Press "Enter" to skip to content

Azərbaycan və müasir beynəlxalq münasibətlər

Kitabda qeyd edilir ki, dünyanın geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə ən çox təsir göstərən və fərqli xüsusiyyətlər gətirən amillərdən biri də Avrasiyada Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənubi Qafqazda yeni müstəqillik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirdikləri geosiyasət hesab olunur.

Azərbaycanın geosiyasəti və beynəlxalq münasibətlərinə dair fundamental elmi əsər

XX əsrin sonunda SSRİ və sosializm sisteminin süqutu ilə dünyada bir sıra dəyişikliklər baş verdi. Soyuq müharibənin başa çatması ilə beynəlxalq münasibətlərin əsas güc mərkəzləri yeni geosiyasi reallıqlardan çıxış edərək öz fəaliyyətlərini mövcud şəraitə uyğunlaşdırmağı qərara aldılar. Köhnə beynəlxalq münasibətlər sisteminin süqutu ilə yanaşı, yeni dünya düzümünün əsası qoyulmağa başladı. Bütün bu transmilli proseslər digər postsovet respublikalarında olduğu kimi, Azərbaycan dövləti qarşısında da öz milli inkişaf və təhlükəsizlik siyasətinin formalaşdırılması, ümumi strategiyasının yaradılması və həyata keçirilməsi vəzifəsini irəli sürdü.

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlayan hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi.

1993-cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasət məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən – şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyinin əsas vəzifələrini, istiqamətlərini və prioritetlərini ehtiva edən yeni milli inkişaf və təhlükəsizlik siyasəti formalaşdırıldı, sonrakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və həyata keçirilməyə başlandı.

Son on il ərzində Azərbaycan xalqı və dövləti sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi-siyasi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm faktorlardan biri də enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə, Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. 2003-2014-cü illər Azərbaycanın dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olub və bu illər ərzində ölkəmiz istər siyasi, istərsə də iqtisadi sahədə böyük uğurlara imza atıb. Bu uğurlar heç şübhəsiz ki, bugünkü Azərbaycan reallıqlarını əks etdirir.

Müasir dövrdə bütün dünyada, o cümlədən Avrasiya məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin subyektinə çevrilmiş hər bir müstəqil dövlət özünün geosiyasi statusunu və fəaliyyət normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini, milli maraq dairələrini və hədəflərini öyrənir, ölkəsinin daxili və xarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqlarının qorunması mexanizmlərini təklif edir, milli təhlükəsizlik və hərbi doktrinalarının yaradılması və s. strateji vəzifələrin reallaşdırılması ilə məşğul olur. Bütün bu və digər vəzifələr hər bir ölkənin müvafiq rəsmi strukturlarından, siyasi və elmi dairələrindən geniş geosiyasi tədqiqatların və strateji araşdırmaların aparılmasını, müxtəlif analitik geosiyasi mərkəzlərin yaradılmasını, dərsliklərin və elmi monoqrafiyaların hazırlanmasını və çap edilməsini zəruri edib.

Bu mənada Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi-məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun yenicə çapdan çıxmış “Azərbaycanın geosiyasəti” adlı dərsliyi müasir dövrdə bu məsələlərin tədqiq olunması sahəsində yeni bir istiqamət açaraq dövlət siyasətinin elmi əsaslarının sistemli şəkildə öyrənilməsinin təməlini qoyub.

Professor Əli Həsənovun dərin təhlilə əsaslanan Azərbaycanın geosiyasəti və ölkəmizin beynəlxalq münasibətlərinə dair sanballı əsəri müstəqilliyimiz dövründə Azərbaycanın həm milli inkişaf, həm də təhlükəsizlik siyasətinin öyrənilməsi baxımından çox dəyərli bir tədqiqat işidir. Bu baxımdan əsər çox mühüm elmi-siyasi, eləcə də praktik əhəmiyyət kəsb edir.

Kitabda qeyd edilir ki, dünyanın geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə ən çox təsir göstərən və fərqli xüsusiyyətlər gətirən amillərdən biri də Avrasiyada Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənubi Qafqazda yeni müstəqillik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirdikləri geosiyasət hesab olunur.

