişilib, dinimiz və dindarlarımız əsassız təqib və qadağalardan xilas olub . Beləliklə, əgər ölkədə, cəmiyyətdə vətəndaşların hüquq normalarına hörmət edilirsə və bu normalar qorunursa , onların dini etiqadlarına da hörmət edilməlidir. Dinə münasibət vətəndaşların vicdan azadlığına münasibətdir”.

Dövlətçilik və islam əlaqələri məsələsini çözməyə çalışdıq. Belə nəticəyə gəldik ki , hər ikisi bir-birinə qırılmaz tellərlə bağlıdır. Dinimiz dövlətdən ayrı, müstəqil olsa da , dövlətimizin əli dinimizin üstündədir. İslam dəyəri dövlətçiliyimizin günü-gündən daha da ucalmasına, inkişafına təkan verir .

İradə SARIYEVA

Bakı xəbər.-2014 .- 14 avqust .- S.15.

Похожие статьи

  • Azərbaycan mədəniyyəti

    Azərbaycan mədəniyyəti Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu…

  • Azərbaycan multikulturalizmi

    Azərbaycan multikulturalizmi Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan…

  • Azərbaycan şəhər mədəniyyəti

    Hər mədəniyyəti və mədəniyyətsizlik – ARAŞDIRMA Milli yeməklər : Azərbaycan xalq yeməkləri və içkiləri maddi mədəniyyətin mühüm tərkib həssəsi kimi öz…

  • Azərbaycan geyim mədəniyyəti tarixi s.s.dünyamalıyeva-

    Azərbaycan Geyim Mədəniyyəti Tarixi haqqında. Bakı, 1974, s.89; Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989, s.l 13. Azərbaycan Milli Ж.Шарден….

  • Azərbaycan mədəniyyəti və incəsənəti

    Azərbaycan mədəniyyəti və incəsənəti AMEA Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan haqqında Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan…

Comments are closed, but trackbacks and pingbacks are open.