Bununla yanaşı, yeni transmilli geosiyasi proseslərin, beynəlxalq, regional və milli-vətəndaş münasibətlərinin, milli təhlükəsizlik, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi maraqlar sisteminin fərqli cəhətlərinin və xüsusiyyətlərinin öyrənilməsi zərurəti başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da getdikcə məxsusi geosiyasi tədqiqatlara ehtiyac yaradıb. Bu baxımdan, dövlət rəsmiləri və strukturları qarşısında müasir beynəlxalq və regional vəziyyəti təhlil etmək, ölkəni əhatə edən coğrafi, hərbi-geostrateji, geosiyasi və geoiqtisadi mühiti öyrənmək, məxsusi milli inkişaf və təhlükəsizlik siyasəti formalaşdırmaq kimi strateji vəzifələr qoyub.

Müəllif haqlı olaraq göstərir ki, gənc müstəqil dövlət kimi ölkəmizin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuz onun beynəlxalq və regional səviyyələrdə reallaşdırdığı milli inkişaf strategiyasından, həyata keçirdiyi geosiyasətin çevikliyindən, səmərəliliyindən və beynəlxalq aləmlə yaratdığı geosiyasi münasibətlərdən asılıdır. Azərbaycanın region və dünya ölkələri ilə geosiyasi münasibətlərinin, milli inkişaf və təhlükəsizlik sahəsində yürütdüyü xarici siyasət strategiyasının əsas vəzifələrindən biri Prezident İlham Əliyevin söylədiyi kimi, ölkənin müstəqilliyini möhkəmlətmək, davamlı inkişafını və suveren dövlət hüquqlarını təmin etmək, beynəlxalq münasibətlərin əksər subyektləri ilə qarşılıqlı faydalı əlaqələr yaratmaq və milli maraqlarını maksimum qorumaqdan ibarətdir.

Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunikasiya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi-geostrateji və geoiqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən, enerji ehtiyatları ilə zəngin Avrasiya məkanında yerləşməsi onun beynəlxalq, regional və milli maraqlarının əsas istiqamətlərinin, eləcə də mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir.

Professor Əli Həsənov kitabın əvvəlində Azərbaycanın qədim zamanlardan Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti, eyni zamanda, bu dövrdə regiondakı geosiyasi vəziyyət və xarici dövlətlərin fəaliyyəti, Azərbaycanın müstəqilliyinin elan edilməsi və onun Cənubi Qafqazın geosiyasi vəziyyətinə təsiri geniş təhlil edilir. Bununla yanaşı, müharibənin başa çatmasından sonra Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi, Xalq Cümhuriyyəti hökumətinin diplomatik manevrləri və Cümhuriyyətin iflası səbəbləri araşdırılıb.

Kitabda göstərilir ki, Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin əsas hissəsini ilk növbədə Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi. Bununla yanaşı, Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələlərin, xüsusilə, Ermənistanın ərazi iddiası məsələsinin həll edilməsi qarşıya məqsəd kimi qoyulmuşdu. Müəllif haqlı olaraq qeyd edir ki, Birinci Dünya müharibəsinin gedişində, 1917-ci ildə çar Rusiyasının dağılması nəticəsində 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın qurulması ilə Azərbaycanın milli təhlükəsizliyi və inkişafına dair ilk cizgilər, konturlar da meydana çıxmağa başlamış, lakin bütün bunlar yalnız ideyalar olaraq qalmışdır. 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və bir neçə il sonra SSRİ-nin tərkibinə qatıldıqdan sonra milli inkişafın və təhlükəsizliyin müstəqil Azərbaycan yolu olmamış, bunlar yalnız ümumi sovet dövlətinin tərkibində həyata keçirilmişdir.

XX əsrin sonunda Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Azərbaycanın geosiyasəti və beynəlxalq aləmlə münasibətlərinə dair sistemli şəkildə araşdırılmış kitabda ilk öncə Azərbaycanın müasir milli inkişaf strategiyasının mahiyyəti açıqlanır, səciyyəvi cəhətləri, vəzifələri və hədəfləri öyrənilməklə yanaşı, əsas mərhələləri və xarakterik xüsusiyyətləri izah edilir. Bundan əlavə, ölkəmizin geosiyasi statusu, müasir geosiyasi inkişaf xüsusiyyətləri, geosiyasi fəaliyyət kodeksi, eləcə də XXI əsrdə Azərbaycanın qarşısında dayanan əsas geosiyasi vəzifələr və perspektivlər açıqlanır.

Kitabın Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş ikinci bölməsində Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyəti təhlil edilməklə yanaşı, Avrasiyanın regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemi, transmilli, regional və milli hədəflər göstərilir, ABŞ-ın, Türkiyənin, Rusiyanın, Avropa İttifaqının və digər aparıcı dünya dövlətlərinin Avrasiya siyasəti və Azərbaycanla geosiyasi münasibətlərinin xarakteristikası verilir.

Professor Əli Həsənov postsovet məkanında SSRİ-nin dağılmasından sonrakı geosiyasi prosesləri, MDB-nin yaranması və fəaliyyəti, qurumdaxili qruplaşma meyillərinin əsas səbəbləri və istiqamətləri, geosiyasi, geoiqtisadi və hərbi-strateji münasibətlərin əsas meyilləri və tendensiyaları çərçivəsində çoxtərəfli inteqrasiya proseslərinin xarakteristikasını verməklə yanaşı, Orta Asiya, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir dünya siyasətindəki yeri və rolu, dövlətlərin geosiyasi, hərbi-strateji, geoiqtisadi maraqlar sistemi və Azərbaycanla münasibətlərinin də kitabda geniş təhlilini verib.

Eyni zamanda, müəllif Qara dəniz hövzəsinin beynəlxalq və regional maraqlar sistemində xarakteristikasını açıqlayaraq, müasir dövrdə Ukraynanın geosiyasi və hərbi-geostrateji mövqeləri, Azərbaycan-Ukrayna münasibətləri, Qara dəniz hövzəsinin geosiyasətində Belarus və Moldovanın rolu, eləcə də ölkəmizlə geosiyasi tərəfdaşlıq strategiyasını göstərib. Bundan əlavə, kitabda Cənubi Qafqazın regional geosiyasi maraqlar sistemində Azərbaycan, Gürcüstan və Ermənistan arasındakı münasibətlərin, xüsusilə dinc yanaşı yaşamanın əsas şərtləri və tələbləri də kitabda öz əksini tapıb. Bundan əlavə, Xəzər hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası, beynəlxalq, regional, yerli maraqlar sistemi, Azərbaycan regional geoiqtisadi maraqları və enerji strategiyası araşdırılan kitabın Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş üçüncü bölməsində transmilli dünya güclərinin Xəzər hövzəsi və Cənubi Qafqazdakı geoiqtisadi maraqları və fəaliyyətinin xarakteristikası verilib.

Bu bölmədə Azərbaycanın Xəzər dənizinin karbohidrogen ehtiyatlarının sərbəst istehsalı və ixracı siyasətinin beynəlxalq və regional geoiqtisadi nəticələri, Xəzərin hüquqi statusu probleminə tarixi, müasir geosiyasi yanaşmalar və Azərbaycanın geoiqtisadi maraqları açıqlanır. Bununla yanaşı, bildirilir ki, ölkəmizin enerji mənbələri və onun bölgədə yaratdığı müasir geoiqtisadi vəziyyət, eləcə də Xəzərin neft-qaz ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki rolunun öyrənilməsi çox zəruridir və mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, kitabda Xəzər-Qara dəniz hövzəsi ölkələri və digər beynəlxalq güclərin müasir enerji ixracı maraqları, eləcə də bunun bölgənin ümumi geoiqtisadi vəziyyətinə təsiri, Azərbaycanın enerji ixracının şaxələndirilməsi siyasətinin regionun ümumi geoiqtisadi vəziyyətinə təsiri məsələləri də kitabda öz əksini tapıb.

Müəllif əsərdə Cənubi Qafqazın geosiyasətinə diqqət yetirməklə yanaşı, transmilli dünya güclərinin və region dövlətlərin Xəzər-Qara dəniz hövzəsindəki geoiqtisadi maraqları və transmilli siyasətini göstərib. Əsər Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması marşrutları və onun geosiyasi nəticələrinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Monoqrafiyada dünya siyasətinin geoiqtisadi ölçüsü nəzərdən keçirilir, eləcə də Azərbaycanın neft diplomatiyası asimmetrik müzakirələrdə uğur strategiyası kimi qiymətləndirilir.

Professor Əli Həsənovun kitabında müasir beynəlxalq münasibətlər sisteminin xüsusiyyətləri ilə yanaşı, Azərbaycan Respublikasının müasir dünya siyasətində iştirakı məsələləri tədqiq edilir. Eyni zamanda, beynəlxalq təhlükəsizlik sistemində, o cümlədən enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Respublikasının yeri və rolu araşdırılır. Qeyd edilir ki, bu siyasətin nəticəsində Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata keçirilməsi və təhlükəsizliyinin təmin edilməsi mümkün olmuşdur. Avratlantik məkana inteqrasiyanın əhəmiyyətinin öyrənilməsi baxımından dəyərli olan kitabda Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi ölkəmizin qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rolu açıqlanır.

Beynəlxalq təhlükəsizlik sisteminin əsasları və geosiyasi tələbləri, eləcə də Azərbaycanın beynəlxalq təhlükəsizlik siyasətinin mahiyyətinin araşdırıldığı kitabın növbəti bölməsində beynəlxalq təhlükəsizlik sisteminin formalaşması, hüquqi əsasları, mahiyyəti, geosiyasi tələbləri açıqlanır, bu sahədə dövlətimizin xarici siyasət strategiyası və fəaliyyəti öyrənilir. Eyni zamanda, beynəlxalq münasibətlərin əsas güc mərkəzləri, o cümlədən beynəlxalq və regional təşkilatların müasir dünya siyasətində yeri və rolu təhlil edilir. Kitabda Azərbaycan Respublikasının xarici siyasət strategiyası tədqiq edilərək, ölkəmizin milli maraqları və xarici siyasətinin əsas istiqamətlərindən biri olan beynəlxalq təşkilatlarla əməkdaşlığı araşdırılır. Eyni zamanda, əsərdə qeyd edilir ki, müasir dövrdə Xəzər-Qara dəniz hövzəsi, xüsusən də Cənubi Qafqaz yer kürəsinin ən qeyri-sabit, münaqişəli, lakin eyni zamanda ən mühüm beynəlxalq əhəmiyyətli geosiyasi məkanı hesab olunmaqla yanaşı, burada dünya ölkələrinin geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqları, müxtəlif sivilizasiyalar, dini konfessiyalar, mədəniyyətlər və etnik mənafelər uzlaşır, üz-üzə gəlir və toqquşur.

Müəllifin bu məsələləri sistemli şəkildə təhlil etdiyi kitabda Rusiyanın regional təhlükəsizlik siyasəti və Azərbaycanın təhlükəsizlik maraqları, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Azərbaycanın hərbi-geostrateji maraqları, ABŞ, NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz hövzəsi, eləcə də Cənubi Qafqazda regional təhlükəsizlik siyasəti və Azərbaycanın hərbi-geostrateji maraqları müfəssəl şəkildə araşdırılıb. Beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycanın xarici siyasət strategiyası tədqiq edilməklə eyni zamanda, NATO və Avropa İttifaqının Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda təhlükəsizlik siyasəti və Azərbaycanın hərbi-geostrateji maraqları açıqlanır. Bununla yanaşı, NATO-nun Cənubi Qafqazda qüvvələr balansında yeni keyfiyyət dəyişikliyini yaratdığını, eləcə də bu qurumun region ölkələri ilə münasibətləri geniş təhlil edilir.

Bundan əlavə, kitabda Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik mühiti öyrənilib, Azərbaycanın beynəlxalq və regional maraqları geniş təhlil edilib. Dünya siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayan Rusiya və ABŞ-ın regional təhlükəsizliyə təsiri, eləcə də Cənubi Qafqazda yürütdükləri siyasət, Azərbaycanın hərbi geostrateji maraqları ayrıca araşdırılıb. Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın apardığı təhlükəsizlik siyasəti, eləcə də Türkiyə və İranın ayrı-ayrılıqda regiona yanaşması məsələləri tədqiq olunub, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda yürütdüyü regional təhlükəsizlik siyasəti sahəsində Azərbaycan, Gürcüstan və Türkiyənin birgə tərəfdaşlıq platforması öyrənilib. Həmçinin Cənubi Qafqazda hərbi geostrateji bloklaşma meyilləri təhlil edilib və bununla bağlı proqnozlar irəli sürülüb.

Kitabın növbəti bölməsində Cənubi Qafqazın hərbi-siyasi problemləri və Azərbaycanın təhlükəsizlik siyasəti geniş təhlil edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun əsas təhlükəsizlik predmeti kimi göstərilib. Müəllif haqlı olaraq qeyd edir ki, ölkəmizin əsas təhlükəsizlik problemi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin davam edən işğalı və onun ağır sosial-iqtisadi nəticələridir.

Müəllif Ermənistanın Azərbaycana təcavüzünün araşdırılmasına Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini təhlil etməklə başlayır və kitabda elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Eyni zamanda, erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı müxtəlif vaxtlarda həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.

Bununla yanaşı, XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti araşdırılır və baş verən hadisələr xronoloji ardıcıllıqla təhlil olunur ki, bu da müasir dövrdə problemin daha dərindən öyrənilməsi üçün olduqca zəruridir. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və sovet rəhbərliyinin ermənipərəst Qafqaz siyasəti, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və münaqişənin BMT Təhlükəsizlik Şurasında müzakirəsi, ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti, digər beynəlxalq təşkilatların münaqişəyə dair mövqeləri və qəbul etdikləri sənədlər geniş təhlil edilib, eləcə də bu istiqamətdə Azərbaycanın diplomatik fəaliyyəti açıqlanıb.

Professor Əli Həsənov kitabda müasir dövrdə qloballaşmanın, eləcə də regionda gedən transmilli geosiyasi proseslərin tələbləri və çağırışları fonunda ölkənin hərbi-geostrateji, siyasi, iqtisadi, enerji, demoqrafik, ekoloji, informasiya və digər həyati əhəmiyyətli sahələrində müşahidə olunan prosesləri araşdırır, bütün bu sahələrdə yürüdülən təhlükəsizlik siyasətinin səviyyəsini, səmərəliliyini tədqiq edir və qiymətləndirir, gələcəkdə daha çevik təhlükəsizlik siyasəti yürüdülməsinin zəruriliyini əsaslandırır.

Kitabda Azərbaycanın milli təhlükəsizlik siyasətinin mahiyyətinin açılması, səciyyəvi cəhətlərinin, əsas vəzifələrinin, hədəflərinin təhlili, milli inkişafın formalaşması və əsas mərhələləri yer alır. Müəllifin sistemli olaraq milli təhlükəsizlik siyasətinin məqsədlərini, təhlükəsizlik mühitinin formalaşması və beynəlxalq imicin qazanılmasını, məkan əlamətləri, milli təhlükəsizliyə olan təhdidləri, daxili və xarici təhdidləri müəyyənləşdirməsi, milli təhlükəsizliyin təmin olunmasının əsas vasitələri və ehtiyatlarını təhlil etməsi və gəldiyi elmi nəticələr və proqnozlar mühüm siyasi, eləcə də praktik əhəmiyyət kəsb edir.

Professor Əli Həsənov Azərbaycanın milli maraqlarının meyarlarını açıqlayaraq onu bilavasitə milli təhlükəsizlik siyasəti ilə əlaqələndirir, milli təhlükəsizlik siyasətinin əsas vəzifələrini və mexanizmlərini, hərbi və sərhəd, iqtisadi inkişaf, insan ehtiyatlarının idarə edilməsi və maliyyə təhlükəsizliyi siyasəti, enerji, ərzaq, nəqliyyat, tranzit-dəhliz və infrastruktur təhlükəsizliyi, informasiya və ekoloji təhlükəsizlik siyasətinin mahiyyətini göstərir.

Bu dəyərli dərsliyin yazılması zamanı Azərbaycanda və xaricdə nəşr edilmiş elmi ədəbiyyatlardan, müxtəlif sənəd və materiallardan, dövri mətbuat və rəsmi internet resurslarından geniş istifadə edilib ki, bu da təqdim edilən nəşrin dərin təhlilə, eləcə də elmi əsaslara söykəndiyinə sübutdur. Ümumilikdə, beynəlxalq münasibətlər sahəsində çoxsaylı monoqrafiyaların müəllifi olan tarix elmləri doktoru, professor Əli Həsənovun Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda nəşr olunmuş elmi-siyasi əsərləri sırasında kompleks şəkildə tədqiq etdiyi və müasir dövrdə mühüm aktuallıq kəsb edən “Azərbaycanın geosiyasəti” adlı kitabı bu sahədə ilk və dəyərli dərslik olmaqla yanaşı, alimin elmi-nəzəri və sistemli ümumiləşdirmələri baxımından da Azərbaycan siyasi elminin böyük nailiyyətidir.

Dərsliyin elmi redaktoru siyasi elmlər doktoru, professor Elman Nəsirov, rəyçiləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, tarix elmləri doktoru, professor Musa Qasımlı, siyasi elmlər doktoru, dosent Hikmət Məmmədov, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov, redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimovdur.

Azərbaycan və müasir beynəlxalq münasibətlər

Beynəlxalq münasibətlər nəzəri baxımdan siyasət elminin bir qoludur. Bütün ölkələr, beynəlxalq arenada təmsil olunan təşkilatlar, transmilli korporasiyalar bu sahənin əsas predmet obyektlərdir. Beynəlxalq münasibətlər ixtisasının məqsədi bu sahə üzrə ixtisalaşmaq arzusunda olan şəxslərə sahənin əsas predmeti olan ölkələrin və təşkiatların beynəlxalq iqtisadi və hüquqi normalar çərçivəsində inteqrasiyası və sıx əməkdaşlıq münasibətlərinin qurulması üçün lazım olan bilik və bacarıqları verməkdir. Bu ixtisas hüquq, xarici dillər və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur. Bu sahədə nəzəri biliklərin əsasını sadalanan sahələr üzrə nəzəri biliklər təşkil edir:

  • ➝ Beynəlxalq münasibətlər nəzəriyyəsi;
  • ➝ Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü;
  • ➝ Avropa və Amerika; Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti;
  • ➝ Beynəlxalq təşkilatlar; Beynəlxalq iqtisadi münasibətlər;
  • ➝ İqtisadi diplomatiya; Dünya iqtisadiyyatı;
  • ➝ Siyasi və iqtisadi coğrafiya;
  • ➝ Beynəlxalq hüquq, beynəlxalq müqavilələr;
  • ➝ Beynəlxalq təhlükəsizlik; Dünya siyasəti;
  • ➝ Geosiyasət;
  • ➝ Azərbaycanın xarici siyasəti;
  • ➝ Diplomatiya və konsul xidməti; Diplomatik protokol;
  • ➝ Konfliktologiya;
  • ➝ İnteqrasiya prosesləri.

İxtisasın tarixi

Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsilin əsası ilk dəfə 1919 – cu ildə Britaniyada qoyulmuşdur. Bu ixtisas üzrə ali təhsilin magistratura pilləsi üzrə ilk proqram isə 1928 – ci ildə Çikaqo Universitetində yaradılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Dövlətin və ya şirkətin daxili və xarici siyasətini müəyyənləşdirmək və bu istiqamətdə beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması;
  • ➝ Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
  • ➝ Layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası;
  • ➝ Müxtəlif mənbələrdən vacib məlumatların toplanması və inkişafların təhlili;
  • ➝ İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;
  • ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • ➝ Beynəlxalq nümayəndə heyətlərinin müşayiəti, beynəlxalq tədbirlərin təşkili və keçirilməsi;
  • ➝ Protokol işləri;
  • ➝ Rəsmi səfərlərin hazırlanması;
  • ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • ➝ Mediya ilə iş, müasir informasiya texnologiyalarından istifadə;
  • ➝ Millətlərarası ünsiyyət mədəniyyətini, xarici ölkələrin iş mədəniyyətini qorumaq;
  • ➝ Müxtəlif xarakterli qlobal proseslərin tənzimlənməsi: iqtisadi, mədəni, hərbi, siyasi, ekoloji;
  • ➝ Dövlət xaricində soydaşlarımızın maraqlarını qorumaq (Dövlətin diaspora fəaliyyəti).

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ “ADA” Universiteti
  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  • ➝ Bakı Dövlət Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Bakı Avrasiya Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Naxçıvan Universiteti (Naxçıvan şəhəri)
  • ➝ Qərbi Kaspi Universiteti
  • ➝ Odlar Yurdu Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar ?

  • ➝ Xarici İşlər Nazirliyində;
  • ➝ Diplomatik nümayəndəlikərdə;
  • ➝ Beynəlxalq təşkilatlarda;
  • ➝ Xarici şirkətlərdə;
  • ➝ Dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində;
  • ➝ Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında;
  • ➝ Elmi-tədqiqat mərkəzlərində tədqiqatçı (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
  • ➝ Ali məktəblərdə ixtisas fənləri üzrə müəllim (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
  • ➝ Transmilli Korporasiyalarda.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

Bu ixtisas sahibləri sahə bilikləri ilə yanaşı:

  • ➝ Geniş dünyagörüşünə, intellektə;
  • ➝ Analitik düşünmə tərzinə və sürətli qərarvermə qabiliyyətinə;
  • ➝ Beynəlxalq dillərdən əlavə( ingilis dili mütləq səviyyədə), bir və ya iki xarici dil üzrə dil bilikləri;
  • ➝ Xarici dil öyrənmək bacarığı;
  • ➝ Yüksək kommunikasiya,dinləmək və fikrini düzgün ifadə etmək bacarığı;
  • ➝ Liderlik bacarıqları;
  • ➝ Siyasi düzgünlük və nəzakət bacarıqları;
  • ➝ Məlumatı tez qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • ➝ Stres davamlılıq, dözümlülük və özünü idarəetmə bacarığı;
  • ➝ İşdə dəqiqlik;
  • ➝ Vətənpərvərlik.

Qeyd: Bu ixtisas sahibləri gündəlik olaraq dünyadakı iqtisadi və siyasi proseslərdən tez zamanda və ətraflı məlumatlar əldə etmək üçün nüfüzlu xəbər agentliklərinin paylaşımlarını izləmək, məqalələrini anlamaq üçün mütləq şəkildə ingilis dilini yaxşı səviyyədə bilməlidirlər. Ümumiyyətlə ixtisası bu dildən ayrı düşünmək qeyri-mümkündür. Tələbələr hələ universitetin ilk illərindən ingilis dili bacarıqlarını inkişaf etdirməlidirlər. Əks halda, ixtisas üzrə bir çox zəruri bilikləri əldə edə bilməyəcəklər və bu da onların bu istiqamət üzrə ixtisaslı kadr olmalarına ciddi əngəl olacaq. Dil bilikləri ilə yanaşı, həmçinin yüksək inkişaf etmiş kommunikasiya, liderlik bacarıqları (Emosional zəka (EQ) üzrə inkişaf etmiş keyfiyyətlər) ixtisas üzrə əsas tələblərdən hesab edilir. Həmçinin bu ixtisas üzrə çalışanlar tez-tez təmsil etdikləri təşkilat və ya ölkələrin maraqlarınının təmsili və qorunması üçün danışıqlar aparmaq məcburiyyətində olduqlarından, kompramisə getməyi bacarmalı, lakin öz maraqlarını ön planda tutmalı ve ehtiyac olarsa, bu məqsədlə reallıqları maraqları lehinə təqdim etməyi də bacarmalıdırlar.

İxtisasın gələcəyi

Yaşadığımız müasir dövr qlobalaşma və inteqrasiya dövrüdür. Bu isə öz növbəsində birbaşa olaraq beynəlxalq münasibətlər sahəsində ixtisaslı kadrlara tələbin artacağına işarədir. Bununla belə bu ixtisas ölkələrarası siyasi münasibətlərdən yüksək dərəcədə asılı olduğundan lokal perspektivi görmək üçün bu sahə üzrə fəaliyyət göstərməyi planlaşdırdığınız ölkənin iqtisadi və siyasi əlaqələrini araşdırmaq önəmlidir.

Əmək haqqı

İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri , çalışdığı sahə və qurumdan asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq aşağıdakı məbləğdədir:

Azərbaycan və müasir beynəlxalq münasibətlər

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.